Təvəkkül Goruslu – Şair.
ŞUŞA Adı gəlcək könül dinir, qəlb oxuyur, Ritmdir, cəngidir, sədadır Şuşa! Rəmzi xarıbülbül, muğam qoxuyur, Hissdir, həyəcandır, nidadır Şuşa! * * * Ölkəmin köksündə döyünən ürək, Həm Azərbaycana nəfəsdir Şuşa! Zirvələr üstünə enən bir mələk, Yaddaşa süzülən “O” səsdir Şuşa! * * * Azərbaycanımın şanı, şərəfi, Namusdur, qeyrətdir, əxlaqdır Şuşa! Xalqımın mənliyi, duyğu tərəfi, Ruhunda çağlayan irmaqdır Şuşa! * * * Tanrıdan tikilmiş yaşıl qoftası, Qəlbləri fəth edən imandır Şuşa! Şəhidlər uğrunda olcaq fədası, Bayrağa lalətək damandır Şuşa! * * * Zirvəsi qıy vuran qartal məkanı, Ətəyi bəhərli , arandır Şuşa. Zəfərlə qazanıb şansı, imkanı, Birliyə vəsilə, “Turandır” Şuşa! 01.06.2021.Müəllif: Təvəkkül GORUSLU
TƏVƏKKÜL GORUSLUNUN DİGƏR YAZILARI
TƏVƏKKÜL GORUSLU DİGƏR MƏNBƏLƏRDƏ
YAZARLAR.AZ ===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>>>
Əlaqə: Tel: (+994 ) 70-390-39-93 E-mail: zauryazar@mail.ru