Türk aviasiya tarixinin qeyri-adi siması – Vecihi Hürkuşun ruhuna sayğı və ehtiramla.

Türk aviasiya tarixinin qeyri-adi siması – Vecihi Hürkuşun ruhuna sayğı və ehtiramla.

Vecihi Hürkuş 6 yanvar 1896-cı ildə İstanbulda gömrük müfəttişi Faham bəyin ailəsində dünyaya göz açmışdır.
Atası gənc yaşlarında vəfat etdiyindən kiçik Vecihini anası Zeliha xanım böyüdür.
Tophanə Sənət Məktəbində təhsil alır..

Məktəbi bitirdikdən sonra könüllü olaraq Balkan savaşlarında iştirak edir.
V. Hurkuş Birinci Dünya Müharibəsi dövründə döyüşlər zamanı Bağdad cəbhəsində yaralanır. Sağaldıqdan sonra İstanbula dönərək Yaşılköydəki Təyyarə Məktəbinə daxil olur.
O, 1917-ci ildə təyyarəçi brövesi alaraq Aviasiya bölükləri tərkibində 7-ci Təyyarə bölüyündə çalışır. Qafqaz cəbhəsində ruslara qarşı könüllü hərakata qoşulan Vecihi Hurkuş uğurlu kəşfiyyat və bombardıman uçuşları keçirir , girdiyi hava savaşında rusların təyyarəsini vurur.
Vecihi Hürkuş savaşda təyyarə vuran ilk türk təyyərəçisidir. Savaşda yaralanaraq ruslara əsir düşən Hürkuş Xəzər dənizinin Nargin adası qismindən (Böyük Zirə) Bakıyadək üzə bilir, sonra İran vasitəsi ilə Türkiyə sərhədlərini keçməyə nail olur.

O, 1918-ci ilin yay aylarında Yaşılköydə yerləşən 9-cu Hərbi Təyyarə bölüyündə vəzifəyə başlayır.
Bu bölükdə çalışarkən qırıcı təyyarə layihəsini hazırlayan V. Hurkuşun bu layihəsi Mudros müqaviləsinin imzalanması ilə yarımçıq qalır.
Könüllü olaraq Qurtuluş Savaşında iştirak edən V. Hürkuş xüsusilə İnönü və Sakarya savaşı müddətində mükəmməl kəşfiyyat və dəstək uçuşları keçirir. Uçuşlar zamanı bir yunan təyyarəsini endirir. O, Qurtuluş Savaşının ilk və son uçuşunu edən təyyarəçidir.
Həmçinin İzmirin (Qaziəmir – Seydiköy) hava məkanını düşmən işğalından azad edən və nəzarətə alan şəxs olmuşdur.
Bu hadisədən sonra V. Hurkuş qırmızı lentli “İstiqlal” medalı ilə təltif edilən, həmçinin Türkiyə Böyük Millət Məclisi tərəfindən üç dəfə təqdirnamə verilən tək şəxsdir.

Savaşdan sonra İzmirdə yeni təyyarəçilər yetişdirməyə başlayır.
Edirnəyə sıhvən enən bir yolçu təyyarəsini götürdüyünə görə vəzifələndirilir. Xidməti qarşılığında təyyarəyə “Vecihi” adı verildikdən sonra təyyarə emalı ilə məşğul olmaq qərarını verir. İzmir Seydiköy Hava məktəbində – bugünkü Qaziəmir Hava məktəbi komandanlığında təyyarə emalı layihəsinə başlayır. 1923-cü ildə qənimət olaraq yunanlardan ələ keçirilən mühərriklərdən yararlanaraq ilk türk təyyarəsini istehsal edir.
28 yanvar 1925-ci ildə “Vecihi K-VI” adlı təyyarəsi ilə ilk uçuşunu həyata keçirir. Ancaq təltif əvəzinə onu cəzalandırırlar. Vecihi Hürkuşun təltif gözləyərkən cəza almasının səbəbi Türkiyədə həmin dövrdə aviasiyadan anlayan və onu müdafiə edəcək mütəxəssislərin olmaması idi. Ona icazə verəcək qanun olmadığı üçün icazəsiz uçmuş və bu səbəbdən də cəza almışdır.

Bu hadisədən sonra hərbi aviasiyadan ayrılaraq mülkü təyyarələrin hazırlanması layihələrində çalışmalarına davam edir.

***

Vecihi Hürkuş təkcə türk aviasiya tarixinin deyil, bəlkə də dünya aviasiya tarixinin qeyri-adi simalarından biridir.

O, 1930-cu ildə Kadıköydə bir dülgər dükanını icarəyə götürərək 3 ay müddətində orada ilk türk mülki təyyarəsini, əslində isə ikinci təyyarəsi olan Vecihi XIV-ü inşa edir.
İlk uçuşunu 27 sentyabr 1930-cu ildə Kadıköy Fikirtəpədə böyük izdiham və mətbuat qarşısında keçirir. Bu uçuşdan sonra “Vecihi XIV” təyyarəsi ilə əvvəlcə Yaşılköyə, sonra Ankaraya uçur. Uçuş sertifikatı üçün bakanlığa müraciət edir.
14 oktyabr 1930-cu ildə “Təyyarənin texniki vasitələrini təyin edəcək kimsə olmadığından lazımi vəsiqə verilməmişdir” cavabını aldıqdan sonra bakanlığın tələb etdiyi texniki baxış haqqında vəsiqəni almaq üçün təyyarəni sökərək icarəyə götürdüyü vaqonla Çexoslovakiyaya göndərir. Hürkuş 6 dekabr 1930-cu ildə Praqaya çatdığı zaman hələ təyyarəsi gəlməmişdi.
Təyyarəyə aid texniki hesabat kimi rəsmi sənədi öncə çex dilinə tərcümə etdirir. Təyyarə gəldikdən sonra təyyarəni təkrar yığaraq, detalların hər cür texniki yoxlamaları keçirildikdən sonra uçuşu üçün icazəsi istənilir. Uçuş üçün təyyarənin yoxlamaları tamamlanır.
V.Hürkuş 23 aprel 1931-ci ildə çexoslavakiyalı yetkililər tərəfindən düzənlənən bir tədbirdə şərəfləndirilərək uçuş uzni alır.

25 aprel 1931-ci ildə təyyarəsi ilə Çexoslovakiyadan uçaraq 5 may 1931-ci ildə Türkiyəyə çatır.

***

Vecihi Hürkuş 1931-ci ildə Mustafa Kamal Atatürk tərəfindən TTC-nin ( Türk Təyyarə Cəmiyyəti) yaranmasından sonra qurum adına ilk Türkiyə turu keçirir.
Birinci tur (2 sentyabr 1931): Qızılcahamam, Bolu, Zonquldak, Cide, Sinop, Samsun, Trabzon, Rizə, Gümüşxana, Bayburt, Suşəhri, Sivas, Şarqışla, Ağdağmədəni, Sunqurlu, Qalacıq, Ankara turu idi.
İkinci tur (9 noyabr 1931): Ankara, Gölbaşı, Bağla, Şərəfliqoçhisar, Ağsaray, Konya, Bəyşəhər, Seydişəhər, Alanya, Manavqat, Antalya, Fəthiyə, Köycəğiz, Muğla, Göytəpə, Qala, Tavas, Qaracasu, Babadağ, Dənizli, Çal, Qarahallı, Ulubəy, Uşak, Kütahya, Əskişəhər, Çuxurhisar, İnönü, Bozüyük, Qaraköy, Söyüd, Adabazarı, İzmit və Istanbulda keçirilir.

***

1932-ci ildə Vecihi Hurkuş Mülki Təyyarə Məktəbi adlı ilk Türk Mülki Aviasiya məktəbini yaradır. Məktəbdə ilk türk qadın pilot Bədriyə Göymən ilə birlikdə 12 təyyarəçi hazırlayır. Vecihi Hürkuş Qalamış-Kadıköydə ilk mülki təyyarə Vecihi XIV, ilk təlim və idman təyyarəsi, Vecihi XV, 160 at güclü Mersedes təyyarə mühərrikli və dəniz xizəyi olan Vecihi SK-X-i hazırlamışdır.

Nuru Dəmirağ adlı şəxsin maliyyələşdirməsi hesabına 1933-cü ildə Vecihi Hürkuş tərəfindən Vecihi XVI təyyarəsi hazırlanmışdır.
Vecihi bəy çətin şəraitdə dərs keçərkən bəzi qurumların, TEKEL idarəsinin və İş Bankının reklamlarını təşkil etmiş, bəzi vətənsevər qurumların köməyindən yararlanmışdır. Lakin bir müddət sonra maddi çətinliklər səbəbindən təyyarə məktəbi bağlanmışdır.

1937 -ci ildə M.K.Atatürkün göstərişi ilə Türk Hava Qurumu V. Hurkuşu mühəndislik təhsili almaq üçün Almaniyaya göndərir. 1939-cu ildə məzun olaraq geri dönən Hurkuşa 2 il ərzində təyyarə mühəndisi ola bilməsinin imkansızlığı səbəbindən fəaliyyət göstərməsinə icazə verilmir.

V. Hurkuş 1954-cü ildə ilk mülkü hava yolu şirkəti olan Hürkuş Hava yollarını qurur. Fəqət təyyarələrinin uçuşlarına düzənlənən ardıcıl bürokratik maneələr səbəbindən , uçuşlarının gərəksiz yerə ibtal edilməsindən fəaliyyətini davam etdirə bilmədi.

Türk aviasiya tarixinin ən önəmli simalarından olan Vecihi Hürkuş həyatının son illərini maddi ehtiyac və ağır sıxıntı içində yaşadı.
O, 16 iyul 1969-cu ildə beyin qanaması səbəbindən Gülhanə Hərbi Tibb Akademiyasında vəfat etmişdir.
Allah rəhmət eləsin. Amin.

Məlumatı hazırladı: Sultan Əhmədova

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir