Fərabinin “Varmısan ki, yox olmaqdan qorxursan?” İfadəsi Fərabinin “Varmısan ki, yox olmaqdan qorxursan?” ifadəsi varlıq və heçlik arasındakı insan əlaqəsini şübhə altına alan dərin fəlsəfi məna daşıyır. Bu sitat Fərabinin varlığı dərk etməsi və insanın varlıqdan qorxu və narahatlığı haqqında təsəvvür yaradır. Fərabinin fəlsəfəsi, xüsusən də “maarif” və “elm” kimi məfhumlar insanın düzgün biliyə çatmaq səyi və onun nəticələri ilə bağlıdır. Fərabi İslam fəlsəfəsinin mühüm mütəfəkkiri kimi insanın həqiqi biliyə yiyələnməsinin onu tamamilə doğru və həqiqi yaşamağa aparacağını müdafiə edir. Onun fəlsəfəsində elm insanın ali varlıq olmasına, fəzilətli həyat sürməsinə və son nəticədə həm fərdi, həm də ictimai səviyyədə “əsl xoşbəxtliyə” nail olmağa kömək edəcək bir vasitədir.
Fərabinin fikrincə, elm insanın həm fərdi, həm də ictimai inkişafı üçün əsas vasitədir. Elm insanları zülmətdən və cəhalətdən çıxaran, nura aparan bir yol olaraq görülür. Bu mənada mərifət təkcə elm sahibi olmaq deyil, həm də insanın əxlaqi-mənəvi yetkinləşməsi, fəzilətli həyat sürməsidir. Fərabi deyirdi ki, insan biliyə çatmaq üçün həm ağıldan, həm də intuisiyadan istifadə etməlidir. Onun fəlsəfəsində ağıl insan ruhunu ali biliyə aparır və bu bilik onu həm yer üzündə, həm də ondan sonrakı həyatda doğru yola yönəldir. Fərabi biliyi təkcə nəzəri deyil, həm də əməli bir güc kimi qiymətləndirir. O, bilik və hikmətin vacibliyini vurğulayaraq, insanın özünü tanıması və ətraf dünyasını anlamağı üçün fəlsəfi düşüncənin inkişaf etdirilməsinin zəruriliyini qeyd edir. Aydınlanma, insanın düşüncə azadlığı və intellektual müstəqilliyi ilə bağlıdır, bu da onun öz varlığını şüurlu şəkildə yaşamasına imkan tanabi, əsl bilik və anlayışın insanı aydınlatdığını, onu daha yüksək bir mənəvi və intellektual səviyyəyə qaldırdığını düşünürdü. Bu kontekstdə, insanın öz varlığını qəbul etməsi və bilik əldə etməsi, onun ölümsüzlük arzusunu aradan qaldırmağa kömək edir. Beləliklə, ilmin və aydınlanmanın fəlsəfəsi, insanın həyatı və varlığı ilə bağlı dərin suallara cavab tapmağa yönəlir.
“Varmısan ki, yox olmaqdan qorxursan?” sualı varlıq və heçlik arasındakı əlaqəni sorğulayan düşüncədir.Fərabi fəlsəfəsində insanın varlığı dərk etməsinə varlıq və yoxluq arasında keçid və insanın öz varlığının mənasını axtarmaq daxildir. Varlıq Fərabi üçün bir növ fəzilətdir. Varlıqla həmahəng yaşamaq, onu ali elmlə qarışdıraraq saleh həyat sürmək insana nəfsinin arzuladığı fəzilət halını tapmağa imkan verir.Bu suala başqa prizmadan baxdıqda, yoxluq qorxusu həm də insanın məna axtarışını və həyatda məna tapmaq səyini simvollaşdırır. İnsan şüurlu bir varlıq olaraq ölüm və yoxluq qarşısında özünü anlamlandırmaq istədiyi üçün varlıqdan narahatdır. Fərabi fəlsəfəsində bu nigaranlığı düzgün bilik və fəzilətli həyatla aradan qaldırmaq olar. Yəni insan həqiqi biliyə malik olduqda varlıq və yoxluq qorxusuna qalib gələ bilər. Onun üçün məna varlığın özündə gizlidir. Fərd öz varlığını şübhə altına alanda, özünü tanıyanda həyatının mənasını tapa bilir.İnsanın daxili səyahəti varlıq və yoxluq haqqında düşünməyi tələb edir. Nəticə etibarilə Fərabi fəlsəfəsi insanın varlıq şüuruna, bilik axtarışına və məna axtarışına dərin perspektiv təklif edir. Onun əsərləri bu gün də fəlsəfi araşdırmalar aparmaq istəyənlər üçün zəngin mənbə təşkil edir. Fərabinin fikrincə, elm təkcə əqli fəaliyyət deyil, həm də insanın mənəvi-əxlaqi inkişafını təmin edən bir yoldur. “Varmısan ki, yox olmaqdan qorxursan?” sualı insanın varlıqla əlaqəsini, məna axtarışını, varlıq və yoxluq arasında tarazlıq yaratmaq cəhdini ortaya qoyur. Fərabi fəlsəfəsi bu təşviş və qorxuların ancaq düzgün bilik, əxlaqi fəzilət və həyatı yüksək dərk etməklə aradan qaldırılacağını müdafiə edir.
05.11.2024 tarixində gecənin vədəsiz saatlarında mənə məxsus yaşadığım ev elektrik naqillərində baş verən qısaqapanma nəticəsində tamamilə yandı. Allaha şükürlər olsun ki, canımız salamatdır.
Hadisənin şokundan az da olsa indi çıxa bilmişəm. Maraqlanan, zəng edə, dəstək olan, yardım təklifi edən hər kəsə dərin minnətdarlığımı bildirirəm.
Baş vermiş bədbəxt hadisə mənimçün ciddi şəxsi qayğı ilə yanaşı həm də beş il müddətində böyük məhrumiyyətlər hesabına ayaqda saxlamağa çalışdığımız “Mücrü” nəşriyyatının fəaliyyətinə də çox ciddi zərbə vurdu.
Hamınız var olun, qapınıza, məclisinizə ancaq gözəl sədalar üçün yığışaq. Bu kimi halları ictimailəşdirmək xarakterimə zidd olsa da, dostlar bütün xoş məramları ilə öz bildiklərinə davam edirlər.
Buna görə də sizlərdən ricam və xahişim budur ki, bu dəstək nəşriyyatımızın çap etdiyi kitabları almaq şəklində olsun.
Nəşriyyatın əlaqə nömrələri: 0555028932, 0773457747, 0125951040
Ünvanımız: Zərgərpalan 117, dalan 15 (Nizami metrosu, Nizami Mall-un arxa küçəsi, Çalğı alətləri sərgisinin tam yanı)
Şair, tərcüməçi, esseist, müstəqillik illəri Azərbaycan şeirinin öncüllərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, Leopold Sedar Senghor Beynəlxalq Akademiyasının həqiqi üzvü cənab Səlim Babullaoğlu “Ərənlərin nəğməsi” (Çeçen şeirindən seçmələr) kitabının işıq üzü görməsi münasibətilə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə təqdim edilən “Ziyadar” mükafatı ilə təltif olunub.
Mükafatı bugün “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac şəxsən özü təqdim edib.
“Yazarlar” olaraq, bu münasibətlə Səlim Babullaoğlunu təbrik edir qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Qeyd: Səlim Babullaoğlunun “Ərənlərin nəğməsi” (Çeçen şeirindən seçmələr) kitabı “Yazarlar” jurnalı tərəfindən “İlin antologiyası” nominasiyasında “Mücrü” nəşriyyatının elan etdiyi “İlin kitabı” müsabiqəsinə təqdim edilib.
Bir kitabı oxumaq üçün bəzən bir fikir kifayət edir. “Başlanğıc sonda aydınlanır” fikrini irəli sürən filosofun düzxətli düşüncə dedikdə nəyi nəzərdə tutduğunu anlamaq üçün “Vəhdət” kitabını oxumağa başladıqda “ənənəvi fəlsəfi fikirləri kənara qoymaq lazımdır” cümləsi isə razılaşmışdım. Bundan əlavə, xeyli suallarla özüm-özümü üzbəüz qoydum: insan kimi missiyam nədir? Mənim dünyagörüşüm elmin tərkibindədir və ya önündədir? Ölkəmizdə fəlsəfi fikir fəzası varmı? Müəllif universal fəlsəfi sistem yaradılması deyəndə nəyi nəzərdə tutur? Bəs ənənəvi və ya klassik fəlsəfədəki çatışmazlıqlar deyəndə, ilk olaraq ağlımıza nələr gəlir? Min illər ərzində fəlsəfə bütövləşə bildimi?
Suallar çox maraqlıydı, əlbəttə ki, hər birini müəlliflə müzakirə etmək çox gözəl olardı. Bu olmadığı təqdirdə, bir insan olaraq özüm həmin suallara kitabla dialoq quraraq cavab tapmaq istədim. Bəlkə mükəmməl cavablar verə bilmədim, amma zövq aldığım və günlərlə davam edən şirin fəlsəfi düşüncələrlə dolu zaman keçirdim. Bunun dadını isə yaşayanlar bilər. Nəticədə müəllifin məqsədini anladım: o, fəlsəfəni elmin qəfəsindən xilas etmək istəyirdi, müasir elmi və riyazi metodları onun xidmətinə verməyə çalışırdı. Klassik fəlsəfəyə nəzər salanda müəllif bildirirdi ki, bu irs vahid, bütöv sistem kimi yox, parakəndə haldadır və dərinə inkişafı çətinləşir. Müəllif çox bəyəndiyim fikri irəli sürərək bildirir ki, çoxdan məlum olan mövzuların fərqli konteksdə “yenidən kəşf olunması”, yəni köhnəliyə yeni don geyindirilməsi, yeni terminlərlə bəzədilməsi lazım deyil. Bu etiraf tələbkar oxucuya obyektiv yazıçının əlamətlərini nişan verirdi. Yanaşma fərqli idi, fikir aydın ifadə olunmuşdu, ən əsası isə mən bunları oxuyanda fəlsəfi zövq, fəlsəfi obyektivlik hiss edirdim.
S. Xəlilovun fikirlərini aydın, dəqiq ifadə etməsi dilimizin söz ehtiyatlarını məharətlə istifadə etməsi, oxucuya aydın dillə izah etməsi həmişə məni heyran edib. Sanki qarşında biri var və o sənin beynini aydın şəkildə oxuyur. Sənin düşünüb, amma yazıya çevirə bilmədiklərini usta şəkildə ifadə edir. Hər cümlənin arxasından səbr, tarazlıq, fikrindən əmin olmaq, dərininə inkişafı sistemli bilən və əməl edən filosof boylanır. Burda vacib məsələ diqqətimi cəlb edir: bizim görə bildiklərimiz və bizi görə bilənlər. Təbii ki, söhbət burda baxmaqdan, nəzər yetirməkdən, gözünə sataşmaqdan getmir. Burda bir mövzu var: aydın şəkildə görə bilmək, ilk baxışda görə bilmək, qarşındakı beyni, qarşındakı düşüncəni bir udum su kimi içə bilmək!
Müəllif cəsarətlə iddia edir: müasir dövrdə fəlsəfə zamandan geri qalır! O fizikaya müraciət edir və bu geriqalmanın izahını verərək deyir ki, müəyyən mərkəzdən yayılan dalğalar divara dirənib geri qayıdır və bu zaman yeni dalğa mərkəzləri yaranır.
Kitabın növbəti hissələrinə nəzər salanda görürük ki, çıxış yolu hər insanın, hər filosofun, hər oxucunun əsas silahıdır. Filosof-yazıçı çıxış yolunu fəlsəfə və elmin münasibətlərinin yenidən qurulmasında görür. Münasibətlər üzrə çoxsaylı mətnlərin müəllifi kiimi qeyd etməliyəm ki, sevgi varsa, çıxış yolu var.
Harmoniya varsa, yollar olacaq, qarşılıqlı anlaşma başqa sözlə desəm, bütövləşmə varsa çıxış yolu var, inkişaf var. Sözlər hələ böyük məna və əhəmiyyət kəsb edirsə, tənəzzül geridə qalacaq. Bu baxımdan müəllifin dediyi kimi tərəflərdən biri, yəni fəlsəfə əsas yolundan imtina etməməli və elmin çuxasına sığınmamalıdır. Öz simasını qorumalıdır və qarşısına çıxan sədləri elmin imkanlarından, xüsusiylə riyazi aparatdan istifadə etməklə aşmalıdır. Yəni, bir növ münasibətlər kimi, heç bir tərəf digərində yoxa çıxmamalı, onun üçün özünü fəda etməməli, əksinə qarşılıqlı tarazlığı saxlamalıdır. Müəllif yazır ki, elm dərinə getdikcə fəlsəfəyə ehtiyac duyur. Fəlsəfə, bir yaşam fəlsəfəsi kimi məna kəsb edilməsi, gerçək həyatda istifadə edilməsi üçün konkretləşməlidir. Çox gözəl, çox praktik yanaşma deyilmi? Bu günümüzlə səsləşən baxış bucağı deyilmi Bunu nəzərimizə çatdıran, aydın cümlələrlə izah edən filosof alqışa layiq deyilmi?
Düşüncələrimi aydınlatdığı üçün, fəlsəfənin əsl mahiyhətini mənə izah etdiyi üçün “Vəhdət” kitabı əvəzedilməzdir. Yəni, bir gün bir insan məni danlayaraq “sənin işin-gücün yoxdur ki, fəlsəfə oxuyursan, o sənə çörək verir və ya suyunu əvəz edirmi? kimi dayaz sual verərsə və çox zaman bu tipli suallar verilir – inamla deyəcəyim cavabım var: fəlsəfə oxuyuram, çünki onu sevirəm, çünki dünyaya fəlsəfi düşüncə ilə gəlmişəm. Əslində hər birimizə yaradan fəlsəfi təfəkkür bəxş edib, bizi zəngin olaraq yaradıb. Amma açarı öz əlimizə verib. O açarla kimsə boş işlərə zaman xərcləyir, kimsə öz düşüncələrinin inkişafına vaxtını sərf edir. Kimsə özünü kamilləşdirir, kimsə ətrafı çirkləndirir. Səlahəddin müəllimin yolu isə bizə fəlsəfənin real həyatdakı rolunu başa salmaqdır. O demək istəyir ki, sən fəlsəfi düşüncələrlə düzgün həyat tərzi seçə bilərsən, sən çətinliklərini özün həll edə bilərsən, sən fəlsəfə oxumaqla sadəcə teoriya üzərində qalmayıb, fəlsəfəni gündəlik münasibətlərinə
tətbiq edə bilərsən. Qısası, sən fəlsəfə ilə xoşbəxt, rahat ola bilərsən. Öz varlığından zövq ala bilərsən, mövcud olmağın əzablarına fəlsəfi yanaşa bilərsən, özünün və ətrafındakıların həyatını gülüstana çevirə bilərsən”.
Müəllif insan idrakının məhdudluğu və formal məntiqlə sərhədlənən düzxətli düşüncəni qarşılaşdıraraq, insan gözünün görmə qabiliyyəti olmasına baxmayaraq, onun mikriskopdan və tekeskopdan istifadə misalını çəkir. Ali riyaziyyatdan istifadə etməklə nəzəri təfəkkürün sərhədlərini genişləndirmək və sonsuzluğun dərkolunmaz statusunu yumşaltmaq məsələlərinə toxunur. Deməli, daima sonsuz bildiyimiz bir çox məsələlərin naməlumluğunu yumşaltmaq mümkün ola bilər. Deməli, insan idrakının sərhədləri sonsuzluğun sərhədlərini müəyyənləşdirə bilər. Əslində isə elə bu yerdə, bu məqamda yumşalmış sonsuzluq mövzusu insan idrakının səehədlərinə çatanda, yenidən sonsuzluq statusu qazanmırmı? Bu sualı müəllifə vermək istərdim. Dərkolunmazlıq statusunu yumşaltmaq, qeyri-müəyyənliyin dərki, mütləq qaranlığı alatoranla əvəz etmək – bu mövzular həqiqətən də çox maraqlı və əhatəli izahlar tələb edən söhbətlərə səbəb ola bilər.
S. Xəlilov fəlsəfi düşüncəni çoxölçülü fikir fəzasına daşımaq qərarına gəldiyini deyir. Söhbətin riyaziyyatın fəlsəfəsindən getmədiyini, fəlsəfənin riyazi dilə “tərcüməsindən” getdiyini qeyd edən müəllif fəlsəfənin öndə getmək missiyasını unutduğunu bizim diqqətimizə çatdırır. Onun elmlərdən biri olması aqibəti ilə razılaşmasına qarşı çıxan filosof, fəlsəfənin tənəzzül səbəbini Qərblə bağlayır. O, Qərb ruhunun daha fəlsəfəni qidalandıra bilməməsini önə çəkir. Fəlsəfənin yeni yüksəliş səviyyəsini Qərbdən gözləməyin sadəlövhlük olduğunu yazan müəllif, bizi dərin düşüncələrin axarına buraxır. Qarabaqara razılaşmaq təbiətində olmayan bir çox insanlar kimi, biz də yenidən Qərb və Şərq fəlsəfəsinin gedişatına dair ədəbiyyatı bir daha vərəqləməliyik. Bütün hallarda razılaşmağın inkişaf səbəbi olmadığını diqqətimizdə saxlamalıyıq. Axı, ta antik dövrdən başlayaraq iti zehni olanlar, bəsirət gözü açıq olanlar, təslimçi ruha sahib olmayanlar filosof olublar, filosof olmasalar da, fəlsəfi düşünüblər…
Akıl ve kalbin işbirliğiyle başarılamayacak hiçbir şey yoktur.
Bazen hak etmediğimiz birçok şey yaşarız, bunların bir kısmı bizim kendi yaptıklarımızdır, bir kısmı da dışarıdan bize getirilir ve bunları bize yaşatanları bilip görmemize rağmen bilmek, görmek ve anlamak istemeyiz.
Ve dışarıdan gelen hiçbir tavsiyeyi kabul etmek bile istemeyiz.
Çünkü kalp farklı düşünür, akıl farklı düşünür ve kalp ile akıl ortak bir düşünceye sahip olmadığı sürece bu farklı düşüncelerin verdiği zararı yaşarız.
Ancak kalp ve akıl ortak bir bakış açısıyla el ele tutuşup aynı yolda yürümeye karar verdiğinde gözlerde abartılan şeylerin ve yaşanan acıların aslında hiç olduğu anlaşılır.
Yaşadığımız olaylar aile, iş veya aşk acısı olsun, bunlar hiçliğe indirgendiğinde gözümüzde abarttığımız her şeyin otomatik olarak olumsuzluğa dönüştüğünü görebiliriz.
Kalp ve zihnin birleşmesiyle, hiçliğe düşmeye başlayan tüm olumsuzluklar artık zayıflamıştır
Zihin ve kalp dışarıdan gelen her yabancı harekete aşina olmuş ve dışarıdan gelen olumsuzluklara karşı bir duvar örmeye hazır hale gelmiştir, çünkü bu, ruhu koruyarak bedenin daha sağlıklı çalışmasını sağlamak için bir zorunluluktur, insan doğruyu yanlıştan daha kolay ayırt edebildiğinde, kendisini mutsuz eden her şeyi ve herkesi kolayca geride bırakabileceğini fark eder
Kendimizi daha iyi anlamanın ve iş hayatımızda, ailemizde ve kişisel ilişkilerimizde daha fazla anda kalmanın heyecanıyla, yaşayamayacağımızı düşündüğümüz her şeyi büyük bir mutlulukla yaşamaya başladığımızı görürüz.
Hayır diyemediğimiz her şeyin, zayıf hissettiğimiz her şeyin, üstesinden gelemeyeceğimizi düşündüğümüz her şeyin, zihin ve kalbin işbirliğiyle yapılan bu muhteşem anlaşmayla mümkün olduğunu fark ettiğimizde, artık geçmişin kötü anılarını düşünmek istemez ve düşündüğümüzden daha güçlü olduğumuzu anladığımızda
Kendimiz, ailemiz ve çevremiz için daha sağlıklı bir yaşam için boş şeyler yerine daha yaratıcı şeylere daha iyi kararlar verebilir ve daha fazla zaman harcayabiliriz