ZAUR USTAC: – USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
XƏYALIMDASAN Gizlədib qəlbimdə qəmi, qüssəni, İstərdim ömründən bir gün qoparım. Bu fani dünyadan ayırıb səni, Dərin xəyallara qonaq aparım. * * * Ayrıl bu dünyanın dərdi- sərindən! Son dəfə ah çəkib içdən,dərindən, Göstər şücaəti, tut əllərimdən! Gəl gedək mənimlə xəyallarıma… * * * Xəyallar şirindir, xəyallar gözəl, Hər biri həzindir,hər biri özəl, Orda çiçək açır tökülən xəzəl, Gəl gedək mənimlə xəyallarıma… * * * Orda gecələrə qaranlıq dolmur, Orda açan güllər saralıb solmur, Orda tək vüsal var, intizar olmur , Gəl gedək mənimlə xəyallarıma… * * * Yox! Getmə! Qal,yaşa öz həyatını, Göyün keçmək olmur yeddi qatını. Fərqi nə ?Olasan, ya olmayasan, Onsuz da həmişə xəyalımdasan.
AĞ ADAM ŞEİRİ (Rəşad Məcidin doğum gününə) Tanrı mayasını tutubdu “ağ”la, Torpağı ağ, sümüyü ağ, sözü ağ. Sən bu hekayətə ya gül, ya ağla, Bu adamın əyrisi ağ, düzü ağ. * * * Ağoğlanda göz açıbdı dünyaya, Ağ doğulub, nur saçıbdı dünyaya, Ağ qalacaq, and icibdi dünyaya, Sözün tutub; alnı açıq, üzü ağ. * * * Ağdam adlı məmləkətin uşağı, Burda çözüb min-bir türlü tuşağı, Çox dinləyib “dastan” deyən “aşığı”; Hekayətin mini qara, yüzü ağ. * * * Ağcabədi, mədəniyyət beşiyi, Yurd yeridi, çəkilibdi keşiyi, Sadə olub daim evi, eşiyi, Məqamında kürsüsü ağ, mizi ağ. * * * Ustac deyir; tam arınıb bu adam, Ağayana, mərd tanınıb bu adam, Yarananda, ağ yaranıb bu adam, Ağ adamdı; “dirsəyi ağ”, “dizi ağ”.
Bu gün özünəməxsus söz duyumu, deyim tərzi olan, nur damlalarından ibarət kəlmələrinİ günəş şüasından saplara düzüb göy üzünə, dağlara, dərələrə, ilmə-ilmə göy qurşağı toxuyan Nazim Əhmədlinin doğum günüdür! “YAZARLAR” olaraq, bütün yazarlar arından Nazim müəllimi təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edirik! Uğurlarınız bol olsun, Nazim müəllim !!!
ÇƏHRAYI YUXULARDAN…
Buluda naxır dedim Üzüm güzgüdən baxır, gözüm səyriyir bir az; çəhrayı yuxularım dönüb qayıdır, bu yaz; * * * saçlarımın içində, bir əlçim ağ bulud var; ürəyimin içində, bir qarışıq umud var; * * * güzgüdəki üzümə, gözüm uyuşa bilmir; ağzımdan çıxan sözü dilim dəyişə bilmir; * * * quş südündən söz tutub, daşın üstünə yazdım; payızın qalan ömrün qışın üstünə yazdım; * * * buluda naxır dedim, quşdan qanad istədim; baxdım, göy üzü enib kipriyimin üstədi.
Burda adamlar uçmur Payızın ilk günüdü, ürəyimdə qubar var; sanki min illər öncə, lap çoxdan ötüb bahar; * * * mən min illər öncəni, unutmadım, bir an da; tək qanadlarım qaldı, göy üzündən o yanda; * * * burda adamlar uçmur, göy üzü quşlarındı; burda qanadı olan adamlar daşlanırdı; * * * gümüş yuxularımda, mələklər dəstə-dəstə; harayasa uçurlar gümüş suların üstən; * * * sanki bu yer üzündə, lap çoxdan ötüb bahar; hələ də ürəyimdə bir azca səksəkə var.
İndi ayrı adamam İndi ayrı adamam, solub bətim-bənizim; üzümü cırmaqlayır, yuxumdakı göyüzüm; * * * qulağıma səs gəlir, bilmirəm, bu nə sirdi; günortanın göyüzü buludları əzirdi; * * * həsrətin, intizarın, əlində qalıb yaxam; bəlkə, bu bir xəyaldır, bəlkə də heç mən yoxam; * * * odam, suyam, buludam, uhumun şələsiyəm; bəlkə də mən dünyanın sonuncu dəlisiyəm; * * * buludlar əsirgəmir, dəli yağışlarını; unutdum göy üzünün yorğun baxışlarını; * * * hərdən ürəyim çıxır, qaçıb gedir köksümdən; güzgüyə baxanda da, üşənirəm əksimdən; * * * iynənin ulduzundan, keçir yolum, cığırım; bir az yaxınımda dur, hərdən səni çağırım.
Dünyanın gerçək üzü Adımı hardan aldım, ya buluddan, ya göydən; min il öncə gəlmişəm, bir uzaq, qərib köydən; * * * otdan-çiçəkdən ötüb, daşda qalıb ləpirim; dünya nə vaxt doğulub, nə vaxt ölər, nə bilim; * * * ötüb keçən bir həsrət, ağlımın ucundadı; yer üzündən çəkilmir, ötən acının dadı; * * * qulağım yağır olub, yalançı nağıllardan; ufaq bir işıq gəlir, əhrayı yuxulardan; * * * ulduzlar da çəkilir, elə bil göy üzündən; min illik həsrət yağır daşın çiçək üzündən; * * * hardan boylanıb baxır, daş üzüm, çiçək üzüm; hardasa gizlənibdi dünyanın gerçək üzü.
Göy üz çox ağırdı Üzüm-gözüm səyriyir, yollar çuxur çuxurdu; dağların arasında göm-göy sular axırdı; * * * könül dildən, söz haqdan, əlim donur sazaqdan; kimdisə, lap uzaqdan, hey yuxuma baxırdı; * * * buludlar qara-qara, üz tutdum uzaqlara; o taydakı dağlara ayrılıqlar yağırdı; * * * göy üzü naxış-naxış, nə qar vardı, nə naxış; gecə kimsə qıj-ha-qıj, ulduzları sağırdı; * * * nə gəlibdi eynimə, sevdan düşüb beynimə; əlini qoy çiynimə, göy üzü çox ağırdı.
Həsrətimin ocağı Səslənir qulağımda uzaqların sorağı; indi qanadlarım var, bacarıram uçmağı; * * * bəxtimə bulaq düşüb, yoluma çıraq düşüb; kipriyimə ağ düşüb, qaşlarımdan aşağı; * * * harda bir ağ gül əkək, bulud yağış güləcək; kim oxuya biləcək, göy üzünün qırağın; * * * gəl bulağın üstünə, alışım, bax tüstümə; dəyir dağın üstünə, buludlrın saçağı; * * * könlüm sözə üz tutur, əllərim də söz tuyur; tüstülənib köz tutur, həsrətimin ocağı.
Mənə bir qayıq gətir Görmədiyim bir şəhər elə yuxumda gəzir; yollarımın üstündə dəli küləklər əsir; * * * hər gün bir bulaq daşır ürəyimin içindən; bir qərib inilti var buludların köçündə; * * * hər payız ötən ömür yarpaq-yarpaq çəkilir; yatmadığım yuxular gözlərimdən tökülür; * * * qopur qara saçımdan qaranlıqlar əriyir; gözlərimin kökündə ayrılıqlar səyriyir; * * * bax, göydəki buludlar həm ağdı, həm da qara; mənə bir qayıq gətir, üzüm, lap uzaqlara.
Payız yarpağına oxşayır üzüm Payız səhərinə tutdum üzümü, payız səhərinin üzü soyuxdu; yaşıl yarpaqlara qara xal düşüb, sarı çöhrələri oyuq-oyuqdu; * * * payız yarpaqların yas mərasimi, boz dağlar payızın baş daşlarıdı; budaqlardan düşən sarı yarpaqlar, ötən son baharın göz yaşlarıdı; * * * payızın yuxusu qarışıb deyən, dağların başında qar qoxusu var; indi bozax tutan cığırın, izin, bir azdan, bir uzun qar yuxusu var; * * * yıxıldım dünyanın yuxu yerindən, başlandı ömürün payızı, qışı; yazda qayıdacaq yenə geriyə, ölən yarpaqların bahar yaddaşı; * * * payız yarpağına oxşayır üzüm, gəlirəm, payızın oğlan çağından; tanrım özü mənə ərmağan verib, dünyanın ən şirin söz bulağından.
Qaçdım, dar ağacından Bilmirəm, hara qaçım, necə qaçım suçumdan; üstümə yağmur düşmür, buludların saçından; * * * sular nədən tərs axdı, yaxşı gün baxta-baxtdı; göy üzü quraqlıqdı, ruhlar ölür acından; * * * dürüst olmur “axılar”, yalan olur nağıllar; itmir ötən yuxular, gözlərimin ucundan; * * * daha niyə yaz olmur, ağrı-acı azalmır; qaranlıqlar sozalmır, uzaqlarda açır dan; * * * harda ütdüm ahımı, açılan tək sabahmı; atıb günahlarımı, qaçdım, dar ağacından.
Qanadlarım uçunur Bu dünyadan böyükdü, yumruq boyda ürəyim; qanadlarım uçunur, çırpındıqca lələyim; * * * nə var, mənim adımda, ötən ömrüm yadımda; qayğıların altında, yağır olub kürəyim; * * * həsrət bir uzun yoldu, canıma ağrı doldu; yaxam əlində qaldı, bir dəlicə küləyin; * * * sular qalxır dizimdən, dünya qaçır gözümdən; görən kimin üzündən. gözü dönüb fələyin; * * * dağlara tez qar düşüb, könlümə qubar düşüb; saçlarıma sar düşüb, payızdandı gileyim; * * * yollar uçuq-uçuqdu, dörd yanı alaçıqdı; saçlarını açıq tut, həsrətimi ələyim.
Uçur yaddaşımın daş karxanası ildi düşmüşəm yolun ağına, düzdü, dolanbacdı, əyridi yollar; bir ömür dost oldu, tutdu əlimdən, hara istədimsə, yürüdü yollar; * * * hərdən mən yol oldum, yol özüm oldu, mənim yol yoldaşım yol üzüm oldu; su oldu, daş oldu, göy üzü oldu, hərdən də gözümdə səyridi yollar; * * * yağdı buludların qış karxanası, dondu gözlərimin yaş karxanası; uçub yaddaşımın daş karxanası, üzü o yanadı, bəridi yollar; * * * qulağıma düşən bu nə səsdi, nə, həsrət hücum çəkib durub qəsdimə; uzun kölgəsini sərib üstümə, məni arxasınca sürüdü yollar; * * * kola-kosa dəydi dizim qanadı, dilimdə atdanan sözüm qanadı; ayağım yoruldu, dizim qanadı, ağrıydı, acıydı, kür idi yollar; * * * borana, çovğuna, yağışa düşdüm, min dəfə qarğışa, alğışa düşdüm; dirəndim, enişə, yoxuşa düşdüm, ayağım altında əridi, yollar.
BİRDİR Sirlə dolu bir düyünü, Açma, sirri pünhan birdir Kilidlənib axıracan, Cəhd eləmə, açan birdir. * * * Sığınmışam dühasına, Dərd gətirən davasına. Vallah, bu qəm havasına, Ha alovlan, ha yan, birdir. * * * Tərif etmə bu gərdişi, Tərk edib Mövlud vərdişi. Əzrayılın yoxdu işi? Can alacaq, o can birdir. 31.12.2022. Zərdabi.
İTİRƏM Bəzən olur, xatirələr qarışır, Daş yaddaşım iz, içimdə itirəm. Dünya məni kölgəsində gizlədib, Özüm sanki öz içimdə itirəm. * * * Kaş görəydim kimliyimi geridə, Nələr qalıb o günlərdən bəridə. Xəyallarım buz ömrümü əridə, Alovlanır köz içimdə, itirəm. * * * Taleyimə qəm dəftəri yazılıb, Çəkildikcə ötənlərim azalıb. Deyir, Mövlud öz payına az alıb, Həsrətinə döz içimdə itirəm. 9.12.2022. Zərdabi.
QOŞMA Ala gözlüm, həsrət bir şey deyil ki, Çəkmək ilə qurtarmaqdı qorxusu. Nə xəyalın gəlsin yaxın, nə də sən, İstədiyim tək bənövşə qoxusu. * * * Düşməyəsən dərdin dərin dibinə, Nə bilirsən dərd üzü nə, dibi nə? Hər görəndə dərdin səni sevinə, Qalxa bilsin ərşə dərdin yuxusu. * * * Mövlud deyır, yalan acı, düz acı, Dərd gətirər gülüş acı, söz acı. Elə bil ki, təkcə mənəm möhtacı, Nə gizlədim, belə deyir çoxusu. 25.02.2023. Zərdabi.
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!