Tanınmiş yazar Eyvaz Zeynalovun “Nadir şah” adlı yeni kitabı işıq üzü görüb. 568 səhifədən ibarət olan tarixi romanı Şahbaz Xuduoğlunun rəhbərlik etdiyi “Qanun” nəşriyyatı öz hesabına nəfis şəkildə çap edərək kitab mağazalarına göndərib. Qarşıdakı oxu günlərində, kitab festivallarında, yarmarkalarda “Qanun” nəşriyyatının adını, loqosunu, lövhəsini gördüyünüz hər yerdə kitabı soruşa bilərsiniz.
“Yazarlar” olaraq, Eyvaz müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayırıq. Eyni zamanda Şahbaz Xuduoğluna yazarlara dəstək olduğu üçün təşəkkür edirik.
Bu gün mən səni gördüm, Salam vermək istədim, Üzünü yana tutdun. Söylə, illərdən bəri Qəlbimizin bir duyub bir vurduğu illəri, Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o qanlı sellər, Bir salama dəymədi? Həyəcanla, fərəhlə, qəmlə dolu o illər Bir salama dəymədi?
Heç üzümə baxmadan yanımdan necə keçdin? Sən eşqin salamını qorxuyamı dəyişdin? Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun? O qədər yaxın ikən, bu qədər uzaq oldun. Şirin gülüşlərimiz, acı fəğanlarımız Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız Bir salama dəymədi? Sən neylədin, bir düşün! Yalnız indi anladım: ah, sən daha mənimçün Əlçatmaz bir çiçəksən, Yaşanmış günlərim tək geri dönməyəcəksən!… Qop, ey tufan, əs, ey yel! Xəzəl olum, tökülüm Düz beş il ürəyimdə Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən, gülüm, Bəs nə oldu? Bu həsrət bir salama dəymədi? Getdin, dalınca baxdım, can ayrıldı canımdan, Sən necə etinasız ötə bildin yanımdan, Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm, Sənin qəlbin əsmədi. Geriyə də baxmadın! Niyə sənin yolunu məhəbbətin kəsmədi?… Qazancımız de, bumu? Deyilməmiş o salam əlvidamız oldumu? Sən mənə zülm eylədin, mənə zülm yaraşır. Bir salama dəyməyən eşqə ölüm yaraşır.
56 il fasiləsiz məktəb direktoru işləmiş Əməkdar müəllim,” Qızıl qələm” mükafatı laueratı Əzimov Səlim Köçəri oğlunun Həyat hekayələri kitablna istinadən……
1920-1993-cü illərdə Novruzlu kəndini idarə edənlər:
1920-1924-cü illər – Pristav Həbib bəy
1925-1928-ci illər Əbdüləli Məmmədov (Muzdur Komitəsinin sədri ) – Artel 1929-1932-ci illər “Toz” (Torpağın birgə becərilməsi),
Əhməd Əliyev (Qaraxanın atası)
1932-1933-cü illər – “Toz” sədri – Köçəri Həsənov
1934-1938-ci illər – Kolxoz sədri – Qəni Mikayılov 1939-1941-ci illər – Kolxoz sədri -Ağəli Səfərov
1942-1944-cü illər – Kolxoz sədri – Qüdrət Hüseynov 1945-1946-cı illər – Kolxoz sədri -Rəcəb Gərayev
1947-1949-cu illər – Kolxoz sədri – Qüdrət Hüseynov 1950-1954-cü illər – Kolxoz sədri – Hüseyn Əliyev
1955-1956-cı il illər – Kolxoz sədri – Hümbət Bayramov 1957-1958-ci illər – Kolxoz sədri – Tağı Yarov
1959-1962-ci illər – Kolxoz sədri – Hüseyn Əliyev
1963-1965-ci illər – Kolxoz sədri – Əsgər Əliyev (Qaradağlı)
1966-1970-ci illər – Kolxoz sədri – Hüseyn Əliyev
1971-1976-ci illər – Sovxoz direktoru – Fəxrəddin Tağıyev 1977-1978-ci illər – Sovxoz direktoru – Oqtay Məmmədov
1979-1980-ci illər – Sovxoz direktoru – Fazil Zeynalov
1981-1983-cü illər – Sovxoz direktoru – Sərhad Misirxanov
1984-1986-cı illər – Sovxoz direktoru – İsa Abışov
1987-1988-ci illər – Sovxoz direktoru – Əli Cəfərov
1989-1992-ci illər – Sovxoz direktoru – Sabir Sadıqov
1993-cü illər – Sovxoz direktoru – Asif Cəfərov…
SAĞLAMLIQ KEŞİYİNDƏ DAYANANLAR
Sovet Hakimiyyətinin ilk illərində əhalinin sağlamlığı keşiyində dayanan həkimlər az idi, hətta bəzi yerlərdə heç feldşer də yox idi. Yadımdadır, BVM-si illərində və sonralar bir müddət camaatın ümid yeri Mərzilidə yaşayan və işləyən feldşer Allahverdi vardı. Rayonda isə əvvəllər Fərrux bəy, sonralar isə “Qırzımızı dodaq” ləqəbi ilə tanınan – “kərdiyar” qadın həkimi var idı. 1950-ci illərdən başlayaraq kəndlərdə feldşer-mama məntəqələri, sonralar isə, iri çarpayılı xəstəxanalar yarandı.
Novruzlu kənd xəstəxanasında işləyənlər
Alı həkim – Gülablı
Şəfiqə həkim-Bağbanlar
Hümbət Quliyev – Feldşer – Novruzlu
Şirəli həkim – Şəkili
Ağazeynal həkim – Bakılı 6. Səməd həkim – İsmayıllı
İlyas Əliyev – Feldşer – Novruzlu
İldırım həkim – Ağdamlı
Bəşir həkim – Ağdamlı
Nizami Quliyev – Feldşer – Novruzlu
Şükufə həkim – Şuşalı
Məmməd həkim – Yusifcanlı
Humay həkim – Yusifcanlı
Cəlal həkim – Yusifcanlı
Həqiqət həkim -Şəhər
Rüstəm həkim -Novruzlu
Məstalı həkim – Ağdamlı
Aptek Hacı – Ağdam
Ənvər həkim – Novruzlu
Ramiz həkim – Novruzlu
Suruş (feldşer – mama)
Bilura (feldşer – mama)
Nofəl həkim
Aydın həkim
1970-1990-CI İLLƏRDƏ TƏHSİL MƏSƏLƏLƏRİ
SSRİ-də təhsil məsələləri çox güclü idi. 16-17 yaşına qədər icbari təhsil (orta təhsil) yerinə yetirilirdi. Məktəb yaşlı uşaqlar bir nəfər kimi təhsilə cəlb edilirdi. Təhsildən yayınan, məktəbə getməyən olsaydı, ərazidə icbari təhsil pozulmuş hesab edilərdi. Onun üstündə məktəb direktorunu vəzifəsindən çıxarırdılar. Məktəblərdə intizam güclü idi, müəllimlər əmək İntizamına güclü əməl edirdilər. Yaxşı müəllimlər çox idi. Hərə öz ixtisasını yaxşı bilirdi. Dərslik və proqramlar sabit idi. İndiki kimi bir fəndən iki (alternativ) kitab yox idi. Kitab bilik mənbəyi hesab edildiyi üçün hər bir uşaq kitabı təmiz, səliqəli saxlayırdı. Məktəbdə siniflər arasında sosializm yarışı təşkil edilirdi. Şagirdlə-şagird, bir siniflə-o biri sinif arasında yarış müqaviləsi bağlanırdı. Sinif üzrə çox əlaçı olan, 4-5 qiymətlə daha çox oxuyan, qayıbı olmayan sinif, kitab-dəftəri təmiz saxlayan, təmiz, səliqəli geyinən, məktəbli formasına əməl edən, boynunda qırmızı qalstuku olan (qalstukda üç nişan var idi: pioner, komsomol, partiya), yarış dövrü heç bir cəza almayan şagird, yaxud sinif sosializm yarışının qalibi hesab olunurdu. I-III siniflərdə oxuyanlar oktyabryatlar, 3-cü sinfin axırından 7-ci sinfin sonuna kimi oxuyanlar (9-13 yaşına qədər) pioner, VIII-XI siniflərdə (15-18 yaş) komsomolçu hesab olunurdu. IV-VII siniflərdə oxuyanlardan pionerə, yaxud pionerdən komsomola heç də hamını ucdantutma keçirmirdilər. Komsomola keçmək üçün məktəb komsomol təşkilatına şagird ərizə verməli idi. Ərizə verən zəif oxuyurdusa, qiymətlərində 3 var idisə, yaxud pintiliyi, davranışı aşağı – zəif idisə , o zaman heç kim onu müdafiə edə bilməzdi. Bəzən yaxşı oxuyan, təsadüfən qiymətində bir 3 qiyməti olardısa, dardloper, və yaxud komsomola qəbul etmirdilər. Belə hallarda uşaqlar kövrəlirdilər, ağlayırdılar, bəzən də valideyinlərini minnətçi salırdılar.
Komsomola keçmək qaydası daha çətinidi. Belə ki, məktəb ilk komsomol təşkilatı qəbul etdikdən sonra onlar rayon komsomol komitəsinin bürosundan keçməli idilər. Rayon Komsomol Komitəsinin bürosunda da çoxlu sual-cavaba tutulurdular. (Siyasi büro üzvləri kimlərdir, Sosialist dövlətlər hansılardır, hansı bədii ədəbiyyatı oxumusan, BVM qəhrəmanları kimlərdir, Məramnamə nədir, Nizamnamə nədir və s.) suallara düzgün cavab verməyənlər qəbul olunmurdular.
Məktəbin hamısında, o cümlədən bizim məktəbdə də radio qovşağı vardı. Radio qovşağının verilişləri məktəblərdə çox maraqla dinlənilirdi. Hər gün ikinci dərsdən sonra 20 dəqiqə böyük tənəffüs olurdu. Hamı çıxardı çölə. Veriliş başlayardı. Verilişdə əsasən dünən dərsə gəlməyən, bu gün dərsə gecikən, dərsdən qaçan, intizamsızlıq edən, səliqəsiz geyinən, qələmi, karandaşı, bəzi kitabı olmayan, dərslərdən əsasən 2 qiymət alanlar haqda söhbət gedirdi. Radio qovşağında şeir yazan, yaxşı bədii qiraəti olan, şeir deməyi bacaran uşaqların da səsi eşidilərdi. Verilişdə nəinki uşaqlar, hətta müəllimlər da, valideynlər də çıxış edir, onlar da öz öyüd nəsihətlərini, məsləhətlərini verirdilər. Uşaqlara daha çox ləzzət verən idman yarışlarının nəticəsi, məktəb bədii özfəaliyyət kollektivinin çıxışı olurdu. Əsasən məktəbin qaynar həyatı uşaqların dünya görüşünə müsbət təsir edirdi. Ümumiyyətlə məktəbin pioner-komsmol həyatında fəal iştirak edənlər həyatda yaxşı yer tuturdular. Belə ki, ali məktəblərə gedirdilər, yüksək qabiliyyətlə imtahan verirdilər. Qəbul olunurdular. Onların çoxu müəllim, həkim, jurnalist, iqtisadçı kimi işləmək üçün kəndə, rayona qayıdır, iş yerinə bir başa təyinatla gedirdilər.
Gənclərin yetişməsində çox böyük sistem, ardıcıllıq var idi. Hər kəs öz əməyinin bəhrəsini yeyirdi. Mən fəxr edirəm ki, orta məktəb attestatı verdiyim gənclər içərisində yüzlərlə, minlərlə ali təhsilli mütəxəssis, onlarla elmlər namizədi, elmlər doktoru, professorlar vardır.
Peşə təhsili
Məktəb-təhsil məsələlərində yeniliklər var idi. Belə ki, Sov.İKPMK-nın qərarı var idi ki, məktəblər həyata, istehsalata daha da yaxınlaşsın. Buna görə də peşə təhsilinə üstünlük verilirdi. Düzdür, rayonda bir neçə peşə məktəbi yaradılmışdır. Peşə məktəblərinə əsasən 9-cu sinfi qurtaranları qəbul edirdilər. Məktəb direktorları da peşə məktəblərinə əsasən zəif oxuyanları göndərirdilər. O cümlədən, mən də, zəif oxuyan, narahat uşaqları göndərirdim. Orta məktəbi attestatla bitirənlər də ora gedirdi. 9-cu sinifdən gedənlər 3 il, XI sinfi qutaranlar isə 1 il oxuyurdular. 9 illikdən gedənlərə həm orta təhsil haqqında attestat, həm də peşə təhsili haqqında diplom verirdilər. Tələbələrə o məktəblərdə paltar, təqaüd, gündə 3 dəfə yemək, yataqxanada yer verirdilər. Peşə məktəblərinə uşaqlar həvəslə gedirdilər.
Müxtəlif peşələr: mühasiblik, sürücülük, mexanizatorluq, elektrik-qaynaqçı, dülgərlik, bənnalıq, telefon-teleqrafçı və s. üzrə qurtaranlara təyinat verib yerlərə işə göndərirdilər. Idarə, müəssisə, kolxoz, sovxozlarda həmin gənclərə üstünlük verirdilər, işə qəbul edirdilər. O cümlədən, bizim məktəbdə də – Novruzlu orta məktəbi də mexanizator peşəsi verirdi. Peşə təhsilinə uyğun məktəbin nümunəvi emalatxanası var idi. Emalatxanada Maarif Nazirliyi tərəfindən göndərilmiş çoxlu dəzgahlar var idi. Həm metal emalı üzrə, həm də ağac emalı üzrə. Müəllim və şagirdlər emalatxanada həvəslə işləyirdilər. Ağac emalı üzrə dəzgahlarda cürbəcür bəzəkli fiqurlar, əl işləri düzəldirdilər. Hətta lazım olanda qapı-pəncərə hissələri də düzəldirdilər. Uşaqlarda əməyə böyük hörmət, məhəbbət qaydası da aşılanırdı. X-XI siniflərdə mexanizator peşəsi öyrədilirdi Peşə təhsili üzrə ayrıca təlimatçı, ixtisaslı müəllim ştatı, habelə, praktiki iş üçün ayrıca DT-75 markalı traktor var idi. Bəzi mövzular keçiriləndən sonra praktik olaraq, traktoru belə dərsdə həvəslə edirdilər. Mexanizator peşəsi üzrə məktəbi qutaranlar ərazidəki sovxozlarda sərbəst işləyirdilər. Rayon Maarif şöbəsindən də peşə təhsilinə güclü nəzarət olurdu.
Lakin məktəb işimizdə çətinliklər də var idi. Hər il sentyabrın 1-də dərslər başlanandan sonra, təxminən sentyabrın 15-dən sonra məktəbləri üzüm, pambıq yığmağa cəlb edirdilər. Bizim kənddə pambıq olmadığı üçün bizi başqa kəndlərə pambığa – avral aparırdılar. Yadımdadır ki, bizim məktəb kollektivi rayonun ən iri pambıq əkən kəndlərinə gedirdi. Rayonun Quzanlı, Üçoğlan (bizim kənddən 30-40 km uzaqda), Əhmədağalı, Güllücə, Nəmirli, Şotlanlı, 7 №-li sovxoz, Əfətli, Çəmənli kəndlərinə 100-150 şagird, 10-15 müəllim gedirdik. Həftələrlə gedib kəndlərdə qalırdıq. Birinci gün gedəndə uşaqlar 3-4 günlük yemək ehtiyatı aparırdılar. Çöl şəraitində ərzaq cəhətdən korluq çəkirdilər. Yemək ehtiyatı qurtarırdı, arxamızca gələn-gedən də az olurdu. Belə hallarda uşaqlar əziyyət çəkirdilər. Tez-tez xəstələnən, icazə alanlar olurdu, məhsuldarlıq azalırdı. Məktəb direktorları pambıq briqadirindən asılı vəziyyətə düşürdü. Müəllimləri k/z sədri, Maarif müdiri, raykomun təhkimçiləri növbə ilə danlayırdılar. Rayon qəzetində məktəbin siyahısı verilirdi. Hər uşağa gündəlik norma qoyulurdu – gündə 40 kq. Pambıq yığımı dövründə – mövsümündə bir dəfə də olsun rayon rəhbərləri tərəfindən cəza almamısdım. Nə irəli getmirdim, nə dalda qalmırdım. Həmişə siyahının ortasında gedirdim. Bəzi vaxtlarda gündəlik qonşu kəndlərə gedib-gəlirdik. Kolxozun üstü açıq maşınları səhər tezdən gəlirdi, yığışıb gedirdik. Birdən pambığı çəkdirib qurtarana qədər gecikirdik, sahədən gec çıxırdıq. Kəndə axşam saat 10-a, 11-ə güclə çatırdıq. Belə hallarda valideynləri üçün əziz olan uşaqların ataları əllərində üçqulaq dəmir yaba yolda bizi gözləyirdilər. Maşından uşaqlar düşən yerdə hirsli-hirsli, “mənim uşağımı niyə gec gətirirsən?” deyirdilər. Tək-tək belə “valideynlər” düşünmürdülər ki, mən özbaşına deyiləm, sahədən tez çıxmağa icazə verilmirdi. Üstümüzdə ideoloji zorakılıq, hökmranlıq, nəzarət var idi.
Dərs ilinin 1-ci rübünü məhsul yığımında keçirirdik. Dörd rübün dərs proqramlarını 3 rübdə yerinə yetirməyə məcbur olurduq. Ali məktəblərə qəbulda da heç bir güzəşt olmurdu. Hər il sentyabrın 15-dən noyabrın 15-ə kimi çöllərdə olurduq. Müəllim-şagird arasında da pərdə götürülürdü. Müəllim uşaqlarla yaxın məsafədə yatıb-dururdular, müəllim-uşaq arasında pərdə olmurdu.
Hər il məhsul yığılıb qurtardıqdan sonra rayon səviyyəsində məhsul bayramı keçirilirdi. Respublikadan rayonlara müğənnilər, muğam ustaları göndərirdilər. Məhsul yığımında irəlidə gedənlərə, yaxşı işləyənlərə müxtəlif mükafatlar verilirdi.
Bir əhvalat heç vaxt yadımdan çıxmır
1979-cu il idi. Ali və yerli Sovetinə seçki keçirilirdi. Mən (nədənsə belə olmuşdu) həm 157 №-li Novruzlu Seçki dairəsinin sədri, həm də Novruzlu Seçki məntəqəsinin sədri idim. Seçki ərəfəsi idi. Dedilər raykomun 1-ci katibi Həsən Əliyevi çıxardıblar, yerinə də Telman Orucov adlı bir nəfəri göndərirlər. O zaman mən də RPK-nin plenumunun üzvü idim. Dedilər sabah saat 11-də plenum var. Başqaları kimi mən də getdim. Mərkəzi Komitədən gələnlər plenumda çıxış etdilər, qabaqkı katibin işindəki nöqsanları dedilər və təzə katibi – Telman Orucovu təqdim etdilər. Plenum üzvləri sürəkli alqış- larla təzə katibi qəbul etdilər. Sabahısı gün yenə məlumat verdilər ki, təzə katib seçkilərə hazırlığa baxış keçirir. Belə qayda var idi ki, əsas seçkiyə bir həftə qalmış “Sınaq seçki” məntəqələr hazır olmalıdır. Mən də şənbə günü olduğu üçün dərsə mane olmamaq şərti ilə, səhər saat 11 vəziyyətinə məktəbin böyük koridorunu təlimat əsasında tam hazırlatdım. Məntəqəyə lazım olan nə varsa, hamısını hazırlatdım. Məktbin dəhlizi – məntəqə “gəlin otağı” kimi qışqırmızı bəzəndi İşi qürtarıb, özümüz məntəqədə baxış keçirirdik. Dəhlizin giriş qapısı açıq idi. Bir də baxdım ki, raykomun maşını məktəbin darvazasında dayandı. Tanıdım. Maşından düşən əvvəlcə katibin sürücüsü hündürboy Kərim kişi, sonra isə raykomun 1-ci katibi Telman Orucov idi. Müəllimlərə dedim, siz tərpənməyin, dəhlizdə gözləyin (müəllimlər Əli Cəfərov, Rəşid Kazımov, Rüstəm Rüstəmov (partkom)), xeyli irəli getdim, salam verdim.
Dedim: – yoldaş Orucov, xoş gəlmisiniz. Dedi: – sən məni hardan tanıyırsan?!
Dedim:-mən plenum üzvüyəm, konfransda iştirak etmişəm. Danışa-danışa gəldik məntəqəyə. Baxdı, razılıq elədi. Gördüyümüz işə heç bir əlavəsi olmadı. Arada qonşu Yusifcanlı kəndinin camaatı haqqında soruşdu ki, deyirlər orada dindar adam çoxdur, seçkiyə münasibət necədir? Mən də müəllim yoldaşlar da Yusifcanlı camaatını təriflədik. Katib bizə əl verib xudahafisləşmək istəyərkən qəfildən müəllim yoldaşımız partkom Rüstəm müəllim soruşdu ki, yoldaş Orucov, xeyirdimi, nəyə gəlmisiniz?! Katib qışqırmızı qızardı. Mən hər ikisini vəziyyətdən çıxartdım. Dedim ki, yoldaş Orucov, bilirsiniz, tarixən raykomun nəinki 1-ci katibi, heç 2-ci, 3-cü katibləri də kəndə gələndə məktəbə dönmürlər, məktəbin qabağından düz keçib gedirlər. Müəllim ona görə təəccüblənib. Katib vəziyyəti başa düşdü və yenidən görüşüb getdi və dedi ki, raykomun əsas işi elə təbliğat-təşviqatdır…
MƏKTƏB MÜQƏDDƏS MƏBƏDDİR
Böyük Türk şairi Nazim Hikmət demişdir: – “Xoşbəxt o kəsdir ki, səhər işə, axşam evə tələsir”.
Mən 1945-1949-cu illərdə Ağdam pedaqoji texnikumunda, 1949-1951-ci illərdə Ağdam Dövlət ikiillik müəllimlər institutunda oxumuşam, 1951-1953-cü illərdə Ağdam “Lenin yolu” qəzetinin əməkdaşı olmuşam.1955-ci ildən 1993-cü ilə kimi Ağdamda, 1993-cü ilin sonundan 2011-ci ilin sentyabrına kimi Bakı şəhərində 71 saylı Ağdam orta məktəbinin direktoru İşləmişəm. Ona görə də 1945-ci ildən bu günə kimi Ağdam təhsilinə rəhbərlik etmiş adamları yaxşı tanıyıram. Görmüşəm ki, böyük amallarla yaşayıb, gənc nəslə həqiqətən ənənəvi atalıq edənlər bütün xalqın ehtiramına, məhəbbətinə layiq olublar. Çox haqlı olaraq direktoru məktəbin bel sütunu adlandırırlar. Yaxşı direktor millətin mənəvi sərvətidir. Belə direktorlar maarifimizin, təhsilimizin inkişafına kömək edir, bu yolda, ömrünü şam kimi əridir, millətin sabahına, gələcəyinə çevrilirlər. Aşağıdakı siyahını tərtib etməkdə məqsədim Ağdamda vaxtilə böyük həvəs və məsuliyyətlə işləmiş məktəb rəhbərlərini sizə xatırlatmaqdır.
Ağdamda işləmiş maarif şöbə müdirləri
Əli Eyvazov
Əhəd Ələkbərov
Bilal Quliyev
Məmməd Həsənov
İslam Əliyev
Qara Hüseynov
Hüseyn Bayramov
Nəsib Şəfiyev
Elmira Şükürova (1998-dən hal-hazıra kimi)
Maarif İşçilərindən
Məmməd Qaradağı, Ənvər Hüseynov, Zahid Şükürov, Sərvər Yusifov, Ofeliya Kərimova, Ofeliya Zeynalova, Pəriş Ələkbərova, Aslan Kərimov, Sabir Abdullayev, Nuriyyə Rəhimova, Şərifə Abışova və b.
Məktəb direktorları
Xanlar Abdullayev (Yusifcanlı)
İldırım Səfərov (Yusifcanlı)
Əbdüləli Bayramov (Yusifcanlı)
Əhməd Qasımov (Novruzlu)
Hümbət Nəbiyev (Novruzlu)
Nəsir Quluyev (Novruzlu)
Qara Hüseynov (Novruzlu)
Zülfüqar Ələkbərov (Novruzlu)
Səlim Əzimov (Novruzlu)
Məhiş Quliyev (Mərzili)
Vəli Əliyev (Mərzili)
Akif Məmmədov (Mərzili)
Talıb Abbasquluyev (Mərzili)
Nəsib Şirinov (Mərzili)
Həsən müəllim (Mərzili) 16 . Cəlil İbrahimov (Mərzili)
Səlim Kazımov (Mərzili)
Hüseynalı Hüseynov (Mərzili)
Şirin Əhmədov (Pirzadlı)
Mobil Pirimov (Pirzadlı)
Araz Hüseynov (Pirzadlı)
Fazil Qasımov (Bağbanlar)
Səlim Əzimov (Bağbanlar) 24. Bəxtiyar İsmayılov (Saybalı )
Xasay müəllim (Saybalı)
Səlim Ağayev (Gülablı)
Ənvər Muradov (Gülablı)
Inqilab İsmayılov (Gülablı)
Mehralı müəllim (Abdal)
Sovet müəllim (Muğanlı)
İsmayıl müəllim (Şıxbabalı)
Əfqan müəllim (Şıxbabalı)
Hüseyn Quliyev (Şıxbabalı)
Saleh Əhmədov (Şıxbabalı)
Kəriş Quliyev (Əhmədavar)
Əhməd Hümbətov (Xıdırlı)
Nürəddin müəllim (Xıdırlı)
İsrafil Məmmədov (Xıdırlı)
Seyran İsmayılova (Seyidli)
Şövkət Əhmədova (Seyidli)
Muxtar müəllim (Seyidli)
Rəşid Ağayev (Seyidli)
Aysəba Hüseynova (Qiyaslı)
İsmayıl Cəfərov (Söyüdlüqol) 45. Hacı müəllim (Söyüdlüqol) 46.Haqqı+Vəliyəddin müəllim (Ətyeməzli)
Farman Bayramov (Əlimədədli) 75. Əliş Abdullayev (Boyəhmədli)
Eldar müəllim (Zəngişalı)
Gəray müəllim (Mahrızlı)
Bəhram Məmmədov (Mahrızlı)
Ağa müəllim (Qaradağlı)
Allahyar müəllim (Qaradağlı)
Cahangir müəllim (Əfətli)
Qara Hüseynov (Çəmənli)
Bayram müəllim (Çəmənli)
Ramazan Quliyev (İmamqulubəyli)
Yunis (Ciniqara) müəllim (Qiyaslı)
Gülşən müəllimə (№73)
Nərminaz müəllimə (№36)
Dilguşə müəllimə (№88)
Ulduzə müəllimə (№42)
Lətifə müəllimə (№ 37)
Nailə müəllimə (№71)
Ülviyyə müəllimə (№32)
Xanım müəllimə (№38)
Nərgiz müəllimə (№39)
Tinatin müəllimə (№102)
Xuraman müəllimə (№3)
Günel müəllimə (№34)
Nəsibə müəllimə (N№33)
Adil müəllim (№83) 100. Xəqani müəllim (№96)
Məlahət müəllimə (№81)
İmran müəllim (№39) 103. Məzahir müəllim (№76)
Elnur müəllim (№31)
Məmməd Kərimovu 1949-cu ildən tanıyırdım. 1949- 1951-ci illərdə Ağdam Dövlət 2 illik Müəllimlər İnstitutunda bir yerdə oxumuşduq, birlikdə kirayədə qalırdıq. Tez-tez o, bizim kəndə Novruzluya, mən isə onlara Əhmədağalıya gedib gəlirdik. 1955-ci ildən mən Bağbanlar məktəbinin, o isə həmin ildən ömrünün axırına kimi yaşadığı Əhmədağalı kənd orta məktəbinin direktoru işlədi. Kənddə yaraşıqlı ikimərtəbəli evi vardı. Rayondan, respublikadan gələn hörmətli qonaqlar onun evinə düşərdi. Bacısı oğlu Səyyaf Verdiyev uzun müddət rayonda RİK sədri, Rayon Partiya Komitəsinin 1-ci katibi işləmişdir.
Yaxın dostum Xanış Məmmədovu 1960-cı illərdən tanıyıram. O, uzun müddət şəhər fəhlə-gənclər orta məktəbinin, Qullar 9 illik məktəbinin, 15 ilə yaxın şəhər 8 №-li orta məktəbin, 1993-cü ildən 2010-cu ilə kimi 31 №-li Ağdam köçkün orta məktəbin (Sumqayıtda) direktoru işlədi. Hazırda bədii yaradıcılıqla məşğuldur. “Özüm və Sözüm”, “Canlı Əfsanə”, “Qarabağ Bahadırları”, “Ağdam və ağdamlı ziyalılar” kimi 8 povest və romanların müəllifidir.
Yaxın qohumum və dostum Ağayev Qulam müəllim uzun müddət Zəngişalı kənd orta məktəbinin direktoru işləmişdir: O, 1941-ci ildə 16 yaşında olarkən könüllü ərizə verib BVM-nə getmişdi. Xidmətlərinə görə çoxlu orden və medalları vardır. Layiqli oğlu, qızı, nəvə-nəticələri var.
Sahib İmanov uzun müddət Qaradağlı kənd orta məktəbinin direktoru işlədi. Rəhbərlik etdiyi məktəb rayonda uzun müddət günü uzadılmış məktəb kimi fəaliyyət göstərdi. Məktəbin həyətində il boyu becərilən xiyar, pomidor, kartof, kələm, badımcan şitilliyi parniki vardı. Məktəbin fəaliyyəti Maarif Nazirliyi tərəfindən dəfələrlə yoxlanılmış və iş təcrübəsi respublikada yayılmışdı. Əməyi dövlət tərəfindən yüksək qiymətləndirimişdi.
Əkbər Vəliyev uzun müddət Boyəhmədli kənd orta məktəbinin direktoru işlədi. Onun işlədiyi məktəbin məzunlarının çoxu elm-təhsil sahəsində respublikada tanınırdı. Professor Rəşid Göyüşov, Ziyəddin Göyüşov qardaşlarının köməyi və rəhbərliyi ilə 684 yerli yeni layihə ilə orta məktəb binası tikdirmişdi.
Qurban Aslanov bir müddət Tərtər rayonunda, sonralar isə Ağdamın Kəngərli kənd orta məktəbinin direktoru işlədi. Çox işgüzar və təsərrüfatcıl adam idi. İşlədiyi məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsində xüsusi rolu vardı.
Ağdam rayonunun çox hissəsi işğal olunduqdan sonra Bakıda 20-yə qədər məktəb fəaliyyət göstərir. Bu məktəblər içərisində 32, 71, 88 nömrəli məktəblər, xüsusi ilə İradə İbrahimovanın rəhbərlik etdiyi 35 saylı, Arzu müəllimənin rəhbərlik etdiyi 149 saylı məktəblər daha çox fərqlənir. Hər iki məktəbin direktoru gənclik enerjisi ilə işləyir.
Xanış Məmmədov (şəhər 8 №-li) 20. Məzahir Əliyev (şəhər 9 №-li )
İdris Ağamirzəyev – azərbaycan dili (el ağsaqqalı)
Kərrar Mikayılov – ədəbiyyat (el ağsaqqalı)
Süleyman Məmmədov – kimya – direktor
İsmayıl Ağayev – rus dili
Alı Rəhimov – riyaziyyat
Fenya Oleynikova – rus dili
Mahmud Çolakov – kimya
Əmir Əmirli – fizika direktor müavini
Həsən Axundov – tarix (el ağsaqqalı)
Şiraslan Abdullayev – tarix (el ağsaqqalı)
Hacı Hacızadə – fizika (el ağsaqqalı)
Məmməd Murtuza oğlu – kimya
Xurrəm Quliyev – kimya
Zülfüqar Səfərəliyev – riyaziyyat
Leyla Muxtarova (Qasımbəyli)
Nazim Nəsibov (Qasımbəyli)
Emeliya Axundova (32 saylı orta məktəb)
Tünzalə Vəliməmmədova (Bənövşələr məktəbi)
Zoya Ağamirova (şəhər 1 №-li)
Laura Ağayeva – Musiqi məktəbi
Aybəniz Cəfərova – Texniki peşə məktəbi
Hörmətli oxucu, əgər adı siyahıda qeyd olunmayan varsa, bəri başdan üzr istəyirəm. Yəqin ki, adı siyahıda olub-olmayanlar canlı ikən klassikləşən Azərbaycanın təhsil tarixini inkişaf etdirən fədailərdir.
AĞDAM – QARABAĞ HAQQINDA DÜŞÜNCƏLƏRİM
Tarixən Azərbaycan xain qonşularımızdan zərbə alıb. 1990-cı il 20 yanvar hadisəsi gözümün qabağındadır. 1990-cı il yanvarın 8-dən 15-ə kimi Bakı şəhərində olmuşam. Həyat yoldaşımla böyrək xəstəliyi ilə əlaqədar yanvarın 9-dan 14-a kimi Cavadzadənin böyrək xəstəxanasında olduq. Şəhərdə həddindən artıq qarışıqlıq var idi. Ermənilərlə münasibət gündən-günə dərinləşirdi. əliavtomatlı cəbhəçilər avtobusların hərəkətini də dayandırırdılar. 6-cı mkr-dan xəstəxanaya qədər 10-15 km yolu piyada gedib-gəlirdim. Həkimlərin məsləhəti ilə yanvarın 14-də xəstəxanadan çıxdıq, yanvarın 15-də təyyarə ilə Bakı-Ağdam marşrutu ilə Ağdama qayıtdıq. 1990- cı il yanvarın 19-dan 20-ə keçən gecə isə “Xilaskar Qızıl Ordu” – əliyalın millətimizə divan tutdu. O gecə qan su yerinə axdı. “20 qara yanvar” tarixdə millətimizə, xalqımıza qarşı tarixi ləkə oldu. Lakin gənc şairə Roza xanımın dediyi kimi:
Min illər ötsə də, çıxmayacaq xatirəmizdən, Eldə müqəddəs sayılan anddır, şəhidlər…
Xain qonşularımız olan ermənilərin fitnə-fəsadları səngimədi. 1988-ci il fevralın 22-si Azərbaycanın tarixinə qanlı hərflərlə yazıldı. Məhz həmin gün ermənilərlə Ağdam-Əsgəran sərhəddində ilk qanlı toqquşma oldu. O gün Azərbaycanın müxtəlif şəhər və rayonlarından minlərlə qeyrətli oğullar ağdamlıların köməyinə gəldi. Həmin gün Ağdam ilk şəhidlərini verdi. İki ağdamlı gənc Əli və Bəxtiyar şəhid oldular. İlk şəhidlər Ağdamın payına düşdü. Mağazalarda olan dəmir alətləri (dəhrə, yaba, balta, bıçaq, dəryaz və s.) yığışdırdılar.
Kimin ağlına gələrdi ki, minlərlə oğullarımız şəhid olacaq, ərazilərimizin 20 faizi işğal ediləcək, milyondan çox həm- vətənlimiz öz isti yuvalarından perik düşüb çadırlarda ömürlərini çürüdəcəklər. Burada bir epizod yadıma düşdü.
1992-ci il fevralın 22-də Ağdamda rayon fəallarının iclası keçirilirdi. İclası Prezident Aparatının rəsmi nümayəndəsi Musa Məmmədov aparırdı. O heç bir giriş sözü demədən prezidentin fərmanını elan etdi. O zaman rayonun ermənilərdən müdafiəsini yaxşı, etibarlı təşkil edən RİH-nin başçısı Səyyaf Verdiyevin vəzifəsindən azad olundu, bir nəfər məktəb direktoru tribunaya yaxınlaşaraq çıxış etmək istədi və Xocalıda vəziyyətin gərginliyini, Xocalıya təcili köməyin vacibliyini qeyd etdi. Bəli, 2 gündən sonra Xocalı darmadağın edildi, xocalılar uşaqlı, böyüklü, qadınlı, kişili, ağsaqqallı, ağbirçəkli məhv edildi, yandırıldı ..
Daha bir fakt: 1992-ci il dekabrın 14-də ermənilərin bir neçə tankı Mərziliyə girdi, kəndi dolandı, çıxdı. Həmin il dekabrın 17-də Bakıdan bir batalyon gəldi və mənim işlədiyim Novruzlu məktəbi üçün təzə tikdirdiyim binada yerləşdilər. Əraziyə ermənilərin, Mərziliyə girib-çıxdıqdan 3 gün sonra gəlmiş, “N” hərbi hissə komandirinə polkovnik rütbəsi verdilər. Guya erməniləri kənddən qovub çıxaran, bu komandirin dəstəsi olub. Yaxud; məktəbin 2-ci binasında “N” hərbi hissə yerləşirdi. Bir gün yerli batalyonun komandiri mənə dedi ki, müəllim, axşam saat 10-da sənin iş otağında görüşümüz olacaq, siz də orada olun. Komandir mənim işlədiyim məktəbi bitirmişdi, ona attestatı mən vermişdim deyə, mənə hörmət edirdi, yolumu saxlayırdı. Etiraz etmədim. Axşam saat 10 da digər yerli batalyonlardan 5 nəfər komandir gəldi. Hərbiçilər xəritə üzərində məsləhətləşdilər ki, səhər saat 5-də Qarakəndə hücum etsinlər, kəndi alsınlar. Strateji baxımdan Qarakənd çox güclü mövqedə idi. Bəli, məsləhətləşdilər, öpüşdülər, xudahafizləşdilər və getdilər. Həmin gecə, mən evə getmədim, otaqda qaldım, dedim birdən xəta olar, sirr çıxar, məndən görərlər. Lakin həmin gecənin səhərisi bizimkilər ermənilərə hücum etmək əvəzinə, ermənilər bizimkilərə hücum etdilər, bir rota mühasirəyə düşdü, 2 saat döyüşdükdən sonra arxanın köməyi ilə, bizimkilər mühasirəni yardılar və geri çəkildilər. Bunları deməkdə məqsədim odur ki, aramızda satqınlar, ikiüzlülər və xəbərçilər var idi.
Mən həmişə demişəm, indi də deyirəm, ermənilər Azərbaycandan qorxmurdular, amma Ağdamdan qorxurdular. Ağdam uzun illər düşmənə göz dağı, sipər olmuşdu. Bu gün də erməni vəhşiliklərinin ağrısını ürəyində daşıyan oğullarımız var. Mənfur ermənilər bilməlidirlər ki, şəhidlərimizin qanı yerdə qalan deyil. Yəqin ki, əvvəlkindən də gözəl, yaraşıqlı Ağdam yenə yaranacaqdır.
Biz ayrılığı gördük, sinəmiz dağlandı, zirvələrə gedən yollarımız üzümüzə bağlandı, lakin, kiminsə yanında kövrəlmədik, içimizdə ağladıq. Yurd-yuvamız xəyanətə qurban getdi, alnımıza “qaçqın”, “köçkün” damğası vuruldu. Yükümüz dərd-qəm şələsi oldu. Bu gün üzümüz, qəlbimiz gülmür, dup- duru gözlərimizdə sevgi odu alovlanmır. Yurd-yuva yadımıza düşəndə isə ürəyimiz alışıb yanır. Ulu torpaq, ata yurdu,
Vətən müqəddəsdir. Çox təəssüf ki, doğma vətənə – yurdumuza indi gedə bilmirik. Atamın, anamın, əzizlərimizin qəbrini ziyarət edə bilmirik.
Məhsuldar torpaqlarımız, müqəddəs kəhrizlərimiz, abad yollarımız il boyu suyu qurumayan Qarqar çayı, böyük kəndi miz, bəzəkli evlərimiz bizdən küsüb. Yəqin ki, yurd-yuvamız, hayət-bacamız dağılıb xarabalığa dönüb.
Fikirləşirəm ki, yəqin Qarabağda doğulmayan o torpaqların qədrini bilmir, amma Qarabağı görüb gələnlərin də üzü gülmür. Elə bilirəm ki, Qarabağdan köçüb gələnlərin qəlbindəki dağ çətin sağalar. İndi dərddən-qəmdən ağlayana aciz deyib gülürlər. Hamını alış-verişə öyrədiblər. Amma belə hesab edirəm ki, biz döyüşdə yox, qurulan torlarda, oyunlarda uduzmuşuq. Hamı bilir ki, hər bir yolun həm başlanğıcı, həm də sonu olur. Əbədilik heç bir şey yoxdur, bu gün açan sabah solur. Ürəyimizdə inam olsa, istəyimizə çata bilərik. Inşallah.
Tarixi fakt
Allah sənə rəhmət eləsin, Cəlil Məmmədquluzadə! (1906-cı il – “Axund ilə keşişin vaizi”)
Kəndin alçaq divarlarından həyətlərin hamısını görürdüm.
Həyətin birində bir erməni uşağı ağacın kölgəsində kitab oxuyurdu.
O biri həyətdə 12-13 yaşında bir müsəlman uşağı pişiyin quyruğuna ip bağlayıb həyətin o tərəfinə, bu tərəfinə qaçırdı.
Həyətin o biri tərəfində erməni keşişi kəndlilərə deyirdi: – Ermənilərin dünyada üç sevgili balası var: Vətən, Millət, Dil
Bunları xatırlamaqda məqsədim odur ki, tarixi kökü, keçmişi olan torpaqlarımızı qoruya bilmədik. Erməni silahlı bölmələri məhsuldar torpaqlarımızı işğal etdilər, yandırdılar, dağıtdılar, bizə göz dağı çəkdilər. Lakin biz yenə ruhdan düşmürük. Yuxarıda dediklərimə yenə onu əlavə etmək istəyirəm ki, Qarabağ müharibəsində gül kimi balalarımız şəhid oldular. Başqaları kimi, mənə də çalın-çarpaz dağ çəkildi. Belə ki, ham torpaqlarımız, yurd-yuvamız işğal olundu, həm də nə qədər günahsız gənclərimiz şəhid oldular. Vaxtilə dərs dediyim orta təhsil haqqında attestat verdiyim 18-25 yaş arası gənclərimiz günahsız yerə qırıldılar.
“Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş və orden-medallarla təltif olunmuş ağdamlı döyüşçülər
Şirin Vəli oğlu Mirzəyev (ölümündən sonra)
Allahverdi Teymur oğlu Bağırov (ölümündən sonra)
Asif Yusif oğlu Məhərrəmov
Nadir Alış oğlu Əliyev (ölümündən sonra)
Baxşeyiş Xanəhməd oğlu Paşayev (ölümündən sonra)
Muxtar Cahid oğlu Qasımov (ölümündən sonra)
Əlabbas Qara oğlu İsgəndərov (ölümündən sonra)
Yelmar Şahmar oğlu Edilov (ölümündən sonra)
Canpolad Yaqub oğlu Rzayev (ölümündən sonra)
Hidayət Eldar oğlu Rüstəmov (ölümündən sonra)
Rövşən Şəmil oğlu Hüseynov (ölümündən sonra)
Fazil Umud oğlu Mehdiyev (ölümündən sonra)
Faiq Alış oğlu Ağayev (ölümündən sonra)
Natiq İlyas oğlu Əhmədov (ölümündən sonra) Novruzlu
İxtiyar Qasım oğlu Qasımov (ölümündən sonra)
Rövşən Telman oğlu
“Azərbaycan Bayrağı” ilə təltif edilmişlər:
Rövşən Məhəmməd oğlu Ağayev (ölümündən sonra)
İlham Əyyub oğlu Azadov (ölümündən sonra)
Rövşən Saleh oğlu Cavadov (ölümündən sonra)
Nizami Şəfi oğlu Ələkbərov (ölümündən sonra)
Maarif Yaqub oğlu Haqverdiyev (ölümündən sonra)
Eldar Əhməd oğlu Hümbətov (ölümündən sonra)
Füzuli İnqilab oğlu Hüseynov (ölümündən sonra)
Sabir Ağa oğlu Hüseynov (ölümündən sonra)
Əkrəm Ərşad oğlu İsmayılov (ölümündən sonra)
Nazim Abış oğlu Qənbərov (ölümündən sonra)
Allahverdi Kamran oğlu Qənbərov (ölümündən sonra)
Xosrov Bilal oğlu Məmmədov (ölümündən sonra)
Zakir Qasım oğlu Rüstəmov (ölümündən sonra)
Cəbrayıl Nuşirəvan oğlu Cəbrayılov (ölümündən sonra)
Firdovsi Fazil oğlu Vəliyev (ölümündən sonra)
Rizvan Möliş oğlu Məmmədhüseynov (ölümündən sonra)
Elmidar Əli oğlu Vəliyev (ölümündən sonra)
Təhmasib Hadi oğlu Şükürov (ölümündən sonra)
Altay Vaqif oğlu Sarıkişiyev (ölümündən sonra)
Baxşeyiş Abbas oğlu Hətəmov
Mirsahib Məcid oğlu Alıyev
Nağı Novruz oğlu İmanov
“Hərbi xidmətə görə” medalı ilə təltif edilmişlər:
Vahid Muxtar oğlu Abbasov (ölümündən sonra)
Xudaverdi Məmməd oğlu Abbasov (ölümündən sonra)
Hüseyn Əli oğlu Abbasov (ölümündən sonra)
Mürvət Araz oğlu Atakişiyev (ölümündən sonra)
Hafiz Əfqan oğlu Əliyev (ölümündən sonra)
Zaur Rasim oğlu Əmirov (ölümündən sonra)
Elnur Əvəz oğlu Gülməmmədov (ölümündən sonra)
Cavad Əlif oğlu Mikayılov (ölümündən sonra) Novruzlu
Xudu Mustafa oğlu Xudiyev (ölümündən sonra)
Mahir Şafa oğlu Hüseynov (ölümündən sonra) Yusifcanlı
Nurəli İslam oğlu Şükürov (ölümündən sonra)
Elnur Qəzənfər oğlu Fərzəliyev
Ayna Yunis qızı Quliyeva
Zahid İmran oğlu Əliyev
Səyyaf Fiqan oğlu Əhmədov
Novruzlu kəndi üzrə həlak olanlar
Abdullayev Məzahir Xanış oğlu
Abdullayev Xanış Yunis oğlu
Bayramova Ziba Sadıq qızı
Bayramova Rəfiqə Nurəddin qızı
Bədəlov Fazil Qiyas oğlu
Bayramov Habil Nağı oğlu
Əhmədov Natiq İlyas oğlu
Əhmədov Əbülfət İlyas oğlu
Məmmədov Qabil Əzizalı oğlu
Mikayılov Cavad Əlif oğlu
11.Süleymanov Ərəstun Məhəmməd oğlu 12.Məmmədhüseynov Rizvan Möliş oğlu
Susuz Qırğız çöllərindəki yovşanların ətrini qələmlə ağ kağıza köçürüb qoxusunu sınırlar aşırı çatdıra bilən qüdrətli əttar-yazar, obrazlarının iç dünyasının dərinliklərindən boylanan insan portretlərini canlandıra bilən mahir rəssam-yazar, Manasla “Cəmilə” arasında mənəvi körpü quran memar-yazar, İssık-Kulun göz yaşıtək dupduru sularıda üzən günəş şəfəqlərinin hərarətini Dəşti-Qıpçağın Xəzər civarlarına daşıyan rüzgarlara nəğmə qoşan akın-yazar, gırğız qopuzunun ecazkar səsinin Tyanşan əzəmətində əks-sədası nəğməkar-yazar Çingiz Ayıtmatov! Çoxdan “Ağ gəmi” nlə Xəzər adlı nəhri üzüb keçmişdin Qərb sahillərə, o “gəminin” duyğu yükündə “Köşək gözü” vardı. “Qırmızı yaylıqlı qovağım mənim”da heç qərib olmadı bu sahildə. “Ölüm kötüyü” də bəyənildi, “Gün var əsrə bərabər” də düşündürdü. Əsərlərinə təbliği, sevgini əsirgəmədi Azərbaycan xalqı. Türkün böyük oğlu deyib səni doğma Qırğıstanından kənarda ən çox biz təbliğ etdik. Dərsliklərimiz bol-bol yaradıcılığından söhbət açdı, nəşr evlərimiz əsərlərini cild-cild tirajladı. Və zaman gəldi dara düşdük, doxsanları yanvar dəhşətini yaşadıq. Yazarlarımız, ziyalılarımız dost qapısı döydü, susqunluğunu görüb dəvət göndərdi. Haqq səsimizə səs, mənəvi dəstək umduq. Cavabsız qaldı umacaqlarımız. Xocalı qətliamının fəryadı da eşidilmədi. Süküt və susqunluqla qarşılandı. Bu azmış kimi hələ bir saxta erməni əzabkeşliyi barədə dost dilindən ürəkyanğılı ifadələr də eşitdik. 20 yanvarı da, qətliamları da, torpaq itkisini də yaşadıq. Amma məğlub olmadıq, toparlandıq haqq etdiyimizi düşməndən geri aldıq. Güclü dövlət də qurduq, səsimizə səs verən dostlar da qazandıq. Həmişə Bakıya gələndə pişvazına çıxıb qarşıladığımız kimi bu gün də baş kəndimizə gəlişini alqışlayırıq. Bu dəfə sağlığındakından fərqli çiçəkləri abidənin önünə qoyuruq. Bu abidə də qüdrətli bir nasir üçün Azərbaycan xalqının ucaltdığı töhfədir. Biz ədəbiyyata, mədəniyyətə, istedada qiymət veririk. Hətta dost olmasa belə.
Bu gün görkəmli yazıçı,ədəbiyyatşünas MİR CƏLAL PAŞAYEVİN ANADAN OLMASINDAN 116 İL ÖTÜR. Mir Cəlal Paşayev 26 aprel 1908-ci ildə İranın Ərdəbil ostanının Əndəbil kəndində anadan olmuşdur.Mən uşaqlıqdan Mir Cəlal yaradıcılığını öyrənməyə çalışıram. “Bir gəncin manifesti”, “Gülbəsləyən qız”,”İki rəssam “,”Ləyaqət” və s. hekayələrini hamımız yaxşı tanıyırıq. Mir Cəlal Paşayev 28 sentyabr 1978-ci ildə Bakı şəhərində vəfat etmişdir. Görkəmli ədibimizə yazdığım “MİR CƏLAL-FƏXR, QÜRUR ZİRVƏSİ” adlı məqaləm 2020-ci ildə “Kredo” qəzetində dərc olunmuşdur.Həmçinin “Mir Cəlal xatirələrdə”kitabı haqqında 12 dəqiqəlik video şərhim sosial şəbəkələrdə izləyicilərə təqdim olunmuşdur.Mir Cəlal Paşayev ev Muzeyinin rəhbəri hörmətli İradə xanım İbayevaya biz gənclərə daima mənəvi dəstək olduğuna görə dərin minnətdarlığımı bildirirəm. Görkəmli ədibimizin xatirəsin hörmətlə yad edirəm.Allah rəhmət eləsin.Amin. Məqaləmi bir daha nəzərinizə çatdırıram.
MİR CƏLAL-FƏXR ZİRVƏSİ (Görkəmli yazıçımız Mir Cəlal Paşayevin işıqlı xatirəsinə həsr edirəm)
Mən Mir Cəlalı 5 yaşımdan tanıyırdım. Onun üzü mənə çox ciddi və zəhmli gəlirdi.Gözlərindəki hikməti elə o yaşlarımdan sezmişdim.Elə həmin anlardan onu çox araşdırmağa başlamışdım.Hətta 8 yaşımda ona “Mir Cəlala” adlı şeir də həsr etmişdim.Həmin şeirim “Hırdən uçmaq istəyirəm” adlı şeir kitabımda çap olunmuşdur. Mir Cəlala Müdrik oldu,oldu onda cah-cəlal Ona ad verdilər gözəl Mir Cəlal. Xeyriyyə yardımı edildi ona, Verdilər dərin bilik Mir Cəlala.
Car çəkdi,car çəkdi əsərləriylə, “Şeytana,böhtana inanma!”-dedi. Özünü sevdirdi,vətənini də, “Kasıbı-kusubu qoruyun!”-dedi.
Birdən o,cibindın qələm çıxardı, Kağızın üstündə nə isə yazdı. Ona çox söz dedi,”Anket Anketov” Mir Cəlal “anket”ə milyon söz yazdı.
Dedi:”Yalana və böhtana” nifrət, Yaxşı adamlara min dəfə hörmət, Zavallı,yazığa olsun mərhəmət, Özü öz sözünə o, əməl etdi.
Qəlbimdə neçə nəğmə var deyirəm, Mir Cəlal haqqında mən söyləyirəm, Ədibin haqqında bunu bilirəm, O, çox nadir şəxsiyyətdir deyirəm. 01.01.2017.
İndi isə bu məqalə ilə qarşınızdayam. Bunu uğurum hesab edirəm. Çünki, arzuma çatmışam. Mənim artıq Mir Cəlal Paşayev ev muzeyi ilə əlaqəm var. Adına layiq işlər görən muzeylə əlaqəmdən çox şadam. Muzeyin gənclərin maariflənməsində və Mir Cəlalın tanınması yolunda gördüyü işlər danılmazdır. 2020-ci ildə Mir Cəlal ev muzeyi “Bir gəncin manifesti” romanından “İtə ataram, yada satmaram” hekayəsi ilə bağlı müsabiqə keçirirdi.Mən də bu müsabiqədə gənc natiqlərlə tanış oldum. Bir neçəsini isə özüm təqdim etdim.Muzey çox uğurlu bir müsabiqə həyata keçirdi və xeyli sayda uşaqlar bu müsabiqədə iştirak etdilər.Çox sevindim ki,mənim tövsiyəmlə müsabiqəyə qatılan uşaqlar müsabiqənin qalibləri oldular. Mən isə həm muzeyə həm də müsabiqənin qaliblərinə müəllifi olduğum kitablarımı poçt vasitəsi ilə hədiyyə göndərdim.İnanın ki, çox xoşbəxtəm. 6 il əvvəl sadəcə üzündə zəhm aradığım bir şəxsiyyət barədə bu il həm məqalə yazdım, həm də kitablarımı ev-muzeyinə hədiyyə etdim. Belə bir şəxsiyyət barədə yazmaq mənim borcumdur. Mir Cəlal Paşayev 26 aprel 1908-ci ildə İranın Ərdəbil şəhərinin Əndəbil ostanında anadan olmuşdur. Onların nəsli ağır seyid nəsli olmuşdur. Əndəbil kəndində bu gün hava çox gözəl idi. Əndəbil hər fəsildə gözəl idi, lakin, bu fəsillərdə və bu günlərdə çox gözəl idi. Paşayevlər bu günü çox gözləmişdilər. Əndəbilin gözəldən gözəl olduğu bir günü çox gözləmişdilər. Lakin, həmin gün onlar Əndəbildən köçməli idilər. Əli kişi, xanımı, oğulları heç ayrılmaq istəmirdilər buradan. Onlar çox fikirləşirdilər,hələlik getməyi dayandırmaq istəyirdilər.Lakin, artıq gün gəlmişdi. Onlar köçməli idilər. İstəməsələr də, köçməli idilər. Çox lüzumlu idi köçmək. Onlar bu şəraitdə yaşaya bilməzdilər. Qacarlar heç də türkləri sevmirdilər. Halbuki, özləri türk idilər, Yozqatdan gəlmişdilər. Ağaməhəmmədin kini nəsildən-nəsilə keçmişdi. Qacarlar yerli türklərin hamısını Vaqif gözündə görürdülər. Halbuki, onların özləri də Vaqif sayılırdı. Yəni, Vaqifin milliyətindən olanlar. Hökumətdə xidmət edən minlərlə türklər andaman etsələr də, Qacarlar çox qəddar idilər. Firon qədər qəddar. Ona görə də, artıq buralarda yaşamağın bir anlamı qalmamışdı. Onlar şimal barədə çox eşitmişdilər. Şimaldan qayıdan və şimala gedən tacirlər Əli kişi ilə də əlaqə saxlayırdılar. -A kişi, ora bir aləmdir ey, aləm. -Düz deyir a kişi, düz deyir. -Orada hamı üçün şərait yaradırlar. -Ruslar farslar qədər qəddar deyillər.-Yəqin ki, üçüncü tacirin diplomatik əqli yox idi.- Onlar türklərin pul qazanmasına səy göstərirlər. -Nefti bir aləmdir ey, Əli, Hacı Zeynalabdin olarsan. Əli isə Hacı Zeynalabdin olmaq fikrində deyildi: -A kişilər, mən ki, Bakıda doğulmamışam. Mən doğmaca Əndəbilimdə doğulmuşam. Bura mənim üçün doğmadır. Mən buradan ayrılsam, anamdan ayrılaram. Həm də, burada da Hacı Zeynalabdin olanlar var. Özü də şimaldakından çox. -A kişi, buradakı milyonçular farslardır, farslar! -Şimalda da milyonçular yox e, milyarderlər ruslardır, ruslar! -Özün bilərsən, mən dedim, mən eşitdim. Görəsən sənin qulağına nə vaxt çatacaq. Əli kişi artıq bütün tacirlərlə razılaşırdı. Təbii ki, üçüncü tacirdən başqa. Ona görə də, bu gün şimala getməyə qərar vermişdi. Əndəbilin ən gözəl günündə kim Əndəbili tərk edər? Heç kim. Ancaq, o, tərk edirdi. Bəlkə də, şimalda cənubdan daha da gözəl günlər görəcəkdi. Nə olsun, Əndəbili o, heç hara dəyişməzdi. Dəyişə bilməzdi. Həm də o, buradan getsə, Əndəbilin bərəkəti azalardı. Çünki, o, Seyid idi. Seyid Əli hamıya kömək edirdi. O, əlini kimin başına qoysa, həmin insan yenidən doğulardı. Seyid Əlinin buradan getməsini heç kəs istəmirdi. Lakin, o, buradan getməliydi. Buranı tərk etməliydi. Seyid Əli içəriyə keçdi və ölgün ruhda dedi: -Gedirik, Xanım? Xanım gülümsünərək dedi: -Kişi, Mir Xəlili, Mir Vəlini bilmirəm, amma, Mir Cəlalla Mir Cəlilin çox həvəsi var. Uçmağa qanadları yoxdur bircə. Seyid Əli Mir Cəlilə baxan kimi Mir Cəlil özünü yığışdırdı: -Oğlanlarım ata yurdlarını istəmirmişlər, hə? Mir Cəlal dedi: -Xeyr, niyə ki? Atacan, sən niyə elə bilirsən ki, bizim yurdumuz Əndəbildir? Mir Cəlil davam etdirdi: -Qardaşım düz deyir.Bizim yurdumuz var! İki qardaş birdən dedi: -AZƏRBAYCAN! Seyid Əli gülümsündü: -Hey Maşallah! Mir Cəlil Osmanlımız olub, Mir Cəlal isə Azərbaycanımız. İkisi də əsl qardaşdılar. Atalarına iki kəlməylə böyük dərs keçdilər. Yaxşı, yaxşı, yubanmayın, hazırlaşın, təcili! Seyid Əli Mir Cəlalla Mir Cəlilin sözünə görə çox təsirləndi və içindəki ölgünlüyü öldürdü. Təcili şəkildə Əndəbildən Gəncəyə köçdülər. Paşayevlər ailəsinin həyatında yeni fəsili yazılırdı! Gəncəyə köçdükdən sonra 1918-ci ildə Mir Cəlalın atası vəfat edir. Çox kasıb olduqlarına görə xeyriyyə cəmiyyətinin məktəbində təhsil alır. Həmin məktəbdə Əhməd Cavad da təhsil alırdı. 1928-ci ildə Gəncə Darülmüəllimi bitirib, Gədəbəy yeddiillik məktəbində müəllimlik etmişdir.O, Gədəbəydə bir çox ziyalıların üzə çıxmasına köməklik edir. Sonradan həmin ziyalılar Azərbaycan ədəbiyyatının tanınmış simalarından olurlar. Oradakı müəllimlərin arasında hamımızın yaxşı tanıdığımız Mirzə İbrahimov da olur. Mirzə İbrahimov Mir Cəlal kimi Cənubi Azərbaycandan idi. O, Sərab rayonun Evə kəndində anadan olmuşdur. Mir Cəlal 1929-1930 -cu illərdə Gəncə şəhər 1 saylı orta məktəbində direktor vəzifəsində işləmişdir. 1930-1932-ci illərdə Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində təhsil almışdır. 1932- ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət ElmiTədqiqat İnstitutunun aspiranturasına daxil olmuşdur, – “Kommunist”, “Gənc işçi” qəzetlərində işləmişdir. İlk kitabı “Sağlam yollarda” adlı ilk kitabı çapdan çıxmışdır. Mir Cəlal sonra Bakıya gəlir. Burada “Bakı görüşləri” adlı xatirə kitabı yazır. Bu kitabda Gəncədəki vəziyyətlərindən də bəhs edir. Gəncədə onun bir dostu vardı. Adı Səməd Məsrur idi. Səməd Məsrur yeni-yeni və gözəl şeirlər yazaraq haqqın tərəfində olub. Onlar get-gedə dostlaşırlar və bu dostluğun adı Mir Cəlal-Səməd Vurğun dostluğu olur. Mir Cəlal “Kommunist” qəzetinə işə düzəlir. O həm oxuyur, həm də qəzetdə məqalələr yazırdı. “Kommunist” qəzetinin rəhbərliyi onun əmək haqqını ödəmədiyindən, İbrahim Eminbəyli işləri sərtləşdirdiyindən o, bir sıra çətinliklərlə üzləşir. Bu səbəbdən Mir Cəlal “Kommunist” qəzetini məhkəməyə verir. Məhkəmənin həmin işə baxan hakimi Rəsizadə soyadlı bir xanım idi. Mir Cəlal həmin məhkəməni Rəsizadənin işə ədalətli, qərəzsiz yanaşması sayəsində qazanır. O, yenidən “Kommunist” qəzetində işləmək istəmir və “Gənc İşçi” qəzetinə işə düzəlir. İşlədiyi vaxtlarda Mir Cəlal Hüseyn Cavidlə görüşür və bu görüşdən sonra onlar arasında dostluq yaranır. Cavid əfəndi Mir Cəlala həmişə “Ağa Mir Cəlal” deyə müraciət edərmiş.Hüseyn Cavid bir dəfə Mir Cəlalı Şərq qadınları ədəbiyyatını araşdırarkən görür. Cavid ona bu işi məsləhət görmür.Hüseyn Cavid belə məsləhət görür ki, daha yaxşı mövzular seçməyə çalış.Daha çox Füzuli, Mirzə Cəlilin yaradıcılığını araşdır. Hüseyn Cavidin yönləndirməsi nəticəsində həm Füzulinin, həm də Mirzə Cəlilin poeziyasının vurğunu olur.İllər sonra yəni 1940-cınildı “Füzulinin poetikası” mövzusunda namizədlik dissertasiyası yazır. 1937-ci il represiya tufanı dönəmində Mir Cəlal Hüseyn Cavidin evində qonaq olur və Mir Cəlal öz evinə qayıtdıqdan yarım saat sonra Hüseyn Cavidin, Əhməd Cavadın, Mikayıl Müşfiqin həbs olunma xəbərini eşidir çox pis olur.Bu xəbərdən sonra o, özünə görə yox, ailəsinə görə qorxur ki, birdən o da həbs olunar və ailəsi xalq düşmənin ailəsi adı ilə sürgün olunar. Mir Cəlal “Sağlam yollarda” adlı ilk oçerk kitabını 1932-ci ildə yazmışdır. Əslində, tam Mir Cəlalın olmayan və “Sağlam yollarda”dan əvvəl çap olunan bir kitab da var. “İlk addımlar” almanaxı. Bu almanax Gəncədə yazıb-yaratmış azərbaycanlı və digər millətlərin yazıçılarının almanaxıdır. Seyfulla Şamilov tərəfindən tərtib olunmuş bu kitabda Mir Cəlalın “Müxbir”, “Anamın vəsiyyəti” şeirlərindən başqa, Cəfər Xəndanın, Səməd Məsrurun (Səməd Vurğun) , Cəfər Xəndanın və digər şair və yazıçıların yazıları çap edilmişdir. Mir Cəlalın həmin şeirləri bunlardır: (çox maraqlıdır ki, hekayə yox, şeirlərdir, bəlkə də, çoxu oxumayıb) Anamın vəsiyyəti Saralırkən 60 illik, nigaran gözləri, Həyatdan tök gözlərini yuxarı Qaldıraraq susmuşdu: Son nəfəsi ilə ölərkən, bğuq səsilə, Demişdi: Tələbə ol, tələbə… Gir məktəbə, fəqət… unutma sən, Qızıl saqqalında mələklər dərgah yapan, Yaşıl şallı, allı, cəlallı Şəhid babanın Bir çocuğusan… Baban gedən yolu, daha qayım addımla getməlisən.
Səslər azaldı, çınqırak çaldı, Maddiyyət gündən-günə silkələdi qafamı, Duyaraq düşünməyə çoxaldı iştaham. Açıldı önümdə inqilabi təsəvvürlərin lentası. Maddiyyətlə dolu qafamın kasası, Mənimsədim mücadiləni, Oxudum bu müadiləni: “Həyat daimi mübarizədir!” İçimdə bir yürüş, yaşayışı bilməyə Oyandı, çalxalandı, “Ayıq ol!” deyə – deyə. Məsləyimdən eşitdim gurultulu bir xitab: -Məfkurəvi inqilab, Məfkurəvi inqilab! Müxbir Əlində qızıldan bir qələmi var, Masaya söykənib hey… yazar-pozar, Hərdən səssiz olur, dalır, düşünür, Hərdən çöhrəsində bir sevinc doğar.
Boş vaxtında gedər idarələrə, Gördüyü nöqsanı yazar dəftərə, Qızıl neştər ilə getdiyi yerə, Tənqid odu vurub, yandırar, yaxar.
Bu ellərin var bir qəzetəçisi, Aləmə göstərir yaxşını, pisi. İnqilab yavrusu, sülhün pərisi, Alnında silinməz, şanlı bir vəqar.
Ey gözəl ellərin gənc kontrolu, Sən ki, xoşbəxt oldun, tutdun bu yolu, Alqışlar, uğurlar sənə, nə mutlu, Tarixə yaraşan adın var ki, var!
Mir Cəlal ikinci müstəqil kitabı olan “Boy” oçerkini isə 1935-ci ildə qələmə almışdır. O, ədəbiyyata oçerk əsərləri ilə başlayıb. Mir Cəlal “Dirilən adam” romanını 1936-cı ildə yazmışdır, lakin bu roman heç bəyənilmir və “Kommunist”qəzetində roman barədə sərt tənqidi məqalə yazırlar. O vaxt , bir qayda olaraq, “Kommunist” qəzetində tənqid olunan əsərlərin və onun müəlliflərinin “kitabı bağlanırdı”, hətta represiyaya bdlə səbəb ola bilərdi. Lakin bu ərəfədə Mir Cəlal yazıçı Mehdi Hüseynlə görüşür, Mehdi Hüseyn bu tənqidi məqalə barədə tənqidi məqalə yazır və Mir Cəlalı represiya tufanından xilas edə bilir. 1939-1945-ci illərdə baş vermiş II Dünya müharibəsi bitəndən sonra Mir Cəlal bir qrup yazıçılarla birlikdə Parisə getməyə qərar verir. Fransada onları yaxşı qarşılayırlar, deyirlər ki, siz bizi ölümün cəngindən qurtaran, xilas edən Sovetlər birliyinin yazıçılarısınız, biz sizə qayğı göstərməyə borcluyuq. Vətənə qayıtdıqdan sonra filologiya elmləri doktoru, professor Xalid Əlimirzəyev Mir Cəlal haqqında “Müəllimlər müəllimi” adlı xatirə kitabı yazır.Mən bu kitabı oxudum və çox təsirləndim.Xalid müəllim həmin yazısında qeyd edir ki, 1969-cu ildə Ulu öndərimiz Heydər Əliyev Mərkəzi Komitəyə rəhbərlik edən vaxt Azərbaycan Dövlət Universitetinə (indiki BDU) gəlir və burada görüş keçirilir. Zalda olanların arasında Mir Cəlal Paşayev də olur. Görüşdə çıxış edənlərdən biri Mir Cəlalı sərt tənqid atəşinə tutur, ona böhtanlar atır və bildirir ki, o, sadəcə Cəlil Məmmədquluzadə ilə bağlı dissertasiya yazmağı təklif edir, sanki Azərbaycan ədəbiyyatında sadəcə bir yazıçı var ki, o da Cəlil Məmmədquluzadədir. Həmçinin xüsusilə vurğulayır ki, Mir Cəlal rəhbərlik etdiyi kafedrada qohumbazlıq edir, yaxınlarını orada işə düzəldir.Tamamilə onun haqqında haqsız fikirlər irəli sürülür.Mir Cəlal çox pis olur.Buna dözməyən Xalid Əlimirzəyev söz alaraq tribunaya qalxır və Mir Cəlalı haqlı olaraq müdafiə edir.Sonra isə digər alimlər haqqın tərəfin tutaraq Mir Cəlala iftira atılmasının qarşısını alırlar. Yəni, onu demək istəyirəm ki, tale həmişə yaxşı insanların üzünə gülür. Eynən Mir Cəlal kimi. O, ömrünün sonuna qədər xeyirxahlıq etdi və qarşılığı da oldu. Sözümü Mir Cəlalın idealı olan Cəlil Məmmədquluzadənin məşhur sözü ilə bitirmək istəyirəm: “Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən- həyatın mənası yalnız budur.” Mir Cəlal da əməllərinə görə bizim qəlbimizdə yaşayır, o, ölməyib! Cəddin köməyimiz olsun, Ağa Mir Cəlal!
QAZAX RAYONUNUN GERİ QAYTARILMIŞ “AŞAĞI ƏSKİPARA” KƏND ADININ ETİMOLOGİYASI.
Bu günlərdə Ermənistanla Azərbaycan arasında razılaşmaya əsasən 1990-cı ildə ermənilər tərəfindən işğal olunmuş Azərbaycan Respublikasının 4 kəndi:Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri geri qaytarılır. Bu kəndlərdə 1990-cı ildən qanunsuz olaraq məskunlaşdırılmış erməni əhalisi Ermənistan dövlətinin bu qərarına etiraz edərək, İrəvan-Tiflis yolunu bağlamışlar.Bu görüntülər efir və digər vasitələrlə yayımlanmışdır. Mən bu yayımlara baxarkən arxa planda kənddə qədim alban kilsəsinin olduğunu müşahidə etdim.Məhz bu alban kilsəsi Aşağı Əskipara kəndinin adının etimologiyasının öyrənilməsində açar rolunu oynadı. Ta qədimdən Oğuz ellərində dini inanc yerləri olan pirlər vardır.Pirlərin əski forması ağac kuitu əsasında formalaşmışdır.Bu kulta qarağac, əncir, dağdağan, çinar və s. ağaclar daxil idi.Əslində bu ağacların müqəddəs hesab edilməsi təsadüfi olmamışdır.Bu ağaclar odda yanarkən onların kösövündən od qığılcımları çıxdığından onu od tarısının rəmzi hesab etmişlər.Əslində bu ağaclar yanarkən ondan çıxan qığılcımlar çox vaxt insanların gözünə sıçrayaraq onları kor etmişdir.Məhz bu səbəbdən də müqəddəs sayılan ağacları yandırmaq qadağan edilmişdir.Hətta qəbirüstü nişanalarda da qarağacdan istifadə olunmuşdur.Bu gün işğaldan azad olunmuş Ağdamın məhşur Qarağacı qəbirsanlığının adı da qarağac ağacının qədim inancının adından yaranmışdır.Orada ən qədim qəbirlərin baş tərəfində qarağac ağacından hazırlanmış nişanə olmuşdur. Təsvirlə yozulan iki qardaş Sarıhacı və Qarahacı adı ilə Qarağacı qəbirsanlığının adı xalq etimologiyasıdır. Zaman keçdikcə pirlər ağac kultundan daş kultuna keçmişdir.Buna səbəb təbiət hadisələri zamanı göydən yerə düşmüş qara daşları müqəddəs hesab edilərək, onları Göy Tanrısının insanlara göndərdiyi inancı kimi qəbul edilməsi idi.Onlar bu qara daşları da ziyarət edərək dini ayinləri orada icra etmişlər.Kəbədə olan müqəddəs Qara Daş da dünyəvi dini inancın atributudur. Hələ islamdən əvvəl Roma imperiyasının xristianlıq dinini qəbul etməsindən sonra onun idarəsində olan Azərbaycan torpaqlarında da alban kilsələri tikilmiş və onlar müqəddəs yerlər hesab edilmişdir.Ziyarətlər və dini ayinlər bu daş tikililərdə icra edilmişdir.Ta qədimdən bu kilsələr daş kilsələr kimi adlanmışdır.Zəngin tayfa başçıları, sərkərdələrin, müqəddəs hesab olunan adamların qəbirüstü türbələri də daş tikili şəklində olmuşdur. Qədim Oğuz tayfalarının dillərində “daş” sözü “bərk” sözü kimi də işlənmişdir.”Daşlaşmış” sözü türklərdə “birikmiş” kimi də işlənməkdədir.”Bir” sözünün “daş” sözü ilə semantikası qədim insan təxəyyülünün ibtidai formasının təzahürüdür.Məhz dilimizdə sinonim sözlərin zənginliyi, çoxsaylı türk tayfaların dilindəki olan sözlərin hesabınadır. Araşdırmadan aydın olur ki, dilimizdə olan “pir” sözü də bəzi tayfaların dilində “daş” sözünün “bərk, birk, bir” və s. sözlərinin assimlatik formasıdır.Yəni “b” səsinin “p” səsi ilə əvəzlənməsindən “bir” sözü “pir” şəklini almışdır. O ki qaldı Qazax rayonunu “Aşağı Əskipara” kəndinin adına, sözdəki “para” sözü də yerli xalqın dialektində “pir” sözünün deformatik şəklidir. Həqiqətən də “əskipara” sözü “qədim pir” sözündən alınmadır. Tarixi mənbələrdən məlumdur ki, qədim dini tikililər yerli əhalinin müqəddəs sandığı pir yerləşən yerlərdə tikilmişdir. Qazaxın “Yuxarı Əskipara” kəndinin görüntüsünü görməsəm də inanıram ki, orada da qədim alban kilsəsi mövcuddur.Qismət olar oranı da görərik.(əminəm) P.S.Əslində toponimik adlar həmin ərazidə yaşayan (və yaxud yaşamış) ərazinin vətəndaşlıq pasportudur.1969 cu ildə Uzaq Şərqdə Çin Xalq Respublikası ilə SSRİ arasında torpaq iddiası zəminində silahlı toqquşma olmuşdur.Çinlilər iddia edirdilər ki, bu torpaqlar onlara məxsusdur.SSRİ EA-nın Dilçilik İnstitutunun mütəxəssisləri çinlilərlə görüşü zamanı sübut etdilər ki, həmin ərazilərin toponimik yer adları orada yaşayan türkköklü xalqların dilində olan sözlərdən yaranmadır.Bununla da bu hərbi münaqişəyə son qoyulmuşdur. Erməni ideoloqları da əllərinə imkan keçən zaman arxivlərdə saxlanılmış xəritələri saxtalaşdırıb, erməni adları ilə adlandırırlar.Hətta 30 il əvvəl işğal etdiyi “Aşağı Əskipara” kəndinin adını da “Voskepar” qoymuşlar. Baxmayaraq ki, “Toponimika” elmi coğrafiya elminin bir sahəsidir, onun öyrənilməsi əslində dilçilik elmindən keçir.Toponimik adlar xalqın dilinin mirasıdır.Adın mənasının dilçilər tərəfindən öyrənilməməsi səbəbindən tarixi yer adları yeni adlarla əvəzlənir.Qıraqdan azmış kimi, özümüzünkülər də tariximizi özümüzə yaddaşdırırlar…