Etiket arxivi: Məleykə Əsədova

Dövlət Suverenliyi Günümüz mübarək!

Bu gün Azərbaycan Dövlət Suverenliyi Gününü qeyd edir

Bir neçə gün əvvəl Xankəndidə keçirilən Türk Dövlətlərinin müvafiq qurumlarının V görüşü çərçivəsində qonaqlarımızla birlikdə Şuşaya da səfər etdik.
Bu səfərin bu gün mənim üçün xüsusi mənası var. Çünki suverenlik həm də həmin torpaqlarda gələcəyi qurmaq, insanları bir araya gətirmək, yeni əməkdaşlıqlar yaratmaq və dünyaya öz sözünü demək imkanının bərpasıdır.
Bu gün Xankəndidə beynəlxalq görüşlər keçirir, Şuşada dost və tərəfdaş ölkələrin nümayəndələrini qarşılayır, Qarabağdan təhsil, insan kapitalı və ortaq gələcək haqqında danışırıq. Məncə, suverenliyin ən gözəl ifadələrindən biri də məhz budur.

Bu tarixi reallığı mümkün edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Ordusuna dərin minnətdarlığımı bildirir, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayıram.

Dövlət Suverenliyi Günümüz mübarək!

Mənbə və müəllif: Məleykə Əsədova

Məleykə Əsədovanın digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Xankəndidə keçirilən görüşümüzün yalnız fikir və təcrübə mübadiləsi ilə yekunlaşmasını istəmirik

Xankəndidə keçirilən görüşümüzün yalnız fikir və təcrübə mübadiləsi ilə yekunlaşmasını istəmirik

Türk dövlətləri arasında insan resursları və dövlət qulluğu sahəsində əməkdaşlığın növbəti mərhələsi artıq birgə praktik həllərin hazırlanması olmalıdır.

Bu məqsədlə görüşdə əməkdaşlığımızın beş istiqamət üzrə inkişaf etdirilməsini təklif etdim: kadr proseslərində şəffaflıq və minimum təhlükəsizlik standartlarının müəyyənləşdirilməsi, süni intellektdən istifadə zamanı insan nəzarətinin qorunması, ortaq kompetensiya yanaşmalarının inkişaf etdirilməsi, dövlət qulluqçularının yeni nəsil bacarıqlar üzrə birgə hazırlanması və təcrübə mübadiləsindən ortaq praktik təşəbbüslərə keçid.

Bu istiqamətləri vahid yanaşmada birləşdirmək üçün “Dövlət qulluğuna məsuliyyətli rəqəmsal seçim və idarəetmə üzrə Qarabağ Çərçivə Sənədi”nin — “Qarabağ Prinsipləri”nin hazırlanmasına başlanmasını təklif etdim.

Məqsəd ölkələrimizin fərqli hüquq sistemlərini eyniləşdirmək deyil. Məqsəd müxtəlifliyimizi qorumaqla rəqəmsal transformasiya və süni intellekt dövründə dövlət qulluğu üçün ortaq prinsiplər və peşəkar yanaşmalar formalaşdırmaqdır.

Bu əməkdaşlığın kağız üzərində qalmaması da vacibdir. Növbəti mərhələdə ölkələr üzrə əlaqələndirici şəxslərin müəyyənləşdirilməsi, kadr proseslərinin rəqəmsallaşdırılması üzrə müqayisəli icmalın hazırlanması və konkret istiqamətlər üzrə ortaq pilot layihələrin həyata keçirilməsi mümkün addımlar sırasındadır.

İnanıram ki, “Qarabağ Prinsipləri” gələcəkdə Türk dünyasında dövlət qulluğunun rəqəmsal transformasiyası üçün ortaq peşəkar dialoq platformasına çevrilə bilər.
Xankəndidə səsləndirilən ideyaların növbəti görüşlərimizdə konkret nəticələrə çevrilməsi əsas hədəfimizdir.

Mənbə və müəllif: Məleykə Əsədova

Məleykə Əsədovanın digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]