Etiket arxivi: GİZİR

Hekayə müsabiqəsi elan olunub

Salam olsun, əziz və dəyərli Dostlar! Yazarlar Jurnalı ənənəvi hekayə müsabiqəsi elan edir: Mustafa Müseyiboğlunun anadan olmasının 75 illik yubileyi münasibətilə təşkil olunan müsabiqəyə heç bir şərtlə məhdudlasdirilmayan yaradıcılıq məhsullarınızı göndərə bilərsiniz (müəyyən çərçivədə Sİ redaktələrə icazə verilir). Vaxt: 21 oktyabr – 31 dekabr 2026. Qaliblər mükafatlandırılacaq. Hekayələr toplu şəklində çap olunacaq. Təqdimat 14 fevral 2027-ci ildə nəzərdə tutulmuşdur. Hekayələrinizi zauryazar@mail.ru email ünvanına göndərə bilərsiniz.

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>>>Mustafa Müseyiboğlu adına kitabxana<<<I

MUSTAFA MÜSEYİBOĞLU

MUSTAFA MÜSEYİBOĞLU

Bu gün Mustafa Müseyiboğlunun doğum günüdür…

Mustafa Müseyiboğlu – Mustafayev Mustafa Müseyib oğlu 1 dekabr 1952 – ci ildə Ağdam rayonun Yusifcanlı kəndində anadan olub. Keçmiş ittifaqın müxtəlif təhsil müəssisələrində təhsil alıb. Uzun illər sənaye və kənd təsərrüfatı sahələrində müxtəlif vəzifələrdə çalışıb. Dəfələrlə xalq deputatları Sovetinin deputatı seçilib. Keçmiş ittifaqın ilk icarədarlarından biri kimi 40 hektar torpaq icarəyə götürərək müstəqil idarə etdiyi özünün təsərrüfatını yaratmışdır. Demək olar ki, mətbuat yayımı kataloqundakı bütün nəşrlərə abunə olar, yeni nəşr olunan kitabları birinci çapından mütləq əldə edərdi. Daim axtarışda olan, eksperimentdən qorxmayan yenilikçi idarəçi kimi tanınıb. Ədəbi yaradıcılıqla məşğul olub. Gizir ədəbi təxəllüsündən istifadə edib. Məlum hadisələr nəticəsində ədəbi irsi Ağdam rayonu, Yusifcanlı kəndində qalaraq məhv olmuşdur. Yazdıqlarından Zaur Ustacın şəxsi arxivində məktubları və sadəcə iki şeiri qorunub saxlanılır. Ağdamın, Qarabağın işğalı ilə heç cürə barışa bilmirdi. 29 dekabr 2018-ci ildə Bakı şəhərində vəfat edib. Ağdam rayonu, Yusifcanlı II kənd qəbiristanlığında (Əfətli) dəfn olunub. Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.

MUSTAFA MÜSEYİBOĞLUNUN YAZILARI


“XƏZAN” JURNALI PDF


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru