“XƏZAN” JURNALININ APREL – MAY (33) 2021 SAYI İŞIQ ÜZÜ GÖRÜB

“XƏZAN” JURNALININ APREL – MAY (33) 2021 SAYI

“Xəzan” jurnalının növbəti buraxılışı işıq üzü görüb.

“XƏZAN” – 33
Jurnalın cüt nömrəsində kimlər var? Qəbələli şairlərin şeirləri… Heç yerdə oxumadığınız poeziya, nəsr əsərləri, publisistik təhlillər…
“XƏZAN” ətrafında xeyli sayda oxucu toplamış bir ədəbiyyat dərgisidir, sorağı internet üzərindən Türkiyəyə, Almaniyaya, Amerikaya, Özbəkistana, Rusiyanın bölgələrinə qədər gedib çatıb. Jurnalda çap olunan müəlliflərin dərginin geniş yayılmasında xidmətləri təqdirəlayiqdir.
Sayca 33-cü nömrəsi çapdan çıxıb. 120 səhifəlik jurnalın növbəti sayı da poeziya, nəsr əsərləri və publisistik yazılarla zəngindir.
Redaksiya heyəti Qorxmaz Abdullanın 80, TƏRANƏ MƏMMƏDİN 65 yaşının tamam olması münasibətilə təbrik edir. Rəssam NAZİM HÜSEYNOVUN 65 yaşının tamam olması münasibətilə jurnalda öz fırçasından yaranan Qələbə etüdləri ilə əhatələnmiş səbəbkarın şəkili jurnalın arxa tərəfdən içəridə rəngli səhifədə yerləşdirilib.
Jurnal redaktor guşəsində yerləşən “Bizim Bakı” məqaləsi ilə başlayır. Müəllif Azərbaycan və Bakı haqqında dünya meridianında yeganə olan faktlardan söhbət açır.
Fərhad Ramizoğlunun “Sinifin iki qrupa bölünməsi məqsədəuyğundurmu?” məqaləsində Azərbaycan təhsil sistemində olan çox ciddi problem qabardılıb və mütəxəssis rəyi verilir.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Mətbuat tarixi və publisistika” şöbəsi, elmi işçisi Dilbər Rzayevanın ““Bəhlul” satirik jurnalında “Molla Nəsrəddin” ənənələri” məqaləsi ciddi araşdırmanın məhsuludur və təqdirəlayiq haldır. Bu sahədə aparılan araşdırmalar müasir ədəbi proseslərə bir nümunədir.
Emin Pirinin Vətən müharibəsinin iştirakçısı şair Elvin İntiqamoğlu ilə maraqlı müsahibəsi “Özümü yeni doğulan uşaq kimi aparırdım” başlıqlı yazıda verilmişdir.
Göyərçin Kəriminin “Ümidi söz olan şair” məqaləsi Fikrət Sadıq yaradıcılığına həsr olunub. Zaur Ustacın “Hərb mövzulu yazılar” sərlövhəli yazıda müharibə mövzusunda yazılmış əsərlərdə müəlliflərin yol verdiyi nöqsanlardan söhbət açılır.
Elvin İntiqamoğlunun “Xatirələr elmlər doktoru” və Ələsgər Talıboğlunun “İrəvanda xal qalmadı” məqalələrində insan faktorundan söhbət aparılır.
Ələsgər Talıboğlunun “Qisas qiyamətə qalmadı” məqaləsində Qorxmaz Abdullanın, Zaur Ustacın “Azərbaycan ədəbiyyatının “Hərb və sülh”ü” məqaləsində isə Əli bəy Azərinin kitablarından bəhs olunur.
Poeziya bölməsində şair Hafiz Əlimərdanlının “Azadlığa gedən yol” poeması çap olunub. Şairlərdən: Məhəmməd Əli, Zeynalabdin Novruzoğlu, Səadət Qərib, Rəhman Bayram, Teyfur Çələbi, Budaq Təhməz, Əbülfəz Ülvi, Bəxtiyar Abbas İntizar, Zəki Bayram Yurdçu, Kirman Rüstəmli, Xəyal Zeynal və Xəlil Tahirovun şeirləri jurnalın bu sayını daha da rəngarəng edib.
Bir iyun Beynəlxalq Uşaqlar günü də şairlərin yadından çıxmayıb. Jurnalın bu nömrəsində baba şairlər; İbrahim Yusifoğlu və Ələsgər Talıboğlu öz şeirləri ilə uşaqlara sevinc gətirməyə çalışıblar.
Qəbələdə yaşayıb-yaradan şairlər jurnalın bu nömrəsinin qonağıdır. Azərbaycan Yazıçılar və “Xəzan” jurnalı redaksiya heyətinin üzvü, şair Məhəmməd Əlinin təqdimatında oxucular bu nömrədə qəbələli şairlərdən: Kamil Məmmədov, Səməd Səmədov, Fərman Əzizli, Cəlil Xeyirbəy, Mirhəsən Ağayev, Qərib Hüseynov, Əhməd Məmmədli, Sədiyar Səfərəliyev, Şəhla Xəlilqızı, Ənvər Durucalı, Fəxrəddin Babayev, Mərziyyə Qəbələli və Niyazi Zöhrabovun şeirləri oxucuların ixtiyarına çıxarılmışdır.
Nəsr bölməsində Rusiya Yazıçılar Birliyinin üzvü Xaliq Azadinin “Xoşbəxtliyin son həftəsi” povesti çap olunub. Təranə Məmmədin, Zarema Əliyevanın, Rəşid Bərgüşadlının, Zəhra Səfəralıqızının və Əli bəy Azərinin hekayələri, Ramiz İsmayılın elegiyası da nəsr bölməsində yer alıb.


“Xəzan” jurnalının baş redaktoru:
 Əli bəy AZƏRİ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Norveç: «Yaşıl qış, yoxsa bahar?» – Günay Əliyeva

Günay Əliyeva – yazar (Norveç, Oslo)

Norveç: «Yaşıl qış, yoxsa bahar?»

Bu gün on il əvvələ 09.03.2011 səyahət edərək gənc bir qızın Norveçdə ilk baharını təsvir edəcəyik. Bəli, gənc qız isti və daima qaynar bir həyatın dövr etdiyi  bir ölkədən, ilin çox hissi qış olan və yorğan kimi torpağın üzərini örtən bəyaz qarın möcüzələr yaratdığı bir nağıllar ölkəsinə köç etmişdir. Mart ayında bu gənc qızı  sirli-sehrli nağıllar ölkəsi Norveçdə ilk qarşılayanda elə məhəbbət və təmizlik rəmzi sayılan «ağ qar» olmuşdur.  O qar ki, bahar ətirli, sevgi dolu və gözü ay kimi işıqlı o qızın həyatını bahardan qışa dəyişmişdir. Amma bu qış insanı üşüdən, qəlbini sıxan və evə çəkən bir qış deyildir. Bu yarı qar, yarı yağış və yarıdan çoxu yaşıllıqların xalça kimi ətrafa salındığı, şam,palıd ağaclarının sıx yerləşdiyi və maralın,ceyranın süzdüyü yaşıl meşələrin əsrarəngiz gözəlliyi ilə əhatə olunduğu  « yaşıl qış» idi.

Norveçdə ilk baharda gördüyü hər yarpaqda, hər güldə Vətən qoxusu,duyğusu və oxşarlığı görən gənc qız bir neçə il belə yaşamışdır. Qərb ölkədə kimi gördüsə Azərbaycan baharından, güllərinin ətrindən,rəngindən, quşların oxumasından,

 çeşmə bulaqlardan danışmış və onların xəyalı ilə özünü Norveçin«yaşıl qış» na  öyrəşdirmişdir. O «yaşıl qış» ki, sanki  canlı,təbii və ecazkar bir rəssam tablosudur. Bu tablo vasitəsi ilə o  gənc qız həm öz sevgisini tapmış ,həm də Vətən həsrətini qisməndə olsa unuda bilmişdir. Ağacların əksinin üzərində yer aldığı, göyü üz kimi təmiz göllər, bu göllərdə üzən nadir, gözəl quş növləri gənc qızı Norveçi sevməyə sövq etmiş və nigarançılıq hissini azaltmışdır. Təbiətin ecazkarlığı gənc qızın qəlbini ovsunlayaraq onu öz ağuşuna almağa başlamışdır.  İlk baharda onun ilk sirdaşı,qəlb yoldaşı və yaxın dostu da elə bu füsunkar təbiət olmuşdur. O,təbiətdən aldığı güc və qüvvədən irəliləyərək cəmiyyətdə hər hansı bir mövqey əldə etməyə çalışmış  özünü Norveç cəmiyyətinin və təbiətinin  bir hissəsi kimi qəbul etməyə başlamışdır. 

Norveç baharının simvollarından biri də yasəmən gülüdür. O yasəmən ki, rəngi,gözəlliyi,ətri, nazı və zərifliyi ilə neçə-neçə qəlbləri fəth edən və ovsunlayan qadına çox bənzərliyi vardır. AĞ,tünd və açıq bənövşəyi rənglərdə Norveç təbiətinin simvolu olan yasəmən may ayında tanrının bəxşişi kimi hər tərəfi  gözəllik çələnginə bürüyür. Yasəmən bu gənc qızıda ovsunlamış , qəlbində  sevgi hissi yaratmış və  qəribçilik hissini unutdurmuşdur. O,hara getsə, hara dönsə ancaq yasəmən görür ,dərib saçına taxır öz xəyal dünyasını qura-qura  “yaşıl qış”ı sevməyə və əzizləməyə başlamışdır.

Norveçdə yazın əsas simvollarından biri də yağışdır. O yağış ki Norveç meşələrini su ilə təmin edən və ecazkar yaşıllığın yaranmasının ilk və tək səbəbi nur yağışı…

Ancaq gənc qız hər yağış yağanda sanki bir qaranlığa qərq olar və nigarançılıq hissi onu rahat buraxmazmış. Yaz yağışının nigarançılığı qızı çox üzərdi və o Vətəndən,ailəsindən, öz doğma güllərindən nigaran qalarmış.  Gənc qız Norveçdə əsrarəngiz “yaşıl qış”da  hər yağış yağanda öz kiçik yuvası və sevdikləri  üçün nigarançılıq hissi keçirərmiş və “Təkcə səndən nigaranam” deyərmiş:

«Gəlib, hərdən düşər yada, hərdən düşər yada,
O günlər bir nağılsa da, şirin nağılsa da.
Bütün dünya dağılsa da, dünya dağılsa da,
Təkcə səndən nigaranam, səndən nigaranam..”

(Baba Vəziroğlu)

Quşların oxuması, dələlərin bir  ağacadan  o biri ağaca sürətlə qaçması, maralların yol üstündə və ya meşədə adama boylanması da Norveç təbiətinin möcüzələrindəndir.  İllər ötdükcə maralların sakit baxışı, dələlərin həyəcan və qorxu ilə qaçması və quşların xoş nəğmələri qənc qızın qəlbini ovsunlayır və “yaşıl qış”a olan sevgisini daha da artırırdır.

Belə ki, qarlı bir bahar günündə Norveçə gələn gənc qız zamanla bu ölkənin hər fəslini sevmiş, öz nağıl dünyasını yaratmış və qəhrəmanlarını isə həm Azərbaycan, həm də Norveçdən seçmişdir. O, qəlbində iki ölkəni birləşdirən bir nağıl yaratmış və onu belə adlandırmışdır:“ Yarı məndə, yarı səndə”

“Çiçək ətri gül üzündə,
Min məna var hər sözündə.
Bir buluduq göy üzündə
Yağış məndə, dolu səndə”
.

(Nüsrət Kəsəmənli)



Müəllif: Günay ƏLİYEVA


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“YAZARLAR” JURNALININ – MAY 2021 SAYI PDF

“YAZARLAR” JURNALININ – MAY 2021 SAYI PDF

                               BU  SAYIMIZDA

Baş  redaktordan………………………………………………….3

Qələndər  Xaçınçaylı. Q.Bayramova doğum günü təbriki……4

Akif  Abbasov. Alça ağacı…………………………………………9

Təranə  Məmməd. Gül  səbəti………………………………….13

Adilə Nəzər. Şeirlər……………………………………………….16

Rahim Üçoğlanlı (Rzayev). Şeirlər…………………………….21

Tarixi yaşadanlar – Əliqulu Qəmküsar…………………………27

Zaur Ustac. Belə bir kitab var…………………………………..32

“TƏRƏFSİZ ƏDƏBİYYAT TARİXDİR!” layihəsi çərçivəsində ödənişsiz əsaslarla nəşr olunur. Qiyməti: Pulsuz

 ∑ = 39 səh.                Çapa imzalanıb: 05.05.2021.

“YAZARLAR” JURNALININ MAY – 2021 SAYI PDF:


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru