
Gözəllər gözümə baxanda sən gəl…
Ay könül həmdəmim, a pünhan eşqim
Tənhalıq qəlbimi sıxanda sən gəl!
İntizar qovğası, həsrət atəşi
Sinəmi yandırıb yaxanda sən gəl!
Axı sən qayğıma qala bilirsən
Məhəbbət nəğməmi çala bilirsən
Qəmlənsəm könlümü ala bilirsən
Qəmlər can evimi yıxanda sən gəl!
Sən ki anlayırsan ‘düzü’ baxışdan
Eşq ilə alışıb yüzü baxışdan
Birdən ovunaram bəzi baxışdan
Gözəllər gözümə baxanda sən gəl!
Muradam, dözmərəm ülfəti qırsan
Səni səsləyəcəm nə qədər varsan
Eşq ilə alışsam, nalə qoparsam
Ahım səmalara çıxanda sən gəl!
15.05.2023.
Müəllif: Murad Eloğlu
Oxuyun >> Gözündə tük var