Xətainin fikri ABŞ-da öz təsdiqini tapdı

TANRIVERDİ ƏLİYEVİN YAZILARI

Xətainin fikri ABŞ-da öz təsdiqini tapdı

    Yer kürəsinin yaranmasına dair alimlər müxtəlif nəzəriyyə və fərziyyələr irəli sürmüşdürlər. Bu nəzəriyyələrin əksəriyyətində qeyd edilir ki, su(H20) meteoridlərin daxilində Yer kürəsinə gəlib çıxmışdır. Sözügedən nəzəriyyə yaxın illərdə ABŞ-ın Lawrence Livermore National laboratoriyası tərəfindən təsdiq edilsə də  Azərbaycan şairi Şah İsmayıl Xətai bu fikiri XVI əsrdə söyləmişdir.

Gövhəri ab eylədim tutdu cəhanı sərbəsər

Yeri göyü ərşi-kürsi yaradan səttar idim.

Beytin birinci misrasına diqqət edək :

Gövhər – ərəb-fars qiymətli daş və ya adi daş

Ab- farsca su deməkdir

Cəhan- ərəb-fars sözü olub mənası Dünya deməkdir

Sərbəsər- ərəb-fars sözüdür, mənası başdan-başa, bütövlükdə deməkdir.

 Qeyd etdiyimiz sözlüyə nəzərən birinci misranı təhlil etdikdə belə bir nəticə əldə edirik : Şair söyləyir ki, Allah gövhəri yəni böyük qayanı(meteorit daşını) ab(su) etdi, cəhanı(dünyanı) başdan-ayağa(sərbəsər) tutdu. Maraqlısı budur ki, Xətai suyun dünyanı başdan-başa tutmasını qeyd edir. Halbuki, Dünyanın 2/3 hissəsi su, 1/3 hissəsi isə quru parçasıdır. Geoloq alimlər yaxın zamanlarda belə bir fikir irəli sürdülər ki, “su dünyaya gələn zaman bütün dünyanı qaplamış, daha sonra isə bir hissəsi buxarlanaraq buludlara çevirilmiş, digər hissəsi isə tektonik hərəkətlənmələr nəticəsində quru parçaları yaranan zaman müəyyən areala çəkilmişdir”.

 Qeyd etdiyimiz məsələ Qurani-Kərimdə bu cür qeyd edilir:

: وَهُوَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ وَكَانَ عَرْشُهُ عَلَى الْمَاءِ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا ۗ وَلَئِنْ قُلْتَ إِنَّكُمْ مَبْعُوثُونَ مِنْ بَعْدِ الْمَوْتِ لَيَقُولَنَّ الَّذِينَ كَفَرُوا إِنْ هَٰذَا إِلَّا سِحْرٌ مُبِينٌ

Sizin hansınızın daha gözəl əməl sahibi olmasını imtahan etmək üçün göyləri və yeri taxtı suyun üzərində olan halda, altı mərhələdə yaradan odur.

                                     (Hud surəsi 7-ci ayə)

  Suyun Yer kürəsinə asteroidlər vasitəsi ilə gəlməsi Qurani-Kərimdə belə izah olunur.

أَلَمْ تَرَ أَنَّ اللَّهَ أَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَسَلَكَهُ يَنَابِيعَ فِي الْأَرْضِ ثُمَّ يُخْرِجُ بِهِ زَرْعًا مُخْتَلِفًا أَلْوَانُهُ ثُمَّ يَهِيجُ فَتَرَاهُ مُصْفَرًّا ثُمَّ يَجْعَلُهُ حُطَامًا ۚ إِنَّ فِي ذَٰلِكَ لَذِكْرَىٰ لِأُولِي الْأَلْبَابِ

Məgər Allahın göydən (yağış, qar və dolu şəklində) su endirməsini, onu yerdə (yerin aşağı qatlarındakı) çeşmələrə daxil etməsini, daha sonra onun vasitəsi ilə müxtəlif bitkiləri (göyərti, dənli bitki və meyvələri) çıxardığını görmürsən?

                      (Zumər surəsi 21-ci ayə)

Haşiyə1:

 Qurani Kərimin ər-Rəhman surəsi 19,20 – ci ayələrində də su barədə maraqlı məlumatlar buyulur:

مَرَجَ الْبَحْرَيْنِ يَلْتَقِيَانِ

بَيْنَهُمَا بَرْزَخٌ لَا يَبْغِيَانِ

Bir-birinə qovuşan iki dənizi bir-birinə qarışdırdı (şirin sulu axar çaylar dəniz kimi, suyu şor hərəkətsiz dənizlərə qovuşurlar).

(Qovuşma yerində) onların ikisinin arasında (geniş bir ərazini əhatə edən) məsafə vardır ki, (təsir baxımından) bir-birini üstələmirlər. [Yaxud: Yer üzündə olan şirin suların hamısı dənizin şor suyundan gəlib və bir daha ora qayıdacaqdır. Lakin onlar Allahın qüdrəti ilə bir-birinə təsir göstərmirlər.]

 Ayədə dənizlərin (okeanların) bir-birinə qarışmadığı qeyd edilir. Bu ayənin elmi yol ilə izahını suyun duzluluq miqdarı ilə yəni promille ilə vermək olar. Belə ki, hər suyun özünə uyğun formada duzluluq miqdarı vardır. Duzluluq miqdarındakı fərqə görə suların tərkibi eyni deyil, ona görə də sular bir-birinə qarışmırlar. Məsələn Dünyada 4 okean vardır. Atlantik Okeanı, Sakit Okean, Hind Okeanı və Şimal Buzlu Okean. Qeyd etdiyimiz okeanlar arasında heç bir quru sərhəddi yoxdur, yəni dolayı yol ilə bir-biriləri ilə sərhəddirlər. Misal üçün Fernando Magellan Atlantik okeanından sakit okeana ordan da Hind okeanına bir-başa  su yolu ilə keçmişdir. Lakin belə bir sual yaranır, nə üçün okeanların adları fərqlidir?! Nə üçün onlar bir su sahəsi olduğu halda coğrafiyaçılar 4 yerə bölürlər. Bu sualın cavabı ondan qaynaqlanır ki, okeanlar arasında duzluluq fərqi vardır. Yəni tərkib hissələri bir-birləri ilə eynilik təşkil etmədiyinə görə sular bir-birinə tərkibən qarışmırlar. Bu ayəyə belə bir izah da vermək olar. Belə ki, Atlantik okeanında sahilsiz dəniz vardır ki, bu dənizin adı Sarqas dənizidir və düz Atlantik okeanının ortasında yerləşir. Fəqət onun duzluluq promilli az olduğuna görə okeana qaışmır və coğrafiyaçılar sözügedən dənizə fərqli ad veriblər.

Haşiyə2 :

  Fikrimizcə, Şah Xətai öz qəzəlindəki bu beyti Qurani-Kərimdən təsirlənərək qələmə almışdır. Maraqlı bir məqamı da qeyd edək : Qurani-Kərimin Tur 5-8-ci ayələrində buyurulur ki, “And olsun yüksək tavana (uca göyə)! And olsun alovlanan dənizə!…

  Ayədəki alovlanan dəniz kəlməsinə nəzər yetirək. Bildiyimiz kimi suyun tərkibi iki yanıcı kimyəvi elementdən ibarətdir. 1. Hidrogen(H), 2. Oksigen(O). Bu iki yanıcı kimyəvi element birləşən zaman söndürücü H2O maddəsini yəni suyu əmələ gətirir. Fikrimizcə, qeyd olunan ayənin təfsiri H2O-nun yaranma məsələsinə aiddir. Fəqət, bu ayənin izahını başqa cür də vermək olar. Belə ki, Oregon State University “Fire Under the Sea” məqaləsinə istinadən qeyd edə bilərik ki, müasir qərb alimləri Atlantik okeanında qeyri-adi istilik mənbəyi aşkar etmişdirlər. Alimlərin fikrincə, Okeanın alt tavanlarında yanıcı maddələr mövcuddur.

Həmin fikiri Xətai belə izah edir.

Dünyasından mən onun sinin bilirdim, ol mənim,
Dəryanın  altındakı sac qızdıran ənnar idim.

    Maraqlısı budur ki, sözügedən fikirlər yaxın illərdə NASA tərəfindən təsdiq edilsə də VII əsrdə Qurani-Kərimdə bu fikirlər öz əksini tapmışdır. Və maraqlısı budur ki, Məhəmməd peyğəmbər və ya İmam Əlinin həyatlarını tədqiq etdiymiz zaman bu iki şəxsin Okean səthində üzmədiklərini, habelə eyni zamanda okeanın dibinə enmədiklərini müşahidə etmişik.

Mənbələr :

Şah İsmayıl Xətai şeirləri Bakı-1975

İnternet resursları :

https://www.llnl.gov/missions/science
https://quranmocuzeleri.az/quran-ve-hedisin-deniz-altindaki-od-haqqinda-dediyi-heqiqet-1977-ci-ilde-kesf-edildi/

Müəllif : Tanrıverdi ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir