Tanrıverdi Əliyev yazır

TANRIVERDİ ƏLİYEVİN YAZILARI

Xətayi və Nizaminin Azərbaycan türkü olması, Avropa alimlərinin dilindən…

Biz Şah İsmayıl Xətayinin və digər klassiklərimizin azərbaycan türkü olmasını Avropa alimlərinin öz dillərindən sübut edə bilərik. Belə ki, qərb alimləri şərq intibahına “islam renessance” adını vermişdilər. Yəni İslam dininin qızıl çağının yaşadığı dövr. Bu qızıl çağ Abbasi xəlifəsi Harun ər-Rəşiddən başlamış XIV əsrə(bəzi alimlərə görə XVI əsr) qədər davam etmişdir. Qeyd etmək lazımdır ki, İslam dinində milliyyətçilik anlayışı olmadığı üçün( fars, ərəb, türk və.s) millətlərin ədəbiyyat və mədəniyyəti İslam ədəbiyyatı və intibahı olaraq qeyd edilir. Həmçinin onu da qeyd edək ki, Avropa tədqiqatçılarının bu məsələyə baxışında bir paradoksal hadisə vardır. Çünki, qərb alimləri Nizami Gəncəvini, eləcə də digər fars dilində yazan şairləri “persian” olaraq qələmə verirlər. Sözügedən alimlərin bu məsələyə dair sübutları budur ki, Nizami Gəncəvi və digər şairlər əsərlərini fars dilində yazdıqları üçün onlar “perisan poet” olaraq tanıdılmalıdırlar. Bu baxışda iki problemli məsələ vardır.

1. Əgər Nizami Gəncəvi və digər farsca yazan ədiblərin əsərləri və eləcə də baş qəhrəmanları fars idilərsə, bu zaman biz ingilis dilində əsər yazan, lakin türk olam Nobel mükafatı laureatı Orhan Pamuku ingilis ədibi kimi qələmə verməliyik. Həmçinin də V. Şekspirin əsərlərinin baş qəhrəmanları ya italyan(Romeo və Cüliyetta), ya danimarkalı (Hamlet) idi. Məgər Şekspir italyan və dan qarışığı insan idimi?!

2. Əgər qərb alimləri əsərin məzmunu və yazılma dilinə önəm verirdilərsə, bu zaman nəyə görə əsərlərinin 70%i Azərbaycan dilində olan Şah İsmayıl Xətayi və Məhəmmədin Füzulini “persian sophy” olaraq qələmə verirlər?!

Əgər biz klassiklərin əsərlərində eşq mövzusuna fikir versək, məsələ bizə tamamilə aydın olur. Belə ki, Nizami Gəncəvinin Xosrov və Şirin poemasındakı Şirin obrazı azərbaycanlı, Xosrov obrazı isə Sasani şahı idi. Və maraqlısı budur ki, bu mövzuda fars ədəbiyyatında Əbülqasem Firdovsi də əsər yazmışdır. Lakin Şirin həmin əsərdə fars gözəli olaraq təqdim edilirdi. Hər iki əsərdə qadın obrazına diqqət edək. Çünki klassik ədəbiyyatda qadın məhəbbəti məsələsi çox önəmlidir. Ona görə ki, bir qadına aşiq olan kişi istər şah olsun, istər nökər aşiq olduğu qadının təsiri ilə katarsisə məruz qalır və eşq onu dəyişir. Bu məsələdə məntiq məfhumundan istifadə etməliyik. Belə ki, türk gözəli olan Şirin Sasani(fars) şahı olan Xosrovu tamamilə dəyişdirmişdir. Yəni problemi sadə dildə izah etsək, azərbaycanlı bir qız, fars hökmdarını eşqlə manipulyasiya edərək təsir altına salmışdır. Qərb alimlərinin əksəriyyəti klassikləri “persian poet” olaraq qeydə edirlər. Maraqlısı budur ki, “persian” sözündə bir paradoks vardır. Belə ki, biz bu sözün etimologiyasına nəzər yetirsək türk sözü olduğunun şahidi olarıq. Filoloqların fikrincə “persiya” sözünün kökü türk tayfası olan “barsil” tayfasının adı ilə əlaqədardır. Qeyd etmək lazımdır ki, barsil tayfasının ismi persia ilə yanaşı Fransanın paytaxtı Parisə, İspaniyanın Kataloniya ərazisinin paytaxtı Barselonaya, həmçinin qədim Azərbaycan torpağı olan Borçalıya da təsir etmişdir. Yəni,etimoloji aspektdən məsələyə yanaşdaq “persian poet və ya persian sophy” dedikdə türk tayfası olan barsil tayfasının ismindən törəmiş persiyanın şairi, sufisi fikri irəli sürülür. Yəni ki, etimoloji cəhətdən Nizami Gəncəvinin türk olduğunu persia məsələsindən sübut edə bilirik. Qeyd edək ki, “pars” etonimi də dilçi Çingiz Qaraşarlının tədqiqatlarına əsasən qaraqalpaq türklərinin ismi olmuşdur. Lakin sonradan ərəb işğalları ərəfəsində ərəblər Sasanilərin yerli xalqına “fars” deyə xitab etmişdirlər. Belə ki, pars sözündəki “p” hərfi ərəb dilində olmadığı üçün ərəblər p hərfini f hərfi ilə əvəz etmiş və sasani xalqına nəzərən istifadə etmişdirlər.  İran ərazisinin persiya adlandırılmasının səbəbi isə Heredotla əlaqələndirilir. Belə ki, o öz tarix əsərində yunan-iran müharibələrini Yunanıstan-Persiya olaraq qeyd etmişdir. Sonradan Avropa tarixçiləri bu ənənəni davam etdirmiş və tarixdə İran və iranın müstəmləkəsində olduğu ərazilər Persiya olaraq qeydə alınmışdır. Halbuki, tarixçilərin fikrincə persiya ərazisi bir ostanın adı idi ki, Heredot o adı bütün İrana şamil etmişdir. Biz bu fikirdən bir problemli mövzu ortaya qoya bilərik. Belə ki, Nizami Gəncəvinin yaşadığı illər heç də fars imperiyasının tüğyan etdiyi illəri əhatə etmir. Əksinə Avropa tarixçisi Clifford Edmundun The New İslamic Dynstante əsərində 1136-1225-ci illərdə hakimiyyətdə olmuş Eldənizlər sülaləsi qıpçaq türkü olaraq qeyd edilir. Və Nizami Gəncəvi də (1141-1209)  türksoylu olan Eldənizlər dövründə yaşamışdır. Onu da qeyd edək ki, biz Gəncə şəhərinin tarixi demoqrafiyasına nəzər yetirsək şəhərdə əhalinin əksəriyyətinin türk olduğunun şahidi olarıq. Məgər Dünya tarixşünaslığı bu faktları görmürmü?

Müəllif: TANRIVERDİ ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şahmar Əkbərzadə – Mərkəzi poçtxana

Şahmar Əkbərzadənin şeirləri

MƏRKƏZİ POÇTXANA
Mərkəzi poçtxana, əlac et yenə
Havayı düşməyib buraya yönüm.
Pənah gətirmişəm könlümü sənə,
Bir gör neyləyirsən gözünə dönüm.
* * *
Bu payız küsəcək məndən Qarabağ,
Yollarda qalacaq gözü yolların.
Payım budaqlardan özün asacaq,
Bağrı çatlayacaq gülöyşə narın.
* * *
Üstə dizin-dizin iməklədiyim
Torpağın könlünü nə təhər alım?
Anamdır, bəs ona nə təhər deyim,
Yanına gəlməyə yoxdur macalım.
* * *
Mənə kod göstər ki, zəng vura bilim
Dağların marala qalan çağına.
Pərişanlığımı çatdıra bilim,
Otların sarala qalan çağına.
* * *
Morze əlifbanı tanrı bilərəm,
Bu işi boynuna götürə bilsən.
Tamarzı könlümü bu saat, bu dəm
Bir acı yovşana yetirə bilsən.
* * *
Olarmı təcili teleqram verim,
Qönçə balaları solan güllərə.
Sovqat öpüşüm var, necə göndərim
Çörəkli çöllərə, barlı çöllərə?
* * *
Bir quşam mənimki gətirib belə,
Çıxmaz ürəyimdən Əppəkli dərə.
Həsrətim çatarmı görən poçt ilə
Qızıl kövşənlərdə bildirçinlərə?!
* * *
Mərkəzi poçtxana sifarişim var,
Amandır qoyma ki, gec eləsinlər!
Xəbər ver, cənuba köçən durnalar
Bu gecə qəlbimdə gecələsinlər.
* * *
İndeksi olmayan bu məktubları
Yalqız yuvalara çatdır bir təhər.
Həsrətim oranı isitsin barı
Sahibi qürbətdən gələnə qədər.
* * *
Payız sularının layla səsini
Anamın ətrini hardan alım bəs?
O yerə burnumun göynərtisini
Teleqraf telləri apara bilməz.
* * *
Mərkəzi poçtxana, əlac et yenə
Havayı düşməyib buraya yönüm.
Pənah gətirmişəm könlümü sənə,
Bir gör neyləyirsən gözünə dönüm!
Müəllif:Şahmar ƏKBƏRZADƏ

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru


ELMİ MƏQALƏ NECƏ YAZILMALIDIR?

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ

Məqalə çapına dair tələblər

  • Məqalə formatı: Məqalələr A4 formatda, 14 ölçüdə, 1,5 sətirlərarası intervalla, Times New Roman şrifti ilə yazılmalı, səhifənin aşağı, yuxarı və yan tərəflərində 2 sm boşluq buraxılmalıdır. 
  • Məqalənin həcmi: 10-25 səhifə olmalıdır.
  • Müəllif: Məqalədə müəllifin adı, atasının adı və soyadı /məs.: Əli Məmməd oğlu Vəliyev/, iş yeri tam şəkildə, müəllifin elmi dərəcəsi, şəxsi elektron ünvanı və telefon nömrəsi məqalənin başlığından əvvəl sağ tərəfdə göstərilməlidir. Təhsilini davam etdirən müəllif təhsil pilləsinə uyğun olaraq özü haqqında məlumatda bakalavriat, magistrant və doktorant olduğunu qeyd etməlidir. Hazırda heç bir yerdə təhsil almayan və elmi dərəcəsi olmayan müəllif bu məlumatı qeyd etmədən yalnız yaşadığı şəhər və ölkəni qeyd etməlidir.
  • Xülasə: Məqalənin əvvəlində Azərbaycan və ingilis dillərində 7-8 cümlədən ibarət Xülasə yazılmalıdır. İngilis dilində yazılan Xülasənin əvvəlində müəllifin adı, ata adı və soyadı ingilis dilində qeyd olunmalıdır.
  • Açar sözlər : 5 sözdən az olmayaraq Azərbaycan və ingilis dillərində yazılmalıdır.
  • Giriş
  • Nəticə
  • Ədəbiyyat: Ədəbiyyat siyahısı 12 mənbədən çox olmalı, məqalədə istinad olunan mənbələr Azərbaycan və ingilis dillərindədirsə həmin dillərdə yazılmalı, digər dillərdə olarsa latın qrafikasına transliterasiya edilməlidir.
  • Ədəbiyyat siyahısı  əlifba sırası ilə, müəllifin soyadı, adının baş hərfi, mötərizə daxilində əsərin ili, əsərin adı, nəşr olunduğu şəhər və nəşriyyatın adı ardıcıllıqla qeyd olunmalıdır. 
  • Nümunə: Rəcəbli, Ə. (2006). Qədim türk yazısı abidələrinin dili. Bakı: Elm.
  • İstinadlarməqalənin daxilində mötərizədə müəllifin soyadı, əsərin ili və səhifəsi qeyd olunmaqla göstərilməlidir. Nümunə: (Rəcəbli, 2006: 56)
  • İstinadlar internet resursları olduqda təkcə mötərizə daxilində sıra nömrəsi ilə qeyd olunmalıdır. Nümunə: (8), (5) və s.
  • Tərtibçi müəllif tərəfindən hazırlanan kitablar məqalə daxilində kitabın adının qısaldılmış forması, ili və səhifə nömrəsi ilə göstərilməlidir.  Nümunə: (DTS, 1969: 56)
  • Elmi dərəcəsi olmayan müəllif məqalənin sonunda göstərilən ardıcıllıqla rəyçinin elmi dərəcəsini, adını və soyadını qeyd etməlidir.

İlkin mənbə:aem.az


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru