VÜSAL HƏTƏMOV – TANK ŞƏHİDİMİZ

VÜSAL HƏTƏMOVUN YAZILARI

Tank şəhidimiz…

Kobra ləqəbli polkovnik Xeyrulla İbrahimov…

2005-ci ildə Gəncədə N saylı hərbi hissədə komandirimiz idi. Biz zabit kimi bir aylıq artilleriya kurslarına gəlmişdik. Zabit olaraq şəxsi heyətlə işləməyimiz üçün bizə verdiyi bir çox dəyərli tövsiyələr sonrakı hərbi həyatımızda çox önəm kəsb etdi. Hətta onun bəzi tövsiyələri sonralar mülki işimdə də çox karıma gəlirdi.

Ondan bir sitat: “Elə öyrənin ki, əsgər sizdən heç vaxt çox bilməsin, yəni gecə-gündüz öyrənin, yoxsa ki əsgərin gözündə yarıtmaz zabit kimi qalacaqsınız.”

44 günlük Vətən müharibəsində isə…

Tale elə gətirdi ki, Polkovnik Xeyrulla İbrahimov müharibədə də bizim böyük komandirimiz, Bakı korpusunun artilleriya komandiri oldu. Onun bu vəzifədə olması mənim kimi bir çox onu tanıyan döyüşçülərimizi sevindirirdi – sükan etibarlı əllərdə idi..!

Şəhid haqda qısaca vikipedik məlumat: “Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Xeyrulla İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin, dayaq məntəqələrinin məhv edilməsi zamanı fərqlənib. Etmənistan Ordusunun rəhbərliyi tərəfindən döyüş meydanında “Kobra” ləqəbi ilə tanınan Xeyrulla İbrahimovun öldürülməsi pul ödənişi belə təyin edilmişdi. Xeyrulla İbrahimov oktyabrın 26-da Xocavənd döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub… Xeyrulla İbrahimov 1992–1994-cü illrdə Birinci Qarabağ müharibəsində də iştirak etmiş, Laçının, Tərtərin, Cəbrayılın, Füzulinin, Qubadlının və Zəngilanın müdafiəsi uğrunda gedən döyüşlərdə savaşmış, 1994-cü il martın 22-də Füzuli rayonunun Aşağı Seyidəhmədli istiqamətində gedən döyüşlərdə yaralanmışdır.” (https://az.wikipedia.org/wiki/Xeyrulla_%C4%B0brahimov )

Xeyrulla İbrahimov təxris olsa da, Vətən müharibəsinə könüllü yazılmışdı. Yaxınları deyirdi ki, Xeyrullanın həyat yoldaşı ağır xəstəlik ucbatından rəhmətə getdiyi üçün çox nisgilli idi, özünə heç cür yer tapa bilmirdi. Xeyrullaya demişdilər ki, yaşlı adamsan, sənin üçün orduda – özü də müharibə zamanı – xidmət çox çətin olacaq. O isə bildirmişdi ki, onsuz da həyat yoldaşımdan sonra özümə yer tapa bilmirəm. Mənim üçün bu həyat çox çətindir…

Oktyabrın ortaları idi. Tugdan Böyük Tağlara doğru yaxınlaşırdıq. Döyüş əməliyyatlarımız uğurlu gedirdi. Sevincimiz hədsiz idi. Lakin..

Eşitdiyimiz xəbər bizi çox sarsıtmışdı. Düşmən Polkovnik Xeyrulla İbrahimovu tank əleyhinə idarə olunan raketlə (TƏİR – KORNET) vurmuşdu.

Bəli, pusquda gizlənmiş düşmən zirehli maşın əvəzinə insana qarşı TƏİR Ssilahından istifadə etmişdi. Amma onsuz da düşmən Xeyrullanı güllə ilə öldürə bilməzdi. Həmişə öz aramızda qibtə ilə “Şvasneqr” dediyimiz Xeyrulla, sözün əsl mənasında, tank idi. Biz inanmırdıq ki, ona güllə bata bilər.

Mərhumun bədəni iki yerə bölünmüşdü…

Amma bu gün sənin ruhun şaddır, sən bölünmüş müqəddəs bədəninlə Qarabağı Azərbaycana birləşdirə bildin! Sən bölünmüş müqəddəs bədəninlə bölünmüş torpağımızı toplaya bildin! Sən bölünmüş müqəddəs bədəninlə səpələnmiş, pərakəndə qalmış arzularımızı tamlaşdırıb birləşdirə bildin! Ruhun şad olsun, Tank ŞƏHİDİMİZ!

Müəllif: Vüsal HƏTƏMOV

VÜSAL HƏTƏMOVUN YAZILARI



MÜSABİQƏ ELAN OLUNDU 


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAYIL DOSTU – QİBLƏM VƏTƏNDİ

MAYIL DOSTUNUN YAZILARI

QİBLƏM VƏTƏNDİ

Yurd – yuvamın dəlisiyəm,

Qarabağım, gülüm mənim.

Cənnətməkan əsilliyəm,

Azərbaycan, elim mənim.

***

Dilim çələng, gül özündən,

Nur tökülür üz – gözündən,

Bal süzülür hər sözündən,

Şirin, şəkər dilim mənim.

***

Axar çaylar qan damarın,

Təbiətin –gözəl varın,

İncisi var bu diyarın,

Göygöl adlı, gölüm mənim.

***

Bu cənnətdən harda vardı,

Yay fəslində dağı qardı,

Hər qarışı dövlət, vardı,

Xəzinədi çölüm mənim.

***

Süngü olsun telli sazım,

Nərəyə dön, xoş avazım,

Hünərindən tarix yazım,

Gəl, qələbə ilim mənim!

***

Qorqud adlı pir Dədəsən,

Mayıl qurban, sən qibləsən,

Allah haqqı, bir dənəsən,

El gücündə selim mənim!

Müəllif: Mayıl DOSTU

MAYIL DOSTUNUN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – BUMERANQ

RƏŞAD MƏCİDİN YAZILARI

“… Heç bilmirəm bu qədər sevgini haçan və necə qazanmışam. …” Rəşad Məcid
BuMeRanq
Hüsni-rəğbət xoş sifətdən güc alar,
Mayasında işıqlı göz əsasdır.
Bir də gərək, kişi olan, mərd ola!
Ağayana, cilalı söz əsasdır.
* * *
Təbəssümdür bütün işdə köməkçi,
Sizsiz, bizsiz işin görür əməkçi,
Yaxşı, pisi ələyəcək ələkçi,
Hər bir işdə həqiqət, düz əsasdır.
* * *
Ustac bilən dəryada bir damladır,
Bəni-adəm qulağından dolmadır,
Rəşad Məcid (fenomeni) doğulandan olmadır,
Hər milyonda birinci yüz əsasdır!
25.09.2022. Bakı.

Müəllif: Zaur USTAC,

 “Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

RƏŞAD MƏCİDİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru