Pərviz Yəhyalı yazır – Ağdam

Ağdamın işğaldan azad olunduğu gün, Ağdam Günü münasibətilə yazacağım məqalədə açığını deyim tərəddüdümü gizlədə bilməyəcəm. Tərəddüd edirəm ki, bir məqalədə 6533 Ağdam şəhidinin hamısının adını çəkməsəm ürəyim sızılayacaq. Və ya başda Allahverdi Bağırov olmaqla 15 Milli Qəhrəmanın adını necə çəkməyim. Öz elmi ilə dünyanı heyrətə gətirən Xudu Məmmədovun, tarın pərdələrində gəzişən sehirli barmaqları ürəkləri fəth edən Ramiz Qulıyevin, cəmi 19 yaşında 28 nəfəri öz həyatı bahasına ölümdən xilas edən, “Qızıl Ulduz” lu Rahib Məmmədovun, böyük elm xadimi Rafiq Əliyevin, var sisteminin xəyal belə olmadığı zamanda anidən verdiyi ədalətli qərarla ədalət tarixinə qızıl hərflərlə ədalətli qərar yazan Tofiq Bəhramovun, qəlbləri riqqətə gətirən Səxavət, Qədir, Arif, Mənsum zəngulələrinin üstündən heç sükutla keçmək olar? Yüzlərlə, minlərlə qəhrəman ağdamlılar, düşmənə sipər olan kökslərini elə Ağdamın sipər sinəsində vətən təəsübünə qurban vermiş, vətən səmaları aydın olduğu vədələrdə elmin, incəsənətin, ədəbiyyatın, mədəniyyətin müxtəlif sahələrində böyük uğurlara imza atmışdır.
Yaddaşımıdan klaviaturaya süzülən isimlər o qədər çoxluq təşkil edir ki, düzü unuda biləcəklərim olar deyə narahat olduram, Gözlərim önündə elə bu gün növbəti ildönümünü ürək ağrısı ilə qeyd etdiyimiz Ağdamın Qarəkənd səmasındakı terror aktı keçir. Mənfur erməni alçaqlığının bariz numunəsinin ağrılarını 1991-ci ilin 20 noyabrında ilk olaraq ağdamlılar çəkmişdi.
Xoş gündü. Sevindiyimiz gündü. Ancaq ha çalışsam da ürəyim sızlayır. Kino lenti kimi gözlərimin önündən keçən itkilər, acılar, dəhşətlər…

1983-cü ilin bir yaz səhəri idi. Bilmirəm nəyə görə, səhətimdə heç bir problem olmadığı halda atam məni müayinə üçün xəstəxanaya aparmışdı. Ağ xalatlı, qarayanız, olduqca mehriban və gülərüz həkim ürəyimə qulaq asdıqdan sonra gülə-gülə bu sözləri dedi: “Top gubbultusundan başqa heç nə eşidilmir”. Həmin an çevrilib atama baxdım. O, özünəməxsus tərzdə gülümsəyirdi. Atam xalatını əynindən çıxarıb məni xəstəxananın həyətində gözləyən sürücüyə “təhvil” verdi. Təxminən mənə hər şey aydın oldusa da uşaq marağı ilə atamın işdən qayıtmasını səbrsizliklə gözləyirdim. Axşam mənə bəlli oldu ki, məni müayinə edən məhşur pediatr Adilə xanım Namazovadır. Atam ona futbol dəlisi olduğumu danışmış, o, da öz növbəsində zarafatla ürəyimin içini oxumuşdur.
Ağdam torpağında, Seyidli kəndində 1926-cı ildə dünyaya göz açan Adilə xanım Namazova XX-XXl əsrdə Azərbaycan elminin dünyaya bəxş etdiyi ən nadir simalardan biridir. Adilə xanım ölkəmizin ilk pediatr alim qadını, SSRİ Tibb EA-nın müxbir üzvü(1971) “Əməkdar Elm Xadimi”(1981), Azərbaycan SSR EA-nın həqiqiq üzvü (1983), Rusiya Federasiyasının EA-nın həqiqi üzvü (1993) olmaqla 420 elmi əsərin, 30 monaqrafiyanın müəllifi olmuşdur. Onun rəhbərliyi ilə 72 fəlsəfə doktoru, 12 elmlər doktoru yetişmişdir. SSRİ Ali Sovetinin deputatı, Türkdilli Xalqların Pediatrlar Cəmiyyətinin vitse prezidenti, Afrika və Asiya Xalqları Həmrəylik Təşkilatının vitse prezidenti, Prezident yanında Ali Atestasiya Komissiyasının Rəyasət Heyyətinin üzvü, Azərbaycan Dövlət Tibb universitetinin pediatreya kafedrasının müdri olmuşdur. Sözsüz ki, dünya şöhrətli həkim olmaqla yanaşı o, həm də pedaqoq kimi də çalışmışdır. Ən başlıcası isə Adilə xanım əllərindən və zəkasından sağlamlıq bəxş edən Şəfa Mələyi kimi yaddaşlara nurlu siması ilə əbədi həkk olmuş Böyük İnsan idi.
2020-ci ilin 20 noyabr günü Ağdam işğaldan azad olunanda hamı kimi çox sevinirdim, ilk olaraq telefon açıb təbrik etdiyim professor Ramiz Quliyev və onlarla digər ağdamlı dostlara göz aydınlığı verərkən ürəyimdən bir arzu keçirdi. Kaş 94 yaşlı Adilə xanımı da ziyarət edə biləydim. Təəssüf ki, arzum ürəyimdə qaldı. Ağdam işğaldan azad olunandan cəmi 26 gün sonra minlərlə körpə ürəyinə yaşam şəfası verən Adilə xanımın ürəyi əbədi olaraq susdu.
Çox sonralar vicdan borcu bildiyim məzarının ziyarətində isə vaxtı ilə onun yaşadığım rayona ezamiyyəyə gəldiyi vaxt mənə etdiyi zarafatını xatırlayıb qeyri-ixtiyari pıçıldadım:

-Adilə xanım! Mənim üçün, bütövlükdə bütün soydaşlarımız üçün sizin ürəyiniz heç vaxt susmayacaq. Siz öz zəka nurunuzdan şəfa verdiyiniz ürəklərin vuran hər ritmində yaşayırsız. Ömürünüzün son günlərində qismətinizə azadlığına qovuşan Ağdamın azadlıq sevincini yaşamaq düşdüyündən çox sevinrəm. Sizin kimi minlərlə ağdamlı ruhunun şad olduğundan şadlanırıq. Ruhunuz daim şad olsun! Vətən parçasının, Ağdamın azad günlərindən ruh dolusu sevinəsiniz!

Müəllif: Pərviz YƏHYALI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ağdam – Qarabağın Mərkəzində Yeni Dövr və Regional İnkişafın Çağdaş Modeli

Ağdam – Qarabağın Mərkəzində Yeni Dövr və Regional İnkişafın Çağdaş Modeli

Ağdam rayonu Azərbaycanın Qarabağ bölgəsində yerləşən, tarixi və mədəni zənginliyi ilə seçilən bir diyardır. Əsrarəngiz təbiəti, qədim memarlıq abidələri və məşhur “Qarabağ” muğam məktəbi ilə tanınan Ağdam, illər boyu mədəniyyət və ticarətin yüksək səviyyədə inkişaf etdiyi yer kimi tanınmışdır. Rayon 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Ərazisi 1,094 kvadrat kilometrdir. Ağdam Qarabağın mərkəz hissəsində yerləşir və Şərqi Qarabağ düzənliyinin bir hissəsini təşkil edir. Cənub-qərbdə dağlıq ərazilərlə, şimal-şərqdə isə düzənliklərlə əhatələnmişdir. Mərkəzi şəhəri Ağdam şəhəridir.
Ağdam rayonu qədimdən Azərbaycanın tarixi ərazilərindən biri olmuşdur. Bölgə Qafqaz Albaniyası dövründə mühüm əhəmiyyətə malik olub. Ağdamın ərazisində tapılan arxeoloji abidələr, qəbirlər, və digər tarixi materiallar bu torpağın minilliklər boyu mədəniyyət beşiyi olduğunu göstərir. Ərəblərin Azərbaycana gəlişi və Qafqaz Albaniyasının islamlaşmasından sonra da bu ərazi strateji əhəmiyyətini qoruyub saxlamışdır.
XIX əsrdə və XX əsrin əvvəllərində Ağdam Qarabağın iqtisadi, mədəni və inzibati mərkəzlərindən biri kimi inkişaf etmişdir. Xüsusilə də, XX əsrdə burada ticarət, sənaye və kənd təsərrüfatı sahələri güclü inkişaf etmişdir. Ağdam rayonu zəngin tarixi və mədəni irsə malikdir. İşğaldan əvvəlki dövrdə bu rayonda çoxsaylı tarixi-memarlıq abidələri mövcud idi. Onlardan İmarət kompleksi, Gövhər Ağa məscidi, Şahbulaq qalası, Xındırıstan türbəsi xüsusilə seçilirdi. Ağdam işğala qədər iqtisadi baxımdan inkişaf etmiş rayonlardan biri idi. Rayon əhalisi əsasən kənd təsərrüfatı, üzümçülük, pambıqçılıq, heyvandarlıq və sənətkarlıqla məşğul idi. Ağdam şəhəri Qarabağ bölgəsinin əsas ticarət və sənaye mərkəzlərindən biri idi. Burada fabriklər, zavodlar və müxtəlif istehsalat müəssisələri fəaliyyət göstərirdi. Mədəni həyatı da zəngin olan Ağdamda teatr, muzeylər və digər mədəniyyət ocaqları mövcud idi.

Yusif Məmmədəliyev ev muzeyi


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Надырбекова Малимбу – СЫРДАШКЫМ КЕЛЕТ

СЫРДАШКЫМ КЕЛЕТ

Сырдашкым келет сен менен,
Сызылган сүйлөм, сөз менен.
Сыгылып кеттим кээ мен,
Сүйлөшпөй койсом сен менен.

Айланып карап арттырды,
Айласын таппай дарттымдын.
Дагы эле ойлоп толгоном,
Бала чак өткөн күндөрдү.

Актанды деп ойлой көрбө окурман,
Ансыз деле баскан жерим бир таман.
Аттап барып эки таман жол бассам,
Атаганат арман эмес,ал мага.

Автор: НАДЫРБЕКОВА МАЛИМБУ

“АКТАЛ”адабий чыгармачылык бирикмесинин мүчөсү
Токтогул району.


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əli Ələmi – Əntiqədi

ƏNTİQƏDİ
(Xalq Yazıçısımız Çingiz Abdullayevə
qarşı pis niyyətdə olanlara)

Zurnaçalanlar durub dalbadal, əntiqədi,
Sən də qoşul onlara, zurna çal, əntiqədi?

Cumdusa Çingiz bəyə bir belə xor dərnəyi,
Gərçi səsin yoxdusa, vur qaval, əntiqədi?

Yaxşı işin, düz sözün görməz, eşitməz çoxu,
Nöqsan edir bir sözün bir çuval, əntiqədi?

Düşmənə qulluq elə, dostunu təhqir elə,
Nərə çəkib, çıx zilə, orda qal, əntiqədi?

Üz-üzə ki durmayır, göz gözə ki baxmayır,
Qeybət edənlər edir virtual, əntiqədi!

Daşqalağından, yetər, əl götür, ey binəva,
Ləzzət alır kimsələr, ləzzət al, əntiqədi?

Söz danışa bilməyən, sözdə tutur gör kimi,
Boş-boşuna şellənən olsa lal, əntiqədi.

Sözləri şirin elə, dadmamısanmı məgər,
Sor Ələmidən, desin, dildə bal əntiqədi.

04.11.2021.

Müəllif: Əli Ələmi

Əli Ələminin yazıları


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AZADLIĞIN MÜBARƏK, AĞDAM!

OYAN ŞƏHƏRİM, OYAN
***
Daş evlər…daşlaşan evlər,
yanan divarlar, yalan divarlar…
dedilər, Qafqazın Xirosiması,
ruhlar şəhəri…
günahsız ahlar şəhəri…
iyirmi yeddi ildir
boğazına tıxanıb qəhəri…
gülüşünə toz səpilib,
yarasına duz səpilib…
bu şəhərdə,
teatr divarları arasında
əsrin faciəsi oynanılıb.
Baş rolda iblisin özü və övladları,
xain, barbar, vəhşi dabanyalayan,
dünyanın ən iyrənc adları…
Xatirələr xəncərlə doğranıb,
Toplarla anılıb…
Hər binanın , hər divarın yeri qalıb,
Talan olub, soyulub,
Bir sümük, bir dəri qalıb…
Dərindən nəfəs almağa
Ürəyinin pəri qalıb…
Yiyəsi diri, özü ölü şəhərim…
onu sevən ürəklərin
sevgisiylə dolu şəhərim…

***
Otuz illik həsrətdən
özünü asan şəhər.
Oyan, nəfəsin gəlib,
Daş olub, susan şəhər…

Qoynunda uyutduğun
Şahların diriləcək.
Sənsiz nəfəs almayan
Ruhların diriləcək.

Qəlbini əsir edib,
Şux qəddini əyiblər.
Daşın düşmən başına,
Xatirinə dəyiblər.

Bəzəksiz otaqların
Yenidən bəzənəcək.
Xan qızı Nətavanın
Türbəsi diriləcək.

Qədirin,Səxavətin
Ruhu göydə süzəcək.
“Sona bülbüllər”min
Cəh-cəhi diriləcək.

Şahmarın misrasında
Tənlər bütöv oyanır.
Kərpic-kərpic ovulan
Ürəyində od yanır.

Sübh azanı niyyətim,
Üzü göyə duamsan.
Bəxtinə ag gün doğan
Ağ çiçəkli Ağdamsan!

Azadlığın mübarək! –
Etdi Sərkərdəm bəyan!
Hər ürəkdən səs gəlir,
Oyan, şəhərim, oyan!

                 21.11.2020.

Müəllif: TƏRANƏ ARİFQIZI

TƏRANƏ ARİFQIZININ YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Həqiqət Həqiqi – Payız

PAYIZ PORTRETİ

Həzin nəfəsin var, könül oxşayır,
Selinə – suyuna bələmə bizi.
Hələ qışla gələn ayaza çox var,
Seçib seçmələyib, ələmə bizi.

Sən də bahar kimi hərarətlisən,
İsti qucağına alırsan bəzən.
Elə kin – küdurət basır ki, səni
Sazağın cənginə salırsan bəzən.

Bəzən belə olur… ipək kimisən,
Bahar təravəti axır üzündən.
Bəzən də boğuşan köpək kimisən,
Atəşli ildırım çaxır gözündən.

Payız portreti çəkə bilirsən,
Təbiət al – əlvan rəngə boyanır.
Baharın şəklini elə silirsən,
Mənim gözəlliyə ruhum oyanır…

20.11.2024.

Müəllif: Həqiqət HƏQİQİ

HƏQİQƏT HƏQİQİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İÇİMDƏKİ QADIN TƏNHALIĞI

İÇİMDƏKİ QADIN TƏNHALIĞI

Tənhalıq qoxulu
bu payız gecəsi
Oturmuşam üstünü toz basmış
Söz xarabalığında .
Nə bir yarpaq ümid,
nə bir ovuc doğmalıq,
nə də
bir əlçin hənirti yox yaxında …
Ürəyimdə yalqızlıq
dəniz kimi dalğalanır ,
qaçır ağrıların yuxusu.
Kövrək misralarımın
ahında
islanır ömrümün tənhalıq qoxusu .
Daha
burax əllərimi
Və Sus…
Alışıb içimdə ayrılıq tonqalı ,
misra-misra şölələnir
tənhalığın alovu,odu…
Allah xatirinə sus…
Qoy – özüm , özümü ovudum .
Məni unudan,
barı bircə anlıq –
icazə ver ,
səni unudum …

Müəllif: Şəfəq SAHİBLİ

ŞƏFƏQ SAHİBLİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Milli Kitabxanada “20 noyabr – Ağdam şəhəri günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “20 noyabr – Ağdam şəhəri günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində sərəncam imzalanıb. Sərəncama əsasən 20 noyabr – Ağdam şəhəri günü elan olunub.

Bu tarixi gün münasibətilə Milli Kitabxanada “20 noyabr – Ağdam şəhəri günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Virtual sərgidə rəsmi sənədlər, fotolar, Ağdam şəhəri, eləcə də aparılan bərpa-quruculuq işləri haqqında, Vətən müharibəsi və Böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar Azərbaycan, rus, ingilis dillərində nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Agdam_sheher_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

Mənbə və Ətraflı: https://www.millikitabxana.az/news/20-noyabr—agdam-sheheri-gunu

Azərbaycan Milli Kitabxanası

Məlumatı hazırladı: Günnur Ağayeva

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yazıçı Zəfər Media Mükafatına layiq görüldü – FOTO

Prezident təqaüdçüsü, “Qızıl Qələm” Media mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Etibar Həsənzadə, ölkəmizin tarixi Zəfəri, qəhrəmanları və Azərbaycan-Türkiyə dostluğunun təbliği istiqamətində həyata keçirdiyi mühüm layihələr və yaradıcılığı böyük qürur mənbəyidir.

QHT.az xəbər verir ki, “Vətən Uğrunda” və “Mən Şəhid Olacam, Ana” kitabları, həmçinin hazırladığı “Şuşa – Zəfərin Zirvəsi” adlı ədəbi-bədii kompozisiya, Azərbaycan xalqının qəhrəmanlıq tarixini yaşatmaq və gələcək nəsillərə çatdırmaq baxımından dəyərli töhfələrdir. Layihələri həm ölkəmizdə, həm də qardaş Türkiyədə yüksək qiymətləndirilməsi, müxtəlif mükafat və fəxri adlarla təltif olunmağı bunun bariz nümunəsidir.

Yazıçını Zəfər Media mükafatı ilə təltif olunmağı münasibətilə təbrik edir, fəaliyyətində yeni uğurlar arzulayırıq! Qarabağ həqiqətlərini dünyaya çatdırmaq yolunda göstərdiyi bu yorulmaz səylər daim uğurla nəticələnsin!

Müəllif: Pərvanə Fərhadqızı

Pərvanə Fərhadqızının yazıları


ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru