Mən Axundov Vasif Salman oğlu 195-ci ilin iyun aynin 22-də Kəlbəcər yaylaqlarının birində anadan olmuşam. Ailənin ikinci övladıyam. Bacım Aybəniz məndən 4 yaş böyükdür. Ona görə yaylaqda anadan olmuşam ki, atam Salman Göytəpə rayonu yun tədarükü idarəsinin rəisi idi. Bu idarəyə 30 ildən yuxarı rəhbərlik etdiyindən el-oba onun adının qarşısına yun sözü artırmış və Salman dönüb olmuşdu Yun Salman. Yayda rayonun bütün təsərrüfatlarının qoyunları yaylaqlara köçərdi. Atam da öz ailəsini və işçiləri ilə birlikdə bütün idarəni yaylağa aparar, ayrı-ayrı kolxoz, sovxoz təskilatlarından yun tədarük edərdi. Ailəsi üçün ən yaxşı yataqların birində alaçıq qurdurub bizi orda yerləşdirədi. Bax belə vaxtların birində mən anadan olmuşam. Oğlan uşağı olsam da dünyaya gəlişim ata-anamı o qədər də sevındirməyib. Çünki arıq, cılız olmağımla yanaşı, bədənimdə qüsur, yəni sol tərəfdə çiynimdən aşağı kürəyimdə qozbelə oxşar kiçik çıxıntı varmış. Sonralar mən böyüdükcə bu çıxıntı da öz növbəsində bir az böyüyür və atam bu qüsuru aradan qaldırmaq üşün var gücü ilə çalışsa da nəticəsi olmur. Palto və yaxud ködəkcə geyəndə bu qüsur o qədər də bilinmirdi. Lakin kostyum geyinəndə arxa tərəfdən sol hissənin ətəyi yuxarı dartılırdı. Bu azmış kimi yeriyəndə bədənimin sağ tərəfi azca irəli də olur, boynum isə tam sərbəst olmurdu. Məndə olan bu qüsura görə yavaş-yavaş həmyaşıdlarımdan uzaqlaşırdım. Yəni uşaqlar çayda çimməyə gedəndə, yaxud futbol oyunu zamanı soynanda mən bunları edə bilmirdim. Bütün bunlara baxmayaraq bacım Aybənizlə mən nəinki kiçik yaşlarımızda ta orta məktəbi bitirənədək başqalarına nisbətən ən xöşbəxt uşaqlardıq. Yaylaqda olduğumuz bütün illər ərzində şənbə, bazar günləri ailəlikcə aşağı İstisu sanatoriyasına düşür, orada bizim üçün ayrılmış xüsusi otaqda dincəlirdik. Sanatoriyanın baş həkimi Yusif həkim atamla möhkəm dost idi. İş yerə gəlib çıxdı, həkim mənim kirvəm oldu və bu dostluq daha da möhkəmləndi. Mədə bağırsaq xəstəliklərinin müalicəsi üçün ən yaxşı yer olan İstisu sanatoriyasına respublikamızın, eləcə də keçmiş SSRİ-nin hər yerindən adamlar axışıb gələrdi. Bunların arasında professorlar, alimlər, vəzifəli şəxlər də olurdu. İllər ötdükcə bu məşhurlardan bəziləri Yusif həkimlə atamın tez-tez təşkil etdiyi qonaqlara dəvət edilir və atamın tanışlıq dairəsi getdikcə genişlənirdi.
Yaylağa gəlişimizin ikinci ayında qoyunların qırxınu başlayırdı. Bax onda Yun Salmanın əsl bacarığı üzə çıxırdı. Yun Salmanın səxavəti birə on artırdı. Yun qırxanların toplanması, yerləşdirilməsi, növbəlik, plana nəzarət, yaxşı-pis yunların ayırd edilməsi,saxlanması,rayona daşınması ondan asılı idi. Elə pullar da bu vaxt Yun Salmanın cibinə axardı. Mən böyüdükcə atamı daha yaxşı tanımağa başlayırdım. Mənə elə gəlir, belə bir adamın daxili, xarici obrazını yalnız mərhum aktyorumuz Səməndər Rzayev yarada bilərdi. Atamın xasiyyəti, davranişı haqqında sizə sonra danışaram. İndi isə istəyirəm atam, anam haqqında lap əvvəldən başlayım.
Atam Axundov Salman Əhliman oğlu 1932-ci ildə Göytəpənin Şirinqum obasında anadan olmuşdur. Atası Əhliman kişi çoban olub, yenicə təşkil edilmiş Şirinqum kolxozunun qoyununu otarırdı. Şirinqumlular tərəkəmə olub köçəri həyat yaşamışlar. Yəni yayı yaylaqda, qışı aranda keçirirmişlər. Salman da böyüdükcə obanın o biri uşaqları kimi quzu otarmağa gedərdi. Məktəb yaşına çatanda onu aparıb Göytəbədə internat məktəbə qoyurlar. Salman da yaxşı oxuyur. Hər il yaylağa köçəndə ata, anası Salmanı da özləri ilə aparardılar. Beləcə Salman gəlib 15 yaşına çatır. Yaylağa köçməyə hazırlaşırdılar və sabahısı yola düşdülər. Salmangilin obası Cəbrayıl, Zəngilan, Qubadlı yolu ilə Laçın yalaqlarına gedəcəkdi. Cəbrayılı təzə keçmişdilər, elə bir yağışa düşürlər, böyüklərin dediyinə görə hələ belə yağış görməmişlər. Salmangilin nəyi varsa islanır. Paltar, yataq o yana dursun, ərzaq tamam islanıb korlanmışdı. Salman bunları görəndə atasına deyir:
-Ay dədə indi neyləyək. Gəlsənə bu qoyunun ikisini satıb bir ərzaq alaq.
-Yox ay bala olmaz. Əvvala bu qoyunlar bizim yox, kolxozundur. Satmaq olmaz. Atasının xasiyyətini bilən Salmanın başına qəribə fikir gəlir. Qaçmaq. Sizə demişdim axı atam bir az yaxşı oxuyurdu. Kitablardan bilirdi, dünya təkcə Sirinqum obasından ibarət deyil. Dünyada böyük şəhərlər var. Adamlar kinoya, teatra gedirlər. Fabrik, zavodda işləyib pul qazanırlar. Ən azı insan kimi yaşayırlar. Axı nə var bu qoyunun içərisində. Arandan yaylağa çatıncan bir aydan çox vaxt keçir. Bu müddətdə nə yuyuna bilirsən, nə çimirsən. Paltarlı yatıb, paltarlı durursan. Qoyunun iyi canına o qədər hopur, sənə yaxın gələn də olmur. Sonra atı minib qonşu fermada olan dostu Həsənin yanına gedir. Həmin sözləri ona deyir. O da razılaşır. Ancaq qaçmaq üçün pul lazım idi. Şətləşirlər ki, elə bu gecə Salmangilin qoyunlarından iki yaxşısını oğurlayıb dəmiryol stansiyasına aparsınlar, orda satıb qatara minib Bakıya getsinlər. Elə də edirlər. Bakıya çatmağa az qalmış Həsən:
-Əyə Salman biz Bakıda qalsaq sən öl gəlib bizi tapacaqlar. Gəl belə edək. Vağzala çatandan sonra “Uruset”ə gedən qatarların birinə oturub Moskvaya gedək. Ora böyükdür. Bakıya saat 3-də çatdılar. Qatardan düşən kimi şəhərin böyüklüyündən, adamların çoxluğundan əvvəcə təşvişə düşdülər. Yanlarından ötən adamlar dönüb onlara baxırdı. Salman:
-Həsən mən acından ölürəm. Axşamdan yediyimdir. Həsən:
-Hə düz deyirsən. Bir şey tapıb yemək lazımdır. Soraqlaşıb yeməkxana tapdılar. Yeməkdən sonra kassaların qarşısına gedib Moskvaya necə getməyi öyrəndilər. Moskva qatarı axşam saat 6-da yola düşəcək. Biletlərin satışı bir saat əvvəl başlanır. Hələ vaxtları çox idi. Şəhəri tanımadıqlarından yaxınlıqda gəzirdilər. Birdən Salman:
-Əyə Həsən gəlsənə əyin başımıza əl gəzdirək. Görürsən adamlar bizə necə baxır. Pulları sayandan sonra –olar dedilər. Mağazaya girmək olmazdı. Orda bahaçılıq idi. Əldə göhnə paltar satandan hərəsi biri şalvar, pencək, köynək, ayaqqabı alıb tamamilə dəyşib, özününküləri zibil yeşiyinə tulladılar. Yaman sevinirdilər. Salman bir az irəli keçib:
-Buyurun Həsən bəy. Həsən öz növbəsində:
Sağ olun Salman ağa deyib gülürdülər.
Gəlib kassanın qarşısında durub Moskvaya qədər biletin qiymətini öyrənəndə dilxor oldular. Pulları lap az qalmışdı. Salman Həsəndən yaşca balaca olsada ondan həm yaxşı danışıdı, həm də savadlı idi. Həsəndən pulları alıb kassirə uzatdı. Biz Rusiyaya, ata-anamızın yanına gedirik. Bilet verin. Kassir:
-Ay bala Rusiya böyük ölkədir. Ucu-bucağı bilinmir. Sizə hara lazımdır. Verdiyiz pullarla ancaq Xarkova qədər getmək olar. da heç duruxmadan cavab verdi:
-Biz elə ora gedirik. Sizi çox yormayacağam. Qatara oturub Xarkova çatırlar. Hər ikisi qatardan düşəndən sonra Həsən:
-Salman sən hələlik burda qal. Amma Mən Moskvaya gedəcəm. Orda mənim qohumlarım var. Əgər yaxşı alınsa gəlib səni tapacağam. Sonra cibindəki pulları çıxarıb saydı. Cəmi 14 manat idi.
Al yeddisi sənin, yeddisi mənim. Salmanın gözləri yaşarmışdı.
Həsən Salmanla sağollaşıb Moskvaya gedən qatara minir.
Bu atamın Həsənlə axirıncı görüşü olur və bütün ömrü boyu Həsənə bir daha rast gəlmir.
Salman qatarın arxasınca xeyli baxandan sonra vağzalda gözləmə zalında qoyulmuş oturacaqların birində dincələndən sonra şəhərlə tanış olmağa başlayır. Qəribə idi, Salman etdiklərinə peşman deyildi. Vağzaldan şəhərə bir neçə küçə ayrılırdı. Əvvəlcə biri ilə, sonra obirisinə, nəhayət üçüncü ilə hərəkət edib geri qayıtdı. Hər üçündə də eyni mənzərə. Küçə boyu hər iki tərəfdə uşaqdan tutmuş böyüyə qədər tamamilə köhnə paltar geyinmiş bir neçə adam əllərini açıb dilənirdi. Yoldan keçənlərin üzü gülmürdü. Onlardan bəziləri ayaq saxlayıb diənçilərə pul verirdi. Elə bu vaxt qəribə bir hadisə oldu. Hündür boylu, saqqallı kişi, əlində ağac divarın dibində oturmuş 12-13 yaşlı oğlan uşağına yaxınlaşıb boynunun arxasında paltarından yapışıb yuxarı qaldırıb gətirib küçənin ortasına atdığını gördü. Salmanın ona yazığı gəldi. Yaxınlaşıb qolundan tutub qaldırdı. Uşaq ayağa durandan sonra saqqallıya nəsə dedi. Saqqalı kişi də əlindəki ağacı yuxarı qaldıraraq onlara tərəf hücüm çəkəndə uşaq Salmanın əlindən tutub qaçmağa başlayır. Gəlib bir bağa çıxırlar. Yadına düşr ki, torbasında yarım çörək, bir az pendir var. Torbadakıları çıxarıb yarısını uşağa verir, yarısını isə özünə götürür. Elə çörək yeyə-yeyə tanış olurlar. Salmanın yeni dostunun adı Valodya idi. Parisli qomen Qavroşa oxşayırdı. Bu tanışlıqdan sonra Salmanın adı Saşa oldu. Yeməkdən sonra şəhəri gəzdilər. Volodya şəhəri beş barmağı kimi tanıyırdı. Salman rus dilini çox pis bilirdi, ancaq Volodya lalların etdiyi kimi əl hərəkətləri ilə onu birtəhər başa sala bilirdi. Müharibə təzə qurtarmışdı. Hər yerdə onun izi görünürdü. Axşam qaranlığında da bir-iki manat xərcləyəndən sonra Volodya bildirdi, daha gecdir, yatmaq vaxtıdır. Qaranlıq küçələrdən keçib, uçuq beşmərtəbənin üçüncü mərtəbəsinə qalxıb bir otağa gidilər. Valodya cibindən kibrit çıxarıb şam yandırdı. Bu tamamilə salamat qalmış kiçik otaq idi. Yerdə köhnə paltarlardan düzəldilmiş yataq vardı. Hər ikisi paltarlarını soyunandan sonra Volodyanın işarəsi ilə yatağa uzandılar. Volodya tez şamı söndürdü. Qənaət etmək lazımdır. Çox yorğun olduğundan Salman həmin dəqiqə yuxuya getdi. Salman yuxudan hövlnak qalxdı. Kimsə onu silkələyirdi. Voldya idi. Yenə əli başa saldı, tələsmək lazımdır. Onlar küçələri qaçaraq keçib Volodyanın dünən oturduğu yerə gəldilər. Volodya öz yerində əyləşir. Salmana işarə edir yanında otursun. Atam razı olmur.
-Yox mən dilənçi olmaq istəmirəm. Daha bir neçə gün keçir. Tamamilə pulu qurtaran atam gəlib Volodyanın yanında oturur. Yaxşı qazandıqları günlər də olur. Beləcə 3 aydan çox vaxt keçir. Hökümətdə bir canlanma hiss olunur. Müharibənin qalıqları tədricən ləğv edilir. Qaçıb getmiş adamlar öz evlərinə qayıdır. Küçələr təmizlənir. Məktəblər, fabrik, zavodlar bərpa edilərək işə salınır. Qış yaxınlaşırdı. Salmagilin oturduğu küçədə qaça-qaç düşdü. Hər tərəfdən töküləşən milislər bütün dilənçiləri yığıb şöbəyə apardı. Burada onlarla xüsusi söhbət etdilər. Dedilər bəs Sovet gənclərisiz. Sizə dilənmək olmaz. Hökümət sizə yaxşı şərait yaradıb. Oxuyub savadlanmaq lazımdır. Sizi internat məktəbinə yerləşdirəcəyik. Yeməyiniz, geyiminiz dövlət hesabına olacaq. Elə etdilər. Volodya ilə Salman bir sinifə düşdülər. Salman bu işə çox sevindi. Axı onun oxumağa çox böyük həvəsi vardı. Həyatda belə hadisələr çoxdur. Bir də görürsən, savadsız bir ailədən görkəmli alimlər, şairlər, yazıçılar çıxır. Nəhayət 3 ildən sonra atam orta məktəbi bitirir. Sənədlərini kənd təssərüfatı instituna verir və qəbul olunur. Volodya isə zavodların birinə işə düzəlir. Bu ayrılmaz dostlar yenə bir yerdə olurlar və dostluq onların ömürlərinin axırına kimi davam edir. Sonralar atam yun idarəsinin rəisi işləyəndə dəfələrlə Volodyanı ailəsi birlikdə Azərbaycana dəvət edər, onları da özümüzlə birlikdə yalağa aparardı. Ancaq indi vəziyyət bir çətinləşmişdi. Oxumaqla yanaşı işləyib çörək pulu da qazanmaq lazım idi. Salman internatda olanda hərdən bazara gəzməyə gedərdi. Burda bazarda işləyən azərbaycanlılarla tanış olmuşdu. İndi gəlib dərdini onlara deyəndə ona məsləhət etdilə, Əşrəf adlı kişinin yanına getsin. Burdakı işlərə o nəzarət edir. Salman onu axtarıb tapır. Tanış olurlar. Salmanın geyimi, danışığı Əşrəfin çox xoşuna gəlir. Sən demə O Göytəpənin qonşuluğunda Qarabulaq rayonundan imiş. Əvəllər burda həbsxanada olub. İndi azadlıqdadır və necə deyərlər “polojenie” nəzarət edir. Əşrəf bazardakı yeməkxananın müdirini çağırıb Salmanı ona tapşırır və Salman hər gün dərsdən sonra gəlib burda işləyir. Tərəkəmə oğlu olduğundan onun işindən xoşları gəlir. Salman qoyunu ustalıqla kəsir, soyur, kabablıq ətləri çox səliqə ilə doğrayır, şişə çəkib kabab bişirir. Onun işgüzarlığını Əşrəf də eşidir. Salmanı yanına çağırıb deyir:
-Çox sağ eloğlu. İşgüzarlığnı eçitmişəm. Gəlsənə sənə bir ət dükanı açım. Həm özün dolanarsan, həm də mənim işlərim yaxşılaşar. Salman bir az fikirləşəndən sonra:
-Əmi mən etiraz eləmirəm. Məsələ burasındadır, mən institutda əyani oxuyuram. Əgər müdiriyyətlə danışıb axşam növbəsinə dəyişə bilsək, canla-başla sizin qarşınızda hazıram. Əşrəfin şəhərdə tanışları çox idi, bu iş asanlıqla yoluna qoyulur. Sonra Salmanı yanına çağırıb çoxlu pul verir. Aparıb bazarın ən yaxşı yerində olan otaqların birini göstərib:
-Bundan sonra bura sənindir. Sənə bir-iki məsləhətim var. Harda olursan ol, yaxşı səliqə -sahman yarat. Paltarların ən yaxşını geyin. Özünə yaxşı mənzil tutarsan. Sən mənim xoşuma gəlirsən. Nə qədər mən sağam sənə zaval yoxdur. Sonra cibindən yenə pul çıxarıb Salmana verdi. Dediklərimi edərsən. Salman götürmək istəmirdi. Əşrəf də zarafatla:
-Yaxşı-yaxşı borc verirəm. Pullananda qaytararsan. Salman doğrudan bu pulları qaytardı. Həmin hadisədən 4 il sonra bazarda atışma zamanı Əşrəfi ağır yaraladılar. Bir neçə ay xəstəxanada yatanda bütün xərcləri Salman özü çəkdi. Amma Əşrəf yaxşılaşmırdı. Vəziyyəti getdikcə pisləşirdi.
Bir dəfə Salmanı yanına çağırıb dedi:
Salman bala çox sağ ol. Mənim övladım yox idi, amma sən mənə oğul oldun. Həkimlər deyir mənim cəmi bir həftə ömrüm qalır. Al bu kağızı, üstündəki ünvandır, içərisindəki məktub. Kamran adında dostum var. Şaxtada işləyir. Namuslu adamdır. Ona bir az pul vermişəm. Gedib alarsan məni müsəlman qaydası ilə yerdən götürərsən. Qəbirsanlıqda dəfn edib bir nişanə qoyarsan. Qalan pulu özünə götürərsən. Amma sənə bir əmi kimi vəsiyyət edirəm. Bu il axırıncı kursdasan. Məktəbi qurtaran kimi öz vətənimizə qayıt. Sənin valideynlərin var. Mənim heç kimim yox idi.
Bir həftədən sonra Əşrəf vəfat etdi. Salman necə lazım idi, Əşrəfi müsəlman qaydası ilə dəfn etdi. Üstünə baş daşı qoydurdu. Yerdə qalan pulu özundə saxladı ki, vətənə qayıdanda lazım olar.
O vaxtlar institutlarda belə qayda var idi, altı ay oxuyurdun, 6 ay istehsalatın müxtəlif sahələrində çalışıb təcrübə yığırdın. Belə praktikaların biri Xarkov yun emalı zavodunda oldu. Salman bu işlə tanış olduqca daha yaxşı mənimsəyirdi. Nəhayət Salmanın səbirsizliklə gözlədiyi gün gəlib çatdı. O instutu bitirdi. Dostu Valodyanı tapıb, bu münasibətlə yaxşı yeyib içdilər. Burda Salman vətənə qayıtmaq istədiyini dedi. Sonra birlikdə gedib ilk dəfə görüşdüklər yerə baxmağa getdilər. Əyinlərində bahalı paltar olmasına baxmayaraq həmin yerdə oturaraq papaqlarını qarşılarına qoyub dilənməyə başladılar. Heç adamlar onlardan geri qalmadı. Onlarda zarafatla bu bahalı şlyapaların içərisinə pul ataraq gülürdülər. Hazırlıq işləri bir həftə çəkdi.
Artıq 1955-ci il idi. O yağışlı gecədən 8 il ötürdü və Salman vətənə Göytəpəyə qayıdırdı. Qəribə idi, bütün bu illər ərzində Salman özü haqqında ata-anasına məlumat verməmişdi. İndi Göytəpəyə yaxınlaşdıqca böyük səhv etdiyini başa düşürdü. Axı onların nə günahı vardı. O vaxt zəmanə elə idi. Salman axşam saat 9-da Dağburnu stansiyasına çatdı. Qatardan özü ilə gətirdiyi iki çamadanı düşürüb perronda dayandı və nə fikirləşdisə əyilib torpağı öpdü. Bəli o artıq vətəndə idi. Onun bu hərəkətini görənlər:
-Sağ ol bala. Vətənə xoş gəlmisən,- dedilər.
Salman ayrıca maşın tutdu. Yay olduğundan hava hələ işıqlı idi. Salman üçün hər şey maraqlı idi. Sonra gəlib bir qəsəbəyə çatdılar. Sürücü dedi ki, bura Göytəpədir. Rayon mərkəzidir. Hava artıq qaralmışdı və birdən yadına düşdü Şirinquma nəyə gedir. Axı indi orada heç kəs yoxdur. Hamı yaylaqdadır. Sürücüdən burada mehmanxana olub –olmadığını soruşdu. O da cavab verdi ki,var. Onda ora sürün.
Atam mehmanxanada bir həftə qalır. Qəsəbəyə xəbər yayılır ki, bəs Şirinqumlu çoban Əhlimanın oğlu qayıdıb gəlib. Özü də necə. Ali təhsilli əsil mütəxəssis. Axşamların birində onun yanına bir kişi gəldi. Salman onu tanıdı. Atasının əmisi oğlu Səlim kişi idi. Kişi Salmanı görəndə qucaqlayıb bağrına basdı.
-Ay bala xoş gəlmisən. Bəs belə sağ salamatsan niyə bizi gözü yolda qoyurdun.Yazıq Əhliman ayaqüstə ölüb. Hələ də peşmandır. Oğluma bir qoyunu qıymadım. O da baş götürüb qaçdı. Yaxşı bura niyə düşmüsən. Hə başa düşdüm. Nə biləsən. İndi bizimkilərin hamısı bura qəsəbənin “Dəvəçilər” deyilən yerində yer götürüb ev tikmişik. Elə sənin atan da qonşuluğumuzda olur. Hamımız burada yeni təşkil olunmuş qoyunçuluq sovxozunda işləyirik. Dur yığış gedək evə.
Yayılan söz –söhbət öz təsirini göstərdi. Heç 20 gün keçmir atamı rayon rəhbərliyinə dəvət edirlər. Birinci katib şəxsən özü onunla söhbət edir. Məsləhət olur ki, əvvəlcə qoyunçuluq sovxozunda işə başlasın. Sonrasına baxarıq.
Salman Əşrəfin sözlərini unutmamışdı. Hara gedirdisə ən yaxşı paltarlarını geyirdi. Bu da onun nüfüzunu artırırdı. İlk növbədə işlə yaxından tanış olmaq üçün yaylağa yollandı. Bütün statistik rəqəmləri, normaları, adamların adını, kimin adında nə qədər qoyun var, plan və öhdəlikləri öyrənib iş qrafiki tərtib etdi. Yaylaqda özününkilərlə görüşdü. Atası sevindiyindən düz beş qoyun kəsdi. Elə hey deyirdi bala məni bağışla .
Salmanı yaylağa sürücü Cəmil kişi aparmışdı. Cəmil kişi Salmanın xoşuna gəlmişdi. Ağır təmkinli adamdı. Bütün yol boyu söhbət edərək onu darıxmağa qoymamışdı. Özunun dediyinə görə 6 övladı, 3 oğlu, 3 qızı var. Qızlardan 2-sini ərə vermiş, oğlunun birini evləndirmişdir. Onun da ailəsi burda yaylaqdadır. Bir dəfə fermalara baxış keçirib evə qayıdanda Cəmil kişi onu öz evinə dəvət edir. Salman etiraz etmir. Maşın alaçığa yaxınlaşanda onları qarşılamağa üç nəfər yaxınlaşır. Bunlar Cəmil kişinin həyat yoldaşı Bəyim xala, oğlu Amil və qızı Dilarə idi. Bunları Salman sonra biləcəkdi. Bəyim xala onu oğlu kimi qarşılayır. Əlini boynuna salıb üzündən öpür. Amil də əl verib görüşür. Dilarə isə yad görəndə qayıdıb alaçığa girir. Cəmil:
-Ay arvad bir şey hazırlamısan, yoxsa bizi yalandan dəvət eləmisən.
-Narahat olma a kişi xörək hazırdır. Əvvəlcə əl –üzünüzü yuyun, sonra içəri keçin. İndi növbə Dilarənin idi. Əlində bir vedrə bulaq suyu, dəsmal və qulplu qab qonağa yaxınlaşdı. Həm də bir balaca diksindi. Axı qonaq bizimkilərə heç oxşamırdı. Bizim tərəkəmə oğlanları bir az kobud, nahamar olurlar. Qonaq isə sarışın şabalıdı rəngdə idi. Orta bədənli hündür, yaraşıqlı idi. Əynindəki paltar sanki, bədəninə biçilmişdi.
Salman da öz növbəsində qıza nəzər saldı. Onun qarşısında mələk durmuşdu. Oxuyanda və bazarda gördüyü yüzlərlə rus qızlarından bu qız fərqlənirdi. İri qara gözləri,qaşları və hərdən sürüşən kəlağayının altında görünən dağ havasından qızarmış yanaqlar çox gözəl idi. 16-17 yaşı olardı. Mən bilmirəm bu necə olur, atam bir könüldən min könülə bu qıza vurulur. Elə Dilarə də ona biganə qalmır. Ala gözlü rusa oxşayan bu oğlan onun qəlbini ovsunlamışdı. Qonaqlıqdan sonra sonra anası ilə tək qalanda özünü saxlaya bilməyib:
-Ana qonağımız nə yaxşı oğlandır. Heç buraların adamına oxşamır-demişdi. O gündən Salman özünə yer tapa bilmir. Axırda sirrini ərdə olan bacısı Sənəmə açır. Sənəm Cəmil kişinin ailəsi daha geniş məlumat verir. Bildirir ki, Dilarənin o biri bacıları da qəşəngdir. Ərə getdikləri oğlanlar da sanballı adamlardır. Biri məktəb direktoru, biri də həkimdir. Elə sən də onlardan geri qalmırsan. Mənə elə gəlir, sən elçi göndərsən yox deməzlər. Ancaq bizim bir çətinliyimiz var, yaxşı evimiz yoxdur. Salman:
-Siz elçi gedin, “Hə” alın. Ev məsələsi asandır. Yuxarıda sizə demişdim axı, Salman özü ilə yaxşı pul gətirmişdi. Atasının da yurd torpağı vardı. Salman yaylaqdan qayıdandan sonra böyüklərin məsləhəti ilə usta gətirib, kərpic kəsdirdi. Yerli ağac materiallarından da istifadə edərək qısa müddətdə evi tikdirərək başa gətirir. Razılıq alındığından toy edib Dilarəni öz evinə gətirib ömür-gün yoldaşı edir. Bir neçə il keçir Əvvəlcə bacım Aybəniz, 4 ilsonra mən ata-anam yaylaqda olarkən anadan oluram. Onu deyim, atam qoyunçuluq sovxozunda cəmi bir il işləyir. Yaxşı işinə görə onu daha məsuliyyətli işə Göytəpə rayonu yun tədarükü idarəsinə rəis qoyurlar. Salmanın əsl istedadı burda özünü göstərir. O baş idarədən əlavə vəsait ayırtdıraraq idarəni, hasarı təmir edir. Bütün anbarları, talvarları yenidən qurur. Giriş qapısında xüsusi buraxılış məntəqəsi, qaravulxana, laborotoriya tikdirir. Çox qəribədir, toplanmış yunu buralarda deyil,aparıb Xarkov şəhərindəki yun emalı zavoduna təhvil vermək təklifini irəli sürür və bunu həyata keçirmək üçün bir neçə dəfə Xarkova gedib yaxşı müqavilələr bağlayır. İndi atama sadəcə Salman yox Yun Salman deyirdilər. Ölkədə vəziyyət yaxşılaşırdı. Şəhərlər, kəndlər yenidən qurulurdu. Artıq hər yana işıq çəkilmişdi. 70-ci illərdə rayon partiya komitəsinin birinci katibləri üçün yeni yaşayış evi tikiləndə köhnəni atama verdilər. Əvvəlkindən fərqli olaraq yeni evimiz şəhərin mərkəzində idi. Atam da tənbəllik etməyib hasarı, evi söküb yenisini tikdi. Bütün bu illər ərzində istər uşaqlıq illərində, istərsə də gənc yaşlarımda biz yayı yaylaqda, qışda isə qısa müddətə hər il Sovet İttifaqının ən gözəl sanatoriyalarının birində dincələrdik. Bundan əlavə qış aylarında Moskva, Leninqrad kimi böyük şəhərlərə səfər edər və heç vaxt əliboş qayıtmazdı. Özündən əlavə rayon rəhbərlərindən katibə, prokurora, milis rəisinə də hədiyyələr alardı və bu ənənəni bütün ömrü boyu davam etdi. Katiblər, prokurorlar, rəislər gəlib gedirdi. Amma Yun Salman öz yerində qalırdı. Doğrudur hərdən ona yüksək vəzifələr də təklif edirdilər. Ancaq Salman razı olmurdu. Bu iş ona sərf edirdi. Həm qazancı yaxşı idi, həmdə vaxtı olurdu. Yun Salman ağıllı adamdı. Heç vaxt özündən yuxarı vəzifəli adamların arxasınca danışmazdı. O qorxaq deyildi, yaltaqlığa nifrət edərdi. Heç kəslə işi olmazdı. Ancaq kimsə ona sataşanda bax onda atam yırtıcı şirə dönürdü. Lazım gəlsə 50 min, yüz min xərcləyib həmin adamı yerində oturdardı. Pul məsələsində çox ciddi idi.
İndi isə anam haqqında. Deyirlər ağ gün adamı ağardar. Onsuz gözəl olan anam bu illər ərzində daha da gözəlləşib xanım, xatın qadın olmuşdu. Anam heç vaxt süni bər-bəzəkdən istifadə etməzdi. İmkanlı ailə olmağımıza baxmayaraq anam həyətin giriş qapısını açarla bağlamağa qoymazdı. İstər rayonda, istər yaylaqda qonşulara, əlsiz –ayaqsızlara əl tutar, ondan pul istəyənlərə borc verərdi. Xörəkləri, turşuları, motal pendirini özü hazırlayardı. Bir dəfə olsun kişilər oturan məclisdə olmazdı. Atamın işi çox olduğundan bizi o tərbiyə edərdi. Aybəniz gözəllikdə anama oxşamışdı. Mən isə necə doğulduğumu sizə demişəm. Bizi çox qapalı saxlayırdılar. Mən də, Aybəniz də bir şey almaq və yaxud kinoya getmək lazım olanda anamdan icazə alardıq. Məktəbdə həmişə üzlü uşaqlar bizi aldadıb yaxşı qələmləri əlimizdən alardılar.
Aybəniz orta məktəbi bitirəndə atam onu İstisu sanatoriyasında tanış olduğu və neçə illər dostluq etdiyi Azərbaycan Pedaqoji İnstitunda dekan işləyən professor Əlizadənin evinə apardı. Əlbəttə atam əvvəllər olduğu kimi indi də əliboş gəlməmişdi. 30 kilodan artıq 4 illik qoç cəmdəyi, dağ balı, qoyun südündən motal pendiri, təzə nehrə yağı, isti təndir çörəyi,s ac üstü yuxa və sairə. Qoca professor bunları görəndə Salmanı qucaqlayıb üzündən öpür:- Sağ ol Salman bunlar hamısı əladır. Axı biz nə qədər imkanlı olsaq da belə şeyləri buralarda tapa bilmirik. Sonra Salman Aybənizin məsələsini söyləyir. Professor söz verir, Salman heç narahat olmasın. Aybəniz dil və ədəbiyyat fakültəsinə qəbul olunacaq. Elə Aybəniz özü də biliklidir. Elə bizdə qalar. Qızım Sevda özü onu imtahanlara aparar. Sən qayıt get işinlə məşğul ol. Atam cibindən 2000 manat pul çıxarıb stolun üstünə qoyur. Lakin professor pulu götürmür:
-İş düzələndə verərsən. Bir aydan sonra Aybəniz məktəbə qəbul olunanda atam yenidən o pulu ona vermək yenə götürmür:
-Salman sağ ol sən mənə çox hörmət etmisən. Deməyə çətinlik çəkirəm. Bilirsən də bizim Sevda qızımız nişanlanıb. Əgər sənə çətin deyilsə bizə cehizlik üçün bir az yaxşı yun düzəlt. Bax onda atamın əsl zirəkliyi özünü göstərir. Anam Dilarənin köməkliyi ilə nəinki bir az düz 100 kilo əla yun tapıb professora verir. Professor bu dəfə sevindiyindən Salmanı qucaqlayıb öpür.
Atamın Bakıda iki otaqlı evi vardı, imkanı yaxşı olanda hansısa fəhlə qohumumuzun adına almışdı. Əvvəlcə Aybəniz və sonra mən o evdə qaldıq. Aybəniz institutu bitirən ili mən ali məktəbə qəbul olundum. Özü də inşaat mühəndisliyinə. Söz yox, yenə atamın köməkliyi ilə. Orta məktəbdə hərdən yaxşı şəkillər çəkirdim. Yazıq kişi də elə bilirdi mənim istedadım var. O biri institutlardan fərqli texniki institutlarda oxumaq çox çətindi. Burda gərək çertyoj çəkməyi bacara biləydin ki, kurs işlərini semestr imtahanlarına qədər qurtarıb təhvil verməlisən imtahanlara buraxılasan. Həm tənbəl, həm də elə savadlı olmadığım üçün bu işlərin öhdəsindən gələ bilmirdim. Atamın hər semestr imtahanları vaxtı göndərdiyi 1000 manat pulla savadlı tələbələrə pul verib işləri gördürürdüm.
Xarici görünüşüm yaxşı olmasa da geyimim, pul xərcləməkdə əliaçıqlığım qızları mənə yaxınlaşdırdı. Dmitrov küçəsində xüsusi hallar üçün kirayə etdiyim qapısı küçəyə açılan otağıma hər gün qızlar gələrdi. Mən xoşuma gələni yanımda saxlayıb qalanları rədd edərdim. Yay tətillərində isə istirahət evlərində dincələrdim. Daha beş il kecdi. Mən institutu bitirib rayonumuza qayıtdım.
Ailəmizdə dəyişiklik olmuşdu. Bacım Aybəniz Məmməd adlı oğlana ərə getmişdi. Məməd rayon mədəniyyət şöbəsində təlimatçı işləyirdi. Doğrudur gözəl yaraşıqlı oğlan idi. Savadlı olsa da, amma yaman üzlü adamdı. İncəsənət institunun mədəni-maarif fakültəsini bitirmişdi. Məmmədgil şəhərin mal bazarı tərəfində olurlar. Çiy kərpicdən bir otaqlı evləri var. Anası Məsmə arvad hələ Məmməd körpə olarkən ərindən ayrılmış, çörək zavodunda fəhlə, sonralar məktəbdə qulluqçu işləyə-işləyə oğlunu böyütmüş, ona ali təhsil vermişdi. Aybənizi də Bakıdan tanıyırmış. Aybənizin etirazına baxmayaraq bu yoldan geri çəkilməmiş və nəhayət bacımın ona ərə getməyə razılğını almışdı. Atamın bu sevdadan heç xoşu gəlməmişdi. Amma sevimli qızının xətrinə dəyməmişdi. Buna baxmayaraq bəzi qabaqlayıcı tədbirlər görmüşdü. Aybənizin adına şəhərin yenicə inşa edilmiş 2 mərtəbəli 12 mənzilli binadan 3 otaqlı mənzil alır. İçərisini isə Aybənizin cehizi ilə doldurur. İş o yerə gəlir, hətta Məmmədin anasının verdiyi bir dəst yorğan döşəyin otağa gətilməsi də lazım olmur.
Tikinti idarələrinin birində əvvəlcə iş icraçısı köməkçisi, sonra isə iş icraçısı oldum. Mənim qəbul etdiyim sahə tikintisi uzun illər yarımçıq qalmış beşmərtəbəli bina idi. Birinci mərtəbə qurtarmış, ikinci mərtəbə başlansa da sonradan tikinti dayandırılmışdır. Yaman ilişmişdim. Mən bilmirəm necə oldu cavan, təcrübəsiz mütəxəssisə belə məsuliyyətli işi tapşırıdlar. İşə heç cürə başlaya bilmirdim. Keçmiş iş icraçısının qohumları fəhlələr də elə onunla birlikdə işdən çıxmışdılar. İşləri aparmaq üçün usta və fəhlələr tapılmırdı. Bunun səbəbi Göytəpədə tikinti idarələrinin sayının çox, əhalinin az olmasıdır. İşə təyin olunduğumdan bir ay vaxt keçməsinə baxmayaraq mən bir dənə olsun daşı daş üstünə qoya bilməmişdim. Axşam evdə vəziyyəti atama deyəndə o da telofonu götürüb rəisim Əhmədova zəng etdi.
Ertəsi gün rəis məni yanına çağırıb bir məktub verib:–
Maşın götürüb Qarabulağın Zeynallı kəndinə gedərsən, orada briqadir Alışan deyirlər tapıb bu məktubu ona verərsən. Deyərsən məni Əhmədov yollayıb. Elə etdim. Alışanı tapıb məktubu verdim. Alışan məktubu oxuyub: –
Yoldaş Əhmədova deyərsən mən razı. Bu gün beşinci gündür. Birinci gün saat 7-də avtobus dəmiryol keçidinin yanında olsun. Sevindiyimdən bilmirdim nə edəm və Alışana təklif etdim əgər vaxtı varsa bu şad xəbəri qeyd edək. Dağlara tərəf qalxıb yaxşı kababxana tapıb əməlli-başlı yeyib içdik.
İşlərim qaydasına düşmüşdü. Alışanın gətirdiyi işçilərin və habelə rəisimin yaxından köməyi ilə 2-ci,3-cü və 4-cü mərtəbələləri tikib qurtardıq. Rəisin tapşırığı ilə işlərə baş mühəndis nəzarət edirdi.
Mən inşa etdiyim tikintinin yanında iki mərtəbəli binada bir idarə yerləşirdi. Deyəsən maliyyə idarəsi vardı. Arxasında məhəccərlənmiş açıq eyvan vardı və bir neçə cavan qız hərdən çıxıb orda söhbət edərdi. Mən gündə bir neçə dəfə yuxarı çıxıb görülən işlərə baxardım. Son günlər usta yanında işləyən cavanların öz yerində olmadıqlarını hiss etdim və onları axtaranda gəlib tikintinin həmin idarəyə tərəf olan pəncərələrinin yanında tapırdım. İdarə binaya çox yaxın idi. Cəmi 5-6 metr aralı olardı. Mən fikir verdim, qızlar aşağıdan, oğlanlar isə yuxarıdan bir–biri ilə söhbət edirlər. Mənimkilər məni görən kimi o saat qaçıb öz iş yerlərinə getdilər. Belə şeylərə sonralar da tez-tez rast gəlsəm də üstünü vurmurdum.
İş otağım da elə həmin idarənin yaxınlığında idi. Ayın axırı idi. İşçilərin əməkhaqqı naryadlarını yazırdım. Qapı döyüldü. Başımı qaldıranda qapıda dayanmış bir qız gördüm:-
Gəlmək olar? Onu içəri dəvət etdim və dərhal tanıdım. Burada işləyən qızlardan biri idi. Əlində 3 məktub vardı. Məktubları sağ əlində tutmuş sol əlini açaraq ovcunun içinə döyəcləyirdi.
-Buyurun sizi eşidirəm. Sonra ona baxdım. Balaca boy idi. Amma şən əhval ruhiyyədə. Gözləri parıdayır, dodağında təbəssüm vardı. Deyirdin bəs uşaqdır. Sakit dayana bilmirdi.
-Sizdən bir xahişim var. Bilirsiz mənim qızlarım sizin oğlanlara, yox-yox sizin oğlanlar mənim qızlarıma vurulub. Sizin keçirdiyiz reyddən sonra onlar söhbətləşə bilmirlər. Öz ürək sözlərini məktubla göndərirlər və mənim sizdən xahişim budur ki, bu məktubları öz sahibinə çatdırasınız. Mən cavan oğlan olduğumdan bu işin fərqinə varmadım/ Cavab verdim:
-Baş üstə. Sonra məktubları alıb üzərinə baxdım. Çox primitiv, səlqəsiz kobud surətdə yazılmışdı.
Sarıgüldən –Pənaha
Nübardan– Sədrəddinə
Natelladan -Mətləbə .
Mən -Bəs Mətləb kimdir. Bizdə belə işçi yoxdur dedim.
-O sürücüdür. Bura hərdən yük gətirir. Mən qonağıma söz verdim ki, dediklərini yerinə yetirəcəm və o da mənə təşəkkür edib getdi. Ancaq iş bununla bitmədi. Bir neçə gündən sonra o qız yenə əlində üç məktub yanıma gəldi. O:
-Mən yenə məktub gətirmişəm, yəqin acığınız tutacaq. Gözlərinin içi bic-bic gülürdü. Mən onu qarşımdakı stula dəvət edib:
-Əyləşin, gəlin tanış olaq. Mənim adım Vasifdir. Siz o idarədə işləyirsiniz?
-Mənim adım Zəminədir. Sizi, bacınız Aybəniz müəlliməni, ananızı tanıyıram. Biz beş qız bura qəbul olunmuşuq, staj topalayaq, növbəti qəbul imtahanlarına gedəndə işləməyimiz haqda arayış ala bilək. Birimizdən başqa biz dörd qıza heç əməkhaqqı da vermirlər. Bütün günü eyvanda olub söhbət edirik. Sizin oğlanlar gələndən sonra bizim qızları bəyəndilər. Bu işdə mən onlara kömək edirəm. Mənə qızlar zarafatla “aradüzəldən” deyirlər.
Onda mən ondan soruşdum:
-Bəs dördüncü məktub hanı? Siz belə dilli-dilavər, həm də qəşəngsiniz, necə olur özgələrinə adaxlı tapırsınız özünüzə yox. Zəminə
-Siz öz oğlanlarınızı nəzərdə tutursunuzsa mənim onlardan xoşum gəlmir. Onlar kobud və mədəniyyətsizdirlər. Odur Pənah Sarıgülü çağırıb, gəl söhbət edək. Yazıq ona yaxınlaşmağı ilə qayıdıb qaçmağı bir oldu. Soruşduq ay qız nə oldu. Niyə tez qayıtdın. Deyir ki, bəs Pənah qucaqlayıb öpmək istəyirdi. O kimdi məni öpür. Hələ heç tanış olmamışıq. Bir–birimizi tanimırıq. Mənim isə sizdən xoşum gəlir.
O özünü çox sərbəst aparırdı. Belə söhbətləri adətən ziyalı ailələrdə böyümüş, dünyagörüşü geniş olan qızlar edə bilərdi. Bununla belə mən:
-Mənim nəyim xoşunuza gəlir? Arıq ,uzun cılız oğlanam. Başım da getdikcə dazlaşır. Hələ belimdəki qüsuru demədim.
– Yox elə deməyin. Məsələ sizin xarici görünüşünüzdə deyil. Siz mədəni oğlansınız. Geyiminiz, danışığınız, hərəkətləniz alicənablığınızdan xəbər verir. Yaxşı daha bəsdir. Hələlik sağ olun mən getdim. O gedəndən sonra xeyli oturub qaldım. Özümü nə qədər işə yönəltmək istəsəm də də alınmırdı. Durub işçilərin yanına getdim.
Bu arada mənə digər bir binanın tikintisini başlamağa göstəriş verdilər. Rayon prokurorluğuna yeni inzibati bina tikiləcəkdi. Layihəsi yeni memarlıq üslübunda tərtib edilmiş bu bina həm gözəl, həm də tez tikilib qurtarmalı idi. Bunun üçün xüsusi briqada lazım idi. Elə bir briqada ki, bünövrədən tutmuş tamamlama işlərinə qədər olan işlərin hamısını yerinə yetirə bilsin. Uzun müzakirələrdən sonra müəyyən edildi bu işlərin öhdəsindən yalnız o vaxtkı Ermənistan SSR-nin Qafan şəhərindən erməni Qraçikin briqadas yerinə yetirə bilər. Onlar əvvəllər də buralarda işləyib. 6 nəfərdən ibarət olan bu bridanın üzvləri birlikdə beton tökməyi, hörgü hörməyi, ağac və malyar işləruini yerinə yetirməyi bacarır. Təxminən 1983 –cü illər olardı. Məlum “Dağlıq Qarabağ” hadisələri heç kəsin ağlına gəlməzdi. Rəis Əhmədov Qraçikin ünvanını mənə verib dedi. Özünlə bir yoldaş götür Qafana get. Qraçiki tapıb mənim məktubumu ona ver. Sənə bir həftə vaxt verirəm, onları özunlə bərabər gətirərsən. Yoxsa yaxanı verəcəm prokurorun əlinə.
Yeyib –içməyi xoşlayan dostum var idi. Onu da özümlə götürüb Bakı –Yeravan qatarı ilə Qafana getdim. Stansiyadan Qafana maşınla gəldik. Səhər saat on idi. Birinci gün olduğundan hamı işə tələsirdi. Avtomatların birindən Qraçikə zəng etdim. Özüm haqqında məlumat verdim. Şəhərdə dağın döşündə inşa edilən 25 mərtəbəli binanın yanında olduğumu dedim. Köpəkoğlu azərbaycanca təmiz danışırdı. Ümumiyyətlə ermənilərin hamısı azərbaycanca yaxşı bilir. Yaxşı yadımdaır. İnstitutda qocaman rus dili müəllimiz vardı. Sadıq Vəkilov. Qori seminariyasını Qazağa köçürulüb gətirilməsində onun böyük əməyi olmuşdur. O deyirdi ki, ermənilər ona görə bizim dili yaxşı bilirlər ki, həmişə bizim tabeliyimizdə olublar, ehtiyaclarından bizim işləri yerinə yetiriblər.
Qraçik tez gəldi. Onunla görüşəndən sonra çayqırağı gəzə-gəzə şəhərin yuxarı məhəlləsinə gəlib mənzərəli kafedə açıq havada qoyulmuş stolun ətrafında oturduq. Çayın adı Qəjaran idi. Çox lilli idi. Rəngi paslanmış misə oxşayırdı. Mənə dedilər yuxarıda çayın başlanğıcında polimetal mədənləri var. Bu filizləri su ilə yuyub çaya axıdırlar. Bəzən uran da tapılır. Odur ki, çayın suyundan istifadə etmək çox qorxuludur. Yeməyi təzə vermişdilər. Bizə 35-36 yaşında erməni yaxınlaşdı. Bizimlə salamlaşıb görüşəndən sonra Qraçik :
-Tanış olun bu Rantikdir. Mən bənnayam, o malyardır. Stolun üstündə hər cür yeməklər vardı. Qaban kababı, quzu əti, hinduşka, turşular, nar, üzum, tut arağı, adi araq. Dostumun gözləri parıldayırdı. Biz başladıq, nə başladıq. Məndən başqa hər üçü saat 3-ə qədər yeyib içdilər. Sonra bizi mehmanxanaya aparıb yer aldılar. Dedilər dincəlin. Bildirdilər evə də apara bilərik, amma burda daha rahat ola bilərsiniz. Axşam saat yeddidə gəlib suvaqçı Saşanın evinə gedəcəyik. Mən yuxudan oyanada hiss etdim, başım ağrıyır. Özüm bilirdim, başım niyə ağrıyır. Bu çaysızlıqdan idi. Burada isə çay tapmaq lap müşkül məsələ idi. Dərdimi bizi Saşanın evinə aparmağa gəlmiş Rantikə dedim. Rantik:
-Bizdə heç kim çay içmir. Gedək Saşagilə. O bizdən yaşlıdır. Bəlkə onun arvadı sənə çay tapıb verdi. Saşanın evinə bütün şəhəri dolanaraq piyada gəldik. Şəhərin ən hündür yerində dağın döşündə tikilmiş bu çox geniş həyəti vardı. Həyət yamac aşağı uzanıb gedirdi. Hansı meyvə ağacından desən burda vardı. Həyətə bir yerdən bilək yoğunluğunda su daxil, sonra Saşanın çəkdiyi balaca arxcıqlarla ağacların dibinə axırdı. Elə burda ağacların altında böyük stol qoyulmuşdu. və yenə stolun üstündə nə desən vardı. Mən dərhal dedim başım ağrıyır. Mənə çay verin. Saşa gülə -gülə çay yoxdur, amma sənə elə dərman verəcəm ağrısı kəsəcək. Evə qayıdıb əlində iki butulka gətirib stolun üstünə qoydu. Bu başı xamralı zoğal arağı idi. Bir stəkan iç ağrısı kəsəcək. Araqadan süzüb bir stəkan içdim. Başım yenə ağrıyırdı. Onda araqdan bir stəkan süzüb mənə verdi:
-Al bunu vur. Başın daha ağrımscaq. İkinci stəkandan sonra başım doğrudan da ağrımadı. Biz Saşanın evindən mehmanxanaya qayıdanda artıq gecə idi. Çay kənarında dayanıb Saşanın evinə baxdım. Saşanın evi burdan ən azı 500 metr hündürlükdə olardı. Ertəsi gün Rantik bizi Qafan yaxınlığında olan Qızıldaş yaylağına apardı. Yol boyu rastlaşdımız yerləri Rantik göstərib bir adlarını deyirdi. Bu adların hamısı bizim əcdadlarımızın verdiyi adlar idi. Haçaqaya, Dəvəggözü, Naltökən və sair. Doğrudur o vaxtı biz bunun fərqinə varmırdıq. Fikiləşirdik SSSRİ bizim vətənimizdir. Qızıldaşda sanatoriya da var. Axşam yenidən şəhərə qayıtdıq. Nəhayət Qafana gəlişimizin 5-ci günündə briqadanın bütün üzvləri bir yerə yığıldı. Mən sevinirdim. Bazar günü Qafandan yola düşüb birinci gün Göytəpədə olacaqdıq. Hamıdan böyük Saşaya təklif etdim. Briqadanın bir yerə yığılması münasibəti mən qonaqlıq vermək istəyirəm. Özü də ən yaxşı restoranda. Əlimi cibimə salıb pulumu göstərdim. Bax Əhmədov verib.Tapşırıb uşaqlara yaxşı bax. Amma yalan deyirdim.Pulu atam vermişdi. Axşam restoranda olduq. Hamı üzünü qırxdırmış, saçlarını düzəldirmiş, əla geyinmişdi. Sifariş verildi. Yeyib–içmək başlandı. Məclis getdikcə qızışırdı. Orkestr öz işində idi. Bir-birinin ardınca erməni mahnıları oxunurdu. Mənim ağlıma bir fikir gəldi. İstəyirdim ətrafdakılar bilsin ki, biz də buradayıq. Odur ayağa durub oxuyan oğlandan xahiş etdim bir “Sarı gəlin “ mahnısını azərbaycan dilində oxusun. O da baş üstə deyib, əvvəlcə çıxış edərək burada Azərbaycandan gələn qonaqlar olduğunu, bizim birgə yaşadığımızı, bir-birimizdən qız alıb, qız verdiyimizi qeyd elədi və həzin səslə “Sarı gəlin oxumağa başladı. Salonda tam sakitlikdi. Lakin mahnı yarıya çatar-çatmaz qonşu stollardan bir oğlan durub oxuyan oğlanın yaxasından yapışıb öz dilində nə isə qışqırara onu sillələməyə başladı. Bir neçə nəfər tökülüşüb oxuyanı onun əlindən aldı…
Oğlandan əl çəkən erməni bu səfər bizə çumdu. İndi azərbaycanca
– İt uşağı siz nə cürətlə bu mahnını sifariş vermisiniz. Axi bu bizim mahnıdır. Rantik onun qarşısını kəsib, o da azərbaycanca
– Spartak yaxşı lazım deyil. Axı onlar mənim qonaqlarımdır. Vəziyət pisləşirdi. Artıq qonşu stollardan da bir neçə cavan erməni gəlib Spartaka qoşulurdu. Mən ofisiantı çağırıb hesabı verdim. Briqada bizi dövrəyə alıb restorandan çıxardı. Qəribə idi. Qapının yanında milisoner də vardı. Sakitcə durub baxırdı. Sanki baş verənlərin ona dəxli yox idi. Rantik Spartakın yanında qalmışdı. Yarım saatdan sonra gəlib bizə çatdı. Üzünü mənə tutub dedi. Vasif siz elə bu saat şəhəri tərk eləməlisiniz. Biz səhv etmişik. Onlar hansısa gizli cəmiyyətin üzvləridir. Bu zəhrimar mahnı bəhanədir. Bir azdan onlar şəhəri ayağa qaldıracaq. Bax onda işlər pisləşəcək. Tələsik mehmanxanaya gəlib, çantaları götürüb Rantıkin çağırdığı maşına əyləşib Qafandan çıxdıq. Butun bunlar heç yarım saat da çəkmədi. Mən buraları tanımadığımdan bilmirdim, hara gedirik. Gəlib bir dəmir yol stansiyasına çatdıq. Sürücü bizi maşından düşürüb dedi: -Qorxmayın bura Naxçıvandır. Bir azdan Noraşen –Bakı qatarı gələcək. Ona minib evinizə gedərsiniz. Daha bizə qorxu yox idi. Öz elimizdə, obamızda idik.
Mən bilmirəm belə hadisələr necə baş verir. Amma mən ona rast gəldim. 1988-ci il idi. İş yoldaşlarımla birlikdə Moskvaya qısa müddətə gəzməyə getmişdik. Qayıdanda Gürcüstandan olan yoldaşımız xahiş etdi ki, Moskva –Tbilisi qatarı ilə Gürcüstana gedək, o valideynləri ilə görüşsün, oradan Bakıya gələk. Küpedə üç nəfər idik. Dördüncü yerin sahibi hələ gəlməmişdi. Qatar növbəti stansiyada dayananda bizim küpeyə bir oğlan daxil oldu. Onu o saat tanıdım. Spartaqk idi. Paltarını dəyişib, yatağını düzəldəndən sonra yanımızda oturdu. Qatar tam sürətlə hərəkət edirdi. Mən:
-Salam Spartak xoş gördük. Adını eşidən Spartak çox təəccübləndi. Elə bizimkilər də məəttəl qalmışdı.
-Hə uşaqlar mən bu oğlanı tanıyıram. Özü də ermənidir. Sonra uşaqlara Spartakın Qafanda başlmıza gətirdiy oyunlardan danışdım. Yenidən Spartaka:
-Bax indi biz üç nəfərik, sən tək. Amma sən qorxma. Biz sənə toxunmayacağıq. Çünki biz Məhəmməd ümmətiyik. Ürəyimizdə Allah qorxusu var. Ancaq səndən bir şeyi xahiş edirəm. Gərək düzünü deyəsən. De görüm “Sarı gəlin “ sizindir yoxsa bizim. Spartak heç fikirləşmədən cavab verdi:-
Əlbəttə Sizin. Bir də axı mən nə bilim bu mahnı kimindir. Fəhlə babayam.
-Yox sən fəhlə deyilsən ekstremistsən. Özü də erməni ekstremisti. Buraya, Moskvaya da ona görə gəlmisən, öz başbilənlərindən yeni təlimat almaq üçün. Bununla söhbət bitdi. Rostovda qatar xeyli dayanır. Biz aşağı düşüb vağzalda gəzindik. Qayıdanda Spartakı görmədik. O əşyalarını götürüb harasa əkilmişdi.
Söz verdikləri kimi briqada vaxtında gəldi və mən hər iki tikintidə işləri aparırdım. İşlər əla gedirdi. 6 aydan sonra hər iki binanın üstü vurulmuş, arakəsmələr hörülür, qapı, pəncərə blokları yerinə qoyulur suvaq işləri aparılırdı. Bu arada hər iki binanın istilik sistemi, qazanxana və su xətlərinin çəkilməsi üçün quraşdırıcılar gəldi. Hər dəstədə cəmi 3-4 adam vardı. Bu adamlar tapşırılan işi vaxtında yerinə yetirdilər. Onların prorabı ( propab rus sözü olub –proizvoditel rabot- işləri aparan deməkdir) da görülən işlərə smeta tərtib edib yanıma gətirdi. Yerinə yetirilmiş işlərin məbləğini görəndə az qaldı qışqıram. Soruşdum, necə olur hərənizin 3-4 adamı var, amma bu işi yerinə yetirirsiniz. Onlar məni başa saldılar ki, işlər smetada göstərisədə biz bəzilərin yerinə yetirmirik, nəticədə az adamla şox iş görub yaxşı pul qazanırıq.
Ümumiyyətlə prorab işləmək mənim xoşuma gəlmirdi. Bu barədə dəfələrlə atama demişdim. Çox məsuliyyətli, ağır işdir.
Zəminə ilə münasibətlərimiz çox irəli getmişdi. Artıq biz bir-birimizi dəlicəsinə sevirdik. Onu da deyim ki, bizim ara düzəldənimiz Zəminənin sayəsində mənim oğlanlarımın ikisi də evlənmişdi. Sürücü Mətləbin məhəbbəti yarımçıq qalmışdı. Natellanı özü bilmədən atası uzaq qohumu, yenə Qarabulaqdan olan 42 yaşlı restoran müdirinə ərə vermişdi.
Müəllifdən:–Mən Vasifin dəftərindən təxminən 5 vərəq bu kitaba daxil etmədim.Vasif bu vərəqlərdə tikint i,onun aparıması, materillar, plan,t əhlükəsizlik qaydaları, o dövrdə keyfiyət yox, kəmiyyətə üstünlük verilməsi və habelə Zəminə ilə olan sevgisinin hər anı haqqında geniş məlumat verir. Oxuculara isə Vasifin həyatının davamı daha maraqlı olduğundan həmin vərəqləri sonrakı nəşrlərə saxladım.
Zəminə gözlədiyimdən də yaxşı idi. Artıq onunla evlənməyimə qərar vermişdim. Ancaq adi təsadüf nəticəsində eşitdiklərim məni Zəminədən ayırdı. Səbəbini Siz artıq bilirsiniz. O vaxt Zəminəyə kiçik bir məktub yazıb bildirdim ki,səninlə mənimki tutmaz və bir daha onunla görüşmədim.
Bu arada işlədiyim idarənin bütün işçilərini səfərbər edib ilin axırına qədər təhvilə gedəcək obyektin tikintisinə apardılar. Tam dörd ay öz tikintimə baş çəkə bilmədim. Bir dəfə vaxtım olanda ora getdim. Yavaş –yavaş mərtəbələri,o taqları gəzib, yarımçıq qalmış işləri qeyd edirdim. Bilirdim tezliklə qayıdacağıq. Nəhayət axırıncı blokda ikinci mərtəbədə olan mənzilə girəndə qəribə mənzərə gördüm. Mənzil məskunlaşmışdı. İçəridəkiləri də tanıyırdım. Carpayıda oturan qonşuluqdakı idarənin müdiri Murad Dəmirov, o birisi mənim qaravulçum idi. Məni görəndə hər ikisi ayağa qalxıb mənimlə görüşdülər. Otaq səliqəli düzəldilmişdi. Yanda çarpayı, ortada stol qoyulmuşdu. Hər tərəf kitabla doluydu. O biri kiçik otaq isə mətbəx idi.
-Hə, Vasif bala necəsən? İşləriniz necədir? Atan deyəsən bizdən küsüb. Bu otağı rəisin Əhmədovdan xahiş edib müvəqqəti istifadə edirəm. İşdə yorulanda gəlib burda dincəlirəm. İdarə müdiri atamla möhkəm dost idi. Bir–birinə çox oxşayırdılar. Dəfələrlə qış aylarında qısa müddətli istirahətə birgə gedərdilər. Başlarına geydiy papaqlar həmişə seçilərdi. Gah alimlərin qoyduğu papaqlardan, gah da mərkəzi kömitə üzvlərinin geydiyi samur, qaragül dərilərindən tikilmiş kepkalardan geyərdilər. Uşaqları ilə də dost olmasam münasibətim var. Onlarla sağollaşıb işimə davam etdim, baxışı qurtarıb iş otağıma gəldim. Qeydlərimi iş dəftərimə köçürmək istəyirdim. Qapı döyüldü. Qaravulçu idi. Əlimlə stulu göstərib oturmasını işarə etdim.
-Bura bax, o burda neyləyir? Necə yəni yorulanda gəlib burda dincəlirəm. Onun kabinetində bütün şəraiti olan istirahət otağı var.
-Ay oğul səndə onun dediklərinə inanırsan. Hamısını yalan deyir. Elə zibili həmin o istirahət otağında qarışdırıb. O gördüyün otaq onun evidir. Arvad, uşaq yığışıb evdən qovublar. Yadındadır Zəminəgil 5 qız bu idarədə işləyirdilər. Beşinci qızı tanımırsan. O kənddən gəlib. Eyvana çıxmağa da Dəmirov icazə vermirmiş. İri cüssəli, dolu bədənli qızdır. Qoca kaftar bu qızı özünə ov seçir. Arvadının xəstə olmasını, tezliklə öləcəyini, onunla evlənəcəyini, özünə məxsus evi onun adına keçirəcəyini vəd edir. Nəhayət bu əclaf öz məqsədinə çatır və yavaş-yavaş qızdan uzaqlaşır. Lakin qızın hamilə olması xəbəri işləri korlayır. Qızın qohumları şikayət edir. Dövlət adamı olmasına baxmayaraq xanımı, övladları onun bu hərəkətini heç cürə bağışlaya bilmirlər. Evdən çıxardırlar. Dəmirovun xanımı çox gözəl, həm də ağıllı qadındır. Üstəlik birinci katibin xanımı ilə rəfiqə imiş. Onlar da Dəmirovun cəzalanmasını istəyirlər. Birinci katib təcili iclas çağırır. Elə iclasda onu ayağa qaldırıb
-Dəmirov sənin neçə yaşın var?
-58 yaş. Sən axmaq iş tutmusan. Uzaqbaşı 3-4 il səninki olacaq. Sənə toxunmuram. İşçi kimi yaxşı işçisən. Get camaatın qızını necə aldatmısan, elə cəzanı çək. O qızla evlən. Yoxsa səni 10 il həbs gözləyir. İndi Dəmirov ev axtarır. Bir də rəsmi boşanma olmalıdır. Evi alandan sonra qızı gətirib saxlaycaq. Vəzifədə də müvəqqətidir. İndi o hadisədən uzun illər keçib, amma mənim yaxşı yadımdadır. Heç bir il keçməmiş Dəmirovu işdə yol verdiyi noqsanlara görə vəzifəsindən azad etdilər. Cəmiyyətdəki mövqeyini itirən, sevimli xanımından, övladlarından ayrı düşən Dəmirov heç 2 il də yaşamadı.
25 yaşım tamam olurdu. Mən iş yerimi dəyişmişdim. Çoxdan arzuladığm avadanlıqların quraşdırılması üzrə prorab olmuşdum. Bizim idarə Bakıda yerləşirdi və respublikanın hansı bölgəsində iş olurdusa ora gedirdim. Evimizə Şəmkirdən gəlmişəm. Orada şərab zavodu tikilir. Bir həftə burda olacağam. Gəlişimi eşidən Aybəniz və əri Məmməd bizə gəlib. Bir azdan atam da gələcək. Məmməd indi rayon partiya kömitəsinin təlimatçısıdır. Onun sənədlərini Ali partiya məktəbinə hazırlayırlar. Yeni dərs ilində dəvət etməlidirlər. Ali partiya məktəbi bitirəndən sonra güya hazır kadr olacaq. Partiya hara məsləhət bilsə ora göndərəcək. Bunların hamısını atam edir. Aybəniz ərə gedəndən az sonra Məməd musiqi məktəbinə direktor olur. Oradan da raykomda təlimatçı. Birinci övladları artıq 3 yaşında olan Yusifi anam saxlayır. Aybəniz yenə hamilədir. Atamın Məmməddən heç xoşu gəlmir. Doğrudur çox savadlıdır. Amma bu savadlılıq, onun tərbiyəsinə, davranışına kömək etməmişdir. Alicənablığı yoxdur. Yerli-yersiz mübahisə edər, qalib gəlməsi ilə öyünərdi. Daha fikirləşməzdi ki, bu boyda məclisdə mollanı, seyidi və yaxud ağsaqqalı pərt eləmək olmaz.
Atam gələndən sonra süfrə ətrafında söhbətin əsas mövzusu mənim evlənmək məsələm oldu. Birinci anam öz dərdini dedi.
-Vasif bala bilirsən də bizim evimiz qonaqlı-qaralı evdir. Məndə artıq yaşlaşmışam. Bu böyüklükdə evin, həyətin işini görmək çətindir. Gərək tezliklə evlənəsən. Həm mənə həyan olar, həm də kömək edər. Sonra Aybəniz ona tərəfdar çıxdı. Məmməd də:
-Hə məsəl var “tez evlənənlə tez ayrılan heç nə itirməz”. Mən də gülə-gülə onlara cavab verdim, evləndirin də mən nə deyirəm. Amma mənim istədiyim qız yoxdur. Siz dünyagörmüş adamlarsınız. Kimi məsləhət bilsəniz mən razı. Məmməd yenə heç kəsin dillənməsinə imkan verməyib:
-Qız məndə. Bizim musiqi məktəbində bir müəllimə var. Mən orada direktor olandan işləyir. Yaxşı tanıyıram. Çox gözəl yaraşıqlı xanımdır. Özü də 5 nömrəli məktəbdə işləyən Almaz müəllimənin qızıdır. Atam:-
-Yox Məmməd işləyən qadınlar öz ovladlarının tərbiyəsi ilə o qədər də yaxşı məşğul ola bilmir. Nəticədə özgə yerə düşən uşaqlar həyata hazır olmadıqlarından büdrəyirlər. Məmməd:
-Əşşi siz nə danışırırsınız. Mənimlə işləyəndə hərdən onlara qonaq gedərdim. Vallahi Təbəssüm müəllimə bir çay süfrəsi açardı gəl görəsən. Bir də evlənən biz yox Vasifdir. Sabah onu aparıb Təbəssüm müəllimə ilə tanış edəcəm. Bəlkə heç Vasifin xoşuna gəlmədi.
Məmmədlə mən saat 11-də musiqi məktəbində olduq. Məmməd özünü raykom nümayəndəsi kimi aparır. Guya məktəbin vəziyyət ilə maraqlanırdı. Siniflərə daxil oduqca Məmməd sınif müəllimindən nəsə soruşur o da öz növbəsində onların dediklərini qeyd edirdi. Mən isə musiqi alətləri ilə maraqlanırdım. Piyanino sinifində notlarla maraqlandım. Mosart, Bax, Çaykovski, Üzeyir, Soltan Hacıbəyli və başqalarının əsərləri idi. Mən indiyə qədər musiqi məktəbində olmamışdım. Musiqi məktəbi orta məktəbdən çox fərqlidir. Buranın müəllimlərinin, şagirdlərinin davranışı kübar cəmiyyəti xatırladır. Buradakılar adi adamlardan fərqli geyinirlər. Nəhayət biz Təbəssim müəllimənin sinfinə daxil olduq. Müəllimə sinifdə tək idi. Məmməd
-Salam müəllimə! Səsə dönüb baxan Təbəssüm Məmmədi gördü.
-O Məmməd xoş gəlmisən. Sən hara bura hara? Və yaxınlaşıb Məmmədin üzündən yavaşca öpdü. Sonra məni göstərib
-Bu oğlan kimdir? Nə qəşəng geyinib.
-Mənim xanımım Aybənizin qardaşıdır. Gətirmişəm sizi tanış edim. O da subaydır, sən də maşallah qəşəng qızsan. Buyurun tanış olun. Mən təəccüb içərisindəydim. Necə olur Məmməd o biri siniflərə daxil olanda hamı ayağa qalxırdı. Müəllimlər özlərini yığışdırırdı. Üzlərində həyacan, təlaş olurdu. Amma Təbəssüm özünü o yerə qoymur. Çox sərbəst idi. Sinifdə də heç kim yox idi. İndi o vaxtdan 25 il sonra bu sözləri yazarkən baxıb görürəm onlar bir-birini sevirmiş. Sadəcə Məmməd bacımın ondan imkanlı olmasını, atamın daimi arxa olacağını nəzərə alaraq Aybənizlə evlənmişdir.
Nə isə mən sizi yormacağam. Mən Təbəssüm müəllimə ilə evləndim. Amma deyəsən çox səhv etmişdim. O çox kobud və savadsızdı… Musiqi müəlliməsi olsa da musiqidən başı çıxmırdı. Stol arxasında da özünü apara bilmirdi. Çəngəl, bıçaqdan istifadə edə bilmir, yemək yeyərkən tikələri əlinin baş barmağı ilə ağzının içərisinə itələyirdi. Xörək bişirməyi də bacarmırdı. Kartof bişirərkən ya yandırardı, ya da ala–çiy olardı. Ən sadə yemək olan qayqanağı dadsız olardı. Geyiminə gələndə bahalı paltarlar alsa da zövqsüz geyinərdi. Bizim ailənin ad-sanına hörmət etməzdi. Gah yubkası dizdən yuxarı olardı, qəşəng, düz yoğun budları çılpaq qalardı, və yaxud uzun yubka geyinəndə koftası qısa olar, əyiləndə, qalxanda qarnı, kürəyi görünərdi. Heç üç ay keçməmiş səbirli, dözümlü anam özünü saxlaya bilməyib qəti qərar verdi
-Bunu bu evdən rədd eləyin. Əgər sözümə baxmasanız özüm gedəcəm. Onun bu sözlərindən atamla, mən bərk gülüşdük.
-Niyə gülürsünüz? Elə bilirsiniz getmərəm? Atam da mən də onu qucaqlayıb sakitləşdirdik. Sonra atam kiməsə zəng edib, onunla söhbətləşdi. Qurtarandan sonra üzünü mənə tutub dedi:
-Mənim işçilərimdən biri fərdi ev tikdirib, bir neçə aydır ora köçüb. İndi onun 2 mərtəbəli binanın birinci mərtəbəsindəki üçotaqlı mənzili boşdur. Danışdım sabah açarı gətirib verəcək. Vasif sən gedib evə baxarsan, lazımı materilları alıb evi yaxşıca təmir elətdirib ora köçərsiniz. Orda daha sərbəst yaşayarsınız.
NOYABR Xəstə kimi bu ara, Göz altlarım qaralmış. Saçlarımsa tam əksi, Dibdən bir-bir ağarmış. Ayrılıq oldu yaman Gözləmirdim bitirək İstəyirdim biz birgə Sənlə filmlər, kitablar Bir qazan qaynar şorba Birgə ömür bitirək. Alınmadı canın sağ, Yolun salamat olsun Bir gün geri dönəsi, Mənə salam verəsi, Olar işdi bir anlıq Peşman olsan, o anlıq Məni birdə tanıma. Keçirmə heç içindən, O an baxmaq üzümə. And olsun Yaradana, Əzbər olan gözlərin Unudulmuş olacaq İndi yanan bu ürək Çoxdan sönmüş olacaq.
Əziz oxucu! Beləliklə mən 50 illik həyatımın yalnız son 2-3 ayında başıma gələnləri Sizə söylədim. Həyatımın qalan hissəsin isə bu kitabın müəllifin maraqlandırarsa yenidən söyləyə bilərəm.
Müəllifdən
Mən Vasifi lap uşaqlıqdan tanıyırdım. O Göytəpənin sayılıb, seçilən kişilərindən biri olan Salmanın oğludur. Gözəl ailə başçısı Salman kişi hər iki övladını, ağıllı, tərbiyəli böyütmüş, onlara mükəmməl təhsil vermiş, hər ikisinə ailə qurduqdan sonra ev tikib bağışlamışdır. Ancaq bədbəxtlik bu ailədən də yan keçməyib. Vasifin evliliyinin 5-ci ilində bu ailədə hər şey alt üst oldu. Mən bilirdim, Vasifin həyatında qaranlıq məqamlar çoxdur. Şəhərə qayıdandan 2 həftə sonra onun yanına getdim. Artıq təqaüdə çıxmışdı.Tamamilə tək qalmışdı. Dostları Ariflə, Aydın ondan üz döndərmişdilər. Maisa ilə Əlinin münasibəti yavaş-yavaş şəhərə yayılırdı. Mən gəlişimin məqsədini dedim. Bildirdim ki, oxucular hər gün mənə zəng edirlər, sənin həyatınla maraqlanırlar, birinci, ikinci evliliyini və atanın, ananın kim və necə adam olduğnu bilmək istəyirlər. Əvvəlcə yox dedi. Lakin bir qədər keçəndə sonra üzünü mənə tutub dedi:
-Bundan sonra mənim vaxtım çoxdur. Belə edərik. Mən öz həyatımı bircə -bircə kağıza yazıb, sizə verərəm. İndi daha mənim üçün həyatın mənası yoxdur. Qoy hamı bilsin mən kiməm. Bəlkə də sizin kitab işıq üzü görəndə mən həyatda olmayacağam. Ancaq bir məsələ var. Onu dəqiqliyi ilə bilməliyəm.
Mən: –Axı sən niyə həyatda olmayacaqsan?Nə baş verəcək?
Müəllim, məsəl var deyərlər oddan kül törəyər. Mən o kişiyə oxşamadım. Mənim atam namuslu, qeyrətli adamdı. İntihar edəcəm, müəllim intihar. Amma hələlik ümüd var. Bəlkə bunların heç birisi baş vermədi. Hər şey gələcəkdən asılıdır. Mən xeyli öyüd-nəsihət verəndə sonra sakitləşdi. Razılaşdıq ki, 2 aydan sonra gəlib yazılanları aparım. Durub sağollaşıb evdən çıxdım.
İki ayın tamamına az qalmışdı. Televizorda Xəzər-xəbərə baxırdım. Diktor bu gün olmuş bədbəxt hadisələri söyləyirdi. Diktor xəbər verirdi, bü gün səhər qayıqla gəzinti zamanı sərnişinlərdən biri ehtiyatsızlıq ucbatından qayığın arxa hissəsində suya düşmüş və nəticədə boğulub ölmüşdür. Sonradan məlum olur ki, ölən Vasif adında 50 yaşlı kişidir. Allah rəhmət eləsin. Yerimdən dik atıldım. Tez geyinib onlara getdim. Gecikmişdim.Vasifi artıq dəfn etmişdilər.Yuxarı qalxıb zəngi basdım. Qapını təxminən 38-40 yaşında gözəl xanım açdı. Zəminənin dediyi yadıma düşdü. Cakondaya oxşayırdı. Geyimi də həm bahalı, həm yaraşıqlı idi.
Mən: -gəlmək olar?
-Buyurun keçin- dedi və öndə gedərək adamlar oturan böyük otağa apardı. Ayaqlarına geydiyi kapron corab ağ mərmər sütüna oxşayan ayaqlara, qara yubka, ağ sviter isə bədənə yaraşıq verirdi. Otağa daxil olub salam verdim. Elə çox adam yox idi. Böyük, geniş stolun arxasında cəmi iki kişi əyləşmişdi. Ayağa qalxıb mənimlə görüşdülər. Keçib əyləşdim. Divanda bir qadın oturmuşdu. Başını yaylıqla bağlamışdı. Gözləri ağlamaqdan şişmişdi. Yəqin Vasifin bacısı Aybənizdir və stolun arxasında oturanlardan biri də onun əridir. Kişilərdən biri çox yaraşıqlı idi. Cavan görünməsinə baxmayaraq sifətində bir amiranəlik, inam hiss olunurdu. Əynindəki bahalı qara kostyum, ağ köynəyin üzərindən taxılmış qalstuk bir-birini tamamlayırdı. Elə üzdən də çox yaraşıqlı idi. Vasifin yazdıqları yadıma düşdü. Bəli bu Əlidir. Birinci mən başladım.
-Bağışlayın mən Vasifin köhnə dostuyam. Xəbəri indicə televizorda eşitdim və birbaşa bura gəldim. Axı bu necə olub? Sorğuma Əli cavab verdi:
-On-onbeş gün olar, Vasif hər gün gedib qayıqla dənizi gəzirdi. Soruşanda deyirdi, evdə tək darıxıram. Qayıqla gəzmək yaxşıdır.T am bir saat dənizdə üzürsən, həm də şəhəri seyr edirsən. Həmişə də qayığın arxasında dururmuş, sahildən uzaqlaşan qayıqdan şəhəri seyr etmək ona ləzzət edir. Axırıncı dəfə qayıq dövrə vurarkən müvazinətini itirir və suya yıxılır. Bədbəxtçilikdən onu heç kim görmür. Onlardan sonra gəzintiyə çıxan qayığın işçiləri suyun üzərində bir kişi meyiti görürlər. Meyidi qayığa qaldırıb sahilə xəbər verirlər. Sənədləri üstündə imiş. Bizə xəbər çatanda tibbi ekspertizayaya aparılmışdı. Müayinədən sonra bizə verdilər. Mərhumun üzərində heç bir zorakılq əlaməti yoxdur. Sadəcə bədbəxt hadisədir. Meyiti bizə təhvil verəndə artıq saat üç idi. Böyüklərin məsləhəti ilə qəbirsanlığa aparıb dəfn etdik. Bu arada yataq otağının qapısı açıldı. Oradan bir uşaq çıxıb sağ əlini qapıya söykəyib mənə baxırdı. Bu Vasifin oğlu Orxan idi. Amma Vasifiə heç oxşamırdı. Vasif arıq, sarışın cılız adamdı. Uşaq isə çox qəşəng idi. Yumşaq uzun saçları alnını, qulaqlarını öptmüşdü. Xeyli baxandan sonra:
-Ana mən yemək istəyirəm. Onu birinci Əli çağırdı:
-Orxan, oğlum gəl bura mənimlə yeyək. Uşaq gəlib Əlinin yanında oturdu.
Mənim deyilənlərə inanmağım gəlmirdi. Bu bədbəxt hadisə deyildi, intihar idi. Vasif məni xəbərdar etmişdi. Amma nəyə görə və həm niyə dənizdə intihar edib bu mənim üçün qaranlıq idi. Bunları onun yazdıqlarından biləcəkdim. Qeyri-müəyyənlik məni hövsələdən çıxarırdı. Tələsik ayağa qalxıb Maisa xanımı çağırıb onun yatdığı otağa keçdim. Hirsimdən boğulurdum. Bilmirəm bu cəsarət mənə hardan gəlmişdi.
-Onu siz oldürdünüz Maisa. Axı o sənin təkcə ərin deyil, doğmaca dayın oğlu idi. Yalan deyirsiniz. Bu bədbəxt hadisə deyil. İntihardır. O məni xəbərdar etmişdi. Səs-küyə Əli gəlib çıxdı.
Burda nə olub? Bağışlayın siz kimsiniz? Nə haqla bu sözləri deyirsiz?
-Mən Vasifin dostuyam.
-Dostu idiniz. Amma indi o yoxdur. Biz isə sizin dostunuz deyilik. Deməli burda sizlik bir iş yoxdur. Gedə bilərsinz. Mən tamamilə ruhdan düşdüm. Onlar düz deyirdi. Vasif daha həyatda yox idi. Bəs yazılar necə olsun… Vasif söz vermişdi, həyatını, başına gələnləri yazıb mənə verəcək. Yazılar yəqin burdadır. Mən yalandan üzümə yaltaqlıq ifadəsi verib:
-Onda sizdən bir xahişim var. Düz iki ay bundan əvvəl mən Vasifə bir dəftər vermişdim. İndi icazə verin həmin dəftəri götürüm və bir daha sizi narahat etməyim.
-Yaxşı. Onu nəyi varsa burdadır. Düz deyirsiniz. Son zamanlar mən onun əlində bir dəftər görürdüm. Bizim bu gün vaxtımız olmayıb bu otağa girək. Əgər tapa bilərsinizsə götürün aparın. Hər ikisi otaqdan çıxdı. Mən tələsik hər yeri axtardım. Dəftər və ya ona oxşar heç nə yox idi. Mən otaqdan çıxıb tamamilə dilxor halda :
-Mən dəftəri tapmadım.-dedim. Məni Maisa ötürdü. Qapının astanasında:
-Narahat olmayın. Biz o biri otaqları da axtararıq. Əgər sizin dəftəri tapsaq özunüzə qaytararıq. Mən təşəkkür edib aşağı düşdüm. Bu gün cümə günüdür. Şənbə, bazar günü evdəyəm. Deməli səhər tezdən oyanmaq lazım deyil. Evdə də elə bir işim yoxdur. Vasifgilin evi Yasamalda “ATV”-nin yanında köhnə beşmərtəbələrin birində idi. Mənim evim isə “H.Aslanov” metrosunun yaxınlığında keçən əsrin 80-cı illərində yığma dəmir-beton konstruksiyalardan tikilmiş beşmərtəbələrin birində idi. Piyada “Elmlər Akademiyası” metro stansiyasına gedib, ordan qatara minib, “H.Aslanov” metrosunda qatardan düşüb yenə piyada öz evimə gedəcəkdim. Mən Vasifdən çox yaşlıyam. Şəhər gözümün önündə bina-bina tikilib, kvartal-kvartal böyüyüb.
Evə gəlib çatanda artıq saat bir idi. Heç kimi narahat etmədən öz otağıma keçib, yıxılıb yatdım. Bazar günü axşam çağı oxuculara təqdim etdiyim kitabımın birinci hissəsindəki Zəminənin şeirlərini səliqə ilə kağıza köçürüb həmişə özümlə gəzdirdiyim portfelin içərisinə qoydum. Məqsədim birinci gün işə gedəndə həmin şeirləri əməkdaşlıq etdiyim, ”Yurd həsrəti “ ədəb-bədii almanıxında çap etdirmək idi. Ertəsi gün iş yerinə çatıb, yoldaşlarla görüşəndən sonra iş stolun arxasınada oturub çapa gedəcək materilları hazırlamağa başladım. Birdən qonşu stolda oturan gənc işçimiz Ənvər Ocaqlı mənə müraciət etdi:
-Həmid müəllim burda bir bağlama var. Sizin adınıza göndərilib və gətirib bağlamanı mənə verdi. Bağlamanın üzərində belə yazılmışdı: “Çatacaq “Yurd həsrəti” ədəbi-bədii almanaxının əməkdaşı Həmid müəllimə. Vasif.”
Tələsik bağlamanın büküldüyü kağızı səliqə ilə ayırdım. İçərisindən mənim gözlədiyim dəftər və əlavə yazılı vərəq çıxdı. Sevindiyimdən qışqırdım. Əvvəlcə vərəqi oxumağa başladım və tez də örtdüm. Yox onu burada oxumaq olmaz. Dəftəri götürüb baş redaktorun yanına getdim. Əlimdəki dəftəri göstərib dedim: – Mənə bir həftə yaradıcılıq məzuniyyəti lazımdır. Burda yazılanların üzərində işləməliyəm. Baş redaktor mənim xasiyyətimi bilirdi.Odur ki, telofonla kadrlar şöbəsinə göstəriş, mənə isə əli ilə çıx işarəsi verdi. Redaksiyadan çıxıb evə gəldim.
Qapını öz açarımla açdım. Bu vaxt bizdə heç kim ev evdə olmur. Ailəlikcə hamımız işləyirik. Beş-on dəqiqəlik hazırlıqdan sonra iş otağıma keçib əvvəlcə mənə yazılmış vərəqi oxumağa başladım. Vərəq belə başlayırdı:
“Hörmətli Həmid müəllim! Sizə söz verdiyim üçün mən öz həyatımı, uşaqlıqdan bu günə kimi necə olubsa qalın dəftərə yazdım. Bunun üçün mənə ay yarım vaxt lazım oldu. Bununla yanaşı mən bir işlə də möhkəm məşğul oldum. Yadınızdadır sizə demışdim intihar edəcəm. Məni intihardan yalnız bir xəbər xilas edərdi. Ancaq tale bu dəfə də üzumə gülmədi. Maisadan lap çoxdan şübhələnmişdim. Ancaq xəstələnəndən sonra evdə qalanda oğlum Orxanla daha çox rastlaşdığımdan hər şey mənə daha aydın olurdu. Bu uşaq heç cürə mənə oxşamırdı. Şübhələr məni didib dağıdırdı. Nəhayət qəti qərara gəldim . Orxanın və öz saçımdan kəsib DNT testindən keçirilməsi üçün müraciət etdim. Mənə dedilər bu çox uzun prosesdir. Bir az tanışların köməyi ilə , bir az da əlavə xərclər hesabına bu ayın sonuna az qalmış məni həyatdan əl çəkməyə məcbur edən dəhşətli xəbəri aldım. Bəli Orxan mənim oğlum deyildi. Daha mənim həyatda heç nəyim yox idi. Yaşamaq üçün sağ canım, nə evim, nə məni sevən qadınım, nə də bizim nəslimizi davam etdirəcək oğlum. Bütün bu əzablardan məni yalnız bir şey xilas edə bilərdi. İntihar! Ancaq necə intihar etməli. Özünü qatarın altına atmaq, hündür yerdən aşağı atılmaq bunlar mənim xoşuma gəlmirdi. Mən istəyirdim yavaş-yavaş ölüm. Geridə qalan həyatın şirinliyini duyum. Birdən Martin İdenin intihar etməsi yadıma düşdü. Martin İden dənizdə üzən gəminin arxa hissəsindən özünü suya atır. Suya düşəndən sonra bir anlığa ayılır. Ondan uzaqlaşan gəmiyə üzüb çatmaq istəyir. Cəhdinin yersiz olduğunu biləndə ürəkdən qəh –qəhə çəkib gülür. Qərarım qətidir. Onun üçün dənizkənarı parka gedib qayığa minib gəzintiyə çıxdım. Gəlib qayığın arxasında durub, sahildən şəhəri seyr etməyə başladım. Ax, hər tərəf necə gözəldir. Ancaq indi mənim üçün əhəmiyyəti yoxdur. Beləcə bu gəzintilərə bir neçə gün davam etdim. İstəyirdim işi elə yerinə yetirim ki, bunu bədbəxt hadisə kimi bilsinlər. Bu mənim öz qərarım idi. Fikirləşdim ki, qayıq dövrə vurub geri qayıdanda güya mən müvazinətimi itirirə suya düşürəm və məni heç kim görmür. Bu mümkün idi. Çünki hava xeyli soyuq oduğundan göyərtədə demək olar adam olmurdu. Mən bilirdim ki, siz “ Yurd həsrət” ədəbi-bədii almanaxı redaksiyasında işləyirsiniz. Hadisədən bir gün əvvəl poçta gedib bağlamanı sizin adınıza göndərdim. Siz bağlamanı alanda mən artıq həyatda olmayacağam. O ki, qaldı həyatıma, bunları dəftərdə yazmışam. Sağ olun, Həmid müəllim. Siz yeganə adamsınız ki, dərdimi sizə söyləyə bildim. Əlvida!”
Gərək ürəyin daşdan olsun, belə bir yazını oxuyandan sonra əhval-ruhiyyəndə dəyişiklik olmasın. Amma mən belələrindən deyiləm. Məktub məni tamamilə sarsıtmışdı. Düşündüklərimə, axtardıqlarıma cavab tapa bilmirdim. Axı niyə belə olsun. Vasifin nə günahı vardı. Niyə onun taleyi belə gətirdi. Bəziləri bunu alın yazısı ilə izah edirlər. Kimi isə belə amansız işlərin fələyin əməli olduğunu deyir. Dünya yaranandan fələk oz işini görür. Kimini ata mindirir, kimini atdan düşürür. Kimini dağa qaldırır, kimini dağdan endirir. Səhər-səhər Daranın mətbəxini 70 dəvə çəkib apara bilmirdi, axşamüstü isə taxta boşqabda qabağlna bir sümük qoyurlar, onu da it qapıb aparır. Bir dəfəyəyə 70 şiənin ölümünə fərman verən Səddam Hüsenin özünün böğazına kəndir keçirirlər. Kaddafi 70 milyard dollar pul yığmışdı. Amma pul onu xilas edə bilmədi. İran şahının da 25 milyard var idi, amma dərdinə əlac edə bilmədi, II Nikolayın nəsli kəsildi. 50 milyon insanın ölümünə bais olmuş Hitler zəhər içib öldü. Fələk haqqında Nizami, Cami, Sədi və habelə bizim müasirimiz Baba Pünhan çox gözəl yazmışlar. Kimdir bu fələk? Niyə amansız işlər tutur. Heç kim bunu izah edə bilmir. Ən böyük mütəfəkkirlər bu suallara cavab verə bilməmişlər və ən nəhayət insanlar onunla təskinlik tapmış, hər şey Ulu Tanrının əlindədir. O özü necə məsləhət bilirsə elə də edir.
Vasif haqqında suallarım çox, cavab isə yox idi. Ümüdüm yalnız dəftərə idi. İndi yorulmuşam. Mənə dincəlmək lazımdır. Ertəsi gün isə daha özümü saxlaya bilmədim. Dəftəri götürüb oxudum. Vasifin həyatı məni dəhşətə gətirdi. Bu bədbəxt adam iki dəfə ailə qurmuş və ikisində də xanımları ona xəyanət etmişdir. Mən belə bir hekayəti Dostayevkinin “Həmişə ər” kitabından oxumuşam. Həmin hekayətdə Trus…d iki dəfə evlənir. Onun da xanımları ona xəyanət edir. Hətta birinci evlilikdən Liza adında qızı olur. Lakin sonralar məlum olur ki, qız onun yox arvadının yaxın dostu Velçaninovun qızıdır. Vasifdə isə əksinə olur. Birinci evlilikdən övladı olmur, ikinci evlilikdən isə Orxan dünyaya gəlir və Vasif biləndə ki, Orxan onun yox, Əlinin oğludur intihar edir.
Mən oxuculara söz vermişdim ki, Vasifin bütün həyatı, atası, anası və bacısı haqqında məlumatları öyrənib onlara çatdıracağam. Dəftərdə yazılanları elə Vasifin dili ilə sizlərə təqdim edirəm:
“Əziz dostum Həmid müəllim! Sizə bildirirəm ,mənim həyatım iki hissədən ibarətdir:
I hissə -Göytəbə günləri -30 il,
II hissə-Bakı illəri -20 il .Əvvəlcə birinci hissəni başlayıram.”
Bu dəfə“SƏMİMİ SÖHBƏT”in qonağı tanınmış jurnalist Adil İrşadoğludur.Bizimlə söhbətə qoşulanların hamısına əvvəlcədən təşəkkür edirəm. Sual 1: – Adil müəllim, hər şeydən əvvəl sizi doğum gününz münasibətilə təbrik edir, sizə uzun ömür və can sağlığı arzu edirəm. Arxada nə az, nə çox 68 il var. Ömür karvanında özünüzü necə hiss edirsiniz? Cavab: – Bu keşməkeşli dünyamızda diqqət göstərib məni yada saldığınıza görə, doğum günüm münasibətilə məni təbrik etdiyinizə görə çox sağolun. Sizə və oxucularınıza minnətdaram. Ömür karvanımda özümü ruhən cavan, cismən yaşlı, qəlbiqırıq, müqəddəs arzularından çoxuna çata bilməyən bir insan kimi hiss edirəm. Ancaq buna baxmayaraq Tanrıya – Allaha daim şükür edirəm. Ümidlə yaşayıram. Allah heç kimi ümidsiz buraxmasın. Sual 2: – Siz Ağdamda sayılan seçilən ailələrdən birində anadan olmusunuz. Valideynlərinizdən aldığınız tərbiyəni öz övladlarınıza ötürə bildinizmi? Cavab: – Valideynlərimdən aldığım tərbiyəni öz övladlarıma ötürməyə çalışdım, ancaq onlar başqa bir zamanda yaşayırlar, həmin tərbiyəni qismən qavradılar. Hər bir ailə, hər bir xalq özünün xoşbəxt gələcəyi naminə ümidlərini ilk növbədə, gənc nəslə bağlayır. Gənc nəslin bilikli, vətənpərvər, diqqətli, məsuliyyətli, xeyirxah, halal və haramı başa düşən kimi yetişdirilməsi hər bir ailə üçün, hər bir ölkə üçün ən başlıca məsələdir. Sual 3: – Dostumuz və sevimli şairimiz Adil Cəmilin bir şeiri var “Mən yaşamaq istədim, mən yaşaya bilmədim”… Bu sözlər sizə nə dərəcədə aiddir? Cavab: – Allah tələbə yoldaşım, dostum və Azərbaycan xalqının sevimli şairi Adil Cəmilə cansağlığı, uzun ömür versin. Onun rəhmətlik oğlu Orxanla da dost idim. Orxan mənim oğlum Elşadla universitetdə birlikdə təhsil almışdılar. Onlar da dost idi. Ancaq heyf ki, indi Orxan bu dünyadan köçüb… Qaldı ki, Adil Cəmilin “Mən yaşamaq istədim” şeirinə, bu şeir qismən mənə aiddir. Mənə aid olan Adil Cəmilin bax, bu şeiridir :
MƏN DÜNYANI DUYAN GÜNDƏN Mən dünyanı duyan gündən Taleyimə biçilmədim. Böyük-kiçik şahiddir ki, Böyümədim, kiçilmədim. Yenə qaldım mənliyimdə – Yeyilmədim, içilmədim. Nə yaxşı ki, “pay verilən Qismətimlə” ölçülmədim. Özgə qismət qismətimmiş – Bu fürsəti keçirmədim. Ürəyimin yanğısını Boş günlərə içirmədim. Dünya mənə çox yalvardı, Ürəyimə köçürmədim… Sual 4: – Gəlin həyatımızın ən gözəl anlarına, uşaqlığa qayıdaq. Ağdam şəhəri, armudlu həyət, qonaqlı-qaralı baba evi… Nələr düşür yadınıza? Cavab: – Həmin həyətin ağdamlıların və Ağdama gəlib-gedənlərin dilindən səslənən məşhur bir adı var idi, “Armudun dibi”. Bu barlı-bəhərli həyətin, evin bünövrəsini mənim rəhmətlik babalarım, …Məhəmmədəli bəy, Mikayıl bəy, Məhəmməd bəy qoymuşdur. Soruşursunuz ki, nələr düşür yadınıza? Yadıma çox şey düşür. “Armudun dibi”ndə Əsgərana, Xankəndinə, Şuşaya gedən avtobusların stansiyası var idi. Rəhmətlik Əmir kişi avtobus stansiyasında çayxana açmışdı. Çayxanaya yaxın əkilmiş armud ağacının hacalanmış gövdəsində oturub armud yeyərdim və armudun qalığını erməninin başına atardım. İndi fikirləşirəm ki, o vaxt lap düz etmişəm… Valideynlərim ailə quranda həmin ünvanda yaşayıblar. Mən doğulandan 6 yaşıma qədər valideynlərimlə bu evdə yaşamışam. Bu məkanla bağlı xatirəm çoxdur. Sonra ailəmiz baba yurdundan başqa bir evə köçdü. Sual 5: – Siz jurnalistsiniz. 1980-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüsünüz. Nə vaxt və harada başladınız, bu işə? Cavab: – Bəli, mən Azərbaycan Respublikasının ahıl jurnalistlərindən biriyəm. Jurnalistikaya uşaqlıqdan böyük həvəsim olub. Hələ Ağdam şəhər 1 saylı orta məktəbdə 5-6-cı siniflərdə oxuyanda məktəbimizin ictimai həyatından yazılar yazar və fotolar çəkib rayon qəzetimizdə çap etdirərdim. Çapdan çıxan qəzeti səhər tezdən köşkdən alıb evimizə gətirərdim. Atam, anam, bacım və qardaşım mənim uğuruma sevinərdilər. Bu da məni çox ruhlandırırdı. Orta məktəbi əla qiymətlərlə bitirdim. Fikirləşirdim ki, ya şərqşünas olacam, ya da jurnalist. Jurnalist olmaq qismətimdəymiş. Azərbaycan Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsinin telejurnalist bölməsini əla qiymətlərlə bitirdim. Məni Azərbaycan Respublikası Nazirlər Sovetinin yanında Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə redaktor işləməyə göndərdilər. 25 il (5 il ştatdankənar, 20 il ştatda) bu məbədgahda, əsl həyat məktəbində nöqsansız, şərəflə çalışdım. Sonra digər mətbuat orqanlarında fəaliyyətimi uğurla davam etdirdim. Bu vaxtadək sevimli peşəmdən ayrılmamışam. Sual 6: – Birinci Qarabağ müharibəsinin iştirakçısısınız. O vaxtlar səngərdə döyüşcülərimizin yanında olur, cəbhə xəbərlərini mütəmadi olaraq xalqa çatdırırdınız. Qəhrəman əsgər və zabitlərimizdən verilişlər hazırlayırdınız. Həmin günləri necə xatırlayırsınız? Cavab: – Bu barədə danışmaq üçün gərək dərinə gedəm. Ancaq bu, sizin layihənizə uyğun gəlmir. Qısaca deyim ki, ölkədə müharibə gedirdi, ancaq o boyda Dövlət Televiziyasıının hərblə bağlı bircə proqramı – “Hünər” verilişləri proqramı var idi. Mən Şöbə müdirliyini buraxdım, dövlət televiziyasının “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın təşkil olunmasında və fəaliyyət göstərməsində əlimdən gələni əsirgəmədim. Fikrim-zikrim Qarabağda qalmışdı, Bakıda dözə bilmədim, yenə könüllü cəbhəyə yollandım. 1996-ci ilin axırınadək cəbhənin müxtəlif bölgələrində oldum və tamaşaçıların intizarla gözlədikləri maraqlı verilişlər hazırlayıb efirdə göstərdim. Həmin verilişlər mənim və çəkiliş qrupumun canı və qanı bahasına başa gəlmişdir. Kim idi çəkiliş qrupumun üzvləri? Jurnalist Adil İrşadoğlu, kinooperatorlar Tahir Qarayev, Fikrət Hüseynov, Ramiz Rüstəmov, Əlövsət Aslanov və Şakir Məmmədov, rejissorlar Taleh İsmayılov, Tofiq Gülməmmədov və Rövşən Əliyev Birinci Qarabağ müharibəsinin acı dəhşətlərini görmüş və həmin hadisələrin işıqlandırılmasında yaxından iştirak etmiş vətən fədailəridirlər. Çəkiliş qrupumun üzvləri ilə Ağdamın Güllücə, Ağdərənin Şıxarx (Cənubi Azərbaycanın Marağa bölgəsindən Qarabağa köçürülmış ermənilər Şixarxın adını dəyişib Marquşavan qoymuşdular), Goranboyun Gülüstan yaşayış qəsəbələri uğrunda gedən qanlı döyüşlərdə mühasirəyə düşmüş və igid əsgərlərimizin qəhrəmanlığı sayəsində mühasirədən qurtulmuşuq. Allah şəhidlərimizə rəhmət eyləsin. Allah qazilərimizə ağrısız- acısız uzun ömür qismət eyləsin. Sual 7: – Adil müəllim, qardaşınız – təhlükəsizlik mayoru Oqtay İrşad oğlu Əliyevin vaxtsız ölümü sizə çox pis təsir etmişdi. Hətta “mən qanadlarımı itirdim” demişdiniz, o vaxt. Oqtay müəllim sizinçün kim idi? Cavab: – Oqtay mənim kiçik qardaşım idi. Oqtay mənim döyüş yoldaşım idi. Oqtay mənim dostum idi. Bu dünyanı cavan ikən, 45 yaşında tərk etdi. Bizi ağlar qoydu… Oqtay çox ağıllı, təmkinli, vətənpərvər, diqqətli, məsuliyyətli, istiqanlı və ailəcanlı bir insan, bir zabit idi. Heyf Oqtaydan. Arzularını həyata keçirə bilmədi, onları özü ilə apardı. Sual 8: – 30 ilə yaxın Azərbaycan xalqı Qarabağ həsrəti yaşadı. Siz bir ağdamlı olaraq o illəri necə yaşadınız? Cavab: – Mən bu 30 il heç yaşamadım ki… Ah-nalə içərisində üzüldüm. Ruhum Qarabağda, Ağdamda idi, cismim isə Bakıda. Dostum, Qarabağ Azadlıq Təşkilatı İdarə Heyyətinin sədri Akif Nağı vaxtilə mənə belə tərif vermişdi: “Ağdam şəhəri ayrıca planet idi, ağdamlıların balaca bir planeti. Mən kənd uşağı idim, şəhəri yaxşı tanımırdım, kənddə məktəbi bitirəndən sonra Bakıya çıxıb gəlmişəm. İndi də Ağdam şəhərini o qədər də tanımıram. Yanımda Ağdamdan danışanda çox yerini, çox adamlarını tanımıram. Amma Ağdam şəhərlilərinin Ağdamın hər xırda detalından, döngəsindən, tinindən, məhəlləsindən, adamlarından necə danışdıqlarına heyranlıqla qulaq asıram. Heç kəsin xətrinə dəyməsin, amma bu, ağdamlılardan başqa heç kimdə yoxdur. Ağdam bəlkə də dövlət içərisində bir şəhər-dövlət, Azərbaycan içərisində Azərbaycanın özündən böyük bir meqapolis idi. “İdi” deməyə də adamın dili gəlmir. Xeyli ağdamlı tanıyıram ki, onların sözü-söhbəti, hərəkəti və ruhi vəziyyətinə baxanda məndə elə təsəvvür yaranır ki, onlar Ağdamdan çıxmayıb, çıxmaq istəmirlər, hələ də Ağdamdadırlar, orda yaşayırlar. Belə insanlardan biri də dostum, tanınmış jurnalist Adil İrşadoğludur. O, Bakıya qaçqınlıq vaxtı gəlməyib, universitet təhsilindən sonra burda çalışıb, amma sovet dövrünün assimilyasiya maşını Adilin də ağdamlılığını əlindən ala bilməmişdir. Onunla oturub söhbət eyləyəndə, daim hiss edirsən ki, o, burda deyil, Ağdamdadır. Onun Ağdama belə bir təmənnasız, sözlə deyilə bilməyən bir sevgisi var”. Sual 9: – Adil müəllim, bilirəm ki, çox kövrək ürəkli insansınız, Şuşa alınan günü göz yaşlarınızı saxlaya bildiniz? Cavab: – Ulu babalarımızdan bizə miras qalan qədim mədəniyyət mərkəzimiz Şuşa erməni və rus işğalından azad edilən gün az qaldı ki, sevincdən ürəyim partlasın. O qədər ağladım ki… Təzyiqim yüksəldi, evdəkilər təcili müdaxilə etməsəydilər mən bu gün sizə müsahibə verə bilməzdim. Hələ ki, yaşayıram. Bütün günü yazıram, çalışıram. Görəcəyim çox işlər var. Allah bunları həyata keçirməyimə imkan versin, yardımçım olsun. Sual 10: – Şuşa demiş, Sizin Şuşayla bağlı çöxlu xatirələriniz olmalıdır. Bu gün Şuşada olsaydınız ən birinci hara gedərdiniz? Cavab: – Bir gün Şuşanı yenidən görmək mənə nəsib olsa birinci məscidə gedib dualar oxuyardım, doyunca ürəyimi boşaldardım. Sonra hər il yay fəslində 3 ay qonağı olduğumuz evə gedərdim. Həmin ev Molla Pənah Vaqifin məqbərəsi ilə üzbə-üz dayananda məqbərənin sol tərəfində yerləşirdi. Həmin evdə ailəmizin bütün üzvlərinin xatirələri yaşayır. O evin, o ailənin başçısı Muxtar əmiyə, onun həyat yoldaşı Mehri xalaya və bu unudulmaz ailənin dünyasını dəyişmiş digər üzvlərinə dualar oxuyardım, rəhmətlər diləyərdim. Qonşumuz Gülbuta xalanı, görkəmli sənətçimiz Flora Kərimovanın əmisigili xatırlayardım. Öz ailə üzvlərimin, uşaqlıq dostlarım Zahid Tağıyevin, Fikrət Xudatzadənin, Təranə Məmmədin, Habil Qurbanovun, İlham Qurbanovun, Nurəddin Süleymanovun, Çingiz Tağıyevin, İbrahim Rüstəmovun, Kamil Hüseynovun, Əli İsmayılovun, Şaiq Bəşirovun, Nizami Aslanovun, Tahir Qarayevin, Malik həkimin (İsmayılov), Zahid Qarayevin yanımda olmasını istəyərdim. Sual 11: – Adil müəllim, Zəfərimiz möhtəşəmdir. İndi biz ancaq irəli addımlayırıq. Siz Ağdama həmişəlik yaşamağa gedəcəksiniz? Bu qayıdışı necə təsəvvür edirsiniz? Cavab: – Mən, 1972-ci ildə ali təhsil ocağı olan Azərbaycan Dövlət Unuversitetinə daxil olduğum və 1977-ci ildə ali təhsili başa vurub təyinatla Nazirlər Soveti yanında Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə işləməyə göndərildiyim üçün o vaxtdan Bakı şəhərində yaşayıram, məcburi köçkün deyiləm. Ancaq dünyasını Bakı şəhərində dəyişən rəhmətlik atam, rəhmətlik anam, rəhmətlik qardaşım ailəsilə birlikdə məcburi köçkün idilər… Mən məcburi köçkün olmasam da, Bakıda atamın evlənib ailə qurduğum zaman mənə aldığı darısqal mənzilimi oğullarımdan birinə verib Ağdam şəhərində məskunlaşmağı arzu edirəm. Soruşursunuz ki, Qarabağa qayıdacaqsınızmı? Əlbəttə qayıdacam! Ömrümün qalan hissəsini dünyaya gəldiyim, gözümü açdığım doğma Ağdamda ləzzətlə yaşamaq istəyirəm. Dövlətimiz məni 6 sot torpaq sahəsində evlə təmin etsə elə sevinərəm ki… Keçmiş köçkünləri də bu qayıdışa qoşulmağa dəvət edirəm. Biz hamımız uzun illərdir ki, ata-baba yurdumuza, əzizlərimizin doğulduğu, yaşadığı, uyuduğu yerlərə həsrətik. Şərait yaradılan və təhlükəsizliyimiz təmin edilən zaman dövlətimizin “geri qayıt” əmrini canla-başla yerinə yetirməyə hazıram. Siz də hazır olun. Qayıtmaq istəməyənləri isə məcbur qaytaqmaq lazımdır. Biz işğal altındakı torpaqlarımızı geri qaytarmaq üçün müharibə aparmışıq. Bu qədər şəhid vermişik. Biz o torpaqları azad edib ərazi bütövlüyümüzü təmin etmişik. Bəs, torpaqlarımız nə üçün azad olunub? Sual 12: – Deyirəm, kaş burda bir piano, ya da tar olaydı. Sizin musiqi duyumunuz, bir neçə alətdə ifa edə bildiyiniz mənə məlumdur. Nə ifa edərdiniz indi burda? Cavab: – 1993-cü ildən bu yana nə tarda, nə pianoda, nə də gigər alətdə heç bir ifa etmədim. Yalnız ürəyim oxuyurdu, ağlayırdı, ancaq musiqi alətinə yaxın dura bilmirdim. Elə həmişə ürəyimdə bunu ifa etmişəm: Azad bir quşdum, Yuvamdan uçdum, Bir bağa düşdüm Bu gənc yaşımda. Bir ovçu gördüm, Köksümdən vurdu, Torpağa düşdüm Bu gənc yaşımda. Azad bir quşdum, Yuvamdan uçdum, Bir bağa düşdüm Bu gənc yaşımda. Sözlər: Cəfər Cabbarlı. Nota köçürən: Əfrasiyab Bədəlbəyli. İfaçısı: Səxavət Məmmədov. Sual 13: – Musiqi insanın ruhunun qidasıdır, deyirlər. Ruhunuzu daha nə qidalandırır? Cavab: – Mənim ruhumu birinci qidalandıran dünya şöhrətli sənətçi professor Arif İmran oğlu Babayevin, Əbülfət Əliyevin, Əhsən Dadaşovun, Habil Əliyevin, Mənsum İbrahimovun ifalarıdır. Məni həm də sevdiyim işlərlə məşğul olmaq, ailəmin və övladlarımın xoşbəxtliyi, məni sevən, hörmət edən səmimi dostlarımla görüşmək, onlarla birlikdə məclis qurub yeyib-içib şənlənmək, keçmişi xatırlayıb gələcəyin planlarını qurmaq qidalandırır. Sual 14: – Siz indi də internetdə, Facebookdakı səhifələrinizdə jurnalist işinizi davam etdirirsiniz, maraqlı məlumatlar, yazılar və videolar hazırlayıb paylaşırsınız. Müasir jurnalistlərə nə tövsiyyə edərdiniz? Cavab: – Onlara heç nə tövsiyyə etmirəm. Çünki onlar bizim tövsiyyəmizi bəyənmirlər. Bizi keçmişin qalığı hesab edirlər. Kinayə ilə bizə Sovetdən qalma insan olduğumuzu xatırladırlar. Ancaq bu, belə deyil. Düşündüyümə görə jurnalistika çoxplanlı, çoxmənalı, çoxüzlü kütləvi informasiya vasitəsi olub, “dördüncü hakimiyyət”, cəmiyyətin güzgüsüdür. Əfsuslar olsun ki, bizi keçmişin qalığı hesab edib yalan yazanlar azlıq təşkil etsələr də, sadəcə reytinq xətrinə, “filankəsi filankəslə filan yerdə gördülər” kimi sensasiyalı “hekayə”lər yazanlar, evinə “çörək pulu” aparmaq üçün insanları şantaj eləyib “hörmət” qazananlar da var. Amma fəxrlə deyə bilərik ki, ömrünü bu sahəyə həsr edən, həqiqi, vicdanlı, obyektiv, qərəzsiz qərarlar verən qələm sahiblərimiz reket jurnalistlərə qarşı uğurla mübarizə aparmaq, onlara qalib gəlmək və cəmiyyətimizi parlaq ayna kimi əks etdirmək əzmindədirlər. Əsl Jurnalistlər dövlətin sütunlarıdır. Onları böyük bir okeanda üzən gəminin kapitanları adlandırmaq olar: hansı istiqamətə getsələr, nə yazsalar, xalq da onlarla gedəcək, həmin məlumatı oxuyacaq. Ona görə də, jurnalistlər çalışmalıdırlar ki, öz şərəfli vəzifələrinin öhdəsindən ləyaqətlə gəlsinlər, Azərbaycan həqiqətlərini dünyaya tanıtsınlar. Çox sevindiricidir ki, Azərbaycan jurnalistləri bunu böyük əzmkarlıqla həyata keçirməyə çalışırlar. Sual 15: – Adil müəllim, bu gün 68 yaşınız tamam olur. Arzulardan doğan arzunuz varmı? Cavab: – Əlbəttə var. İnsan ölənədək nələri isə arzulayır və arzulardan arzular doğur. Çox arzulayıram ki, xalqımızın və millətimizin düşmənlərindən başqa bütün insanların, eləcə də mənim xoş niyyətli arzularım çin olsun. Yaxşı arzular həyata, yaşamağa və insanlara sevgidən yaranır. Ürəyində sevgi hissi olmayan insan heç vaxt xoş niyyətli arzu arzulaya bilməz. Çünki bunu yalnız sevgi bacarır. Sual 16: – Bir Qarabağ atı olsaydı və onu saxlamaq imkanınız olsaydı neyləyərdiniz? Heç özünüzü at belində Qarabağda təsəvvür etmisinizmi? Cavab: – Bir Qarabağ atını saxlamaq imkanım olsaydı onu saxlayardım. Həmişə özümü Qarabağ atının yanında və tərkində hiss etmişəm. Ata məhəbbət mənə gen yaddaşımdan miras qalıb. Ulu babam Allahverən oğlu Mehdi bəyin Qarabağ cinsli böyük milli at ilxısı olub. Bu ilxı ona ulu babalarından yadigar qalıbmış. Azərbaycanda Sovet Hakimiyyəti qurulanda bolşeviklər digər bəylər kimi babam Mehdi bəyi də çox sıxışdırıblar. Onun bütün varidatını əlindən almaq istəyiblər. Mehdi bəy yaşadığı kəndini və kəndinin əhalisini qorumaq üçün Qarabağ cinsli böyük milli at ilxısını və xeyli qızılını Sovet hökumətinə bağışlayıb. Bir müddətdən sonra həmin hökumət babamın bütün varidatını müsadirə edib… Sual 17: – Adil müəllim, jurnalist olaraq çox söz demisiniz. Nələri deməmisiniz? Nədən yazmamısınız və yazmaq istəyərdiniz? Cavab: – Hörmətli jurnalist, yazıçı Seymur Baycan deyir ki, “yazılanlara inansaq, belə bir əhvalat olub. Bir gənc qız gəlir Dostoyevskinin yanına. Əsər yazmaq firkirində olduğunu bildirir, məsləhət istəyir. Dostoyevski deyir ki, get öz həyatını yaz. Heç nə uydurma. Sən öz həyatından maraqlı heç nə uydura bilməzsən…İlk baxışdan sadə görünən bu sözdə böyük bir həqiqət, böyük bir hikmət var. Bütövlükdə həyat təcrübəm sayəsində deyə bilərəm ki, bu, çox faydalı bir məsləhətdir. Bizim jurnalistikamızın, ədəbiyyatımızın ən böyük problemlərindən biri də odur ki, yazarlarımız öz həyatlarını, qəhrəmanlarının həyatlarını dəqiq və açıq yazmaqdan utanırlar. Ola bilsin, buna cəsarətləri çatmır. Mentalitetdən, arvad-uşaqdan, qohumlardan utanırlar və ola bilsin, həm də qorxurlar. …İkinci böyük problem odur ki, yazarlarımız sadə görünməkdən qorxurlar. Taqor deyirdi ki, sənətdə öz gücünü dəqiq hesablamaq çox böyük şərtdir. Təəssüf ki, bizim jurnalistlər, yazarlar öz güclərini dəqiq hesablaya bilmirlər. …Bizim yazıçılar yazıçı kimi yox, tacir kimi, bankir kimi, müdir kimi danışırlar. Zatən elə sifətdən də çoxu müdirə oxşayır. Onların müsahibələri çox quru olur”. Hörmətli Seymur Baycanın bu fikirləri ilə tam şərikəm. Təranə xnım, siz həyatda və öz yaradıcılığınızda tam səmimisiniz. Mən də həyatda və yaradıcılığımda tam səmimi olmağa çalşmışam və çalışıram. Bugünədək demədiklərimi indi sizə dedim. Hazırda ilk kitabımı çox məsuliyyətlə çapa hazırlayıram. İnşallah tezliklə kitabsevərlərə təqdim edəcəm. Sual 18: – Sizi bir daha təbrik edib, ailə səadəti və sağlam uzun ömür arzu edirəm. Ümid edirəm ki, bir zaman atalarımızın dostcasına yaşadığı Ağdamda görüşəcəyik sizinlə. Şuşanın dumanlı dağlarını seyr edəcəyik. Dəvətimi qəbul edib mənimlə səmimi söhbət etdiyinizə görə təşəkkürümü bildirirəm. Cavab: – İnşallah. Allah qismət eyləsin. Təranə xanım, siz sağ olun ki, diqqət göstərmisiniz, məni yada salmısınız, müraciət etmisiniz, “Səmimi söhbət”in qonağı olmuşam. Sizinlə təmasda olmaqdan, bu layihənin – rubrikanın qonağı olmaqdan qürur duydum. Sizə yeni yaradıcılıq uğurları arzulayıram. Çox sağolun. Sual 19: – Sonda mənə və “Səmimi söhbət”in oxucularına deyəsi sözünüz varmı? Cavab: – Bəli, sizə və oxucularınıza deyəsi sözüm var. Hamının xəyalı, arzuları var və bunlar gizlidir. Çox vaxt bu xəyal və arzular gerçəkləşmir. Buna görə ruhdan düşmək olmaz. İrəliyə baxmaq, çalışmaq, səbrli olmaq, Allaha dua etmək lazımdır. Vətəni sevmək hamımızın müqəddəs borcudur. Vətənin bütövlüyünü qorumaq üçün xalqın birliyi çox vacibdir. Qüdrətli və bütöv Azərbaycan naminə hamımız öz işimizdə məsuliyyətlə çalışmalı, bir-birimizə qarşı diqqətli və qayğıkeş olmalı, canımızı fəda etməyi bacarmalıyıq.
Bakı –Horadiz sərnişin qatarının üçüncü vaqonunun ikinci kupesində bir kişi ayaqüstə dayanıb pəncərədən perronda dayanmış həyat yoldaşı Maisa xanım, 9 yaşlı oğlu Orxan və bu ailənin yaxın dostu Əli həkimlə söhbət edir. Qatar gecə saat 11-də yola düşəcək. Hələ 15 dəqiqə var. Yola salanların əhval-ruhiyyələri yaxşıdır. Deyib-gülür, hərdən ona əl edirdilər. Vasif:
–Yaxşı sağ olun! Daha gecdir, həm də soyuqdur. Yaxşı olar evə gedəsiniz. Maisa:
-Düz deyirsən Vasif bura yaman soyuqdur. Lap donmuşam. Onda biz getdik. Özündən müğayət ol. Elə bu an hansısa hissin təsirindən Vasif özünü tambura çatdırıb vaqonun açıq qapısından onlara baxmaq istədi. Çıxışa tərəf gedirdilər. Sol tərəfdə Maisa Əlinin qolundan Əli isə Orxanın əlindən tutmuşdu və birdən Əli əyilib Maisanın üzündən öpdü. Vasif gördüyundən heç təəccüblənmədi. Bu birinci dəfə deyildi. Sakitcə qaydıb öz kupesinə gəldi. Başını əlləri arasına alıb oturdu. Çiyninə toxunan əlin təsirindən başını qaldırıb qarşısında vaqon bələdçisini gördü. Bələdçi:
-Sizə nə olmuşdur? Əgər özünüzü pis hiss edirsinizsə həkim çağırım. Vasif tələsik ayağa qalxıb:
-Yox-yox heç nə lazım deyildir. Zəhmət olmasa yatağı düzəldin. Uzanıb dincəlmək istəyirəm. Bələdçi yatağı düzəldib getdi. Vasif soyunub yatağa uzandı. Xöşbəxtlikdən kupedə ondan savayı heç kim yox idi. Olub keçənləri xatırlayaraq qəti qərara gəlmək istəyirdi. Vaxtı çox idi. Qatar düşəcəyi stansiyaya səhər saat 6-da catacaq. Bütün bunlar gözlənilmədən baş verdi.
Onun adı Vasifdir. Hələ 50 yaşı tamam deyil, həkimlərin məsləhəti ilə təqaüdə çıxır. Baş mühəndis işlədiyi şırkət “subpodratçı” təşkilat oub böyük tikinti şirkətlərinin inşa etdiyi obyektlərdə avadanlıqlar quraşdırır. Bakı şəhəri daxil olmaqla respublikanın bütün bölgələrində olur. İşiləri çox olduğundan elə qazancı da yaxşıdır. 20 ildən çoxdur Bakı şəhərində yaşayır. Həftənin beş gününü işləyib, şənbə- bazar istirahət edir. Amma indi xəstədir. Həkimlərin dediyinə görə o bundan sonra çox ehtiyyatlı olmalıdır. Onurğa beynində zədələnmə var. Yaxşı olar təqaüdə çıxıb sakit həyat yaşasın. Onda bu xəstəlik ola bilsin əvvəllər də varmış. Ancaq sağlamlığımdan heç vaxt şikayət etməmişdir.
İki ay bundan öncə köhnə dostları Arif, Aydın və Əli ilə birlikdə dənizkənarı bulvarda oturub çay içirdilər. Sentyabr ayı idi. Axşam saat doqquz olardı. Gündüzün istisindən qaçıb bura pənah gətirmişdilər. Artıq bir çaynik içilib qurtarmışdı. İkincini sifariş vermək istəyəndə , yeyib içməyi xoşlayan Aydın:
-Əşi rəhmətliyin uşağı, Siz də iş-peşə tapmısınız. Nə görmüsünüz bu çayda. Elə həmişə çay,çay. Vasif sən lap xəsis olmusan. Dostlarının xətrini çox istəyən Vasif üzünü Aydına tərəf tutub dedi:
-Qardaş ürəyiniz nə istəyir mən hazır.
-Mən balıq yemək istəyirəm.
Bu kafedə yemək verilmirdi. Restoranların birinə gedib orda balıq sifariş etdilər. Hər şey hazır olub yeməyə başlayanda Kürqırağı kəndlərin birindən olan balıq üzrə “ekspertimiz” Arif balıqları bəyənmədi.
-Bunlar hamısı vətəgə balıqlarıdır. Bu balıqları yemlə bəsləyirlər. Həm yağlı olurlar, həm də elə dadlı olmurlar. Bura baxın bu gün neçənçi gündür?
-Üçüncü gün-deyə Əli cavab verdi.
-Elə isə hamınızı şənbə-bazar günü bizim kəndə Kürqırağına dəvət edirəm. Balıq tutarıq, həm də sahildəki meşədə kabab çəkərik. Sonra da qəflətən əlini qulağına apararaq bərkdən oxumağa başladı;
-Kür qırağının əcəb seyrangahı vardır,
Yaşılbaş sonası hayıf ki, yoxdur. Arifin bu hərəkəti hamını güldürdü.
Arif :
-Hə nə deyirsiniz, razısınız? Ariflə Aydın həmyerlidirlər. Hər ikisi Vasif işləyən idarədə iş icraçısıdır. Əli isə Maisa işləyən xəstəxanada şöbə müdüridir. Dostlar Arifin xətrini çox istəyirdi. Onlarda dəfələrlə olmuşdular. Sadə, təvözakar, zəhmətkeş valideynləri var. Vasif Aydınla, Əli ilə məsləhətləşəndən sonra cavab verdi, – razıyıq. Balıq tutmaq üçün bütün ləvazimatlar Arifdə vardır. Qərara alındı, şənbə günü dörd dost səhər saat 7-8-də Vasifin “Tayota” markalı maşınınıma əyləşib Kürqırağına getsinlər. Kimin ürəyi hansı İçkilərdən, sulardan istəyirsə özü ilə götürsün. Belə də etdilər. Ancaq yola düşmək məqamında məlum oldu, Əli getməcək. Xəstəxanaya ağır xəstə gətiriblər və həmin xəstəni Əli operasiya edəcək. Artıq saat 11-də Arifgilin kənddəki evlərinin qarşısında maşından düşdülər. Həyət adamlarla dolu idi. Bunlar hamısı Arifin yaxın qohumlarıdır. Uşaqları qarşılamağa gəlmişdilər.Yəqin gələcəklərini Arif telefonla xəbər veribmiş. Əvvəlcə ata-anası Muxtar əmi, Atlas xala onlara yaxınlaşıb üz-gözlərindəndən öpüb, xoş gəldin elədilər, Sonra cavanlar. Onlardan biri ayaqları kəndirlə bağlanmış quzunu Muxtar kişinin işarəsi ilə gətirib uşaqların qarşısında yerə yıxaraq kəsdi. Muxtar əmi:
-Burdan belə sizlik bir iş yoxdur, keçin evə. Qızların köməkliyi ilə yaxşı-yaxşı yuyunduqdan sonra açıq eyvanda əvvəlcədən düzəldilmiş stolun ətrafında oturdular. Muxtar əmi də onlarla əyləşib, hal əhvallaşdı. Vasif də öz növbəsində onun vəziyyəti ilə maraqlandı. Muxtar əmi yaxşıyıyıq-dedi.
-Sağ olsun müstəqil dövlətimizi. Torpaqları verib özümüzə. Ürəyimiz necə istəyir elə istifadə edirik. Yuxarıda dediyi kimi onlar bu evdə dəfələrlə olmuşdu. Bu daşdan kürsüsünün hündürlüyü 1 metr olan, sonrası isə çiy kərpicdən tikilmiş bir mərtəbəli evdir. Divarlarının qalınlığı 80 sm olar. Belə divar yayda Günəşin yandırıcı istisini, qışda isə soyuq havanı içəri buraxmır. Nəticədə ev yayda sərin, qışda isti olur.
Süfrədə hər şey var idi. Yerli məhsullardan pomidor salatı doğranmış, üzərinə soğan, bibər, reyhan əlavə edilmiş və birinin yanına bir ədəd acı istiot qoyulmuşdu. Kimin ürəyi istəsə yeyə bilərdi. Düz boşqablarda camış qaymağı, soyutma yumurta, qrafinlər qatıqdan düzəldilmiş ayranla doldurulmuşdu. Bir qədər kənarda qoyulmuş stolun üstündə boşqablarda doğranmış qarpız-yemiş düzülmüşdü. Əvvəlcə çay içəndən sonra süfrəyə yemək verildi. Arif də gəlib oturdu. Qonaqlar çay içib söhbət eliyən zaman, lazım olan işləri yerinə yetirirdi. Tilovları, atmaları hazırlayıb, tilovlara taxılacaq qurdları (soxulcanların) yığılmasına göstəriş vermişdi. Xörək Atlas xalanın bəslədiyi və öz əliyi çöl ocağında bişirdiyi çolpa ətinin çığırtması idi. Ətiri uzaqdan hiss olunurdu. Bütün bunları görən və yaxşı yeməyi qiymətləndirən Aydının keyfi kökəlmişdi:
-Əladır, əladır-deyirdi. Amma nəyisə çatmır. Aydının nəyə işarə etdini bilən və içməklə arası olmayan Vasif:
-Aydın mən ölüm bəsdir. Qoy bu gül kimi nemətləri o zəhrimarsız yeyək. Yeməkdən sonra qarpız –yemişi verdilər. Yanındada boşqabda xüsusi üsulla hazırlanmış şor qoyulmuşdu. Yerli əhali buna Şirvan şoru deyirlər. Qarpız –yemişlə yeyəndə çox ləzzətli olur. Nəhayət hamı yeyib doyandan sonra Muxtar əmi:
-Yol gəlmisiniz, yəqin yorulmusunuz. O başdakı otaqda Sizə yer hazırlayıblar keçin bir qədər dincəlin. Arif də öz növbəsində:
-Hə atam düz deyir. Bir az dincələk. Kürə saat 4-də gedəcəyik. İndi istidir. Etiraz etmədik. Məsəl var “Qonaq ev yiyəsinin quludur” deyiblər. Gələnlər üçün hazırlanmış otağa daxil olanda buranın həqiqətən çox sərin olduğunu hiss olunurdu. Saat 4-ün yarısında Arif bizi səslədi.
-Hə balıqçılar durun vaxtdır. Kür və onun səfalı meşəsi bizi gözləyir. Ayağa durub səfər paltarları geyib hazır oldular. İndi onların tamamilə başqa görkəmi vardı. Həyətdə qablaşdırılan şeyləri Arifin qardaşı Nəsibin at arabasına yığmışdılar. Burda nələr yox idi. Tilovlar, xırda kətillər, mütəkkə, döşəklər, şişlər, qarpız-yemiş, qab-qacaq vardı. Qalan şeylər bizim maşında idi. Arif Nəsibə:
-Qardaş sən yavaş-yavaş sür get bərənin yanına. Orda Qurban əmini tap. Deynən Arif qağam dostları ilə gəlib. Kürü o tərəfinə keçib balıq tutub, meşədə dincələcəklər. Səni də dəvət edirlər. Nəsib arabasın sürüb getdi. On dəqiqədən sonra biz də yola düşdük. Kür o qədər uzaqda deyildi. Kür daşanda ətrafı su basmasın deyə sahil boyu torpaq bənd salınmışdı. Maşınımız getdikcə hər tərəfi toz –duman bürüyürdü. Cəmi 300-400 metr yol gedəndən sonra gəlib bərənin yanında olduq. Maşından düşüb bərənin yanına gəldik. Burada sahil sıldırım qaya kimi idi. Bərə dayanan yerin sağ –sol tərəfinə ağaclar əkilmiş, ağaclar böyüyüb hər tərəfə kölgə salırdı. Hava azca küləkli, həm də sərindi. Araba burda olsa da Nəsib yox idi. Bərə sahildə basdırılmış dəmir dirəyə zəncirlə bağlanmış və üstəlik möhkəm qıfıllanmışdı. Az keçməmiş Nəsib gəlib çıxdı. Amma yaman bikefdi. Az qala ağlayacaqdı. Bizim kimi oda gəlib görür bərə bağlıdır. Qurban əminin harada oduğunü öyrənmək üçün buradan 100 m aşağıda olan motorçunun yanına gedir. O da xəbər verir, heç mən də bilmirdim. Günorta olara getdim. Öyrənib ki, Qurban əminin Bakıda fəhlə işləyən oğlunu maşın vurub. Yazıq kişi o qədər tələsik gedib, açarları da özü ilə aparıb. Amma şükür Allaha uşağa elə bir ciddi xətər yetməyib. Bu gün axşam qayıdacaq. Arif tamamilə dilxor oldu. Bu ətrafda ən yaxın bərə 20 km aralıda idi. Ora da getmək sərf etmirdi. Həm yol narahatdır. Həm də oralar başqa kəndin ərazidir. Sonra üzünü bizə tutub:
-Yaxşı uşaqlar dilxor olmayın. Meşədə yeyib –içməyimiz qaldı sabaha. Nəsib sən balıq tutmaq üçün nəyimiz varsa ayır yerə qoy. Qalanlarını evə apar. Saat 10-da biz də gələcəyik. Kətilləri də apar. Onlar burada yaramayacaq. Vasif maşını ağacın kölgəsinə sür. Qorxma burda heç kim ona toxunmaz. Burdan 200 metr yuxarıda yaxşı yer var. Orda bizim qayığımız da var. Özünüzlə bir neçə su götürun və tilovları, atmaları aparmaqda mənə kömək edin. Vasiflə, Aydın onun dediklərinə əməl etdilər və arxasınca düşüb çay yuxarı getməyə başladılar. Heç on dəqiqə keçməmiş üst-başımız, üz-gözümüz tamamilə toz oldu. Gəlib Arif deyən yerə çatıb cığırla çayın sahilinə endik. Burda qayalıq sahildən xeyli uzaqlaşmış və nəticədə uzunluğu 200 m, eni 10 metr olan sahə əmələ gəlmişdi. Suyun kənarında güclə hiss olunan dəmir dirəyə taxta qayıq bağlanmışdı. Arif sahil boyu aşağı-yuxarı gedib gələrək onların hər birinə iki tilov, ayrıca qutuda qurd verərək özünə ortada yer götürdü, əgər lazım olarsa tez köməyə çatsın. Bundan sonra atmaları qayığa yığıb, özü də qayığa tullanaraq suyun ortasına tərəf irəliləyərək bir-bir suya tulladı. Bəli balıq ovu başladı. Vasif Kürün qarşıdakı sahilinə nəzər yetirdi. Qəribə idi. Çayın o tərəfi başdan-başa meşə idi. Özu də ağaclar o qədər hündür idi çayın sahili tamamilə gölgə idi. Bura isə həm isti, həmdə bürkü idi. Yavaş-yavaş əynimizdə olan paltarları soyunurduq. Günəş bütün istiliyi ilə bizi yandırmağa hazırlaşırdı. Ayağımızın altında torpaq çox yumşalıb artıq palçığa çevrilirdi. İlk haray yenə Aydından gəldi. Onun tilovuna iri bir balıq düşmüşdü. Nə qədər əlləşirdisə çəkib sahilə çıxarda bilmirdi. Köməyə Arif gəldi. Suda balığı xeyli yorduqdan sonra yavaş –yavaş suyun kənarına gətirib, əlini balığın qulağına keçirərək kənara atdı. Bu 4 kq –dan bir qədər az naqqa balığı idi. Aydın yaman sevinirdi. Vasif ayaqüstə durmaqdan yorulduğu üçün balaca bir təpəcik tapıb üstündə oturdu. Doğrudur bir balaca nəm idi,amma rahatdı. Onun da tilovlarına balıqlar düşdü. Balıqların biri sazan idi və kilodan ağırdı. Gəldiyimizdən 2 saatdan çox keçməsinə baxmayaraq gün hələ də yandırırdı. Palçığa batmış ayaqlarımızı tez-tez suda yuyurduq. Arifin atmaları da tez-tez səslənməyə başladı. Arif onları hər dəfə çıxaranda ucunda bir balıq olurdu. Nəhayət saat 8 oldu. Biz dostlar əməlli başlı balıq tutmuşduq. Vasif bərk yorulmuşdu. Qolları yaman gicişirdi.Təklif elədi, daha bəsdir gedəyin. Nəyimiz varsa yığışdırıb evə gəldik. Atlas xala bir neçə qazan istisu hazırlamışdı. Bulananları soyunub töküb yüngül paltarlar geyərək yenə eyvana çıxdıq. Arif hələ həyətdə idi. Onun yanında tanımadığım 4-5 adam vardı. Arifin dostları imiş. Gəlişini eşidib gəlmişdilər. Buralı olsalar da bizim tutduğumuz balıqları görüb məəttəl qaldılar. Arif balıqları təmizləməyi yoldaşlarına tapşırıb manqalı gətirtdi. İçərisinə kömür töküb od vurandan sonra quzu ətinin qabırğalarından kabablıq doğrayıb şişlərə çəkdi. Az sonra bu şişlərə balıqlar əlavə edildi. Biz Muxtar əmi ilə söhbət edib çay içirdik. Tam bir saatdan sonra bizi yenidən süfrəyə dəvət etdilər və elə bu vaxt həyətə daxil olan maşının gur ışığı oturanların üzərinə düşdü. Maşın düz gəlib onların yanında dayandı. Bu çox bahalı maşındı. Vasif o dəqiə maşını tanıdı. Bu Əlinin maşını idi. Hər iki tərəfdən qapılar açıldı. Sükan tərəfdən Əli, digər tərəfdən isə bir qadın düşdü. Bədənə çox kip oturmuş qolsuz kofta və cins şalvar geymiş qadın Vasifin arvadı Maisa idi. Hamı ayağa qalxıb onlara xoş gəldin –deyəndən sonra stola dəvət etdilər. Maşında yatmış Orxanı evə apardılar. Qonaqlıq gecə saat 2-yə kimi davam etdi. Aydın özunə təzə həmdəmlər tapmışdı. Məclisin axırına yaxın daha ağızdeyəni qulaq eşitmirdi. Gözəl məclis idi. Xüsusi ilə təzə balıq kababı çox dadlı idi. Təkcə Vasifin üzü gülmürdü. Dilxor olduğundan stoldan qalxıb bir siqaret yandırıb ayaqyoluna tərəf yönəldi. Buralarda ayaqyolunu həyətin uzaq küncündə tikirlər. Yol manqalın yanından keçirdi. Başları qarışıq olduğundan Vasifin yaxınlaşdığın hiss etməyən Aydın:
-Ə, Arif bizim dostluq etdiyimiz Vasif oğraşın, dəyyusun biri imiş. Gecənin bu vaxtında, bu yiyəsiz çöllü biyabanda arvadın nə ölümü var yad kişinin maşınında. Kimi inandıra bilərsən onlar düz adamdır. Sən öləsən mənim arvadım nəinki gecə, gündüz yad adamın maşınına minə ha, onun başını it başı kimi rus qiblləsinə kəsərəm. Odur ey sizdə olduğumu eşidib zəng vurub olar məndə gəlim. Dedim öl yerində. Bütün deyilənləri eşitməməzliyə vurub sakitcə onların yanından keçib ayaqyoluna və tez qayıdıb öz yerində əyləşdi. Maisa ilə Əli yanaşı oturmuşdular. Özləri ilə gətirdiklər litlik rus araqlarından fincanlara süzüb Arifin kənddəki dostları ilə içirdilər. Təzə tanışlar da söz verdilər sabah onların növbəsidir. Əziz qonaqlara meşədə qulluğu özləri edəcəklər. Uzun görüşmələrdən, təkrar qucaqlaşmalardan sonra nəhayət saat 3-də otağa girib dincəlmək istədilər.
Əziz oxucular! Haqqında söhbət açdığım Vasifin həyatı o qədər keşmə-keşli olub, bütün olanlar barədə dəqiq məlumat verməyə çətinlik şəkirəm. Odur ki, əvvəlki həyatı və sonrakı taleyi haqqında məlumat verməyi onun öz öhdəsinə buraxıram.
-Aydınla Əli elə o saat yatdılar. Amma mən… İlan vuran yatdı mən yata bilmədim. Bədənim od tutub yanırdı. Qapı-pəncələr taybatay açıqdı. Səhərə yaxın yuxuya getsəm də səsə-küyə ayıldım. Yerimdən ayağa qalxmaq istədim və həmin anda ağrıdan qışqırmağa başladım. Səsimə yüyürüb gələnlərə heç nə deyə bilmirdim. Yavaşca kürəyimi göstərdim. Uşaqlar məni geyindirib, əllərində həyətə gətirib stulda oturtdular. Məni soyuq tər basırdı. Üzümə su vurdular. Ayağımı isti vanna elədilər. Kürəyimi ovuşdurub isti çay içirdəndən sonra bir balaca sakitləşdim. Ayağa durmağa qorxurdum. Ağrı gah sol tərəfdə, gah da sağ tərəfdə olurdu. Böyrəklərimdən şübhələnirdim. Əli həkim yaxınlaşıb əlinin tini ilə hər iki böyrəklərimin üstündən əvvəlcə yavaşca, sonra isə bərkdən vurdu. Ağrı yox idi. Sənin belin ağrıyır. Bu sinir ağrısıdı. Möhkəm soyuqlamısan.Ev sahibi Arifdən isə lap qəribə təklif gəldi:
-Yığışıb gözləmədən şəhərə getmək lazımdır. Burda qalmaq olmaz. Bu gün bazar günüdür. Lap elə iş günü ols ada burda nə həkim, nə dərman var. Məni arxa oturacaqda uzandırıb başımın altına yastıq qoydular, hamı ilə görüşəndən sonra yola düşdük. Maşını Arif sürüdü. Aydın da yanımızda idi. Maisa, Orxan yenə Əlinin maşınına mindilər. Maşın silkələdikcə ağrılarım artırdı. Hacıqabula çatanda daha dözə bilmirdim. Xəstəxanaya dönüb bir ağrıkəsici iynə vurdurduq. Evimizə çatanda saat 3 olardı. Məni köməkləşib 3-cü mərtəbəyə öz evimizə qaldırandan sonra Ariflə Aydın evlərinə getdilər. Yaxşı ki, arvadım, oğlum yanımda idi. Maisa həkimdir. Həm də qohumumdur. Bibim qızıdır. Nəbzimi yoxlayıb təzyiqımi ölçdü. Təzyiqim yüksək idi. 100-ün 185-ə. Yenidən qaça-qaç düşdü. Təcili yardım xəstəxanasına yollandıq. Damarlarlarıma iynə vurub təzyiqi aşağı salsalar da sinir ağrılarım şiddətlənirdi. İş o yerə gəldi, sol ayağım iflic oldu. Növbətçi həkimlər heç nə edə bilmirdi. Sonra hansısa həkimə zəng vurdular. Xəstəliyin əlamətlərini dedilər. Ümumi qərarla daha bir sakitləşdirici iynə vurdular. İynə vurulandan sonra ağrılar yavaş-yavaş sakitləşməyə başladı və yarım saatdan sonra tam rahat oldum. Ayağa durub bir neçə addım gəzindim. Ancaq əlimi sol ayağıma vuranda bərk qorxdum. Ayağımın ombadan dizimə qədər olan hissəsində həyat əlaməti yox idi. Bu hissə elə bil quru yumru ağac idi. Həkimin biri məsləhət gördü, mənə təkbaşına yerimək olmaz, hər an müvazinətimi itirə bilərəm. İndi qayıdıb evinizə gedə bilərsiniz. İynənin təsirindən yaxşı yatacaqsınız. Sonra qələm, kağız götürüb özünün tanıdığı həkimin adını, ünvanını və telofonunu yazıb bizə verdi:
-Məsləhət bilirəm, bu həkimin yanına gedin. O Sizə kömək edər. Onlara təşəkkür edib evə qayıtdıq. Məni öz çarpayıma uzandırıb, üstumü yorğanla örtəndən sonra Maisa:
-İndi sənə çay gətirərəm içərsən. Bilmirəm yerin rahatlığndanmı və yaxud yorğunluğumdanmı dərhal yatmışam. Maisa Əlini öz evinə getməyə qoymur, qorxur, birdən nəsə olar. Ertəsi gün məni oğlum Orxan oyatdı:
-Ata dur! Anam səni həkimə aparacaq. Yüngül səhər yeməyi yeyib, çay içəndən sonra üçümüz də aşağı düşdük. Maşın öz yerində idi. Maisa pultu işə salıb qapıları açdı. Əvvəlcə məni oturtdular. Orxan keçib arxada oturdu.
– Bəs maşını kim sürəcək?
-Mən.
-Necə sən maşın sürə bilirsən?.
-Hə. Sən buralarda olmayanda mən Əlidən xahiş etdim, mənə maşın sürməyi öyrətsin. Bir neçə ayın içərində mən yaxşı şagird oldum və indi əla maşın sürürəm. İstəyirdim sənə sürpriz edim.
-Yaxşı sürprizdir-deyə istehza ilə cavab verdim. Maisa sükan arxasına oturub maşını işə saldı və həyətdən keçib, küçəyə çıxdıq. O maşını çox inamla idarə edirdi. Heç bir təlaş, həyacan yox idi. Yolüstü Orxanı oxuduğu məktəbə qoyduq. Bir az qaçandan sonra dayanıb bizə əl elədi. Orxan 8 saylı orta məktəbin 3-cü sınfındə oxuyur. Bu uşaqda mənə oxşayan heç bir əlamət yoxdur. Onun saçları, qaşları, kirpikləri və gözləri qaradır, Mən isə bir qədər sarışın olmaqla yanaşı gözlərim qəhvəyi rəngdədir. Ümumiyyətlə Allah-təala məni yaradarkən öz səxavət əlini bir qədər əsirgəmişdir. Mən hündürboylu, arıq çəlimsiz bir adamamam. Başımın ön hissəsi girinti-çıxıntısı olan dəniz sahilinə oxşayır. Ortada yarımada şəklində tük zolağı uzanıb alnıma qədər gəlir, öz növbəsində hər iki tərəfdən tükü olmayan üçbucaq şəkilli zolaq yuxarı qalxır. Ən pisi isə mənim sol çiynimdən biraz aşağı anadangəlmə qozbelə oxşar bir şey vardır, hətta ən yaxşı tikilmiş kostyumu geyəndə belə kostyumun sol tərəfində yuxarı qalxma əmələ gəlir.
Maisa bizə verilən ünvanı çox asanlıqla tapdı. O burada Bakıda anadan olmuşdur. Şəhəri yaxşı tanıya bilərdi. Ancaq avtomobil yollarında belə sərbəst hərəkət etməsi ondan xəbır verirdi ki, o bu işə lap çoxdan başlamışdır. Nə isə, mənim xəstəxanada qəbul edilib, müayinəm, analizlərin cavabının alınması tam 3 gün çəkdi. Bundan sonra həkimin məsləhəti ilə ev şəratində mam bir ay müalicə olunacağımı, bu işləri bacaran xüsusi tibb bacısı ayıracaqlarını dedi. Onu da qeyd etdilər ki, yaxşı eləyib birbaşa Bakıya gəlmişəm. Cüzi səhv məni ömürlük yatağa sala bilərdi.
Bütün müalicələr olandan sonra yenidən həkimin qəbulunda oldum. Həkim hərtəfli yoxlayandan sonra:
-Hə yaxşısan. Qalanı baxır sənin özünə. Həmişə soyuqdan qorunmalısan. İşləmək olmaz. Həkimlərə yaxın yerdə yaşamalısan, vaxtında köməyinə çata bilsinlər. Yaxşı olar təqaüdə çıxasan. Sərbəst olarsan. İldə bir-iki dəfə sanatoriyalarda, istirahət evlərində dincələrsən. Bunun sənə çox xeyri dəyər. Əsəblərin sakitləşər. Onu da deyim, mən evdə müallicə olunan vaxtı bir dəfə də olsun Əli bizə gəlmədi. Yəqin Maisa tapşırıb. Çünki məlum Kürqırağı hadisəsindən sonra onun yanımızda olmağı məni özümdən çıxarırdı.
Həkimin dediyi ilə razılaşdım. Bizim yaşamaq üçün heç nəyə ehtiyacımız yox idi. Evimiz, maşınımız, kiçik və təmirsiz olsa da bağ evimiz var. Maisa işləyir, özü də yaxşı qazanırdı. Mən də yəqin ki, 500-600 manat təqaüd alacağam. Odur ki, ərizə verib işdən çıxdım. Ancaq təqaüd üçün sənədlər toplananda məlum oldum oldu iş stajımın 5-6 ili doğulduğum Göytəpə rayonunda qalmışdır. İndi həmin sənədləri almaq üçün qatarla ora gedirəm. Saata baxdım. Saat 4-ə işləyirdi. Hələ də yata bilmirdim.Tambura çıxıb bir siqaret çəkəndən sonra yenidən yatağa uzandım .
Kimsə məni silkələyirdi. Gözlərimi açdım. Bələdçi idi:
-Hazırlaşın indi sizin stansiyadır. Durub yaxşıca yuyunduqdan sonra yol paltarlarımı soyunub, səliqə ilə əl çantasına yığdım. Kostyumumu, yüngül paltomu geyinərək, şeylərimi götürüb tambura gəldim. Hava hələ qaranlıq olduğundan heç nə ayırd etmək olmurdu. Nəhayət qatar dayandı. Bələdçi qapını açdı. Üzümə xoş, təmiz hava toxundu. Sinə dolusu nəfəs alıb öz ürəyimdə “oxay” dedim. Perrona düşüb çıxışa tərəf getdim. Ətraf adamla dolu idi. Elə bilirdim Bakıdan təkcə mən gəlirəm. Sən demə insanların əksəriyyəti qatardan istifadə edirmiş. Qatarla getmək həm rahat, həm ucuz, ən başlıcası təhlükəsizdir. Bu stansiyanın adı Dağburnudur. Gözəl yaraşıqlı binası var. Mən buralarda olanda tikilmişdi. Buraları əla tanıyıram. İş icraçısı işləyəndə mənim obyektlərimə göndərilən materialları bu stansiyadan daşıyıb aparardım. Gedəcəyim rayon mərkəzi Göytəpə şəhəri burdan 18 km aralıda yerləşir. Dayanacağa yaxınlaşıb avtobusla getmək istəyirdim . Hər tərəfdən üstümə 5-6 adam hücüm çəkdi.
-Qardaş şəhərə gedirsən gəl aparım. Elə bu vaxt o biri tərəfdən başqa birisi; ə Həsən utanmırsan görürsən qardaş mənim maşınıma tərəf gəlir. Bəli burada bir mərəkə qopdu gəl görəsən. Axırda iri cüssəli bir kişi:
-Ayə, bəsdirin iki manatdan ötrü niyə bir-birinizi qırırsınız, qonaqdır bir az mədəni olun, özü kimin maşında əyləşər apararsınız. Mən keçib əvvəlcədən məni çağıran oğlanın maşınında oturdum. Nədənsə onun müraciəti xoşuma gəlmişdi. Nəhayət yola düşdük. Hava artıq işıqlanmışdı. Mən sürücünün yanında oturmuşdum. Ətrafı yaxşı seyr edə bilirdim. Yol çox rahat idi. Dörd yol kəsişməsində böyük hərəkət darəsi düzəldilmiş, ətrafı yaxşıca abadlaşdırılmışdır. Yol boyu müstəqil Azərbaycanımızın memarı və yaradıcısı Ulu Öndərimiz Heydər Əliyevin Vətən, torpaq, gənclər haqqında dedyi sözlər yazılmış reklam lövhələrinə rast gəlirdik.
Yarım saatdan sonra mən rayon mərkəzində “kruq” deyilən yerdə maşından düşdüm. Gedəcəyim bir yer yox idi. Atam, anam vəfat etmiş, onlardan sonra evimiz satılmış pulu bacımla, mənə verilmişdi. Mən öz payımın yarısını götürdüm. Bacım həmin pulla və üstəlik atamın biz institutda oxuyarkən aldığı 2 otaqlı mənzili sataraq yeni binada 3 otaqlı mənzil aldı. Dost, tanışdan söhbət gedə bilməz. Uzun illərin ayrılığından sonra mən heç bilmirəm onlar sağdır, vəfat ediblər və ya ayrı yerə köçüblər. Mənim burdan köçüb getdiyim 20 il olardı. Doğrudur atam, anam rəhmətə gedəndə bura gəlsəm də yalnız evimizdə oldum. Ətrafa nəzər saldım. Hər yan tamamilə yenidən düzəldimişdir. İlk olaraq özümün inşa etdiyim obyektlərə baxmaq istədim. O vaxt mən bizim idarənin şəhərdə olan obyektlərinin iş icraçısıydım. Onlar çox deyidir. Cəmi üç obyektdir. Beşmərtəbəli yaşayış binası, prokurorluğun inzibatı binası və raykom işçiləri üçün 2 mərtəbəli yaşayış binası. Bu binaların tikintisi hər biri mənim həyatımda öz izini qoymuşdur. Bu izlərin nədən ibarət olduğunu sonra söyləyəcəm.
Sənədlərimi götürmək istədiyim arxiv idarəsi saat 10-da açılacaq. İndi hələ saat səkkizdir. Kifayət qədər vaxtım var. Hər üçünə baxdım. Yaxşı qalmışdılar. Bilirsiniz hər bir bəstəkarın, rəssamın, yazıçının öz əsəri oduğu kimi, biz inşaatçıların əsəri tikdiyimiz binalardır. Oradan birbaşa bazara getdim. Bir qədər buralarda dolandıqdan sonra şəhərin mərkəzində olan Heydər Əliyev adına istirahət parkına gəldim. Alaqapıdan daxil olduqda parkın çox gözəl, həm də möhtəşəm tikildiyni görürsən. Qarşıda mərmərlə üzlənmiş hündür postament üzərində Ulu Öndərin ayaq üstündə heykəli qoyulmuşdur. Əlini İşğal altında olan bizim Füzuli,Cəbrayıl, Zəngilan, Laçın, Qubadlı torpaqlarına tərəf uzadaraq xalqımızın həmin torpaqların azad edilməsinə çağırır. Yaxınlaşıb heykəlin önündə durdum və bütün varlığımla Ona baş əydim. Qayıdıb parkdan çıxandan sonra yaxınlıqda bir çayxanaya rast gəldim. Ağacların aıtlnda kənarda qoyulmuş tənha stolda oturub cay və səhər yeməyi sifariş etdim. Bunları tez verdilər. Yemək yeyib, cay içib pulunu verəndən sonra saata baxdım. Saat 10 idi və mən arxiv idarəsinə yollandım. İdarəni tanıyırdım. Əgər yerini dəyişməyiblərsə 5 dəqiqəlik yoldur. İşlərimi tez qurtarmaq istəyirdim. İstəmirdim məni burda kimsə görsün və yaxud tanısın. Ailəmizin adına ləkə gətirmiş, məni bu şəhərdən Bakıya köçməyə məcbur etmiş hadisəni burda uşaqdan –böyüyə hamı bilir.
İdarəyə çatıb açıq qapıdan içəri girib sağ tərəfdə müdir yazılan qapını döydüm. İçəridən:- Gəlin səs eşidildi. Müdir otağına daxil oldum. Qapıya yaxn qoyulmuş stolun arxasında gənc bir qız kompüterdə nə isə yazırdı. Qarşı tərəfdə stolun arxasında gözlərinə eynək taxmış bir az yaşlı xanım əyləşmişdi. İri bir kitabı vərərələyib hərdən qeydlər edirdi. Mən:
-Salam! Sabahınız xeyir-dedim. Gənc qız salamımı aldı. Elə müdirə xanım da gözlərini kitabdan ayırmayaraq salamımı aldı və buyurun eşidirəm deyə cavab verdi. Ona yaxınlaşdım və tanıdım. Bu Zəminə idi. Mənim İlk sevgim. Bu dəfə ona adı ilə:
-Salam Zəminə! Adını eşitcək başını qaldirıb xeyli mənə baxdı və birdən ayağa qalxıb mənə yaxınlaşdı:
-O Vasif salam, salam. Xoş gəlmisən, xoş gəlmisən və məni qucaqlayıb dəlicəsinə üz gözümdən öpdü. Gənc qız durub otaqdan çıxdı. Ay canım sən elə birdəfəlik yoxa çıxdın. Gəl, gəl əyləş, görək səni buralara gəlməyə nə vadar edib. Mən karıxb qalmışdım. Zəminəyə buralarda rast gələcəyimi heç ağlıma belə gətirmirdim. Sonra mənə yer göstərdi. Özü də keçib qarşımda əyləşdi.
-Hə söylə görək nə var, nə yox. Oğlun, xanımın necədir? Deyirlər sənin ikinci xanımın yaman gözəldir. Görənlər deyir lap elə Cokandanın özüdür. Mən:
-Sağ ol Zəminə! Hər şey yaxşıdır. Mən özüm bərk xəstələmişəm. Xəstələndiyimi, təqaüdə çıxdığımı və gəlişimin səbəbini dedim. Sənədlərimi alıb baxandan sonra Aysunu çağırıb lazımi tapşırıqları verdi. Birdən ayağa qalxıb gülə-gülə Molla aşı görüb Quranı yaddan çıxardan kimi, mən də səni görüb sevindiyimdən çay verməyi də unutdum. Sonra qapını açıb:
-Aysu bala gəl bizə çay ver. Mən ona fikir verdim. O çox yaxşı qalmışdı. Əynində ona yaraşan boz kostyumu vardı. Yenidən gəlib qarşımda əyləşdi. Mən də öz növbəmdə ondan bir xəbər tutmaq istədim .
-Bəs sizdə nə var, nə yox, ailən, uşağın varmı?-deyə soruşdum.
-Heç nə yoxdur. Ali məktəbə daxil oldum. Bir neçə idarədə işləyəndən sonra bir il olar bura göndəriblər.
-Axı necə ola bilər bütün qızlara sən adaxlı tapırdın, amma özünə bir oğlan tapmadın.
-Düz deyirsən mənim belə xasiyyətim vardı. O vaxt qızların ikisini sənin oğlanlarına verdim, sonra işlədiyim idarələrdə bir neçə qızı ərə vermişəm. Elə mənim özümə də çoxlu elçi düşən oldu, səndən sonra mən heç kimi sevə bilmədim. Amm bir şey bu günə kimi mənə qaranlıq qalır. Necə oldu, biz bir-birimizi sevdiyimiz halda sən qəflətən yoxa çıxdın və məni qoyub gedib o musiqi müəlliməsini aldın. O da sənə elə xəyanət elədi. Qulaq as Vasif elə bil ürəyimə dammışdı, bu günlərdə səni görəcəyəm. Mən sevgimizə aid bir neçə şer yazmışam. Bir həftə olar, onları evdən gətirib yanıma qoymuşam. Ayağa durub stolun rəfindən bir qovluq çıxarıb içərisindən üç vərəq götürüb mənə verdi. Alıb baxdım. Özü kmi şerləri də səliqə ilə yazılmışdı. Hə niyə susursan bəlkə deyəsən. Onsuz da bu heç nəyi dəyişmir. Ancaq səbəbini bilsəm yaxşıdır. Mən başımın işarəsi Aysunu göstərdim.
Zəminə -Qızım sən gedə bilərsən. Nahardan sonra gələrsən.
O vaxtdan neçə illər ötmüşdü. Amma mənim yaxşı yadımdadır, nə üçün ondan ayrıldım.
Yay günlərinin birində mən dostlarımla birlikdə çimməyə getmişdim. Suda xeyli qalandan sonra sahilə uzanıb özümüzü günə verirdik. Mənim yanımda uzanan Telman Zəminəgilin qonşusu idi. Mən ondan Zəminəni tanıyırsan-soruşdum:
-Hə, necə bəyəm və birdən oturdu, təəcüblə üzümə baxdı. Bura bax Vasif sən mənim dostumsan. Səni xəbərdar edirəm. O qızdan aralı dur. Onlar yaxşı ailə deyillər. Atası təqaüdçü, anası müəllimədir. Özü də çox həyasız ailədir. Yapışdılar əl çəkməyəcəklər. Elə bu yaxınlarda böyük bacısını ərə verdilər. 3 gündən sonra qayıdıb gəldi. Yəqin işləri korlayıbmış.
İndi uzun illərdən sonra ondan nə üçün ayrıldığımı ona necə deyə bilərəm. Mən:
-Yox Zəminə səbəbini sənə deyə bilmərəm. Bu çox pis xəbərdir.
-Danış. Səndən xahiş edirəm söylə. Axı biz indi uşaq deyilik və mən o vaxt eşitdiklərimi ona dedim.
Bir müddət sakit dayandı. Başını qaldırıb üzümə baxdı. Kömür kimi qaralmışdı. Əvvəlcə sakit, sonra isə bərkdən:
-Sən axmaqsan, həm də əclafsan. Sənin dediyin Zəminə bizdən 2 ev o tərəfdə olur. Atamla anam ayrılandan sonra biz ora təzə köçmüşdük. Mənim anam müəllimə yox tibb bacısıdır. Sənə ona görə axmaq deyirəm ki, bütün bunları mənim özümdən öyrənə bilərdin. Sonra əllərini üzünə tutub hönkür-hönkür ağladı. Ona yaxınlaşıb təskinlik vermək istədim.
Yox, lazım deyil. Al sənədlərini çıx get. Xahiş edirəm. Sən mənim qəlbimi qırdın.
Sənədləri alıb otaqdan, oradan da küçəyə çıxdım. Bərk həyacanlanmışdım. Bir qərara gələ bilmirdim. Bir siqaret çıxartdım, yandırıb çəkə-çəkə gəldiyim yolla geri qayıtdım. Bir də gördüm, səhərki çayxananın yanındayam. Yenə həmin stolda oturub çay sifariş etdim. Bir –iki stəkan çay içəndən sonra Zəminənin şerləri yadıma düşdü. Cibimdən çıxarıb oxumağa başladım. Serlər çox idi. Ancaq ikisi lap təsirli idi.
Nə sən mənim oldun, nə də mən sənin
Bu eşq yolumuza dərd, kədər çökdü,
Sənin də, mənim də qəddimi bükdü,
Zaman başımıza sığalın çəkdi,
Nə sən mənim oldun, nə də mən sənin.
* * *
Yandı qəlbimizdə arzu diləklər,
Sındı ümüdimiz, sındı ürəklər,
Əsdi yolumuza soyuq küləklər,
Nə sən mənim oldun, nə də mən sənin.
* * *
Bu eşqi ayıran döngələr oldu,
Bu eşqin üstündə kölgələr oldu,
Bizim yolumuzda ilgələr oldu,
Nə sən mənim oldun, nə də mən sənin.
* * *
Günləri puç etdik, itdi vaxtımız,
Bu eşqdə saraldı soldu baxtımız,
Belə yazılıbmış alın yazımız,
Nə sən mənim oldun, nə də mən sənin.
* * *
Tarın pərdəsində kökləndik gün-gün,
Eşqin qucağında yükləndik gün-gün,
Zaman xəlbirində ələndik gün-gün,
Nə sən mənim oldun, nə mən sənin.
Bu sevgi yoluma niyə çıxırdı?
Qəlbə acı həsrət dolacaqsa,
Sonunda ayrılıq olacaqsa,
Bu eşqdən göz yaşı qalacaqsa,
Bu sevqi yoluma niyə çıxırdı?
* * *
Süfrə tək önümə sərdi kədəri,
Ömrümə bolluca verdi kədəri.
Bağ saldım, bağımdan dərdi kədəri,
Bu sevgi yoluma niyə çıxırdı?
* * *
Bir həzin musiqi ola bilmədi,
Süzülüb qəlbimə dola bilmədi,
Əbədi mənimlə qala bilmədi,
Bu sevgi yoluma niyə çıxırdı?
* * *
Vəfasızlıq məni köksünə saldı,
Sevincli günlərim əlimdə qaldı,
Gecənin köksündə ulduz kimi axdı,
Bu sevgi yoluma niyə çıxırdı?
* * *
Şərab tək eşqimi başına çəkdi,
Şumlayıb köksümü sevgi dərd əkdi,
Neyləyim,köksümdə yanan ürəkdi,
Bu sevgi yoluma niyə çıxırdı?
Oxuduqlarımdan dəhşətə gəlirdim. Bu fəryad idi. Sevgilisini bütün varlığı ilə sevən, lakin ondan vəfasızlıq görən bir aşiqin fəryadı idi.
Xeyli fikrə getmişdim. Stəkanların səsin eşitdim. Çayçı idi. Stolun üstündə olanları aparırdı. Yenə saata baxdım. 3-ə işləyirdi. Mən nahar da etməliydim. Çayçını səslədim. Sizdə yemək olur?-soruşdum. Hə var. Adlarını dediyi xörəklərdən yarım boşqab hinduşka ətinin şorbasnı, birdə də kortof pürəsi ilə kotlet sifariş etdim. Bilmirəm havanın təsirlndənmi oldu gətirilənlərin hamısını iştahla yeyib qurtardım.
İşlərimi tamam qurtarmışdım. Bakıya yenə qatarla qayıdacaqdım. Qatar axşam saat 10-da yola düşəcək. Ona qədər belə qala bilmərəm. Hava günəşli olsa da soyuqdur. Həm bərk yorulmuşam, həm də mənim kimi xəstə adamın açıq havada xeyli qalması qorxuludur. 5-6 saatlığa qonaq evinə getməyə dəyməz. Ağlıma gələn fikirdən sevindim. Elə öz evimizə gedim. Evi bizdən alanların oğlu İlkin məni tanıyır. Vəziyyəti deyərəm. Etiraz etməzlər.
Budur gəlib evə çatdım. Hündür daş hasar, dəmir darvaza və kiçik giriş qapısı əvvəlki yerində idi. Hətta zəngçalan da bizdən qalan idi. Bərk həyacanlanmışdım. Bir neçə dəqiqəlik tərəddüdən sonra zəngi basdım. və gözlədim. Qapı açıldı. Qarşımda yaşlı qadın dayanmışdı. Salamlaşdıqdan sonra İlkini soruşdum. Evdədir dedi. Buyurun keçin içəri.
-İlkin səni soruşurlar. Buralar belədir. Gələnin kimliyini soruşmazlar. Amma şəhər. Şəhərdə camaat bir-birini tanımadığından gərək 7 arxa dönənini sadalayasan, gəlişinin məqsədini deyəsən. Bizə tərəf əllərində əlcək, bel, ayağında uzunboğaz çəkmə, həsir papaq olan bir cavan öğlan yaxınlaşırdı və birdən məni tanıyaraq:
-Boy, Vasif sənsən. Xoş gəlmisən deyib, məni qucaqladı. Ana bilirsən bu kişi kimdir. Bizə evi satandır.
Ana: –xoş gəlib. Bəlkə evi qaytarmaq istəyir, amma nə yaxşı olar. Əşşi bu boyda ev olar. Yığışdırmaq da olmur. Sən də hələ tərpənmirsən. İlkin məndən çox cavandı. 30 yaşı olardı.
Məni evin qarşısında mozaik plitə döşənmiş meydançada qoyulmuş stolun ətrafında oturtdular. Gəlişimin məqsədini dedim. İlkin:
-Lap yaxşı eləmisən. Hamam 5 dəqiqəyə hazır olacaq. Sonra bir az yatıb dincələrsən. Stansiyaya tez getmək lazım deyildir.Yer həmişə olur. Maşınım var, səni özüm aparacam.
Hamamda yuyunduqdan sonra yenidən stola dəvət olundum. Qar kimi ağappaq süfrənin üzərində əsl çay dəstgahı düzəldilmişdi. Burda nə desən vardı. Mürəbbələr, şirniyyatlar. Xanımnisə ana mürəbbələri bir-bir göstərib deyirdi:
-Bax bu ürəyə xeyirdi, bu iştahanı artırır, bu soyuqdəyməyə xeyirdir. Yaxşıca çay içəndən sonra İlkin:
-Anam sənə yer hazırlayıb. Çıxıb uzana bilərsən. Mən:
-Yox İlkin. Hamamdakı isti su yorğunluğumu aparıb, İstəyirəm bir az həyətdə gəzəm özü də tək. Axı mən burada doğulmuşam, uşaqlığım, gəncliyim burda keçib. İlkin məni başa düşdü və: – öz işindir – dedi. Həyəti gəzməyə başladım. Əvvəlcə evin xarici görünüşünə nəzər yetirdim, tamamilə köhnəlmişdi. Atam bu evi keçən əsrin 70-ci illərində tikdirmişdi. O dövrə görə ən böyük, ən yaraşıqlı evlərdən biri idi. Həyətdə də elə dəyişiklik edilməmişdi. Hovuz, dincəlmək üçün kiçik talvar və hərəkət üçün mozaik plitə döşənmiş cığırlar dururdu. Ancaq baxımsızlıqdan hamısını ot basmışdı. Atam dünyanın hər yerində nadir meyvə ağacları, gül-çiçək gətirib əkmişdi. İlin hər bir fəslində bura sanki cənnət idi. İndi o tülpanlar, pionalar, qızılgüllər, nərgizlər yox idi. Yaxşı yadımdadır bacım Aybənizlə bu cığırlada, talvarın altında oynayardıq. Gül-çiçəkdən doslarımıza, müəllimlərimizə pay aparardıq və hamısı bir ağızdan –Oy nə gözəl güllərdir.
Həyətdən qayıdıb evə daxil oldum, ortada enli dəhlizr vardı. Dəhlizdən hər iki tərəfə qapılar qoyulmuşdu. Sağ tərəfdə qonaq otağı, ata, anamın otağı, sol tərəfdə əvvəlcə mətbəx, mənim, bacımın otağı və nəhayət dəhlizin başında böyük bir ziyafət otağı var idi ki. Bura tez-tez qonaqlarla dolu olardı. Mənə elə öz otağımda yer aşmışdılar. Keçib uzandım və dərhal da yuxuya getmişəm. Məni İlkin oyatdı.Vasif dur yavaş-yavaş hazırlaş. Ayağa qalxıb yuyundum. Məni qonaq otağına dəvət etdilər. İlkinin atası da burda idi. O fermerdir. Şəxsi təsərrüfatı var. Mənimlə görüşdü. Atam haqqında xoş sözlər dedi. Yeməklər verildi. Yeyib –içəndən sonra yola hazırlaşdıq. Ev sahibləri ilə sağollaşıb onlara qonaqpərliyinə görə təşəkkür etdim. Maşın küçədə idi. Bu dördyerlik, arxası kuzov olan yapon maşını idi. İlkin:
-Bu maşın gündüzlər atamda, gecələr isə məndə olur. Stansiyaya gəlib qatara bilet aldıq. Qatar vaxtında gəldi və İlkinlə sağollaşıb vaqona mindim. Yenə tək idim. Soyunub yatağa uzandım. Gündüz yaxşı yatdığımdan gün ərzində olanları, Zəminə ilə söhbətimizi xatırladım. Ona haqq qazandırıram. Zəminə düz deyirdi, doğrudan mən axmaq olmuşam, mən deyilənləri onun özündən soruşa bilərdim. Yenidən yazdığı şerləri oxudum.
Arvadımı, oğlumu yadıma saldım. İdarədə işləyərkən uzun müddət ezamiyyələrdə olduğumdan Orxana o qədər də yaxşı nəzər salmamışdım. Ancaq evdə olduğum iki ay ərzində ürəyimə soxulmuş şübhələr məni dincəlməyə qoymur. Mən hər şeyi götür –qoy edirəm. Bax mən arıq,cılız bir adamam, özüm də sarışın, gözlərim qəhvəyidir. Ağzım yaxşı örtülmür, bəs necə olur, öğlum saçı, qaşı, gözü qara, üzü ağ gəşəng oğlandır. Bu şübhələr mənim içimi didib dağıdırdı. Özümə qəti söz verdim ki, tezliklə bu məsələni aydınlaşdırım…
Altıncı sinifdə oxuyurduq. Köhnə məktəbimizin həyətində yığışmışdıq. O vaxt hamı daha səmimi, daha doğma idi… Yenə yağışlı günlərdən biri idi… O, məcbur olmadıqca sinif yoldaşlarımızla danışmazdı. Bir dəfə fiziki tərbiyə dərsində, kənardan bizə baxırdı.İlk dəfə orda söhbətləşdik, ilk dəfə mənimlə danışdı… Səsinin titrəyişindən, baxışlarındakı qəribə məyusluq hissindən, bilmək olurdu ağrısını… Atasının içki içmədiyi bir gün belə yox idi. Anasından isə onlara xeyir yox idi… Hər söhbətimizdə, qəlbinin saflığını, kövrəkliyini, qorxularını, məni necə dinlədiyini, dərdimə necə yandığını biruzə verirdi… Məktəbi bitirdik. Adətən bu dönəmlərdə, insanlar bir-birini itirir. Bir gün heç gözləmədiyim anda o çıxdı qarşıma. Gözlərimə inana bilmirdim, çox dəyişilmişdi. Saçını sarı rəngə boyamışdı, kəsmişdi dibinəcən. Niyə belə etdiyini soruşanda, demişdi ki, ömrüm də saçlarım qədərdir. Əhəmiyyət verməmişdim sözlərinə. Daha doğrusu, anlamamışdım. Tələsik halda nömrəmi telefonuna qeyd etdi, adımı “dostum” olaraq yazdı. Möhkəm qucaqladı məni, işə bax, yenə kövrəldi. Onu kövrək görüb mən də kövrəldim. “Yaxşı, ağlaşma qurmayaq!” deyib gülümsədi. Sağollaşdıq, gəldikləri maşın gözdən itənə qədər arxasınca baxdım… Hər gün öz dərdini unudub, mənim dərdlərimə qulaq verdi. Zəngləşdik, söhbətləşdik, köhnə günlərdən danışdıq. Bir gün ona yaza bilmədim.Tez mağazaya qaçıb, danışıq kartı alıb yüklədim.Yığdım nömrəsini, zəng çatmadı. İşi olduğunu düşündüm, sevincək whatsappa daxil olub, ard-arda mesajlar yazdım. Gülüşlər atdım. Mesajlarımı oxudu, amma cavab yazmadı. Düşündüm ki, məndən bərk inciyib.Axşama qədər fikirləşdim ki, axı, mən bu qıza neyləmişəm?! Gecənin bir yarısı ondan mesaj gəldi… Mesajda bu sözlər yazılmışdı: “Siz hələ bilmirsiniz? Adınızı da “Dostum” deyə qeyd edib.” Təəccübləndim. Düşündüm ki, telefonu anasında qalıb. Cavab olaraq yazdım ki, bəs o hardadır? Uzun bir səs yazısı gəldi. Açdım, bir bəy idi. O qədər qəhərə boğulmuşdu ki, nə dediyini anlamaq olmurdu. Göndərilən səsi dəfələrlə dinlədim. İnanmadım, yenə dinlədim. Yenə…Yenə… İlk dəfə mənimlə ünsiyyətdə olan o qəribə, sirrli, qarabuğdayı qız uzun müddətdir ki, ağır xəstəliyə düçar olubmuş. Sonuncu dəfə onunla görüşəndə, başqa bir ölkəyə müalicə olunmağa gedirmiş. Saçını da istəyərək dibəcən kəsmiyibmiş. Boğazına bağladığı rəngli yaylığı da heç vaxt çıxartmırmış… Artıq həyatda yox imiş… O an sındı bütün qol-qanadım.Simasını gözümün önünə gətirdim, təbəssümünə doyunca baxdım, son dəfə səmimi qucaqlaşmağımızın istiliyini hiss etdim… Mənim dostum əbədiyyə getmişdi. Torpağın sakini olmuşdu… Bu gün onun yoxluğundan neçə il keçir, heç bilmirəm. Unutmadığım tək bir şey, onunla yaşadığımız məktəb xatirələri və simasıdır…
VƏTƏN YOLU Zirvələrə bayraq sancan oğullar keçib bu yoldan. Şir biləkli, Sinəsi boz qurd ürəkli, Qələbə diləkli Oğullar… Hər ayaq izi bir çiçək bitirib bu yollarda, ətri vətən dadlı. Hər nərəsi cəngavərlik hünəridir, Hər kəlməsi od qanadlı Arzuları yurd eşqindən zəfər çalan döyüşçümün. Əldə silah yol keçib igidlər buradan ayaq-ayaq. Dəmir atlar nərildəyib bu yollarda. Əsgər nəfəslidir torpaq. Döyüş kimi, Savaş kimi Sədalı, səslidir çaylar. Ərlərin, ərənlərin yoludur, Köksü qalxan, Əlləri, qolları süngü olan Övladların — sinəsini gərənlərin yoludur bu yol. Amalı, məramı ulu, Qalibiyyət dolu bir yoldur vətən yolu. Vətən andı içənlərin, Vətən üçün öz canından keçənlərin, Mübarizə meydanında mərdliyi bir şərəf bilib haqq yolunu seçənlərin yoludur bu yol.
MÜQƏDDƏS QİSAS Göylərə çəkilən şəhid ruhuna Tanrı sığal çəkir öz əlləriylə. Dünyanın göz açan al sabahına Şəhid ətri dolur yurd yelləriylə. * * * Yer üzü, göy üzü sarınmış cəngə, Torpağın qarası bir lalə rəngə. Nərələr təbildir bir gur ahəngə, Savaş meydanı da can çölləriylə… * * * Şəhid qanlarıyla yoğrulub torpaq, Təzədən, təzədən doğulub torpaq. Bir bax, məşəl olub, od olub torpaq Əbədi alovu qor dilləriylə… * * * Bil, adı mərdlikdir hər başdaşının, Qəddi dağ qəddidir qəlb sirdaşının. Gözlərdən süzülən o göz yaşının Çeşməsi ürəkdir ah selləriylə. * * * Şəhidlər torpağı vətən eləmiş, Bu çölü, bu dağı vətən eləmiş. Şəhidlər bayrağı vətən eləmiş, Gəlir səcdəsinə yurd elləriylə. * * * Oğullar zəfərlər çaldığı yerdə, Müqəddəs bir qisas aldığı yerdə, Şəhid məzarının olduğu yerdə Vətən çiçək açıb tər gülləriylə.
ŞƏHİD ADI Bu yağan yağışdan barıt qoxusu gəlir. Bu əsən küləkdən duyulur qan dadı. Ucalır Vətən göyünə torpaq olan canların şəhid adı.
VƏTƏN Ana yurdum, obamdır, Vətən elimdir mənim. Beşiyimdir, yuvamdır, Vətən evimdir mənim. * * * Çölüm, dağım, daşımdır, Ruhumdur, yaddaşımdır, Məzarım, başdaşımdır, Göyüm, yerimdir Vətən.
GƏLİR Bu otdan, çiçəkdən, Bu yeldən, küləkdən, Ağacdan, yarpaqdan, Havadan, torpaqdan Yurd qoxusu gəlir. * * * O atəş səsindən, Səngər nəfəsindən, O sipər canlardan, Tökülən qanlardan Qurd qoxusu gəlir.
ŞƏHİD Sipər oldun zərbələrə, Sinə verdin qəlpələrə. Zirvələrdən zirvələrə Hər dağı ucaldan şəhid. * * * Sən bir savaş fatehisən, Azərbaycan tarixisən. Əbədiyyət taleyisən, Torpağı ucaldan şəhid. * * * Taxtın uca göy üzündə, Al qanın vətən düzündə. Müqəddəssən el gözündə, Bayrağı ucaldan şəhid.
QƏLƏBƏM Zirvəsi buludlara dəyən sinəsi dağlı dağların, Gözlərini həsrətli yollara dikib səadət axtaran gözü yaşlı çiçəyinin talan yurdu bağların Könül dolusu gülür indi, Çağların milyon-milyon insanlarla Ümman-ümman sevincini bölür indi Qalibiyyət zəfəriylə, Bir qələbə xəbəriylə Vətən dediyim ocağım, odum, hey! Havam, suyum, torpağım, Daşım, izim, adım, hey! Andım, hey! Dan yerinə xoş müjdəli sabahla yetişdin sən, Ürəklərlə, Diləklərlə Sinə-sinə, qucaq-qucaq, Ağız-ağız, dodaq-dodaq görüşdün sən — Qələbəm mənim. Dilə gəldin Sən müqəddəs kəlam kimi, İnsanlara: “Gözün aydın olsun!” — dedin salam kimi. O bayrağın sancıldığı yerə mənim canım fəda. O əsgərin yarasına qanım fəda. Ər oğlu ər şəhidlərim!.. Hünərpərvər şəhidlərim!.. Köksü səngər şəhidlərim!.. Ruhunuz şad! Bu yer azad! Bu göy azad! Min-min mərdin cəsarəti, Ölüm-dirim savaşında sarsılmayan dəyanəti, Amalına sədaqəti bəxş eylədi yurda səni. Ey qələbəm! At belində mərdanəlik havasıyla yol gəldin sən. Övladına: “Get cəbhəyə döyüş!” — deyən, “Yağılara qan uddurub vuruş!” — deyən anaların duasıyla doğuldun sən, Ey qələbəm! İnadından dönməzlərin, Ölümüylə ölməzlərin al qanıyla yoğrulan torpağımdan göyərən nursan! Sən bir vətən vüqarı! Sən bir zəfər qüruru!
“30 Ekim 1918”de imzalanan Mondros Ateşkes Antlaşması 25 maddeden oluşmuştur:
1- Çanakkale ve İstanbul Boğazlarının açılması, Karadeniz’e serbestçe geçişin temini ve Çanakkale ve Karadeniz istihkamlarının İtilaf Devletleri tarafından işgali sağlanacaktır.
2- Osmanlı sularındaki bütün torpil tarlaları ile torpido ve kovan mevzilerinin yerleri gösterilecek ve bunları taramak ve kaldırmak için yardım edilecektir.
3- Karadeniz’deki torpiller hakkında bilgi verilecektir.
4- İtilaf Devletlerinin bütün esirleri ile Ermeni esirleri kayıtsız şartsız İstanbul’da teslim olunacaktır.
5- Hudutların korunması ve iç asayişin temini dışında, Osmanlı ordusu derhal terhis edilecektir.
6- Osmanlı harp gemileri teslim olup, gösterilecek Osmanlı limanlarında gözaltında bulundurulacaktır.
7- İtilaf Devletleri, güvenliklerini tehdit edecek bir durumun ortaya çıkması halinde herhangi bir stratejik yeri işgal etme hakkına sahip olacaktır.
8- Osmanlı demiryollarından İtilaf Devletleri istifade edecekler ve Osmanlı ticaret gemileri onların hizmetinde bulundurulacaktır.
9- İtilaf Devletleri, Osmanlı tersane ve limanlarındaki vasıtalardan istifade sağlayacaktır.
10- Toros Tünelleri, İtilaf Devletleri tarafından işgal olunacaktır.
11- İran içlerinde ve Kafkasya’da bulunan Osmanlı kuvvetleri, işgal ettikleri yerlerden geri çekilecekler.
12- Hükûmet haberleşmesi dışında, telsiz, telgraf ve kabloların denetimi, İtilaf Devletlerine geçecektir.
13- Askeri, ticari ve denizle ilgili madde ve malzemelerin tahribi önlenecektir.
14- İtilaf Devletleri kömür, mazot ve yağ maddelerini Türkiye’den temin edeceklerdir. (Bu maddelerden hiçbiri ihraç olunmayacaktır.)
15- Bütün demiryolları, İtilaf Devletlerin zabıtası tarafından kontrol altına alınacaktır.
16- Hicaz, Asir, Yemen, Suriye ve Irak’taki kuvvetler en yakın İtilaf Devletlerinin kumandanlarına teslim olunacaktır.
17- Trablus ve Bingazi’deki Osmanlı subayları en yakın İtalyan garnizonuna teslim olacaktır.
18- Trablus ve Bingazi’de Osmanlı işgali altında bulunan limanlar İtalyanlara teslim olunacaktır.
19- Asker ve sivil Alman ve Avusturya uyruğu, bir ay zarfında Osmanlı topraklarını terk edeceklerdir.
20- Gerek askeri teçhizatın teslimine, gerek Osmanlı Ordusunun terhisine ve gerekse nakil vasıtalarının İtilaf Devletlerine teslimine dair verilecek herhangi bir emir, derhal yerine getirilecektir.
21- İtilaf Devletleri adına bir üye, iaşe nezaretinde çalışacak bu devletlerin ihtiyaçlarını temin edecek ve isteyeceği her bilgi kendisine verilecektir.
22- Osmanlı harp esirleri, İtilaf Devletlerinin nezdinde kalacaktır.
23- Osmanlı Hükûmeti, merkezi devletlerle bütün ilişkilerini kesecektir.
24- Altı vilayet adı verilen yerlerde bir kargaşalık olursa, vilayetlerin herhangi bir kısmının işgali hakkını İtilaf Devletleri haiz bulunacaktır.
25- Müttefiklerle Osmanlı Devleti arasındaki savaş, 1918 yılı Ekim ayının 31 günü mahalli saat ile öğle zamanı sona erecektir.