ALLAH RƏHMƏT ELƏSİN

Çağlayan bir bulaq idi, yorulmaq bilməzdi. Əsgər kimi gecəsi gündüzlə dəyişik düşürdü. Silahdaşı, yol yoldaşı, hətta qidası qələm, dəftər, kitab idi. Böyük-böyük tarixi əsərlərin müəllifi olaraq, Azərbaycan hərb tarixinin şərəfli səhifəsini toz qatlarından təmizləyib xalqa təqdim etmişdi. Hətta bir çox alimlər onun əsərlərinə istinad edirdi. O, duyğularını qafiyələndirməyi də bacarırdı. Hekayə, esse, satira, şeir, roman onun qələmində çiçəklənirdi. O yurd dəlisi, vətən aşiqi idi. O həm də məşhur “Bulaq” verilişinin müəlliflərindən idi. Heyif ki vaxtsız itirdik dəyərli alim Ənvər Çingizoglunu. 

Mənbə: Ötərxan Eltac


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir