Tanrı ilə insan arasında bitməyən dialoq (Zaur Ustacın “Oxu” şeiri haqqında) Zaur Ustacın “Oxu” adlı şeiri ilk baxışdan poetik bir mətn təsiri bağışlasa da, mahiyyət etibarilə o, çağdaş insanın varlıq, bilik, iman və məsuliyyət qarşısındakı mövqeyini sorğulayan dərin publisistik-fəlsəfi manifestdir. Bu şeir yalnız oxumaq aktını deyil, dərk etməyi, anlamağı, məsuliyyət daşımağı və şüurlu yaşamağı ehtiva edən geniş mənəvi proqramdır. Şeir “İlk söz — “Tanrı” idi” misrası ilə başlanır. Bu ifadə oxucunu birbaşa teoloji, eyni zamanda metafizik məkana aparır. Burada “ilk söz” anlayışı yalnız dini mətnlərə işarə deyil; bu, insan təfəkkürünün başlanğıcı, varlığın mərkəzi, mənanın qaynağıdır. Daş üzərində yazılmış söz obrazı əbədiliyi, dəyişməzliyi və zamanüstü həqiqəti simvolizə edir. Hələ zaman ölçü bilmədiyi, işığın kölgəsini tanımadığı bir mərhələdə söz artıq mövcuddur. Bu isə sözün – yəni idrakın – maddədən və zamandan əvvəl gəldiyini göstərir. Şeirin ideya mərkəzi Tanrının “Oxu!” çağırışıdır. Bu çağırış klassik dini kontekstdə ilk vəhyə işarə etsə də, Zaur Ustac onu müasir insana ünvanlanmış universal bir əmr kimi təqdim edir. Burada “oxumaq” sadəcə kitab vərəqləmək deyil. Oxumaq – daşı, suyu, küləyi, yəni təbiəti; qorxuları, gecələri, unudulmuş şəhərləri, yəni tarixi və cəmiyyəti; ən nəhayət, insanın özünü oxumasıdır. Müəllifin yanaşmasında oxumaq passiv proses yox, aktiv quruculuq aktıdır. İnsan özünü “pazl parçalarından yenidən qurmalıdır”. Bu misra müasir insanın parçalanmış kimliyinə, daxili xaosuna və özünü itirmə təhlükəsinə açıq mesajdır. Şeirin ən güclü publisistik məqamlarından biri bu misralarda cəmlənir: “Çünki, bilmədən inanmaq korluqdur, inanmadan yaşamaq isə uzun bir susqunluq.” Bu fikir müasir cəmiyyət üçün olduqca aktualdır. Bir tərəfdə kor-koranə inanclar, digər tərəfdə isə ruhsuz, mənasız rasionalizm dayanır. Şair hər iki ifratı tənqid edir və insanı biliklə iman arasında sağlam tarazlığa çağırır. Burada oxumaq – həm ağlın, həm də qəlbin işidir. Zaur Ustac insanın oxuma prosesini romantikləşdirmir. Əksinə, o göstərir ki, insan yaraları ilə oxuyur. Yıxıla-yıxıla, qalxa-qalxa öyrənir. Bu, həyatın özünün kitab olduğunu, hər təcrübənin bir sətir, hər sınağın bir dərs olduğunu vurğulayır. Oxumaq burada ağrısız bilik deyil, əzabla qazanılan hikmətdir. Şeir dünya metaforasını “bir sözdən ibarət cümlə” kimi təqdim etməklə tamamlanır. Bu cümlə hələ oxunub bitməyib. Bu fikir insanın öyrənmə yolunun sonsuzluğunu, həqiqətin tam mənada heç vaxt sona çatmadığını göstərir. Deməli, oxumaq – insan var olduqca davam edən bir prosesdir. Zaur Ustacın “Oxu” şeiri çağdaş oxucunu sadəcə ədəbiyyata deyil, şüura, məsuliyyətə, özünüdərkə çağıran güclü publisistik mətndir. Bu şeir bizə xatırladır ki, Tanrı ilə insan arasındakı ən böyük körpü söz, ən böyük əmr isə oxumaqdır. Dünya isə hələ də bu əmrin mahiyyətini tam dərk etməyib. Bu baxımdan “Oxu” şeiri təkcə poetik nümunə deyil, zamanımıza ünvanlanmış mənəvi çağırışdır: >>>Zaur Ustac – Oxu
1989-un dekabrı təqvimdən qopub millətin yaddaşına çevrildi. Naxçıvanda xalq öz pasportunu cırdı – çünki Vətən kağıza sığmırdı artıq.
Mayakovskinin “Passport”u, Leninin passport haqqında dedikləri xatırlandı o gün… “Yatmış vulkan” oyandı, xalq sərhədə dayandı; put dirəklər, çürük tellər saxlamadı milləti. Millət aşdı əsarəti, zilləti…
Dədə Qorqudun harayı eşidildi “Haça dağ”dan:
-Oğul, uca tonqal qala, qoy, görünsün uzaqlardan! Qoy, əsarət dirəkləri, elə yansın çırta-çırtla, ta Altaylardan görünsün, səsi çatsın Tanrı dağa.
Söküldü çəpərlər, yandı dirəklər, əridi qorxu, yox oldu qadağa, söküldü əsrin yalanı. Sadələşdirilmiş keçidlərdən ilk keçən ümid oldu.
Azərbaycan Türkləri səs saldılar dünyaya… Arazın sahilində qoca ərlər oyandı, Xəzərin sahilində şəfəq nura boyandı…
Hanı o oğullar? Onlar burdadır – sərhədsiz ürəklərdə, bölünməz Vətəndə, və hər 31 dekabrda ayağa qalxan xalqın özündə!
Янги йил муборак эй, ФБ дош дўстлар. Янаги йилларни ҳам соғ- саломат бирга қарши олиш барчамизга насиб этсин. Янги йил, янги кунлар сизларга доимо хуш кайфият, янги кунларни етаклаб келсин. Бор бўлинглар.
Байраминг муборак- бўлсин эй, дўстим, Ўйу – ғавғоларни унутиб, бутун, Янги йил бахш этсин – инъомлар кун-тун, Авф этиб яшайлик – хафаликларни.
İlk söz — “Tanrı” idi; daş üzərində yazılmış, sükutun sinəsində doğulan ad. Söz hələ nəfəs idi, zaman hələ ölçü bilmirdi, işıq belə öz kölgəsini tanımırdı.
Sonra Tanrı danışdı — amma danışmaq deyildi bu, bu bir çağırış idi: “Oxu!”
Səssizliyə atılan ilk ox və ya toxum. Kağızdan əvvəl yazılan cümlə, insanın alnına deyil, ruhuna yazılan əmr.
Oxu — daşı, suyu, küləyi oxu! özünü hərəsi bir dərədə olan Pazl parçalarından yenidən qur…
Oxu — əlifban olmayan gecələri, qorxudan titrəyən səhərləri, adını unutmuş şəhərləri oxu.
Tanrı dedi: “Oxu!” — çünki, bilmədən inanmaq korluqdur, inanmadan yaşamaq isə uzun bir susqunluq.
Və insan oxudu — gözləri ilə yox, yaraları ilə, yıxıla-yıxıla, qalxa-qalxa.
İndi hər kitab bir yol ayrıcıdır, hər sətir bir imtahan, hər sual Tanrıya tərəf atılan addımdır.
İlk söz “Tanrı” oldu, ilk əmr “Oxu!” Və dünya hələ də bir sözdən ibarət o cümləni tam oxuyub bitirməyib.
Tanınmış yazıçı Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” mükafatı laureatı Sədulla Şirinovun “Kimdir xoşbəxt?” adlı yeni kitabı işıq üzü görüb. Yazarlar cameəsi adından bu münasibətlə Sədulla müəllimi təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Qeyd edək ki, “Kimdir xoşbəxt?” Sədulla Şirinovun sayca altıncı kitabdır. Onun əvvəllər işıq üzü görmüş digər beş kitabı PDF formatında aşağıda təqdim olunub (bu kitabları.səhərimizin kitab dükanlarından ənənəvi kağız variantnda da əldə etmək mümkündür):
Bayramınız mübarək olsun əziz yazarlar və oxucular!
Nəşr olunmuş yeni kitabım Nəşr olunmuş əsərlərimdən biri də bu il yazmağa qərar verdiyim və bu günlərdə nəfis şəkildə işıq üzü görmüş bir təqdimat əsəridir.
Kitabın adı: “Şəhla Rəvan zirvəsi” (Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, pedaqoq, filoloq, ədəbi təhlilçi, tənqidçi və şair Şəhla xanım Rəvanın həyat yoluna bir baxış) Müəllif: İlqar İsmayılzadə Dizayner: Səbinə Hüseynzadə Naşir: “İmza” Nəşrlər Evi, Bakı Nəşr olunduğu il: 2025 Çap növbəsi: Birinci Kağız formatı: 60×90 1/16 Səhifə sayı: 172 səhifə
Kitab barədə: Bu əsər Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, Cəlilabad ədəbi mühitinin görkəmli xanım nümayəndəsi, “Ziyadar” Mükafatı, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla xanım Rəvanın həyat yolu və yaradıcılığına həsr edilmiş bir təqdimat kitabıdır. Kitabda Şəhla Rəvanın özü və mənim barəmdə yazdığı ürək sözlərindən sonra tərəfimdən geniş ön sözü, bundan sonra isə aşağıda göstərilən altı fəsil mövcuddur: Birinci fəsil: Bioqrafik məlumatlar; İkinci fəsil: Əsərləri ilə tanışlıq; Üçüncü fəsil: Önəmli xüsusiyyətləri ilə tanışlıq; Dördüncü fəsil: Baxışları ilə tanışlıq; Beşinci fəsil: Şəhla Rəvan başqalarının vəsfi ilə; Altınci fəsil: Sənədlər və fotolar. Kitab Şəhla Rəvanın həyat yolundan başlayaraq onun indiyədək nəşr olunmuş kitablarının təqdimatı, həyatda malik olduğu xüsusiyyətləri və müxtəlif sahələrə olan baxışları, eyni halda rayonun tanınmış simaları, ziyalılar və qələm yoldaşlarının onun haqqında söylədikləri fikirləri, həmçinin, bu dəyərli xanım-xatının uşaqlıq dövründən indiyədək fotoşəkilləri, müxtəlif sənədləri və əldə etdiyi çoxsaylı fəxri fərman, diplom, sertifikat və təşəkkürnamələrinin fotoşəkillərini özündə ehtiva etmişdir. Bu təqdimat əsərinin doğma elimizin elit-ziyalı xanımı, görkəmli ədəbiyyatşünas, filoloq və şair Şəhla Rəvanla bağlı oxuculara əhatəli məlumat və tanıtım təqdim edəcəyi ümidi ilə!
Təşəkkür və diləklər! Sonda indiyədək işıq üzü görmüş sayca 51-ci məlum əsərimin nəşrində öz şəxsi məlumatlarını səmimiyyətlə mənə təqdim etmiş əzizimiz və dəyərlimiz Şəhla xanım Rəvana səmimi minnətdarlığımı bildirir, Ulu Tanrıdan ona uzun, sağlam və mənalı-məsud ömür, işlərində və ədəbi yaradıcılıq sahəsində davamlı uğurlar diləyirəm! Bu arada kitabın yüksək keyfiyyətlə nəşrində rolu olmuş “İmza” Nəşrlər Evinin rəhbəri, dəyərli qardaşım Səbuhi Aslana və eləcə də kitabın peşəkar dizayneri Səbinə xanım Hüseynzadəyə təşəkkürümü bildirir, onların hər birinin məsud olmasını arzulayıram!
İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçıar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, tərcüməçi, araşdırmaçı, yazıçı-publisist 28.12.2025