KƏNAN ZƏKA TƏLTİF OLUNDU

Gənc yazar Kənan Zəka (Bayramov) “Ömür qatarı” adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə “Yazarlar” jurnalı tərəindən “Ziyadar” Mükafatına (N: 076 07.06.2021.) layiq görülüb. Bu münasibətlə laureatı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Kənan bəy!!!!

DOĞRULAMA LİNGİ: >>> LAUREATLAR


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şəddat Cəfərov və Akif Cabbarlının kitab təqdimatı kecirilib

İyun ayının 8- də M.Cəlal Paşayev adına Mədəniyyət mərkəzində Şəddat Cəfərovun 80 illiyi Akif Cabbarlının 70 illiyi yubileyi Fatma Həsənqızının “Acılı-şirinli günlər” və Akif Cabbarlının “Yolda” adlı kitablarının təqdimat  mərasimi keçirilib. Mərasimdə  Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı , 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin katibi(müavini), hüquq elmləri doktoru ; “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri, DAMM-nin Prezidenti ÇİNGİZ ABDULLAYEV,  DAMM-nin Baş Katibi FLORA XƏLİLZADƏ, Xalq Artisti Eldost Bayram, şair-publisist, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli, Şəhid atası Nəriman Həmidov, Şəhid anası Zümrüd Hüseynova, Təranə Balayeva, Nəzakət Əhmədova ve digər ziyalı qonaqlar iştirak ediblər. Tədbir  İNK İH-nin rəhbəri, Sabitlik və İnkişaf Mərkəzinin sədri, DAMMİB I vitse-prezidenti, ictimai xadim Rasim Məmmədoun başçılığı ilə keçirilib:

Tədbir qazı Mehdiyev Həsən,Tahirzadə Sərxan,Cəfərli Şiraz ilə görüşlə başa çatıb.

İNK – DAMMİB və SİMİB Mətbuat Xidməti


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ana mövzusunda yaza bilmirəm – Rahim Üçoğlanlı ilə müsahibə

Rahim Üçoğlanlı (Rzayev) – şair.

YASƏMƏN ATƏŞİN RAHİM ÜÇOĞLANLI İLƏ MÜSAHİBƏSİ

1. Rahim Rzayev  (üçoğlanlı) maraqlıdır nədən üç ….

Yasəmən xanım Üçoğlan mənim doğma kəndimin adıdır təxəllüs götürmüşəm .

2. Ilk şeirinizin Mövzusu nə idi xatırlayırsınızmı həmin o, şeiri?

Bəli xatırlayıram ilk şeirimi uşaq vaxtı Şuşada pioner lagerində olanda yazmışdım mövzusu sevgi məhəbbətdən idi uşaq düşüncələrinin məhsulu olsada oxuyanlar bəyənirdi Şerin adı “Şuşada bir qız var adı Pəridir” idi.

3. Hansı Mövzularda daha çox özünüzü şair kimi hiss edirsiniz…sevgi Vətən Ana?

Mən ümumiyyətlə Ana mövzusunda yaza bilmirəm,bircə şeirim var Anama ordada etiraf etmişəm ki sözün qüdrəti çatmır səni vəsf etməyə məndən incimə yaza bilmirəm Vətənpərvərlik mövzusunda da şerlərim çoxdur,ancaq oxucularım məni məhəbbət şairi kimi qəbul edir Məndə bununla razılaşmağa məkumam.

4. İlk Məhəbbətinizə qovuşmusunuz yoxsa nakamlığa sürünüb ilk eşqiniz…

Təbii ki əksər insanlar kimi məndə ilk məhəbbətimə qovuşa bilmədim Məncə buna  ilk məhəbbətdə deməkdə olmaz çünki gənclik uşaqlıq hisslərinin sevgi qarışıq bir təcəllası olur o yaşlarda Elə bilirsən məhəbbətdir amma adi ürək hisslərindən başqa bir şey deyil,sevgi ağılla ruhun vəhdətindən doğan bir varlıqdır.

5. Ilk Məhəbbətinizə qovuşsaydınız ona yazdığınız ilk şeir nə olardı?

Yalnız onu deyə bilərəm ki ilk sevgimə qovuşsaydım mən sonra şeir yaza  bilməzdim Sadəcə bu qədər…
Sadəcə, deyərdim qovuşdum yara,Bu gündən qələmi qoyuram yerə.)

6. Özünüzü şeirlə ifadə edə bilmisinizmi…

Bəli məncə bütün yaradıcı adamlar özlərini sənətləri ilə təsdiq edirlər Məndə öz heykəlimi şeirlərimlə yonmuşam hər sözündə sətrində özüm varam,qəlbim ruhum var Bir çox şeirlərimdə bunu açq ifadə etmişəm.

7. Müasir ədəbiyyat sizi qane edirmi ən son oxuduğunuz nədir??

Hər dövürdə olduğu kimi müasir ədəbiyyatımızda da gözəl yazarlar var Yalnız demək olar ki son dövürlər heç kimi oxumuram,sonuncu oxuduğum roman “Başsız Atlı” olub məncə,arabir vaxtım olanda Ramiz Rövşəni oxuyuram…

8. İstərdinizmi övladlarınız yolunuzu getsin şeir yazsın kitabları olsun Cəmiyyət onları qəbul eləsin tanınsın?

Hər bir atanın arzusudur övladlarını xoşbəxt görsün Övladlarım elədə şeirə ədəbiyyata həvəsli deyil, olsa belə şair olmaqların istəməzdim Çünki indiki zəmanədə çox duyğusal olmaq əlavə dərd gətirir insana Mən çox tanınıb popliyar olmağıda xoşlamıram telekanallardan bir neçə dəfə dəvət almışam çəkilişə getməmişəm Ancaq cəmiyyətdə hörmət qazanmaq üz ağlığıdır,söz əhlinə dəyər verən indi çox azdır İnşallah zaman ələkdən keçirdikcə dəyər verə biləcək insanlar meydana gələcək buna inanıram…

9. Kitab çap elətdirmisiniz elətdirmisinizə seçiminiz hansı nəşiryyat oldu o kitab sizə pul qazandırdı?

Cəmi bir kitabım çap olunub 2004-cü ildə Şərq nəşriyyatında çap olunub Hal hazırda 3 kitabım çap olunmaq üçün hazırdır Maliyyə vəsaiti olmadığından qalır İlk kitabımdan heç bir qazanc əldə etmədim hədiyyə etdim dostlara.

10 . Dostlarınızdan biri sizə bir kitabın xərci mənim boynuma O kitablardan hansını çap elətdirərdiniz…

Fərqi yoxdur hamısı mənim üçün əzizdir,valdeyinin övladların necə sevirsə ayrı seçkilik qoymadan şairdə şeirlərin elə sevir çünki hamısı onun qəlbindən ruhundan gələn hisslərdir..

11. Son olaraq oxucularınıza nə demək istərdiniz ….

Mən öz dəyərli oxucularıma nikbin olmağı arzulayıram,həyat bir imtahandır onu duyğulu yaşamağı töfsiyyə edərdim Yemək üçün yaşamağı yox, yaşamaq üçün yeməyi məsləhət görərdim Poeziya və musiqi ruhun qidasıdır bunlara yaxın olmağı arzu edərdim Çox məmun oldum Yasəmən xanım sizinlə dialoqdan Var olun işinizə uğurlar arzu edirəm.Allah sizi qorusun təşəkkür edirəm diqqətiniz üçün…

Söhbətləşdi: Yasəmən ATƏŞ

YASƏMƏN ATƏŞİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aytac İbrahim- Şəhid Rəvan Bünyadlı

Şəhid Rəvan Bünyadlı və anası Mülümət Bünyadlı ( Şəfa xanım)

“Terminator”

Vətənimin şimal -qərbində, dağların sıra-sıra düzüldüyü, ağacların bir-biri ilə yarışdığı, səfalı təbiəti ilə göz oxşayan Qax rayonunun Almalı kəndində bir igid uyuyur…
Ömrü nakam, xəyalları nasaz, sevgi çiçəyi solmuş, şəhidlikdən pay almış – Şəhid Rəvan Bünyadlı…
Hələ həyatdan doymamışdı, hələ gələcəkdə özü üçün, ailəsi üçün, bəlkə də daha yaxşı yaşaya biləcəyi o uşaqlığı üçün, gəncliyi üçün gün ağlayacaqdı…
Rəvan, 2001-ci ilin avqust ayının beşində Qax rayonunun Almalı kəndində dünyaya göz açmışdır.Valideynlərinin sevimlisi, qardaşı Rəşadın dayağı olan şəhidimiz,
2007-ci ildə Almalı kənd tam orta məktəbinə ilk qədəmlərini atmış, müəllimlərinin, sinif yoldaşlarının, hətta özü kimi şəhid olduğu parta yoldaşı – Məhəmməd Yusiflinin, kənd əhalisinin rəğbətini qazanmışdır.O, bu səmimiliyi, canayaxın rəftarı, gözəl ədəbi ilə onu tanıyanların qəlbini ovsunlamışdı…
2018-ci ildə həmin məktəbin məzunu olan, Bünyadlı Rəvan Qax peşə liseyində “Aşbazlıq” üzrə təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağrılır.
Şəhidimiz, Tərtərdə Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan postda xidmət edir.Burda da səngər yoldaşları içində özünə hörmət qazanır…
Onunla bircə dəfə belə ünsiyyətdə olanlar, öz xatirələrində bizim Rəvanı şən, gülərüz, mehriban biri olaraq anırlar.Hətta komandiri ona “Terminator” ləqəbi verir.Hardan biləcəkdi ki, əsgəri kimi özü də şəhid olacaq …
Bəli, Rəvan ürəyimizə od çəkən vətən müharibəsinin ilk günlərində, sentyabr ayının iyirmi yeddisində xidmət etdiyi “Mübariz İbrahimov” postunda ən uca məqama, şəhidlik zirvəsinə ucalır…
Nə böyük fəxarətdir, nə böyük uğurdur, necə gözəldir – mübarizlərin yetişdiriyi postda, Mübarizin davamçısı olaraq şəhid olmaq …
Əvəzi, ölçüsü, təsəllisi yoxdur, amma di gəl ki, balasını itirən ana üçün övlad ağrısı lap bətərdir…
Rəvanın anası Mülümət Bünyadlının ( Şəfa xanımın) verdiyi müsahibələrinin hamısında, oğlunun onların başını uca tutduğunu, ən gözəl mərtəbəyə layiq olub üzlərini ağ etdiyini bildirir.Lakin gözlərinin içindəki nisgil, səs tonundakı məyusluq, sözləri arasındakı bir saniyəlik qırıqlıq qəlbləri dağlamağa bəsdir…
Elə gözəl oğul oldu ki, Allah Rəvana o uca mərtəbəni nəsib etdi…
Eyni anda iki hissi birdən yaşamaq böyük qüvvə tələb edir.Vətən fədailərimizi həmişə yaşatmaq üçün isə toparlanmalıyıq.Mütləq toparlanmalıyıq!
Bəlkə Rəvanın timsalında, bütün şəhidlərimizin yerini bir övlad olaraq verə bilməyəcəyik, amma onların əmanətlərinə dost, dərd ortağı, sirdaş olacağıq…
Vətənimiz elə igidlər yetişdirir ki, duruşundakı əsalət düşmənin dilini çaşdırır.Torpağımızın altında elə igidlər yatır ki, adam o torpağa ayaq basmağa belə utanır …
Adın dillərə elə dastan olub ki, Rəvan, adam hər dəfə səndən yazmağa can atır…
“Fışkırır ruhu mücerret gibi yerden naşım,
O zaman yükselerek erşe değer belki başım.”

Göylərə yüksəlişin, şəhidliyin, məkanın, cənnətin, igidliyin mübarək olsun, qardaşım!

Müəllif: Aytac İBRAHİM 

AYTAC İBRAHİMİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

.