ZAUR USTAC – YAZ  SEVDASI  VAR

ZAUR USTACIN YAZILARI

YAZ  SEVDASI  VAR
Bu payız bir başqa gəlir ömrümə,
Güzün gümanında yaz sevdası var.
Xəzana bürünüb bütün bağ, bağça
Güzün gümanında yaz sevdası var.
* * *
Bu xəzan yelimi, ya bahar mehi?
Bivaxt tumurcuqda, tər zəfər zehi,
Qızılı yarpaqda zər qəhər şehi,
Güzün gümanında yaz sevdası var.
* * *
Ustac, tac almısan Haqqın özündən,
Gözəllər xoşhaldır şirin sözündən,
Görməz, qəm süzülür qəmgin gözündən,
Güzün gümanında yaz sevdası var.
29.08.2021. Bakı.

Müəllif: Zaur USTAC,

 “Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAYIL DOSTU. KƏDƏRLƏ DOSTAM

MAYIL DOSTUNUN YAZILARI

KƏDƏRLƏ DOSTAM

(oxumanız məsləhətdir)

Yağışdan qorxum yox, yalınam, lütəm,

Od vecimə deyil, külə dönmüşəm.

Mümkünmü, təzədən yanam, ütüləm,

Ocağım qaralıb, çoxdan sönmüşəm.

***

Daşdan daşa dəyib qovğalı başım,

Ağlıma gəlməyən, başıma gəlib.

Ən çox kədər olub dostum,sirdaşım,

Dərd ara verəndə, xoşuma gəlib.

***

Tale mən deyəni,çox vaxt deməyib,

Arzumun şumuna zəhər əkilib.

Ürək istəyəni bəxtim yeməyib,

Diləyim doğranıb şişə çəkilib.

***

Ağrını, acını tale ötürməz,

Dərdimin içində sevinc gəzirəm.

Yükləsən bu yükü heç kim götürməz,

Bu ağrıya, mən ki dağam, dözürəm.

***

Kədər dostum oldu, fərəh düşmənim,

Qəribə taleyim, güzarım oldu.

Allahım, nə idi günahım mənim,

Dərd alverim, kədər bazarım oldu?

Müəllif: Mayıl DOSTU

MAYIL DOSTUNUN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Şuşaya salam” Beynəlxalq Poeziya layihəsinin təqdimatı olub.

“Şuşaya salam” Beynəlxalq Poeziya layihəsinin təqdimatı olub - FOTOLAR
Edebiyyatqazeti.az

“Şuşaya salam” Beynəlxalq Poeziya layihəsinin təqdimat mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev, Mədəniyyət Nazirliyinin nümayəndəsi Akif Maarifli, tanınmış Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-publisist Səlim Babullaoğlu, “Space” Müstəqil Teleradio şirkətinin prezidenti Müşfiq Hətəmov və bir sıra tanınmış şəxslər iştirak edib.

Tədbirin açılış nitqində çıxış edən S.Babullaoğlu bildirib ki, layihə ilə əlaqədar dünyanın ayrı-ayrı 30 ölkəsindəki yazıçılara müraciət edilib:

“Sentyabr ayının 27-dən başlayaraq hər gün bir əcnəbi yazıçının səsləndirdiyi şeir “Space” TV-də yayımlanacaq və bu, Zəfər gününə – noyabrın 8-dək qədər davam edəcək”.

Daha sonra çıxış edən AYB sədri Anar qeyd edib ki, Qarabağ müharibəsi başlayandan bəri Yazıçılar Birliyi hər zaman hadisələrin mərkəzində olub:

“Yazıçılar Birliyi təbliğat işlərində hər zaman olduğu kimi bundan sonra da daha da intensiv rol alacaq. Bizim haqq işimizi təbliğ etməyimiz üçün bu layihə çox vacibdir”.

“Space” Müstəqil Teleradio şirkətinin prezidenti Müşfiq Hətəmoğlu layihə barəsində çıxış edib: “Müxtəlif tribunalardan Qarabağ həqiqətləri barədə 30 ildir ki, danışırıq. Lakin bu gün haqqında danışdığımız layihənin haqq işimizin təbliğində xüsusi yeri olacaq. Həqiqətlərimizin müxtəlif ölkələrdən şairlərin dili ilə deyilməsi Qarabağın Azərbaycanın bir parçası olmasını bir daha bütün dünyaya sübut edəcək”.

Mədəniyyət Nazirliyinin nümayəndəsi Akif Maarifli qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi ilə nazirliyin üzərinə böyük iş düşüb: “Biz çalışırıq ki, Qarabağ həqiqətlərini mədəniyyətin dili ilə çatdıraq. Bu layihə dünya xalqlarının fikrində Qarabağla bağlı düzgün imic formalaşdırılmasına kömək edəcək”.

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev qeyd edib ki, tarixdə yazıçıların yazdıqları qalır: “Çünki yazıçının, şairin sözü əbədi yaşayır. Əslində, yaxşı yazıçı xalqın əbədiyyətdəki vəkilidir”.

Xatırladaq ki, təqdim edilən layihə “Şuşa İli”nə həsr olunub və layihə çərçivəsində 30 ölkədən 44 nəfər tanınmış ədəbiyyatçı və şair Şuşa üçün şeir oxuyacaq. Azərbaycandan layihəyə 8 şair qoşulub.

Qeyd edək ki, “Şuşaya salam” layihəsi 27 sentyabr – 8 noyabr tarixlərində baş tutacaq.

İlkin mənbə: Edebiyyatqazeti.az


MÜSABİQƏ ELAN OLUNDU 


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTACIN YARADICILIĞI ƏDƏBİ-TƏNQİD MÜSTƏVİSİNDƏ

AYƏTXAN ZİYADIN YAZILARI

“Zaur Ustacın yaradıcılığı ədəbi-tənqid müstəvisində”


Redaktoru və texniki-tərtibat işi:

Ayətxan Ziyad (İsgəndərov)

Toplumda ədəbiyyat­şünas və tədqiqatçıların, eyni zamanda  yazıçı və müxtəlif digər peşə sahiblərinin müasir Azərbaycan ədəbiyyatına öz baxış müstəvisi olan yazıçı-publisist Zaur Ustacın yaradıcılığına münasibətləri gündəmə gətirilib. “Ədəbiyyatşünas, tədqiqatçı sözü” və “Dost sözü, həmkar sözü” bölümlərrində həmin yazılarla tanış ola bilərsiniz.                               

Toplumda uşaq ədəbiyyatı problemlərinə xüsusi mövqe sərgilənir.         

                                                         

Müəllif: Ayətxan ZİYAD (İsgəndərov),

Azərbaycan yazıçılar və jurnalistlər birliklərinin üzvü, yazıçı-jurnalist, tədqiqatçı

AYƏTXAN ZİYADIN YAZILARI

ZAUR USTACIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru