Etiket arxivi: YENİ KİTAB

“Mahirə Nağıqızının bədii yaradıcılığı” adlı kitab çap olunub

Yeni nəşr:
“Mahirə Nağıqızının bədii yaradıcılığı” adlı kitab çap olunub.
Müəllifi Şakir Albalıyev olan kitabda şair-publisist, professor Mahirə Nağıqızının bədii yaradıcılığı əhatəli şəkildə təhlil edilib.

Kitabın redaktoru Nizami Cəfərov, rəyçiləri isə Muxtar İmanov və Seyfəddin Rzasoydur.
Üç fəsildən ibarət olan kitabın I fəsli ana, vətən müqəddəsliyi və vətənpərvərlik duyğularının tərənnümü, II fəsli poeziyada təbiət mövzusu, dünya, həyat və insan haqqında fəlsəfi-poetik düşüncələr, III fəslində isə pedaqoji-didaktik səciyyəli şeirlər, xalq həyatını əks etdirən hekayələr təhlilə cəlb olunub.

Tanınan şair Mahirə Nağıqızının bədii irsini ədəbi baxımdan çeşidləyən müəllif onun həm də müəllim, pedaqoq və dəyərli bir alim kimi portretini yaratmışdır.
İnanırıq ki, Mahirə Nağıqızının zəngin yaradıcılığı ilə bağlı yazılan bu kitab da diqqət oxucular tərəfindən maraqla qarşılanacaq.

ADPU-nin Filologiya Fakültəsi

Ramiz İsmayılın yeni kitabı işıq üzü görüb – təbrik!

Ramiz İsmayılın “Ömrün qışına doğru” kitabı haqqında qeydlər – o çox səmimidir

ALTMIŞ YEDDİNCİ YAZI

Salam olsun , dəyərli oxucum! Ramiz İsmayıl Azərbaycan ədəbiyyatının (həm sovet dövründə, həm də indi) azman simalarından biridir. Söhbətimizin mövzusu Ramiz İsmayılın yenicə işıq üzü görmüş “Ömrün qışına doğru” kitabı olsa da, onun dünyaya göz açdığı diyara, ocağa, adına qısa bir baxış təqdim edib, sonra yeni kitabına Allah mübarək eləsin yazacam. İnşəAllah!

Haşiyə:

Ramiz İsmayıl (İsmayılov Ramiz Məmməd oğlu) 1948-ci ildə Azərbaycanın dilbər guşələrindən biri olan, sazın, sözün, halal zəhmətlə yaşayan səmimi, saf insanların vətəni – Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. Ona Ramiz adı veriblər. Qaramuraddakı iki “RA“, adındakı “RA” ilə (QaRAmuRAd + RAmiz = SONSUZ GÜC) birləşərək ona sonsuz güc, qüdrət bəxş etmişdir. Ramiz İsmayılın bir fərd kimi istənilən sahədə uğur qazanmaq imkanı və potensialı olub. O isə ömrünü sözə həsr etdi. Əsl söz sərrafları bilir ki, bax, bu dildə – mənim ana dilimdə – yazıb, yaradan Ramizlərin içərisində ən çox sözə hörmət edən, sözün boyunu oxşayan, sözün nazını çəkən, sözlə səmimi davranan Ramiz İsmayıldır.

1965-ci ildən dövri mətbuatda şeirləri, hekayələri, povestləri ilə bu günə qədər fasiləsiz olaraq çıxış edən Ramiz İsmayılın “Payızda xatırla məni”, “Gözü yolda qalan var”, “Gədəbəyim” və digər kitabları ilə çıxdığı ömür yolunda artıq qış mənzilinə yetişdiyini hiss edir və ən yeni kitabını məhz belə adlandırır:

“ÖMRÜN QIŞINA DOĞRU”

Kitabın adı və başlıq təsiri
“Ömrün qışına doğru” — bu başlıq artıq özü ilə müəyyən bir ruh halını, dövrü, metaforik üslubu gətirir. “Ömür” sözü canlı bir yolçuluğu, keçmiş zamanları, arzuları, yaşananları xatırladır. “Qış” isə məhrumiyyət, solğunluq, tənha ilham, düşüncə və introspeksiya çağırışıdır. Yəni, əsərdə şairin yaşlılıq mərhələsinə, düşüncələrinin həssaslaşmasına, yaddaşın yükünə, həyatın son yollarına yönəlmiş təmaslar olması ehtimalını yaradır:

İl ötür, yaş gəlir yaşımın üstə,
Qırışlar iz salır qaşımın üstə,
Canımı almağa bəhanə gəzir –
Əzrayıl dolanır başımın üstə!

Ancaq yenə də üç “RA”-lı şair həyata təslim olmaq istəmir (olmur). Kitabın adına diqqət: “Ömrün qışı” və ya “Qışında” deyil, “Doğru”… Yolun daim açıq və gül-çiçək olsun, Ramiz İsmayıl! Bütün xəyallarınız gerçək olsun İnşəAllah!

Ömrün qışına doğru
Bu cür titul həssas bir dövrə işarə edir — insana qarşılıqlı münasibətlər, itkilər, zamanla savaş, xatirələr və kədər kimi mövzular. Şair bu kitabında bəlkə də ömrün son yarısına — insanın yaşlanmasına, “buzların əriməsinə” qarşı iç dünyasının qışına çevrilən halına baxır:

  • Vaxt və yaddaş – keçmiş günlərə dönmə, xatirələrə bürünmə, yoxluq hissi.
  • Yalnızlıq və susqunluq – insanın zamanla danışmağa gücünün azalması, iç dünyaya çəkilmə.
  • Tənhalıq və əlaqə arayışı – insanın başqaları ilə olan bağlarının zəifləməsi, ancaq bu zəif bağların önəmi.
  • Mənəvi dərinlik və meditasiya – poetik düşüncələrə, mistik təsəvvürlərə meyl, insanın özü ilə ünsiyyəti.
  • Müqayisə və məzmun – gənclik və yaşlılıq arasında paralellər, həyatın verdikləri və aldıqları.

Üslub və poetik vasitələr

Kitaba,

Payızda ayrıldıq, istəməsək də
Nə olar, payızda xatırla məni.

misraları ilə başlayan Ramiz İsmayıl qəlbinin dərinliklərindən süzülüb gələn, uşaqlığın, yeniyetməliyin, gəncliyin izlərini daşıyan bu şeirlərində bir üslub var. O da fərdilik. O şeirlərində də özüdür. Bəzən ədəbiyyat tənqidçilərinin “şair səmimi olmamalıdır” kimi qeydləri ilə rastlaşırıq. Bu da bir fikirdir. Kimin nə düşünməyindən asılı olmayaraq, Ramiz İsmayıl bütün mətnlərində səmimidir. O ki, qaldı şeirləri ola… O şair kimi səmimidir. Fərdi üsluba sahibdir:

  • Metaforalar və simvollar – qış, payız, səhər, axşam, dağ, qaya və s.
  • Sadə, lakin təsirli dil – ağır obrazlardan qaçaraq minimalistik formalarla dərindən hiss etdirmə.
  • Ritmik pauzalar, qısa misralar – şeirə nəfəs verən boşluqlar, suallarla qapalı misralar.
  • İç monoloq və nitq tonu – şairin öz düşüncəsi ilə oxucu arasında dialoq (“Ömür bircə an imiş, Göz açmamış bitdi ki…”).

Dil və əsas xüsusiyyətlər

  • Hiss olunan emosional dərinlik və səmimiyyət.
  • Oxucunu düşünməyə, xatırlamağa çəkən qatmanlı söz dünyası (dilimizin milyon illik yaddaşından süzülüb gələn fikirlər).
  • Zaman və insanlıq mövzusuna yeni, fərqli baxış bucaqları.
  • Formada təmizlik — çox bəzəkdən qaçma, duyğunu sözlərlə hiss etdirmə bacarığı.

Bütün şeir kitabında olduğu kimi, burada da çatışmazlıqlar ola bilər:

-Bəzi şeirlər çox qapalı obrazlarla yazılıbsa, oxucu üçün anlaşılmazlıq yarada bilər.

-Məsələn, ünvanlı şeirlər müəyyən təbəqə oxucuları ciddi narahat edə, diskomfort yarada bilər. Ancaq bu Ramiz İsmayıldır. Unutmayaq ki, o həyatda da, yaradıcılıqda da həddindən artıq səmimidir.

-Şeirlərin əksəriyyətində mövzu oxşarlığı repetitivlik hissi (təkrar-təkrar payız, qış, dağ, dərə, xatirə mövzları).

-Deyişmələr müasir oxucuya maraqlı gəlməyə bilər (halbuki BudaqbTəhməzlə – rəhmətlə anırıq – olan deyişmə ibrətamizdir).

-Bəzi şeirlərdə şairin dili, ifadə tərzi müasir oxucunu yora bilər (qəribə gələ bilər) — elə misralar ola bilər ki, şair bir fərd, insan kimi öz daxili ağrı-acısını yüklədiyi sözlərlə fikrini (əslində oxucunu yormaq, öz problemləri ilə yükləmək istəmədiyindən irəli gəlir) oxucuya tam çatdıra bilməz.

Bütün bu yuxarıda sadaladıqlarım təbii olduğu üçün və bir də həyat özü də təkrarlardan ibarət olduğuna görə elə də böyük “nöqsan”, “qüsur” hesab olunmur.

Ramiz İsmayılın “Ömrün qışına doğru” kitabı ömrün sonunda insanın duyğu-yüklənməsini, yaddaşla mübarizəsini, iç dünyadakı lal səsləri kəşf edən bir şeir toplusudur. Bu kitab şeir sevənlərə, yaşama və zaman mövzularına dərin məna verən oxuculara çox təsir edə bilər. Bəzi məqamlarda ibrətamiz və olduqca faydalıdır.

Ramiz İsmayılın bu il – 2025-ci ildə, Bakı şəhərində, “İmza” nəşrlər evinndə, 168 səhifədən ibarət olduqca nəfis şəkildə çap olunmuş “Ömrün qışına doğru” kitabı ilk olaraq bir şair taleyinin təcəssümü, sonra əmtəə məhsuludur. Bu kitaba məhz bu prizmadan baxdıqda hər şey (bütün pazl hissəcikləri) öz yerinə oturur və həyat öz axırında davam edir. Qışa isə hələ çox var, Ramiz İsmayıl! Böyük Allah Sizi qorusun! Yazın, yaradın!

Müəllif:  Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

RAMİZ İSMAYILIN YAZILARI

ZAUR USTACIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SƏMA MUĞANNA KİTABLARINI TƏQDİM EDİB

SƏMA MUĞANNA KİTABLARINI TƏQDİM EDİB

Bu gün – 26 sentyabr 2025-ci ildə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında İsa Muğanna ocağının varisi gənc yazıçı Səma Mugannanın “Qeyb olan uşaqlıq” və “Həyatımdan parçalar” adlı kitablarının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Zaur Ustac qonaqları Muğannalar ailəsi adından salamlayıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin moderatoru Zaur Ustac Səma Muğannanın yaradıcılığı və təqdim olunan kitablar haqqında geniş məlumat verdikdən sonra sözü “Həyatımdan parçalar” adlı kitaba ön söz yazmış akademik Nizami Cəfərova verib. Nizami Cəfərov ümumilikdə Səma Muğannanın yaradıcılığı barədə ətraflı söhbət açaraq, Səmanın bu günə qədər yazdıqlarını geniş təhlil edib və prespektiv imkanlarının istiqamətlərini göstərib. Sonra “Qeyb olan uşaqlıq” kitabının ərsəyə gəlməsində xüsusi xidmətləri olan “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədova söz verilib. Professor İlham Pirməmmədov, şair Nazim Muğanlı, tənqidçi Əsəd Cahangir, Azərbaycanın əmək qəhrəmanlarından (Sosialist Əməyi Qəhrəmanı) Tərlan Musayeva, Arzu Nəbioğlu (şair Nəbi Xəzrinin oğlu) Səmanın yaradıcılığı barədə fikirlərini və babası İsa Muğanna ilə bağlı olan xatirələrini bölüşüblər. Sonra şair və yazıçılardan Nazim Əhmədli, Güllü Eldar Tomarlı, Kənan Hacı, Fuad Biləsuvarlı, Nəzakət Eminqızı çıxış edərək Səma Mugannanın yaradıcılığından söhbət açıblar. Səmanı təbrik etməyə gələnlərin arasında tanınmış ziyalılardan şairlər Avdı Qoşqar, Dayandur Sevgin, müəllimləri Elnarə xanım, Səlminaz xanım, Nazlı xanım, Lalə xanım, Günel xanım, ailənin yaxınları Nigar Həsənzadə, Namiq İslamzadə, Könül xanım, Səbinə xanım və digər doğmalar da olub. Tədbirin gedişində Ülviyyə Orucova Səma Mugannanın əsərlərindən parçalar təqdim edib. Tədbirin fəxri qonaqlarından olan tanınmış qiraətçi Rəsmiyyə xanım məclisin abu-havasına uyğun olaraq Cəfər Cabbarlının “Ana” şeirini səsləndirib. Sonda söz Səma Mugannanın ailə üzvləri, həm də “Həyatımdan parçalar” romanının qəhrəmanları İsaya (qardaşı – babasının adaşı) və anası Sevinc xanıma verilib. Yekun olaraq Səma Muganna qonaqlara və xüsusi qayğıya görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə Muğannalar ailəsi adından təşəkkür edib, xatirə şəkilləri çəkdirib, arzu edənlər üçün kitablar imzalayıb. Tədbirin gedişində Səma Muganna bədii yaradıcılıq sahəsində qazandığı ardıcıl uğurlarına görə yazarlar cameəsi adından “Alqışnamə” mükafatı ilə təltif olunub. Tədbirdən fotolar:

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

SƏMA MUĞANNANIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İon Deakoneskunun “Müsahibə” adlı şeir kitabının təqdimatı və poeziya gecəsi keçirilib

“Mədəniyyət” kanalında İon Deakonesku və Jalə İsmayılla:


YAZARLAR olaraq, Səlim müəllimə Azərbaycan və dünya ədəbiyyatına göstərdiyi misilsiz xidmətlərinə görə təşəkkür edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!

Məlumatı hazırladı: Günnur Ağayeva

Mənbə: Salim Babullaoglu

SƏLİM BABULLAOĞLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

VAN QOQ – “TEOYA MƏKTUBLAR”

VAN QOQ – “TEOYA MƏKTUBLAR”

Van Qoqun Teoya Məktubları – Alatoran Yayınlarından Yeni Bir Dərinlik – Azərbaycan dilində İlk dəfə nəşr olunur.

Alatoran Yayınları tərəfindən nəşr olunan “Van Qoqun Teoya Məktublar” kitabı, sənətsevərlər və ədəbiyyat həvəskarları üçün həm estetik, həm də mənəvi baxımdan zəngin bir xəzinədir. Bu məktublar yalnız məşhur rəssam Vincent van Qoqun şəxsi həyatına və sənətə münasibətinə işıq tutmur, eyni zamanda dövrün incəsənət mühitini, insan ruhunun eniş-yoxuşlarını və yaradıcı zəkanın tənhalığını bütün çılpaqlığı ilə ortaya qoyur.

Kitab, Van Qoqun qardaşı Teoya yazdığı məktublardan ibarətdir. Bu məktublar Van Qoqun həyatının müxtəlif dövrlərini əhatə edir – yoxsulluqla mübarizə apardığı günlərdən tutmuş, rəssam kimi inkişaf etdiyi dövrlərə, psixoloji çətinliklərinə və sənətə olan həvəsinə qədər. Qardaşı Teo ilə olan yazışmalar, yalnız ailə münasibətlərinin deyil, həm də yaradıcı insanın daxili mübarizəsinin təcəssümüdür.

Bu kitab oxucuya nə verə bilər?
Sənətkarın daxili dünyası ilə tanışlıq:
Van Qoqun hər bir məktubu onun ruhunun bir aynasıdır. Oxucu, rəssamın iç dünyasındakı təlatümləri, ümidsizliklərini və eyni zamanda sənətə olan dərin inamını hiss edir.

Yaradıcı ruhun təkliyi və inadı:
Bu məktublar oxucuya göstərir ki, böyük sənət əsərləri bəzən cəmiyyət tərəfindən anlaşılmadığı dövrlərdə doğulur. Van Qoqun tənha, lakin dönməz sənət yolçuluğu bir çox yaradıcı insan üçün gücləndirici və ilhamverici ola bilər.

Sənət fəlsəfəsi və estetika anlayışı:
Məktublarda Van Qoqun rəssamlıqla bağlı düşüncələri, rənglərə və işığa yanaşması, digər rəssamlarla müqayisələri yer alır. Bu, sənət nəzəriyyəsinə marağı olan oxucular üçün qiymətli mənbədir.

Tarixi və mədəni kontekst:
19-cu əsrin Avropasında sənət dünyasının necə işlədiyini, rəssamların hansı çətinliklərlə üzləşdiyini bu məktublar vasitəsilə öyrənmək mümkündür.

Empatiya və insanlığa dair dərslər:
Van Qoqun qardaşı Teoya yazdığı məktublarda dərin bir sevgi, minnətdarlıq və ehtiyac hissi var. Bu münasibət oxucuya ailə bağlarının, emosional dəstəyin və sədaqətin nə qədər önəmli olduğunu xatırladır.

Alatoran Yayınlarının bu nəşri, Van Qoqu yalnız rəsm əsərləri ilə deyil, həm də sözləri ilə tanımaq üçün nadir bir fürsətdir. Kitab həm ədəbiyyat, həm də sənət oxucuları üçün qapılar açır: hiss edən, düşünən, rəsm çəkən və gələcəyə ümid bəsləyən bir insanın əsl portreti.

Bu nəşr, Van Qoqun fırçadan çox qələm tutduğu anlarda da necə bir sənətkar olduğunu göstərir.

Mənbə: Alatoran Yayınları

“İki zəngəzurlu zabit” şəhərimizin kitab mağazalarından

Əli bəy Azərinin yeni romanı çapdan çıxıb. “Şərq-Qərb” poliqrafiya müəssisəsi tərəfindən hazırlanan əsər 272 səhifədir. Roman hərb mövzulu əsərlər seriyasına daxildir. Sovet ordusunda xidmət zamanı aralarında yaranmış münasibət dostluğa çevrilən erməni və azərbaycanlı zabitin sonralar Zəngəzur cəbhəsində qarşılaşması əsərin əsas süjet xəttini təşkil edir.

Kitabı şəhərimizin kitab mağazalarından və ya müəllifin özündən almaq olar.

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rəvan Cavidin “Gecəni axtaranlar ” kitabının müzakirəsi keçirilib

Rəvan Cavidin “Gecəni axtaranlar ” kitabının müzakirəsi keçirilib

15 aprel 2025-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsində “Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində Rəvan Cavidin “Gecəni axtaranlar ” kitabının müzakirəsi keçirildi. Müzakirədə şöbə müdiri, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu; şöbənin əməkdaşları – aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid (moderator); böyük elmi işçi, yazıçı Mənzər Niyarlı; kiçik elmi işçi Hənifə Səlifova; qonaqlar – Uşaq ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi Gülnar Qəmbərova, Mərziyyə Nəcəfova, Zaur Ustac, Qəndab Əliyeva və Sevinc Nuriyeva iştirak edirdilər. Fotolar:

Mənbə: Yeni Ədəbiyyatı Tanıyaq müzakirə səhifəsi

Yeni ədəbiyyatı tanıyaq

Mətanət Vahiin yazıları

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qurban Yaquboğlunun “Mən yoxam” romanının müzakirəsi keçirilib

11 mart 2025-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsində “Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində Qurban Yaquboğlunun “Mən yoxam” romanının müzakirəsi keçirildi. Müzakirədə şöbə müdiri, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu; şöbənin əməkdaşları – aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid; böyük elmi işçi, yazıçı Mənzər Niyarlı; kiçik elmi işçi Hənifə Səlifova; doktorant Mirkamil Ağayev; yazıçılar Əli bəy Azəri, Tarverdi Abbasov, Asiman Eyniyev, filoloqlar Qəndab Əliyeva (moderator), İlahə Səfərzadə, oxucular Toğrul Salmanov, Qüdrət Kərimli və müəllif Qurban Yaquboğlu iştirak edirdilər. Tədbirdən fotolar:

Mənbə: Yeni Ədəbiyyatı Tanıyaq müzakirə səhifəsi

Yeni ədəbiyyatı tanıyaq

Mətanət Vahiin yazıları

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Çingiz Abdullayevin yeni kitabı işıq üzü görüb

Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevin “Xəyanət sənin adındadır” adlı yeni kitabı işıq üzü görüb. Kitabı kitab mağazalarından və internet üzərindən sifarişlə əldə etmək olar.

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səlim Babullaoğlunun “Cənub küləyi” adlı seçilmiş şeirlər toplusu ingilis dilində çap olunub

Müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, istedadlı şair Səlim Babullaoğlunun “Cənub küləyi” adlı seçilmiş şeirlər toplusu ingilis dilində çap olunub.

Şeir mətnlərinin tərcüməçisi və “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirlidir. Kitab tərcüməçinin “Müasir Azərbaycan poeziyası ingilis dilində” layihəsi çərçivəsində işıq üzü görüb.

“Bizim məqsədimiz müasir Azərbaycan və türk ədəbiyyatının tanınmış nümayəndələrini, onların yaradıcılığından seçdiyimiz poetik nümunələri beynəlxalq aləmdə təbliğ etmək, poetik düşüncə tərzimizi dünyanın yarıdan çoxunun danışa bildiyi dilə – ingilis dilinə çevirməklə daha geniş auditoriyaya tanıtmaqdır”, – deyə yazıçı-tərcüməçi Kamran Nəzirli bildirib.

Son 15 ildə onun tərcümə və tərtib etdiyi, “Ön söz” yazdığı bu seriyadan iyirmidən çox kitabın işıq üzü gördüyünü söyləyən K.Nəzirli, həmçinin əllidən çox türk şairinin şeirlər toplusu və ya yaradıcılığından nümunələrin müxtəlif ölkələrdə dərc olunduğunu diqqətə çatdırıb: “Bundan başqa, Azərbaycan Yazıçılar Birliyi və Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) dəstəyi və təqdimatı ilə 50 Azərbaycan və 50 türk şairinin şeirləri mənim tərcüməmdə antologiya formatında Ankarada nəşr olunub. Ədəbiyyata, mədəniyyətə, bütövlükdə Türk dünyasına gücümüz çatan şəkildə xidmət edirik. Bu istiqamətdə görüləcək işlərimiz çoxdur, növbəti kitablar da artıq hazırdır. “Müasir Azərbaycan nəsri ingilis dilində” layihəsi çərçivəsində də işlər gedir. Son illər bu silsilədən olan kitablar da az olmayıb. Hazırda Azərbaycan yazıçılarının 3 romanı tərcümə olunub və çapa hazırdır”.

Topluda “Ön söz”lə yanaşı, şairin qısa bioqrafiyası da verilib.

K.Nəzirlinin sözlərinə görə, Səlim Babullaoğlunun bu kitabına daxil edilən 32 şeir əsasən sərbəst vəzndə yazılıb. Bu nümunələrin diqqətçəkən cəhətlərindən biri onların bədii-fəlsəfi fikir ifadə etməsi, süjetli və obrazlı olmasıdır, onları tərcümə etmək çətin olmur. Şeirlərdəki səmimiyyət və orijinallıq bugünkü əcnəbi oxucu üçün maraqlı ola bilər.

azertag.az

Məlumatı hazırladı: Günnur Ağayeva

SƏLİM BABULLAOĞLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru