Hər anımız Vətən dedi… Candı Şəhid,axan qandı Şəhid, Vətəndi şəhid, Azəribaycandı şəhid! Hər zaman döyməyə borclu olduğumuz bir qapı var, Şəhid qapısı… Ruhu o ocaqlarda dolaşan, yeri hər zaman yuxarı başda olan, valideyinlərinin fəxri olan Şəhidlərimiz.. Bu gün Birinci Qarabağ müharibəsinin şəhidlərindən biri, rayonumizun fəxri olan Rəhimov Vahid Rasim oğlunun ailəsini ziyarət etdik. 19 illik qısa ömürü ilə tarix yazan şəhidimizin döyüş yolu Ağdərədən başlayıb, Çıldıran uğrunda gedən döyüşlərdə bitib. Çox qısa, yarım qalan bir tale…
Səliqəli, kiçik, sakit bir həyətə daxil olduq. Bizi qarşılayan boyunu bükük Ata, Ana….
Vahidin qısa, ancaq əbədi həyat yolundan danışdıqca gözümdən qaçmayan Rasim dayının dayanmadan sildiyi göz yaşları oldu.. Qarşımızda düz 30 il həsrət dolu illər yaşadığı açıq aşkar bilinən, gözlərini yerdən qaldırmayan, boynunu büküb oturmuş bir Ata vardı, Şəhid ATAsı… Kədərli notlarla,səsi titrəyə- titrəyə danışan həssas qəlbli Gülüstan müəllimə söz demək haqqını zərif çiyinlərinə götürdü.. Kövrəltdi hamımızı… Şəhidimizin xalaları Mehparə xanımla, Gülzar xanım Vahidli xatirələrini bölüşdülər bizimlə.. Mehparə xanım Vahidin zarafatcıl, səmimi, isgiqanlı bir övlad olduğunu vurğuladı. Gülzar xanım bacısı oğlunun şəhadətə yüksəldiyi günü, 1992- ci il noyabrın 15- ni hər il arğrılı gün olaraq yaşadığını qeyd etdi.. Namiq müəllimin Vətənimizin keşiyində duran, hər zaman canını Vətən üçün fəda edən oğullarla bağlı çıxışı hər kəsi həm kədərləndirdi, həm qürurlandırdı.. Rəqibə müəllimənin iki kəlməyə sığan,titrək səsli sözləri ,Xanım müəllimənin qəhrəman oğullarla bağlı ipə düzüb danışdığı kəlmələr Vahidin hər zaman var olduunu bir daha sübut etdi… Vətəndi Şəhid! Canını fəda edən İgiddi Vətən! Bir birini tamamlayan iki Söz! Vahid ocağı yenə də birləşdirdi bizi… 30 il keçən bir zamanda Şəhidin adı gələndə əgər gözlər dolursa, səslər titrəyirsə, qəlblər yanırsa bu unudulmamaq,yaşamaq, yaşatmaq deməkdi! Bir daha Şəhid olmasın! Analar, Atalar ağlamasın… Ocaqlar sönməsin, sevgilər yarıda qalmasın, saçlar bir gecədə ağarmasın…. Şəhid Analarının ,Şəhid Atalarının adı olmazmış… Bir ad varmış Şəhid Anası, Şəhid Atası… Canını, qanını, gələcəyini, keçmişini, doğmalarını ,sevdiklərini yarıda buraxıb daha böyük sevgiyə sığınanlar Şəhid olarmış.. O sevgiyə ki, ondan pay olmaz! O sevgiyə ki, ondan qeyrət, namus yerləşir…
Ən uca zirvəni fəth edən Şəhidlərimiz, ən böyük dastanları da, əsərləri də, şerləri də sizlər yazdınız! Sizlər həm tarixçi oldunuz,həm tarix yazdınız…. Ruhunuz şad, məkanınız cənnət olsun…Haqqınızı halal edin…
27 sentyabr. Həmin gün. Ali baş komandan İlham Əliyevin qismən səfərbərlik elan etməsi və insanların qəlbini bürümüş bir həyəcan. 30 ilin həsrəti. Gözlənilmədən alınan bu qərar 30 il bağrına daş basıb, susmuş bu xalqı yuxudan oyatdı.
Zamanı gəlmiş, vədə yetişmişdi.
Hər kəsin ürəyində həyəcanla yanaşı qələbəyə inam hissi,vətənpərvərlik duygusu da oyanmışdı.
Böyükdən kiçiyə hər kəs cəbhədən gələn hər bir xəbəri izləyir, Prizdentin ard-arda gələn qələbə xəbərlərini böyük bir sevinc hissiylə,fərəh hissiylə qarşılayırdı.
Hər kəs bir bayraq altında birləşib dəmir yumruqla düşmənin başını əzdi.
Bu müharibə bizim haqq savaşımızdı.
Qeyd etmək istərdim ki,müharibənin də öz qanunauyğunluqları var və hər iki tərəf bu qanuna əməl etməlidir.
Azərbaycan ön cəbhədə düşmənə layiqli cavabını verirdi. Buna baxmayaraq, düşmən öz xislətinə uygun olaraq ədalətsiz savaşırdı.
Gəncəyə, Bərdəyə-bir sözlə, arxa cəbhəyə atılan zərbələr bir daha sübut edir ki, düşmən bütün insani keyfiyyətlərdən uzaq, yırtıcı xislətli bir “vəhşi qəbilədir”.
Azərbaycan ordusu 44 gün boyunca müharibə qanunlarından bir dəfə belə olsun kənara çıxmamış,mənfur düşmənin cavabını elə meydanda, ön cəbhədə vermişdi.
Vətən müharibəmizdə parlaq qələbəmiz tarixən xalqımıza xas olan ədalətə inamı artırdı, diqqətəlayiq isə budur ki, ədaləti özümüz bərpa və bərqərar etdik. Məlumdur ki, uzun illərdən sonra ilahi ədalətin, hüququn aliliyinin, insanların təməl haqlarının təmin edilməsi birlik və vəhdətin sarsılmaz gücünü göstərməklə yanaşı, milli birlik hisslərinin gücünü də ortaya qoyur.
Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı.
Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir.
Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə
Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.
Bu günə qədər məğlubiyyətə düçar olmuş, şəhid vermiş xalqımız Ali baş komandanın bu əmrini böyük həyəcan və təşvişlə qarşıladı.
Lakin, hər şeyə rəğmən xalqın qələbəyə inamı, Ali baş komandana güvəni bizi daha da qələbəyə inandırırdı.
Müharibənin ilk günündən Ali Baş Komandanın tam qələbəyə inamlı çağırışı, zəfər ümidli müraciətləri bütün xalqımızı qəhrəmana çevirdi.Ulu öndər Heydər Əliyev deyirdi: “Milli azadlığa nail olmaq üçün Milli oyanış, Milli dirçəliş, Milli ruhun canlanması lazımdır”
Biz 44 günlük müharibədə Azərbaycanın dostunu da,düşmənini də çox yaxşı tanıdıq.
Qardaş ölkə Türkiyə hər bir qələbəmizdə bizim yanımızda oldu. Türkiyə və Azərbaycan dostluğunu bütün dünya bir daha görmüş oldu.
Bununla belə, eyni dini paylaşdıgımız İran xalqının ermənipərəst mövqe tutmasınında şahidi olduq.
Türkəfob, islamofob mövqeli bir sıra mətbuat nümayəndələri xalqımızın haqlı davasına kölgə salmaq üçün dəridən-qabıqdan çıxırdılar.
Lakin Prezident İlham Əliyev əsla xeyirxah olmayan belə xarici junalistlərə cavablarında dronlarımız kimi dəqiq hədəfə vururdu, həm dünyaya Azərbaycan həqiqətlərini yeridir, həm də ölkəmizə, ordumuza qarşı böhtan və iftiraları dəlillərlə ifşa edirdi.
Ordumuzun qalibiyyətli ölüm-dirim savaşı cəbhədə gedirdi və xalq onun təfərrüatlarını deyil, nəticələrini görürüdü. Prezidentin beynəlxalq güclərin və qurumların ölkəmizə təzyiqlərə qarşı mübarizəsi isə, bütün xalqın gözü qarşısında baş verirdi.
Prezidentin qəti və prinsipial mövqeyi, özünə, arxalandığı xalqa və orduya inamı isə bütövlükdə Azərbaycan xalqını, həmçinin, dünyanın müxtəlif ölkələrindəki azərbaycanlıları, başqa ölkələrin vətəndaşları olan soydaşlarımızı dünyanın bütün azərbaycanlılarının vətəni olan Azərbaycan Respublikası naminə birləşdirirdi.
Xüsusi ilə 44 gün ərzində Təbrizdə keçirilən mitinqlərdə səsləndirilən şüarlar Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın bizimlə birgə olduğunun əyani göstəricisi idi.
Dünyanın müxtəlif ölkə və şəhərlərində yaşayan vətəndaşlarımız bir dəmir yumruq altında birləşdilər.
Xalqın “haqq nazilər, amma üzülməz” kimi bir deyimi var min illərdi haqq süzgəcindən süzülüb gələn bu müdrik deyimi belə yerdə əsl mənasını ifadə edir.
Otuz il Vətənimizi işğalda saxlayan və bu otuz ildə havadarlarının arxasına sığınan,qorxaq,zavallı “erməni xalqı”nın işğalçılıq siyasətinə qarşı haqq səsimizi dünya ictimaiyyəti eşitməməzliyə vurdu. Bu müharibə də Azərbaycan xalqının haqq səsini Ali Baş Komandan İlham Əliyev dünya ictimaiyyətinə çatdırdı.
İllərdi bu haqsızlıga göz yuman,susan,eşitməməzlikdən gələn işğalçı Ermənistanın havadarları Prezident İlham Əliyevin yeritdiyi siyasətin qarşısında aciz qaldılar.
30 il az bir müddət deyil. 30 il ərzində xalqın səbir kasası son damcısınadək doldu.
30 ildən sonra xalqımız öz vətəni,milləti uğrunda elə güclənərək birləşdi ki, bu birliyin qarşısını heç bir qüvvə ala bilmədi.
Xalq öz Ali Baş Komandanı ilə, öz müzəffər ordusunun ətrafında birləşdi.
Bizim sevincimiz qədər kədərimizdə var. Biz şəhid verdik.
Qarabağdan qundaqda çıxıb tank üzərində geri-öz yurduna, qayıdan neçə-neçə oğullarımız şəhidlik zirvəsinə yüksəldi.
Şəhidlərimiz….
İllər ötür,fəsillər dəyişir, qərinələr bir-birini əvəz edir. Zaman bir çox tarixi hadisələrə şahidlik əsir.
Bəzi hadisələr zamanın dolanbac yollarında unudulur,lakin bəzi hadisələr var ki,əsla unudulmur. Nəsillər bir-birini əvəz etdikcə bu tarixi hadisə daha çox xatırlanır,insanların qəlbində əbədi taxt qurur.
Yenilməz Azərbaycanın qalib ordusu. Azərbaycana qələbə sevincini yaşadan qorxmaz əsgər və ədəbi zirvəyə ucalan şəhidlər.
Şəhidlik vətənə məhəbbətin zirvəsidir.
Bu dünyada hər birimizə verilən bir ömür payı var.
Şəhidlik verilən ömür payını vətənin gələcəyinə,gələcək nəslin xoşbəxtliyinə bağışlamaq deməkdi.
İnsanın dünya həyatına ən yüksək zirvədə əlvida deməsidir şəhadətə yüksəlmək.
Vətən, xalq, millət sevgisi idi onlara cəsarət verib, irəli aparan.
İndi onların ruhu azad Qarabag səmalarında parlayan ulduz kimidir.
Ruhumuza dinclik verən azanın səsindədir,Şuşanın həsrət qaldığı xanın şikəstəsindədir.
Onların müqəddəs ruhu Cıdır düzündə, İsa bulagındadır. Onlar ölümləriylə əbədiyyətə ucalan,qəhrəmanlıq salnaməsini yazan,Azərbaycanın suverenliyi ugrunda canlarından keçib ali məqama-şəhidlik zirvəsinə ucalanlardır.
Biz hər bir Azərbaycan vətəndaşı onların əziz xatirələrini daim yaşatmalı,gələcək nəsillərə ötürməliyik.
Bu yolda hər bir vətəndaş öz boynuna düşən vəzifəni icra etməlidir.
Heç şübhəsiz,hələ saysız-hesabsız qəhrəmanlıq dastanları qələmə alınacaq,hələ çox nəzmlər şairlərin qələmindən axıb dillər əzbəri olacaq.
Xalqımız var olduqca qələbəmizdə yaşayacaq.
Qələbəmizə həsr olunan dastanlar dillər əzbəri olacaq.
Qarabağımıza,evimizə,yurdumuza geri qayıdırıq.
30 ildi gözü yolda, torpağı düşmən tapdağında qalan yurdum,biz qayıtdıq.
Biz Qarabagımızı yenidən yaşadacağıq
Artıq Qarabağ azaddır. İndi Qarabağda günəş azad doğru, ay gecələri azad Qarabağı işıqlandırır.