Tanınmış şair, jurnalist, yazıçı, əsl ziyalı, sözə xidmət edən xalis qələm adamı Turan Uğur Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub.
Turan Uğur bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“”Sətirlər” verilişinin İsi Məlikzadəyə həsr etdiyimiz buraxılışında yazmışdım ki, gərəkdir ki, yazıçının yazıçılığı öncə Tanrı dərgahında möhürlənsin, sonra Yazıçılar Birliyində təsdiqini tapa bilər.Brincisi vardı, qalırdı ikincisi.O da bu günə qismət imiş.Yazıçılar Birliyinin sədri Anar müəllimə və Qəbul Komissiyasının sədri Səlim Babullaoğluna minnətdarlığımı bildirərkən, həm də üzvlük vəsiqəsini xətrimi çox istəyən doğma insanların- yazıçı Seyran Səxavətin və şair Qulu Ağsəsin əlindən almaq xoş oldu.Zəmanət verən şair Avdı Qoşqara, yazıçı Azər Qismətə və yazıçı Kənan Hacıya da sayğılar! Onların da ən azı “Sətirlər”, “Güzgü”, “İrs”, “Monoloq” verilişlərinin izləyiciləri qədər sevinəcəyinə inancım sonsuzdur.”
Turan Novruzlu Qazax -Tovuz Regional Mədəniyyət İdarəsi Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxananın Uşaq şöbəsində qonaq oldu.
3 avqust 2024-cü il tarixində Mərkəzi kitabxananın Uşaq şöbəsində ixtisasca hüquqşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, altı kitab müəllifi TURAN NOVRUZLU qonaq olub. Gənc yazıçı öncə kitabxana ilə tanış olub. “Alpturanın arzuları” , “Februum” adlı kitablarını müəllif öz imzası ilə kitabxanaya təqdim edib. Qeyd edək ki, Turan Novruzlunun ” Alpturanın arzuları” ,”Februum” adlı kitablarında son illərdə yazdığı hekayə və şeirləri yer alıb.
Sonda kitabxananın oxu zalının müdiri Kamilə xanım İsayeva, multimedia mütəxəssisi Aytəkin xanım Quliyeva və böyük bibliograf Zülfiyyə xanım Məmmədova ilə xatirə şəkli çəkilib. T. Novruzlu kitabxanadan xoş təəssüratla ayrılıb.
“Ey öz doğma dilində danışmağı ar bilən, fasonlu ədabazlar…”- BƏXTİYAR VAHABZADƏ
Türük oğuz begleri, bodun, eşidinq!
Azərbaycan dili Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dağıstan Respublikasının rəsmi dövlət dilidir:
İran, İraq, Gürcüstan, Rusiya, Suriya və Əfqanıstanda yaşayan azərbaycanlılar öz aralarında əsas ünsiyyət vasitəsi kimi Azərbaycan dilindən istifadə edirlər. Bugün dünyada Azərbaycan dilinin daşıyıcılarının sayı 50 milyondan çoxdur. Azərbaycan dili türk, türkmən, qaqauz və Xarəzm dilləri ilə birgə Altay dilləri ailəsinin türk dilləri qrupunun oğuz qoluna daxildir.
Azərbaycan yazılı dilinin tarixi mövcud materiallara görə XIII əsrdən başlasa da, dilimiz böyük inkişaf yolu keçmiş ən qədim dillərdən biridir. Bunu sübuta yetirmək üçün bir nümunəyə nəzər salaq: “Öze Kök Tenqri, asire yağiz jer qılıntaqude ekin ara kişi oğulu qılınmış. Kişi oğulınta öze eçüm apam Bumın qağan, İstemi qağan olurmış. Olurupan türük budunığ elim törüsün tuta bermiş iti bermiş. (Üstdə Göy Tanrı, aşağıda qonur yer qılındıqda ikisinin arasında kişi oğlu – insan nəsli qılınmış. Kişi oğlunun – insan nəslinin üstündə əcdadım Bumın xaqan, İstemi xaqan olmuş. Türk xalqını elimin törəsiylə tutub aparmışlar – idarə etmişlər).”
Yuxarıdakı sətirlər, VIII əsrin birinci yarısına aid Orxon-Yenisey yazılarındandır. 1300 il keçsə də, türk dilinin indiki daşıyıcıları bu sözlərin mənalarını asanlıqla anlayırlar. Digər dillərin böyük əksəriyyəti belə bir xüsusiyyətə malik deyildir. Bu, demək olar ki, dəyişməyən, zamanın və məkanın təsirinə məruz qalmayan əbədi bir dildir.
Böyük hökmdar, sərkərdə, əfsanəvi bahadır, alim, şair və övliya Şah İsmayıl Səfəvinin qurduğu Səfəvilər dövlətinin saray və ordu dili Azərbaycan dili idi. Rus alimi V.V.Bartold yazır: “Səfəvilər xanədanının təşəkkül tapdığı yerdə Azərbaycan əhalisi türkcə danışırdı və nəticədə türkcə Səfəvilər dövlətində saray və ordu dili olaraq qaldı”.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan az sonra Azərbaycanda kargüzarlığın türk (Azərbaycan) dilində aparılması ilə bağlı qərar qəbul edildi. Bu faktlar ona dəlalət edir ki, müxtəlif dövrlərdə mövcud olmuş Azərbaycan dövlətləri bir-birinin davamı, ardıcılı olaraq təşəkkül tapmışlar.
7 yaşı olarkən Azərbaycan dilində, 9 yaşında isə fars dilində şeirlər yazmağa başladı. İlk qələm təcrübələri onu qanadına aldı, 20-ci illərdə artıq öz istedadı ilə fərqlənməyə başladı. Özünə təxəllüs seçmək qərarına gələndə Hafizin “Bəxtnamə”sini açdı, bəxtinə Şəhriyar sözü çıxdı. Bu adı çox bəyəndi. O gündən Şəhriyar onun təxəllüsü oldu və əsərlərini Seyid Məhəmmədhüseyn Şəhriyar adi ilə yazmağa başladı. O, əsərlərini klassik janrlarda – qəsidə, qəzəl, məsnəvi, qitə, rübai formalarında yazırdı. Xəlqilik, vətənpərvərlik, humanizm, azadlığa, bərabərliyə, sülhə çağırış şairin müraciət etdiyi əsas mövzular olmuşdur. Şəhriyarın həyatında və yaradıcılığında ana dilinin təəssübkeşliyi də xüsusi yer tutur. Dünya ədəbiyyatına bəxş etdiyi “Heydər babaya salam” poeması da məhz bu təəssübkeşliyin nəticəsi olaraq meydana gəlmişdir. Şair həm Azərbaycan, həm İran ədəbiyyatınin inkişafında böyük rol oynamışdır. Doğum günündə şairin xatirəsini ehtiramla yad edirik. Allah sənə rəhmət eləsin böyük ustad sənətkar!
…Deynən mənim şair oğlum Şəhriyar, Bir ömürdür qəm üstündən qəm qalar.