
“Xarıbülbül”ün işığında
10 iyun 2022 ci il tarixində keçirilən bu tədbir “Xarıbülbül” ƏM -nin üzvlərinin, iştirakçıların yaddaşında uzun müddət qalacaq…
Tədbiri Ədəbi Məclisin sədri, bu sətirlərin müəllifi, açaraq sözü müharibə veteranı, “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İB- nin sədri, “Tərəqqi ” medallı, “Xarıbülbül” Ədəbi Məclisinin təsisçisi Rada Abbasa verdi. O,tədbir iştirakçılarını salamladı. Sonra şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi..
Rada xanım “Xarıbülbül” hekayətini danışdı, zəfərə gedən yolda canlarını fəda etmiş şəhidlərimizdən, onların göstərdikləri şücaətdən ətraflı söhbət açdı.
Azərbaycanın ilk Milli Qəhrəmanı Səfiyar Behbudovun bacısı, “Qürur” Şəhid Ailələri Xeyriyyə İB-nin sədri Naibə xanım Behbudova da Müzəffər Ordumuzun qələbəsindən, qardaşı barədə məlumat verdi.
Tədbirin iştirakçılarından Şəhid kapitan Əsəd Həsənovun anası, ədəbi məclisin fəxri üzvü Mələk xanım, Şəhid Fəxri Qəribzadənin anası, ədəbi məclisin fəxri üzvü Mehparə xanım, M.Müşfiq ocağının yadigarı, hamımızın sevimlisi, ədəbi məclisimizin fəxri üzvü, Leyla xanlm Axundzadə, “M.S.Ordubad i muzeyi”nin aparıcı əməkdaşı Rasimə xanım Əhmədova, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi İB – nin sədri Ruhiyyə xanım Poladova, həmən təşkilatın Qəbələ rayonu üzrə təmsilçisi Təranə xanım Alməmmədova, yazıçı- şairə Əfşan xanım, “Qürur”İB-nin fəxri üzvü , yazıçı-publisist ehtiyatda olan polkovnik- leytenant Azər Hacıbəyli, bu günlərdə Türkiyədən yüksək mükafatla qayıdan həkim Aidə xanım Kazimi, dolğun şeirləri ilə mətbuatda çıxış edən Sevda xanım, Nərgiz xanım, musiqi müəllimi Türkan xanım və başqaları tədbirin maraqlı təşkilinə görə təşkilatçılara təşəkkür etdilər.
Tədbirə Xaçmaz rayonundan dəvət etdiyimiz-çəkdiyi rəsmləri ilə dəfələrlə qalib olaraq fəxri fərmanlara layiq görülmüş onuncu sinif şagirdi Nurlana Haşımova, İqtisad Universitetinin tələbəsi gənc rəssam Ayşən Cahangirova öz əl işlərini nümayiş etdirdilər. İştirakçılar gənc mügənni İslam Qasımovun ifa etdiyi “Azərbaycan” mahnısını və sosial mediyada Qarabag mövzusunda, vətənpərvərlik şeirlərinin özünəməxsus yüksək ifa tərzi ilə dinləyicilərin böyük ürəklərinə yol açmış tanınmış kiçik qiraətçi Nurayı coşqu ilə alqışladılar.
Qəbələdəki təmsilçimiz Təranə xanımın şəhidlərimizin fotoları əsasında hazırlanmış suvenir agacın şəhid anası Mələk xanıma hədiyyə etdi. Ana, – “… artıq oğlum tək deyil, rahatam ki, öz dostlarının arasındadır…”, – deyərək, hədiyyəyə görə Təranə xanıma dərin minnətdarlığını bildirdi.
Beləcə “Xarıbülbül” ədəbi
məclisinin üzvləri unudulmaz bir gün yaşadılar..
Sonda xatirə şəkilləri çəkildi. Fotolar:




Müəllif: NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVA
AJB -nin üzvü,”Yazarlar”jurnalının əməkdaşı,”Bizim Qala”jurnalının redaktoru, ”Qürur”bədii Yaradıcılıq Mərkəzi nəzdində ”Xarıbülbül” əbəbi məclisinin sədri.
NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru