Etiket arxivi: Rəsmiyyə Sabir

Tapdıq Əlibəyli – 65

Tapdıq Əlibəyli – 65
TAPDIQ ƏLİBƏYLİNİN SÖZ DÜNYASI

1 iyul 2026-cı il tarixdə Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Türk Ağsaqqalları Birliyi (TAİB) İdarə Heyətinin üzvü, şair və jurnalist Tapdıq Əlibəylinin 65 illik yubileyidir. Bu münasibətlə onu əvvəlcədən təbrik edirəm. Tapdıq müəllimə can sağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.
Tapdıq Əlibəyli ilə biz eyni bölgədə – cənub zonasında dünyaya göz açmışıq. Lakin onunla tanışlığım təqribən 20 il əvvəl mərhum professor İsa Alıyev vasitəsilə olub. İsa müəllimlə Tapdıq Əlibəyli yaxın dost idilər. İsa müəllim iqtisadçı alim olsa da, sözə və sənətə ürəkdən bağlı idi. Aşıq musiqisini, muğamı gözəl bilirdi. Özü də şeirlər yazırdı. Onlar tez-tez görüşürdülər. Tapdıq Əlibəyli İsa müəllimi görmək üçün İqtisadiyyat İnstitutuna gəlirdi. İsa müəllim həmin vaxt İqtisadiyyat İnstitutunun direktoru, mən isə elmi katibi idim. O görüşlərin birində İsa müəllim məni Tapdıq Əlibəyli ilə tanış etdi:
– Rəsmiyyə, qızım, tanış ol, sənin yerlin – şair Tapdıq Əlibəyli.
Əslində, mən Tapdıq Əlibəylini qiyabi də olsa şair və jurnalist kimi tanıyırdım, imzasına bələd idim. Sadəcə, əyani tanışlığımız İsa müəllimin sayəsində oldu.

Tapdıq Əlibəyli

Tapdıq Əlibəylinin 65 illik ömür yolu zəngindir. O, gənc yaşlarından könlünü poeziyaya verib. “Ülü söz”ün alovu onu da yandırıb yaxıb:

Şairlər əzəldən söz pərvanəsi,
Atəşə tutulub, oda yaxılıb.
Sözü açıbsa da zindan-qəfəsi,
Şair ürəyinə güllə çaxılıb…

Şairi tale sıxanda da, həyat üzərinə yeriyəndə də bütün qələm əhli kimi söz köməyinə çatıb:

İçimdə büdrəyəndə,
Əlimdən yapışdı Söz.
Qəlbimə söz dəyəndə,
Ruhumda alışdı Söz.

Tapdıq Əlibəylinin yaradıcılığında “söz” anlayışı yalnız ifadə vasitəsi deyil, həm də insanın mahiyyətini açan əsas amildir. “Şeirlərim bir duadı” adlı şeirində şair yazır:

Şeir – bir ruh, könül işi,
Sözdə Tanrı nişanəsi.

“Yanğı həzzi” şeirində şair sözün gücünü od, şimşək, yanğı kimi obrazlarla təqdim edir. Burada söz həm yaradan, həm də yandıran qüvvə kimi təsvir olunur. Şairin fikrincə, həqiqi söz ürəkdən gəlməlidir. “Şam təki şair ömrü də…” misrası ilə şair öz taleyini yanan, əridikcə işıq saçan bir varlığa bənzədir:

Yandırıb Sözü yaxanın
Sözü də yandırıb- yaxır.
Özünü özü yıxanı
Doğması, yadı da yıxır.

“Bükmə ətəyinə abrını sözün” şeirində isə şair sözün məsuliyyətini vurğulayır. Saxta, duyğusuz yazanlara qarşı sərt mövqe nümayiş etdirir:

Qoy səni mindirim mən cin atına,
Enişli-yoxuşlu çap yorulunca.
Özün enmədikcə sözün qatına,
Beləcə çaparsan ömrün boyunca…

Ümumilikdə Tapdıq Əlibəylinin poeziyası ilə yaxından tanış olduqda onun yaradıcılığında üç əsas xətti görmək mümkündür: birincisi – sözün və sənətin müqəddəsliyi; ikincisi – cəmiyyətin mənəvi problemləri; üçüncüsü – doğma yurd və təbiət sevgisi.
Tapdıq Əlibəylinin poeziyasının dili sadə olsa da, lakin obrazlıdır. Xalq danışıq üslubuna yaxın ifadələr, atalar sözlərini xatırladan misralar şeirlərin təsir gücünü artırır, oxucunu düşündürməklə yanaşı, duyğulandırır.
Tapdıq Əlibəylinin şeirlərində xalqın mənəvi dəyərləri, tarixi yaddaşı, eləcə də müasir həyatın ritmi ahəngdar şəkildə birləşir. Onun incə lirizmi və vətənpərvərlik duyğusu yaradıcılığına xüsusi əhəmiyyət qazandırır. “Payız çöhrəsində yazdı 44 Gün” kitabı şairin vətənpərvərlik duyğularının tərənnümüdür. “Gördüyüm başqadı” şeirində isə daha çox ictimai-fəlsəfi motivlər ön plana çıxır. Dünya qeyri-sabit, ziddiyyətli bir məkan kimi təqdim olunur. Burada həqiqət və yalanın, düz və əyrinin qarşıdurması verilir. Şair cəmiyyətin mənəvi aşınmasından narahatlıq keçirir:

Gözlərin oynayır ala buludda,
Fələk saya salmaz sən saydığını.
Sən ki piyadasan, zamansa atda,
Qəfildən boyayar qara ağını…

yaxud:

Hər atası kordan zaman Koroğlu olmaz,
Ağsaqqal sayılmaz hər ahıl kəs də.
Olsa da nə qədər saç-saqqal bəyaz,
Müdriklik bir şərtdir ağsaqqal kəsdə.

Tapdıq Əlibəylinin yaradıcılığında yurd sevgisi xüsusi yer tutur. Bürzünbül mövzusunda yazdığı şeirlərdə doğma kəndin təbiətini təsvir edir:

Tanrı yazan bir əzəli ünvanım:
Dağ havası, yurd sədası -Bürzünbül
Göz açdığım, söz açdığım – rəvanım,
Dağ həvəsi, yurd sevdası -Bürzünbül.

Bu şeirlərdə sadəlik, halallıq, qonaqpərvərlik kimi milli dəyərlər ön plana çəkilir. Şair doğma torpağı yalnız coğrafi məkan kimi deyil, həm də mənəvi kök, milli kimlik kimi təqdim edir:

Köküm torpağımın dərinliyində,
Gövdəm torpaq üstə şaxələnibdir.
Azərbaycanımın şirinliyində
Vətənə məhəbbət -torpaqdakı sirr…

“Çanaq bulaq”, “Dağlar vüqarını çeşməyə süzüb”, “Təbiət sağlığı qoruyub burda” kimi şeirlərdə təbiət canlı, poetik lövhələrlə təsvir olunur. Təbiət yalnız fon deyil, insanın daxili aləmi ilə vəhdət təşkil edən canlı bir varlıqdır. Bulaq, dağ, çəmən obrazları saflıq, paklıq və həyatın davamlılığını simvolizə edir.
Lakin zamanın təsiri ilə itən dəyərlər şairi düşündürür, kədərləndirir. “Bir ev vardı…” şeiri nostalji ruhda yazılmışdır. Şair uşaqlıq xatirələrini, ailə mühitini, ata-ana obrazlarını sevgi ilə yad edir. Təbiət elementləri (söyüd, tut ağacı və s.) insan taleyi ilə paralel təqdim olunur:

Məntək qəribsəyib tut ağacımız?
Budanıb yüz illik qolu-budağı.
Bəlkə elə birdi ağrı-acımız…
Hopub xəyallara uşaqlıq çağı.

Ümumilikdə Tapdıq Əlibəylinin poeziyası milli ruhu, mənəvi dəyərləri qoruyan və sözün gücünü ucaldan poetik nümunələrdir.

Rəsmiyyə Sabir,
İqtisad elmləri doktoru,
professor

Rəsmiyyə Sabiirin yazıları

Tapdıq Əlibəylinin yazıları

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Afət Şahid. Rəsmiyyə Sabirin “Sonun başlanğıcı” xəbərdarlığı…

AFƏT ŞAHİDİN YAZILARI

Rəsmiyyə Sabirin “Sonun başlanğıcı” xəbərdarlığı

(Onlar belə dua edərlər:) Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə əyrilik salma və bizə öz tərəfindən bir mərhəmət bəxş et! Sən həqiqətən(mərhəmət) bəxş edənsən. (Ali-İmran,8)

Hər başlangıcın sonu olduğu kimi hər sonun da bəlli bir başlanğıcı olur. Son heç vaxt birdən-birə gəlmir. Gələrkən müəyyən zaman intervalında xəbərdarlıqlarla, əlamətlərlə gəlir: yağışdan öncə buludlar kimi, gün doğmadan öncəki qaranlıq (hər qaranlıq gecənin bir gündüzü var)kimi, doğum sancısı, ölüm solğunluğu kimi….

 Getdiyim haqqın yoludur,

Yoluma duman bürünür.

Mən yürüyürəm, arxamca,

 Cansız kölgələr sürünür…

Allah Cənnəti və Cəhənnəmi yaratdı. Cənnətin yolunu tikanlarla, çətin, keçılməz  maneələrlə,sınaqlarla, Cəhənnəmin yolunu isə nəfsə xoş gələnlərlə döşədi.

Şübhəsiz ki, kafirlərə nə malları, nə də övladları Allahın hüzurunda bir fayda verəcək. Onlar cəhənnəmin yanacağıdırlar (Ali-İmran,10)

Qadınlara, uşaqlara, qızıl-gümüş yığınlarına, yaxşı cins atlara, mal-qaraya və əkin sahələrinə qarşı nəfsani istəklər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının(müvəqqəti) mənfəətidir.Ən gözəl dönüş yeri Allah dərgahındadır.(Ali-İmran,14)

 Haqq  yolunu tutanlar bu dünyada cəhənnəm əzabından keçib əsl DOST (Allah)a qovuşur.

Hər şeyə hökmran olan Allah pak və müqəddəsdir! Siz Ona qaytarılacaqsınız. (Yasin,83)

Çətinliyə düşməyən, əziyyət çəkməyən insan son mükafatın həzzini ala bilməz. Əziyyətlə əldə edilmiş nemət daha qiymətli və əziz olur.

Torpaq ayağımdan çəkir, 

Gözlərim qanlı yaş tökür,

ömrümə qaranlıq çökür

Bəxtimin ulduzu sönür.

Uca Allah ilk insanı-Adəmi yerdən götürülmüş torpaqdan yaratdı. Torpaq insan bədəninin xam maddəsidir. İnsan bütün həyatını torpa(k)qla bir olaraq keçirir.  İnsan yerdə dünyaya gəlir, torpaqda ayaq açır, Yerin bitirdiklərindən qidalanır, sonda yerə əmanət olur. Yer, torpaq bizi ömrün qürubunda qoynuna alıb saxlayır.

Torpağın bitirdiklərindən, (insanların) özlərindən və bilmədikləri başqa şeylərdən bütün cütləri yaradan Allah pak və müqəddəsdir! (Yasin,36)

Dünyada bunca adam var,               

Dərdimdən dərdlilər anlar,

Uzaqlaşdıqca insanlar,

Tək, uca Allah görünür…

Dərd –insanlara Allah tərəfindən verilmiş nemətdir.İnsan dərd çəkməsə, acının nə olduğunu bilməsə yardım etməz, anlayışlı olmaz, Allahın axtarışına çıxmaz. Acı çəkən, ağlayan uşaq anasına sığındığı kimi dərdli insan da Kainatın Yaradıcısını  sorğular, Onu axtarar.

İnsan bir Can və Ruh daşıyır. Daşıdığı əmanəti sonda  onu Yaradana təslim edir. Yolun sonu və son söz Əvvəl, Axir olan Allaha aiddir.

“ALLAH” şerində şair bunu təsdiqləyir:

İndi gördüklərim dərin yuxuma, 

Ayılıb yenmişəm zəif qorxumu,

Özümdən alaraq ölməz ruhumu,

Yenə dərgahına gətirdim Allah.

Ruh ALLAHın nəfəsidir, ruh müqəddəsdir. Allah Hayy, Əvvəl, Axir olduğu üçün ruh da əbədidir, ölməzdir. Müəyyən zaman kəsiyində Cana verildikdən sonra ondan alınır. Ruhla bədən bir olduqdan sonra vəhdətdə yaşayır. Bədən ruhu, ruh da bədəni qidalandırır. Zaman bitdikdən sonra Əmanətlər Yaradıcıya təhvil verilir.

Ömür dedikləri bir anlıq imiş,

Bəxtimiz sarayı viranlıq imiş,

Dünya başdan başa qaranlıq imiş,

Yıxılıb özümü itirdim, Allah…

İnsan hansı zaman kəsiyidə yaşasa da ona ömrü qısa bir filmə sığacaq. Buna görə uzun müddət yaşansa da ömür bir an kimi gəlir. Dünya həyatı maneələrə, insana qaranlıq gələn çətinliklərlə doludur, bu qaranlıq, müəmma, çətinlık dolu həyatda insan istər-istəməz aciz qalır, aciz insan daha böyük qüvvəyə -Allaha hər zaman ehtiyac duyur.

Bu yalan dünyada

İki gerçək yaşadım,

Bir ömürdə

İki həyat yaşadım

Həyat qədər şirin yalan

Ölüm qədər

acı gerçək yaşadım.

Hər şey yalan…

Təkcə sən gerçəksən, Tanrım!

Hər şey iki

təkcə sən birsən, Tamrım!…

          Hökmranlıq əlində  olan Allah nə qədər ucadır! O, hər şeyə qadirdir.

O, hansınızın daha yaxşı əməl  edəcək deyəsizi sınamaq üçün ölümü və həyatı yaratdı. O, qudrətlidir, bağışlayandır. (Mülk.1,2)

Rəbbini inkar edənlər üçün cəhənnəm əzabı vardır. O necə də pis dönüş yeridir! (Mülk,6)

Göyləri və yeri yaradan Allah onların bənzərini  yaratmağa qadir deyilmi? Bəli, qadirdir! O, hər şeyi yaradandır, hər şeyi biləndir.

O, bir şeyin  olmasını istədiyi zaman ona yalnız “Ol!”deyə əmr edər. O da dərhal olar. (Yasin, 82)

Müəllif: AFƏT ŞAHİD

AFƏT ŞAHİDİN YAZILARI

RƏSMİYYƏ SABİRİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru