Xalq şairi Bəxtiyar Vahabzadənin 100 iliyi münasibətilə “Ana Dili” qiraət müsabiqəsi çərçivəsində görüş keçirilib

Xalq şairi Bəxtiyar Vahabzadənin 100 iliyi münasibətilə “Ana Dili” qiraət müsabiqəsi çərçivəsində görüş keçirilib

Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan İncəsənət Məktəbinin birgə təşəbbüsü, Obraz Coffee houseun dəstəyi ilə, xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə “Ana Dili” adlı qiraət müsabiqəsi çərçivəsində uşaq, yeniyetmə və gənclərlə görüş keçirilib.

“Ana Dili” qiraət müsabiqəsi adlı bu layihənin əsas məqsədi Azərbaycan dilinin gözəlliyini və zənginliyini gənc nəslə daha dərindən tanıtmaq, onları ədəbi irsimiz və poeziyamızla yaxından tanış etməkdir.
Bundan əlavə, uşaq, yeniyetmə və gənclərin bədii qiraət, səhnə mədəniyyəti və yaradıcı ifadə bacarıqlarının inkişaf etdirilməsi, gənc nəslin ədəbi düşüncə tərzi və estetik zövqünün formalaşdırılması, eləcə də milli dəyərlərə bağlı, yaradıcı və düşünən gəncliyin yetişdirilməsi məqsədilə bu kimi layihənin təşkilinə xüsusi önəm verilib.

Görüş mərasimində ədəbiyyatımızın görkəmli nümayəndələri – Xalq yazıçısı Anar Rzayev, “Qobustan” dərgisinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Pərvin Nurəliyeva və Azərbaycan İncəsənət Məktəbinin direktoru Tural Əliyev iştirak edərək, şairin zəngin yaradıcılıq irsinin gənc nəsil üçün böyük əhəmiyyət daşıdığını vurğuladılar.

Tədbirdə uşaq, yeniyetmə və gənclər Bəxtiyar Vahabzadənin poeziyasından seçilmiş şeirləri böyük həvəslə səsləndirərək, onun yaradıcılığına olan sevgilərini nümayiş etdirdilər.

Layihənin sonunda çıxış edənlər arasında ən yaxşı bədii qiraət nümayiş etdirən I, II və III yerin qalibləri kubok, diplom və xüsusi hədiyyələrlə təltif olunacaqlar. Digər bütün iştirakçılara isə iştirakçı sertifikatı təqdim ediləcək.

Məlumatı hazırladı: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Helsinki Universitetinin Aleksanteri İnstitutunun direktoru professor Markku Kanqaspuro və institutun professoru Dmitri Frolov Azərbaycan Milli Kitabxanasında olublar

Helsinki Universitetinin Aleksanteri İnstitutunun direktoru professor Markku Kanqaspuro və institutun professoru Dmitri Frolov Azərbaycan Milli Kitabxanasında olublar

5 sentyabr tarixində Helsinki Universitetinin Aleksanteri İnstitutunun direktoru Markku Kanqaspuro və institutun professoru, tədqiqatçısı Dmitri Frolov Azərbaycan Milli Kitabxanasında olublar.

Görüş zamanı Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova qonaqları səmimi salamlayaraq onları kitabxanada görməkdən məmnunluğunu ifadə edib. O, həmçinin Milli Kitabxananın tarixi, zəngin fondu və kolleksiyalar barədə geniş məlumat verib, kitabxananın elmi və mədəni fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Qonaqlar Aleksanteri İnstitutunun fəaliyyəti, Azərbaycanda aparılan tədqiqatlar və institutun Rusiya, Şərqi Avropa və Avrasiya üzrə həyata keçirdiyi milli və beynəlxalq layihələr barədə danışıb, institutun sosial və humanitar elmlər sahəsində aparıcı tədqiqatlar və ekspertiza fəaliyyəti həyata keçirdiyini, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə fəal əməkdaşlıq etdiyini qeyd ediblər.

Söhbət zamanı iki ölkə arasında mövcud olan dostluq münasibətlərindən, qarşılıqlı əlaqələrinin qurulmasından, kitab mübadiləsinin əhəmiyyətindən bəhs olunub.

Azərbaycan Milli Kitabxanası ilə yaxından tanış olan qonaqlar kitabxananı çox bəyəndiklərini söyləyiblər.

Sonda direktor müavini Ədibə İsmayılova qonaqlara Milli Kitabxananın nəşrlərindən “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu və “Salam Azərbaycan” kitabını hədiyyə edib.

Mənbə və ətraflı:

https://www.millikitabxana.az/news/helsinki-universitetinin-aleksanteri-institutunun-direktoru-professor-markku-kanqaspuro-ve-institutun-professoru-dmitri-frolov-azerbaycan-milli-kitabxanasinda-olublar

Azərbaycan Milli Kitabxanası

Milli Kitabxanada “6 sentyabr – Beynəlxalq Kitaboxuma Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “6 sentyabr – Beynəlxalq Kitaboxuma Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

1852-ci ilin 6 sentyabr günündə Mançesterdə ilk pulsuz kitabxana fəaliyyətə başladığından bu günü kitab oxumaq günü kimi dəyərləndiriblər. Bu gün insanı formalaşdıran, mənəvi aləmini zənginləşdirən kitabların əhəmiyyətini vurğulayır.

Milli Kitabxanada gənclərin fəal mütaliəyə cəlb olunması, mütaliə mədəniyyətinin formalaşdırılması, kitab və mütaliənin təbliği məqsədilə “6 sentyabr – Beynəlxalq Kitaboxuma Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.

Virtual sərgi ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:
https://anl.az/el/vsb/Beynelxalq_Kitaboxuma_Gunu/index.htm

Vitual sərgidə şüurlu və sürətli oxu, kitabla rəftar, uşaqlar və mütaliə, kitab bayramları, oxu mədəniyyəti, söz, kitab, mütaliə, kitabxana və s. haqqında dövri mətbuatda çap olunan məqalələr, fotolar, Azərbaycan və xarici dillərdə kitablar nümayiş etdirilir.

Azərbaycan Milli Kitabxanası

Жансая (Бийбимәрьям) Утамбетова – ГҮЗГИ ТОЛҒАНЫС

ГҮЗГИ ТОЛҒАНЫС

Көргим келди, гүзги мәўрит тоғайды,
Алтын сыя түске енип атырған.
Қәлбим кимди дейди, кимди сорайды?.
Алыс – алыслардан илҳәм шақырған…

Бунша бояў берген қайсы сүўреткеш,
Қызыл, жасыл, сары көркемлик етип.
Ана тәбиятым сәлем Әссалам,
Сени көрмек ушын келдим мен жетип…

Бир гәпи бар еди айтқан ағайдың,
Зейниң ашылар деп кеўил сарайдың.
Және кеўлим ғаплет ойларға баттым,
“Тарзаны” бармекен деп мына тоғайдың…

Кинода көргендей кеп кетсе екен,
Сени сүйдим десе, деп кетсе екен.
Белимнен қушақлап, шақтан шақларға,
Деген қыял келер ап кетсе екен…

Гүзги көриниске көзим тоймады,
Тоғай жарасығы менде бир гүлмен.
Қараң тәбиятты, қараң гүзимди,
Сениң қушағыңда тентиреп жүрмен…

YAZAR: BİBİMƏRYƏM

BİBİMƏRYƏMİN DİGƏR YAZILARI

Dərvişəm, müqqəddəs sayılır təkkəm

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əjdər Əlizadə – Söz

SÖZ
(Rəməl bəhri, növ-2, variant I)

Həm qohumsan, həm yaxınsan, həm dönürsən yadə, söz!..
Həm şirinsən, həm zəhərsən, tez çönürsən dadə, söz!..

Bə’zən almırlar vecə, hallansa da milyon kərə,
Bə’zən ən müşkül işi səhman edər bir sadə söz…

Ən müasir bir silahdır, mərmidən sür’ətlidir,
Ləl cəvahirdən dəyərli, xəznədir dünyadə söz…

Qan yatırdan, ac doyurdan, müştərək zamin duran,
Korda göz, karda qulaq, bumbuz bulaq səhradə – söz…

Əyrini pərt eyləyən, gözdən salan, keçməz yalan,
Düzgünü həm sevdirən, həm eyləyən Şahzadə – söz…

Cahili yoldan sapırdan, varlığın inkar edən,
Kamili tez mindirən həm şöhrətə, həm adə – söz..

Əjdəra, heç düz yolundan dönmədin əsla müdam,
Sən çox erkən nuş edib haqqın «şərabın – badə» – söz…

04.12.2023

ƏJDƏR ƏLİZADƏ

ƏJDƏR ƏLİZADƏNİN YAZILARI

Əjdər Əlizadə – Şair

BİR ŞAİR VAR İDİ…
(Şair dostum German Adğamlıya)

Bir şair var idi, can, Qarabağlı,
Alimin ağlından ötəydi ağlı.
Cümləsi badamdı, sözləri püstə,
Şeirlə qoyardı dağı dağ üstə…

O şair dağılan şəhərdən çıxıb,
Söz ilə nahaqqı sürüyüb, yıxıb.
Tıkanlı yollarla daim gəzərdi,
Ürəyi sancanda ona dözərdi…

O şair yaşayır, özü də necə,
Necə yaşadığın almayır vecə.
Yaşayır, dərd biçib qəm əkə-əkə,
Gözünün yaşından nəm çəkə-çəkə…

O şair Germandır, onu sevir el,
Sanmayın, zəhməti danılacaqdır.
Onu yıxsa külək, aparsa da sel,
Yüz illər boyunca anılacaqdır…

02.09.2024

ƏJDƏR ƏLİZADƏ

ƏJDƏR ƏLİZADƏNİN YAZILARI

QÜDRƏT RAMAZANOĞLU YAZIR

USTAD QƏZƏLXAN

Əjdər Əlizadə XXI əsr Azərbaycan ədəbi irsini öz möhtəşəm, mükəmməl qəzəlləri ilə zənginləşdirmiş Azərbaycanın ustad qəzəlxanıdır. Xalqın Şairidir, titullarsız, ordenlərsiz, medallarsız, fəxri adlarsız olsa da belə. O, Mühəmməd Füzulidən bəri Azərbaycan qəzəl sənətində parlayan nadir ulduzlardan biridir.
Qəzəllərini daha da möhtəşəm və ürəkoxşayan edən mükəmməl qəzəl qanunlarının əksi ilə bərabər – beytlərdə, misralarda parlayan sevgidir, insana və dünyamıza yönəli ilahi bir sevgi.
Əzizimiz Ustad Qəzəlxan Əjdər Əlizadəyə dərin hörmət və sayğılarla.


Qüdrət RAMAZANOĞLU

QÜDRƏT RAMAZANOĞLUNUN YAZILARI

ƏJDƏR ƏLİZADƏNİN YAZILARI

KAMRAN NƏZİRLİ YAZIR

SÖZÜN GƏLİŞİ
Şair Əjdər Əlizadə haqqında bir neçə söz
Klassik Şərq ədəbiyyatının şeir növü sayılan qəzəl yazılı ədəbiyyatın ən çətin janrlarından biridir. Əruz vəzninin müxtəlif bəhrlərində yazılan bu janr tarixən poeziyamızda ən çox işlənən bir formadır. Klassik Azərbaycan şairləri Xəqani, Nizami, Nəsimi, Füzuli, Saib Təbrizi, Seyid Əzim Şirvani, Mir Möhsün Nəvvab, Natəvan, Xətai… qəzəlin klassik nümunələrini yaradıblar. Sovet dönəmində, daha sonra isə müasir ədəbiyyatımızda da Əliağa Vahid, Mirmehdi Seyidzadə, Bəxtiyar Vahabzadə, Zeynal Cabbarzadə, Hacı Mail, Ələkbər Şahid, Həkim Qəni, Bakir və s. kimi ustad qəzəlxanlar klassik şeir ənənələrini davam etdirib, bu janrın müxtəlif bəhrlərində gözəl əsərlər ortaya qoyublar. Son illər bu sahədə, daha doğrusu, əruzun zənginliyinə görə həzəcdən sonra ikinci çətin bəhri sayılan rəməldə yazıb-yaradan istedadlı şairimiz Əjdər Əlizadənin adını çəkə bilərəm.
Bu yaxınlarda Əjdər müəllim mənə nəşrə hazırladığı yeni qəzəllər toplusunu göndərmişdi və mən, düzü, bu qəzəllərin əksəriyyətini dostumun facebook səhifəsində oxumuşdum, amma bir o qədər də mahiyyətinə varmamışdım. Axı qəzəli və onun xüsusiyyətlərini nəzəri cəhətdən bilmirəm, sadəcə, məna və məzmunu ruhuma yatanda oxuyuram, dinləyirəm və dincəlirəm. Hərçənd çox cavan yaşlarımda mən də bir neçə qəzəl uydurmuşdum və mərhum xanəndəmiz Məmmədbağır mənim bir neçə qəzəlimi məclislərdə oxumuşdu. Sonralar anladım ki, bu “kola” başımı soxa bilmərəm, bunu bacara bilmək üçün İlahi Qüdrət lazımdı. Doğurdan da son otuz ildə gördüm ki, bu sahədə ilahi vergili müəlliflərimiz yetişib, onların bir çoxu ilə ünsiyyətdə oldum, bir çoxunu böyük fəxarət hissilə oxudum, dinlədim və sevdim. Bu müəlliflərdən biri də istedadlı qələm sahibi, şəxsiyyəti də yaradıcılığı qədər pak və səmimi olan Əjdər Əlizadədir.
Əjdər müəllimin qəzəllərini bir daha diqqətlə oxudum, sözün düzü, zövq aldım və ruhum təzələndi. Onun yaradıcılığında rəməlin təfilələri sanki Əkrəm Cəfərin bizə miras qoyduğu modellərlə tənzimlənir, bu “ağayana və ləngərli“, həm də əlvan sətirlərin harayı gah Qarabağdan, onun kədərli taleyindən, gah Böyük Zəfərimizdən, anamız Azərbaycanın ətirli torpaqlarından gəlir, gah da gözəlliyyə, sənətə, sözə, musiqiyə, insanlığa can verən sevgidən qaynaqlanır. Onun rəməlin müxtəlif variantlarında ustalıqla ərsəyə gətirdiyi qəzəllərin hər birinin özəl xüsusiyyəti barədə danışmağı, onları təhlil etməyi mütəxəssislərin öhdəsinə buraxıram. Amma bir cəhəti əminliklə qeyd edə bilərəm ki, Əjdər müəllimin oxudğum bütün qəzəlləri sənətkarlıq baxımından da, məzmun və forma baxımından da yenidir, ürəyə yatır, təqdir edilməlidir. Dil, üslub yerində, dəqiq struktur və təfilələr üzərində qurulan bütün növlər və variantlar demək olar ki, Əkrəm Cəfərin modellərinə uyğun gəlir. Əjdərin qəzəlləri mövzu baxımından da zəngindir, onun bu günə kimi oxuduğum qəzəllərində təbiət, sevgi, əxlaq-tərbiyə, fəlsəfi və ictimai-siyasi motivlər öz bədii həllini taparaq xüsusi bir estetika da yaradır. Əsl sənətin məqsədi elə budur.
Qələm dostum, müasir Azərbaycan qəzəlində fərdi dəst-xəttiylə seçilən istedadlı şairimiz Əjdər Əlizadənin növbəti kitabının da uğur qazanacağına əminəm. Və inanıram ki, Azərbaycan ədəbiyyatı tarixinə daha bir qəzəlxan ustadımız düşəcək.
Bakı, 8 avqust 2025-ci il

Kamran NƏZİRLİ

KAMRAN NƏZİRLİNİN YAZILARI

ƏJDƏR ƏLİZADƏNİN YAZILARI

VAQİF SULTANLININ “ÖLÜM YUXUSU” KİTABI GÜRCÜSTANDA YAYINLANDI

VAQİF SULTANLININ “ÖLÜM YUXUSU” KİTABI

GÜRCÜSTANDA YAYINLANDI

Bu günlərdə yazıçı Vaqif Sultanlının “Ölüm yuxusu”  adlı kitabı Tiflisdə gürcü dilində nəşr olunmuşdur. “Universal” nəşriyyatında yayınlanan, müəllifin eyniadlı povestinin, müxtəlif illərdə qələmə aldığı hekayələrinin daxil edildiyi kitabı gürcü dilinə Gülnarə Səfərova tərcümə etmişdir. Kitabın redaktoru Cemal Şoniyadır. Bu, Vaqif Sultanlının  gürcü oxuculara təqdim olunan ilk kitabıdır.

Müəllifin bədii yaradıcılığında önəmli yer tutan, indiyədək dünyanın bir çox dillərinə çevrilərək yayınlanmış “Ölüm yuxusu” povestində təsvir obyekti kimi seçilən yol çəkilişi fonunda qədim kənd məzarlığının köçürülməsi hadisəsi cəmiyyət həyatında baş verən ciddi çaxnaşma, təlatüm, qarşıdurma kimi canlandırılır. Real və şərti-metaforik üslubun qovuşuğunda təsvir olunan hadisələrin xaos bağlamında təqdimi yaradılmış obrazların fərdi xarakter cizgilərini çözməyə, mənəvi dünyasının gizlinlərini aşkarlamağa imkan verir.

Vaqif Sultanlının “Ölüm yuxusu” kitabına daxil edilmiş “Kül qəfəs”, “Zolaqlı yuva”, “Tərs axın” və başqa hekayələri özünə­məxsus dili, üslubu, fərqli yazı tərzi ilə seçilməkdədir. Yazıçı qələmə aldığı hekayələrdə özü də fərqinə varmadan içərisində olduğu sosial mühitin əsirinə çevrilən insanların düşüncə, həyəcan, sarsıntılarını canlandırmağa çalışmışdır.

Bütövlükdə “Ölüm yuxusu” kitabına daxil edilən əsərləri birləşdirən, ortaqlaşdıran əsas cəhət onların sosial-psixoloji və mənəvi-əxlaqi ovqata söykənməsi, mövzu-məzmun, ideya-estetik baxımdan güncəllik daşıması, çağdaş cəmiyyətdə müşahidə olunan özgələşmə, yaddaşsızlaşma, biganələşmə, gərəksizləşmə kimi ağrılı problemlərə sərt etiraz ruhu ilə seçilməsidir.


WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru