Üzeyir Hacıbəyovun sonuncu doğum günü – Foto (1948)

Üzeyir Hacıbəyov 139 il.
Dahi Üzeyir bəyin son doğum günü.
18 sentyabr 1948 ci il.
Məlumatı hazırladı: Günnur Ağayeva

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Cahangir NOMOZOV – Azərbaycan

MEHRİBAN ÖLKƏNİN SAF İNSANLARI

Mən hələ Azərbaycana ayaq basmamışam, amma hər gün xəyalımda o müqəddəs diyara səfər edirəm. Təsəvvürümdə, ürəyimdə sevgi və məhəbbətlə dolu olan o əziz yurda gedib qayıdıram.
Azərbaycanın gözəl və qədim şəhərləri, ucalığı göylərə çatan vüqarlı dağları, canlılıq və ilham tənəffüsü yayan dənizləri ürəyimi əsir edib. Oranın heyranedici mənzərələri mənim üçün təkcə təbiətin bəxş etdiyi bir nemət deyil, həm də böyük tarix və mədəniyyətin canlı ifadəsi kimi görünür.
Bu yurdun sevgi dolu ürək sahibi olan insanları isə ayrıca bir mövzudur.
Mehribanlığı, səmimiyyəti və sadəliyi ilə onlar həmişə yanımda olan kimi hiss edirəm. Onlarla məsafələr belə, aramızda maneə ola bilmir.
Mənə hər zaman elə gəlir ki, bu əziz və müqəddəs torpağın hər küləyi bir sevgi hekayəsi söyləyir, hər ağacı məhəbbət mahnısı oxuyur.
Azərbaycan mənim qəlbimdə sanki canlı bir aləmə çevrilib, arzularımın ayrılmaz bir hissəsinə çevrilib.
Bu yurd mənim ilham mənbəyimdir, dayanmadan meyvə verən bağlar kimi, ürəyimin ən dərin qatlarını üzə çıxarır. Onun zərifliyi və insani dəyərləri həmişə məni məhəbbət və ehtiramla özünə çəkir.
Oranın mehriban, səmimi, sadə və qonaqpərvər insanları məni həmişə qonaq çağırır.
Onların qəlbində yalnız xeyirxahlıq yaşayır, onları sevməmək, hörmət etməmək mümkün deyil.
Facebook vasitəsilə 7-8 il ərzində bir çox Azərbaycan şairləri, yazıçıları və yaradıcıları ilə tanış olmuşam və onlarla dostlaşmışam.
Onların səmimiyyəti və incəliyi sözlə ifadə olunmaz.
Azərbaycan sənəti və ədəbiyyatına əvvəldən böyük marağım var idi. Bu gün isə onların qəlbimdə tutduğu yer daha da yüksəlib.
Hər yeni tanışlıq məni o yurda daha da yaxınlaşdırdı, sevgi və hörmətimi ikiqat artırdı.
Azərbaycanlı dostlarımla aramızda məsafələr uzaq olsa da, ürəklərimizin yaxınlığını hiss edirəm.
Belə böyük tarix və mədəniyyətə malik xalqın insanları ilə dostluğumla fəxr edirəm.
Bu gün Azərbaycan və Özbəkistan arasındakı dostluq əlaqələri möhkəmlənib və yeni üfüqlər açılır.
Əlli-dən çox şeir və digər yaradıcılıq nümunələrim Azərbaycanın nüfuzlu qəzet və jurnallarında dərc olunub.
Kiçik uğurlarımı belə diqqətdən kənarda qoymayan azərbaycanlı ustadlarım yaradıcılığım haqqında məqalələr yazaraq, mənə diqqət və ehtiram göstərdilər, bu isə mənim özümə olan inamımı artıraraq, Azərbaycan xalqına olan sevgimi daha da gücləndirdi.
Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru,
Özbəkistan Respublikasının “Dostluq” ordeni sahibi Almaz Ulvi xanımdan şeirlərimə ön söz yazmağı xahiş etmişdim.
O, böyük məhəbbət və etibarla yazdığı ön söz təkcə məni sevindirmədi, həm də yaradıcılığımı yeni mərhələyə qaldırdı.
Həmin ön söz Azərbaycanın “Bütöv Azərbaycan” qəzetində bir sıra şeirlərimlə birlikdə dərc edildikdə, sevinclə dolub-daşdım.
Təranə Turan Rəhimli, Abdulla Saymaz, Tural Turan və İntiqam Yaşar kimi tanınmış yaradıcıların mənim şeirlərim haqqında yazdıqları məqalələr qəlbimi sevinc və ilhamla doldurdu.
Xüsusilə, yaradıcılığımı Azərbaycan dilinə tərcümə edərək onu geniş ictimaiyyətə çatdıran Şahməhəmməd Dağlaroğlunun əməyini ayrıca qeyd etmək lazımdır.
Hər bir yardım, hər bir dəstək – mənim üçün xüsusi bir ilham mənbəyidir.
Bu gün Azərbaycanın “Bütöv Azərbaycan” qəzeti və “Yazarlar” jurnalında Özbəkistan üzrə müxbir olaraq fəaliyyət göstərməyim bu etibarın bir ifadəsidir.
İnşallah, məhəbbət diyarının saf insanlarına olan sevgim bir gün məni Azərbaycana aparacaq.
O əziz yurdun müqəddəs torpağını gözlərimə sürtüb, mehriban insanlarını bağrıma basacam.
Azərbaycan, sən məni gözlə!
Bir gün qəlbimdəki sevgini və sədaqəti özünə gətirəcəm.
Məni görəndə öz övladın kimi qəbul et.
Mən sənə təkcə şeirlərimi və qəlbimin sözlərini deyil, özümlə birlikdə sevgi və sədaqətimi də təqdim edəcəm.
Hər zaman bağrın sakit, xoşbəxtliyin uca, həyatın bahar kimi bərəkətli olsun!
Sənin torpağında yalnız sülh, dostluq və firavanlıq hökm sürsün!
Bütün sevgim və sədaqətimlə sənə gəlirəm, Azərbaycan.
Sənə həsr etdiyim hər bir misra, hər bir nəfəs sənin böyük mədəniyyətinə və qızıl tarixinə qatılsın.
Mənim qəlbimdəki ən yaxın aləm, sevimli vətənim, sən həmişə məni bağrına basırsan.

Azərbaycan

Azərbaycan – qardaş xalqım,
Can bir xalqım, qandaş xalqım.
Kamalından qəlbim coşar,
Ruhdaş xalqım, qandaş xalqım.

Göylərində sönməz günəş,
Sənə gülüb, baxar hər an.
Sığınmaqda sənə könlüm,
Mən Bakıya verərəm can.

Vətənimtək müqəddəssən,
Mənə əziz hər bir çağın.
Dalğalansın yüksəklikdə,
Uca olsun qoy bayrağın.

Şəhid oldu oğulların,
Mənimkidir ürək dağı.
Qalmasın heç bir üzüntün,
Abad görək Qarabağı!

Müəllif:  Cihangir NOMOZOV,
“YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.

Güli Nigor (Gülchehra Juraeva)nın yazıları


XASİYYƏT RÜSTƏİN YAZILARI

XASİYYƏT RÜSTƏMOVANIN YAZILARI

XOSİYAT RUSTAMOVANIN YAZILARI

TORA SÜLEYMANIN YAZILARI

CİHANGİR NOMOZOVUN YAZILARI

HÜSNÜİDDİN HAYITIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Camal Cəfər – Sumqayıt

Sumqayıt

Doğma şəhərim! O şəhər ki …
Səninlə bir xoşbəxtliyim ucalır,
Sevinir, sevincim göylərə qalxır,
Pərvaz edərək qəlbdə dolanır,
Doğmalıq hər zaman adında olan,
Yaşlansa da cavan qalan Sumqayıt!
Əziz şəhərim! O şəhər ki …
Küçələrin, döngələrin, yolların,
Şahid olub ürəklərin sözünə.
Gülür sakinlərin gülər üzünə,
Yaşlansa da cavan qalan Sumqayıt!
Sülh şəhərim! O şəhər ki …
Sevgi dolu hər qarışı, havası,
Göyərçinlər qanad çalan səması,
Dillərə dastandır, səsi, sədası,
Yaşlansa da cavan qalan Sumqayıt!
Gənc şəhərim! O şəhər ki …
Daim önəm verən elmə, təhsilə,
Alır nəsillərdə bu tərz silsilə,
Camal, çiçəklənir hər ildən-ilə,
Yaşlansa da cavan qalan Sumqayıt!
22 Noyabr, 2024.

Müəllif: CAMAL CƏFƏR

CAMAL CƏFƏRİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elman Eldaroğlu – Varsansa, demək hələ tükənməmisən…

Varsansa, demək hələ tükənməmisən…

Əsli-kökü Cənubi Azərbaycanın Qaradağ mahalındandır. Ulu babası o vaxt Qarabağa gələrək, orada məskunlaşıb. Şuşada doğulub böyüyən maarifpərvər, şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi Həsənəliağa xan Qadağskinin nəticəsidir.
Atası məşhur diktor, əməkdar artist, səsi ilə ürəklərdə yuva quran Aydın Qaradağlı, anası isə ölkəmizdə peşəkar diktorluq məktəbinin yaranmasında xüsusi xidmətləri olan, təmiz, cilalanmış, məlahətli səs sahibi Gültəkin xanım Cabbarlı olub.

Deyir ki:- “Biz cəmiyyətdə kitaba olan həvəsi, elmə olan marağı, intellekti qaldırmasaq, tamaşaçı zövqünü cilalaya bilmərik. Bu gün bütün telekanallar cəmiyyətin zövqünün əsirinə çevrilib. Axı verilişlər cəmiyyətin zövünə uyğun olmalıdır. Bu çox vacib məsələdir. Cəmiyyətin zövqünü formalaşdırmaq ümdə, ən böyük, ali bir məsələ olsa da, çox çətindir. Bildiyiniz kimi, ölkəmizdəki kanalların əksəriyyəti kommersiya kanalıdır.
Mən telekanala rəhbərlik edərkən məşhur “Ford Boyard”ın Azərbaycan versiyasını düz iki il keçirdik. Elə bilirsiniz o, çox reytinqli veriliş oldu? Zövqümüzə uyğun olmayan, baxmaq istəmədiyimiz verilişlərdən belə “Ford Boyard”ın reytinqi iki dəfə yarım aşağı oldu. İki dəfə yarım… Onun dəyəri isə, nə deyim sizə, bəlkə də yüz, yüz əlli dəfə artıq idi. Həmin o zövq məsələsini qabartmaq naminə buna getdik. “Aydın səs” layihəsi oldu. Heç bir kommersiya yükü yox idi, bu verilişin. Nə oldu reytinqi?..”

Haqqında söhbət açdığım Vüqar Qaradağlı 1966-cı ildə Bakıda anadan olub. 1983-cü ildə orta məktəbi, 1990-cı ildə Bakı Dövlət Universitetinin şərqşqnaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. 1985–1987-ci illərdə hərbi xidmətdə olub.
Əmək fəaliyyətinə Bakı Dövlət Universitetindən başlayıb. 1990-1991-ci illərdə universitetin baş laborantı, 1991-1992-ci illərdə tədris hissəsinin böyük inspektoru, 1992-1994-cü illərdə ərəb filologiyası kafedrasının müəllimi, 1994-2006-cı illərdə baş müəllimi vəzifələrində çalışıb.
1994-cü ildən 1999-cu ilədək BDU-nun İlahiyyat fakültəsinin ilk dekan müavini işləyib. 2006-cı ilin dekabrından Bakı Dövlət Universitetinin Ərəb filologiyası kafedrasının dosentidir. 2012-2017-ci illərdə Azad Azərbaycan Müstəqil Tele Radio Kompaniyasının prezidenti olub. 2010-cu ildə əməkdar jurnalist fəxri adına layiq görülüb…

Artıq bir neçə ildir ki, televiziyadan uzaq düşsə də, elmi fəaliyyətlə məşğuldur. Siyasətdən çox uzaqdır. İnadkar, mərd, əqidəli adamdır. Ünsiyyətdə mehriban, şən olsa da, iradə göstərməyi, sözü üzə deməyi bacarır. Yarınmaq, yaltaqlıq etmək, kiminsə qarşısında qürurunu alçaltmaq onun ruhuna yaddır…

Bizdə belə bir məsəl var- “Yıxılana balta vuran çox olar.” Əslində vəzifədən azad olunmaq, uzaqlaşdırılmaq hələ “yıxılmaq”, “son” demək deyil. Çünki ömür davam edir, yaşayırsan. Yaşayırsansa demək, varsan, tükənməmisən…

Bəli, noyabrın 24-ü hamımızın adını ehtiramla çəkdiyimiz, məşhur diktor Aydın Qaradağlının yadigarı- Vüqar bəyin növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, firəvan həyat arzulayıram.
Yeni yaşı mübarək!

Hörmətlə: Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elşən Təhməzov – “Avtobus”

“Avtobus”

(tragikomik şeir)

Ən gözəl xəyalları avtobusda qururam,
Buradakı arzular şəkər dadır, bal dadır.
Bir az məni güldürür, sonra da sevindirir,
Yaxşıca inandırıb axırda da aldadır.

Gözüm dalır yollara, milyonluq maşınlara,
Hər on metrdən də bir göz qamaşdıran villa.
Nə durmusan sən də qur xəyalında cah-cəlal,
Çox da fikir eyləmə, qaşqabağını sallama.

Maşın gedir arzular keçir gözüm önündən,
Qurduğum xəyalların yoxdur tayı, bənzəri.
Ya direktor oluram, ya müdir müavini
Ya şirkətin rəhbəri, ya nəyinsə naziri.

Var on beş telefonum zənglərim də dayanmır,
Dayanmayan zəngləri görən necə qapadım?
Pəncərin tozuna yaxından boylananda
Gördüm ki, vardır mənim üç nobel mükafatım.

Verdi tormoz avtobus yıxılmışdım az qala,
Ürəyimdə düşündüm yaxşı yerdən tutmuşam.
Həmən qayıtdım ora – gözəl Floridaya
Dəniz kənarındayam yanakı uzanmışam.

Şəxsi təyyarəm də var beş-on metr kənarda,
Yanımda köməkçilər, əlimdə kitablarım.
Müavinim söylədi: “Bəlkə, gedək Londona ?”
Söylədim ki, kofemi gözlə içim qurtarım.

Mühafizəçilərim ötürdü təyyarəyə
Bu dəmdə də gözlərim dalmışdı buludlara.
Kim isə pilotlara saxla dedi düşən var,
Az keçmədi məni də itələdi kənara.

Toz bürüdü buranı daşlıdır kəndin yolu,
Pəncərə də açıqdır, üst-başım da qapqara,
Cibimdən də çıxardım qalan bir manatımı,
Qurduğum milyona bax, onlar hara bu hara ?

Çatıram ünvanıma son on metrlikdəyəm,
Fikirlər sevinərkən qəm tərəfə sürüşdü.
Avtobusdan enəndə xəyallar da mənimlə,
Bu palçıqlı çalaya, palçıqlı suya düşdü.

Müəllif : Elşən Təhməzov

Qiraətçi, şair Azərbaycan ədəbiyyatı üzrə tədqiqatçı.

Elşən Təhməzoun yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahir Cavadlı yazır

ERMƏNİLƏRİN ZƏNGİLAN “TAPINTI”ları

Bütün dünya Azərbaycana toplaşıb KOP29 kimi beynəlxalq əhəmiyyətli tədbirə öz töhfəsini verməyə çalışdığı bir vaxtda Ermənistanın baş naziri Nikol Paşinyanın bir az öz millətinin qınağından, bir az da himayədar Fransa hakimiyyətinin hədələrindən qorxaraq bu tədbirə qatılmadığı bəs deyilmiş kimi, məhz bu günlərdə ermənilərin Zəngilan rayonu ərazisində tarixi abidələrinin dağıdılması haqqında yalanlar uydurması qəribə görünür. Guya Zəngilan (ermənilər Kovsakan yazır) rayonu ərazisində ermənilərə məxsus Tamdzatap kilsəsi dağıdılıb. Məlumat rus saytlarında yayılıb. Qeyd olunur ki, XIX əsrdə bu erməni kəndi ərazisində tikilmiş kilsə 2023-cü ilin oktyabrında uçurdulub. Məkanı və zamanı bəlli olmayan görüntülərin əlavə edildiyi bu feyk xəbərə kiminsə inanacağı inandırıcı görünməsə də, milçəyin ürəkbulandırması əbəs çəkilmiş misal deyil.

Bu yalan həm də baş aldığı ölkənin təşkilatçılığı ilə elə bu ölkənin baş şəhərində feyk xəbərlərin yayılmasına dair geniş tədbirin keçirildiyi ərəfədə baş tutub. Əlbəttə, tədbirdə Azərbaycan nümayəndəsinin ətraflı çıxışı, ölkəmizə qarşı böhtan və şər kampaniyalarının aparılması faktlarını birər-birər iştirakçıların, yəni mətbuat nümayındələrinin nəzərinə çatdırması maraq doğurur. 

Göürünən odur ki, dünya nüfuz sahiblərinin Azərbaycanın təşkilatçılığı haqqında xoş sözlərini həzm edə bilməyən düşmənlərimiz daha bir qarayaxma kampaniyasına start veriblər. Onların xarakteri belədir və sözün tam mənasında folklorumuzdakı “qozbeli qəbir düzəldər” misalı məhz bu məqamda yerinə düşür. Və yenə çox təəssüf ki, bu sayaqlamalar ötən əsrin 80-ci illərində olduğu kimi Rusiyadan yayımlanıb. Yəni şimal qonşularımızın jurnalistikası o qədər bərbad gündədir ki, bu faktı dəqiqləşdirmək imkanları olmasın?! Tutaq ki, 30-40 il əvvəl din yaxınlığı, yaxud erməni konyakının dadı rusiyalı həmkarlarımızın bəsirət gözünü yummuşdu. Bəs bu illərdə baş verənlər, ermənilərin siyasi avantüralarl, öz böyük qardaşlarına qardaşlarına qarşı kiçik bacılıq xəyanətləri həqiqətin nədən ibarət olduğuna aydınlıq gətirmədimi?! Bu gün dünyanın hər hansı bir nöqtəsində oturub Amazon sahillərində, yaxud Afrika cəngəlliklərində nələr baş verdiyini, hansı heyvanın, həşəratın, yaxud bitkinin durumu haqqında məlumat toplana biləcəyi intelektual inkişaf səviyyəsi zamanında hamıya və hər kəsə açıq olan Azərbaycanda nə baş verdiyinə aydınlıq gətirməkdə ciddi problem olmamalıdır. Əlbəttə, xoş niyyət varsa…

Ermənilərin bu böhtanlarına başı ciddi işlərə qarışan rəsmilərdən bir cavab gəlməsə də, söz adamlarımız qələmə sarılıb tarixi gerçəklikləri yerinə qoydular. Zəngilanlı yazıçı Əli Bəy Azərinin sosial şəbəkədə yaydığı və mətbuatda dərc etdirdiyi məqaləsində oxuyuruq:

“Əlbəttə, bu məlumat ermənilərin növbəti uydurmasıdır. Azərbaycanın davamlı sülh tədbirlərində qarışıqlıq salmaq, pozuculuq yaratmaq məqsədi daşıyır. Bununla belə cavabı verilməlidir, aydınlıq gətirilməlidir ki, dünya ictimaiyyəti xəbərdar olsun.

Ermənilər Zəngilana niyə KOVSAKAN deyirlər? Erməni dilində belə bir söz varmı? Varsa, nə məna daşıyır?

Kovsakan sözü KOSAXAN sözündən uydurulub. 1930-cu ilədək Zəngilanda 15-17 evdən ibarət balaca bir kənd olub. Kollektivləşmə dövründə yaxınlıqda yerləşən daha böyük kənd – Cahangirbəyliyə birləşdirilib. Əgər ermənilər XIX əsrdə Zəngilan ərazisində yaşayıblarsa, o kəndin adı ermənicə necə olub?

Kilsə məsələsinə gəlincə, qeyd etmək lazımdır ki, Zəngilan ərazisində iki kilsə olub, var, mədəni abidələr siyahısına salınıb, qoruna bilər. Şatarız kəndi ərazisində və Qarababa kəndindəki kilsələr sovet dövründə tədqiq olunub.

Qarababa kilsəsi yaxınlığında aparılmış qazıntılar zamanı Makedoniyalı İsgəndərin adına kəsilmiş sikkələr və o dövrün silah qırıntıları tapılmışdır. Tarixi mənbələr təsdiq edir ki, məhz Azərbaycanda xristianlıq dövrü o vaxta – Romalıların şərqə səlib yürüşü dövrünə (e.ə I əsrə) təsadüf edir. Onda Qafqazda yox, dünyanın heç bir yerində ermənilər (hayların) izi-tozu da yox idi..

Bu da real gerçəklik! Bəlkə bu reallıqlara əks məlumatı yayanlar ermənicə Kovsakan sözünün olduğunu və nə məna daşıdığını izah edələr? Qəribədir ki, vikipediyada axtarış verərkən ermənicə heç bir məna daşımayan bu sözlə yanaşı Oxçu çay toponimi də gəlir. Bəlkə bu da erməni sözüdür və ermənilərdə “ox” sözündən “çu” sözdüzəldici şəkilci var və “çay” sözü də ermənicə hansısa bir mənanı daşıyır?! Hələlik bu haqda dilçilik elminə heç nə məlum deyil. Ancaq mümkündür ki, yaxın tarixdə bədnam qonşularımız öz havadarlarının dil köməkliyi ilə bu barədə də nə isə uydursunlar.

Yeri gəlmişkən: Bu yaxınlarda böyüyüb boya-başa çatdığım Zəngilan şəhərinə səfərim, doğmalarımın məzarlarını bərpa etmək üçün qəbristanlığda qarşılaşdığım mənzərəni göz önünə gətirmək istəyirəm. Əlbəttə, Ali Baş Komandanın və rəşadətli ordumuzun sayəsində yurdumuza qayıtdıqdan sonra gördüklərimlə gözəl təbiəti olan bir diyarda 30 il ərzində insan adlanacaq məxluqun yaşadığına inana bilmirdim. Viran qalmış təbiətlə, xarabalıqlara dönmüş evlərlə və … yerlə yeksan edilmiş məzarlıqlarla tanışlıq Kosaxan kəndinin tarixinə də aydınlıq gətirməyə əsas verir. Bu sözləri ermənilərin 30 il əsarətdə saxladıqları və 44 günlük müharibədə geri qaytarılmış hər qarış Azərbaycan torpağı haqqında demək olar. Bu gün aparılan geniş quruculuq və abadlıq işləri əlbəttə ki, bədxahlarımız tərəfindən ürəkaçıqlığı ilə qarşılana bilməz. Və bizə, başqa sözlə ifadə etsək, həqiqət əleyhinə hiddət sahiblərindən ən bəd əməlləri gözləmək və buna hazır olmaq qalır. Çünki Azərbaycan öz müstəqillik və bütövlük tarixini yazmaqda davam edir və bu gerçəklik bədxahlarımızı daha çox qıcıqlandırır.

Burada bir məsələyə aydınlıq gətirmək yerinə düşür. 44 günlük müharibədə mətbuatın gücünü xalqımız da hiss elədi, üstəlik haqq səsimizi dünyaya çatdırmağı bacardığımızı da isbatladıq. Az müddət keçsə də, kafi sayda kitablar, müxtəlif janrlarda bədii və sənədli əsərlər yazılıb, filmlər çəkilib və bu iş davam etdirilir. (Ədəbiyyat və incəsənətdə tutarlı bir şey olmadığını deyənlər və yazanlar ədəbiyyatımız və incəsənətimizlə dərindən tanış olmayıb ənənəvi tənqid kampaniyasına qulluq edənlərdir.) İldən-ilə bu sahədə püxtələşmə gedir və tədbirlər daha məzmunlu və kütləvi xarakter alır. Təəssüf ki, bizə – millətimizə, xalqımıza, dövlətimizə və dövlə tçiliyimizə qarşı təbliğat kampaniyalarına qarşı qabaqlayıcı tədbirlərə hazır ola bilmirik. Halbuki, ulu öndər Heydər Əliyev və müzəffər dövlət başçımız öz çıxışlarında təbliğat sahəsində qabaqlayıcı tədbirlərin əhəmiyyətini xüsusi qeyd etmişlər. Yazıçı Əli Bəy Azərinin erməni uydurmalarına tutarlı cavabı gecikməsə də, erməniləri yalançı təbliğata, dünya ictimaiyyətini çaşdırmağa yönəlmiş bu böhtanlara görə divara qısnamağa rəvac vermək məqamı çatıb. Bu məlumatı yayan informasiya mənbələrini təkzib verməyə niyə cəhd etmirik? Hər halda prinsipiallıq göstərərək ciddi və ifşaedici tələblərimizi səsləndirməliyik. İlk növbədə dövlət tərəfindən kifayət qədər vəsait ayrılan xəbər agentlikləri və mətbu orqanlar bu missiyanı öz üzərlərinə götürməlidirlər. Zamanı çoxdan çatıb.

MÜƏLLİF: MAHİR CAVADLI, şair-jurnalist 

MAHİR CAVADLININ YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

EMFİRA ƏRKLİ – TANRIM, MƏNİ UNUTMA

EMFİRA ƏRKLİ (TAĞIYEVA) – “TANRIM, MƏNİ UNUTMA” – KİTAB

l>>>EMFİRA ƏRKLİ – “TANRIM, MƏNİ UNUTMA” – KİTAB PDF

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

GÜNEY AZƏRBAYCANLA BAĞLI YENİ ARAŞDIRMALAR TOPLUSU YAYINLANDI

GÜNEY AZƏRBAYCANLA BAĞLI YENİ ARAŞDIRMALAR

TOPLUSU YAYINLANDI

Bu günlərdə “Yeni dünya düzəni və Güney Azərbaycan problemi” adlı elmi məqalələr toplusu yayınlanıb. Professor Vaqif Sultanlı və doktor İrəc İsmayılın hazırladığı, “Aveprint” nəşriyyatında yayınlanan kitabda Güney Azərbaycanın aktual problemlərinə həsr olunmuş müxtəlif məzmunlu araşdırmalar toplanmışdır.

Oxucuların mühakiməsinə verilən kitab Güney Azər­bay­canla bağlı tarixi, siyasi-ideoloji və ədəbi-kulturoloji problemlərə ay­dın­lıq gətirilməsi məqsədilə hazırlanmışdır. Burada bir tərəfdən tarixi-siyasi, qarşı tərəfdən ədəbi-kulturoloji səpkili araşdırmalara yer ve­rilmiş, bu isə problemin hərtərəfli müstəvidə dəyərləndiril­mə­sinə imkanlar açmışdır.

Vaqif Sultanlı və İrəc İsmayılın kitaba yazdığı “Güney Azərbaycan problemi çağdaş düşüncə axarında” adlı öz sözdə problemin aktuallığına diqqət çəkilir:  “Çox təəssüf ki, demokratik dünya uzun illərdən bəri şovi­nist İran fars rejiminin basqıları altında inləyən, hər cür insani hüquqlardan məhrum olan, dar ağacına sürüklənən, məhbəslərdə, sürgünlərdə ağır işgəncələrdən ölümə tərk edilən, qür­bətdə can verən Güney Azərbaycan Türklərinin taleyinə hələ də səs­siz qal­maq­dadır. Dəqiq olmayan statikstik bilgilərə görə, İran bu gün dün­yada edamların sayına görə ilk yerdə dayanan dövlətlər sırasın­dadır. Ölkədə narkotik alveri adı altında məhkum edilən, dar ağacından asılan gənclərin böyük əksəriyyəti siyasi fəaliyyətlə məş­ğul olan şəxslərdir”. “Ön söz”də daha sonra  Güney Azərbaycan probleminin çözüm yolları ilə bağlı məsələlərərə aydınlıq gətirilir: “Güney Azərbaycan probleminin həlli bölgə dövlətləri ilə bağlı əsrlərdən bəri həllini gözləyən bir sıra ortaq siyasi məsələ­lərin çözül­mə­sinə imkan ve­rə­cəkdir. Başqa sözlə, Güney Azər­baycanın ba­ğımsızlıq qazan­ma­sı ilə yad güclərin əlilə par­ça­lanmış vahid xalqın birləşərək gələ­cəkdə yara­tmış olacağı Bü­töv Azərbaycan dövləti bütünlükdə Şərqin taleyində həlledici rol oynacayacqdır”.

Kitaba daxil edilən, mövzu-problem baxımından çeşidli olan, biri digərini tamamlayan məqalələr Azər­bay­can araşdı­rıcıları ilə yanaşı, Türkiyə və Misir alimlərinin əsərlərini də əhatə etməkdədir.




VAQİF SULTANLININ YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru