09.08.2024-cü il tarixində “Adiloğlu” nəşriyyatının maddi dəstəyi və “Yazarlar” jurnalının təşkilatçılığı ilə “Ziyadar” yazarlar; Gülnarə İsrafil, filologiya üzrə fəlsəfə doktoru, yazıçı Qəndab Əliyeva, ədəbiyyatçı gənc yazar Aysu Türkel və kitabxanamıza hər zaman kitablarla dəstək olan ZAUR USTAC kitabxanamızın qonağı oldu. Maraqlı keçən görüşdə həm yazarlar, həm də ZAUR USTAC öz şeir kitablarını təqdim etdi. Eyni zamanda digər şair və yazıçıların kitabları da kitabxanamıza hədiyyə edildi. Xoş söhbətlər və kitablar üçün hər birinə ayrı – ayrılıqda təşəkkür edirik. FOTOLAR:
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
Azərbaycan ədəbiyyatına ağır itgi üz verib. Ağsaqqal ustad şair Budaq Təhməz ömrünün 87-ci yayında həyatla vidalaşıb. Allah rəhmət eləsin. Amin.
Budaq Təhməz 2022-ci ildə ”Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə verilən ”Ziyadar” mükafatı ilə təltif olunub. “Xəzan” jurnalı redaksiya heyətinin üzvü idi. Mərhumun ölümündən kədərlənir, yaxınlarına dərin hüznlə başsağlığı veririk. Əli bəy Azəri, Ramiz İsmayıl, Məhəmməd Əli, Hafiz Əlimərdanlı, Ələsgər Talıboğlu, İbrahim Yusifoğlu, Rafiq Oday, Aləm Kəngərli, Kəmaləddin Qədim, Bəxtiyar Abbas, Ayaz İmranoğlu, Süleyman Abdulla, Mahir Cavadlı, Damət Salmanoğlu, Zaur Ustac, Əyyub Türkay və başqaları;
YAZARLAR cameəsi adından gözəl insan, əsl ziyalı, tanınmış pedaqoq və yazar RƏMZİ DÖNMƏZ (Rəmzi Səfərov)İdoğum günü münasibətilə təbrik edir qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun Rəmzi müəllim!! Allah Sizi qorusun!!!
ANA DİLİM Bu şipşirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabudur!!! Müəllif: Zaur USTAC
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
YAZARLAR cameəsi adından jurnalımızın redaksiya heyəti üzvü, Norveç təmsilçisi Günay Əliyevanı doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!!! Uğurlarınız bol olsun!!! Allah Sizi qorusun!!! Hörmətlə: Zaur Ustac
Milli Mətbuat gününüz qutlu olsun, dəyərli, Zaur USTAC! HƏSƏN BƏY ZƏRDABİ necə ki, “Əkinçi”nin əsasını qoydu, milləti aydınlatdı, siz də “Yazarlar”ı yaradıb, neçə-neçə istedadlı simaları tanıtdırıb, onlara uzun yol açdınız! Siz “ziyalı” titulunu həqiqətən əməlinizlə sübuta yetirənlərdənsiniz. Ürəyi vətən eşqi ilə alışıb yanan, torpaqlara qovuşmaq üçün çabalayan, qovuşduqdan sonra sevincini bölüşmək üçün hər anını bizimlə bölüşən, millətini sevən əqidədaş! Sizin tək insanlar çox olsun gərək. Baxın, onda vətən basılmaz, vətənin çörəyi də bol olar, zəkası ilə cahillərə meydan oxuyan insanları da! Var olun! Allah sizi qorusun!