25 YAZIÇININ HEKAYƏLƏRİ

Əli Bəy Azərinin layihəsi

Əli Bəy Azəri: – “Bu kitabı 2017-ci ildə tərtib etmişəm. Rəşid Bərgüşadlı, Nurəddin Ədiloğlu, Narıngül Nadir, Meyxoş Abdullah, Yaşar Bünyad, Şiringül Musayeva kimi əsərləri imzalarını məşhurlaşdırmış söz sərrafları kitabı göylərə qaldırdılar. Ayaz İmranoğlu, Camal Zeynaloğlu, Ramiz İsmayıl, Fərhad Əsgərov, Turac Hilal, Sona Əli, Rəfael Baratoğlu, Ülviyyə Niyazqızı, Aygün Sadiq və başqaları, hansı ki, dövrü dərgilərdə az-az çap olunurlar, dəyərli əsərləri ilə TOPLUya rəng verdilər. Onlardan bəzilərinin imzası daha görünmür. ZİYA ALAR! Bir nəfər isə aramızda yoxdur. NEMƏT BƏXTİYAR…”

YAZARLAR.AZ adı çəkilən kitabın PDF variantını təqdim edir:

ƏLİ BƏY AZƏRİNİN YAZILARI
MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XALİQ AZADİ. “COVİD”in “öpüş” variantı.

XALİQ AZADİ MƏMMƏDOVUN YAZILARI

“COVİD”in “öpüş” variantı

Dünən bir yaxın dostum söhbət etdi: “Filankəslər xəstələniblər. Bilirsən də, adətimizi. Düşüblər balaca bir məclisə. Orada da, adətə uyğun “març-murç”. Sən demə, birisi viruslu imiş. Nəticədə hamı xəstələnib…” Allahdan onlara şəfa diləyirəm!

Bizim xalqı bütün dünyadan fərqləndirən, unikallaşdıran bir neçə adətlərimiz var ki, onlardan da birisi öpüşmək adətidir. Yox, yox, demirəm ki, bizim xalqdan çox öpüşən yoxdur! Bizim xalq bəlkə də, ən az öpüşəndir! Söhbət ondan gedir ki, hansı “öpüş”dən danışırıq. Azərbaycan öpüşü unikal və heç bir xalqın düşünə bilməyəcəyi formadır, SOSİAL ADƏTDİR.

Əvvəlcə, xeyrindən yazım ki, bilinsin – öpüşməyin əlehinə deyiləm.

İnsanın ürəyinə sevincgətirən, bədənə, ruha əvəzsiz xeyri olan 3-4 fiziki hərəkət vardırsa, bunlardan birisi öpüşməkdir. O öpüşmək ki, iki əks cinsli insanın arasında olsun. Uzun həsrətdən sonra yaxınların öpüşməyi də gözəl effekti ilə fərqlənir. Belənçi “öpüşmək” sözünün özü, artıq müsbət emosiyadır. Öpüşə hazırlıq özü sevincdir və ürəyə oksigen axınıdır.

Öpüşün birinci yaratdığı oksitosindir, onu “sevgi hormonu” da adlandırırlar. Fiziki təmasdan yaranan bu ferment bir-birinə bağlılığı, ürəkdə sevinci, fəxri hissləri artırır.

Öpüşmək sevinci ürək döyünməsini gücləndirir, nəfəs tezləşir, damarlarda qan axımı sürətlənir, hüceyrələr oksigenlə daha yaxşı təmin olunurlar.  Döyünmə 110/dəqiqə çatır, bu da ki, infarct riskin azaldılması və bəzən, qarşısını almaq deməkdir. Maraqlı burasıdır ki, ürəkdən gələn öpüş zamanı qan dövranı və ürək döyüntüsü nə qədər güclənsə də, təzyiq bircə məqsədə üz tutur – normallaşmağa!

Eyni zamanda, öpüşmək idmandır. Alimlərin araşdırmasına görə, öpüşmədə üzün 30-dan çox əzələsi iştirak edir. Bir dəfəlik öpüşdə 5 kalori yanır, 1-1.5 dəqiqə öpüşdə isə 40 kalori xərclənir. Ona görə də, kalori xərcləmək istəyənlərə 10-15 dəqiqə öpüşmək heç də yersiz olmaz ilin sonu üçün bir neçə kilo “itirməyə”.

Dünya neyrobioloqların jurnalı “Physiology & Behavior” maraqlı bir yazı dərc edib. Yapon alimləri atopikekzema –  atopikdermatit və onun gələcək “yoldaşı” ola bilən allerqikrinit – burun gicişməsi xəstələrini musiqi altında 30 dəqiqə sevdikləri ilə öpüşməyə məcbur etmişlər. Siptomlar olduqca azalmış, ümumi vəziyyət xeyli yaxşılaşmışdır.

Öpüş yolu ilə böyrəküstü vəzilərin ifrazetdiyi və hirsin – stressin requlyatoru olan kartizolun miqdarını azaltma qolur.

İşdə yaranmış stressin ürəyə təsirini evə gəldikdə həyat yoldaşı ilə ikicə dəqiqəlik ürəkdən gələn öpüşlə heçə endirə bilərik. – (Tobias Esch, George B. Stefano: “Məhəbbətin neyrobialogiyası, İng. d.)

İndi isə, daha maraqlı açıqlamalar.

Öpüşməyin digər təzahürü – təkrar edim ki, söhbət əks cinslərin təmasından gedir – ağız suyunun öpüşənlər arasında mübadiləsidir.

Nə qədər tez-tez öpüşmə – ağız suyu mübadiləsi olarsa, orqanizm bir elə viruslara qarşı tez immunitet yaradar. Öpüş zamanı öpdüyümüz insanla ağız suyunda olan bakteriyalar mübadiləsi gedir. Sadə izahı: Tibb elminə çoxdan məlumdur ki, hər birimizdə bizimlə yaşayan bakteriyaların 20%-i unikaldırlar, digər bədəndə təkrar olunmurlar. Elə həmin bu 20% bakteriyalarımızdır ki, immune sistemimizi məcbur edirlər viruslarla müharibə aparan antitel yaratmağa.  Bütün bunların hesabına bədən məşq edir, özünümüdafiə qabiliyyəti güçlənir. Bax beləcə, öpüşməyin bədənə, hissiyat orqanlarına sevinc içərisində sağlam yaşamaq üçün bəxş etdiyi əvəzolunmaz əlamətlər bunlardır.

Bu qeyd etdiklərim yalnız Sevgidən, Məhəbbətdən Doğan Öpüşlərə aiddir. Azərbaycanda hökm sürən “març-març” – “öpüşmə” social adətin (xəstəliyin) sağlam öpüşməyə heç bir dəxli yoxdur, ya da, azdır. Azərbaycan öpüşünü iki qrupa bölürəm özlüyümdə. 1).Lazımsız; 2)Əcaib və başa düşülməyi mümkün olmayan Pis. 1)- Qocalarımız az-maz tanış olan, qonaq kimi görünən bütün böyük – kiçikləri qucaqlayıb öpürlər. Qadınlarsa biri birilərini və biri birinin uşaqlarını. Əksər vaxtda uşaqlar bu öpüşdən qaçmağa çalışırlar. Yox, qaçıb tuturlar, məcbur öpərək (çox vaxt) yalançı məhəbbəti izhar edirlər. Nə mənim uşaqlıq vaxtımdan bu günəcən, nə də mənim uşaqlarımın xoşumuz gəlmir kənar şəxsin öpüşünə. Yaxşı, xala-bibi bir dəfə öpsün və əzizləsin. Qonşuya qonaq gedir uşaq, marçıltı düşür, qohuma qonaq gedir – marçıltı düşür. Bu 1-ci qrupu yenə çətinliklə də olsa qəbul etmək olar. Ən dəhşəti ikinci qrupdur.

Kişilərin öpüşməyi! Bilmirəm, dünyada ikinci bir xalq varmı, belə lazımsız kütləvi vərdişli? Ata oğulla görüşər – nə olar, öpüşərlər, qardaş qardaşla həmçinin. Daha, iki gün qabaq ayrıldığın dost-tanış niyə səni bağrına basıb öpməlidir ki? Sən də etiket xatirinə məcbursan, öpüşə cavab “viziti” edəsən, öpəsən! Kimsə səni öpür, sənsə öpməsən, deyəcək hörmət etmir. Və yaxud, dünən dostumun söhbət etdiyi şərait: dörd nəfər qonaq yaxınlaşırlar yaxın bir tanışın 5-6 nəfərlə oturduğu stola. Uzun müddətdir görüşməyiblər guya, düz BİR HƏFTƏ keçib son görüşdən, öpməlidir! Durur ayağa, març-murç dördünü də öpür! Qalan yoldaşlar da hörmət-izzət əlaməti olaraq öpüşməyi təkrar edirlər. Nəticədə o dörd nəfərin ailə üzvləri də daxil olmaqla 5-6 xəstə ailə çıxır ortaya!

Belə adətin müsəlmançılığa heç bir dəxli yoxdur. Heç türkçülüyə də dəxli yoxdur.

Nə özbək xalqında (üzü-üzə yaxınlaşdırmaq, ya da çiyini çiyinə söykəmək), nə qırğızda (özbəklə oxşar adət), nə türkdə belə adət yoxdur. İnquş, çeçen adəti çiyini çiyinə vurmaqdır. Digər xalqlarda adət əl verib görüşməkdir.

Heç olmasa, bu qorxulu bir zamanda, COVİD-n hücum etdiyi dövrdə bu lazımsız (pis) adəti qoyun qırağa. Özünüzə yazığınız gəlmirsə, qabağınızdakına qayğı göstərin, uzaq durum ondan!

Ən başlıcası isə unutmayın: Sevdalı öpüş dərmandır min dərdə! Sevin, sevilin və yalnız Sevdiklərinizi öpün! Dünəndən görmədiyiniz yolla keçən tanışı, yaxud, köhnə iş yoldaşınızı yox!

Müəllif: XALİQ AZADİ MƏMMƏDOV

XALİQ AZADİ MƏMMƏDOVUN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN AZƏR TURANIN DOĞUM GÜNÜDÜR!

AZƏR TURANIN YAZILARI

Bu gün gözəl insan, əsl ziyalı, dəyərli alim, tənqidçi, publisist, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın doğum günüdür! Şad günü münasibəti ilə onu təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!


AZƏR TURANIN YAZILARI

MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VƏTƏN VƏ ŞƏHİDLƏR

MÜSABİQƏ ELAN OLUNDU 

ŞƏHİD, ALLAH AMANATI
Bizdən ayrılıb gedirsən,
Şəhid, Allah amanatı!
Güllü, bayraqlı gedirsən,
Şəhid, Allah amanatı!
* * *
Dava günü davalanan,
Nərə çəkib havalanan.
Daş-qayada yomalanan,
Şəhid, Allah amanatı!
* * *
Yorulmusan dincəl, yavrum,
Qaşı çatma, teli qıvrım,
Paltar cırıq, üz-baş sıyrım,
Şəhid, Allah amanatı!
* * *
Ağacda bubbular qaldı,
Göl qurudu qular qaldı,
Silah dostun ular qaldı,
Şəhid, Allah amanatı!
* * *
Eşqdi Vətən həvəsi,
Qanın yurda su əvəzi
Harda verdin son nəfəsi?!
Şəhid, Allah amanatı!
14.09.2022.
Müəllif: İlham QƏHRƏMAN

VƏTƏN
Güllələrdi, mərmilərdi,
Külək deyil burda ötən.
Nərəsindən dağ titrəyir,
İgidindi yurda yetən.
Çağla Vətən, çağla Vətən!
* * *
O ölməzdi, yenilməzdi,
Yağılardı ölən, itən.
Uğurunda şəhid düşən,
Bir layladı burda bitən,
Ağla Vətən, ağla Vətən!
* * *
Bax, səmanda qara bulud,
Ağır- ağır, çətən- çətən.
Al göyündən, götür birin,
Sar alnına, sarı, lütfən,
Bağla Vətən, bağla Vətən!
15. 09. 2022.
Müəllif: Təvəkkül GORUSLU

ŞƏHİD
Qurban boyuna, şəhid,
Düşdük oyuna, şəhid.
Dörd bacı həsrət qaldı,
Qardaş toyuna, şəhid.
* * *
Qələbə acı – şəhid,
Qeyrət ağacı – şəhid.
Gözü yaşlı bacının
Başının tacı – şəhid.
* * *
Ananın nəri – şəhid,
Bacının şiri – şəhid.
Bir gözəlin xəyalı –
Pəhləvan əri – şəhid.
* * *
Ata qüruru – şəhid,
Məzarın nuru – şəhid.
Tezliklə göstərərik,
Yağıya zoru, şəhid.
* * *
Elin and yeri – şəhid,
Ocağı, piri – şəhid.
Qisası alacağıq,
Yol yoxdu geri, şəhid.
* * *
Zəfər andı verənlər,
Dərdə sinə gərənlər,
Şəhid qanlı torpaqda
Doğulacaq ərənlər.
14.09.2022.
Müəllif: Vaqif OSMANOV

AY VƏTƏN
Bu boyda şəhid yükünə
Dözürsə qəddin, ay Vətən.
Mütləq bir gün bütövləşər
Sərhədin, səddin, ay Vətən!
* * *
Kəsilməyib səsi, ünü,
Tarix olan qırx dörd günün…
Yağılara öz gücünü
Yaxşı göstərdin, ay Vətən.
* * *
Qabağında ağır yasın,
Şah vüqarın qoy sınmasın.
Sən tapda ki… tapdanmasın
Cığırın, rəddin, ay Vətən.
* * *
Başdan-başa düşmən şərdi,
Şəri boğmaq bir hünərdi.
Alovlara sinə gərdi,
İgidin, mərdin, ay Vətən.
* * *
Yaxındadır Turan turu,
Yenilməzdir türkün zoru.
Dəhliz edər Zəngəzuru
Bu qalib həddin, ay Vətən!
14.09.2022.
Müəllif: Musa ƏLƏKBƏRLİ

MUSA ƏLƏKBƏRLİNİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Kənan Hacı – Xəzər deltasında göyqurşağı

KƏNAN HACININ YAZILARI

Xəzər deltasında göyqurşağı
Zaur Ustacın yeni kitabı haqqında
Dilin gözəlliyi onun ilkinliyində, təravətində, kökündədir. Bu gün yazılan ədəbi mətnlərdə (istər poeziya, istər nəsr nümunələrində) sanki yad cisimlər dolaşır, dilin substansionallığı qondarma, hibrid sözlərə qurban verilir. İnsan əşyaları sözlər vasitəsilə tanıyır, özünü sözün batinindəki mənalarla formalaşdırır.
Söz həm də arxetiplərin övladıdır. Bədii mətnlər arxetiplərdən sızan elementlərlə yaranır. Mən Zaur Ustacın formaca ənənəyə bağlı, məzmunca yeni şeirlərini oxuyanda şairin bu fikir akrobatlığı məni yaxşı mənada təəccübləndirdi. Şeir qeybdən bizə ötürülən xəbərlərdir, bu informasiyaları poetik düşüncələrlə süsləmək istedadın göstəricisidir. Zaur bəyin şeirlərində ustadlardan bizə əmanət qalan dastan estetikası səma pıçıltılarını öz içindən keçirərək yeni biçimdə XXI əsr oxucusuna təqdim edir.
Zaurun bu kitabı, sanki sakit axan çayın coşub-çağlayan dənizə – Xəzər deltasına qovuşduğu yerdir. Hissin, duyğunun müxtəlif çalarları, rəngləri bu şeirlərdə göyqurşağı kimi birləşir. Şeirlərdən alınan təəssüratları ümumən bu cür ifadə etmək olar: Xəzər deltasında göyqurşağı.
Çiçək açsa, haçan həyat ağacın,
Yaz çağındır, o çağını yaza yaz!
Qan qaynasa, qışın oğlan çağında,
Qışa deyil, o çağını yaza yaz…

Araz dağdır, haldan hala hal eylər,
Sakit axar, eldən elə yol eylər,
Dost-aşina, taydan taya əl eylər,
Ayaq açsa, o çağını yaza yaz!
Bu misralar “Şahi-cahan” şeirindəndir. Şair “kamera”sını (poetik görüm bucağı) Araza tuşlayıb, bu kamerada Araz çayının coğrafi təyinatından əlavə milli identifikasiyasına da işarələr sezmək mümkündür.
Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə həsr olunmuş şeirdə bu iki misra məni tutdu:
Özün getdin yuxuya,
Milyonları oyatdın…
Olduqca tutumlu ifadədir, yaddaşa həkk olunur. Həqiqətən, İlqar Mirzəyev, Mübariz İbrahimov, Polad Həşimov kimi oğullar Zaur bəyin təbirincə desək, “yuxuya” getsə də xalqın milli şüurunun oyaq qalması üçün canlarından keçdilər.
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
Can-torpaq qiyaslanması şeirdə orijinallığı ilə seçilir, yadda qalır. Şəhadət məqamına yetişən əsgər Vətənə, Vətənin şəklinə çevrilir, Vətənləşir. İnsan yoxdursa, Vətən də yoxdur, Vətən yoxdursa, insan da mövcud deyil. İnsanı ayaqda saxlayan üstündə durduğu torpaqdır. “Ana” torpaq ifadəsi əbəs yaranmayıb. Hamımız onun bağrından qopmuşuq, sonda yenə də onun qucağına düşəcəyik. Bu qəbil şeirlər Vətən sevgisinin əlifbasıdır. Vətən sevgisi imanla müqayisə olunur. İmansız adam üçün Vətən anlayışı yoxdur. Bu anlayışların konkretləşməsində poeziya çox böyük rol oynayır. Səməd Vurğunun “Azərbaycan” şeirini xatırlayın. Uşaqların ürəyinə Vətən sevgisini bu şeirlə toxum kimi əkmişik. Abbas Səhhətin “Vətən” şeirini yada salaq. “Vətəni sevməyən insan olmaz, olsa ol şəxsdə vicdan olmaz”. Ana südü kimi qanımıza hopan bu şeirlər zaman-zaman içimizdəki yurd sevgisini körükləyib.
Zaur Ustacın şeirlərini fərqləndirən həm də bu komponentlərdir. Həmin komponentlər dilin folklor qatından mayalanaraq həmin şeirlərin sanbalını, çəkisini birə beş artırır. Ədəbi genetika burada öz sözünü deyir. Zaur bəy estafeti öz sələflərindən alıb gənc nəsilə ötürür. Bu mənada şairlər, qələm adamları keçmişlə gələcək arasında möhkəm körpülər quran körpüsalanlardır.
“Xəzər deltasında göyqurşağı” adı altında toplanmış bu şeirləri bircə-bircə təhlil etmək fikrim yoxdur. Bu şeirlərdə 44 günlük Vətən savaşının da izləri var, didaktikanın ötəsində olan misralar da var, şəraitin diktə etdiyi (gərəkli və lazımlı!) pafos da var. Rənglər spektrində qovuşan hislər, duyğular oxucunun qan yaddaşına xitab edir.
Qələm dostuma yaradıcılığında uğurlar arzulayıram! Özü demiş, “bu yol ərənlər yoludur”. Yolun uğurlu olsun, Zaur Ustac!
İlkin mənbə. Ədəbiyyat qəzeti.- 2022.- 22 yanvar.- S.25.
Müəllif: Kənan HACI

KƏNAN HACININ YAZILARI



MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qələndər Xaçınçaylı – “Əliş və Anna” kitabı bizi 700 il bundan əvvələ apardı

QƏLƏNDƏR XAÇINÇAYLININ YAZILARI

“Əliş və Anna” kitabı bizi 700 il bundan əvvələ apardı
Söz hikmətdir, Tanrının yaratdığı gözə görünməyən bir varlıqdır. O varlığı hər adam görüb, onu dərk edə bilmir. Söz də Quran kimi müqəddəs, bayraq kimi ucadır. Sözün ucalığını söz sahibləri, sözdən qala tikənlər, çələng hörənlər bilər. Söz əsl yazarların, söz ustadlarının əlində mum kimi mütəhərrik bir şeydir.
Hansı yana, hansı mərtəbəyə istəsə, onu o istəqamətə yönəldə bilər. Sözlə tarixi keçmişimizi, vətən-torpaq yolunda canlarından keçən igid oğuların əfsanəvi qəhrəmanlığını, eləcə də gözəl sənət adamlarını qələmə alır, sözlə tarixə çevirib onu yaşadır. Bədii obrazlarla onu nağıllaşdırır… Bu tarixi qəhrəmanlar, tarixi şəxsiyyətlər poetik dillə gəlıcək nəsilərə çatdırılır. Tanınmış şair və publisist Zaur Ustac da məhz söz qədrini bilən ziyalılarımızdan. Söz sahiblərindən biridir. Onu qısa vaxtlarda tanısam da, amma yaradıcılığına çöxdan bələdəm. Zaur Ustacın özünə məxsus poetik düşüncəsi, yaradıcılığı var. Nənələrimiz milli ənənəllərimizi ilmə-ilmə xalçalarda toxuduğu kimi, şairlərimiz də hər bir sözü ilmə edib öz gözəl əsərlərini yazıb ortaya qoyurlar. Zaurun bir şair kimi digərlərindən fərqləndirən cəhət onun sözə qənaətlə yanaşmasıdır. Vətənə, torpağa olan hədsiz məhəbbətini sözə, poetik obraza çevirib qələmə almasıdır. O ən çox tarixi hadisələrə müraciət edir. Onun 18 kitabı nəşr olunub. Əsərləri Qarabağ döyüşlərində qəhrəmanlıqla şəhid olan Mübariz İbrahimov kimi qəhrəman oğullarımızın keçdiyi döyüş yollarından və Qarabağ ağrılarından bəhs edir. Eləcə də Azərbaycanın tanınmış tarixi şəxsiyyətlərinin, incəsənət adamlarının və memarlarının keçdiyi həyat yolunu bədii obraza çevirib sadə dillə oxuculara çatdıra bilir.
Qeyd edim ki, təzəcə işıq üzü görmüş ”Əliş və Anna” poeması da şairin 19-cu kitabıdır. Xatırladım ki, adıçəkilən kitab görkəmli memar Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınıb. Kitab yubley tədbirləri çərçivəsində nəşr olunub. Qısa şəkildə desək, bu kitab memarın keçdiyi həyat yolundan, Moskvanın, Kremilin tikintisindən və eləcə də Əliş bəylə Annanın arasında mövcud olmuş nakam məhəbbətindən bəhs edir.9 fəsildən ibarət olan bu kitab iki dildə Azərbaycan və fars dilərində çap olunub. Bu əsər tamamilə klasik fikirlərə, Ulu Yaradanın böyüklüyünə, Insani dəyərlərə söykənir. Bir memarın əl işləri, yaratdığı Kreml kimi böyük bir sənət əsəri poemada geniş yer alır. Memar Əliş bəy bir Azərbaycanlı balasının böyük sənətkarlığından, yüksək memarlığından xəbər verir. Əsərdə Əliş bəylə Annanın saf məhəbbəti. onların nakam sevgiləri ustalıqla qələmə alınıb. Bu əsərdə sevginin böyüklüyü, heyrətəmizliyi, sevgi müqəddəsliyi Tanrı zirvəsinə qədər yüksəlir. Elə şairin yaradıcılığındakı üstün cəhət, böyüklük ondadır ki, dahi Nizaminin, Füzulinin, Xətainin yaradıcılığından bəhrələnməklə böyük bir sənət yolu keçməsidir, bir sözlə çağdaş ədəbiyyatımızın memarına çevrilməsidir. Bir müqqəddəs şəxsiyyət. söz adamı kimi onlara daim sitayiş edib, sözün böyüklüyü qarşısında baş əyir, ən əsası odur ki, müqəddəsliyi qoruyub saxlaya bilib. İnanıram ki, bu kitab neçə-neçə oxucunun qəlbinə yol tapacaq.
Yeri gəlmişkən qeyd edim ki, Zaur Ustac həm də xeyriyyəçiliklə məşğul olur. Ona görə də Zaur Ustac bu il Milli Qəhrəman Mübariz İbrahimovun 30 yaşı tamam olması ilə əlaqədar fevral ayında “Mübariz” anım-tanıtım xeyriyyə tədbirləri çərçivəsində biri cəbhə bölgəsində, biri rayon mərkəzlərinin birində, digəri isə paytaxtın tanınmış məktəblərinin birində olmaqla- 3 məktəbdə tədbirlər keçirəcək. Tədbirlər çərçivəsində Zaur Ustacın bizi Qarabağa səsləyən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun keçdiyi döyüş yolundan yazdığı “Oriyentir ulduzu” kitabının 5-ci nəşrin əsasında təkrarən nəşr olunmuş kitabı şagirdlərə. tədbir iştirakçılarına və həmin məktəblərin kitabxanasına hədiyyə ediləcək.
İlkin mənbə: Həftə içi.- 2019.- 30 yanvar.- S.8

Müəllif: Qələndər XAÇINÇAYLI

QƏLƏNDƏR XAÇINÇAYLININ YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru