ƏBƏDİYAŞAR LİDERİMİZ
Xalqın tarixən keçdiyi mürəkkəb və keşməkeşli yolda öndə addımlayan, onu vahid amal ugrunda birləşdirməyi bacaran bir lider, milli rəhbər kimi ulu öndər Heydər Əliyev özünün parlaq dühası ilə gələcəyi görür, tükənməz gücü və cəsarəti ilə yeni Azərbaycanın parlaq gələcəyinin planını qururdu. Belə fenomenal xüsusiyyət ona təkcə Ulu Tanrının bəxşişi deyildi, həm də özünün zəhmətkeşliyindən, coşqun yaradlcılıq həvəsindən, tükənməz təşkilarçılığından irəli gəlirdi. Azərbaycanın bugünkü nailiyyətləri, onun müstəqil dövlət kimi dünya birliyində öz layiqli yerini tutması,xalqımızın yüksək rifaha qovuşması, cəmiyyətimizin milli birlik ideyası ətrafında slx birləşməsi Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin, dövlətçilik strategiyasının ən mühüm nəticələridir. Onun qətiyyət, cəsarət və fədakarlıqla yaratdığı təməl üzərində müasir Azərbaycan davamlı tərəqqiyə nail olmuş, onun layiqli varisi möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə yüksəlmişdir. Məhz həmin dövrdə azadlıq və müstəqillik ideallarının yüksəlişi xalqımlzln keçmiş sovet dövlətinə qarşı mübarizəsində həlledici rol oynadı. Lakin bu dövlətin süqutu ərəfəsində və ondan sonrakı ilk illərdə dünya şöhrətli Heydər Əliyevin imperiya rəhbəri M.S.Qorbaçov tərəfindən siyasi meydandan təcrid edilməsi Azərbaycanın bu həssas dövrünün çox çətinliklə keçməsini şərtləndirdi. Həmin dövrdə güclü və qüdrətli liderin olmaması, dövlət idarəçiliyinin naşı və iradəsiz adamların əlinə keçməsi xalqımızı hələ də agrısını çəkdiyimiz bəlalarla üzləşdirdi. Müstəqil dövlət quruculuğu üçün tarixi fürsət yarandlğı bir vaxtda respublikanın o vaxtkı başçılarından heç biri liderlik xüsusiyyəti göstərə bilmir, ya imperiyapərəst qüvvələrinin təsiri altında müstəqillikdən imtina etmək haqqında düşünür, ya da agılsız qərarları ilə cəmiyyəti xaosa, ölkəni fəlakətə sürükləyirdilər. Özünü müxalifət elan edən, lakin milli inkişaf strategiyası olmayan, siyasi bəsirətsizliyi və naşılığı ilə Azərbaycanı dərin böhrana salan AXC- Musavat qaragüruhu nəinki müstəqilliyi qoruyub saxlamaq iqtidarında deyildi, hətta siyasət dahisi, xalqın sevimlisi Heydər Əliyevin hakimiyyətə qayıdışının qarşısını almaq üçün ən yaramaz vasitələrə əl atırdı. Ölkənin vəziyyəti getdikcə pisləşir, Ermənistanın təcavüzü genişlənir, torpaqlarımız itirilirdi. Xalqın ümidlərini dogrulda bilməyən xəyanətkarlar dəstəsi xalqımıza, dövlətçiliyimizə böyük zərbələr vurdu. Xaos, anarxiya, talançılıq, özbaşnalıq, siyasi, iqtisadi, hərbi böhran son nəticədə vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Xalqımız o anti-milli hakimiyyətə cəmi bir il dözə bildi. Öz həqiqi liderinin ətrafında sıx birləşən, onun yaratdıgı siyasi təşkilata-Yeni Azərbaycan Partiyasına ürəklə qoşulan vətənpərvər insanlarımız qurtuluş hərəkatınıın qələbəsinə inanırdı. 1993-cü ildə xalqın tələbi ilə Bakıya gələn Heydər Əliyevin o ağır, çətin vəziyyətdə dövlətçıılıyi xilas etmək missiyasını öz üzərinə götürməsi milli dövlətçiliyin bərpasından sonra xalqımızın bu qüvvələr üzərində çox böyük qələbəsi,möhtəşəm zəfəri oldu.
Müəllif: Nəzakət EMİNQIZI
AJB-nin üzvü, ”Yazarlar”jurnalının əməkdaşı, DAMM-nın Ekspertlər Şurasının sədri.“
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru