
ÖYRƏNMƏLİ NÜMUNƏ
Zəka sahibləri olan insanlar ilahi qüdrətin əlamətlərinin əsas daşıyıcılarıdırlar. Zəkalı insanın iradəsi parlaq və güclü olur. Parlaq zəka ilə qüdrətli iradəni özündə birləşdirən şəxsiyyətlər dünya xoşbəxtliklərinin ən uca zirvələrini fəth edirlər. Zəkanın vüsəti tarixi şəraitin qanunauyğunluqlarını düzgün dərk etməkdə, xarakterin qüdrəti isə onu tarixin ümumi inkişafının mühüm məqamlarına uyğun idarə etməkdir. Zəka bəşəriyyətin əsas hərəkətverici qüvvəsidir. O, günəşdən fərqli olaraq insanların beynini işıqlandırır, gözdən fərqli olaraq mahiyyəti və gələcəyi görür.
Cəmiyyətimizdə dahilərin missiyası anlayışı var. Dünya tarixindən bəlli olduğu kimi, dahilər öz ideyaları və əməlləri ilə mənsub olduqları xalqları, ölkələri böhranlardan qurtarmış, onların yolundakı maneələri təmizləyərək inkişaflarına zəmin yaratmışlar. Minilliklərin sınağından çıxan bu həyat həqiqəti ümummilli liderimiz, işıqlı şəxsiyyət Heydər Əliyevin timsalında bir daha təsdiqini tapmışdır. Çox az dövlət xadimi göstərmək olar ki, öz xalqının, vətəndaşı olduğu ölkənin ictimai-siyasi, sosial-iqtisadi, milli-mənəvi tərəqqisindəki xidmət etsin. Azərbaycanda bu dahilik, liderlik missiyasını yeganə amalı, yaşamaq devizi taleyin ona bəxş etdiyi fitri qabiliyyətini, bütün qüvvə və bacarığını, əqli potensialını ana yurduna, doğma xalqına həsr etmiş Heydər Əliyev zamanın nəbzini tutmağı, hər dövrün tələbinə, xüsusiyyətlərinə uyğun siyasi xətt yürütməyi və burada mütləq Vətənin, xalqın mənafeyinə uyğun üstün cəhətlər tapmağı bacarırdı.
Ölkəmizin inkişafının təməlində müstəqillık, hümanizim, güclü dövlətçilik dayanır. Hər kəsin dəyəri onun yaşadığı zaman kəsiyində göstərdiyi xidmətləri ilə ölçülür. Azərbaycan müstəqil bir dövlət kimi fəaliyyət göstərdiyi gündən bəri hər bir sahəyə, xüsusilə də elm və təhsil sahəsinə öz diqqət və qayğısını əsirgəməmiş:- “Cəmiyyət – elm və təhsilsiz inkişaf edə bilməz” sözlərini söyləyən ümummilli liderimiz bu istiqamətdə də bir çox işlər görmüşdür. Təhsil sahəsində aparılan islahatlar, verilən fərman və sərəncamlar buna misaldır. Təhsil sahəsində nadir istedadı ilə fərqlənən insanlara xüsusi diqqət və qayğı göstərməsi önəmlidur. Elm və mədəni tərəqqinin ölkəmizin gələcəyi üçün müstəsna əhəmiyyətini nəzərə alaraq istedadlı gənclərin onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısı daha da artmışdır. Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biridir və dövlətin davamlı sosial-iqtisadi, mədəni inkişafını təmin edən mühüm amillərdən biridir. Azərbaycan Respublikasının milli maraqlarının ödənilməsində elmin inkişafına təkan verməsi dövlətin sosial-iqtisadi qüdrəti, ölkənin müdafiə qabiliyyəti və milli təhlükəsizliyi, cəmiyyətin mədəni-mənəvi tərəqqisi və xalqın rifahı elmin inkişaf səviyyəsi ilə birbaşa əlaqəlidir. Müasir dövrdə dayanıqlı inkişafın əsasında elmi-texniki tərəqqinin rolunu və əhəmiyyətini ciddi bir faktor kimi son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daimi qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və əldə edilən elmi nəticələrin xaricdə tanıdılması üçün bir sıra mühüm qərarlar qəbul edilmişdir. Elmin inkişafına dövlət qayğısı, əslində dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə və rifah halının yüksəldilməsinə xidmət edən siyasətin tərkib hissəsidir. Qloballaşma prosesinin dünyanı əhatə etdiyi və elmi-texniki tərəqqinin kifayət qədər yüksək sürətlə aparıldığı müasir dövrdə müstəqil Azərbaycan dövlətinin inkişafı elmi durumun səviyyəsindən və qazanılan nailiyyətlərin tətbiqindən əhəmiyyətli dərəcədə asılıdır. Müasir dövrdə ən inkişaf etmiş dövlətlərin təcrübəsi təsdiqləyir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olurlar.
Azərbaycanm təhsil sisteminin dünya standartlarına yaxınlaşdırılması respublikamızın ali məktəblərinin beynəlxalq əlaqələrinin genişlənməsinə müsbət təsir göstərmiş, elmin, təhsilin xalqın, ölkənin həyatındakı misilsiz rolunu yüksək dəyərləndirərək bu sahələr inkişaf yoluna çıxarımışdır. Azərbaycanın təhsil sistemində təhsil alan insanların və xüsusən, ali məktəbləri bitirənlərin bilik səviyyəsi və onların biliklərini təsdiq edən sənədlər gərək dünyanın inkişaf etmiş ölkələrinin ali məktəblərinin bilik səviyyəsinə uyğunlaşdırılsın. Azərbaycanda təhsil almış və mühəndis diplomu almış bir insan başqa ölkələrdə də həmin diplomla qəbul edilə və fəaliyyət göstərə bilsin”, bununla da ölkəmizin ali təhsil sistemi qarşısında duran ən zəruri vəzifəni müəyyənləşdirmişdir.
Təhsilin inkişafına göstərilən müstəsna diqqət və qayğı təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ilə bağlıdır. Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, təhsilin sürətlə inkişaf etməsidir. Bu inkişafı şərtləndirən ən mühüm amil elmə, təhsilə müstəsna qayğı göstərməsi ilə bağlıdır.
Hər bir xalqın, məmləkətin taleyində təhsilin neçə mühüm əhəmiyyət kəsb etdiyi barədə geniş müzakirələr açmağa lüzum yoxdur. Təhsil cəmiyyətin irəliyə getməsi üçün bir mayakdır, işıqdır. Təhsilsiz cəmiyyət kölədir, təhsilsiz xalq heç vaxt öz sərvətinin, dövlətinin sahibi ola bilməz. Təhsil və elm ölkənin, xalqın taleyidir. Təsilin və elmin inikişafı ümumxalq problemdir, “Təhsil xalqın gələcəyidir”! Təhsilin cəmiyyətin, xalqın, dövlətin inkişafında rolu danılmazdır. Gənc nəslin müasir tələblər zəminində təhsillənməsi, gənclərin bilik və intellektual səviyyəsinin yüksəlməsi, onların gələcəkdə kamil mütəxəssis və ləyaqətli vətəndaşlar kimi yetişməsi …
Milli dəyərlərimiz olan adət və ənənələrimiz, davranış və rəftarımızda milli əxlaq normalarımız yetişən gənc nəslə təlim və tərbiyə prosesində, müəllimin yaradıcı, peşəkar fəaliyyəti prosesində aşılanır. Təhsilin məzmunu və müəllimin peşəkar fəaliyyəti şəxsiyyətin mili mentalitetini yüksəltməyə, milli özünüdərkinə, onun hərtərəfli inkişafına, yüksək insani keyfiyyətlərə yiyələnməsinə xidmət etməlidir. Güclü iqtisadiyyat, güclü sosial siyasət, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, qanunun aliliyinin bərqərar olunması, demokratiyanın inkişafı, siyasi islahatların aparılması və dərinləşməsi – bütün bunlar Azərbaycanı hərtərəfli inkişaf etdirmək üçün vacib amillərdir. Təhsilin keyfiyyətinin ən inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəlməsi ilə bağlı uğurlarımızla, təhsil sahəsində beynəlxalq proqram və layihələrdə iştirakımızla haqlı olaraq fəxr edirik. Bütün bunlar, şübhəsiz ki, təhsilə, təhsil işçilərinə diqqət və qayğı, müstəqillik illərində səmərəli fəaliyyət üçün yaradılmış əlverişli şərait və imkanlar sayəsində mümkün olmuşdur.
Bu gün Azərbaycan məktəbi böyük iftixar hissi keçirir ki, onun yetirmələri içərisində zəkalı insanlar, böyük dühalar var. Onlardan öyrənməyə, onların simasında yeni-yeni sağlam nəsillərin formalaşmasına xidmət etmək təqdirə layiqdir.
H.Əliyev nümunəsində bilikli, savadlı, zəhmətsevər, daim öyrənən və öyrədən, xalqına layiqincə xidmət edən nəslin formalaşdırılması bugünkü qayğılarımızdan biridir. Hər şeydən əvvəl ona görə ki, cəmiyyətimizin mədəni, əqidəli, fəal, daim axtarışda olan, xalq üçün, vətən naminə yaşayıb işləməyi bacaran vətəndaşlara ehtiyacı olduqca böyükdür.
Unutmamalıyıq ki, xalqımızın gələcəyi olan gənc nəsil öz dühalarını, zəkalı insanlarını tanımaqla, ondan öyrənməklə bir daha dərk edirlər ki, parlaq zəkalar insanların beyinlərini işıqlandırır, onları vəcdə gətirir, güclü xarakter onların qəlbinə cəsarət verir, inamla böyük tarixi qələbələrə aparır. Bu gün gənc nəslin formalaşdırılmasinda H.Əliyev nümunəsi vardır!
Öyrənməyi, öyrətməyi, davranışı, görkəmi,
Həm səliqə-sahmanı.
Öz dilini sevməyi, sevdirməyi,
Elə arxalanmağı, ona arxa olmağı!
Millətini, dövlətini dünyaya tanıtmağı.
Onun Haqqla bağlanmağı,
Onun Haqqla qorunmağı!
Vətənini, dinini, dilini qorumağı!
Yüksək mədəniyyəti, natiqlik məharəti!
Ziyalıya diqqəti, uşağa da, qocaya da,
Gəncə olan rəğbəti!
Yazıçını, şairi, bəstəkarı, rəssamı, həm alimi,
Müəllimi nəzərdə saxlamağı!
Özü böyük məktəbdir, öyrənməli nümunə!
İstedadlı olan millət gərəkdir ki, qorunsun!
Dövlətini, dilini, öz simasını qorusun!
Zəkasını, dühasını tanısın, onu sevib qorusun! (Z.V )

Müəllif: Zülfiyyə VƏLİYEVA
AJB -nin üzvü, ADPU-nin ETM
Elmi işcisi.Əməkdar müəllim.
Akademik M.Mehdizadə mükafatı laureatı
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
Təşəkkür edrəm Zülfiyyə müəllimə sizin bu məqlə gələcək nəslin maariflənməsinə bir tövhədir.Nə yaxşı ki varsız qələminiz əliniz var olsun
Heydər Əliyev kimi dùhanı hərtərəfli xarakterizə etmək, onun elm, təhsil və mədəniyyət sahəsindəki xidmətlərini hərtərəfli işıqlandırmaqla siz nəcib bir addım atmısınız. Yeni nəsil gəncliyinə bu nurani və fenomen şəxsiyyin , Azərbaycan dővlətinin hərtərəfli inkişafı űçūn attıģı cəsarəli addimları çatdırmaqla siz əslində bu şəxsiyyətə olan dərin hörmət və məhəbbətinizi göstərmiziniz.