Salam olsun
Hər şeyi
Allah xatirinə edənlərə,
Allah xatirinə,
Birlik olanlara,
Salam olsun!
Könlü gözəl insanlara,
İçində kin olmayana,
Sevgi ilə baxanlara
Salam olsun!
Allah üçün sevənlərə,
Qərib diyarda yaşayana,
Uzaqlara salam və dua göndərənə,
Salam olsun!
Yetimi sevindirib,
Kasıba əl tutana,
Ruzisini bölüşənə,
Salam olsun!
Xəstələrə, dərdlilərə,
Kimsəsizə, evsizlərə
Arxa duran bəndələrə
Salam olsun!
Salam olsun əsən küləyə,
Salam olsun çağ
layan suya,
Salam olsun oda, alova,
Salam olsun torpağa, kainata, aya, ulduza,
Salam olsun bəşəriyyətə, bütün varlığa,
Salam olsun!
Sevirəm yurdumu
Sevirəm yurdumun dörd bir yanını,
Payızda tökülən hər yarpağını,
Qışı, boranını, buz bulağını,
Baharda oyanan baxça bağını.
Sevirəm yurdumun hər nemətini,
Nər igidlərini, xatun qızını,
Sevirəm yurdumun hər qarışını,
Qələbə müjdəli səs-sorağını,
Sərkərdə oğlunu, igid oğlunu
Qalib, mətin əsgərimi sevirəm.
Sevirəm yurdumun al bayrağını,
Önündə and içən hər övladını.
İlkin mənbə: 525.az
Müəllif: Pərvanə SALMANQIZI
PƏRVANƏ SALMANQIZININ YAZILARI
“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru