
Həftəsonu məktəbimizin”Mənim dilim-ana dilim” layihəsi əsasında Azərbaycanın görkəmli şairlərindən biri Məhəmmədhüseyn Şəhriyarın 115 illiyi münasibətilə videokonfrans keçirilmişdir.Konfransda Amerika Biblioqrafiya İnstitutunun Güney Azərbaycan ədəbiyyatı üzrə eksperti AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvi Esmira Fuad, Şirvan şəhər Mərkəzi Kitabxanasının böyük metodisti Kəmalə Quliyeva, istedadlı və tanınmış aktrisa Rada Nəsibova , Estoniyadan konfransa qoşulmuş kitabxanaçı Təranə Mirzağayeva , Yevlax rayon Nizami adına Malbinəsi kənd orta məktəbin ibtidai sinif müəlliməsi və şagirdləri iştirak etmişdilər.
Natiqlər M.Şəhriyarın yaradıcılığı haqqında məlumat vermiş və bildirmişdilər ki, onun şeirlərində olan fəlsəfi düşüncə,azadlığa,mübarizəyə çağırış,vətənpərvərlik hissi şairin yaradıcılığını yüksək zirvəyə ucaltmış və Şəhriyarın şeirlərindəki mövzular hər dövrdə aktual olmuşdur.
E.Fuad bildirmişdir ki, M.Şəhriyarın vətənpərvərlik
duyğuları aşılayan , milli həmrəylik ideyasını təbliğ edən əsərləri dillər əzbəri olmuşdur. E.Fuad qeyd etmişdir ki Azərbaycandan uzaqlarda yaşamağa məcbur olan Şəhriyar özünün qəriblik qismətini Vətənin taleyi ilə müqayisə edir və bu paralellikdə bir məna görürdü. Belə ki şairin qərbçilik və vətən həsrəti onun yaradıcılığında öz təcəssümünü tapmışdır.
XX əsr Azərbaycan poeziyasının incilərindən olan ” Heydər babaya salam” poemasında milli ruh duyulur ,şair xalqının milli bütövlüyünü , adət-ənənələrini peşəkarlıqla və bədii sözün gücü ilə oxucularına təqdim etmişdir.
Tədbirdə tanınmış aktrisa Rada Nəsibovanın səsləndirdiyi M.Şəhriyarın “Azərbaycan” şeiri və İnarə Musayevanın rəhbərliyi ilə məktəblilərin söylədiyi digər şeirlərdə maraqla qarşılanmışdır.Tədbirin sonunda iştirakçılar Rübabə Muradovanın ifasında “Heydər babaya salam”və Yaqub Zurufçunun ifasında “Yar qasidi” mahnılarını dinləmişdilər. TƏDBİRDƏN FOTOLAR:


Müəllif: Günay ƏLİYEVA
GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru