Ehtiram İlham – Halal


Halal deyilən varsa,
Haramında azıram.
Bir canım var, yolunda
Verməyə də hazıram.

Bəxt ki, üzümə gülmür,
Cəhənnəmə ki, görmür.
Əlimdən heç nə gəlmir,
Hərdən şeir yazıram.

Qoy rədd olsun – hər nə var…
Gedir yolunnan qatar.
Kim nə alar, nə satar,
Canı ucuz bazaram.

Ehtiram harda batır?i
Gözü açıqmı yatır…
…Gücüm bir buna çatır –
Öz qəbrimi qazıram.

10.11.24.

Müəllif: Ehtiram İLHAM

EHTİRAM İLHAMIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

O, Dövlət yolunda, Millət yolunda canını, ruhunu qoydu – YUNUS OĞUZ

Yazıçı-publisist Yunus  Oğuz  Mustafa Kamal Atatürkün  vəfatı ildönümü ilə bağlı aylaşım edib- “O çox yaşaya bilərdi,əgər sıradan biri olsaydı,əgər qazi və şəhid olmasaydı.Şəhid,təkcə torpaq uğrunda vuruşan deyil ki.Şəhid həm də işğalçıları torpağından qovub,yeni Dövlətin əsasını qoyanlardır.O,Dövlət yolunda,Millət yolunda canını,ruhunu qoydu.Bu gün Qazi və Şəhid Mustafa Kamal Atatürkün ruhunun canından ayrılan gündür.”

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Yunus Oğuzun bloqu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mir Şahin Ağayev- 61

Mir Şahin Ağayev- 61

Bəli, əvvəl yaranırıq, sonra xatirəyə çevrilirik, daha sonra isə unuduluruq. Bəs onda biz kimik?..

Mir Şahin Ağayev deyəndə, nədənsə yadıma ilk düşən bu kəlmələr olur: Biz qəhrəmanlarımızı dar ağacında görməyə öyrəşmişik…

Nə yaxşı ki, Mir Şahin Ağayev özünü “dar ağacından” xilas edə bildi. Yaşayır, var və əski təhlükələrdən çox uzaqdır…

Mir Şahin Ağayev təkcə ölkənin böyük jurnalisti, peşəsinin AKADEMİYASI deyil, həm də gözəl şairdir. Haqqında söhbətimi nə vaxtsa qələmə aldığı bir şeirlə yekunlaşdırıb, onu astanasında dayandığı 61 yaşı münasibətilə təbrik edirəm!

“Yerləşmə

(Anti təlqin)

Gəldim çatdım…
Yerləşirəm, narahat olma!
Düzdü, bir az darısqaldır
Bir az soyuqdu
Amma burda bundan geniş,
bundan işıqlı, bundan isti
Bundan rahat otaq da yoxdu!

Burda təkəm, uzanmışam, dincəlir canım
Qarışqalar yem axtarır bəbəklərimdə…
Yatıb nəbzim, durub qəlbim, dincəlir qanım.
Səsi gəlmir vəd olunan mələklərin də
Hanı bunun odu, suyu, alma bağları?!

Uşaqların ruhlarından doğulan quşlar?!
Bir az qumdu, bir az torpaq buranın varı,
Bir də başım üstündəki laybalay daşlar…

Niyə belə qəfil düşdü yağış mövsümü?
Qorunmağa balaca bir çətir də yoxdu
Bu nə idi, çürüyürəm, yoxsa leş kimi?
Tərs kimi də üstümdə heç ətir də yoxdu…

Belə qonaq evi olar?
Bəsdi sən Allah!
Gör qar basınca otağımın damı sökülür…
Həşəratlar dabanımı qıdıqladıqca,
Gülmək tutur,
Uğunmaqdan ətim tökülür…

Bədənimi tükmü basıb?
Bəs niyə yaşıl?
Bərbər əli gəzən yerdə quzu dişləri
Suvarırlar, becərirlər sonra yeyirlər
Buranın da varmış demə əcəb işləri?

Hə beləcə yer üzündən uzaqlaşıram,
Bir az otda, bir az suda donuram yenə,
Yavaş-yavaş əriyirəm, torpaqlaşıram,
Yerləşirəm asta-asta dönürəm yerə.”

Hörmətlə: Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru