Məhəmməd Əsəd bəy -Qurban Səid kimi tanınmışdı

Özünü azərbaycanlı hesab edən, “Əli və Nino”, “Şərqdə neft və qan” əsərlərinin müəllifi, həyatı faciəli şəkildə bitən dünyaşöhrətli yazıçı Məhəmməd Əsəd bəy.
O, ədəbiyyat dünyasında Qurban Səid kimi tanınmışdı.

Lev Abramoviç Nussimbaum 1905-ci ildə yahudi ailəsində anadan olub və Azərbaycanın Bakı şəhərində böyüyüb.

Onun atası Bakıda neft mədənlərinin sahibi idi.

1920-ci ildə Azərbaycanın Sovet Rusiyası tərəfindən işğal olunmasından sonra Avropaya mühacirət edib.

1922-ci ildə Berlində türk konsulluğunda islam dinini qəbul edərək rəsmi olaraq Məhəmməd Əsəd bəy adını götürdü.

1922–1932-ci illərdə Berlində yaşamış və burada beynəlxalq ədəbi şöhrət qazanmışdır. Məhəmməd Əsəd bəyin yazdığı “Əli və Nino”, “Şərqdə neft və qan”, “Nikolay II: Qanlı Çar”, “Stalin: Təcavüzkarın bioqrafiyası” və “Məhəmməd: Bir bioqrafiya” kimi əsərlər ona beynəlxalq şöhrət gətirmişdi.

Məhəmməd Əsəd bəy mühacirətdə yazdığı məqalələrində öz vətəni olan Azərbaycanın Sovet Rusiyası tərəfindən məhv və talan edildiyini dəfələrlə qeyd edirdi.

Azərbaycan Cümhuriyyətinin xaricə oxumağa göndərdiyi tələbələrdən biri olan, “Qurtuluş” jurnalının baş redaktoru, mühacir Hilal Münşi Məhəmməd Əsəd bəyə qarşı kampaniya başlatdı və Gestapoya, Almaniyanın xarici işlər Nazirliyinə onun əleyhinə dəfələrlə donos yazdı. O, Almaniyada yaşayan azərbaycanlıları da buna səfərbər etdi. Deyilənə görə, bu kampaniya paxıllıq zəminində idi.

Nəticədə, Məhəmməd Əsəd bəyin kitabları qadağan edildi və o, Almaniyanı tərk etməyə məcbur oldu.

Hilal Münşi, Məhəmməd Əsəd bəyə qarşı çıxışlarında, onun “Şərqdə neft və qan” əsərində Azərbaycan tarixini təhrif etdiyini iddia edirdi.

1938-ci ildə Benito Mussolinin dəvəti ilə Məhəmməd Əsəd bəy İtaliyaya getdi.
O, burada Benito Mussolinin bioqrafiyasını yazmalı idi. Bunun üçün yetərincə material topladı, araşdırma apardı. Lakin bundan xəbər tutan Hilal Münşi yenidən xüsusi xidmət orqanlarına donoslar yazdı və Mussoliniyə həsr olunmuş bu kitab baş tutmadı.

O, 36 yaşında İtaliyanın Pozitano şəhərində yoxsulluq və tənhalıq içində vəfat etdi.

Təəssüf ki, Azərbaycanın və Bakının vurğunu olan Məhəmməd Əsəd bəyin xatirəsi ölkəmizdə layiqincə əbədiləşdirilməyib.

Yazarlar.Az

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

One thought on “Məhəmməd Əsəd bəy -Qurban Səid kimi tanınmışdı”

  1. BİR VAXT
    Bir vaxt məst olub,
    İşrətdən, dəmdən.
    İndi ayılmır
    Qüssədən, qəmdən

    GÖR-GÖTÜR
    Nə qara düşüb,
    Nə də borana:
    “Dəlidağ” deyir
    Qışda arana.

    LƏLƏ KÖÇÜB
    Müdir fermada işi
    Elə sahmana salıb,
    Malın kökü kəsilib,
    Lələ köçüb, yurd qalıb…

Asger üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir