“Torpaq uğrunda ölən varsa, vətəndir“! Çingiz torpağı Vətən edə, oğul-lardan idi. Dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı.
Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı “Cəngi” birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahtçı-novator lider simasında təqdim etməkdə idi. Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O 1991-ci ildən Azərbaycan Dövlət televiziyasında reportyor kimi çalışmaqa başladı. Ancaq yalnız Azərbaycan miqyasında fəlaiyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona gərə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yardılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədn məlumat verən telequrum kimi qəbul edirdilər. Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinn 1992-ci ilə qədər olan dövrünün əsil salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əskərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əskər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əskərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədədə həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi.
Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.
Vətən oğlu gözün aydın Qarabağ torpağı işğaldan azad oldu .44 günlük müharibənin Qələbə ilə başa çatması üçün şəhid və qazi olan oğullar sənində intiqamını aldılar. Ruhunu təbrik edə bildik. Sənin zirvədə qərar tutan nigaran ruhunu məmnun edə bildik. Torpaqlarımızı düşməndən azad edərik o zaman Qarabağda sənin əbədiyyətə
qovuşduğun, mübarək qanının axdığı o yerdə hörmətlə dayanıb, sevinc göz yaşları içində deyə bildik: -Gözün aydın Vətən oğlu, biz yurdumuzu yağılardan azad etdik! Lacının azad olunması ad gününə hədiyyədir.
“Xocalı Faciyəsi, Soyqirimlar Zirvəsi” yazımda Çingiz Müstafayevə həsr olunmuş misralarla Ruhun Şad Olsun deyirəm!!!
MİLLİ QƏHRƏMAN
Çingiz Mustafayevə ithaf olunur!
Hamı kimi yaşayırdı, təminatlı insan idi!
İnsanların sağlamlığın qoruyan bir həkim idi!
Öz rühüna hakim idi!
O, sevirdi İnsanları, Vətənini, Elini…
Elin qürur yerini.
Qarabağda baş verən dəhşətli faciələr
Dözülməz etdi onu, od içinə atdı onu.
Bir əsgərə döndü O!
Çağırışsız, filansız könüllü cəbhələrə getdi O!
Əlində yox silahı, kameraydı onun olan silahı,
Bir də ki, vicdan səsi!
Harda çətin məqamdı, Çingiz orda olardı,
Haqsızlığa dözməyib, o necə qışqırardı,
Bəzən də eləcə yalvarardı:
– “Atıb getməyin eli, tarix sizi bağışlamaz!
Mən qalıram yanınızda, çəkəcəyəm onları,
Mənim gücüm buna çatır” – deyirdi!
Xocalıda baş verən faciəni çəkən Çingiz hönkürürdü,
Qarğıyırdı bu vəhşəti, qırıblar necə bizi,
Qanına qəltan ediblər körpəmizi!
Meyitləri bax, yan-yana çatıblar,
Dünyadan xəbərsiz olan körpələr
Sakit-sakit, quzu kimi yatıblar!
Vicdanı yatan kəslər, alçaq, xəbis, nacinslər
Qorxdular, səksəndilər Çingiz açanda sirləri,
O söylədi dünyaya faciəni!
Xocalı qurban getdi,
Arxasında alay durmuş erməni hikkəsinə!
O, göstərdi dünyaya erməni hikkəsi nə,
Məkri nə, hiyləsi nə.
Soyqırım necə olur.
Millətin körpəsinin qətli nə,
Fərman verənlər verdi Çingizin də qətlinə!
Özü çəkib öz qətlini, insanlara göstərdi o!
Olan insan məkri nə!
İnsanlığa düşmən olan,
Milləti naməlum olan o caninin məkri nə!
Şəhid olub O, yaratdı insanların qəlbində
İnsanlıq heykəlini!
Şəhid tək əbədiləşdi!
İnsan tək o, heykəlləşdi!
Cavan getdi, o tərk etdi bizləri,
Tarixlərdə yaşadacaq şəhid olan kəsləri!!!
DAHA AĞIR FACİƏ!
Boğ körpəni, öz əlinlə boğ körpəni,
Kəs səsini körpənin!
Hamı durub gözləyir, susub durub gözləyir
Körpəni boğsun Ana, səsini kəssin Ana!
Yazığı gəlir Ona, naçar qalıbdır Ana!
Çıxış yolun arayır, qarğıyır yeri-göyü,
Ürəyində yalvarır Allahına,
Əlac qalıb Allahına!
Üzülməmiş dənəsi, xilas olur körpəsi.
Meyidləri çəkən zaman tapıb Çingiz əmisi.
Balan yaşayır deyib.
Gözlərindən yaş süzülən Ana deyir:
– O, Çingizin qızıdı, Ana ona borcludur,
Bütün millət, xalq özü də!
Bəli, Çingizə borcludur!
O, söyləyib həqiqəti, o, açıbdır cinayəti.
Sübut edib o, faktların diliylə,
Kameranın gözü ilə, dediyini necə deyib diliylə:
– Allah, qırıblar bizi, kəsiblər nəslimizi, kökümüzü.
Dünyaya çatdırmasaq faciəmizi,
Tarix bağışlamaz bizi!
Minnətdarıq hamılıqla Çingizə!
Faciəni o çatdırıb elimizə!
Soyqırımlar zirvəsidir Xocalı faciəsi!
Dünyaya çatdırılsın soyqırımlar zirvəsi!
Xocalı faciəsi! Xocalı faciəsi!
Nəfsimizi öldürək, düşmənin başın əzək!
Azad edək əsir olan torpaqları,
Əldə olan qadınları, qızları!
Yurd yerini, gor yerini gəlin azad eyləyək!
Gorsuz, kəfənsiz ölənləri dəfn edək!
Namussuzluq ləkəsini üstümüzdən biz silək!
Müəllif: Zülfiyyə VƏLİYEVA
ADPU-nun ETM-nin elmi işçisi, Müəllimlərin Peşəkarlıq səviyyəsini İnkişaf etdirilməsi Layihəsi üzrə Milli məsləhətçi, Əməkdar müəllim. Akademik M.Mehdizadə mükafatı laureatı.
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru