“Bəziləri qocalanda şeir yazmağa başlayır. Ayıbdı vallah. Atalar da gözəl deyib: “Qırxında öyrənən gorunda çalar.” Belələrinə isti-isti bir şeir.” GÜNÜN ŞEİRİ ARAZ YAQUBOĞLUNDAN GƏLDİ:
OLMAZ
Min yabını daşlığa çap,
Səndən şeir yazan olmaz.
Get özünə ayrı iş tap,
Səndən şeir yazan olmaz.
***
Hirsini boğ, hikkəni boğ,
Gücənsən də, ilhamın yox!
Zora salma özünü çox,
Səndən şeir yazan olmaz.
***
Qırt toyuqsan, misrandı lax,
Qafiyən də alax-ulax.
Yaşına bax, başına bax,
Səndən şeir yazan olmaz.
***
İçin zülmət, qəlbin qara,
Sən hara, şairlik hara?
Başını qoşma başlara,
Səndən şeir yazan olmaz.
***
Şeir sevmir kin-küdurət,
Allaha bax, tanı bir hədd.
Sənin işin – giley, qiybət,
Səndən şeir yazan olmaz.
***
Şeir gözdən düşür belə,
Söz düşəndə naşı ələ.
Şairlərdən ayıb elə,
Səndən şeir yazan olmaz.
***
Kimsə almır işindən həzz,
Başqa yerdə özünü gəz.
Mən deyirəm, kimsə deməz,
Səndən şeir yazan olmaz.
***
Hapın-gopun çeşit-ceşit,
Özün kimi sözün də şit.
Arazam, deyirəm – eşit:
Səndən şeir yazan olmaz.
03.05.2024.
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru