MƏNİ
Əyilib, alçalıb enən deyiləm,
Qorxuram, sındıra ədalar məni!
Hanı o sərraf ki, seçə gövhəri,
Ayaq külü sanır gədalar məni!
<<<< Firuze Elesgerova >>>>
Düşmüşəm fələyin yığıncağına,
Dönmüşəm əlinin oyuncağına,
Baxmayır ömrümün ahıl çağına,
Sirmayı yağıynan vədələr məni!
<<<< Firuze Elesgerova >>>>
Gah məni mindirir köhlən atına,
Qaldırır göylərin yeddi qatına,
Gah zərbinən vurur yerin səthinə,
Qarğalar-quzğunlar didələr məni!
<<<< Firuze Elesgerova >>>>
Huşa gəlməyəni başa gətirir,
Baxmır ahıl-cavan yaşa, gətirir.
Vızıltıynan keçir, guşa gətirir
Salır təlatümə sədalar məni!
<<<< Firuze Elesgerova >>>>
Deyir: nə yatıbsan fil qulağında?!
Nüfuzdan salarlar el yığnağında.
Ətrafımın dəliqanlı çağında,
Üsyana çağırır nidalar məni!
<<<< Firuze Elesgerova >>>>
Allahım, min iraq, min uzaq elə,
Nə boran, nə çovğun, nə sazaq elə,
Qoru şər-böhtannan, nə “yazıq” elə,
Nə qəfil tapmasın qadalar məni!
<<<< Firuze Elesgerova >>>>
Yellər cürət edib ötməz yanımnan,
Alışıram ətəyimnən, donumnan,
Firuzəyəm, usanıram canımnan,
“Sapı bizdən olan” zədələr məni!
24.06.2018. – Gəncə şəhəri.
Müəllif: Firuzə BİSAVAD
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru