Səhlədar HİDAYƏTOĞLU – Сахледар ИДАЯТОГЛУ

Bakı Slavyan Universitetinin məzunu (86-cılardan), gözəl şair Səhlədar Hidayətoğlunun bir neçə şeiri rus dilinə tərcüməmdə. Şadam ki, “tələbə-müəllim” münasibətlərimiz “şair-tərcüməçi” münasibətlərinə çevrilib.

Стихи выпускника Бакинского славянского университета (год выпуска 1986), ныне прекрасного поэта Сахледара Идаятоглу в моём переводе на русский. Рада, что отношения “студент-преподаватель” переросли в отношения “поэт-переводчик”.

Səhlədar HİDAYƏTOĞLU
Сахледар ИДАЯТОГЛУ


Gündüzlər aldığım yaralar
Məni gecələr incidir.
Gecələr ağrılarıma
Zilləyirəm gözümü.
Gecələr sarıyıram
Sınmış ürəyimi,
Qanamış dizimi.
Yalvarıb ümidimə yenə
Köksünə söykəyirəm üzümü.
Gecələr yenidən doğulub ağlayıram,
Yenidən dil açıb deyirəm
İlk sözümü.
Gecələr dünyanın bir küncüdür,
Qısılıb bura
Ovuduram özümü…..


Раны, днём полученные,
Ночами мучают меня.
Вглядываюсь пристально
Ночами в свои раны я.
Перевязываю я ночами
Сердце разбитое,
Колени, что в крови.
Вновь уповаю на надежду,
Прижавшись лицом к её груди.
Ночами, заново рождаясь, плачу,
Заново учусь говорить
И первые слова произносить.
Ночи – это уголочек мира,
Приютившись здесь,
Утешенье нахожу для себя…


Sahil qayalarına çırpılıb çiliklənən
Dalğalar kimiyəm
Bilirsənmi?
Yenidən yaranıb,
Yenidən doğulub,
Yeni-yeni ümidlərə,
Yeni-yeni sevgilərə bələnən dalğalar kimiyəm,
Bilirsənmi?
Mən yaşamaq istəyirəm
Xəyallarda yaşadığım
O bir anı,
O bir dəmi.
Ömürsə beləcə kecəcək,
deyəsən.
Sahil qayalarına çırpılıb
Çiliklənən dalğaların ömrü kimi.


Знаешь ли ты?
Я, как волна, что бьётся о берег
и разбивается вдребезги.
Знаешь ли ты?
Я, как волна,
заново созданная,
заново родившаяся,
окрыленная новыми надеждами
и новыми любовями.
Прожить хочу я
хотя б один момент,
одно мгновенье так,,
как в мечтах их проживаю.
Но жизнь, наверное,
так и пройдёт.
Пройдёт, как жизнь волны, что бьётся о берег
и разбивается вдребезги.

Göylərə salam

Göy üzündə uçan quşlar!
Göyə məndən salam deyin!
Gəlin qoparın sinəmdən
Bütün dustaq arzuları.
Aparın o göy üzünə
Yollarını bilməsəniz,
Düşün mələklərin izinə.
Siz də nurdan libas geyin
Siz də nurlu qanadlarla
Göy üzünün qapısını
döyün-döyün….
Göy üzündə ucan quşlar,
Göyə məndən salam deyin.
Deyin orda bir şair var
dərdi bitməz, qəmi bitməz
Hacandı ki, o yazığın
Deyin sizə əli çatmır,
Deyin sizə ünü yetmir.
Uçun, quşlar,göy üzündə
Nazlı-nazlı ,qərib-qərib.
Neynim , qanad əvəzinə
Tanrım bizə bir ömürlük
Arzu verib, xəyal verib.
Uçun, gözəl quşlar, uçun,
Uçun bəxtiyar-bəxtiyar.
Yuva qurun buludlarda
Qayıtmayın yer üzünə…
Uçun, sizə açılmasa
döydüyünüz o qapılar,
qəmlənməyin mənim kimi.
Bilin ki, qəza-qədərdi:
Amma deyin o göylərə,
Deyin orda bir şair var
Sizə salam söyləyirdi,
Sizə salam söyləyirdi…

Привет небесам

Птицы, плывущие по небу!
Передайте небу от меня привет!
Заберите из моей груди мечты,
что в заключении томятся,
их с собой на небо унесите,
а чтоб узнать, куда они стремятся,
путь ангелов вы проследите.
В одеяния из света облачитесь
и в небесные врата
крыльями из света постучитесь…
Птицы, плывущие по небу!
Передайте небу от меня привет!
Скажите ему,
есть на земле один поэт,
Бедам и печалям его счёта нет.
Скажите ему,
что до него не добраться,
и голосом не докричаться.
Летите птицы, в небе парите,
вы ведь свободны, нам не подобны.
Что делать,
нам, людям, крылья не даны,
и только в мечтах, как в небе,
мы парить обречены.
Летите, прекрасные птицы,
в небе счастье найти старайтесь.
вейте гнезда на облаках,
на землю не возвращайтесь…
И даже если небесные врата,
в которые стучитесь,
вам не откроются, не беда,
не печальтесь, как я.
Просто знайте, что это судьба.
Но всё равно, скажите небесам:
есть на земле один поэт,
он вам передавал привет,
он вам передавал приве

Dustağın azadlıqda olanlara məktubu

Hey,bəxtəvərlər!
Mənə də biraz göy üzü saxlayın!
Çox yox
Pəncərə işığından qamaşan
Bir cüt gözə sığışacaq qədər….
Biraz dan yeri saxlayın
Biraz da qürub çağı.
Bu qurumuş , sovuimuş
ürəyimə doluşub
axışacaq qədər…
Sevgilər saxlayın,
Qayğılar saxlayın.
Həyata təşnə
Ruhumla
göz-gözə baxışaçaq qədər…
Bir qadın ürəyi də
mənə saxlayın,
ey aşiqlər!
Məni beləcə sevib
Günahlarımı bağışlayacaq qədər…
Bircə də bir ana saxlayın.
Bir doğma ana…
Başımı köksünə sıxıb
Qoxlayıb, oxşayacaq qədər…

Письмо заключенного тем, кто на свободе

Эй, счастливчики!
Оставьте для меня кусочек неба!
Не много,
столько, сколько вместиться в пару глаз,
которых слепит даже свет из окна…
Оставьте для меня
немного восхода,
и немного заката,
столько, сколько сможет принять,
и через себя пропустить
моё высохшее,
охолодевшее сердце…
Любви оставьте,
забот оставьте,
столько, сколько сможет выдержать,
глядя им прямо в глаза,
жаждущая жизни моя душа…
И одно женское сердце
оставьте,
эй, влюбленные!
Такое, чтобы полюбив меня,
грехи мои смогло бы простить…
А ещё одну мать мне оставьте,
Одну родную мать…
Такую, чтобы, прижав мою голову к груди,
могла меня пожалеть и приласкать…

Gərək

Sən getdin, arxanca hönkürdü yollar,
Sən getdin, qarşında büküldü yollar.
Qaynadı gözümdə, söküldü yollar,
Mən heç .. o yolları ovudan gərək.

Arxanca kövrəlib qaçmışdım axı,
Sənə qollarımı açmışdım axı.
İndi sızlayırlar , düşüb yanıma ,
Mən heç…. o qolları ovudan gərək…

Нужно

Ты ушла, вслед тебе зарыдали дороги,
Ты ушла, пред тобою свернулись дороги,
Я видел, как эти разрушались дороги,
Что я … дорогам этим утешенье нужно.

Я со слезами на глазах за тобой бежал,
Словно обнять желая, я руки раскрывал,
Теперь они болят, опущены вдоль тела,
Что я… рукам болящим утешенье нужно.

Перевод на русский язык:
Флора НАДЖИ
 (Flora NACİ)
FLORA NACİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sevil Gül Nur: – … darıxmışam…

Sol ağrı

Geyinmişəm əynimə
Ayrılığın biçdiyi
Dərdlərin ən yekəsin.
Yolların bağrın yaran
Səfil kimi gəzirəm
Bu milyonlar ölkəsin.

İndi mənim ruhumu
Oxşamır o mahnılar,
Oxşamır o nəğmələr.
İndi mənə dağ çəkir
Ruhuma göndərdiyin
Eşq ətirli kəlmələr.

O xoş günlər vardı ha,
Hamısı bircə-bircə
Silinib yaddaşımdan.
İndi də qucaq-qucaq
Kədər yağır içimdən,
Qəm tökülür başımdan.

Bu yarımcan ürəyə
Ağırlıq eyləyirsən,
Birdəfəlik yığış, get.
Sol tərəfim yıxılıb,
Sol yanım viran qalıb,
O yandadır çıxış, get.

Gedəndə elə get ki,
Gedişini görməyim,
Addımın səs salmasın.
Ağlını da götür, get,
Apar onu özünlə,
Ağlın məndə qalmasın.

Bir şeirlik darıxmaq

Gedişinə qurban kəsib həsrəti
Ağrıların köksünə dağ basaram.
Elə bilmə, yoxluğunu dərd edib
Ürəyimin yaxasından asaram.

Elə bilmə, uçar bu ev başıma,
Elə bilmə, udar məni dörd divar.
Darıxmağım böyük deyil boyumdan,
Allah haqqı, bir şeirlik ömrü var.

Bir gecədə unudulur gedənlər,
Bir gecədə o son şeir yazılır.
Ondan sonra qısa olur gecələr,
Ondan sonra ağrılar da azalır.

Yuxuyla da dil tapırsan o gündən,
Sözlərini kəsməyə də can atmır.
Daha sənə hücum etmir xəyallar,
Xatirələr dodağını qanatmır.

Özünə də hələ yaxşı baxırsan,
Soruşana deyirsən ki, babatam…
Daha məni dərd eləmə, yaxşımı?
Ürəyimi dincə qoydum, rahatam…

Soyuq gecə

    Üşütdü içimi soyuq noyabr,
    Çəkdim ciyərimə odlu ahımı.
    Kəsdim kəndirini baxışlarının,
    Səndən azad etdim dustaq ruhumu.

    Qırıldı gözümdə qorunan əksin,
    Xatirə qalmadı bir xoş anımdan.
    Səpdim şeirlərə ağrılarımı,
    Sən də misra-misra çıxdın canımdan.

    Nələr yaşatmadın yazıq könlümə?!
    Demə, qabaqdaymış hələ çətini.
    Bu dəfə ürəyim çox zəif oldu,
    Qaldıra bilmədi xəyanətini.

    Bu gecə ilk dəfə andımı pozdum,
    Adını biryolluq atdım dilimdən.
    Səndən keçməyim də çətin olmadı,
    Sağ olsun, nifrətim tutdu əlimdən.

    Ağrılı deyilmiş unutmaq yolu,
    Bir azca ruhumun dizin qanatdım.
    Bu gecə ilk dəfə çıxdın yadımdan,
    Bu gecə son dəfə səni unutdum…

    Şahmat oyunu

      Sənin də gücün bitdi, sən də çox zəif oldun,
      Sən də dözə bilmədin bu dəlisov qadına.
      Ruhuna ağır gəldi “dəlilik” dediyin eşq,
      Bir anda verdin onu ayrılığın badına.

      Bu qəlbdə bir sən vardın, yalandırsa, oy onu,
      Al qılıncı əlinə, diri-diri soy onu.
      Mən “eşq” dedim bu hissə, sənsə – şahmat oyunu,
      Hansı gedişlər etdin, salım bir-bir yadına?

      Son gediş mənim oldu, sən buna məcbur etdin,
      Uduzdun bu oyunda, oldu məğlub niyyətin,
      Səni unutmağımdır böyük məğlubiyyətin,
      Məndən salam deyərsən yıxılmış inadına.

      İndi çək öz ruhuna hicran vurduğu dağı,
      Dur qarşıla ömrünə “təklik” adlı qonağı,
      Xatirələr üşütsün ətrim dolan otağı,
      Dizlərini qucaqla, “sızıltı” de adına.

      İndi uzun gecələr çəkər səni çarmıxa,
      Ağrıların birləşər səni kökündən yıxa,
      Quduz həsrət acısı canından çətin çıxa,
      Darıxmaq deyirəm e, gəl indi bax dadına.

      “Azadlıq” stansiyası

        Məni gözləmə daha,
        Yolumuz haçalandı.
        Qəlbinin ünvanını
        Unutmuşam haçandır.

        Daha ruhuna çıxmır
        Məni aparan yollar.
        İndi bu addımların
        Getdiyi başqa yer var.

        Gözlərim ta yorulmur
        Avtobus durağında.
        “İndi gələrsən” deyə
        Qalmıram sorağında.

        Bilirsənmi, sevirəm
        Bu yeraltı qatarı.
        Səni tez unutdurur
        Metro stansiyaları.

        Elə gözəl olur ki,
        Vaqonda mürgüləmək.
        Nə mesaj yazmaq olur,
        Nə də ki zəng eləmək.

        Gözlərimi yumuram
        Əvvəldən düz sonacan.
        Çatanadək sayıram
        Üç dəfə yüz onacan.

        Xatirə tıxacında
        Nə itib, nə batıram.
        Səndən rahatca keçib
        Mən özümə çatıram.

        Ruhum çıxır məhbəsdən,
        Aydınlanır dünyası.
        Növbəti dayanacaq –
        “Azadlıq” stansiyas.

        Titrəyən öpüş

          Məndən sonra pozular günlərinin düzümü,
          Sabahların sükutla, gecələrin lal keçər.
          Ruhun eşq libasını soyunar öz əynindən,
          Ayrılıq ürəyinə özün boyda qəm biçər.

          Məndən sonra düzülər misralar da yan-yana,
          Yüz şeir də yazılsa, ödəməz bir ağrını.
          Köksün üstə alışan o köz səni yandırar,
          Dodağında titrəyən öpüş didər bağrını.

          Məndən sonra yozular yuxuların tərsinə –
          O mənli röyaların bircəciyi düz olmaz.
          Məni unutmaq üçün sayarsan günü, ayı,
          Məni unutmaq isə bir ömürdən tez olmaz.

          Ayrılıqlar dərd deyil

            Ayrılıqdır da, ömrüm,
            Ya az, ya da çox olsun.
            Başağrısı deyil ki,
            Sinirimə toxunsun.

            Həsrət cəmi üçcə gün
            Boğazımı yandırar.
            Ruhumdan axan qanı
            Zamanlar dayandırar.

            Yarama məlhəm çəkər
            Vaxtın şəfalı əli.
            İtirər qulağımdan
            Səsini sabah yeli.

            Bakının sərt küləyi
            Elə tufan qoparar,
            Əlimdən əl izini
            Birdəfəlik aparar.

            Ağrılar üsyan edər
            Göydə ay batanacan.
            Uzağı, bir şeiri
            Bətnimdən atanacan.

            Elə ki həmin gecə
            O xoş şeir doğulur,
            İnan ki, ondan sonra
            Ağrılar da yox olur.

            Bilirsən, hicrandan çox
            Daşın üzü soyuqdur.
            Ayrılıqlar dərd deyil,
            Ölümə çarə yoxdur.

            Son oyun

              Gözü dolub buludların bu səhər,
              Sən getdiyin o yolları yaşlayır.
              Ruhum üzür bir boşluğun içində –
              Sevgimizin həsrət ömrü başlayır.

              Bu neçənci gedişindir, bilmirəm,
              Hər gedişdə dəfə-dəfə yarıldım.
              Böyütmədim içimdəki ağrını,
              Sən dönüncə ümidlərə sarıldım.

              Bir körpəcə təsəlliyə sığınıb,
              Günlərimi ötüşdürdüm birtəhər.
              Göyərmədi gözümdəki arzular,
              Səbrim ilə suvarsam da hər səhər.

              Şeirlərdən çətir tutdum könlünə,
              Gah saxladın, gah da geri yolladın.
              Dönə-dönə getdin məndən uzağa,
              Dönə-dönə mənə doğru yol aldın.

              Ruhum ayaq səslərindən yorulub,
              Addımların döyəcləyir ömrümü.
              Məni ürək iynələyir hər gecə,
              Gündüzlər də həsrət yeyir ömrümü.

              Çox uzandı bu “get-gəl”lər oyunu,
              Üzüm gəlmir ürəyimə “döz” deyim.
              Ayrılmağa gəlirsənsə, qayıtma,
              Qovuşmağa gəlirsənsə, gözləyim.

              Daşını atmışam darıxmaqların

                Bilirdim, qaranlıq keçib-gedəndir,
                Bilirdim, gecələr ömürlük deyil.
                Bax sabah açıldı, bitdi həsrətim,
                Daha sənsizliyim mənə yük deyil.

                Daha qorxularım əriyib-gedib,
                Onlar əvvəlkitək məni üşütmür.
                Bütün acılara kar olub ruhum,
                Haray salsalar da, indi eşitmir.

                Mənə doğmalaşıb sadiq təkliyim,
                Dadı damağımda çox şirinləşib.
                O qədər ayrılıq yaşamışam ki,
                Səbrimin kasası lap dərinləşib.

                Bölüb ayrılıqlar öz arasında –
                Qəmimdən üç buna, beş ona düşüb.
                Daşını atmışam darıxmaqların,
                Gedib ağrıların başına düşüb.

                Ayrılıq vaxtı

                  Demişdim ki, bircə dəfə sevir ruh,
                  Demişdim ki, dərin olur sevgisi.
                  Bilirdin ki, ruhum sənə bağlıdır,
                  Sənin qədər sevməmişəm heç kəsi.

                  Böyük eşqim dar qəlbinə sığmadı,
                  Cılız hisslər yağmaladı ruhunu.
                  Baxışının ünvanını dəyişdin,
                  Kirləndirdin belə təmiz duyğunu.

                  Dodaqların yalanlardan biçdi don,
                  Neçə kirli günah geydin dilinə.
                  Sevgi dolu ovucların boşaldı,
                  Xəyanəti yığdın iki əlinə.

                  Ağır oldu budəfəki günahın,
                  Bir tövbəylə yuyulası iş deyil.
                  Boşa verdin eşqin vüsal vədəsin,
                  İndi zaman ayrılığa işləyir.

                  Göz yaşımla atdım səni gözümdən,
                  Bir az da sən ağrı-acı çək indi.
                  Qoy qanasın vicdanının yarası,
                  Bəlkə ruhun günahlardan çəkindi…

                  Müəllif: SEVİL GÜL NUR

                  SEVİL GÜL NURUN YAZILARI

                  Mustafa Müseyiboğlu adına kitabxana

                  “ƏDƏBİ OVQAT” JURNALI PDF

                  “YAZARLAR”  JURNALI PDF

                  “ULDUZ” JURNALI PDF

                  “XƏZAN”JURNALI PDF

                  WWW.KİTABEVİM.AZ

                  YAZARLAR.AZ

                  ===============================================

                  <<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

                  Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

                  SÜLEYMAN ABDULLA və ZAMAN.

                  İNDİLƏRİN ŞEİRİ

                  Daha təsəllidən keçib, möhkəm ol,
                  Hər yeri basıbdır burda qəm indi.
                  Yer-göy qovuşubdur, bağlanıbdı yol,
                  Deyəsən qalacam səndən kəm indi.

                  Dönübdür dalğalar sinə dağına,
                  Görmür qarasına, baxmır ağına.
                  Ehtiyac qalmadı ağlamağına,
                  Hər tərəf çim sudur, hər yan nəm indi.

                  O qənim kəsilən var ha, qanıma,
                  Artıq fərqi yoxdur tanı-tanıma.
                  Ürəyin düşəcək gəlsən yanıma,
                  Müsibət həmindi, bəla həmindi.

                  Qorxudan öldürdü gözüm qurdunu,
                  Necə deyim axı vərə-vurdunu?!
                  Soruşma halımı, görmə yurdumu,
                  Dünyanın qopduğu yerdəyəm indi.

                  ÇIXIB HARA GEDƏK

                  Bu doğma torpaqdan,
                  bu əziz yerdən,
                  Elə soyudurlar adamı, elə.
                  Yolunda öləni yolçu günündə,
                  Ya mənəm qəribi, ya hamı elə.

                  Qalırsan içindən elə sən yana,
                  Alışır ürəyin, od tutur canın.
                  Hərə bir cür ölür çörəkdən yana,
                  Haqqını yeyənlə dolur dörd yanın.

                  Buzlayar ümidin, donar inamın,
                  Qar kimi içinə kürüyür canın.
                  Xəfifcə nəm çəkir nüfuzun, namın,
                  İtir sağlamlığın, çürüyür canın.

                  Keçdi turp əkməyə çox bəxtiyeyin,
                  Kim bizi qurtarar qəmdən, azardan.
                  Çıxıb hara gedək bu yaşda, deyin,
                  Bu vətən adlanan xarabazardan.

                  ÇOXLUĞUN ŞEİRİ

                  Daha bu ölkədən əl üzdüm mən də,
                  Diz qıran, yol kəsən, düz əyən çoxdu.
                  Səndən Tanrı olmaz, məndən də bəndə…
                  Adama qara gün diləyən çoxdu.

                  İtaət arama asi köləndə,
                  Birinə “var”, beşinə “yox” böləndə.
                  İnam kəsiləndə, ümid öləndə,
                  Ehsan əvəzinə haqq yeyən çoxdu.

                  Kef ilə dolanır həqiqət danan,
                  Zəlil günündədir doğrunu qanan.
                  Üz-üzə gələndə qaçıb yalmanan,
                  Sonra arxasınca söz deyən çoxdu.

                  Kim ki, Allah sanır sərvəti, pulu,
                  Vurur boynumuzu kafir üsulu.
                  Fağırın qənimi, zorlunun qulu,
                  Baş kəsib Qurandan don geyən çoxdu.

                  ƏKSLƏRİN ŞEİRİ

                  Ən sona kim qurub vaxtı,
                  Boş divara vurub vaxtı?
                  Ömrün-günün qürub vaxtı
                  Getmək küləyin əksinə…

                  Saxla vaxtı dolanları,
                  Qopart rəngi solanları.
                  Olmaz deyib olanları
                  Etmək küləyin əksinə…

                  Rast gəlibsə daş qayaya,
                  Uyuşmursa hesab saya.
                  Tüpürüb də bu dünyaya,
                  Yetmək küləyin əksinə…

                  Müəllif: SÜLEYMAN ABDULLA

                  SÜLEYMAN ABDULLANIN YAZILARI

                  Mustafa Müseyiboğlu adına kitabxana

                  “ƏDƏBİ OVQAT” JURNALI PDF

                  “YAZARLAR”  JURNALI PDF

                  “ULDUZ” JURNALI PDF

                  “XƏZAN”JURNALI PDF

                  WWW.KİTABEVİM.AZ

                  YAZARLAR.AZ

                  ===============================================

                  <<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

                  Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

                  Rafiq Yusifoğlu – BU YAZ SABAHINDA

                  BU YAZ SABAHINDA

                  Sirli bir aləmdi insan fitrəti,
                  Bir təmiz məhəbbət dərdə əlacdı.
                  Bu yaz sabahında qəlbim titrədi,
                  Axır ki, sən mənə könlünü açdın…

                  Həsrətin əlinə keçibdir yaxan,
                  Köksündə nə qədər ağrı, acı var!
                  Sənin ürəyinin gizlicə çaxan
                  Sevgi şimşəyinə ehtiyacı var…

                  Sanma xəbərsizəm umacağından,
                  Baxışın qəlbimə olubdur açar.
                  Bircə köz götürsəm eşq ocağından
                  Sevdalı gözlərin qığılcım saçar…

                  Mizraba həsrətdi qəlbinin simi,
                  Məlhəmsən köksümə çəkilən dağa…
                  Elə utancaqsan, bənövşə kimi
                  Kol dibi gəzirsən daldalanmağa…

                  Qoymaram kimsəni dəyə xətrinə,
                  Sönməsin sevilmək, sevmək həvəsin!
                  Ciyərim həsrətdi çiçək ətrinə,
                  İsti yaz yelidi sənin nəfəsin…

                  Gül qoxusu gəlir aylı qoynundan,
                  Sənə bir kimsəni yaxın qoymaram.
                  Bənövşəyə bənzər zərif boynundan
                  Gecə səhərəcən öpsəm, doymaram…

                  Xəyal dünyasında salmışıq binə,
                  Sevənə neyləyər qoruq-qadağa?!
                  Sənin məhəbbətlə dolu qəlbinə
                  Sevdalı ürəyim olsun sadağa!

                  06.03.2018

                  Müəllif: Rafiq YUSİFOĞLU,
                  şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


                  RAFİQ YUSİFOĞLUNUN YAZILARI

                  RAFİQ YUSİFOĞLU HAQQINDA

                  Mustafa Müseyiboğlu adına kitabxana

                  “ƏDƏBİ OVQAT” JURNALI PDF

                  “YAZARLAR”  JURNALI PDF

                  “ULDUZ” JURNALI PDF

                  “XƏZAN”JURNALI PDF

                  WWW.KİTABEVİM.AZ

                  YAZARLAR.AZ

                  ===============================================

                  <<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

                  Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru


                  Zaur Ustac – Ortam.

                  Rəssam: Gülü.

                  Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

                  Mustafa Müseyiboğlu adına kitabxana

                  “ƏDƏBİ OVQAT” JURNALI PDF

                  “YAZARLAR”  JURNALI PDF

                  “ULDUZ” JURNALI PDF

                  “XƏZAN”JURNALI PDF

                  WWW.KİTABEVİM.AZ

                  YAZARLAR.AZ

                  ===============================================

                  <<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

                  Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

                  “Mərdi qova-qova namərd eləyən” – Naibə Yusif

                  Mərdi qova-qova namərd eləyən
                  Dünyanı asmışam dar ağacından.
                  Sökürəm xəyanət ilmələrini,
                  Hörürəm köynəyin ar ağacından.

                  Köhnə divarları silkələyirəm,
                  Pıtraqlı yolları yelkələyirəm,
                  Dərdlərin tayasın övkələyirəm,
                  Örkənin asıram xar ağacından.

                  Çeşməsi qaynayan bulaq görürəm,
                  Nərgizin gözlərin oynaq görürəm,
                  Dərdlərdən silkinən torpaq görürəm,
                  Şərbəti çəkirəm nar ağacından.

                  Quşqonmaz sədləri yarıb keçirəm,
                  Həqiqət badəsin meytək içirəm,
                  Ölümə sərhədsiz kəfən biçirəm,
                  Ərməğanı gəlir Yar ağacından.

                  Müəllif: Naibə YUSİF

                  YNAİBƏ YUSİFİN YAZILARI

                  Mustafa Müseyiboğlu adına kitabxana

                  “ƏDƏBİ OVQAT” JURNALI PDF

                  “YAZARLAR”  JURNALI PDF

                  “ULDUZ” JURNALI PDF

                  “XƏZAN”JURNALI PDF

                  WWW.KİTABEVİM.AZ

                  YAZARLAR.AZ

                  ===============================================

                  <<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

                  Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru