Həqiqət anamın sözündə imiş

Həqiqət anamın sözündə imiş

Mən uşaq olmuşam, gec anlamışam
Həqiqət anamın sözündə imiş.
Bala, yalın gəzmə qurbanın olum
Məhəbbət anamın sözündə imiş.

Sözün eşitmədim ürəyin üzdüm
Off deyib düz sözdən, öyütdən bezdim
Cənnəti əlçatmaz məkanda gəzdim
Cənnət öz anamın dizində imiş.

Aydan da arıdır, çeşmədən duru
Günəş parıltısı, dağlar qüruru
Dünyanın ən şəffaf ziyası, nuru
Anamın qırışan üzündə imiş.

Həyatın ləzzəti, ömürün dadı
Ürəyin sevinci, könülün şadı
Əsil məhəbbətin alovu, odu
Anamın o solğun gözündə imiş.

Nazımdan, ədamdan, heç vaxt küsməyib
Ömür bahasına məni bəsləyib
Sevincin, nəşəsin mənə xərcləyib
Kədəri, qüssəsi, özündə imiş.

Muradam, əfsuslar, gec oldum halı
Dili dualıdır, əli şəfalı
İmanın təməli, cənnətin yolu
Anam qədəm qoyan izində imiş.

15.05.2023

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir