
Şair Lee Hye-Seon 1950-ci ildə anadan olmuş, şair, ədəbiyyatşünas, Ədəbiyyat elmləri doktoru və poeziya yazıcılığı üzrə professorudur. O, 1981-ci ildə Simunhak ədəbi jurnalının tövsiyəsi ilə ədəbi fəaliyyətə başlamışdır.
O, bir sıra şeir kitablarının müəllifidir: “Alovla Söndürmək” “Suda Yanmaq”,” Daşan İçkinin Yarısı”, “Hər Gün Gözəl Gündür”,” Quş Səsi Çatdırılması, Əgər Küləklə Qarşılaşsan, Məni Özümdən Yaxşı Tanıyan, Müqəddəs Varlıq (Tək Tanrı) və s. Bundan başqa, o, Li He-Sonun Poeziyası ilə Bir Axşam, Li He-Sonla Məşhur Şeirlərə Səyahət, Ədəbiyyat və Yuxuların Təcəssümü, Atamın Təhsil Metodları adlı kitabların da müəllifidir. Şair həmçinin Korona? Koreya! adlı toplunu tərtib etmişdir. 2016-cı ildə onun əsərləri Seconq Kitab Ədəbi Paylaşım Proqramında seçilmiş ən yaxşı kitablar sırasına daxil edilmişdir.
Li He-Son bir çox ədəbi mükafatlara layiq görülmüşdür: Yun Donq-Cu Ədəbiyyat Mükafatı, Koreya Müasir Şair Mükafatı, Koreya İncəsənət və Mədəniyyət Böyük Mükafatı, Tənqidçilər Assosiasiyasının Tənqid Mükafatı, Donqquk Ədəbiyyat Mükafatı, Pyoam İkce Ədəbiyyat Mükafatı, Koreya Poeziya və Ədəbiyyat Mükafatı, Seonsa Ədəbiyyat Mükafatı və başqaları.
O, Donqquk Universiteti və Seconq Universitetində dəvətli professor kimi çalışmış, müxtəlif ali məktəblərdə dərs demişdir. Bundan əlavə, Koreya Yazıçılar Birliyinin sədr müavini, Mədəniyyət, İdman və Turizm Nazirliyi yanında Ədəbiyyatın İnkişafı üzrə Siyasət Komitəsinin üzvü, Koreya Qadın Yazıçılar Birliyinin sədri, həmçinin Donqquk Ədəbiyyat Cəmiyyəti, Koreya Poeziya və Ədəbiyyat Yazıçıları Assosiasiyası, Qanqdonq Ədəbiyyat Assosiasiyasının prezidenti kimi vəzifələrdə fəaliyyət göstərmişdir.
Hazırda o, Koreya Yazıçılar Birliyinin məsləhətçisi, PEN Beynəlxalq Koreya Mərkəzinin məsləhətçisi, Koreya Qadın Yazıçılar Birliyinin fəxri sədri və Koreya Dünya Ədəbiyyatı Assosiasiyasının prezidentidir.
Onun poeziyası İtaliya, Almaniya, Misir, Yunanıstan, Belçika, Pakistan, Banqladeş, Kosovo, Albaniya, Vyetnam, Meksika, Cənubi Amerika ölkələri, Rusiya, Qırğızıstan və Qazaxıstanda tərcümə edilərək oxuculara təqdim olunmuşdur.
PROLOQ
Biz bir olacağıq
Bənövşəyi şüalarla işıqlanan səmada
çay axını sürətlə irəliləyir.
Mən uzaq bir səfərə çıxanda,
səni yolumda arzulayıram.
Bəzən, sular dayazlıqlardan əyilərək axır.
Bəzən, saman və palçıqlı torpaq bir-birinə qarışır,
nəhayət bir bədən olaraq axırıq.
Dayaz çayda, biz balıqları böyüdürük,
təmiz, sürətli çayda isə somonları.
Su ilə birlikdə axacağıq,
sonunda dəniz olaraq birləşəcəyik –
biz bir olacağıq.
KOİ QANUNU
Koi balığı bəzək balığıdır,
akvariumda saxlananda,
yalnız 8 santimetr böyüyür.
Amma axına buraxılsa,
sonsuz böyüyə bilər –
bütün arzuların kimi.
Tərcümə və təqdimat: Cahangir NAMAZOV,
“Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.