
Hardan gəlir, niyə gəlir?
Kamandımı, neyə gəlir?
Sərxoş kimi meyə gəlir
Varım kədər, heçim kədər.
İtirdiyim zaman-zaman
Çoxu yaxşı, azı yaman,
Ürəyimdə çiskin, duman,
Çölüm kədər, içim kədər.
Dodaq gülür, göz ağlayır,
Qələm dinir, söz ağlayır,
Deyə-deyə “döz”, ağlayır,
Ağrım kədər, acım kədər.
Bezdim daha sellərindən,
Əsən soyuq yellərindən,
Heç bilmirəm əllərindən
Hansı səmtə qaçım, kədər?
Baş-başayam dözüm ilə,
Oynayıram közüm ilə,
Bir gün məni özüm ilə
Aparacaq köçüm – kədər.
Hardasan, ey ümid payım,
Kükrəyib coş sevinc çayım,
Qoy özümdən fərəh yayım,
Get, başımdan açıl, kədər,
Hamı görsun qaçır kədər
Deyim, fəndin, acın hədər.
Müəllif: Sədaqət Kərimova
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru