HİKMƏT MƏLİKZADƏNİN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

“ZİYADAR” MÜKAFATINI DOĞRULAMA LİNGİ >>>>>LAUREATLAR

Müstəqillik dövrü Azərbaycan mətbuatının və ədəbiyyatının tanınmış simalarından biri olan dəyərli qələm adamı Hikmət Məlikzadənin “Quru yarpaqların görüş yeridir nəm oturacaqlar” adlı yeni şeirlər kitabı işıq üzü görüb. Müəllifi bu münasibətlə təbrik edir və “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə təqdim olunan “Ziyadar” Mükafatı ilə təltif edirik. Uğurlarınız bol olsun, Hikmət müəllim!!!

HİKMƏT MƏLİKZADƏNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Məlahət Hümmətqızı – Gözlə məni, Şuşa!

MƏLAHƏT HÜMMƏTQIZI

Yadımdadır, 1988-ci ildə ermənilər Şuşada Topxana meşəsini məhv edəndə 9-cu sinfində oxuyurdum. Bu hadisə insanlarımızda böyük hiddət doğurmuşdu. Camaat ayağa qalxıb meydanlara axışmışdı. Topxana hadisəsi o dövrdə Azərbaycanda  meydan hərəkatının başlanmasına,  ictimai-siyasi gərginliyin dərinləşməsinə səbəb olmuşdu. O vaxtlar biz məktəb yoldaşlarımızla dərsdən qaçıb, meydandakı mitinqlərə  baxmağa gedərdik. Sovet dövrünün uşaqları, yeniyetmələri üçün bu, yeni bir mənzərə idi. Maraq naminə qoşulduğumuz mitinqlərdə torpağa, Vətənə sevginin ifadəsini hiss edirdik, sanki insanlar da dəyişmişdilər, buradakı coşğunluq 7 noyabr, 1 may nümayişlərindəki coşğunluğa bənzəmirdi. O vaxtadək sadəcə adlarını eşitdiyim şairlərin bir çoxunu – Xəlil Rza Ulutürkü, Sabir Rüstəmxanlını meydanlarda tanıdım, sevdim, odlu-alovlu çıxışlarını, şeirlərini dinlədim. O şeirləri  dinlədikcə Vətən sevgisinin qəlbimdəki rüşeyimləri cücərməyə başladı, hər şeyə baxışım dəyişirdi. Topxanada kəsilən hər bir ağac üçün döyüşməyə hazır idim. Vətənə məhəbbət, düşmənə nifrət yan-yana gedirdi… Mən Şuşanı görməsəm də, qəlbimdə bir Şuşa abidəsi ucalırdı, uğrunda xalqın ayağa qalxdığı o yerləri görmək istəyi mitinqdən-mitinqə daha da dərinləşirdi…

1992-ci ildə Şuşa işğal olunanda mən  Azərbaycan Tibb Universitetinin 2-ci kursunda oxuyurdum. Torpaqlarımız parça-parça erməni qəsbkarları  tərəfindən işğal olunurdu. Təcrübə üçün getdiyimiz xəstəxanalar yaralılarla dolu idi. Həkimlər  əsgərlərin bədənlərində açılan güllə yaralarını yuyub tikirdilər. Ağrıkəsicilərin vurulmasına baxmayaraq, dözülməz ağrılardan zarıyan əsgərlər də var idi. Yaxına gəlirdik, əllərindən tutub təsəlli  verirdik. “Tezliklə sağalacaqsınız, biz sizinlə fəxr edirik, siz qəhrəmansınız”, deyirdik. Gülümsəməyə çalışırdılar. Bir anlıq ağrılarını unudurdular. O vaxtlar tez-tez işıqlar sönürdü. Həkimlərimiz ağır və gərgin vəziyyətdə gecəyə kimi işləyirdilər, qəhrəman, fədakar əsgərlərimiz üçün əllərindən gələni əsirgəmirdilər, peşə borclarını yerinə yetirməyə  çalışırdılar. Xəstəxanada həkim çatışmazlığı var idi. Biz tələbələr 1 saylı Kliniki Tibbi Mərkəzin (keçmiş Semaşko adına xəstəxana) cərrahlarına və tibb bacılarına əsgərlərin yaralarının yuyulub sarınmasında, iynələrin vurulmasında yaxından  köməklik göstərirdik. Evdən yemək, meyvə və şirniyyat gətirir, əllərimizlə əsgərləri  yedirirdik. Axşama kimi  şəfqətli tibb bacıları ilə bərabər, yaralı əsgərlərə tibbi yardımlar göstərir, qayğılarına qalırdıq. Dəfələrlə ET Hematologiya və Transfuziologiya İinstitutuna gedib, səhhətimizin pisləşməsindən qorxmadan əsgərlər  üçün qan verirdik. Bundan başqa əlimizdən bir şey gəlmirdi.

Ömrümün ən yaxşı çağları – məktəb və universitet illərim o gərgin dövrə, Birinci Qarabağ müharibəsinə təsadüf edib. O illərin xatirələri yaddaşımda çox ağır izlər qoyub. Biz torpaqlarımızın böyük bir hissəsini – Xankəndi, Şuşa, Ağdam, Xocalı, Xocavənd, Cəbrayıl, Laçın, Kəlbəcər, Füzuli, Qubadlı və Zəngilanı ard-arda beləcə itirdik. Yüz minlərlə azərbaycanlı yurd-yuvasından didərgin düşdü, evlərini-ocaqlarını tərk etməyə məcbur oldu. Hələ nə  qədər itkin düşənlərimiz, əsir götürülən, qətl edilən insanlarımız oldu.

Torpaq, Vətən nisgili ilə 28 il alovlandıq, yandıq. Bir çox qeyrətli oğullar kimi, Tibb Universitetində oxuyan qardaşımın qrup yoldaşı, əslən Şuşadan olan Asif 1992-ci ildə Şuşaya vuruşmağa, həm də yaralı əsgərlərə tibbi yardım göstərməyə getmişdi, amma sonradan itkin düşməsi xəbəri çıxdı. Aman Allah, anasına təsəlli vermək mümkün deyildi. “Balamın cəsədini verin, oxşayıb ağlayım”, -deyirdi… Bu dərdə necə dözmək olar? Hələ qonşum Fərhad… 18 yaşı vardı, boy-buxunlu, yaraşıqlı oğlan idi. Şuşada dostları ilə bərabər  mühasirəyə düşmüşdü. Ermənilər “Qarabağ ermənilərindir” deməsini tələb etmişdilər. O isə “Qarabağ bizimdir, Azərbaycanındır” deyib, düşmənə əyilməkdənsə, ölümü seçmişdi. Bu hadisənin şahidləri danışananda elə sarsılmışdım ki, indi də xatırlayanda göz yaşlarımı saxlaya bilmirəm.

Birinci və İkinci Qarabağ müharibəsində minlərlə əsgərimiz qəhrəmanlıq göstərdi, Vətən uğrunda canından keçdi. Hər birinin qanı tökülüb o torpaqlara. Hər birini göz yaşları ilə, eyni zamanda fəxrlə, qürurla xatırlayırıq bu gün. Allah şəhidlərimizə rəhmət eləsin. Qəbirləri nurla dolsun. Nə qədər əsgərimiz  müharibədə sağlamlığını itirdi, nə qədər gəlinlərimiz ərsiz, nə qədər qızlarımız  qardaşsız, atasız  qaldı… Lənət olsun düşmənimizə.

Vətən müharibəsində 3 min əsgər və zabitini şəhid verən Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan ərazilərimizi düşməndən geri aldı, Azərbaycan bayrağını Şuşaya sancdı. 

Şuşa Dağlıq Qarabağın döyünən ürəyidir. Möhtərəm Prezidentimizin dediyi kimi, Qarabağsız Azərbaycan, Şuşasız Qarabağ yoxdur. Hər bir vətəndaşımız, hər bir azərbaycanlı kimi mən də 30 ilə yaxındır bu günü səbirsizliklə gözləyirdim. Ərazimdə məskunlaşan köçkünlərə sahə həkimi kimi tez-tez baş çəkirdim, müayinə və müalicələri iə məşğul olurdum. Onları hər gedişimdə ruhlandırırdım. “Siz torpaqlarınıza qayıdacaqsınız, Prezidentimiz də çalışır siyasi yolla məsələni həll etsin, olmasa, hərb yolu ilə torpaqlarımız geri qaytarılacaq”, deyirdim. Allahdan dilək diləyir, heç vaxt ümidimi itirmirdim, dua edirdim.

44 günlük Vətən müharibəsi otuz illik həsrətimizə son qoydu. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin başçılığı altında şanlı ordumuz, qəhrəman əsgər və zabitlərimiz torpaqlarımızı işğaldan azad etdilər. Sevincimizin həddi-hüdudu yox idi. Göz yaşlarımızı saxlaya bilmirdik. Torpaqlarımızı rahatca gedib ziyarət edə biləcəkdik. Şəhidlərimizin ruhu qarşısında utanmayacaqdıq. “Allahım, sənə sığınıram, sənə yalvarıram, torpaqlarımızı ziyarət etməyi, Şuşanı görməyimənə nəsib elə! Qarabağda şəhidlərimizin qanı bahasına işğaldan azad olmuş torpaqlarda onların əziz xatirəsi qarşısında baş əyməyi mənə də qismət elə. Müqəddəs Şuşamızı,  azad edilmiş torpaqlarımızı ziyarət etmək arzusunu ürəyimdə qoyma…” Dilimin əzbəri olmuşdu bu diləklər.

Vətən müharibəsi günlərində mən xəstəxanada pandemiya ilə mübarizə aparırdım. Ürəyim ön cəbhədə olsa da,  buranın da ön cəbhə olduğunu, insanlara burada lazım olduğumu anlayırdım.

Virusa yoluxmuş xəstələrimiz arasında döyüşçü əsgərlərimiz də var  idi. Onların sağlamlığı keşiyində durmağı ən ümdə borcum bilirdim. Hər gün ürəyimdə əsgərlərimizin sağ-salamat evlərinə  qayıtması üçün dua edirdim. Ruhdan düşmürdüm. Bura da bir cəbhədir, düşünürdüm. İnsanlara yardım etmək üçün cəbhənin önü, arxası olmaz. Cəbhə-cəbhədir. Və mən o cəbhənin  ən təhlükəli, görünməyən düşməni ilə vuruşurdum. Özümün yox, insanların sağlamlığını düşünürdüm. Sonacan virusla mübaizə aparacağıma, qalib gələcəyimə özümə söz vermişdim. Elə də oldu. İki ilə yaxın mübarizədə mən və həkim həmkarlarım virusa qalib gəldik. Yüzlərlə insanı sağaldıb evlərinə yola saldıq. Həkimlik, vətəndaşlıq, insanlıq borcumuzu yerinə yetirdik. Amma itkilərimiz də oldu. 40 nəfərə yaxın həkim yoldaşımızı virusla mübarizə zamanı itirdik. 

44 günlük Vətən müharibəsində isə cəbhədə 42 nəfər həkim şəhidlik zirvəsinə yüksəldi. Tibb işçilərindən yeganə xanım şəhid Arəstə Baxışova  feldşer idi və Qubadlı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək qəhrəmancasına həlak olub. Rasim Abdullayev, Adil Əfəndiyev, Anar Məmmədov və adlarını çəkmədiyim digər zabit həkimlərimiz Şuşa istiqamətində gedən döyüşlərdə 100 nəfərdən artıq ağır yaralı əsgər və zabitə yerindəcə tibbi yardım göstərib hərbçilərimizi döyüş bölgəsindən çıxararkən qəhrəmancasına həlak oldular. Vahimələnirəm və ermənilərə qarşı qəddarlaşıram. Unutmayaq, deyirəm. Heç vaxt erməni vəhşiliyini unutmayacağıq, düşünürəm və gələcəyə ümidlə baxıb özümü ələ alıram. Əlimə qələm alıb 2 il xəstəxanada çalışdığım dövrdə yaşadıqlarımı, gördüklərimi göz yaşları ilə qələmə alıram. Beləcə, “Ağ libaslı mələk” kitabı yaranır. Arzum Şuşaya getmək, orada kitab sərgisində nümayiş etdirməkdir.

İki gün əvvəl, Qurban bayramında Heydər Əliyev Fondundan gələn zəng məni çox sevindirdi. Arzum çin çıxdı.  Şuşaya gedirəm… Böyük Allahım məni eşitdi. Günorta saatlarında avtobusumuz Heydər Əliyev Mərkəzinin qarşısından  yola düşəcək. İyul ayının 14-15-də Şuşada Vaqif Poeziya Günlərində iştirak edəcəyik. Şəhidlərimizin qanı, canı bahasına alınan müqəddəs torpaqları ziyarət etmək mənə də qismət olacaq. Vaqifin məqbərəsini, Bülbülün ev-muzeyini  ziyarət edəcəyik, Natəvan bulağından, İsa bulağından su içəcəyik. Cıdır düzündə gəzib, Şuşadan yadigar olaraq gül-çiçək toplayacağıq, şəkil çəkdirəcəyik… Bütün bunlar məni sevindirsə də, ürəyimdə sevinc hissi olsa da, kədər də vardı qəlbimdə, tez-tez qəhərlənirdim. Uşaq kimi hər an ağlaya bilərdim. Gözümü uzanan yola diksəm də, şəhidlərimizin ruhu,  xəstəxanada çalışarkən əsgərlərimizin ağrıdan çəkdiyi əzabları, ah-naləsi, şəhid analarımızın göz yaşları gözümün qarşısından getmirdi. İtkin düşən əsgərlərimizi düşünürdüm. Asif gözümün önündən çəkilmirdi. Həkim kimi əsgərlərə yardım etməyə getmişdi. Gözlərimdən yaş axır. Bəs  Fərhadın ermənilər tərəfindən qolları, ayaqları vəhşicəsinə sındırılarkən  çıxardığı tükürpədici səsi, əsir düşən qız-gəlinlərimizin ah-naləsi qulaqlarımda eşidilməyəcək ki?
Bu gün biz işğaldan azad olmuş mübarək, müqəddəs torpağımıza -Şuşaya yol alırıq. Avtobus irəlilədikcə pəncərəsindən təbiətin gözəl mənzərələrini seyr edirik. Qəhrəman döyüşçülərimizin qanı bahasına alınan torpaqlara çatanda kövrəlirik. Füzulidən keçirik. Sevinirik, qürur duyuruq, şəhidlərimizə hər an rəhmət oxuyuruq. Yüksəkliyə qalxdıqca şair və yazıçı yoldaşlarımın səhhətində təzyiq problemləri yaranır. Tibbi yardımlar etdikcə, eşitdiyim ən xoş sözlər qəlbimi fərəhləndirir: “Həkim, sağ ol, əlin-qolun var olsun”. Həkimlik peşəm burada da karıma çatır. Sevimli şairimiz Firuzə xanım yoda qəza keçirir. Sabahkı çıxışa qədər ağrıkəsicilərlə ağrısını götürməyə çalışıram. “Bircə ağrımasın, çıxışdan imtina etməsin”, -ürəyimdə Allaha yalvarıram. Ağrılardan qovrulan sevimli şairimiz çıxışdan imtina etmək istəyir. Onun tribunaya tam ağrısız çıxacağına söz verirəm. Gülümsəyən gözlərimə baxır, inanmağa çalışır… Sağ olsun, Arifə xanım, sonacan Firuzə xanımın yanında oldu, qayğısına qaldı. 

Avtobusumuz dağların qoynuna doğru ilan kimi qıvrılan yolları aram-aram qalxır. Füzulini keçib, Zəfər yolu ilə  üzü yuxarıya – Şuşuya qalxırıq. Pəncərədən Şuşanın dağları, meşələri görünür. Nəhayət, dağın döşündə “Şuşa” sözü yazılan lövhə görünür.  Dağlara əl edib, gülümsəyərək,“Xoş gördük, Şuşa”, pıçıldayıram. Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, dəyərli şairimiz Rəşad Məcid yolboyu bizə bələdçilik edir. Sol tərəfdəki uçurumun Daşaltı olduğunu söyləyir. Ətrafdakı dağıdılmış evlər, məktəblər, məscidlər. bulaqlar haqqında məlumat verir.
Avtobusumuz Şuşaya daxil olanda gurultulu alqış qopur. Qəlbimdə fərəh və qürur hissi keçirirəm. Bir neçə dəqiqədən sonra “Qarabağ” otelinin qarşısında dayanırq. Hər kəs doğma torpağa ayaq basmaq üçün səbirsizlənir.

Axşam düşüb, hava qaralıb. Yazıçı həmkarım Xatirə Fərəcli ilə bir otağa düşmüşük. Liftlə otelin 6-cı mərtəbəsinə, otağımıza qalxırıq. Qapını açıb otağa yerləşirik. Əşyalarımı yerləşdirib, eyvana çıxıram. Şuşanın xoş ətirli havasını ciyərlərimə çəkirəm. Uzaqdan görünən mənzərə – dağlar, meşələr gözəllik yaratsa da, yaxındakı mənzərə  ürək dağlayır. Bir dənə salamat ev yoxdur. Bütün tikili evlər, memarlıq abidələrimiz erməni vəhşiləri  tərəfindən uçurulub, dağıdılıb, tavansız, pəncərəsiz viranə qalıb. Otelin sol tərəfində 1874-cü ildə inşa olunmuş, ermənilər tərəfindən uçulub dağıdılmış Aşağı Gövhər ağa məscidi görünür. Hazırda təmir olunur. Ürəyim ağrıyır. Ermənilər mədəniyyət beşiyimiz olan Şuşamızı məhv ediblər. Burada necə dəhşətli döyüşlər getdiyini anlayıram və vahimələnirəm. Bu döyüşlərin yeganə şahidi indi tək qalmış Şuşa özüdür. 
Mən Şuşanı gözü yaşlı gördüm. Sanki  balalarını şəhid vermiş əli qoynunda,  saçları ağarmış dərdli-kədərli bir  ananı gördüm. Başını dik tut, ana. Biz səninləyik. Bir an mənə elə gəldi ki, Şuşa bizi yox, öz  qəhrəmanlarını, qaziləri, uğrunda ölən şəhid balalarını, şəhid analarını gözləyir. Onları bağrına basmaq, qarşılamaq istəyir. Mən Şuşanı gözləri kədərli və nisgilli gördüm. Quruculuq, bərpa işləri getsə belə, Şuşa hələ kədərlidir. Ürəyimdə “sağalacaqsan, Şuşa, hökmən  sağalacaqsan. Uğrunda ölən varsa, vətəndir, deyiblər. Uğrunda minlərlə əsgərimiz şəhid oldu. Sil göz yaşlarını, bütün gözlədiklərin ziyarətinə gələcək. Hökmən gələcək. Qucaq açıb bağrına basacaqsan. Hökmən, o xoş günləri görəcəksən, Şuşa”, deyirdim. Dərindən nəfəsimi dərib, başımı aşağı əyirəm, qəhərlənirəm. Ətraf mənzərə  ürək açan olmasa da, otelin gül-çiçəkli və sıx ağaclar arasında yerləşən  fəvvarəli həyəti yerə bərkidilən lampa işığında səhradakı oazis təsiri bağışlayır. Sanki burada heç müharibə olmayıb. 
Şam yeməyinin vaxtıdır. Aşağı düşürük. 

Hər kəs otelin qarşısındadır. Axşam yeməyindən sonra söhbət edir, gəzişir, şəkil çəkdirir, şəhər haqqında ilk təəssüratlarımıızı bölüşürük. 
Səhər “Qarabağ” otelinin qarşısındakı həyətdə Vaqif Poeziya Günlərinin ilk tədbiri – Qarabağ döyüşlərinə və zəfərimizə həsr olunmuş kitab sərgisi ilə başladı. Tədbiri açan Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi iştirakçıları salamlayıb sözü AYB sədri, Xalq yazıçısı Anara verdi. Bir çox yazıçı və şairlər çıxış etdilər, əziz  Şuşa haqqında şeirlər səsləndirdilər. Gətirdiyim “Ağ libaslı mələk” adlı kitabım da digər kitablar kimi sərgidə nümayiş olundu. Mən pandemiya dövründə yazdığım kitabı Şuşa kitabxanasına hədiyyə etdim. Sonra yazıçı və şairlərlə birgə Molla Pənah Vaqifin məqbərəsinə yol aldıq. Daşlı-kəsəkli, qumlu yollarda hərəkət etmək çətin olsa da, Vətən eşqi hər şeyi üstələyirdi. Yolboyu gördüyümüz dağıdılmış, xarabaya çevrilmiş evlər  ürəyimizi ağrıdırdı. Düşmənə qarşı nifrətimiz daha da alovlanırdı. 

Bir neçə dəqiqədən sonra Vaqifin muzey-məqbərə kompleksinin önündə  yığışmışdıq. Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Anar Kərimov, Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər də iştirak edirdilər.
İlk söz döyüşçü şairlərə verildi. Tədbir iştirakçıları onları gurultulu alqışlarla qarşıladılar. Döyüş meydanında şücaət göstərmiş igidlərimiz söz meydanında da mahirdilər. Muğam sədaları altında söylənən şeirlər bizi duyğulandırır

, göz yaşları gözlərdən daşırdı. Balaca xanəndənin “Qarabağ şikəstəsi”  hamını ayağa qaldırdı. Hərbçi şairlərimizi ayaq üstə alqışladıq. Sonra Xalq yazıçısı Anar, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Vahid Əziz, şairlərdən Rəşad Məcid, İlqar Fəhmi, Səlim Babullaoğlu, Firuzə Məmmədli, Güləmail Murad, Xəyal Rza, Sayman Aruz və başqaları söz aldılar, Şuşaya həsr olunmuş şeirlərini səsləndirdilər. Firuzə xanımın kürsüyə qalxıb şeir söyləməsi məni çox sevindirdi. Axı söz vermişdim, ağrılarını az da olsa azaldacağımı, onun çıxış edəcəyini demişdim.

Vaqif Poeziya Günlərinə həsr olunmuş video-çarx bizi 40 il əvvələ – Vaqif Poeziya Günlərinin ilk tədbirinə apardı.
Tədbirin sonunda tanınmış yazıçı və şairlərlə əvvəlcə Vaqifin məqbərəsi  önündə, sonra məqbərəyə daxil olub şairin ruhuna dualar oxuyub,  məzarının önündə xatirə olaraq şəkil çəkdirdik. 

Yolumuz Cıdır düzünədir. Dağların qoynunda bəslənən, yamyaşıl sıx meşələri ilə, rəngarəng gül-çiçəyi, xarıbülbülü ilə adamı ovsunlayan, daşı, qayası ilə məftun edən və xoş ətirli havası ilə qəlbə məlhəm olan Cıdır düzü. Havası dərmandır. Nə qədər istəyirsən ciyərinə çək. Mən Cıdır düzünü sanki rəssamın fırçasından çıxan, möcüzəli, gözəl bir tabloya  bənzədirəm. Adam bu al-əlvan rəsmə baxdıqca doymur, elə hey  rəssam təbiətin əl işinə baxmaq istəyirsən. Yazıçı həmkarlarımla bir xeyli otların arasında gəzib, dolaşdıq. Gül-çiçək dərirdik. Cıdır düzündən doymaq mümkün deyil. Güllərin, çiçəklərin ətri indiyə qədər dərdiyim heç bir gül-çiçəyin qoxusuna bənzəmir.

Vaqif Poeziya Günləri münasibətilə Cıdır düzündə konsert təşkil olunub. Yerimizə əyləşirik. Respublikanın Əməkdar artisti, rejissor Nicat Kazımovun hazırladığı konsert-kompozisiya hər kəsin ürəyinə  sərinlik gətirir. Aktyorlarımız klassik şairlərimiz – Vaqif, Vidadi, Nizami, Xaqani, Füzuli, Nəsimi, Xətai, Məhsəti, Natəvanın simasında səhnəyə çıxırlar. Xitab edirlər, dərdləşirlər. Sanki hamısı eyni dövrdə, eyni məkanda yaşayıb. Dillərindən biri-birindən gözəl qoşma, qəzəllər səslənir. Xanəndələrin ifasında mahnılar, muğamlar, xüsusilə “Qarabağ şikəstəsi” dağların zirvəsinə kimi yayılır. Hər kəsin nə yaşadığını  gözlərindən görmək mümkündür. Alqış sədaları ilə bitən konsertin səs-sədası göylərə ucalır. Bu alqışlar istedadlı aktyorlara və aktrisalarımıza, eyni zamanda bu gözəl məkanı bizə bağışlayan, belə bir gözəl gecəni bizə yaşadanlara ünvanlanırdı. 
Tədbirin ikinci günü yenidən Vaqif məqbərəsinin önünə yığışırıq. “Nəfəs” layihəsi çərçivəsində  tanınmış şairlərin “Odlar yurdum Azərbaycan” mövzusunda şeirlərini dinləyirik. Muğam sədaları altında səsləndirilən şeirlər dünənki duyğuları bizə yenidən yaşadır. Böyük şairimiz Vaqifin ruhu da şad idi yəqin ki.

Vaxtımız məhdud olsa da, böyük sənətkar Bülbülün ev-muzeyinə baş çəkiməyi unutmuruq. Ev-muzeydə olan

qiymətli eksponatlar ermənilər tərəfindən talan olunmuş, ev dağıdılmışdı. Ev-muzey yenidən bərpa olunub. Ev-muzeydə və Bülbülün həyətdəki heykəli önündə xatirə şəkili çəkdirib, yolumuza davam edirik.

Gəldiyimiz maşına minib yolumuzu İsa bulağına salırıq. İsa bulağı və ətraf mənzərəsinin gözəlliyi qəlbimizə məlhəm olur. Əl-üzümüzü yuyub, bulağın büllur kimi şəffaf suyundan içirik. Dualar edirik. Şüşələrə doldurub şəfalı suyu özümüzlə yola götürürük. Bu arada şəkil çəkdirməyi də unutmuruq. Gəldiyimiz yolu geri qayıdırıq. 

Natəvan bulağına getməyə də vaxt tapırıq. Bu gözəl bulaq Xan qızı  Natəvanın evinin qarşısında inşa olunub. Əl-üzümüzü yuyub, mehmanxanaya qayıdırıq. Yolumuzun üstündə Üzeyir Hacıbəyovun, Bülbülün və Natəvanın heykəlləri qarşısında xatirə şəkilləri çəkdiririk.
Saat 16.00-da Bakıya yola düşürük. Yolboyu düşüncələrimdə Şuşanı  günü-gündən abadlaşan, gözəlləşən şəhər kimi canlandırmağa çalışırdım. Dağıdılmış məscidlər, tarixi abidələr   bərpa olunur, yollar çəkilir, xəstəxanalar tikilir. Şuşada fəaliyyət göstərən modul xəstəxanaya baş çəkmək arzusunda olsam da, vaxt məhdudluğundan oraya gedib çıxa bilmədim. İnşallah, modul xəstəxanaya işləməyə gəlmək ümidilə Şuşadan ayrılarkən “Görüşənədək, Şuşa”, deyirəm. Hökmən gələcəyəm, bu dəfə həkim kimi gələcəyəm. Hələ sağalmayan, qaysaq bağlamış yaralarına məlhəm çəkmək üçün gələcəyəm. Gözlə məni, Şuşa!


Bizi Facebookda izləyin>>>> Mənbə: 525.az (525-ci qəzet).

MÜƏLLİF: MƏLAHƏT HÜMMƏTQIZI

MƏLAHƏT HÜMMƏTQIZININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30-31 İyul kitab satış yarmarkası olacaq – 30% endirimdən yararlanın

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

Hörmətli oxucular, hər birinizi 30-31 iyul tarixlərində Nərimanov parkında gözləyirik. “Qanun nəşriyyatı”.

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – CÜCƏ OĞRUSU

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

CÜCƏ OĞRUSU
(hekayə)
Mayın son günləri, yazın ən yaxşı vaxtı idi. Kəndimizdə demək olar ki, bütün həyətlərin mənzərəsi eynidir. Yamyaşıl, güllü-çiçəkli həyətlər bol bəhərli gilas ağacları və bəzi həyətlərdə artıq sulanmış yaylıq armudlar. Məktəblərin də bağlanmağına az qaldığına görə son günlər işimiz lap çox olur. Bilən bilir. Müəllimin yazı-pozu işi həmişə çox olub. Bu kurikulum çıxandan bəri də, and olsun Allaha ki, ta dərs keçmək, filan yoxdur. İşimiz-peşəmiz ancaq kağız doldurmaqdır. Bütün ili məktəbdə də, evdə də nə qədər yazırsan bitmir ki, bitmir. İlahi, boş-boşuna nə qədər kağız-kuğuz qaralamaq olar!? Səhər-səhər elə darvazanı açıb həyətdən çıxmaq istəyirdim ki, qonşu Məcid dayının məni hayladığını eşitdim:
– Ay Cəfər, ay Cəfər, a bala evdəsənmi?
– Sabahın xeyir, ay Məcid dayı! Elə indi çıxırdım.
– A bala, ta keçib bir bu tərəfə zəhmət çək, – deyə, – məni çəpərin başına çağırdı. Darvazanı elə açıq qoyub, çəpərin başına getməli oldum:
– Buyur, ay Məcid dayı, nə məsələdir?
– Sən Allah bağışla, ay oğul. Bilirəm, sən də iş adamısan. İndi də işinizin ən çox olan vaxtıdır. Amma bizim səndən başqa kimimiz var?, – deyə, – həyətin o başında toyuq hininin açıq qalmış qapısının ağzında dayanmış Güllü nənəni göstərərək davam etdi.
– Buyurun, buyurun.
– Vallah heç bilmirəm necə deyim…
– Sənin ürəyin necə istəyir elə de, Məcid dayı. Heç çək-çevir eləmə.
– Ən yaxşısı budur. Səni indi yoldan eləməyim. Get işinə inşəAllah gələndə birbaş bizə gəl. Güllü nənən də ona qədər sac asıb, yaxşı lala kətəsi bişirəcək, dünən bağdan bir az məröçə yığmışam, onu da yaxşıca soğança yumurta ilə çığırtma eləsə, olacaq lap dəsgah. Sən indi ləngimə get işinə. Amma gələndə mütləq bizə gəlirsən. Səninlə ciddi söhbətim var.
– Oldu, – deyib, – məktəbin yolunu tutmaqdan başqa çarəm qalmadı.
Həmin günün hardan gəlib, hara getdiyini bilmədim. Bir də onda ayıldım ki, gəlib öz darvazamızın qarşısında dayanmışam. Məcid dayı ilə olan söhbətimizi xatırlayıb, onlara getdim. Kənddə heç kim darvazasını, qapısını bağlamaz. Məcid dayı həyətdə olduğuna görə haylamağa da gərək qalmadı. Birbaşa onun yanına getdim:
– Hərvaxtın xeyir, ay Məcid dayı! Vəziyyət necədir?
– Aqibətin xeyir, ay bala! Xoş gəldin, ay oğul! Şükür Allahın kəramətinə! Min şükür!
– Min şükür!
– Gəl, gəl otur. İşdən gəlmisən. Bir çay iç, Güllü nənənin bişirdiklərindən bir loxma ye, sonra səninlə işimiz var.
Sağ olsun Güllü nənə. Məcid dayı səhər-səhər sadaladığı, sadalamadığı nemətlərin hamısını artıqlaması ilə düzdü süfrəyə. Yaxşı yeyib, içdikdən sonra Məcid dayı dedi:
– Hə, toqqanın altın bərkitdik. İndi keçək əsas məsələyə. Görürsən? Həyətdə it-pişik də yoxdur.
– Hə, doğurdan! Hanı bəs Əlləşlə Vuruş? – Əlləş Məcid dayıgilin itinin, Vuruş isə pişiyinin adı idi.
– Vuruşu Güllü nənən verdi bacısı qızına. İndi aparıb şəhərdə evdə saxlayır. Əlləşi də mən verdim qardaşoğluna. Çobandır qoy aparıb, çöldə heyvanların yanında saxlasın. Yazıqdır, onu azdırmağa əlim gəlmədi.
– Bəs səbəbi nə idi, Məcid dayı?
– Səni elə o səbəbə görə çağırmışam, oğlum. Darıxma, hamısını bir-bir sənə deyəcəm. Deməli, keçən il bu vaxtdan bizim cücələr lap balaca olanda, sarı, lümək vaxtlarında bir-bir yoxa çıxır. Elə ki, bir az yekəldi, ta heç nə olmur. Yəni, nə başını ağrıdım, yumurtadan çıxandan bir az bablıxlayana qədər gündə biri, ikisi yoxa çıxır. Əvvəl elə bildik, həyətə has, zad dadanıb. Sonra gördük yox, belə bir haldan iz-toz yoxdur. Cücələr balaca vaxtı yoxa çıxdığına görə Vuruşdan şübhələndik. Çünki, cücələr həmişə onun yanında olduğuna görə toyuqlar da öyrəşib. O yesə də səslərini çıxartmazlar. Vuruşu şəhərə yola saldıq. Cücələr yenə izsiz-tozsuz itməkdə davam edir. Əlləşi də yola saldıq, yenə davam edir. Burada nəsə başqa iş var, amma bilmirəm. Düzdü, indi hələ tezdir. Amma sən mənə de görüm, keçən ili, inişil öz həyətində, bu həyətdə, yaxın həndəvərdə heç ilan-çayın gözünə dəyibmi?
– Xeyr, xeyr. Heç vaxt. Neçə ildir artıq bu kənddəyəm, başqa yerdə də, məktəbin həyətində də heç vaxt belə bir şey görməmişəm. Gözümə dəyməyib. Heç hərdən uşaqlarla bağa, meşəyə gedəndə də görməmişəm.
– Hə, bala mən doğub-bitmə bu kənddənəm. 80-i haqlamışım. 5-6 yaşımdan at belində bu çöllərdəyəm. Mən də heç vaxt nə kəndimizdə, nə yaxın ətrafda görməmişəm. Olanda da kənddən çox uzaqda örüş yerində, qobularda, sel gələndən sonra çay qırağında belə yerlərdə əvvəllər tək-tək gözə dəyərdi. Ancaq son illər ta heç belə yerlərdə də görməzsən. Elə bil yoxa çıxıblar. Ya gərək həyətə dələ-filan dadana? Ya da nə bilim nə? Nəsə, başağrısı olmasın, qadan alım, görəcək işə düşmüşük. Cücələr çıxmağa başlayandan yenə gündə biri, ikisi yoxa çıxır.
– Bala, bala sən də məni qınama, elə bil cücə qeybə çəkilir, – bayaqdan kənarda oturub maraqla bizi dinləyən Güllü nənə də söhbətə qoşuldu, – adam heç bilmir nəyə ehtimal versin. Həyətdə də bir at, bir inək, bir dənə də danadan başqa heç nə qalmayıb. Əvvəl it-pişik var idi. Adam onlardan şübhələnirdi… İndi qalmışıq belə. Görürsən toyuq yanında 5 cücə girdi dalanın altına, bu yandan çıxır cücənin biri yox. Cikkilti yox, qaqqıltı yox. Heç nə.
– Nə deyirsən arvad? İndi deyirsən 5-6 cücədən ötrü atı, inəyi də tələf eləyək? Yoxsa, indi də Alapaçadan şübhələnirsən? – Məcid dayı özünü saxlaya bilmədi. Alapaça onun atının adı idi. İnəyə də Ceyran deyirdilər. Güllü nənə həyətdə “Ceyran, Ceyran”,- deyə danışanda nabələd adam elə bilərdi ki, başqa bir qadınla söhbət edirlər. Vəziyyətin ciddiləşdiyini görüb söhbətə müdaxilə etdim:
– Məcid dayı, atalar yaxşı deyib, – “cücəni payızda sayarlar”, bəlkə, sən cücələri tez saymağa başlamısan? – öz aləmimdə vəziyyəti düzəltməyə çalışdım.
– Ay bala, ay oğul, özün də oxumuş adamsan, birincisi o “payız” deyil, “güz”dür. İkincisi də biz yaxşı bilirik cücənin indi sayılmaq vaxtı deyil. Bunun azarı-bezarı, qurdu-quşu var. Ancaq görürsən ki, vəziyyət başqa cürdür. Məsələ yavaş-yavaş Alapaçanın, Ceyranın üstünə qalmağa doğru gedir.
– Nə məsləhət görürüsən, Məcid dayı? Bu oxumuş adam sizə necə kömək edə bilər?
– Hə, bax indi səndən xoşum gəldi. İndi oldun arif adam. Yadındadır? İnişil məktəbdən nəsə oğurlamışdılar. Məktəbin öz “televizor”una baxıb, oğrunu tapdılar. O məsələ yadındadır? Bax bizə elə bir şey lazımdır. Baxaq görək gecə, gündüz, biz olmayanda tövlədə, hində, dalanda nə baş verir? Oğru kimdir? Cücələr hara yoxa çıxır?
– Hə, yadıma düşdü, Məcid dayı. Məktəbdən kompüter oğurlamışdılar. O “televizor” dediyin təhlükəsizlik kameralarıdır. Onu bura necə gətirmək olar? Bir də onlar çox bahalıdır. Lap bura gətirdik onları kim quraşdıracaq? Birdən xarab olar. Ya da onları söküb buraya gətirəndə məktəbdə nəsə bir hadisə baş verər. Bilirsən ki, təzə məktəbdir. Çoxlu təzə, bahalı avadanlıqlar var.
– Sən onları gətir burada qur. Mən məktəbə keşik çəkərəm. Bir quş da ora səkə bilməz.
– Yaxşı, Məcid dayı. Mən soraqlayım görüm, quraşdımağa adam tapa bilsəm, direktorla danışıb, kameralardan bir-ikisini gətirib burada quraşdırarıq….

Ertəsi gün kamera quraşdıran usta ilə maraqlanırdım. Məktəbin direktoru rayon mərkəzində yaşayan bir ustanın nömrəsini verdi. Telefonla danışanda belə məlum oldu ki, məktəbin kameralarını sökməyə ehtiyac yoxdur. Razılaşdıq ki, usta həm özünə də maraqlı olduğuna, həm də qocalara görə ucuz qiymətə bir həftəlik öz kameralarını gətirib 3-4 nöqtədə fasiləsiz müşahidə üçün yerləşdirə bilər. Hər şeyi telefonla danışıb həll etdikdən sonra ustaya bir yaxşı nahar və 50 manat pul verəcəyimi dedim. Usta məndən tövlədə, dalanda, hində və digər lazım olan yerlərdə elektirik enerjisi, kənddə internet olub-olmadığını soruşdu. Bildirdim ki, hər yanda elektirik enerjisi də, internet də var. Razılaşdığımız gün usta gəlib 5 yerdə kameraları qurub getdi. Bildirdi ki, özü kameralara nəzarət edəcək. Əgər maraqlı bir görüntü olsa mənə xəbər edəcək. Heç bir gün keçməmiş usta mənə zəng etdi:
– Salam, müəllim! Necəsiniz?
– Salam. Çox sağ olun. Siz necəsiniz, nəsə bir yenilik var?
– Müəllim, görməsəniz inanmazsınız. İnanın, mən də görməsəm, kim deyir, desin inanmazdım.
– Onda sabah gəlin, həm biz də görək, həm də oğru bilindiyinə görə kameralarınıza ziyanlıq dəyməmiş aparın.
– Oldu, müəllim. Sabah günortadan sonra görüntüləri gətirəcəm. Baxarıq. Kameralardan da narahat olmayın. Onlara heç nə olmaz.
Danışdığımız kimi günortadan sonra usta gəldi. Məcid dayıgildə Məcid dayı, Güllü nənə, vəziyyətdən xəbərdar olan məktəbin direktoru, mən və bir də usta həyətin ortasında qoyulmuş masanın başına toplanıb, ustanın noutbukunun açılmağını gözləyəndə usta gözaltı arada gah Ceyrana, gah da Alapaçaya baxıb başını bulayırdı. Nəhayət noutbuk tam işə hazır olduqdan sonra usta dedi:
– Möhkəm olun, inansanız da, inanmasanız da indi görəcəkləriniz həqiqətdir.
Elə bu vaxt noutbukun monitorunda həyətin müxtəlif guşələrini seyr etməyə başladıq. Günün günorta çağı çil toyuq yanında cücələri Ceyranın qarnının altından, ayaqlarının arasından keçib gedirlər. Bu vaxt Alapaça ani bir hərəkətlə boynunu azca aşağı əyib, yana doğru uzadaraq əvvəl elə havadaca sarı, lümək cücələrdən birini iri açılmış dodaqlarının arasına alır, sonra da yüngülcə çənəsini əsnədərək, ağzını yumub, bir dəfə başını sağa-sola silkələyərək, qulaqlarını şappıldadır vəssalam…
Hamımız heyrət içində donub qalmışdıq… Ani olaraq ağlıma ilk gələn Əlləş və Vuruşun məsum, yazıq simaları oldu. Halbuki, bəlkə də onların yeri indi daha yaxşı idi. Ancaq buna baxmayaraq, haqsızlığa uğradıqlarına görə onların halına acıyırdım…
Məcid dayı isə elə hey təkrar edirdi:
– Dağıl, a belə dünya, dağıl… At izi it izinə qarışıb….
Son.

15.01.2022. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QIRĞIZSTANDAN GƏLƏN XOŞ SORAQ

İBADULLA ƏSƏDOV

QIRĞIZSTANDAN GƏLƏN XOŞ SORAQ

    Cəmisi bir həftə qabaq “Facebook”da dostluq təklifini qəbul elədiyim Əsədov İlham İbadulla oğlu heç demə mənə doğma olan keçmiş iş yoldaşım, mərhum İbadulla Əsədovun oğlu imiş. Əslən Füzuli rayonunun Bala Bəhmənli kəndindən olan İlham müəllim özünün dediyinə görə sovetlər dönəmində əsgəri xidmətini başa vurandan sonra Bişkekdə məskən salıb. Qırğızstanda çox məşhur hərbi jurnalist- foto müxbirdir. Ömür-gün yoldaşı doğulduğu kənddən olub və altı il qabaq vəfat edib. (Allah rəhmət eləsin!) Fəridə, Fatimə adında 2 qız övladı və Fərid adlı oğlu var. Fəridlə Fəridə ali təhsilli halal sənət sahibləri, Fatimə isə hələ məktəblidir.

  İlham müəllimin atası İbadulla müəllim sağlığında Füzuli rayonunun sayılıb-seçilən ziyalılarından biri kimi böyük nüfuz qazanıb. İxtisasca ədəbiyat müəllimi idi. Uzun illər boyu dərs hissə müdiri, məktəb direktoru vəzifələrində çalışıb. (Mən institutu bitirib təyinatla Bala Bəhmənli kəndində müəllim işlədiyim illərdə rayonun Babı kəndindən olan Zakir xanlarovdan sonra məktəbə rəhbərlik edib. 1922-ci ildə doğulub, 1993-cü ildə rəhmətə gedən bu müdrik insan, doxsanıncı illərin əvvəllərindən Bala Bəhmənli kənd orta məktəbində fəaliyyət göstərən muzeyin təşəbbüskarı və yaradıcısı olub. Aşağıda onun 1980-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən çap olunan ilk şeirlər kitabım haqda yazdığı məqalə də muzeydəki eksponatlar arasındadır. İlham müəllimin mənə göndərdiyi və 42 il qabaq yazılan bu məqalədən indiyə qədər xəbərsiz olmuşam. Sonda məqalə müəllifinə Allahdan rəhmət diləməklə, Qırğızstanda yaşasa da, ana vətənimizə, doğma el-obasına qırılmaz tellərlə bağlı olan soydaşımıza bu yazını üzə çıxardığına görə təşəkkürümü bildirirəm.

                       İSMAYIL MƏRCANLI İMANZADƏ

   Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri

                               26.07.2022

                 ŞAİR-MÜƏLLİMİN İLK KİTABI

     İsmayıl İmanovCəbrayıllı olsa da, onun imzası Füzuli oxucularına da tanışdır. Çünki o, 1965-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunu bitirib, rayonumuzun Bala Bəhmənli kənd orta məktəbində 1970-ci ilə kimi müəllimlik etmişdir.

    İsmayıl müəllim 1965-ci ildən respublika mətbuatı və yerli mətbuatda ara-sıra öz şeirləri ilə çıxış edir. Doğrudur, o az yazır, ancaq səmimi yazır. Onu düşündürən, həyəcanlandıran məsələlərdən söhbət açır. “Gənclik” nəşriyyatı bu yaxınlarda İsmayıl İmanovun ilk kitabını-“Səni soraqlaram” adı ilə çap etmişdir.

   Vətən sevgisi, doğma yurdun tərənnümü, sevgi duyğuları müəllifin bu ilk kitabının əsas motivləridir. “Azərbaycan torpağıyam”,  “Ata ocağı”, “Salam çinar”, “El-obanı alqışladım” kimi şeirlərdə Vətən sevgisi, doğma yurda məhəbbət tərənnüm edilmişdir:

…Xəritədə bir nöqtəyə

bənzəsəm də,

Ürəklərdə gur nəğməyəm,

solmaz duyğu yarpağıyam,

Ölkə-ölkə, qitə-qitə

sözü gəzən

Azərbaycan torpağıyam…

  Şair göstərir ki, bəzi gənclər öz elindən, ata ocağından çıxıb başqa şəhərlərdə oxuyub boya-başa çatandan, sənət-peşə sahibi olandan sonra öz doğma yurdunu bəyənmir, ona arxa çevirir, onun yüksəlməsinə əlindən gələn köməyi əsirgəyir.

“Ata ocağı” şeirində isə şair lirik qəhrəmanının dili ilə belə adamlara yaxşı cavab verir:

Burda isindikcə eşqim dən tutub,

Burda sünbül-sünbül saçaqlamışam.

Doğma şəhərləri “atıb”, “unudub”

Ata ocağımı qucaqlamışam.

Bu yerdə gül açıb, ağac göyərib,-

Babamın ruhudur bitən, demişəm.

Burdakı torpağa, burdakı ota,

Burdakı çöpə də vətən demişəm…

      Məlumdur ki, müharibə mövzusunda çox şeir yazılıbdır. İsmayıl İmanuv da “Biz 45-də doğulmuşuq”, “Əsgər məzarları” şeirlərində bu mövzuya toxunmuş və ona yeni məna vermişdir. Şair göstərir ki, əsgər məzarları sadəcə məzar deyildir, onlar sülh, əmin-amanlıq olması üçün məzarları özünə səngər edib döyüşən əsgərlərdir:

Ümidlər, baxışlar yarı yuxulu,

Soraqlar yerini dəyişir hələ.

Əsgər məzarları barıt qoxulu,

Əsgər məzarları döyüşür hələ.

Bir vaxt sipər olub təpə, dağ üçün,

Odların içində diniblər onlar.

Bəlkə də dünyanı qorumaq üçün,

Məzar səngərlərə eniblər onlar…

   “İlk ünvanım”, “Əllərim”, Anamın əlləri”, “Çörək ətri”, “İş günüm” və s. şeirlərində əməyin tərənnümü əks etdirilmişdir.

     Müəllif şeirlərinin demək olar ki, qoşma formasında yazır və müvəffəq də olur. Onun “Gözəllik”, “Qızlar bəzəyidir toyxanaların”, “Səni soraqlaram”, “Qalar”, “Bilmirəm”, “Qurban olum” kimi lirik şeirləri buna misal ola bilər.

    Şair “Arazla görtüşəndə”, “Durnalar köç edir”, “İstisuda”, Bu axşam”, “Yaxşı saxla”, “Meşə notları” kimi şeirlərində təbiət gözəlliklərini ilhamla qələmə almışdır. O, şeirlərində yeni bənzətmələrdən istifadə etməklə öz fikirlərinin obrazlılığına çalışır:

“Burda meşə sal-sal daşı

Taxıb ağac şişə dedim.”

      (“İstisuda”)

“Budaq saçlarını üzünə töküb

Maral buynuzuyla daranır meşə,”

               (“Meşə notları”)

“Billur kəhriz

bir gözəlin yaddan çıxıb,

burda qalan güzgüsümü?!”

                (“Salam, çinar”)

 “Yağış damcıları notlara dönər,

Durna həsrətini çalar havada.”

        (“Durnalar köç edir”) 

     Gənc şairin şeirlərinin qüsurları da yox deyildir. Hər şeydən əvvəl onun mövzu məhdudluğunu göstərmək istərdik. Müəllif ən çox sevgi duyöuları və təbiəti tərənnüm edən şeirlərə meyl edir. O, qurub-yaradan əmək adamlarından, xariqələr göstərən adamlardan hələlik yazmır.  Bunu özü də hiss etdiyindən, “Öyrənəm gərək” şeirində etiraf edir:

“Bəlkə də hardasa yenə çaşmışam,

Yaxşı ki, hamar yol aramır ürək.

İndiki sahildən uzaqlaşmışam,

Dərində üzməyi öyrənəm gərək…”

Biz inanırıq ki,şair “dərində üzməyi öyrənəcək və öz oxucularını yeni kitabı ilə sevindirəcəkdir.

                                            İBADULLA ƏSƏDOV ,

                  Bala Bəmənli kənd orta məktəbinin ədəbiyyat müəllimi

                                                                    dekabr, 1980

İBADULLA ƏSƏDOVUN YAZILARI

İSMAYIL İMANZADƏNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GÖYƏRÇİN KƏRİMİ – DİN HAQQINDA

GÖYƏRÇİN KƏRİMİ

DİN HAQQINDA
(Artur Şopenhauerdən tərcümə)

Əsasən, sxolastika dövrü və ondan sonra Allahı mümkün olan xassələrlə az-az geyindirmişdilər, ancaq maariflənmə dövrü geyindirdikləri libasları bir-birinin ardınca yenidən çıxarmağa başladılar və əgər paltarların altında heç nə tapmamaq qorxusu olmasaydı, onu bütünlüklə soyundurardıllar. Lakin Allahın bir-birindən seçilməyən iki xassəsi – soyundurula bilməyən şəxsiyyət və səbəbiyyət kimi iki əsas cəhəti mövcuddur ki, bu əlamətlərsiz onun haqqında nəsə danışmaq mümkün olsa da, özünü təsəvvür etmək imkan daxilində deyil.
Söylədiyim odur ki, bu hissi, müvəqqəti, ancaq bir təsəvvürdən ibarət olan dünyada, şübhəsiz, həm şəxsiyyət və səbəbiyyət, həm onlara ehtiyac var. Lakin məni yüksək şüur elə bir dünyaya yüksəldir ki, orada artıq nə şəxsiyyət-səbəbiyyət, nə də subyekt-obyekt mövcuddur. Öz ümid və inamım onunla nəticələnir ki, bu yüksək (ən həssas, zamandan kənar) təfəkkür mənim üçün Tək olandır; elə bu səbəbdən də düşünürəm Allah yoxdur. Ola bisin, Allah terminindən məhz bu yüksək idrakı, yaxud ad tapa bilmədikləri ayrı nəyi isə adlandırmaq naminə simvolik istifadə etmək istəyirlər, o zaman buyursunlar, lakin filosofların arasında yox.
Yeni fəlsəfədə Allah öz işlərini rahat və maneəsiz həyata keçirmək üçün majordom dövrünün boş adlar saxlayan Frank hökmdarlarına bənzəyir.
Tövbə yaxşı ideyadır, çünki həqiqətən bizim hər birimiz özümüzü xeyrə və şərə dəqiq bələd olan, xeyri sevib şərə nifrət edən müqəddəs, səriştəli əxlaq hakimi hesab edirik, amma hədəfimiz öz deyil, özgə əməllərini tədqiq etmək olur ki, icra etmənin ağırlığı yad çiyinlərin üzərinə düşür. Buna görə də hər kəs tövbə edən qismində Allahın nümayəndəsi ola bilər.
Əgər biz fərz etsək ki, (Yevangeliyada başlıca müddəalar kifayət qədər etibarlı və tamamilə həqiqidir) İisus Xristos bütün pislik və günahkar meyllərdən tamamilə azaddır, onda (əslində, bədənə, qiymət və günaha meyillilik də lazımdır, bundan əlavə o, təcəssüm etdirilmiş günahkar meyillərin şəkil görüntüsündən başqa heç nə deyil) İisusun bədəni bütün ehtimalların əksinə xəyali olmalıdır. [2] Bir insan haqqında bütün günaha meyletmələrdən tamamilə azad, xəyali bədən daşıyıcısı, qız tərəfindən doğulmuş kimi düşünmək, həqiqətən, gözəldir. Hətta uzaqdan bu təzahüratı fiziki şəkildə də göstərmək mümkündür. Xatırladığım qədər müəyyən heyvanlarda, xususilə, bəzi həşəratlarda belə xüsusiyyət var ki, mayalanmanın baş verməsilə əmələ gələn döl özü də balalıqda bala vermək üçün yumurta qoyur, baxmayaraq, sonuncu ilə mayalanma hadisəsi baş vermir. Bu bir dəfə yalnız bir insanın başına gəlib mümkün hesab edilən hadisə ki, necəsə, nə vaxtsa, həqiqətən, bütün günahlardan təmizlənmiş insan olmuşdur və sonuncuya icazə veririk, onda bədən təcəssümü ilə bütün canlı varlıqların başa düşülən xarakteri, çoxsaylı meyletmələrin irsi-xarakterik xüsusiyyətləri arasındakı heç hansı ağılla anlaşılmayan harmoniyanı da, tamamilə, birinci hadisəyə aid etmək olar.
1. Paulus ad Romanos 8, 3: “Deus filium suum misit in similitudinem carnis peccati” (“Tanrı öz oğlunu günahlı bədənə oxşar bədəndə göndərmişdir”) – Müqəddəs Avqustin bunu liber 83 quastionum quaestio 66 – da belə izah edir: “Non enim caro peccati erat, quae non de carnali delectatione nata erat: sed tamen inerat ei similitudo carnis pessati, quia mortalis caro erat”, “çünki bədən günahlı idi, baxmayaraq ki, cismani ehtirasdan doğulmamışdı, hər halda onda günahlı bədənə oxşar bədən vardı, bədən isə ölümsüz deyil”.
2. “Alii” Valentinum secuti historiam generationis Christi totam converterunt in allegoriam; cui se opposuit ex orthodoxis İrenaues. Post hunc Appelles aliique Christum verum hominem esse negarunt, Phantasma sine corpore esse affirmantes. Conta quos disputavit Christum esse Deum”; Hobbs, “Leviathan”, § 46. “Bəzi valentinçilər İsusun doğulma tarixini alleqoriyaya çevirdilər, buna ortodokslardan İriney qarşı çıxdı. Onun ardınca Apelles və başqaları etiraz etdilər ki, yox, Xristos, həqiqətən, bədənsiz görünüşə malik insan idi. Tertullian “bədənsiz varlıq yoxdur” arqumentinə əsaslanaraq buna tənqidi yanaşdı. – Eres Ariya inkar etdi ki, yox, Xristos Allahdır”.
Teistlər ateistlərdən, spinozaçılardan, fatalistlərdən ona görə fərqlənir ki, birincilər dünyanın ixtiyari prinsipinə əsaslanırlar, ikincilər təbiətə; birincilər onun hansısa iradənin təsirilə meydana gəldiyinə inanırlar, ikincilər müəyyən səbəbdən qaynaqlandığına. Səbəbi zərurət yaradır, iradə azaddır. Lakin dərkolunmayan motivlər əsasında iradə də səbəbsiz təsir kimidir. Elə motivsiz iradə özü də səbəbsiz fəaliyyət kimi mümkünsüzdür. Əgər dünya yaranıbsa, ateistlərin fikrincə, onda birinci növbədə onun səbəbi bilinməlidir, ona qədər heç nə olmalı deyil, nəyin təsirilə yaranıb, nəyin təsirilə hərəkətə gəldiyi məlum olmalıdır ki, izahı mümkün olsun: o, başqa asılı olmayan səbəbdən yox, doğrudan da, mütləq zərurət ilə mütləq zəruru öhdəlik əsasında hərəkət edir, bu isə məna etbarı ilə fatalizmdir. Nə vaxt teistlər hər hansı iradənin motivsiz təsiri haqqında düşünürlər, onda fatalizmə oxşar olaraq mənasız nəticə alınır, məxsusən də, əsassız istəmək, əsası olmayan vəzifə zəruriliyi.
Əksəriyyət adamlar əsassız istəklə daha çox qane olurlar, nəinki əsassız zəruriyyətlə, bu isə olduqca qəribədir. Bəlkə də ona görə ki, hər hansı səbəb özlüyündə tədqiqə uyğun gəlir, amma hər motiv yox; çünki iştirakçı şəxs öz motivini gizlədə, gizli niyyətini pərdə arxasından da həyata keçirə bilər.
Hər iki baxışı o zaman səsə qoymaq olar ki, iradə ilə səbəbiyyətin, azadlıq ilə təbiətin eyni olduğunu başa düşək. Bu yol mənim yeni nəzəriyyəmə doğru yön alır, ələlxüsus, ona ki, bədən iradənin obyektidir və buna baxmayaraq, o, özü olaraq əsas, cism etibarı ilə səbəbiyyət qanununa tabedir. Belə ki, nə qədər iradə varsa, bədən də var və buna uyğun olaraq motivasiyanın təyin olunduğu qədər də səbəbiyyət mövcuddur.
Əlavə: – Motiv insanın tələbatını təmin etməyə yönələn hərəkəti şərtləndirmək üçün düşünülmüş meyldir, motivasiya isə istəyin motivlərlə təyin edilməsidir. Birinci təbiətə – yaradılışa aiddir, ikincisi, insanın özü və istəkləri arasındakı prosesə. [G. K]
Necə ki, qədim allahlar qədərə tabe olurdular, eləcə də, xristian filosofları öz allahları üzərində aeternas veritates, daha doğrusu, metafiziki, riyazi, məntiqi həqiqətlərə istinad edirlər [1], hansı ki, onlar Allah iradəsinin vasitəçiliyilə təsirlənmirlər və ondan asılı deyillər, əksinə, öz təsirlərini onun üzərində genişləndirirlər.
1. Onlardan bəziləri, hətta əxlaq qanunlarına əsaslanır.
Dinin imkan verdiyi ən sanballı kömək xidmətkar obyektin səmimi inamıdır ki, həyatın boşluq və bayalığını mükəmməl doldurur; gerçək dünya ilə yanaşı görünməyən ikinci bütöv dünya və ikinci dünyanın mövcudiyyətilə ünsiyyətdə olan yüksək ruh bəxş edir. Qədim vaxtlarda mömin hindlini, yunanı, katoliki öz tanrısı və müqəddəslər məşğul edirdi, hansılar ki, qurbanlar gətirir, dualar oxuyur, məbədlər ucaldıb zinətləndirir, tövbələr yerinə yetirir, kilsə xidmətlərini tənzimləyir, ayinlər həyata keçirir, ikona bəzəyir, ziyarətlərə gedirdilər və s. Həyatın bütün hadisələri bu varlıqların təsiri kimi dəyərləndirilirdi; belə ki, onlarla ünsiyyət daha maraqlı olur, az qala yarım ömrü əhatə edirdi ki, bu məsələdə daimi cazibədarlıq bəxş edən, həmişə ümidi qoruyan poetik illiyuziyanın da öz yeri vardı. Hər halda illizüya hər cür xoşbəxtlik deməkdir. Beləsini, əlbəttə, ciddi inamla xidmət edən din yarada bilər, hansı ki, ilkin tanrı arzuları ilə zəngindir və çoxlu mərasimlər tələb edir, həm də səthi yox, mücərrəd, qəti monoteist, idraka dayanıqlı protestantizmlə, başqa sözlə, Hötenin öz tərcümeyi-halında katolik və protestantların sirlərindən düzgün olaraq bəhs etdiyi şəkildə. Din bu möcüzəvi cazibədən bizim vaxtımızda uzaq qalıb, tamamilə, öləziyib. Lakin səhvlərdən xilasolma xoşbəxtlik gətirdiyi üçün həmişə arzu olunandır.
Katolik dini özlüyündə göyü dilənçiliklə necə əldə etmək göstərişi təqdim edir, çünki onu qazanmaq o qədər də rahat deyil. Keşişlər də bu dilənçiliyə ortaqdır.
Hər kəs bu, yaxud o biri dünyada, öz əməlləri müqabilində mükafat axtarır, eqoistdir. Onu bu dünya üzərində hökmran olan təsadüfü qüvvələrin gücü ilə burada, yaxud gələcək dünya haqqındakı boş arzuların təsirilə orada itirir, fərqi yoxdur, hər iki hal səbəbdir ki, insan arzu və məqsədə çatmadan xilas olsun. Yox, artıq kiminsə məqsədini eqoizm təşkil edir, bu halda mənim ona hörmətim artır, ona görə ki, tərəf məqsədinə Makivelli üsulu ilə can atır və çalışır ki, ona ağılla, motiv və səbəbi dərk etmək yolu ilə yaxınlaşsın, hansı ki, hərəkətlə nəticələnir; nə vaxtsa, hamısının on qat əvəzini almaq və o biri dünyada varlı kimi dirilmək ümidilə çoxlu sədəqə paylayır. (Hər iki üsul arasında ağla əsaslanmadan ayrı fərq yoxdur.) Əgər mən bu insanın hansısa bədbəxtə kömək etməsinə sevinirəmsə, onda mənim sevincim həmin bədbəxtə bu və ya digər hadisənin, yaxud tapılmış xəzinənin köməyindən duyduğum sevinclə tamamilə eyni olacaq.
Buna baxmayaraq unutmaq olmaz ki, başqası təmiz sevgi və yaxşı niyyətlə bəxşiş verir (bu mərhəmətdir) və nə vaxt bu mükafat haqqında öz ağlına hesabat vermək istəyir, biliyin və həqiqi fəlsəfənin çatışmazlığı üzündən fikrini müxtəlif tipli ehkamlarla sakitləşdirir. Bu tamamilə təfavütsüzdür; onun təşəbbüsünü həqiqi məna və qiymətdən məhrum etmir.
Ruhun köçürülməsi haqqında əsatir tərkibcə o dərəcəyə qədər zəngin və mühümdür ki, nə vaxtsa yaradılan bütün miflərdən fəlsəfi həqiqətə bilavasitə yaxındır və mən onu mifik görüntünün non plus ultrası adlandırıram. Eyni səbəblə Pifaqor və Platon da onu beləcə dəyərləndirib qəbul etmişlər, lakin o xalqlarda ki, bu, milli inamın predmeti olaraq ümumi hökmranlıq kimi istifadə olunur və həyata həlledici təsir göstərir, həmin xalqı, ən qədim dövrlərdə olduğu kimi, yetgin hesab etmək lazımdır.
Məlum olmayan bir dildə yazılmış “Desatir” (Ser V. Cons, əlbəttə, səhv olaraq o kitabı bütün məşhur kitabların ən qədimi hesab edir) kitabında ruhi köçürmələr aşağıya- bitkilərə, hətta metal və minerallara da aid edilir. Bombay transact. Vol. 2, § 355 [1]
1. [Sonradan:] kitab ingilis dilində 1818-ci ildə Bombeydə peyda olub.
Əlavə edirəm ki, “Desatir” deyərkən A. Şopenhauer Zərdüştün “Avesta” kitabını nəzərdə tutur və mən, əlbəttə, kitabın qədimliyi barədə Ser V. Consun fikrilə razıyam. Kitab fars – qədim pəhləvi dilində yazılıb. [G. K]
Çətin xüsusiyyəti ram etmək, qəddarlıq və ədalətsizlikdən uzaq tutmaq üçün həqiqət işə yaramır, çünki bu sayaq adamlar onu başa düşmürlər, deməli belələri üçün aldanma, nağıl, parabola lazımdır. Faydalı dini tədrislərə ehtiyac bu səbəbdən vacibdir.
Təbii din, yaxud indiki dəblə onu dini fəlsəfə adlandırırlar, öz nəticələrinə görə hansısa müsbət din ilə üst-üstə düşən fəlsəfi sistem kimi ifadə olunur, məhz bu vəziyyətin ikisi də təsdiqini bu və ya digər davamçıların gözündə doğru olan kimi tapır.
“Dini fəlsəfə” “təbii dini” ifadə etməkdən ötrü dəbdə olan sözdür. Həqiqətdə isə “təbii din” yoxdur və onlar hamısı süni məhsuldur.
İstənilən müsbət din o zaman taxt-taca sahib olur ki, fəlsəfənin xüsusi tərkib hissəsinə çevrilir. Buna görə də birincilər filosoflara həmişə düşmən münasibəti bəsləyirlər, kaş ki, sonuncular da bu qaçılmaz kinə əksər adamların ruh zəifliyinə qarşı istifadə etdiyi qoltuq ağacı kimi baxaydılar…
Əgər dünyanı hən hansı allah yaradıbsa, o zaman pislikləri ürəyimi parçalayan bu dünyanın allahı olmaq istəməzdim.
“Deistlər” – bunlar sünnət olunmayan yəhudilərdir.
Necəsə Allah-Yaradan haqqındakı ehkam insan azadlığı ehkamına uyğun gəlmir, hansı ki, essedə yaşamalıdır, eləcə də o, ölməzlik nəzəiyyəsilə də ziddiyyət təşkil edir; buna görə də Allah-Yaradan termininin ixtiraçıları – yəhudilər ölümdən sonrakı həyatı qəbul etmirlər, əksinə, ölməzlik nəzəriyyəsi barbar, kobud yəhudi inamına yad element kimi daxil olur, Hindistan, Misir, yaxud yunan miteriklərinin etdiyi dəyişikliklər qətiyyən işə yaramır, görünür, İsus Xristos tərəfindən keçirilmiş islahat uyğunluq səbəbinə görədir ki, onda saxlanılır.
Beləliklə, əgər bizim ilahiyyatçılar – “din filosofları” həmişə “Allah və ölməzliyi“ bir yerdə, bir-birinə bağlı iki fikir, iki hadisə, guya bir-birilə yaxşı yola gedirmişlər kimi, nəzərdən keçirirsə, onda bunu yalnız köhnə adətlərin və əqli çatışmazlığın hesabına yazmaq lazımdır. Çünki yuxarıda işarə olunmuş kobud, yöndəmsiz, mənfur yəhudi ehkamları nə ölümsüzlüyə uyğundur, nə də iradə azadlığına.
“Allah” sözü mənim ürəyimi bu həddə qədər ona görə bulandırır ki, zahirdə olan batinlə dəyişik salınır. Eyni nöqteyi-nəzərdən deyə bilərik ki, teizm ilə ateizm arasındakı fərq məkan xarakteri daşıyır. Onda belə çıxır ki, allah mahiyyətinə görə subyekt deyil, obyektdir; deməli allah ehtimal edilən kimidirsə, onda mən heç nəyəm.
Subyekt və obyektin eyniliyini təsdiq etməklə, teizmlə ateizmin eyniyyəti də təsdiq olunur. Əlbəttə, bütün ziddiyyətlər nisbidir və onların hər birindən ümumi – ziddiyyət olmayan nəzər-nöqtəyə yetişmək olar. Lakin bu yolla biz heç nə qazanmarıq.
O ki, hamıda özünü həyat iradəsi kimi tanıdır, həm də varlıq və onunla əlaqəli əzablardan xilas olmaq üçün həyat iradəsini inkar edir. Əgər ona bizdən fərqli və ayrı, özünü həyat iradəsinin təsdiqi kimi təmsil edən sonuncu xüsusiyyət nöqteyi-nəzərindən diqqət etsək və istəsək ki, “allahın” yaratdığı dünyanın (hansı ki, həyat iradəsi təsdiq ounub) əksini heç nə adlandıraq, onda bu həmin ifadədən əl çəkmək istəməyən adamların nəfinə olacaq, eyni zamanda nəticəni qarşılığı inkar olan naməlum X təşkil edəcək; məhz iradəni inkar edən də, artıq qeyd etdiyimiz kimi, bizdən və dünyadan fərqlənən, digər tərəfdən bizimlə də, dünya ilə də eyniyyət təşkil edən, Odur. Təsdiq etdiyi kimi inkar edən də məhz odur.
Yeni anlayışları izah etmək üçün köhnə ifadələrdən istifadə etmək qarışıqlıq yaradır və bu mənada söylənilən, guya, “tanrı” dünyanı istəmir ifadəsi yanlışdır, çünki “tanrı” anlayışının əsasında dünyanın varlığının istənilməsi düşüncəsi dayanır.
Məgər məsələ sözdə, daha doğrusu, “allah” terminindədir? Bir halda ki, sizə fiziki olmayan, fizika qanunlarına boyun əyməyən metafiziki nəsə lazımdırsa, o zaman bunu həyat iradəsilə də əldə etmək olar. Nə qədər gizlədələr, bəzəyələr, allah sözü bütün insani dillərdə dünyanı yaradan mənasını verir.
Mübahisədən qaçmaq üçün bu sözdən istifadə etməyə lüzum yoxdur. Fəlsəfədə anlayış onsuz da çətin başa düşülür, onu eyhamlarla daha da ağırlaşdırmaq caiz deyil.
Belə bir tanrı haqqında bizim başqa dini nəzəriyyəmiz yoxdur, bundan əlavə, əsasını ancaq mühakimə təşkil edən “Theologia mystica” – mistik teologiyada Dionis Aeropaqit deyir: Allaha dair bütün predikatları inkar etmək olar, ancaq birini də isbat etmək mümkün deyil, ona görə ki, o, bütün varlıq və bütün dərketmənin sərhədləri xaricindədir, üstəlik Dionis nəyi epeceina adlandırırsa, digər tərəfdən onu bizim şüurumuza tamamilə uyğun gəlməyən kimi xarakterizə edir. Bu, dini nəzəriyyə olaraq yeganə həqiqətdir, lakin o da mahiyyətdən uzaqdır. Sözün doğrusu, o heç nə danışmır, heç nə öyrətmir, sadəcə, bir məktubla özünün hər şeyi yaxşı bildiyini və bunun ayrı cürə doğru olmadığını ehtimal şəklində bizə ötürür.
Foluk Məhəmməd mistiklərinin gözəl tərcüməsində və bu tərcüməyə aid xristian, teistik, mənfi və panteizmlə polemikləşən qeydlərində xədimə bənzəyir; hansı ki, hərəm gözətçisi timsalında çıxış edərək, oranın bütün gözəllərini ən faydalı şəkildə təsvir edir, lakin özü onlarda, tamamilə, yaxşı heç nə tapmır, buna baxmayaraq öz sənətindən də hələlik əl çəkmir. Onu hollandlılara da bənzətmək olar, hansılar ki, (Jan Polun ifadəsinə görə) özləri gülməli vəziyyətə və oyuna düşmədən fransızların ağıllı və azad düşüncəli yazılarını öz xeyirlərinə çap etmişdilər.

Folukun “Şərq mistikləri antologiyası”nda aşağıdakı mövzular çox mühümdür:
1. Saqilərin timsalında allahın tərifi, səh.218
2. Attar Mütləqi tərənnüm edir, səh.260
3. İnsanın ləyaqəti, səh. 266
4. Dünyanın dəyəri, səh. 273
5. Gənclik, səh. 274
6. Xristianlığın mistik mənası, səh. 221

Zahidlik və mistiklik bəyənilmiş nəzəriyyə arxasında saxlanılan hər hansı məzhəb deyil, bir dəfə və həmişəlik qəbul edilmiş ehkamdır ki, onun qorunub inkişaf etdirilməsi üçün bütün üzvlər öz aralarında birlik yaradırlar.
Lakin daxili təcrübə ki, onun əsasında, yaxud haqqında azından hamı danışır, belədir: biz və başqaları onu səsləndirməyi və bu minvalla araşdırmağı bacarmırıq. Həm də o, sadəcə, seçilmiş bir neçə şəxsin payına düşür; ona görə də bu daxili təcrübə alilik adını qazanıb. Onu bizim üçün şübhəli edən də məhz hamı üçün əlçatan olmamasıdır.
Bundan başqa, əgər müxtəlif vaxtlarda dünyanın çox müxtəlif yerlərində sosial statusları, yaşı, cinsi yetərincə fərqlənən insanlar özləri tanıdıqları, lakin bizə məlum olmayan hər hansı ölkə haqqında danışsalar, doğru sözylədiklərini sübut etmək üçün bizim imkanımız olmayacaq, yox, əgər bu adamlar, yuxarıda qeyd etdiyimiz böyük fərqlərə, bizim, həm onlara, həm də onların mənsub olduğu göstəricilərə açıq-aşkar nabələd olmağımıza baxmayaraq, aramızda heç bir ümumi bağlılıq olmayan həmin məmləkət haqqında yenə danışsalar, onda da adı çəkilən ölkənin varlığı və başlıca xüsusiyyətləri haqqında şübhəyə əsasımız olmayacaq. O yerdə ki, vasitəsiz təcrübə sayəsində müvəffəqiyyət əldə edə bilmirik, onda başqalarının şahidliyinə qane olmalıyıq, ancaq qənaətimizin şübhəli olub-olmadığını yoxlamaq şərtilə.
O güc ki, bizi varlıq olmağa səsləyir, şübhəsiz, kordur. Çünki görən qüvvə xarici olsaydı, ancaq qəddar iblis olmalı idi, amma daxili, yəni biz özümüz olaraq da heç vaxt özümüzü belə dəhşətli vəziyyətə salmalı deyildik. Özünü bu yolla obyektləşdirən təmiz, həyat iradəsinin dərkindən azad, kor-koranə cəhd həyatın özəyini təşkil edir.
Əgər məndən soruşsaydılar ki, dünyanın daxili mahiyyətinin intim dərkinə, özündə şeyə, hansı ki, mən həyat iradəsi adlandırmışam, harada yetişmək olar; yaxud bu mahiyyət bütün aydınlığı ilə harada şüura daxil olur və ya özünün həqiqi açılışına nail olur, mən birləşmə aktının şirinliyini nişan verərdim. Ordadır! Bütün şeylərin həqiqi mahiyyəti, özəyi, bütün varlıqların məqsədi və təyini ordadır. Baxın, nəyə görə o, canlı varlıqların məqsəd və fəaliyyətlərinə subyektive xidmət göstərir, lakin dünyanın əsaslandığı faktoru objektive şəkildə təqdim edir, çünki üzvi olmayan dünya idrakın gücü ilə üzvi dünyaya birləşir. Lingam və Phallis qarşısındakı hörmət bu səbəbdəndir.
Bəs o bizdə hansı təsəvvürü oyadır? – Bunun cavabını V. Şekspir 129-cu sonatında vermişdir.
Bu günlərdə fəlsəfi yazılar yazan axmaqlarda heç cürə şübhə etmədikləri dərin və qəti inam var ki, sonuncu məqam və hər hansı mücərrəd mühakimə qabiliyyəti Allahın dərkidir, həqiqətdə isə bu özünü dərketmədən başqa heç nə deyil, həm də bu barədə delfi məbədlərindən oxuya, azından Kantdan öyrənə bilərdilər, çünki sonuncu da eyni təsiri göstərəcəkdi, hətta onlardan yüz il sonra yaşamış olsa belə.
Hər halda mən istəyərdim ki, onlar tərifli Allahı tərənnüm etməzdən əvvəl, heç olmasa, bir az öz ətraflarına nəzər salaydılar və şahidi olaydılar ki, bu gözəl dünyada işlər necə gedir. O zaman onlardan soruşardım ki, bu dünya müdrikliyin, xeyirxahlığın, qadir olanın yaratdığına daha çox bənzəyir, yoxsa kor həyat iradəsinin.
Əgər dünya nə vaxtsa vicdanlı olmaq dərəcəsinə qədər düzəlsə ki, on beş yaşına çatmamış uşaqlara Allah Qanunlarını öyrətməsinlər, bundan sonra ona məlum ümidi bəsləmək olar.
Hərçəndi onun dərk olunma intellekti anadangəlmədir, sonuncunu cism və materiya kimi təqdim etmir, bu da, əslində, fitri ideyaların öyrədilməsindən xəbər verir, hansı ki, varlığını Lokk inkar, Karteziy ilə Leybnis təsdiq etmişdir. Nəticə etibarı ilə buna, bu ideyalara münasibətdə intellekt, həqiqətən, hansısa tabula rasa – ağ kağız vərəqi kimi olur. Təbiət onun üzərində əvvəlcə qayda yaratmalı, sonra şüur, anlayış yazmalıdır, həm də bu sonuncular daha dəqiq və güclü ştrixlərlə yazılmalıdır ki, intellekt və fəaliyyətin bələdçi ulduzuna çevrilsin.
Beləliklə, (vicdansız və biabırçı şəkildə) ortaya çıxıb altı yaşlı uşaqda tabula rasanın üzərinə pozulmayan kobud xətlə dinin müsbət olması anlayışını yazırlar və bununla da onun gözəl ağ vərəqinin təbiətini həmişəlik korlayıb, gənc zəkanı mücərrəd başlanğıc, bəzi fərdi və dünya səbəblərinin dəhşətli konsepsiyası kimi fikirlərlə öz təbətinin və təşkilinin ziddinə yönəldirlər. Məhz bu yolla doğru olmayanı öyrətməkdən ötrü ona sərbəst bünövrə qurur, yalanı mənimsətmək üçün zehnini yararlı vəziyyətə gətirirlər.
Qarsena de Tassinin Quran barəsində gizli ziddiyyətlərlə ifadə olunmuş “Exposition de la foi Musulmane” əsərinin şərhlərindən yaxşı, baxmayaraq, bütünlüklə xristanlığa uyğun gəlir, teizmin dəhşət və cəfəngiyatını izah etmək olmaz, həm də o, “xristianlar qəti şəkildə Allah Atanı qəbul etməlidirlər” sözündən savayı heç nə demir, ona görə ki, bu fikir bütün yəhudi məzhəbləri üçün ümumidir, həm də onlardan başqa heç yerdə ifadə olunmur. Lakin xristianlar bu aydın ifadədən könüllü qaçaraq mistisizmin arxasında gizlənirlər, hansı ki, qaranlıqda mücərrədlik itməli, beş rəqəmi cüt kimi başa düşülməlidir.
Parslar, yəhudilər, məhəmmədilər Yaradana ibadət edirlər, induslar, buddistlər, yainlər, əksinə, üst dünyaya, həm də onun haqqında görünən mənanı aşağılayaraq. Aydındır ki, xristianlıq öz mənasına, yaxud Yeni İncil xristianlığına görə ikinci sinfə aiddir [dinin], lakin tarix boyu onu zor və cəfəng şəkildə dinin birinci sinfinə calaşdırıblar.
Ateizm kəlməsində necə də hiyləgər saxtakarlıq və qəddar iftira yatır(!), guya teizm, özlüyündə ötəri bir şeydir.
Hər teistə dilemmatik sualla müraciət edilməlidir: “Sizin tanrınız fərddir, ya yox?” Əgər o suala mənfi cavab versə, bu allah demək deyil, təsdiq etsə, onun cavabından qəribə şeylər çıxır.
Gənclikdən başlayan daimi təlqinetmə insanı beyindən silinməyən xurafata sürükləyə bilər, eynən zəhlətökən ideya kimi. Lakin daha vacib olan budur ki, belə aşılanmış bezdirici ideya nəhayətdə ov itlərinin təlimi kimi bir nəticəyə gətirir; əgər aşılama uzun müddətə nəsildən nəslə təkrarlanırsa, irsi xarakter daşıyır və o zaman, həqiqətən, anadangəlmə ideyaya zəmin olur. Bu qayda ilə onu izah etmək olar ki, dünyanın bir yarısı məlum anlayışı fitri və zərurət kimi tanıtsalar da, eyni vaxtda başqaları bunu inkar edir. Yeri gəlmişkən, onu da fərqləndirmək lazımdır ki, bu zaman həqiqi təsəvvür ancaq iradədir.
Allah kəlməsi altında avropalılların böyük çoxluğu, həqiqətən, insan kimi bir fərdi başa düşür. O kəslər ki, məlum təhsilin təsiri altındadır, təhsilin səviyyəsinə uyğun olaraq bununla razılaşmır, verilən adın altında getdikcə az düşünürlər, nəhayətdə daha təhsillilər, yaxud, sadəcə, natura naturans, əlbəttə bu ad ona pis yaraşır, daha dəqiq bir fikir yürüdə bilmirlər, lakin ürəklərinin dərinliyində təhvil aldıqları bu addan çox möhkəm yapışırlar, hansı ki, onunla bütün qüsur və günahlarına etibarlı müdafiə taparaq gələcək xoşbəxtliklərini əbədi təmin edəcəklərinə ümid edirlər: sadə döyüş vəziyyəti. Burada da əsas işi kozır hesab etdiyi kartdan yapışan iradə görür.
Yəhudi miflərinə rəsmi hücum “heç nədən yarandı və heçliyə qayıtmalıdır” müddəasına istinad etməlidir, ona görə ki, doğru və həqiqi olan təzahür etməz, heç məhv də ola bilməz.
Əgər köhnə ifadəyə bağlılıqdan qurtarmaq üçün istəsək ki, (onu ki, bəyənmirəm) onu tanıdığımız həyat iradəsi kimi adlandıraq, bunun əksinin (nirvana) – həyat iradəsinin ziddinə yönəlmənin necə baş verməyindən xəbərimiz olmayacaq, (belə ki, şüurumuz onu bu dönüşə qədər izləyə bilir) əgər bu xəbərimiz olmayan x-i, yaxud y-i allahın yerinə işlədib, qısaca, desək ki, allah bizim dünya olmadığımız vaxt təsəvvür etdiyimizdir, onda bu vasitə ilə sözün ilkin mənasını deyil, özünü xilas etmiş olarıq və allahı dünyadan, hətta sonuncunun inkarı qədər ayırarıq.
Teizmə gəldikdə isə Almaniyada alimlər arasında onun mənasını işin tamamlanmış həddində nəzərdən keçirsələr də, sözdən ayrılmaq istəmirlər və bu güclə hakimiyyətdən ayrılan karolların tituldan ayrıla bilməməsinə bənzəyir, belə ki, hələ də Avstriya imperatoru özünü Yerusəlim karolu hesab edir, ingilis karolu özünü fransız karolunun titulu ilə çağırır.
Əgər din ən rəzil fikirlərin pərdələnməsinə xidmət edirsə, bu ona qədər də baş verən gündəlik hadisələrdəndir ki, heç kimi təəccübləndirə bilməz; lakin bunun fəlsəfə ilə, heç vaxt, heç yerdə həqiqətdən başqa heç nə axtarmayan müqəddəs göy qızı ilə baş verməsi, – bu bizim dövrün qismətinə düşüb.
Allah, azadlıq və ölümsüzlük metafizikanın əsas məqsədinin böyük hissəsi hesab olunur, lakin birinci iki sonrakıları mümkünsüz edir. Belə də demək olar: birinci, antoloji, yəni essentia var, existentia yoxdur, ikinci, existentia var, essentia yoxdur kimi sübut olunmalıdır.
Geniş yayılan saxta doktrina həqiqətin yolunu hasarlayıb özünü iyrənc bir məxluq kimi aparır, istər o, min nəsillərin səlahiyyətini qazana , istər insan irqinin əxlaqi tərbiyəsi işində ölçüyəgəlməz fayda gətirə, – mən ona aman verməyə, yaxud öz nifrət və ikrahımı dəf etməyə səbəb görmürəm. Biz həqiqətə çatmaq istəyirik və peşman (remorse) olmadan yalanın viviseksiyasına da əl atmalıyıq.

Teizm növbəti ehtimallardan birini qəbul etməlidir:
1. Allah dünyanı heç nədən yaratdı; bu bütünlüklə səhih həqiqətə ziddir, belə ki, heç nədən heç nə yaranmaz.
2. O dünyanı özündən yaratdı; sonra, ya özü panteizmdə qaldı, ya da öz hissəsindən yaratdığında, hansı ki, ondan ayrılıb: emanasiya.
3. Tutaq ki, tanrı tapılmış materiyanı müəyyən formada emal edib, onda özü kimi bu sonuncu da əbədidir, belə olan təqdirdə o, sadəcə???

Kütlə hər zaman ancaq inanmağa qadir olacaq, başa düşə bilməyəcək. Inamın asanı, çətini yoxur, ikisi də eynidir. Buna görə də ona inam obyekti olaraq məntiq və həqiqət verin, sonuncunu təbiət haqqında yalan və ləyaqətsiz təsəvvür yaradaraq zahiri saxtalıq səviyyəsinə qədər alçaldan təlimlər verməyin, guya ki, bəşər övladı və dünya xoşbəxt olmaq üçün mövcuddur və s.
Əxlaq hər hansı ehkamda özünə istinad nöqtəsi tapmalıdır, hələlik gerçək ehkamı tanımamaq səbəbindəndir ki, hansısa mifikə, alleqorikə, etibarsıza, yalnış ehtimal edilənə istinad olunur. Çox yaxşı, lakin, əxlaqın həqiqətənmi ehkama ehtiyacı var? Bunu onun özündə təsəvvür etmək düzgün olmazdımı, axı o da həqiqidir, məgər icbari vəzifələri ədalətə və polisə həvalə etmək doğru olmazdımı, üstəlik onlarda şərəf, başqalarının fikirinə diqqət də var?
Əgər mifik ehkam lazımdırsa, o zaman bütün başqalarından yuxarıda metempsixozların ehkamı dayanır.
Yalançı filosoflar deyəndə mən o kəsləri nəzərdə tuturam ki, həqiqətin axtarılması bəhanəsilə qədim qərbin səhvləri üzərində səylə çalışırlar.
Vaxt gələcək, metafizikada fərz etdikləri allah-yaradana astronomiyanın episikli kimi baxacaqlar.
İnanmaqdan ötrü filosof olmaq lazım deyil.
Ancaq hökümət kahinlərin çətinliklə ayağa qaxmalarına imkan yaratdı, yoxsa hələ də bir-birinin saçını yolurdular. Bu məni ürəkdən sevindirir.
Bəşəriyyət irəliyə – həqiqətə cəhd edir; qayışlar qırılır, onları birləşdirmək isə müvəqqəti kömək edir. Yoxsa bəşəriyyətin tərəqqisi hər vasitə ilə gerimi dönməlidir? Təvəzökarlıqla təşəkkür edirəm!
Bəziləri istəyərdilər ki, almanları əvvələ çəksinlər, o yerə ki, onları orda Böyük Fridrix və
P. İosif tapmışdı.
Simasız allah – bu contradictio in adjecto deməkdir, əksi isə fərddir.
Teizm öz mənasına görə tamamilə düzgün həndəsi konstruksiyada kürənin mərkəzinin ondan kənara düşməsini sübut etməyə bənzəyir.
Bütün predikatlar privativum – özəlliyinə görə, ateizm və s. kimi özlərini elə aparırlar ki, buna məntiqdə sonsuz mühakimələr deyilir, nəticədə isə müsbət tərkibdən və s. məhrum olub heç nə danışa bilmirlər.
Dünyanı hansısa şəxsin yaratmasına, əlbəttə, inanmaq mümkündür, lakin bu barədə düşünmək olmaz. Birincini bizə təcrübə öyrədib. [1]
1. Hansısa varlıq dünyanı şəxsən yaradıb – buna, təcrübəyə görə, əlbəttə, inanmaq olar, lakin təsəvvürə gətirmək mümkün deyil.
Əgər biz yaradanın iblis olduğunu düşünsəydik, bu zaman onun yaratdıqlarını haqlı olaraq özünə göstərib qışqırardıq: “Sən nə cürətlə dünyaya bu qədər ağrı və kədər gətirmək üçün Heç nəyin müqəddəs sakitliyini pozmusan!”
Kim ki, həqiqəti sevir, təkdə də, cəmdə də tanrılara nifrət edir.
Nə vaxt ki, həqiqət arxamdadır, onda paxıllıq etmirəm ki, mənim düşmənlərimin tərəfində öz Əhdi Ətiq və Əhdi Cədidilə birlikdə kilsə mövcuddur.
O vaxtdan ki, ultima ratiotheologorum, tonqal artıq işə yaramır, yalan və aldatmağın nazı ilə ancaq qorxaq oynayacaq.
Həqiqi mahiyyətin əzəliliyini, keçici olmadığını, hansı ki, var və olmalıdır, tanımamaq, onu heç nə (əslində, onun varlığından əla yaradılmış) xammalına qədər aşağılamaq, əsl küfrdür.
Əgər siz desəniz ki, dünyanın daxili mahiyyəti allahdır, o zaman siz özündə şeyi obyektiv nəyəsə (mümkün olmayan) çevirirsiniz, bu isə yalandır; çünki ancaq subyekt nəyisə vasitəsiz və s. təqdim edə bilər; bəlkə də bu səbəbdən vasitəsiz dərketmə bütün vasitəlilərin izahı üçün əsas rolunu oynayır: iradə belədir.
Zehni fəaliyyətin tərəqqisi dini, onun mahiyyətinə – obrazlılığına qədər sıxışdırıb mücərrəd-ləşdirir, lakin zehni fəaliyyət müəyyən dərəcə ümumiləşən kimi o da tamamilə süqut etməyə məruz qalır.
Əgər intellektual dəyərlərin yüksəkliyini düzgün müəyyən etmək o həddə qədər mümkün olsa ki, mövcud insan varlğın problemini assimilyasiya etsin və onunla kamala yetişsin, onda avropalılarla müqayisədə hindlilər və qədim misirlilərin nə qədər yüksəkdə olmasının fərqini görərik!
Yadıma düşdüyü qədər, hind yazılarında, əsas etibarı ilə, müqəddəs kişilərdən – günahkar dindarlar və hindli dərvişlərdən söhbət gedir, xristianlıqda müqəddəs ruhlar daha çox qadınlardır, o cümlədən, Hüyon, Beata Şturmin, Klettenberq, Burinyon və s. Bu onu göstərir ki, Hindistanda qadın cinsinə, həqiqətən, böyük etinasızlıq var, hamsını tabe olmağa vadar edir, onlarla hesablaşmırlar və s. [1]
1. [Sonralar:] Həyat iradəsinin inkarı qadınlarda Suttee kimi çıxış edir.
Buddistlərin müqəddəs kitablarında insan nəslinin tədricən piləşməsi haqqında nəql olunur, xüsusilə, cismani pisləşməni əxlaqi çatışmazlıqların, yaxud xarici fəlakətlərin təsiri kimi təsvir etməyə çalışırlar, ona görə də Çində vəbaya, qıtlığa və s. imperatorun mənəvi günahlarının nəticəsi kimi baxılır. Bütün bunların əsasında o düşüncə dayanır ki, təbiət həyat iradəsinin obyektləşməsini əks etdirir və iradənin əxlaqi xüsusiyyətilə öz uyğunluğunu ortaya çıxarır. Mən bu barədə “Dünya iradə və təsəvvür kimi” kitabımda demişəm: “İradə nədirsə, onun dünyası da həmindir”.
Demək olar ki, bütün qədim xalqlar heyvanı Allahın adına olmadan heç vaxt kəsmirdilər, amma özləri yeyirdilər. Bu ona bənzəyir ki, mənim vaxtımda Rimdə küçələrdə, meydanlarda, evlərin pillələrində Madonnanın, yaxud hansısa müqəddəsin şərəfinə çıraq yandırmaq olmazdı, halbuki onların şəkillərini həmin yerlərdən asmışdılar.
Əgər qədim dünya bizim gözümüzdə belə məsumdursa, deməli o, xristianlığı tanımırmış.
İndiki və qədim vaxt arasındakı ziddiyyət, ola bilsin, başqa heç nəyə görə belə təsirli səslənmir, o mənada ki, bizdə çoxları, Allahı heç vaxt xatırlamasalar da, ölümqabağı onu yada salırlar, həm də ölüm yaxınlaşdıqca hər kəs öz fikirlərini, əgər mümkünsə, müstəsna olaraq, Allaha xitab edir. Qədi-milər isə, əksinə, ya ölüyə, ya da ölüm ayağında olan insana ünvanlayırdılar, allahla işləri olmurdu: elə bil, o, ətrafdan uzaqlaşmışdı. Bax, Sofokl: “Ayaks” səh. 584 və Vergili: “Eneidu” XI, səh. 51.
Diqqətə layiqdir ki, tövratın ölümsüzlük haqqında, yəni bir insan üçün təhdid və vəd, cəza və mükafatın tez-tez onun nəslinə keçdiyi vurğulanan təlimlərində ailə siyahıları və şəcərələr də çox dəqiq və hərtərəfli, diqqətlə siyahıya alınmışdır. Belə ki, insanı başqa xalqlarla deyil, öz nəslinə daha çox uyğun gəldiyinə görə fərdi nəsli ilə eyniləşdiriblər.
Ona təəssüf etmək lazımdır ki, Əhdi Cədidin açıqsözlü yazarları arasında nə dildə, nə də üslubda vəhyi açıqlayan olmayıb.
Xristian asketizminin öz aydınlığı, fərqliliyi və vasitəsiz motivi yoxdur, onda Məsihin təqlidindən savayı özgə səbəb yoxdur; halbuki Məsih həqiqi mənada tamamilə zahid olmayıb; (baxmayaraq ki, o, könüllü yoxsulluğu məsləhət görürdü, Matf. 10, 9); bundan əlavə, kim olur- olsun, başqasını sadəcə təqlid etmək vasitəsizlik deyil, vasitəsiz səbəb özündə şeydir ki, işin məna və məqsədini izah edir.
Protestant kilsələrində nəzərə çarpan predmet kafedradır, katoliklərdə səcdəgah. Bu o faktı simvolizə edir ki, protestantizm hər şeydən əvvəl dərk etməyi nəzərdə tutur, katolisizim imanı.
Özlüyündə ortimizmi daşıyan humanizm birinci qədər də yalan, birtərfli və zahiridir. Bu səbəbdən qırx il əvvəl onun ağalığına qarşı zərif alman ədəbiyyatında, hansı ki, Höte və Şillerin əsərlərində üstünlük təşkil edir, öz pessimist ruhu ilə xristianlığa istinad edən romantizm cərəyanı öz işinə başladı.
İndiki zamanda humanizmin əleyhinə, hansı ki, təsiri nəhayətdə materializmə gətirmək qorxusu yaradır, hərəkətə keçən ortodoksal və mömin partiyalar pessimist səmtdən möhkəm yapışırlar ki, ilkin günaha və dünyanın Xilaskarına istinad edə bilsinlər, məhz bu səbəbdən də, bütün xristian mifalogiyasını qəbul etməyə və həqiqi sensu propria kimi müdafiə etməyə məcbur qalırlar, indiki vaxtda isə buna müvəffəq olmaq çətin məsələdir.
Əksinə, onlar, bilməlidirlər ki, ilkin günah anlayışı, yaxud insan nəslinin korlanması, eləcə də, dünyanın bədbəxtliklərindən, günah və ölümdən azadolma ümidi, əsla, xristianlığa xas ola bilməz, heç onun özünəməxsus mifologiyasının da tərkibində ola bilməz, halbuki o mümkün qədər geniş sferada yayımlanır, lakin qədim və əksəriyyət insanın ibadət etdiyi Asiya dinlərində daha yaxşı və aydın şəkildə, həm də tamamilə başqa formada qəbul edilir, əlbəttə, Nazareyanin gələnə qədər.
Bu qədər dolaşıq, ədəbaz, hətta düyünlənmiş xristian mifologiyasında İsusun günahı yüngülləşdirən fərqli ölümü, bərəkətin əvvəlcədən təyini, etiqada bəraət və s. olduqca iki müxtəlifnövlü valideynin uşaqları kimidir; məhz indiki yəhudu monoteizminin hissi həqiqətlər münaqişəsindən əmələ gəlib, həm də mahiyyətcə onun ziddinədir. Yeni Cədiddə əxlaqi dəyərlər arasındakı ziddiyyəti on-on beş səhifənin tərifəlayiqlər, qalanının eşidilməmiş əcaibliklərlə doldurulması təşkil edir, hansı ki, cürbəcür uydurmalarla metafizikanı dərk etmiş istənilən insanın əksinə yönəlib.
Mövzunu mənim fəlsəfəm həmişə yaşanan duyğu ilə aydınlaşdırıb və ifadə edib; bundan çoxları məmnundur.
Mayster Ekhart [1] cisimlərin son dərəcə dərin və düzgün dərk olunmasına nail oldu. Lakin onun fikirləri başqaları tərəfindən o qədər korlandı ki, dərk olunması xristian mifologiyasını zəhlətökən ideyaya çevirdi; sonuncunu öz şəxsi inamı ilə barışdırmaq, azından onun dilində danışmaqdan ötrü o, həm Allahla [2], üçüzlü Troisalarla, Müqəddəs Qızla döyüşür, həm də onları alleqorik qəbul edir; nəticədə başa düşülməsi çətin olur, hərdən də daxili ziddiyyətli ifadələr üzə çıxır. O, bununla əlaqədar çox yazsa da, özünü də qane edə bilməyib, aydın, qısa ifadələr işlətməyib, buna görə də, ardıcıl təkrarlarla həmişə əvvələ qayıdıb.
1. “Protestantische Monatsschrift” jurnalının 1858-ci ilin aprel sayında Steffensenin M. Ekhart haqqında bir yaxşı məqaləsi çap olunub. M. Ekhart 1307-ci ildə Erfurtedə çiçəklənib, o, özünə istinad edərək sitatlar gətirən Taulerdən böyükdür. Pfeyferdə dərc olunanların 1/3 hissəsini Taulerin köhnə nəşrləri təşkil edir, amma sonrakı nəşrlər mətnin sonuna əlavə etdiklərindən yan keçib. Steffensen Ekhartın ən yaxşı xütbələri kimi 56 və 87-cini nişan verir. O, təxminən beş səhifədə onun nümunəvi baxışlarından ən yaxşı yerləri misal gətirir, amma mətnin əsas hissənini bir xütbədən götürdükləri təşkil edir.
2. Bu döyüşdə onun allahı hər an öz əlinin altında şəxsi məninə çevrilir. O bu biabırçılığa uzaqdan başladığı üçün tamamlanma gülməli alınır. Məsələn, 465-ci səhifədə günahlardan tövbə edən qadın öz keşişinin yanına gedib ona deyir: – Ata, mənimlə fəxr edin, mən Allah olmuşam.
Budda, Ekkard və mən mühüm xassələrlə eyni şeyi öyrədirik, lakin Ekkard bunu öz xristian mifalogiyasının buxovuna çevirir. Buddizmdə də həmin fikirlərdir, həm də kifayət qədər təhrif olunmamış şəkildə; buna görə də onlar dinin ola biləcəyi qədər sadə və aydındır. Məndə isə tam aydındır.
Əgər hadisələrin məğzinə nəzər salsaq, aydın olacaq ki, Mayster Ekhart və Şakyamuni eyni şeyi öyrədiblər, fərq ondadır ki, birinci cürət etmədiyi üçün fikrini o biri kimi birbaşa söyləyə bilməyib və məcbur olub ki, düşüncələrini xristian dilinə və mifinə tərcümə etsin; buna görə də o özü böyük çətinlik və uyğunsuzluqla, oxucular isə anlaşılmazlıqla üz-üzə qalıblar: gah düşünmədi-yini danışıb, gah da düşündüyünü söyləməyib. Bu məsələ pfeyfer nəşriyatının başçısına göndərilmiş bir kodeksdə öz əksini belə tapır: “Bir adam Mayster Ekharta onun xütbələrinin heç kim tərəfindən başa düşülmədiyini söyləmişdir”.
Əgər siz həvəsinizi coşduran, heyranlığınıza səbəb olan sözdən başqa heç nə istəmirsinizsə, bu məqsədlə Allah kəlməsindən digər sözlər kimi istifadə edə bilərsiniz.
Fəlsəfə professorunun fəlsəfə ilə yaşayan bir insan üçün ateizm ittihamından daha ləyəqətsiz hansı sözü ola bilər? Mənim əleyhimə bu kimi günahlandırma artıq üç fəlsəfə professoru tərəfindən irəli sürülüb. Bu cənablar o zaman yaxşı iş tutmuş olardılar ki, ateizm haqqındakı çağırışlarla öz qızğınlıqlarını ölçəydilər və düşünəydilər ki, doğrudan da, teizm məhz səmimiyyətdir, yenə də səmimiyyətdir, dünyada başqa heç nədə olmayan səmimiyyətdir, elə buna görə də, onlarla qızğın mübahisəyə cəlb olunmamaq üçün hər yerdə səmimiyyətə bərabər tutulan mərifəti yaddan çıxarmırıq.
Din 1900 il zəkanı buruntaqda saxlayıb. Fəlsəfə professorlarının məqsədi onunla tamamlanır ki, avropa mifologiyasını qaçaqçılıq yolu ilə fəlsəfəyə daşısınlar.
Həqiqətin və marifçiliyin muzdlu qatilləri var, nə qədər gizlənsələr də, maskalansalar da, onları
tanıyırlar.
Xristianlıqdan başqa heç yerdə belə bir məcburiyyət yoxdur ki, ləpəni qabıqdan ayırmaq lazım gəlsin; məhz ləpəni sevdiyim üçündür ki, hərdən qabığı sındırıram.
Tərcümə etdi: Göyərçin KƏRİMİ

GÖYƏRÇİN KƏRİMİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru