ŞAMAXIDA BEYNƏLXALQ ELMI KONFRANS KEŞİRİLMİŞDİR

ŞAMAXIDA BEYNƏLXALQ ELMI KONFRANS KEŞİRİLMİŞDİR

ADPU-nun Şamaxı filialında “5-ci Beynəlxalq Elm və Təhsildə İnnovativ Texnologiyalar” adlı beynəlxalq elmi konfrans keşirilmişdir. Konfrans Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Türkiyə Cumhuriyyətinin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) təşkilatçılığı ilə baş tutmuşdur. Konfransa 20dən artıq ölkənin elm adamları qatılmışlar.

Filialın direktoru dosent Tünzalə Yusifova qonaqları salamlamış, açılış üçün sözü ADPU-nun rektoru professor Cəfər Cəfərova vermişdir. Rektor C.Cəfərov dünyada elm və təhsilin aktual rolunu qeyd edərək birgə keçirilən beynəlxalq konfransın əhəmiyyətini vürğulamış, onun işinə uğurlar arzulamışdır. Plenar iclasda ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, ADPU Elmi -Tədqiqat Mərkəzinin müdiri dosent Ərəstun Mehdiyev və Türkiyənin İKSAD institutunun  direktoru doktor Mustafa Latif Emek çıxış etmişlər.

Plenar iclasdan sonra konfransda bölmələr üzrə (“Təhsil və pedaqoji-psixoloji tədqiqatlarda innovativ texnologiyalar”, “Riyaziyyat, texnika və təbiət elmləri sahəsində fundamental tədqiqatlar və innovativ texnologiyalar”, “İctimai və humanitar elmlərdə innovativ araşdırmalar”) üz-üzə və onlayn formatda məruzələr dinlənilmişdir.

Ayətxan Ziyad (İsgəndərov)

ADPU-nun elmi işçisi


YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.