LEYLİ NOVRUZOVA

Leyli NOVRUZOVA – yazar.

LEYLİ NOVRUZOVA HAQQINDA

Novruzova Leyli Mustafa gızı 1962-ci ildə Quba şəhəri Səbətlər kəndində anadan olmuşdur. 1979-cu ildə Şəhid Elman Məmmədov adına Səbətlər kənd tam orta məktəbi bitirib. Dörd övlad (2 oğul və 2 qız)anasıdır.1992-ci ildə Sumqayıt şəhərində N. Nərimanov adına mədəniyyət evi nəzdində birillik muhasibat ucotu kursunu və 2013-cü ildə “İnsan və təbiət” ictimai- siyasi qəzet redaksiyası nəzdində yaranmış bir illik Jurnalistika kursunu bitirib. “Tale” şeri ilk qələm məhsulu olub. “Səfəq”, “ İnsan və təbiət”, “Ədalətli iş, düzgün söz”, “Sumqayıt”, “ Dövlət və qanun”, “ Uğurlu yol” və sair ictimai ədəbi qəzetlərdə yazıları çap olub. “Azərbaycan” ədəbi jurnalında şeirləri çap olub. “Ədalətli iş, düzgün söz” qəzetində şöbə rəisi işləyib. Uzun illər göstərmiş olduğu xidmətlərinə görə, geniş əhali kütləsi arasında qazanmış olduğu hörmət və nüfuzuna, maddi ehtiyac içərisində yaşayan insanlara göstərmiş olduğu xeyriyyəçiliyinə, dövlətçiliyimizin və xalqımızın mənafeyinə xidmət etdiyinə və Azərbaycan Respublikası prezidenti İlham Əliyev cənablarının daxili və xarici siyasətini ölkə daxilində tətbiq etdiyinə görə 2017 və 2019-cu illərdə fəxri diplomlara layiq görülüb. 2020-ci ildə Nəsimi “Poeziya diplomu” və “Qızıl Qələm”, 2021-ci ildə “Ulu öndər”, “Qarabağ Azərbaycandır”, “İlin vətənpərvər sairi”media mukafatı laureatı diplomu ilə təltif edilib. “Yurd”, “Əsrlərə körpü” , “Yaşıl işıq” və “Gəlirik Qarabağ!!!”, “Kimlərə qaldı dünya, Nizami Gəncəvi 880”, “Həyat bizi səsləyir” ,“Sevgilim yuxunu dənizə danış” ,“Həsrətin sonu”, Tər çiçəklər” ,,Gəlin gedək Ağdama,, və bir çox antologiyalarında bir çox şeirləri yer almışdır. İki kitab ,,Gün keçir ömür qısa ,, və ,, Qazi, şəhidlərin haqqı itməsin,, kitabların müəllifidir. Vətənpərvərlik haqqında şeirlərinə üstünlük verir. Hal-hazırda üçüncü kitab ,,Şəhidlik zirvəsində ,, adlı kitabı üzərində işləyir.
Tezliklə üçüncü kitabı işıq üzü görəcək.

 
LEYLİ NOVRUZOVANIN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rənglərin hormoniyası – Mərziyyə Nəcəfova (Səlahəddin)

MƏRZİYYƏ NƏCƏFOVA (SƏLAHƏDDİN)

Rənglər də poeziya kimidir. Şair portreti söz çələngindən hörür,rəssam isə rənglərin hormoniyasından və daxili dünyasının vəhdətindən. Aralarındakı fərq şairin susmayan söz dünyası, rəssamın isə səssizlik içərisindəki axtarışlarıdır, desək, bəlkə də, yanılmarıq. Əslində əsərlərinə fırçanın gücü ilə can verən rəssamlar bir yazar qədər də təbiətə, həyata, insanlara olan münasibətlərini, düşüncə və hisslərini də kətana köçürdürlər. Bu isə çətin və daha məsuliyyətlidir. Bu yaxınlarda gənc rəssam Aysel xanımın rəsm əsərləri ilə tanış olmam, məni bir daha rənglər aləminin sirli-sehrli dünyasına varmama səbəb oldu.

Əliyeva Aysel Etibar qızı
 16.08.1979-cu ildə Bakı şəhərində dünyaya göz açıb. Ali təhsillidir. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Ərəb, ingilis, rus və ibri dillərini bilir. Aysel Əliyeva 10 ilə yaxın DTX zabiti olub. Son dərəcə maraqlı daxili dünyası olan bu xanımın həm uşaqlıq, həm də tələbəlik illəri rənglər dünyasından keçib. Onun rəsm əsərləri mövzu etibarı ilə zəngin və maraqlıdır. İlk öncə Ayselin rəsmlərində özünəməxsus cizgilər, fərqli baxış məni özünə çəkdi. İnsanın öz düşüncələrini rənglərlə ifadə edə bilməsi çox maraqlıdır. Həmin düşüncələrin kreativ, bənzərsiz və qeyri- adi olması yaranan rəsm əsərlərini də son dərəcə maraqlı edir. Rəssam daxilən qeyri-adi düşünməsə rəsmələri adi və darıxdırıcı olur. Aysel xanımın çox maraqlı daxili aləmi olduğundan yaratdığı rəsmlər də olduqca maraqlıdır. Bəzən rəsmlər o qədər qeyri-adi olur ki, onları seyr etdikdə mənasını anlamaq üçün müəllifin izahına ehtiyac duyulur. Maraqlıdır ki, Aysel xanımın rəsm əsərlərində klassik yanaşmadan fərqli olaraq rəsmlərə və ümumiyyətlə incəsənətə müasir və kreativ baxış dərhal sezilir. Rəsmlər bir çox maraqlı məqamları əhatə edir və bu sahələr müasir elmin göstəriciləri olaraq izləyicilərdə böyük maraq kəsb edir. Önəmli olan odur ki, rəssam incəsənətin müasir cərəyanlarından istifadə edir.

Məsələn «Prozopaqnoziya», «Yaranma» və s. neyroqrafika, «Katarsis», «Sükut və söhbət» və s. rəqəmsal üsuldan istifadə edilib və hətta gələcəkdə NFT-yə (Non-Fungible Token) da müraciət etmək fikirindədir. Aysel xanım özü deyir ki, mənzərə, natürmort və digər realizmi çəkməyi o qədər də sevmir. Hesab edir ki, bunu müvafiq işıq və rakursla fotoda çəkmək olar və gözəl bir foto-şəkil alınar. Əsasən daxili hissiyatları, hissləri, əhval-ruhiyyəni, yəni gizli və tam izah olunmayanları çəkməyə üstünlük verir. Bir çox qeyri adi rəsmlərin müəllifi olan Aysel Əliyeva hesab edir ki, gözəllik hər zaman daxildədir. S.Ekzüperinin“Yalnız ürək iti görəndir. Ən vacib şeyi gözlərinizlə görə bilməzsiniz” sözlərini əsas tutaraq, müəllif hesab edir ki, gözəl nəsə sadəcə lazımsız bir örtük ola bilər. Ən vacibi isə daxildədir. İnsanın gözəlliyi onun daxili dünyasındadır. Aysel xanım hesab edir ki, əgər ətrafa diqqətlə baxsaq, hər şey gözəldir. Suvaqsız divardan asılan meynə budağı, yağış gölməçələri, başımızın üstündəki parça buludlar, öz işinin dalınca qaçan qarışqa, asfalt çatlağında bitən kiçik bir ot… Bizi hər yerdə təkrarsız gözəllik müşayət edir. Bu fikirlər onun ətrafa estetik baxışının tam ifadəsidir. Bəlkə ona görədir ki,onun təbiət mövzuları da xüsusi maraq kəsb edir. Onun “Zəncirotular gün batan çağında” adlandırdığı rəsm əsəri bu baxımdan daha da qiymətlidir. İlk təəssürat belə yaranır ki, səma günəşi qüruba yola salır. Axşamın həzin mehi ləçəkləri tökülən zəncirotuları yelləyir. Müəllif səmanı indiqo rəngində təsvir edir. Neyroqrafika vasitəsi ilə çiçəklərin budaqları balıq toruna çevrilib günəş diskini tutub saxlayıb. Müəllif təbiətdə olan bu möcüzəli anı bütün tamlığı ilə çatdıra bilmişdir. Rəssamın yaradıcılığında yağış, damcı obrazını da müşahidə etmək olur ki, bu da gözəllik bəxş edir. Təbiətin möcüzələrindən biri də damladır. Xüsusilə ləçəklər üzərinə düşən ilk damla gözəllik etibarı ilə bənzərsizdir. Müəllif “İlk damla” əsərində yalnız damlanın gözəlliyini deyil, onun xəfif səsini də əks etdirə bilib. Bu gözəllik eyni zamanda ilk toxunuşdan başlayan bir sevgidir. Yağış damlası ilə ağac ləçəyinin ilk qovuşması kimi də əks edilmişdir. Aysel Etibarqızının rəsm mövzuları olduqca geniş və çoxşaxəlidir. İnsan və onun gücü, düşüncəsi, fikirləri və təbii ki, insanın dünyaya, həyata olan sevgisi, Ayselin yaradıcılığında qırmızı bir xətlə keçir. “Buddanın təbəssümü” əsəri bu baxımdan çox maraqlı və dəyərli bir əsərdir. Buddanın təbəssümü hədsiz və təmənnasız sevginin ifadəsidir. İnsanlara yaxşılıq etmək, sevmək kimi gözəl və ali hissləri aşılamaq bu rəsmdə öndə gedir. Əsərdə xoşbəxtliyin əsası olan daxili azadlıq, müdriklik kimi yüksək hisllər əksini tapır. Rəsmdə bu hisslər neyro-xətlər vasitəsi ilə verilir. Aysel Əliyevanın yaradıcılığına hansı prizmadan yanaşsaq da, sonda onun yaradıcılığının əsas istiqamətinin vətənpərvərlik üzərində köklənməsinin şahidi oluruq.
Qarabağ torpaqlarının azad olması rəssamın yaradıcılığında da yadda qalan cizgilər yaradıb. Onun “Qarabağ üzərində günəş” adlı rəsm əsəri Qarabağ torpaqların azadlığının fırça ilə təsviri qürurverici anlar yaşadır. Qazanılan zəfərdən sonra Qarabağ torpaqları üzərində doğan günəş öz nurunu və şəfəqini evlərimiz üzərinə yaydı. Uzun illər istilik verməyən günəş qələbə sevgisinə bələndi. Uzun illərin həsrətinin vüsalı bu əsərdə tam bir azadlıq tablosu kimi diqqət çəkir.
Ana obrazı bütün yaradıcılığın simgəsidir. Bu baxımdan da rəsm əsərlərində ana obrazını yaratmaq hər bir rəssamın arzusudur. Aysel xanımın da yaratdığı ana obrazı tam bir ana obrazıdır, desək, heç də yanılmarıq.Rəssamın əsərlərindən biri “Ana ürəyi” adlandırılmışdır. Əsərdə ana və övladlarının bağlılığı əsas götürülmüş və müəllif bu rəsmdə ürək yaradaraq istəyinə nail olmuşdur. Ürəyə həyat verən isə xüsusi neyro-xətlərdir. Burada verilən uşaq əllərinin ölçüləri müəllifin övladları Leyla və Muradın əllərinin ölçüləri ilə müvafiqdir. Aysel xanımın yüzədək rəsm əsəri sevilərək izlənilir. Onun əsərlərinin kataloqunu hazırlanmaq üçün təqdim edilmişdir. Ümidvarıq ki, rəssamın əsərləri ona yeni uğurlar qazandıracaq və onun əsərləri ölkəmizdən kənarda da seviləcəkdir.

Müəllif: MƏRZİYYƏ NƏCƏFOVA (SƏLAHƏDDİN)
Filologiya elmlər doktoru, Azərbaycan Yazarlar Birliyinin üzvü

İlkin mənbə: zirve.info

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Фархад Аскеров. «Совесть и страсть»

ФАРХАД АСКЕРОВ

Фархад Аскеров. «Совесть и страсть»

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru