
KİÇİK ÇİLƏ
Bahar olub kiçik çilə,
Sərtliyi yox, şaxtası yox.
Kəhər olub kiçik çilə,
Cilovu yox, noxtası yox.
Tən yarısın verib yelə,
Nə qarı var, nə donu var.
Mərd olsa da kiçik çilə,
Boz ay adlı bir sonu var.
Qış fəslinin ən kiçiyi,
Qışlığına xilaf çıxıb.
Ərköyündü, var tərsliyi,
Alıb Günü göyə taxıb.
Bahar olub kiçik çilə,
Qışda yazla ətirlənib.
Yaxasında dönüb hilə,
Gecə ayla bədirlənib.
Ruh yüksəkdə, əhval nikbin,
Sətirlərdə süzür qələm.
Şüur aydın, fikir bitkin,
Təbəssümlə yazır qələm.
Vətənimin hər yerində,
Qışda bahar cövlan etsin.
Sıxıntıda, dərd-sərində,
Köməyinə Mövlam yetsin!
10. 02. 2024.
Müəllif: Təvəkkül GORUSLU
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru