Bu gün istedadlı gənc yazar Aytac Sahədin anadan olduğu gündür. Ad günü münasibəti ilə Aytac xanımı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun!
Aytac Sahəddən maraqlı bir yazı. Buyurun oxuyun:
Aytac Sahəd – Orxanın gəmisi
(hekayə)
Yaxşı yadımdadır, beş yaşım var idi, avqust son günlərini götürüb təqvimi, atam da özünü götürüb, bizi tərk etdi. O avqustun fəsadları, bizi bir sonrakı “avqust faciəsi”nə hazırladığını hardan bilərdik ki?! Atam elə getmişdi ki, Orxanla mən olmasaydım, bu gediş anamı da birdəfəlik aparacaqdı.
Orxan məndən altı yaş böyük olsa da, məndən daha çox əzizlənir, daha şıltaq aparırdı özünü. Ancaq bu şıltaqlığına rəğmən hamı onu çox istəyirdi. Təkcə küçəmizin uşaqlarından başqa. Orxan, anam demiş, onlara qan uddururdu. Küçədəki bütün uşaqlar ondan qorxurdu. Ona görə yox ki, o çox güclü idi, ona görə ki, heç nədən qorxmurdu. Nə qonşudakı Gülnaz xalanın itindən, nə bizi həmişə səs-küy saldığımız üçün danlayan Səfər dayıdan, nə də şırıltısından qulaq tutulan çaydan. O çay ki, orda çimməyə məhəllədəki uşaqlardan heç kim ürək eləmirdi, tək Orxandan başqa. Mən isə ona oxşamırdım. Hər şeydən qorxurdum, elə o itdən də, Səfər dayıdan da, çaydan da. Ən çox isə anamdan qorxurdum. Daha doğrusu, qorxduğumu düşünürdüm. Əslində mən anamı çox sevirdim deyə bu qədər sakit, bu qədər sözəbaxan uşaq idim. Mən görürdüm anamın nə çəkdiklərini. Mən gecələr qorxduğum üçün anamla yatırdım, daha doğrusu, mən yatırdım. Haçan yuxudan ayılsam, anam ya pəncərənin qabağında atamın evə gəlməyini gözləyir, ya da hıçqırıqlarını boğazına düyünləyirdi. Elə bilirdim ki, Orxan da gecələr anamla yatsa, onun ağladığını görsə, anamı incitməz. Ancaq yox, bizim Orxan ipə-sapa yatmırdı. O lənətə gəlmiş avqustun axırları idi. Küçəmizdəki bütün uşaqlar yayla artırma dəqiqələrini oynayırdılar. Orxan da istisna deyildi. Az qala hər gün evin yaxınlığındakı çaya gedir, anam hirslənib, hay-kuy salana qədər evə qayıtmırdı. Nədənsə, həmin gün anam çox hirsli idi, nəsə hiss edirdi. Orxan: -Ana, nə olar, vallah, axırıncı dəfədir, daha getməyəcəm, vallah getməyəcəm, qoy indi gedim, -desə də anam icazə vermirdi. – Dedim ki, yox. Gedib özünü palçığa batırıb gəlirsən, yazığam axı mən, – deyib icazə vermədi, hətta Orxanın sözə baxmayacağını bildiyi üçün darvazanı baglayib, açarı cibinə qoydu. Gəl ki, Orxan mütləq həmin gün çaya getməliydi. Ona görə yox ki, o çimmək istəyirdi, ona görə ki, ondan iki yaş böyük olan qonşunun oğlu Eldarın paltarlarını çiməndə oğurlamışdı. O da hirsindən: “Hə, qorxaq, görüm sən bir də bura gələ biləcəksənmi? Haçansa gəlsən, mən də sənin paltarlarını oğurlayacam” – deyə onu hədələməşdi. Orxan bilirdi ki, getməsə, hamı onun qorxaq olduğunu düşünəcək. Ona görə də, mütləq darvazanı açıb qaçmalı idi, amma necə, bax onu elə hey fikirləşə-fikirləşə qalmışdı. Bu vəziyyətdə onun azadlığı, mənim nə qədər cəsarətli olmağıma bağlıydı. Mən açarı götürüb qapını açmalı, ona çıxmağa kömək etməliydim. Ancaq mən çimmək istəmirdim, çünki bilirdim ki, anam əynimdəki paltarları təzə yuyub, mən onları bulaşdırsam, çox hirslənəcək. Ona görə Orxan nə qədər dilə tutsa da, razılaşmırdım, ta ki, atamın ona aldığı ağ gəmini mənə verəcəyini deyənə qədər. Axı atam mənə heç vaxt oyuncaq almamışdı, ona almışdı. Orxan mən yaşda olanda, atam daha az içirdi. Bax beləcə, Orxan gəmi ilə mənim başımı aldatmışdı, mən də anamın yanına gedib, onun başı qarışan kimi açarı götürməyi gözləyirdim. Ele bu vaxt qapı döyüldü, gələn qonşunun gəlini Elnarə xala idi. Anam bilirdi ki Elnarə xala atamdan xəbər gətirib, ona görə tez paltarları bir tərəfə qoyub, bütün diqqətini Elnarə xalaya verdi. Heç mənim açarı götürməyimə ehtiyac qalmadan Orxan açıq qapıdan sıyrılıb keçdi. Anam qaçdığını görüb, “bax, Orxan, paltarın yaş olsa, evə qayıtma, öldürəcəm səni” deyə qışqırdı. Nə bilərdi ki, qayıtmayacaq. Orxanın arxasınca da getmədi. Çünki Elnarə xala atamdan danışırdı, onun əri atamla yaxın dost idi. Anam yerində qalsa da, mən Orxanın dalınca getməliydim. Çünki açarı da verə bilməmişdim, barı gedib onun paltarlarını saxlamalıydım ki, Eldar oğurlamasın. Yoxsa o ağ gəmini mənə verməyəcəkdi. Beləcə mən anamın başı qarışan kimi tez çayın kənarına qaçdım. Orxan hələ çaya girməmişdi, məni gözləyirdi. Mən gələn kimi soyunmağa başladı və atam kimi, bir qaşını qaldırıb mənə baxdı. – Sən indi çimməyəcəksən? – Yox, mamam hirslənər mənə çimsəm. – Sən həmişə belə qorxaq olmusan, həmişə, paltarlardan müğayət ol ha, – deyib, göy şalvarını da qucağıma tullayıb, bir anda suya atıldı. Mənim onun necə çimməyinə baxacaq həvəsim yox idi, ona görə də: – Paltarları bax burda, daşların arasında gizlədirəm – deyə qışqırıb paltarlari gizlətdim. Orxan da: – Elə yerə qoy islanmasın, yoxsa anam məni öldürəcək, – deyib, daha dərinə baş vurdu. Mən də var qüvvəmlə gəmini Gündüzdən götürmək üçün onlara qaçdım. Orxan bir neçə gün idi ki gəmini Gündüzə vermisdi. Axı Orxanın gəmiylə oynayan yaşı deyildi. Mən də çox pis olmuşdum, axi niyə mənə yox, Gündüzə vermişdi. Onsuz da onun atası içmirdi. Gəmini Gündüzdən götürüb, axşama düşdüm. Yolboyu “birdən Orxan sözünün üstündə dayanmaz, gəmini alar” deyə düşünürdüm. Ancaq Orxan bu gəmini məndən hec vaxt almadı. Mən qayıdanda çayın kənarında heç kim yox idi. Axı Orxan burda olmalıdır, paltarları burdadı. Orxan, Orxan! Nə qədər çağırdım, cavab gəlmədi. Çayın ətrafına baxdım, Orxan yox idi. Onda elə bilirdim ki, sular təkcə gəmiləri batıra bilir, ona görə ağ gəmini bərk-bərk özümə sıxıb, Orxanın paltarlarını götürüb evə yollandım. Elə bilirdim Orxan evdədir, çünki mən, ancaq gəmilərin batdığını eşitmişdim, insanların da bata biləcəyindən xəbərim yox idi. Və “Orxan hardadı” sualına bir cavabım var idi. Yəqin sudan çıxıb, məni tapa bilməyib, mən paltarı daşın altına qoyanda hansı daş olduğunu da görmədi, yəqin uşaqlardan kimsə ona paltar gətirib, o da evə gedib deyə düşünə-düşünə evin darvazasına çatmışdım. Darvaza da açıq idi. Həyətdə də çoxlu adamlar vardı. “Nə baş verir burda? Anam niyə ağlayır? Orxan haradadır?” düşünə-düşünə heysiz şəkildə ağacın dibində ağlayan anamın “Orxan öldu, balam öldü” dediyini esitdim. Birdən anamın “paltarların yaş olsa, evə qayıtma, öldürəcəm səni” deyə qışqırdığını xatırladım. Tez anam tərəfə qaçıb: “Ana, Orxanı niyə öldürdün ki? Bax, paltarlari yaş deyil, bax, yaş deyil, niyə öldürdün!?” – deyib paltarları anama uzatdım. Anam daha bərkdən qışqırıb paltarları bağrına basdı. O gündən sonra həmişə Orxanın bütün paltarları quru, anamın gözləri isə yaşlı qaldı. Gəmi də batdı.
Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindən
Yazımızın I hissəsində (bax: Araz Şəhrili. “ERMƏNİLƏRİN ƏSL VƏTƏNİ – HİNDİSTAN, YOXSA EFİOPİYA?”. ) qeyd etdik ki, Azərbaycan torpaqlarında qondarılmış Hayastanın – indiki Ermənistan Respublikasının 47 şəhərinin hazırkı və keçmiş adlarından 38-nin eynisi və ya çox oxşarı Afrika və Cənub-Şərqi Asiya ölkələrində mövcuddur. Yerdə qalan 9 şəhərdən yeddisi öz adını son iki əsrdə aldığına görə həmin şəhər adlarının heç bir tarixi dəyəri yoxdur.
Beləliklə, paralel toponimlərin faizinə görə (95%) bütün Qafqazın şəksiz lideri Ermənistandır. Bu məsələdə Gürcüstan Ermənistandan ən azı iki dəfə geridədir (bax: Araz Şəhrili. “Gürcüstan və Hindistan: düşündürücü faktlar”. https://fedai.az/?p=10914).
Apardığımız təhlilə əsaslanaraq ehtimal edə bilərik ki, müasir hayların etnogenez prosesi kifayət qədər mürəkkəb olmuşdur. Onların əcdadlarının bir hissəsi Sibir, Volqaboyu, Altay, Orta Asiya, Pamir, İran və Hindistandan, digər hissəsi, xüsusi ilə aşağı təbəqələri isə, çox güman ki, Efiopiyadan və semit xalqlarının yaşadıqları başqa ərazilərdən gəlmişlar.
Hindistanda və Nepalda təkrarlanan toponimlərdən bəzilərini Dara–Qaumata qarşıdurmasından sonrakı köçlərlə (bax: Araz Şəhrili. “Qədim azərbaycanlıların izi ilə”. https://fedai.az/?p=6715; Араз Шахрили. «Кем был Будда? Спустя века обретший бессмертие». https://fedai.az/?p=13818), Afrikadakı paralellərdən bir neçəsini isə “Tövrat”ın təsiri ilə əlaqələndirsək belə, onların hamısını, xüsusilə Efiopiya ilə bağlı olanlarını bu amillərlə izah etmək mümkün deyil.
Qeyd etməliyik ki, ümumi mənzərə oxucuya yalnız III yazıdan sonra aydın ola bilər. Elə buna görə də müvafiq fərziyyə və mülahizələr növbəti hissələrdən birində təqdim ediləcəkdir.
ERMƏNİSTANIN HİNDİSTANLA ƏLAQƏLİ TOPONİMLƏRİ
1) Abaran, Aparan (Azərbaycanın qərb torpaqlarında qondarılmış Hayastanda – indiki Ermənistan Respublikasında əzəli sakinləri azərbaycanlılar olmuş şəhər və kənd, yaylaq yeri, eləcə də çöl və çay, Aparan şəhərinin adı qədim mənbələrdə Kasax kimi keçir) – Gadi Abaran (Hindistanın Uttar-Pradesh ştatının Firozabad dairəsində kənd);
2) Abelyan (gəlmə hayların feodal nəsli, saxta hay tarixçisi Movses Xorenatsiyə görə, bu nəslin əcdadı Abel adlı şəxsdir) – Abel (Hindistanda şəxs adı) – Abela (Hindistanın Madhya-Pradesh ştatının Vidisha dairəsində kənd) – Abela (Haryana ştatının Karnal dairəsində kənd);
4) Ağin (Ermənistanda hay kəndi) – Agin Darengre (Hindistanın Meghalaya ştatının Şərqi Garo Hills dairəsində kənd);
5) Amasiya (Ermənistanda rayon və kənd) – Amasya (Türkiyənin Qaradəniz bölgəsində il və şəhər) – Amasi Kottai (Hindistanın Tamil Nadu ştatının Krishnagiri dairəsində kənd) – Amas (Bihar ştatının Gaya dairəsində kənd);
6) Amatuni (hayların Midiya və ya Manna əsilli feodal nəsli) – Amatun (Hindistanda və Banqladeşdə ad və soyad);
7) Ani (Türkiyənin Anadolu bölgəsində qədim şəhər, 961–1045-ci illərdə Ani çarlığının paytaxtı olmuşdur) – Ani (Hindistanın Karnataka ştatının Kannad dairəsində kənd) – Ani (Rajasthan ştatının Jaipur dairəsində kənd) – Ani (Chhattisgarh ştatının Koriya dairəsində kənd) – Ani (Himachal-Pradesh ştatının Kullu dairəsində şəhər və inzibati ərazi vahidi) – Ani (Uttar-Pradesh ştatının Mainpuri dairəsində kənd) – Bishanpur Ani (Bihar ştatının Samastipur dairəsində kənd);
8) Ara (mifik hay çarı, digər mifik hay çarı Aramın oğlu) – Ara (Ermənistanda kənd, əvvəlki adı Bazarcıq olmuş, 1828-ci ildən sonra Türkiyədən gəlmiş haylar tərəfindən dəyişdirilmişdir) – Ara (Ermənistanda əvvəlki adı Qarnıyarıq olmuş dağ) – Ara (Hindistanın Jharkhand ştatının Hazaribag dairəsində kənd) – Arrah, Ara (Bihar ştatının Bhojpur dairəsində şəhər);
9) Arma (hayların mifik əcdadı Haykın nəticəsi) – Arma Konda (Hindistanın Andhra-Pradesh ştatında dağ) – Arma (Andhra-Pradesh ştatının Visakhapatanam dairəsində kənd) – Arma (Qərbi Benqal ştatının Medinipur dairəsində kənd);
10) Armavir (Ermənistanda 1931-ci ildə salınmış şəhər) – Armavir (Azərbaycanın qərb torpaqlarında V əsrədək mövcud olmuş şəhər) – Armoor (Hindistanın Telangana ştatının Nizamabad dairəsində şəhər);
11) Erməni (hayların ekzoetnonimi – başqa xalqların onlara qoyduqları ad) – Ariman Chelka (Hindistanın Andhra-Pradesh ştatının Mahbubnagar dairəsində yer adı) – Arman Tola, Arman Patti (Uttar-Pradesh ştatının Gorakhpur və Sant Ravidas Nagar dairələrində iki kənd) – Arman Pura (Pəncab ştatının Firozepur dairəsində kənd);
12) Avatsatsi (hayların feodal nəsli) – Vatsa (qədim hind dövləti və onun paytaxtı);
13) Ayas (Kilikiyada mövcud olmuz hay şəhəri) – Ayas (Hindistanın Qərbi Benqal ştatının Birbhum dairəsində kənd);
14) Bakan (hayların feodal nəsli) – Bakan (Hindistanın Himachal-Pradesh ştatının Chamba dairəsində kənd) – Bakan (Rajasthan ştatının Bhilwara dairəsində kənd) – Bakan (Bihar ştatının Aurangabad dairəsində kənd);
21) Benuni (hayların Urartu əsilli feodal nəsli) – Benun (Hindistanın Cammu və Kəşmir ştatının Kishtwar və Doda dairələrində iki kənd) – Benun (Himachal-Pradesh ştatının Solan dairəsində kənd);
22) Bjni (Ermənistanda əsl adı Biçni olmuş kənd) – Bijni (Hindistanın Assam ştatının Chirang dairəsində şəhər);
23) Boquni (hayların feodal nəsli) – Bogun (Hindistanın Arunachal-Pradesh ştatının Upper Subansiri dairəsində kənd) – Boguni (Hindistanda ad və ya soyad);
24) Bujuni (hayların feodal nəsli) – Bujon Ka Khera, Bujon Ka Padla (Hindistanın Rajasthan ştatının Pratapgarh dairəsində kəndlər);
25) Dvin (Azərbaycanın qərb torpaqlarında mövcud olmuş qədim şəhər) – Divin (Hindistanın Himachal-Pradesh ştatının Solan dairəsində kənd);
26) Erivan, İrəvan (Ermənistanın paytaxtı) – Eriwang, İriwang (Nepalın Rolpa dairəsində kənd) – İravan (Hindistanın Kerala ştatının Pathanamthitta dairəsində kənd) – İravan (qədim hind eposu “Mahabharata”nın qəhrəmanı);
27) Gegham (hayların mifik əcdadı Haykın nəvəsi) – Geghamabak (Ermənistanın əvvəlki adı Basarkeçər olmuş Vardenis rayonunda kənd, 1991-ci ilədək adı Qayabaşı, əhalisi azərbaycanlılardan ibarət olmuşdur) – Gegam (Hindistanın Rajasthan ştatının Bhilwara dairəsində kənd);
41) Lori (Ermənistanda vilayət) – Lori (Hindistanın Uttar-Pradesh ştatının Sonbhadra dairəsində kənd) – Lori Bandh (Bihar ştatının Rohtas dairəsində kənd) – Chapa Lori (Uttarakhand ştatının Garhwal dairəsində kənd) – Lori (Himachal-Pradesh ştatında vilayət) – Loru (Cammu və Kəşmir ştatının Pulwama dairəsində kənd);
42) Mamikonyan (Movses Xorenatsiyə görə, hayların Çin əsilli feodal nəsli) – Mamik (Hindistanda şəxs adı);
43) Manas, Manes (Ermənistanın Alaverdi şəhərinin qədim adı, qeyd etmək lazımdır ki, nə Alaverdi, nə də Manas toponimlərinin haylara aidiyyəti var) – manas (hind fəlsəfəsində və psixologiyasında anlayış) – Manas (Nepalda çay və milli park) – Manas (Butanda milli park) – Manas (Çin, Hindistan və Butan ərazilərindən axan çay) – Manaslu (Nepalda dağ) – Manas (Hindistanda çay) – Manasa (Hindistanın Madhya-Pradesh ştatında şəhər) – Manas (Haryana ştatının Kaithal dairəsində kənd) – Manas (Assam ştatında milli park) – Manas (Rajasthan ştatının Udaipur dairəsində kənd) – Manis Nagar (Tamil-Nadu ştatının Coimbatore dairəsində kənd);
44) Mandakuni (hayların feodal nəsli, əcdadı Miandak adlı mannalı olmuşdur) – Mandakini (Hindistanın Uttarakhand ştatının Kedarnath şəhərinin yaxınlığından axan çay) – Mandaki (Maharashtra ştatının Solapur, Pune dairələrində iki kənd) – Mandak Ka Guda (Rajasthan ştatının Rajsamand dairəsində kənd) – Mandak (Uttar-Pradesh ştatının Jattari və Aligarh dairələrində iki kənd);
45) Mehri, Meğri, Mığrı (Ermənistanda şəhər, toponim qədim türk dilində “dalan kimi dərə” mənasını verən “mukur” sözündən yaranmışdır 1, 2, amma nəzərə almaq lazımdır ki, “mehr” sözü İran dillərində “günəş”, “sevgi” mənalarını ifadə edir) – Mehrili (Qubadlı rayonunda kənd) – Mehri, Mehri Rajviyan, Mehri Purohitan (Hindistanın Rajasthan ştatının Mandi və Churu dairələrində üç kənd) – Sia Mehri (Cammu və Kəşmir ştatının Udhampur dairəsində kənd) – Mekri (Chhattisgarh ştatının Raipur və Champa dairələrində iki kənd) – Mukur Pura (Madhya-Pradesh ştatının Dewas dairəsində kənd);
50) Paluni (hayların feodal nəsli) – Paluni (Türkiyənin Siirt ilində ərazi) – Paluni (Hindistanda ad, soyad) – Paluni (Hindistanın Uttarakhand ştatının Tehri Garhwal dairəsindəki Ghansali şəhərinin Magron qəsəbəsində yer adı) – Baluni (Uttarakhand ştatının Pauri dairəsində kənd);
51) Razdan və ya Hrazdan (Ermənistanda şəhər) – Rasthan və ya Rasadhan (Hindistanın Uttar-Pradesh ştatının Kanpur Dehat dairəsində kənd) – Razdan (Hindistanda şəxs adı);
54) Şirak (Ermənistanda vilayət, XX əsrin əvvəllərinə kimi burada əsasən azərbaycanlılar yaşamışlar) – Sirak (Hindistanın Uttarakhand ştatının Uttar Kashi dairəsində kənd);
55) Sis (Türkiyənin Kozan şəhərinin keçmiş adı, 1186–1375-ci illərdə Kilikiya haylarının paytaxtı) – Sispur (Banqladeşin Comilla dairəsində qəsəbə) – Sispur (Nepalda yer adı) – Sispur (Hindistanın Madhya-Pradesh ştatının Patna dairəsində yer adı);
56) Sisakan (Azərbaycanın Zəngəzur bölgəsinin orta pars dilində adı) – Sisakhane (Nepalda kənd) – Sisahanu (Budda Qautamanın ata babası);
57) Sisian (Ermənistanda şəhər və rayon) – Sisiyan (Hindistanın Rajasthan ştatının Jhunjhunu dairəsində kiçik şəhər) – Sisia (Bihar ştatının Kathar dairəsində kənd);
58) Siunia (hayların feodal nəsli) – Siuni (Hindistanın Odisha ştatının Kalahandi və Nabarangpur dairələrində iki kənd) – Siuni (Himachal-Pradesh ştatının Kangra və Hamirpur dairələrində iki kənd) – Siuni (Madhya-Pradesh ştatında ərazi) – Syuni (Uttarakhand ştatının Pithoragarh, Rudraprayag və Bageshwar dairələrində üç kənd);
59) Slkuni (hayların Manna əsilli feodal nəsli, bu nəslin əcdadı Cənubi Azərbaycanın sala adlı tayfasının nümayəndəsi Slak olmuşdur) – Silak (Hindistanın Jharkhand ştatının Godda dairəsində kənd) – Sala (Madhya-Pradesh ştatının Dhar və Khargone dairələrində iki kənd) – Sala Khedi, Bamori Sala (Madhya-Pradesh ştatının Ratlam və Vidisha dairələrində iki kənd) – Sala Bhari (Uttar-Pradesh ştatının Barabanki dairəsində kənd) – Barangay Sala (Filippində şəhər) – Sala (“Tövrat” personajı);
60) Sodatsi (hayların feodal nəsli) – Soda, Sodat (Hindistanın Rajasthan ştatının Tonk və Jaisalmer dairələrində iki kənd) – Sodat (Gujarat ştatının Chhota Udaipur və Vadodara dairələrində iki kənd);
61) Talin (Ermənistanda şəhər) – Talin Purva (Hindistanın Uttar-Pradesh ştatının Sitapur dairəsində kənd);
68) Vaqarşapat (Ermənistanda şəhər, bu toponimin haylara heç bir aidiyyəti yoxdur, gəlmə haylar eramızın 140-cı illərində Parfiya şahzadəsi Vaqarş tərəfindən salınmış və onun şərəfinə Vaqarşabad adlandırılmış şəhərin adını 1992-ci ildə Eçmiədzin şəhərinə vermişlər, Eçmiədzin şəhərinin 1945-ci ilədək adı isə Üçkilsə olmuşdur) – Vagar (Hindistanın Karnataka ştatının Chikmagalur dairəsində kənd) – Radha Vagar (Uttar-Pradesh ştatının Bahraich dairəsində kənd);
69) Vanadzor (Ermənistanda şəhər) – Vana (Hindistanın Rajasthan ştatının Udaipur dairəsində iki kənd) – Vana (Gujarat ştatının Surendranagar dairəsində kənd);
70) Vanandasi (hayların feodal nəsli, Movses Xorenatsiyə görə, bu nəslin əcdadı Vahandur Vənd adlı bulqar türküdür) – Vanand (Ermənistanda iki kənd) – Vənənd (Ordubad rayonunda kənd) – Vanand (Hindistanın Maharashtra ştatının Ratnagiri dairəsində kənd);
71) Vank (Ermənistanın Sünik vilayətində kənd) – Vank (Hindistanın Gujarat ştatının Sabar Kantha və Surat dairələrində iki kənd) – Terhawa Tappa Vank, Vank Bhawanipur (Uttar-Pradesh ştatının Bairampur dairəsində iki kənd);
P.S. Bu araşdırmada müəllif apardığı paralellərdə ermənilərin soy və yer adlarının Hindistandakı etnonim və toponimlərlə oxşarlığı hay-boşların Hindistandan Kiçik Asiyada müqəddəs fahişəliklə məşğul olan hiyeredulların nəsilləri olmasını bir daha sübut edir. Bu gün ermənilər hay yyhəyasızlığı ilə və utanmadan Babur imperiyasının xanımı, əslən Qaraqoyunlu xanədanından olan Əncümənt Banunu erməni elan ediblər.. Buyurun erməniliyin mahiyyəti Artemid məbədində qaraçı taboru kimi gəlib müqəddəs məbəd fahişəliyi ilə məşğul olmalarının genoloji izləri kimi bu paralellər çox dəyərlidir…
Biri var idi, biri yox idi. Üç qardaş var idi. Bu üç qardaş o qədər mehriban idilər ki, vaxtlarını həmişə birlikdə keçirirdilər. Onlar gözəgörünməz idilər və qaçmağı çox sevirdilər. Insanlar bu qardaşları gözlə görməsələr də varlıqlarından xəbərdar idilər. Söhbət zamanı “ Hiss elədin, kiçik qardaş qaçdı?” , “İndi isə böyük qardaş keçdi.” deyirdilər.
İnsanlar onların hərəkətini gözlə izləyə bilmək üçün dairəvi meydança düzəltdilər.Bu, kənarları cizgilənmiş, hər beş cizgidən bir rəqəmlər yazılmış səliqəli meydança idi. Qardaşları isə tilsimləyib üç qızılı qəngdə əqrəbə çevirdilər. Hər üçünü ayaqlarından meydançanın mərkızinə bərkitdilər ki, yalnız bu dairə üzrə qaça bilsinlər.
Onlar çox sürətli qaçmağı bacarırdılar. Amma ən sürətli qaçan kiçik qardaş olsa da nə o, nə də ortancıl qardaş böyüyə çata bilmirdilər.
Kiçik qardaş durmadan qaçırdı. O, qaçmağa başlayanda ortancıl qardaş hələ uzaqda idi. Düşündü: “ Bu dəfə mən onlara qalib gələcəm. Çünki uzun müddətdir məşq edirəm. Əzələlərim möhkəmlənib, daha əvvəlki tək tez yorulmuram. Ortancıl qardaşım az bir məsafəni qət edənə qədər mən bütün meydançanı beş dəfə dairə vururam.”
Ortancıl qardaş fikirləşdi: “Bizim balaca bərk qaçsa da az nəticə əldə edir. Mənim məqsədim boyük qardaşımın getdiyi yolu qət etməkdir. O bir rəqəminə çatana qədər mən bütün meydançanı altmış dəfə dövr edirəm. İdmançılar illərlə sürən aramsız məşqlərdən sonra istədikləri nəticəni əldə edə bilirlər. Mən isə əsrlər boyu yorulmadan qaçıram, lakin o həmişə məndən irəlidədir. ”
Böyük qardaş səbirli, təmkinli, müdrik idi. Qardaşları ondan hündür, cüssəli, cəld olsalar da səylərinin əbəs olduğunu bilirdi. Buna baxmayaraq qardaşlarının çalışqanlığını bəyənir, qələbəyə ruhlandırırdı, çünki onlar qaçmadan özü bir addım belə ata bilməzdi. O bilirdi ki, əsrlər, qərinələr ötsə də qardaşları onu heç vaxt ötə bilməyəcəklər…
Bu üç qardaş dünyaya insandan, heyvanlardan, okeanlardan, daglardan, Yer kürəsindən, hətta kainatdan əvvəl gəlmişdilər. Onlar dünyanı, insan həyatını, idarə edir, əvvəlini və sonunu müəyyənləşdirirlər.
Hökmdarların belə qarşısında baş əyib aciz qaldığı məvhum əlahəzrət zamandır. Bu üç qardaş isə onun sadiq qulları – Saat, Dəqiqə və Saniyədir.
Naibə Yusif ədəbiyyata şair kimi gəldi. Şeirlərdən, qəzəllərdən ibarət bir neçə kitabı oxucular tərəfindən böyük maraqla qarşılandı və sevildi. Lakin Naibə xanım tez bir zamanda nəsrə keçdi. Bu sahədə bir-birinin ardınca yazdığı üç roman onun məcrasına sığmayan coşqunluğundan xəbər verdi və mən bunu ədəbiyyatımızın uğuru kimi qiymətləndirirəm.
Naibə xanım dövrün şeirə sığmayan əzablarını, ağrılarını, keşməkeşli tariximizin dünənini, bu gününü nəsrdə qələmə almaqla rahatlıq tapmaq, olayları gələcək nəsillərə ötürmək istədi. Ona elə gəldi ki, şeir və qəzəlləri ilə nə oxucu gözünü doydura, nə də öz yanan ürəyini soyuda bilər. Məhz bu səbəbdən o, sosial-ictimai yüklü, haqqın-ədalətin mizanında özünə yer tapa bilən “Tənha köç”, “Zərbə”, “Gülün yarpıza dönsün” əsərlərini ictimaiyyətin qarşısına çıxartdı və çoxlu sayda oxucu sevgisi qazandı. Bu əsərlərin süjet xətti, obrazlılığı müxtəlif olsa da, mövzu baxımından tariximizin ayrı-ayrı ağrılarını, acılarını özündə yaşadan acı reallıqlarla çox səsləşir. Doğrudur, tarixi əsərlər çox yazılıb. Amma çağdaş ədəbiyyatımızın bu gün ehtiyac duyduğu elə mövzular var ki, onları real həqiqətlərin kökündə aramaq və qələmə almaq hər yazıçının mənəvi borcu olsa da, hünəri deyil. Bu mənada Naibə xanımın qələmə aldığı hər üç əsər dəyərli ədəbi nailiyyətdir.
Müəllifin, haqqında xüsusi danışacağım “Gülün yarpıza dönsün…” romanının qəhrəmanı ecazkar səsi ilə qayaların, daşların köksünü qanadan, onların ağrısına layla deyən Muradxandır. Bu səsdən utanan, qıvrılan, sancıdan doğranan Araz hayqıraraq yox demək istəyir bu haqsız ayrılığa. Amma tikanlı məftilləri aşa bilmədiyi üçün sakitcə yatağında yırğalanır. Oxucu hiss edir ki, o, bir titrəyişə, təkana bənddir…
Muradxanın Könüllə ilk tanışlığı və bu sevgi məşəlinin çərşənbə tonqalı ilə alovlanması müəllif ideyası ilə bərabər, həm də adət-ənənələrimizin, sərhədbilməz sevginin əbədi olduğuna işarədir.
İran-İraq müharibəsinin qurbanlarına rəhmət diləyən, bir-biri ilə əhd-peyman bağlayan sevgililər ayrılarkən Muradxan: “Sənə xəyanət etsəm, qəbrimin üstündə yarpız əkərsən”, – deyir.
Muradxanın “ölüm” xəbərini eşidən ana məzarda yatanın oğlu olmadığını duyur, hər gün onun yolunu gözləyir. Bu, ana müdrikliyinin, ana müqəddəsliyinin gözəl nümunəsidir.
Üç ildən çox yolunu gözlədiyi Muradxanın səsini eşitmək istəyi ilə hər gün səhənglə suya gedən Könülün öz andına sadiqliyi azərbaycanlı qızının etibarına işarədir. Lakin onu dəlicəsinə sevən başqa bir oğlana nişanlanması qızın narahat qəlbini dara çəkir. Vida üçün son dəfə sahilə gedən Könülə elə gəlir ki, Muradxan Araz çayını keçərək ona yaxınlaşır. Sevgilisinə qovuşmaq istəyi onu sulara qərq edir… Gözünü Dəmir adlı qoca bir balıqçının evində açan Könülün dilinin tutulması, yaddaşının itməsi ona kim olduğunu unutdurur və bundan sonra qızın həyatına daha əzablı səhifələr yazılır. Bu isə süjet xəttinin şaxələnməsinə və yeni hadisələrin inkişafına imkan yaradır. Danışmayan, özü haqda heç kəsə məlumat verə bilməyən Könülün Dəmir kişinin evində uzun müddət yaşaması, ümidi üzülən valideynlərinin öz həyətlərində ona rəmzi qəbir düzəltməsi kimi ağrılı epizodlar müəllif tərəfindən çox məharətlə qələmə alınmışdır.
Dəmir kişinin və Kəbutərin ölümü ilə bağlı cinayətlərin açılması əsərin ən maraqlı və yaddaqalan epizodlarındandır. Hadisələrin inkişafı yeni bir səmtə yön alanda oxucuya elə gəlir ki, əsər burdan başlayır. Amma yox, bu hadisələr də ya birbaşa, ya da dolayısı yolla özü kimi arzuları da ikiyə bölünmüş Azərbaycanın taleyi ilə bağlıdır. Azərbaycan milisinin Dəmir kişini öldürən erməni Gümüşün izinə düşməsi, onun yeraltı lağımlar açan terrorçu erməni qruplaşmaları ilə birlikdə azərbaycalılara qarşı gizli məkrinin ifşası əsərin ən gərgin – kulminasiya nöqtəsidir. Bu məqam erməni vandalizminin Azərbaycan türklərinə növbəti xəyanətinin təsdiqi kimi diqqəti cəlb edir. Bir ucu Ermənistana, bir ucu Arazın o tayına gedib çıxan bu yeraltı tunellərdə gecələr “türk ovuna” çıxan erməni vəhşiliyinin əsl mahiyyəti uzun illərin acısı kimi nəzərə çarpdırılır. Orqan alverindən tutmuş narkotik maddələrin satışına qədər çirkaba batan bu məxluqların həyatda müqəddəs bir amala xidmət etmədiyinin şahidi olduqca onlara insan deməyə adamın dili gəlmir. Əsərdə əksini tapan yeraltı silah anbarları, tunellər erməni xislətinin uzun illərdən bəri üstüörtülü cinayətlərindən xəbər verir. Bir haşiyə çıxaraq qeyd edim ki, Vətən müharibəsi zamanı həmin lağımların ordumuz tərəfindən aşkar olunması mənim üçün bir möcüzə oldu. Bu, müəllifin uzaqgörənliyinə, düşmənlərin çirkin əməllərinə bələd olduğuna bir işarədir. Çünki əsl yazıçılıq gerçəkliyin hər tərəfini görməyi bacarmaqdır.
Əsərdə ən maraqlı epizodlardan biri Natella adlı erməni qızının azərbaycanlı oğlanla ailə qurmasıdır. Erməni məkri ortaya çıxanda gənc ailənin faciəsi başlayır. Qardaşı Arsen tərəfindən əkiz oğullarının qətlə yetirilməsi Natellada qardaşından, ata-anasından intiqam almaq hissini alovlandırır. Övlad itkisi ilə barışa bilməyən anada bu hiss çox təbii və güclü boyalarla əks etdirilib. Hər gün oğullarının məzarını ziyarət edən ana qisas almaq üçün planlar cızır və oğullarının qırx mərasimi verilən gün bu plan gerçəkləşir. Arsenin növbəti ovuna çevrilən Natellanı son anda Malik xilas edir. Birlikdə oğullarının qisasını alaraq geri dönən cütlüyün cinayətə qisasla cavabı oxucunu çox düşündürür və o, dərk edir ki, bu, haqsızlığa qarşı yönələn insanlığın faciəvi üsyanıdır. O, baş qaldıranda insan günahkarları bağışlamaq hissini unudur, qisasçılıq qırmızı bir xətt kimi onun ömür yoluna həkk olunur. Həyat yoldaşı Malikin qucağında can verən erməni qızı Natellanın: “Məni cüt məzarın ayağı altda dəfn edərsən, üstümdə yarpızlar əkərsən… Xəyanətkarlığın rəmzi olan o yarpızlar məzarımdan boylanaraq məhz kəsdiyi duz-çörəyə qiymət verməyən mənim millətimə əbədi lənət oxuyacaq, gələcək nəsillərə əsl həqiqəti çatdıracaq”, – deməsi bunun əyani sübutudur.
Müəllif erməni xislətinin ən eybəcər simasını türk qanlı nəvələrin qətli səhnəsi ilə üzə çıxarır. Tapınacağı müqəddəs bir varlıq tapmayan Arakel və ailəsi türkə və türkçülüyə qarşı məkrli niyyətlərinə hər şeyi qurban etməyə hazır olduqlarını əməlləri ilə sübut edirlər. Babası ilə söhbət zamanı ermənilərin səhv yolda olduğunu, Azərbaycan torpaqlarında məskunlaşdığını Elnurun dilindən vermək müəllifin gələcək nəsillərə mesajıdır.
Ümumiyyətlə, əsərdə diqqəti çəkən bu epizodların hər biri erməni xislətinin eybəcər və çirkin qatlarını açan, onların şərəfsiz simalarını dəqiqliklə üzə çıxaran müəllifin qələbəsi sayılmalıdır.
Əfqanıstan müharibəsi tam qurtarmamış Qarabağ münaqişəsinin başlaması əsərin qəhrəmanı Muradxanı uzaq ellərdən Qarabağa gətirir. Onun ən qızğın nöqtələrdə düşmənlə mübarizəsi haqq savaşında Azərbaycanın qələbə çalacağına inam oyadır. Könülün sağ qalması və Muradxanla birləşməsi oxucunu sevindirir. Hər iki sevgilinin at belində Xudafərinin ortasında birləşən əlləri xalqımızın birliyinin simvolik qələbəsi kimi yaddaşlara hopur. Oxucu inanır ki, birləşən bu əllər yaxın gələcəkdə əldə edəcəyimiz birliyin rəhnidir.
Müəllifin təsvir etdiyi hadisələr, Azərbaycana və Azərbaycan türklərinə qarşı imperiyanın riyakar və işğalçı siyasəti, erməni faşizminin, qəddarlığının uğurlu təqdimatı ilə diqqət çəkir. Naibə xanımın qeyd etdiyim hər üç əsərinin məhz bizim qələbəmizlə başa çatan sonluğu haqqın-həqiqətin təntənəsidir. Düşünürəm ki, bu əsərlərə filmlər çəkiləcək. Çəkdiyimiz faciələrin sonunda tarixi qələbəmizə açılan yollar əsərdə olduğu kimi, həyatımızda da öz yerini alacaq.
Bu əsərləri ilə qələbəmizə, Azərbaycanımızın birliyinə inamımızı gücləndirməyə çalışan Naibə Yusifə sonsuz təşəkkürlərimi bildirir, ədəbiyyatımıza daha böyük töhfələr vermək yolunda yeni uğurlar diləyirəm.
Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindəki faktlar əsasında
Azərbaycanın tarixi torpaqlarında qondarılmış Hayastanın 47 şəhərinin hazırkı və keçmiş adlarından 38-nin eynisi və ya çox oxşarı Afrika və Cənub-Şərqi Asiya ölkələrində mövcuddur. Nəzərə almaq lazımdır ki, yerdə qalan 9 şəhərdən –
1) Byureqavan 1945-ci ildə salınmış, indiki adını 1974-cü ildə almışdır;
2) Çarentsavan 1948-ci ildə salınmış, 1967-ci ildə hay şairi Çarentsin adı veilmişdir;
3) Martuni 1830-cu ildə salınmış, ilk adı Aşağı Qaranlıq olmuş, 1926-cı ildə dəyişdirilmişdir;
4) Metsamor 1969-cu ildə salınmışdır;
5) Stepanavan 1810-cu ildə salınmış, əvvəlki adı Cəlaloğlu olmuş, 1924-cü ildə dəyişdirilmiş, bolşevik Stepan Şaumyanın adı verilmişdir;
6) Spitak şəhərinin əvvəlki adı Hamamlı olmuş, 1949-cu ildə dəyişdirilmişdir;
7) Zaxqadzor şəhərinin əvvəlki adı Dərəçiçək olmuş, 1920-ci ildə Dərəçiçək toponimini hay dilinə tərcümə edərək, Zaxqadzora çevirmişlər.
Qondarma Hayastanın yalnız Artaşat və Yeğvard şəhər adlarının paralelləri barədə məlumat əldə olunmamışdır.
Beləliklə, son iki əsr ərzində salınmış Byureqavan, Çarentsavan, Martuni, Metsamor, Spitak, Stepanavan, Zaxqadzor şəhərlərinin adlarını istisna etsək, Hayastanda paralel toponimlərinin faizinin 95 olduğunu görərik. Bu, Qafqazda ən yüksək göstərici olmaqla, müasir hayların böyük əksəriyyətinin əcdadının Qərbi Azərbaycan torpaqlarına Cənub-Şərqi Asiyadan və Afrikadan gəldiyini göstərir.
Orta əsr hay tarixçisi Movses Xorenatsinin və gürcü əsilli müasir ABŞ tarixçisi Kirill Tumanovun məlumatlarına görə, hayların 89 feodal nəslindən otuz beşi Manna–Midiya, Əhəməni–Parfiya, alan–bulqar, yunan–Roma mənşəlidir. Apardığımız araşdırmaya görə, həmin 89 nəsildən 37-nin adının eynisi və ya bənzəri Cənub-Şərqi Asiya və Afrika ölkələrində mövcuddur. Şübhəsiz ki, əsl rəqəmlər bundan da yüksəkdir. Faktiki olaraq, hayların feodal nəsillərinin əhəmiyyətli bir hissəsi etnik cəhətdən hay deyildir. Ümumiyyətlə isə, apardığımız təhlil onu söyləməyə imkan verir ki, hayların etnik tərkibinin bir neçə komponentdən ibarətdir və bu xalq, əslində, monoetnik deyildir. Sözügedən nəsillərin bir hissəsi Sibir, Altay, Pamir və Hindistandan, digər hissəsi ilə aşağı təbəqələri isə, çox güman ki, Efiopiyadan və semit xalqlarının yaşadıqları başqa ərazilərdən gəlmişlar. Belə ki, qondarma Hayastanın Ararat, Areq, Artik, Ağin, Balak, Baqaran, Bavra, Berd (pəhləvicə «qala» deməkdir-red.), Bjni, Erivan, Gorus, Gümrü, Qarni, Qapan, Qavar, Lori, Mehri, Sevan, Sisian, Talin, Ucan, Vanand, Vank(? bu seçdirilmiş toponimlər isə türkcədir-red.) və s. yer adları Sibirdə, Altayda, Hindistanda, Nepalda və Efiopiyada (əsasən bu ölkənin Amhara bölgəsində) təkrarlaır. Hayların mifik əcdadı “Hayk”ın adı Efiopiyanın Amhara bölgəsində, onun törəmələri “Ara”nın, “Aram”ın, “Aramais”in, “Arma”nın, “Gegam”ın adları isə həm Efiopiyanın, həm də Hindistanın toponomikasında əks olunmuşdur. Paralellərdən bəzilərini Dara–Qaumata qarşıdurmasından sonrakı köçlərlə, yaxud “Tövrat”ın təsiri ilə əlaqələndirsək belə, onların hamısını, xüsusilə Efiopiya ilə bağlı olanlarını bu amillərlə izah etmək mümkün deyil.
2) Ara (mifik hay çarı, digər mifik hay çarı Aramın oğlu) – Ara (Hayastanda kənd, əvvəlki adı Bazarcıq olmuş, 1828-ci ildən sonra Türkiyədən gəlmiş haylar tərəfindən dəyişdirilmişdir) – Ara (Hayastanda əvvəlki adı Qarnıyarıq olmuş dağ) – Ara Shetan, Ara Terra (Efiopiyada göl və ərazi) – Ara (Efiopiyanın Tigray vilayətində yer adı);
3) Areq (Hayastanda kənd, əsl adı Pirmələk, köklü əhalisi azərbaycanlılar olmuş, 1918-ci ildə gəlmə haylar yerli sakinləri qırıb kənddə məskunlaşmış, adını Areq qoymuşlar) – Areg Mariam (Efiopiyanın Amhara bölgəsində yer adı);
4) Arma (hayların mifik əcdadı Haykın nəticəsi) – Arma (Nigeriyada və Malidə xalq);
5) Aştarak (Hayastanda şəhər) – Ashtar, Aştar (İordaniyanın qərbində mövcud olmuş qədim Moab ölkəsində və Efiopiya ilə Eritreyanın ərazilərində mövcud olmuş Aksum krallığında ən çox pərəstiş edilmiş tanrılardan biri);
6) Aqarak, Aqarakavan (Hayastanda iki şəhər) – Agaro, Haggaro (Efiopiyanın Oromia bölgəsində şəhər);
8) Hayk və ya Haig (gəlmə hayların mifik əcdadı) – Hayq və ya Haik (Efiopiyanın Amhara bölgəsində göl və şəhər) – Haik (İranın Yəzd ostanında kənd);
9) Qavar (Hayastanda şəhər) – Gawar (Efiopiyada və Cənubi Sudanda yaşayan nuer xalqının dörd qolundan biri);
10) Lori (Hayastanda vilayət) – Lori (Efiopiyanın Amhara bölgəsindəki Simien milli parkında kənd);
11) Masis (Hayastanda şəhər və kənd, qədim adı Uluxanlı olmuş, gəlmə haylar tərəfindən qəyişdirilmişdir) – Masisa (Sierra-Leonenin Şimal vilayətində yaşayış məntəqəsi) – Masisa (Konqonun Kouilou bölgəsində yer adı);
13) Mexnuni (gəlmə hayların feodal nəsli) – Mexnun (Eritreyada soyad);
Hay–Efiopiya əlaqələrindən danışarkən belə bir məsələyə də toxunmaq yerinə düşərdi: haylar uzun illərdən bəri bütün dünyaya göstərmək istəyirlər ki, hay əlifbasını guya Mesrop Maştots yaratmışdır. Lakin SSRİ-nin görkəmli dilçi alimlərindən biri olan akademik Dmitri Olderoqqenin hələ 1975-ci ildə dərc edilmiş “erməni–Efiopiya əlaqələri tarixindən” adlı məqaləsində göstərildiyi kimi, hay əlifbası Efiopiya (amhar) əlifbası əsasında düzəldilmişdir.1 Onu da qeyd edək ki, hayların Mesrop Maştots barəsində uydurmaları Efiopiyanın özündə də etirazlar doğurmuşdur. Efiopiya alimləri açıq şəkildə bildirmişlər ki, Mesrop Maştotsun adı ilə bağlanan əlifba əslində amhar əlifbasının eynidir.
Beləliklə, toponim paralellərini də nəzərə alaraq deyə bilərik ki, haylar hələ Efiopiya ərazilərində yaşadıqları dövrdə oğurladıqları amhar əlifbasını da götürüb Azərbaycana və dünyanın digər yerlərinə köç etmişlər.
(Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar! 22.01.2021. Bakı. Müəllif: Zaur USTAC
Tanınmış yazar, Naxçıvanda yazıb-yaradan Təranə Arifqızı (Əliyeva) bu günlərdə iki yeni kitabla oxucuların görüşünə gəlib. Müəllifin “Əcəmi” nəşriyyatında nəşr olunan kitabları “İçimdəki səs” və “Qarabağda 44 gün” adlanır.
Təranə Arifqızı – yazar.
Bu münasibətlə Təranə xanımı təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzu edirik!
Tanrının insana bəxş etdiyi istedad, təxəyyül, aldığı təhsil, zəka dərinliyi və itiliyi cəmiyyətdə tutduğu müəyyən mövqe ilə birləşdikdə ona geniş imkanlar yaradır. Bu sintezi özündə cəmləşdirən insanlar çox vaxt yaradıcı olurlar. Bitirdiyi ali məktəbdən, ixtisasından asılı olmayaraq, Tanrının belə seçilmişləri adətən incəsənətin sahələrindən birinə üz tutur və o sahədə də peşəkar olurlar. Çünki onların daxili aləmi, ruhu, zəngin təxəyyülü, xəyal və arzuları adi peşəyə sığmır və bir gün daxili çərçivənin divarlarını uçurub üzə çıxır, artıq həmin şəxsin özünə yox, minlərlə insanın qəlbinə nəinki yol tapır, həm də hakim olur.
Belə insanlardan biri bugünkü ədəbiyyatımızda, mətbuatda müstəsna yeri olan Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Rəsul Rza mükafatı laureatı qazi şair, yazıçı, publisist, tərcüməçi Rəfail Tağızadədir. Onun ədəbi yaradıcılığı uzun müddətdir ki, oxucuların diqqətini cəlb edir.
Rəfail müəlllimin yaradıcılığı çoxşaxəlidir. Hansı janra əl atırsa, orda qeyri-adi, maraqlı bir əsər ortaya qoya bilir. Rəfail Tağızadə poeziyasının pərəstişkarı olduğum, şeirlərini özündən əvvəl tanıdığım üçün bu gün məhz onun lirik düşüncələrinə, zəngin və sərhədsiz poeziya aləminə qısa səyahət etmək istədim.
Rəfail Tağızadə adi şeir yox, sözlərdən, kəlmələrdən toxunmuş incə naxışlı, rəngarəng ilməli həqiqi söz xalıları – söz sənəti nümunələri yaradır. Yaratdıqca da kamilləşir, müdrikləşir və bu dünyanı dərk etdikcə daxilində bir nigaranlıq hiss edir:
Tabladıq dərdlərə dözənə qədər,
xərcləndik günləri üzənə qədər,
yaşadıq, bu ömrü çözənə qədər,
gün keçir, ay ötür, könül nigaran –
yazan şair narahatdır, çünki ürəyi tək özü üçün deyil, cəmiyyət üçün, insanlar üçün vurur, hətta bəşəri problemləri də düşünür, təhlil edir və müəyyən nəticələr çıxarır.
Rəfail Tağızadəni başqalarından fərqləndirən bir çox cəhətlər var. Ən əsası da odur ki, şair insanın müxtəlif emosional anlarını – sevinci də, kədəri də qeyri-adi və eyni zamanda çox təbii təsvir edə bilir. Dilimizdə mövcud olan adi, hər kəsin işlətdiyi sözlərdən yeni mürəkkəb bir aləm yaradıb oxuculara təqdim etməyi bacarir:
Аğаcın yаylığı аyаqlаr аltdа
yеriyə bilmirəm çığırtısındаn.
Çılpаq аğаclаrın əlləri göydə
yаrpаğın sоn duа pıçıltısındаn.
Yеnə gəlib çаtdı pаyız ахşаmı,
yеnə bu könlümdə küləklər əsir,
ахşаm süfrəsində bоş qаlıb bir yеr
kölgələr dоlаşır, kölgələrdə sirr.
Pəncərə önündə ağac kimiyəm,
xatirə yarpaqlar uçur havada,
ömrün payızında bir xəzan kimi
ayrılıq səs salır yalqız odada.
Tutub boz səmanı qara buludlar,
pərdələr üşüyür bomboz оtаqdа.
Səmtini itirib, yоlunu аzıb,
cığırlаr о kövrək yаrpаq yаtаqdа.
Payızı hamımız sevirik, onu hər kəs gördüyü kimi təsvir edir. Rəfail Tağızadə isə həm də ilin sonbaharının yaratdığı həzin kədərin həyata, insan varlığına transfer edilməsini mükəmməl izah edir. Bu da bir fərqlilik, bu da bir bənzərsizlik.
Şairin duyğularını, düşüncələrini poeziyasevərlərə çatdırmaq imkanı olduqca genişdir. Başqalarının deyə bilmədiyini, görə bilmədiyini özünəməxsus, yaddaqalan və sevilən bir tərzdə demək bacarığı şairin xüsusi istedadından xəbər verir. Rəfail müəllimin poetik fikirlərini bu dərəcədə dəqiq və bənzərsiz çatdıra bilməsi, məncə Allah vergisidir. Sanki bu sözlər, ifadələr ona diktə edilir, hansısa ilahi bir qüvvə onun şeirlərini ölçüb-biçib tənzimləyir, səliqəyə salır və oxuculara məhz bu şəkildə çatdırır. Lakin bununla yanaşı, hər bir söz adamını ətraf mühit, görüb götürdükləri və yaşadığı cəmiyyət formalaşdırır da deyə bilərik. Rəfail Tağızadə də bu baxımdan istisna deyil. Füsunkar Qarabağ torpağında doğulub yaşaması, bir neçə xarici ölkədə təhsilini təkmilləşdirməsi və nəhayət, birinci Qarabağ müharibəsi iştirakçısı olması qazi şairin insan kimi formalaşmasında və gələcək yaradıcılığında böyük rol oynayıb. “Şair olmaya bilərsən, ancaq vətəndaş olmağa borclusan”, – deyib məşhur rus şairi N.A.Nekrasov. Rəfail Tağızadə məhz vətəndaş olmaq borcunu layiqincə yerinə yetirdiyinə görə şairliyini bu zirvəyə qaldıra bilib. Zahirən həmişə sakit, təmkinli, mülaym görünən bu insanın daxilində ciddilik, bəzən yerində biruzə verilən sərtlik də var. O, heç vaxt, heç nəyə görə heç kimə və heç nəyə əyilmir. Başını yalnız Tanrı qarşısında əyən insanlar başqalarının gözündə ucalır. Hansı tədbirdə olursa olsun, hansı məclisdə iştirak edirsə etsin, Rəfal Tağızadə həmişə dərin ehtiramla qarşılanır. Çünki həmişə nə dediynin, nə danışdığının və nə etdyinin fərqindədir.
“Mən öz əsgərlərimi balalarım qədər, bəlkə bir az da çox sevirdim”, – deyir keçmiş döyüşçü Rəfail Tağızadə. Elə bu bir cümlə onun nə qədər dərin, genişürəkli, qayğıkeş, mərhəmətli, məsuliyyətli və vətənpərvər olmasının danılmaz sübutudur.
Eldən, obadan uzaq düşən insan kövrək olsa da, dərd, kədər, həsrət onu bərkidir, dözümlü edir. Rəfail müəllim uzun müddət yurd həsrəti ilə yaşayıb. Bəlkə də, qazi olmasaydı, müharibənin dəhşətlərini görməsəydi, yurd itirməsəydi, el-oba həsrəti yaşamasaydı, belə yanğılı, ağrılı yazmazdı:
Bu gün tоy qurulub, tоy, Qаrаbаğdа,
qоl-qıçlаr qışqırır, оy, Qаrаbаğdа.
Bu qаzi tоyundа, bu ər tоyundа,
rəqs meydаnınа nidаlаr qоyаn
tək qıçı üstündə оynаyаn оğlаn,
bu gecə tək qаlаn qıçın оynаyır.
Оturub оrtаdа qаrа ciyər bəy,
sаğdişi аyаqdı, sоldişi qоldu,
dаğlаrа dırmаnаn uzаnаn yоldu,
sürünə-sürünə bаrmаqlаr gəlir,
аtlаnа-аtlаnа pəncələr gəlir,
qоllаr rəqs eləyir, qıç təpik çаlır,
оynаyıb yоrulаn əl çəpik çаlır.
Hərdən hаlаy vurub yаllı gedirlər,
bir pəncə оrtаdаn çıхmаq istəmir
qаlаn bаrmаğındаn süzülür təri,
sevinc tər içində bоğur kədəri…
Şəhid Qаrаbаğdа tоydu bu gecə.
Bu qаzi tоyundа, bu ər tоyundа,
yerində оynаyаn süzənindən çох,
yerdən təbrik edən gəzənindən çох,
sаqqаllı gələni bəzənəndən çох.
Bu qаzi tоyundа, bu ər tоyundа,
tək əl оvcun döyür çəpik yerinə,
çəliklər səs sаlır təpik yerinə.
Qаzilər оynаyır, qаzilər indi –
bаşlаrı üstündə qоltuq аğаcı,
yellənir bоş, qıçsız şаlvаr bаlаğı.
Bu qаzi tоyundа, bu ər tоyundа.
Bu gün bəy оturub bаyrаğın аltdа,
bu qаzi tоyundа, bu ər tоyundа.
Bu qаzi tоyundа, bu ər tоyundа
qоl qаlхır, qıç qаlхmır оynаyа о dа,
ötən günlərini sаlа bir yаdа.
Dоlаşаn ruhlаr dа оynаyır bu gün,
itən аrzulаr dа оynаyır bu gün,
bu qаzi tоyundа, bu ər tоyundа.
Bu qаzi tоyundа, bu ər tоyundа,
çəngəllər, bıçаqlаr əllərdən аrtıq,
susаnı dаnışаn dillərdən аrtıq…
Göylərə ucаlаn tək qоl оynаyır
yаnındа оynаyаn bir хəyаl qоllа,
yоl gedir, yоl gedir bir kölgə yоllа.
Аnаnın yоl çəkən gözləridi bu,
оğlunа söz qоşаn sözləridi bu.
Səngərdən dаğlаrа uzаnаn аğ yоl,
sоnundа qаliblər dаyаnаn аğ yоl,
bu gecə yоl gedən tək аyаqlılаr
döyüşə səsləyir ayaqlıları,
bu qаzi tоyundаn, bu ər tоyundаn.
Belə tükürpədici misralardan istfadə edərək bir qədər irreal təsvirlə poeziyasevərləri vahimələndirməyi bacarmaq hər söz adamına nəsib olmur. Belə şeirlərdə abstrakt rəsmlərdə olduğu kimi min bir rəngin çaları var, ancaq oxucu şairin önə çəkdiyi fikrin rəngini görə bilir, çünki şair təfəkkürü oxucunu məhz o fikrə cəlb etməyi bacarır. Bir sözlə, yaradıcı insan istedadlı olduqda meydana əsl sənət əsərləri çıxarır. Rəfail Tağızadənin hər kiçik şeiri belə bir əsərdir. Təsirli, yadda qalan əsər…
Türk mütəfəkkiri Əlişir Nəvai yazırdı:
Sözlərdə bir yalan gizlənsə əgər,
Bizə yanlış gəlir, hec bəyənmirik.
Bir müdrik bir şeir yazarsa əgər,
Yalanı da görsək qüssələnmirik.
Şeir, söz, kəlam, uğurlu fikir çox böyük qüvvədir. Yetər ki, sözü anlayan, duyan olsun. Əsl şair oxucunu yalana da inandırmağı bacarmalıdır. Mənə elə gəlir ki, həqiqət dolu şeirləri ilə bərabər Rəfail Tağızadə fantastik, uydurma bir əsər də yazsaydı, yəni yalan da söyləsəydi, biz ona inanardıq. Çünki onda oxucunu sözlə ovsunlamaq gücü, poetik düşüncə ilə insanı ələ almaq istedadı var.
Şairin şeirləri ürəyə, ruha yaxın olduğundan onların məna qatlarına vardıqca istər-istəməz gözlərimiz dolur. Kədərdənmi, sevincdənmi, fərəhdənmi, yoxsa bu qədər Vətən eşqli, millət, torpaq, insan sevgili şairin sənə, sənin millətinə, xalqına məxsusluğundanmı? Bu, sözün belə izah etməyə gücü çatmadığı qürur hissidir. Fərqi yoxdur, əsas odur ki, oxucu şairini şeirləri ilə tanıyır, onunla yaxınlaşır, doğmalaşır.
Dəqiq bilirəm ki, Rəfail müəllim həmişə ya ən yaxşı bildiyini, ya da heç kimin və yaxud çoxunun bilmədiklərini yazır. Çünki o, əvvəlcə yazdığı mövzunu dərindən dərk edib müəyyənləşdirir, sonra da sözləri bir-birinin ardınca elə düzür ki, onun məharətinə heyran olursan. Şairin elə “Qoru məni” şeirini oxumaq kifayətdir ki, onun istedadının və həddən artıq diqqətli müşahidə qabiliyyətinin şahidi olaq:
Bu gecə yuxumu ərşə çəkdirən
dərdlər göy əskiyə bükəcək məni.
Tutub öz əlimlə, dırnaqlarımla,
hələ codlaşmamış barmaqlarımla
məni öz qanıma boyuyacaqdı.
Sonra maddım-maddım baxıb üzümə
bu dərdi taleyə bağlayacaqdı.
Qanımı dondurub, səsimi kəsib,
küyümü içimdə saxlayacaqdı.
Arzular qurtarmır, güman yetişmir,
uzanan əlimə ümman yetişmir.
Sən məni dənizin üstünə çıxar,
istərsən yeriyib gedim bu yerdən.
Məni utandırma özüm-özümdən.
Açın bu gecənin qapılarını.
Udacam gecəni hava qarışıq,
bu dəniz qarışıq, səma qarışıq,
ulduzlar qarışıq, o Ay qarışıq.
İlahi, sən məni günahdan qoru,
məni utandırma gecə yanında,
bu dəniz yanında, o Ay yanında,
məni utandırma Onun yanında.
… qoru bu gecəlik günahdan məni,
qoru bu gecəlik qınaqdan məni…
Rəfail Tağızadənin şeirləri qəlbin simlərinə toxunub titrədən mizrab kimidir. Bu mizrabı şair o qədər ustalıqla, məharətlə işlədir ki, hərdən lap sarı simə də toxunur. Bəzən şeirin bir misrası, sanki şeirdən ayrılıb sənin olur, onun sənin qəlbin üçün nəzərdə tutulduğunu sanırsan. Sanki, sən illərdir məhz o misranı axtarır və məhz Rəfail Tağızadə şeirində tapdığını düşünürsən. Əgər hər kəs şeirlərdən özünə bir misra götürərsə, şeir yaşayar, yaddaşlarda əbədi qalar və hər dəfə kimsə “bu misralar Rəfail Tağızadəyə məxsusdur!”, – deyə bilər.
Ümumiyyətlə, mənə elə gəlir ki, hər bir yaradıcılıq məhsulunun mənbəyi, təməli gözəllikdir. Gözəlliyi görməyənlər, sevməyənlər, ona biganə olanlar heç vaxt uğur qazana bilməz. Vəsf etmək bacarığı yalnız gözəlliyi görənlərə, duyanlara, dəyərləndirənlərə məxsusdur. Rəfail Tağızadə çox dərinlikdə yerləşən, heç kimin görə bilmədiyi incəliyi, gözəlliyi həssaslıqla sezə bilir. Sanki, şair dünyaya gözləri ilə deyil, həssas qəlbi ilə baxır.
Həqiqi sözə vurğun olmağı Tanrının lütfü, tapşırığı kimi qəbul edənlər təkcə aydın, işıqlı düşüncənin diqtə etdiklərini deyil, həmçinin çoxlarına dolaşıq, qarmaqarışıq təsir bağışlayan hissləri də bir yerə yığıb cilalayır, sistemləşdirir və oxucuya təqdim edir. Elə şair var ki, hansısa məlum bir fakta sözlə bəzək-düzək verib şeirə çevirir. Eləsi də var ki, yazacaqlarını ürəyinin süzgəcindən keçirib bizə təqdim edir. Belə şairlər şeirlərində sözlərə ən sonda əl atırlar, çünki sözlərdən əvvəl hislər gəlir. Rəfail müəllim məhz hisslərlə sözün vəhdətindən ilahi poeziya yaradan şairdir. Onun şeirlərində əsas yer hislərindir.
Əslində, Rəfail Tağızadə sevgi şairidir. Onun yazdıqlarında bir dənə də olsun sevgisiz şeir yoxdur. Tanrıya olan imanı və sevgisi ona sevmək və sevilmək kimi gözəl neməti də bəxş edib. Vətən, doğma el-oba, ailə, gözəllik, bəşər sevgisi yaşadır Tağızadə poeziyasını:
Götürüb gedirəm səni özümlə
gecənin ən sakit, gizlin yerinə.
Qıymaram mən sənə könlümdən başqa
bir baxış toxuna, yerin bilinə.
Mən səni köksümə sıxıb apardım,
bürüdüm hissimin burulğanına.
Bir də görərsən ki, qaçıb üzümdən
dodağım qonubdu dodaqlarına.
İlahi, sən bunda cazibəyə bax!
Bu sevgi özümdən qoparır məni.
Bu xumar gecədə bədirlənən Ay,
salıb işığına aparır məni.
Şairin ”Götürüb gedirəm səni özümlə” şeirindəki incəlik, gözəllik oxucunu yaxşı mənada təəccübləndirir. O incəlik, gözəllik, ilahi sevgi şairin özünə, eləcə də bizə ”İlahi, sən bunda cazibəyə bax!” dedirtməyi bacarır.
Ömrümüzün bütün fəsillərindəki ayrı-ayrı məqamlar – sonbaharda yarpaq tökümü, qışın oğlan çağında yağan bəmbəyaz qar, baharın çiçəkləyən ağacı və yayın rəngarəng çiçəkləridir Rəfail Tağızadə poeziyası. Onun şeirləri insanı gah xoş ətir qoxusu kimi bihuş edir, gah da güclü bir ağrıkəsici kimi təsir edib sakitliyə, sükuta qərq edir.
30 ildən çoxdur ki, Qarabağ dərdi, Qarabağ həsrəti hamımızın ürəyinə sağalmayan çatlar qoyub. Hər birimiz bir cümlə ilə də olsa bu yaraya toxunduq, ondan yazdıq, ancaq Rəfail Tağızadə bu dərdi yaşayaraq qələmə aldı. Səngərdə vuruşaraq, ətrafında ölüm görərək, yaxınını, doğmasını itirərək yazdı. Yazdı və yeni “Qarabağnamə”lər yaratdı. Tək əsər kimi yox – həyatıının, ömrünün bir hissəsi kimi. Şairin Qarabağ təəssüratları və düşüncələri, məncə ayrıca bir yazının mövzusu olmalıdır.
Yaradıcılığının ən maraqlı və məhsuldar dövrünü yaşayır Rəfail Tağızadə. Bir zaman Qarabağ həsrətindən yazan qazi şairimiz indi qələbədən, zəfərdən, azad Ağdamdan, azad Şuşadan yazır və yazacaq da. Onun Ağdama, Şuşaya səfərindən – cənnət Qarabağa müqəddəs ziyarətindən sonra yazdığı esselər, publisistik yazılar da şeirləri, poemaları qədər dərin mənalı və möhtəşəmdir. Məhsuldar və çalışqan yazarımıza – eyni vaxtda bir necə işi mükəmməl icra etməyi bacaran bu insana uğurlar arzu edir və səbirsizliklə yeni əsərlərini gözləyirik.
Əllərində bir dəniz,
gözlərində bir röya,
yanağın bir ay kimi
işıq salır gözümə,
barmaqlarım dalğatək
telində dalğalanır,
saçının həzin mehi
üzümdə sığallanır,
mənə dikilən baxış
tökülür üz-gözümə
mehriban xəyal kimi,
durub baxıram sənə
dili donmuş lal kimi,
bir ömürlük arzular
damla-damla süzülür
o qönçə dodaqlardan
ürəyimə bal kimi
necə də gözəl həyat,
sığın bu sinəmə, yat.
Belə bir incə və həzin duyğulu misralarla bitirmək istədim şairin poetik dünyasına etdiyim qısa ekskursu. Əminəm ki, gələcəkdə Rəfail Tağızadə yaradıcılığı bir çox tədqiqatların mövzusu olacaq…
Zaur Ustac – “Güllünün şeirləri” məktəbəhazırlıq qrupları üçün vəsait
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş “Məktəbə Hazırlaşırıq” adlı metodik vəsaitə daxil olunmuş şeirlərdən ibarət Zaur USTACın “Güllünün Şeirləri” kitabı NAYO – Norwegian Azerbaijanis’ Youth OrganizationOsloda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbində azərbaycanlı uşaqların ana dilimizi öyrənməsində yardımçı vasitə kimi istifadə olunacaq. Bu barədə məktəbin təşkilatçılarından olan Günay Əliyeva məlumat vermişdir:
“Zaur Ustacın müəllifi olduğu “Güllünün şeirləri”kitabı artıq məktəbimizdədir. Kitabda hər bir hərf üçün yazılmış şeirlər, tapmacalar uşaqlarımız üçün maraqlı bir dünya yaradacaq və əlifbamızı öyrənməyə həvəsləndirəcəkdir. Arzu müəllimə də bu kitabdan dərs vəsaiti kimi istifadə edəcəkdir. Əziz uşaqlar “Ana dili” dərslərində tezliklə görüşərik və kitabla yaxından tanış olarsınız.”
Həmyerlilərimizin ölkə başçısı tərəfndən Nizami ili elan olunmuş bu ildə dahi şairimizin adını daşıyan məktəbdə gördüyü işlər təqdirə layiqdir. Dünyanın olduqca müxtəlif qayğılar içərisində boğulduğu vaxtda belə mühüm əhəmiyyətli işlərə vaxt tapıb, gələcək nəsillərin qayğısına qalan Ramil Əliyevə, Günay Əliyevaya, Arzu Rzayevaya və balacalar üçün yazıb-yaradan Zaur Ustaca öz təşəkkürlərimizi bildiririk. Uğurlarınız bol olsun! Fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirik!