Con Lokkun “Tabula rasa” anlayışı haqqında

Con Lokkun “Tabula rasa” anlayışı haqqında
Tabula rasa anlayışı latınca “boş lövhə” mənasını verir. Fəlsəfi bir termin olaraq ümumiyyətlə insan şüurunun fitri olaraq boş olduğunu və təcrübələrə açıq olduğunu ifadə edir. Con Lokkun empirizmində mühüm yer tutan bu anlayış, insan ağlının təfəkkürü ilə bağlı prosesi təsvir edir. insan bilik və təcrübə qazanır. Lokkun fikrincə, insan şüuru heç bir fitri məzmunla təchiz olunmur və məlumat onun mühitindən hiss orqanları vasitəsilə əldə edilir.
Tabula rasa ideyası vurğulayır ki, fərdin təcrübələri, təhsili və ətraf mühit faktorları onun zehni inkişafını formalaşdırır. Bu fikirdə iddia edilir ki, öyrənmə və bilik əldə etməyin əsası fitri bilik deyil, yəni fərd öz mühiti və təcrübələri ilə formalaşır. Lokkun bu ideyası şüurlu düşüncə və davranışların daha çox təcrübələrə əsaslandığı müasir psixologiyanın əsasını təşkil edən mühüm strukturdur. Lakin müasir elm və psixologiyadakı inkişaflar fərdin inkişafında genetik və anadangəlmə amillərin də təsirli olduğunu göstərdi.

Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA

ZƏHRA HƏŞİMOVANIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Gürcüstan Aktiv Azərbaycanlı Qadınlar Asosiasiyasının tədbiri keçirilib – Fotolar.

Gürcüstan Aktiv Azərbaycanlı Qadınlar Asosiasiyasının təşkilatçılığı, Tiblisi Meriyasının dəstəyi ilə Rustaveli Milli Teatrında “Azərbaycan mədəniyyətinin tanınmış nümayəndələri və onların Tbilisinin multikultural mədəniyyətinə və tolerantlığına verdiyi töhfələr” adlı elmi-bədii gecə keçirildi. Tədbirin təşkilatçısı Gültəkin Mustafayeva bu gecənin əhəmiyyətindən danışaraq, layihənin uzunömürlü olacağına söz verdi. Gecədə Tbilisidə yaşayıb-yaradan şəxsiyyətlərin həyat və yaradıcılığı haqqında məlumatlar gürcü cəmiyyətinin nümayəndələrinə təqdim edildi.

Tədbirin bədii hissəsində milli musiqilərdən ibarət “Eyforia” ansamblı və “Ceyran” ansamblının solisti Nəzrin Qəmbərli çıxış edib. Tədbirdən fotolar:

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AZƏRBAYCAN – ZAUR USTAC

ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“ULDUZ” JURNALININ FEVRAL – MART 2024-CÜ İL SAYI (PDF)

Təsisçilər: AYB və ULDUZ JURNALININ ƏMƏKDAŞLARI

Baş redaktor: Qulu AĞSƏS

“ULDUZ” JURNALININ BÜTÜN SAYLARI (PDF):

  1. “ULDUZ” JURNALI – 2024 (PDF),

“ULDUZ” JURNALININ FEVRAL – MART 2024-CÜ İL SAYI (PDF):

EHTİYAT VARİANT: “ULDUZ” JURNALI  (PDF)
Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xanım İsmayılqızının doğum günüdür!

 Xanım İSMAYILQIZI, doğum gününüz mübarək!

Salam olsun! Bayramın bayrama qarışdığı bu gün elimizin gözəl qızı Xanim Ismayilqizi nın doğum günüdür! Yazarlar ( Yazarlar ) doğum günü münasibətilə Xanım İsmayılqızını təbrik edir, bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayır!! Bayramınız mübarək olsun əziz və dəyərli insanlar!!!

Hörmətlə: Zaur Ustac

XANIM İSMAYILQIZININ YAZILARI

ÜZEYİR HACIBƏYOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şəfəq Sahibli: Tənhalığın rəsmi

İçimdəki qadın tənhalığı

Tənhalıq qoxulu
bu yaz gecəsi
Oturmuşam üstünü toz basmış
Söz xarabalığında.
Nə bir yarpaq ümid,
nə bir ovuc doğmalıq
nə də
bir əlçin hənirti yox yaxında…
Ürəyimdə yalqızlıq
dəniz kimi dalğalanır,
qaçır ağrıların yuxusu.
Kövrək misralarımın
ahında
islanır ömrümün tənhalıq qoxusu.
Daha
burax əllərimi
və sus…
Alışıb içimdə ayrılıq tonqalları
misra-misra şölələnir
tənhalığın alovu, oldu…
Allah xatirinə sus…
qoy-özüm ,özümü ovudum.
Məni unudan ,
barı bircə anlıq-
icazə ver,
səni unudum …

Müəllif: Şəfəq SAHİBLİ

ŞƏFƏQ SAHİBLİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Məmməd: Daxili çevriliş

Daxili çevriliş

(hekayə)

Bu çayxana əvvəllər mənim idi. Uzun müddət işlətdim buranı. Sonra satdım.Ancaq yenə tez-tez gəlirəm buraya. Mənə xüsusi hörmət edirlər uşaqlar. Sağ olsunlar. Tək onlar üz döndərməyib məndən hələki. Bu çayxanada içki olmur. Amma mən son illər heç ayıq olmuram. Sərxoşluq çox şeyi unutdurur adama. İçkiyə qurşandıqdan sonra çox şey itirdim. Ailəmdən ayrı düşdüm.Yeganə qızım mənimlə heç danışmır.
Eh! Kimə lazımam indi? Pulsuz, işsiz kişi kimə lazımdır? Heç kimə.
Mənim bu çayxanada öz yerim var. Orada heç kim oturmur. Hamı bilir ki,o yer mənimdir.
Bu gün adam çoxdur. Bayaqdan nəsə müzakirə edirlər. Burda olan söhbətlərə qarışmıram adətən. Amma bu gün qarışası oldum.

– Nə olub? -deyə çayçıdan soruşdum.
-Heç, məllim, Quran kitabı satır biri, uşaqlar da deyir ki,Quranı satmazlar,-deyə cavan oğlan cavab verdi.
-Neçəyə verir ki?
-Baha e,məllim, deyir 100 manatdan aşağı vermərəm.
Mən əlimi cibimə aparıb orada olan bir neçə manatı kitab satana uzatdım və:
-Ver onu mənə!- dedim,

-Qalanını sabah gətirərəm.
Kitab satan oğlan tutuldu.
-Yoox.Verə bilmərəm. Ehtiyacdan satıram. Yoxsa heç…

-Ver kitabı müəllimə,pulun mən verirəm, -deyə çayxanada oturanlardan biri irəli çıxdı. O, Quranı öpüb mənə uzatdı. Etiraz etmək istədim,lakim imkan vermədi. Mən Quranı götürüb evə gəldim. Başım bərk ağrıyırdı. Evə girər girməz araq şüşəsini axtardım. Boş idi. İstədim mağazaya gedim, pulumu hesabladım.Çatmırdı. Dəli kimi olmuşdum. Evimdə olan köhnə sınıq divanın üstünə uzanıb Quranı səhifələməyə başladım. 7 gün heç bir yerə çıxmadım evdən. Evdə olan-olmazdan yeyib çay içirdim və oxuyurdum. Azərbaycan dilində olsa da bəzi sözləri anlamırdım,ancaq oxuyurdum. O səhər azan səsinə oyandım. Evimdə azan yaxşı eşidilirdi. Əvvəllər buna o qədər fikir vermirdim. Mən geyinib əl üzümü yudum. Üzümü tük basmışdı. Saçlarım ağarmışdı. Güzgüdə tamamilə başqa bir adamı gördüm. Əlimi saçlarıma, üzümə sürtüb özümün mən olduğumu hiss etmək istədim. Hə. Bu mən idim. Bir həftə ərzində mən bir dəfə də olsun içki içməmişdim və artıq şərxoş olmadan yaşaya bilirdim. Yenidən güzgünün qarşısında dayandım… Ötən günlərim,vəzifəm, ailəm, qızım- hamısı bir-bir yadıma düşdü. Kövrəldim.Deməli mən yenidən həyata qayıda bilərəm! Mənim buna gücüm çatar! Birdən gözüm divanın üstündəki Qurana sataşdı. Müqəddəs kitabı üç dəfə öpüb rəfin üstünə qoydum və evdən çıxdım. Hava çox gözəl idi.Ətraf tamam başqa rənglərdə görünürdü bu gün.Həzin meh üzümə vurduqca canki kimsə məni səsləyir və “gör həyat nə gözəldir!”-deyirdi. Yenə çayxanaya getdim. Ürəyimdə mənə çox əziyyət verən bir suala cavab axtarırdım. “Görəsən qızım,yoldaşım məni bağışlayarlar? Görəsən yenidən məni kimsə işə götürər?” Bu fikirlərlə çayxananın qapısından içəri girdim.

-Salam, məllim, hardasız? Çoxdandı görünmürsüz? Dəyişmisiz e. Siz olmayanda nələr oldu buralarda, məllim!-deyə çayçı oğlan həyacanla söylədi.
-Nələr oldu?

-Məllim, müdir qəzada vəfat etdi. Qaldıx başsız, məllim.Hələ ki, o sizə kitab alan cavan oğlan yola verir.
Arxadan kiminsə əllərinin çiyinlərimi sıxdığını hiss etdim. Arxaya çöndüm.
Həmin adam idi.

-Salam, müəllim. Bu çayxana əvvəl olduğu kimi yenə sizindir. Gəlin, işlədin. Onu mən pulla almışam.Sizin üçün.

-Siz nə danışırsınız?Siz kimsiniz axı? Mən sizi heç tanımıram da.
-İşinizə başlayın,inşallah, tanıyarsınız.
Mən nə edəcəyimi bilmirdim.
On il bundan əvvəlki kimi işə başladım. Ancaq bu dəfə” Allahın adıyla” deyərək başladım.
Beləcə hər gün işə gəlir, gecələr də Quran oxuyurdum. Aydın olmayanları tanış din xadımlərindən öyrənirdim.
Bir gün Həmin adam yenidən gəldi . Amma bu dəfə tək yox, mənim qızımla. Qızım məni qucaqlayıb ağladı. Mən onu bağrıma basıb əvvəllər olduğu kimi saçlarını sığalladım və alnından öpdüm.
-Məni bağışla, qızım!- dedim.
O isə həmin adamın əlindən tutub mənə tərəf çəkdi və:

-Ata,sənin icazən olmadan ona “hə ” deyə bilmərəm.
Mən onların ikisini də qucaqladım.
Göz yaşlarımı saxlaya bilmirdim
O qədər xoşbəxtidim ki!!
-Qızım,bəs anan razıdırmı?-deyə soruşdum.
Bu zaman kənarda dayanıb bizə baxan həyat yoldaşımı gördüm. O da ağlayırdı.
Mən iki əlimi göyə qaldırıb hardasa məni eşidən, bəlkə də görən Varlığa

-ŞÜKÜR SƏNƏ, YA RƏBBİM! – dedim.

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

I> BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru