Bu gün tanınmış şair Nadir Qədimli “Ürəyimə yağan yağış” adlı yeni kitabını təqdim edib. Atatürk mərkəzində Vasif Qurbanzadənin moderatorluğunda baş tutan tədbirdə dəyərli söz adamları və ziyalılar iştirak ediblər. Tədbirin gedişində müəllifə “Ziyadar” mükafatı, digər diplom və hədiyyələr təqdim olunub. Qonaqlar kitab və ümumilikdə Nadiq Qədimli yaradıcılığı haqqında öz fikirlərini bölüşüblər. Fotolar:
Bu gün Ağdam torpağının mərd oğlu, nur saçan ziyalısı, şəhid atası Hacı Əkbər müəllimin doğum günüdür! Hacı Vahid Çəmənlinin ona həsr etdiyi şeiri sizə təqdim edirik:
Yol aldın ömrünün zirvələrinə, Yetmişdən səksənə yol uzun deyil. Qarışdın zamanın zərrələrinə, Səksən də, doxsan da son yazın deyil.
Hələ Qarabağa həsrətik, heyhat, Hələ seyr edirik o yurdu gendən. Alın yazısıdır deyirlər həyat, Artır bir sətir də hər keçən gündən.
Demə, gündən günə azalır vədə, Nə boş ver, nə dərdlə ərit ömrünü. Hər günün qəm ilə gəlib keçsə də, Yaşat varlığında igid ömrünü!!!