“Sevgi hardadırsa, Tanrı ordadır” hekayəsində sadəlikdən ilahi həqiqətə: Tolstoyun etik dünyagörüşü”

“Sevgi hardadırsa, Tanrı ordadır” hekayəsində sadəlikdən ilahi həqiqətə: Tolstoyun etik dünyagörüşü”

Lev Tolstoyun “Sevgi hardadırsa, Tanrı ordadır” hekayəsi səthi sadəliyin arxasında dərin etik-fəlsəfi iddialar yatır. Oxucu əvvəlcə Martin Avdeiçin adi, hətta məhdud həyatına daxil olur: zirzəmi otağı, tək pəncərə, ayaqqabıçı peşəsi. Martinın oğlu ilə bağlı itki səhnəsinə yalnız şəxsi faciə kimi baxmaq düzgün olmaz. Bu, Tolstoyun insanın sual vermə məqamını göstərmək üçün seçdiyi epizoddur: “Niyə?” sualı həm metafizik, həm də etik-hüquqi məna daşıyır. Tolstoyun “İnsan nə ilə yaşayır?” hekayəsi ilə bağlılığı da burada açılır: insanın həqiqi həyat mənbəyi intellektual institutlar yox, mərhəmət və sevgidir. “İnsan nə ilə yaşayır?” əsərində kasıb ayaqqabçı Simonla həyat yoldaşı Matryona bir dondurucu sahədə donmaq üzrə olan naməlum şəxsi evlərinə dəvət edirlər, həmin şəxs sonradan mələk olduğunu ortaya qoyur və məhz əhəmiyyətli üç sualın cavablarını öyrənir:
insanın içində nə yaşayır?
insana nə verilməmişdir?
insanlar nə ilə yaşayır?
İnsan içində “sevgi”nin yaşadığını və insanların əslində sevgiyə görə yaşadıqlarını mələk bu təcrübə vasitəsilə anlayır. Avdeiç, hekayəsi ilə bu strukturu tamamlayır. Simonla Avdeiçin ilkin mövqeyi “sosiomaterial yoxsulluq”dur: hər ikisi məhdud resurslarla yaşayır, gündəlik ehtiyaclar onları sıxır. Bu fakt Tolstoy üçün imkan verir ki, mərhəmətin dəyərini əsl sınağa salsın, çünki kiminsə xeyirxah olması asan halda deyil, məhdudluq və risk anında daha mənalıdır. İkincisi, hər iki hekayədə “sevgi” institusiya xaricində, gündəlik praktikada təzahür edir. Metafizik olaraq o, Tanrının varlığıyla ədaləti problemi ilə üz-üzə qoyur, hüquqi və etik cəhətdən isə soruşur: kimin hökmü üstün gəlir? Tanrının yoxsa insanın ağrısının? Avdeiç hekayəsində qəhrəman əvvəlcə ümidsiz, həyat qarşısında təslim olmuş adamdır, amma Tolstoyun cavabı budur ki, həll məhkəmə otaqlarında deyil, insanın öz vicdanında tapılır. Hekayə baş verdikcə bu məhdud məkanda Tolstoy insan varlığının iki əsas boşluğunu göstərir: cismən tək qalma və mənəvi tənhalıq. Bu tənhalıq Martin üçün təkcə şəxsi kədər və itki deyil, həm də hüquqi-məcburi dünyanın məntiqi ilə mənəvi həyat arasındakı uçurumu ifadə edir.

Martin obrazı Tolstoyun bədii-siyasi estetikasında tanış bir tipdir: maddi yoxsulluq, peşəkar ləyaqət və daxili vicdanla yaşayan, amma şəxsi itkilər üzündən ruhən əzilmiş bir insan. Onun ruhani dönüşümü iki mərhələdə inkişaf edir: əvvəlcə İncil oxumaq vasitəsilə baş verən kognitiv-yenidənqurma, sonra isə bu yenidənqurmanın gündəlik davranış forması olan konkret, bədii-sadə xeyirxahlığa çevrilməsi. Tolstoy burada “iman”ı abstrakt etika və ya məntiq söhbətindən ayırıraq inam, insanın başqasına etdiyi konkret yardım aktında təzahür edir. Martin öz evinin pəncərəsindən küçədə görüb tanıdığı insanların ayaqqabılarına baxaraq onları tanıyırdı. Bu vizual detal obrazın dünyagörüşünü simvolik olaraq ifadə edir. O, insanları “ayaqqabı” ilə, yəni həyat şəraiti, sosial rolu ilə yox, onların ehtiyacı və zəifliyi ilə görməyə başlayır. Bu dönüşüm Tolstoyun əsərlərində tez-tez rastlanan “görmə” metaforikasının bir davamıdır: əsl görmə ruhun gözünü açmaqdır. Pəncərə simvolu burada sərhəd funksiyası daşıyır. Evlə küçə, daxili ilə xarici, məskunlaşmış kədər ilə dünyadakı ehtiyacların kəsişmə nöqtəsi. Avdeiç pəncərədən yalnız insanların ayaqlarını yox, üzlərini də görməyə çalışaraq ilkin epistemik blokunu aşmağa çalışır: əvvəlcə o, ümidsizlik, özünəqapanma vəziyyətində idi, pəncərənin qarşısındakı diqqəti isə dünyaya qarşı açıqlıqdır. Diqqətin fəlsəfəsi təməl düşüncəni dəyişdirir: Avdeiçin diqqəti yön aldıqca onun dünyagörüşü də dəyişir. Obrazların yükü, onların ehtiyacları daha aydın görünür və etik reaksiyalar doğur.

Hekayənin strukturunda mühüm dönüş nöqtəsi Martinə gələn “məlumat”, xeyirxah olmağa çağıran, gözlənilməz bir vəd və ondan sonra baş verən üç səhnədir: soyuqda qalmış adam, soyuqda uşağı ilə qalmış bir qadın və yaşlı qadın ilə oğlan arasındakı münaqişə. Bu üç hadisə təsadüfi olmayan simvolik üçlüyə çevrilir: hər biri insan ehtiyacının müxtəlif üzünü göstərir. Bədən ehtiyacı, ana-uşaq zəifliyi və sosial ədalət məsələsi. Martin bu üç situasiyaya qonaqpərvərlik, yardım və vasitəçiliklə, yəni fərqli, amma daima mərhəmət prinsipi ilə yanaşır. Nəticədə gecə onun evinə həmin gün kömək etdiyi insanlar girir, Martin anlayır ki, həmin gün o, birbaşa olaraq Tanrını qəlbində daşıyıb. Tolstoy beləliklə məsələnin mahiyyətini açır: Tanrı “böyük” hallarda yox, gündəlik sevgi aktlarında görünür. Hekayədə bu məqam həm dini məntiqi, həm də etik praktikliyi uzlaşdırır. Tolstoy burada şəxsin iç dünyasını əxlaqi mühakimə üçün zəmin kimi istifadə edir: Martin özünü əvvəlcə dini formalizmə, daha sonra isə bu formalizmdən doğan şəxsi müəllimə çevrilməyə başlayır. ilk kömək istəyən, Martin üçün test kimi çıxış edir: evə dəvət, isti yemək və ruhani söhbət vasitəsilə Martin praktiki mərhəməti həyata keçirir, bu sadə qarşılıqlı münasibət onun ruhunu doyurur. Qadına edilən yardım olan isti paltar və pulla kömək Tolstoyun sosial realizmini göstərir: mərhəmət abstrakt yox, maddi kömək də olmalıdır. Oğlan-yaşlı qadın səhnəsi isə ədalət və tərbiyə mövzularını açır. Martin burada bir hakim kimi çıxış etmir, o, məsələni məhəbbətlə, amma prinsipial şəkildə həll edir, oğlana qayda öyrədərək qurbanın hüququnu tanıyır. Bu üç reaksiyanın birləşməsi Tolstoyun əxlaqi idealını, yəni, mərhəmət, qonaqpərvərlik, məsuliyyət, bütöv şəkildə ortaya qoyur. Kömək etdiyi insanların Tanrı adlandırdığı şəxsiyyətin təzahürü kimi evə girməsi, Tolstoyun teoloji mesajını poetikləşdirir: insan nə qədər az, amma səmimi sevgi göstərirsə, Tanrı bir o qədər yaxın olur.

Martinlə müqayisədə başqa ədəbi obrazlarla paralellər çəkmək Tolstoyun mesajını genişləndirir. Məsələn, Tolstoyun özünün “İvan İliçin ölümü” hekayəsində İvanın ölüm qorxusu, mənəvi iztirablardan keçməsi ilə Martinin daxilindəki sakit dönüşüm bir-birini tərsinə tamamlayır: İvan İliç varoluşun absurdluğu və sosial məna itkisi qarşısında panika keçirir, əks halda Martin həyatın məzmununu sadə xeyirxahlıqda tapır. Tolstoy burada iki mümkün ruh halını qoyur : birində ölüm qorxusu insanı dağır, digərində qəbul və sevgi insanı yenidən dirildir. Həmçinin, Dostoevskiylə müqayisədə, məsələn, Zosima atanın “Karamazov qardaşları”ndakı mərhəməti ilə müqayisə, Tolstoyun yanaşması daha praktiki, daha az mistikdir: Dostoevski daxili itki və kainatla hesablaşma üzərində fəlsəfi-dramatik dialoqlar qurur, Tolstoy isə gündəlik davranışın ruhani dəyərini göstərmək üçün daha sadə, amma məqsədyönlü ssenarilərdən istifadə edir.

Sonda, Avdeiçin hekayəsi əslində iki sualı birləşdirir: “Mən niyə yaşamalıyam?” və “Hüquq nə üçün mövcuddur?”. Tolstoy cavabı təcrübələrin nəticəsi ilə verir: yaşamaq Tanrı naminə olmaqdır, hüquq insanların bir-birinə qarşı sevgi və xidmətini təşkil etmək üçündür. Bu cavab həm sadə, həm radikaldır, çünki o, əxlaqın sözdə qalmamasını, hər günün kiçik əməllərində yaşamasını tələb edir. Avdeiçin həyatı bizə göstərir ki, paskalistik, intellektual izahlar əhəmiyyətli olsa da, həyati dönüşlər adətən gündəlik davranışların yenidən təşkilindən keçir və vicdanda möhkəmlənməsində tapılır.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Adilə Nəzər – DAŞ DA ÇİÇƏK AÇAR…

DAŞ DA ÇİÇƏK AÇAR…

Məhəbbət çay.. – hərdən suyu kəsilər,
Quruyar dil-dodaq, qəlbin səs elər,
Bir damla su göydən yağış səsiylə
Enər üzərinə, cana bəs elər…
Daş da çiçək açar Allah istəsə…

Sis-duman qəfildən yolu alarsa,
Əllərin sinəndə yetim qalarsa,
Ümidin ürəkdə közə dönəndə-
Qaranlıq içinə işıq salarsa,
Daş da çiçək açar Allah istəsə…

Yaşlanan ağaclar mamır bağlayar,
Quru budağında sükut ağlayar.
Bir yaz nəfəsiylə dirilər yenə,
Torpaq canlandıqca könül çağlayar,
Daş da çiçək açar Allah istəsə…

Divardan asılan o saz lal olar,
Havalı nəğmələr yaslanar, solar.
Bir yeni pıçıltı, bir təzəcə səs
Ürəkdən süzülüb ürəyə dolar,
Daş da çiçək açar Allah istəsə…

14.11.2025

Müəllif: ADİLƏ NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

VAQİF OSMANLI YAZIR

VİCDANININ SƏSİNİ DİNLƏYƏN İNSAN

Çox zamanlar “ziyalılıq” anlayışını yerli-yersiz, sağa-sola işlədərək dəyərini kiçiltməkdəyik. Subyektiv düşüncəmə görə, vicdanlı, ədalətli, əqidəli, intellektli, səmimi, sadə, humanist, ləyaqətli, azadfikirli, cəsarətli, qürurlu, əyilməz, əzilməz, sınmaz, vətəndaş mövqeyini qorumağı bacaran, milli mənafeyini, xalqın mənafeyini şəxsi mənafeyindən üstün tutan, həqiqətin keşiyində dayanan və digər müsbət mənəvi keyfiyyətləri özündə cəmləşdirən insan olmaq ziyalılığın meyarıdır. İnsanlıq belə şəxsiyyətlərin çiynində yaşayır. Onlar Vətənini, yurdunu, millətini urvatlandıranlardır.
Professor Rafiq Əliyev belə ziyalılarımızdandır. Beş dildə kitablar yazan, Təbrizdə, ABŞ-da, Almaniyada, İsveçdə, uzaq Avstraliyada və başqa ölkələrdə Vətənimizi ləyaqətlə təmsil edən Rafiq müəllim təfəkkürü Qərbə, əxlaqı Şərqə uyğun gələn mənəviyyat adamıdır. Yaxından tanıyanlar onu “Şərqlə Qərb arasında möhtəşəm körpü”, yaxud “bir ölkədən başqa ölkəyə işə gedən” bilim adamı kimi təqdim edirlər.
Rafiq müəllimin fikrincə, “ziyalı mənsub olduğu millətin simasını müəyyənləşdirən, ağlı ilə xalqın yoluna işıq salan şəxsiyyətdir”. O, özü də “bunu bacaran, buna nail olan alimi, fikir adamını ziyalı adlandırır. Özünün şəxsiyyəti də bu kriteriyalara uyğun gəlir. Bir də professor tam əmindir ki, əsl ziyalı hər zaman öz vicdanının səsini dinləyəndir.
Rafiq müəllimin bu cəmiyyətdən istəyi nədir? Bunu bir müsahibəsində jurnalistə konkret deyir: “elə belə də yazın, normal yaşamaq istəyirəm!” Rafiq müəllimin normal yaşam ölçüsü azad, demokratik, ancaq qanunların şah olduğu, insanlara dəyər verilən, “dostluqda tarazlıq gözlənilən”, əhalisinin heç olmasa 2-3%-i əsl ziyalı olan, bütün eybəcərliklərə, özünə müxalif insanların düşüncələrinə sayğı ilə yanaşılan bir cəmiyyətdə yaşamaqdır. O, Vətənimizi belə görmək istəyir. Jurnalist Pərvizin gözəl deyimi var: “O, (Rafiq Əliyev-V.O.) Azərbaycandir. Təkcə buna görə Azərbaycanin bir parçası olmağa dəyər”. Professor vətənsevər, yurdsevər, torpağa bağlı, “vicdanının tələb etdiyini yerinə yetirən” (L.Tolstoy) İnsandır.
“Bir ifadə var, invariantlılıq. Yəni heç kimdən asılı olmamaq, kobud mənada, heç kəsə yaltaqlanmamaq, heç kimə yarınmamaq. Çox qəribədir ki, mənim övladlarım da, nəvələrim də həmişə invariantlılığı saxlayırlar. Heç birində sapma olmayıb. Müstəqil, heç kimdən asılı olmamaq, yarınmamaq, sınmamaq çox vacib şeydir. Palıd ki, sınmır. Amma onun yanındakı alaq otları o tərəf-bu tərəfə əsir, əyilir sınır. Amma palıda külək dəyə bilmir”.
Bu izahda – 6-7 cümlədə elm də var, əxlaq da, ağsaqqal məsləhəti də, əsl ziyalılıq da…
Macar yazıçısı İmre Kertez əxlaqı insan varlığının xadiməsi adlandırır. Şeyx Məhəmməd Xiyabaninin “xalqın istiqlaliyyətini onun əxlaqi fəziləti saxlayır” deyimində böyük həqiqət var. Professorun qənaətinə görə əxlaq təfəkkür kimi beyindən gəlmir, qandan gəlir. Rafiq müəllim “böyüklüyü sadəlikdə görən əxlaq, insanlıq nümunəsi, mənəviyyat adamıdır” (R.Tağızadə), “nəfsini yenməklə, ona qalib gəlməklə Allaha varan, Ali Məqama çatan hürufidir” (M.Yaqub), vicdanın və elmin həmişəyanar işığıdır.
Rafiq Əliyevin ziyalılıq meyarlarında dostluqda tarazlıq da mütləqdir. “Mən azad düşüncəli, sınmayan insanlarla dostluq edirəm” cümləsində onun dostlarının xarakteri, dostluq əyarı dəqiq bilinir.
Biz ətrafımızdakı örnək götürüləsi insanların dəyərini yetərincə bilmirik. Lütfizadə kimi böyük elm adamı Rafiq müəllimlə dostluğu özünə şərəf bilirdi. Mənəvi və bilim dünyası ilə nümunə olan Xudu Məmmədovun düşüncəsi ilə desək, elə qala tikəsən ki, hər yerdən görünə, izi qala. Rafiq Əliyev hətta məşhur amerikalı alim Ronald Yagerin təbirincə desək, uzaq ABŞ-dan – yeddi min mil uzaqlıqdan görünən əzəmətli qaladır – özünün tikdiyi qala…

14.11.2025

Hörmətlə:  VAQİF OSMANLI

VAQİF OSMANLININ YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

Mustafa Müseyiboğlu adına kitabxana

ALPAMIŞ DESTANI

ALPAMIŞ DESTANI

Eski Oğuz destanlarındandır. İlk kez 1939 yılında Bakşılardan derlenmiştir. Destan iki bölümden oluşur. Koşuk (nazım) ile düzyazının (nesirin) içiçe olduğu geleneksel Türk destanlarındandır. 16. yüzyılda biçimlenen bu destan, on altı boyun birleşmesinden ortaya çıkan Kongrat uruğunun yaşamını yansıtır.

Kongrat ilinde halka önderlik eden Baybörü ve Baysarı adlı iki kardeşten Baybörü’nün yaşlılığında bir oğlu, bir de kızı dünyaya gelir. Baysarı’nın ise bir kızı vardır. Baybörü’nün oğlunun adı Alpamış, kızının adı Kalgıraç’tır. Baysarı’nın kızının adı ise Barçınay’dır. Bir gün Baybörü ve Baysarı kavga ederler. Baysarı kendi obasını alıp Kongrat’tan ayrılır. Kalmuk iline göç eder.

Baybörü’nün oğlu Alpamış ile Baysarı’nın kızı Barçınay nişanlıdırlar. Alpamış ergenlik çağına geldiğinde nişanlısını aramaya gider. Ancak bu yolculuk sırasında başından bir dizi macera geçer ve pek çok felakete tanık olur. Bir ara 7 yıl esir bile kalır. Ama sonunda bu zorluklardan kurtulmayı başarır.

Baysarı’nın ülkesine vardığında aradan uzun yıllar geçmiş olduğundan Barçınay’la evlenmek isteyen öteki adaylarla kavgaya girer. Yarışmalardan biri de ok atma yarışmasıdır. Bu yarış Baysarı’nın dedesinin olan yay ile yapılacaktır.

Öteki tüm adaylar yay ile atış yapmaya çalışsa da ereği (hedefi) bulamazlar. Ancak Alpamış her attığında ereği vurur ve yarışmayı kazanır. Nişanlısıyla evlenmek isteyen öteki beyleri öldürür ve Barçınay ile evlenerek yurduna geri döner.

Bu destan Dede Korkut hikayelerinde de anlatılır. Burada Alpamış, Bamsı Beyrek olarak betimlenir. Alpamış destanı, Sümerlerin Gılgamış Destanı ile Homeros’un İliada Destanına benzerlik gösterir.

Benzerliğin nedeni, bu kültürlerin tümünün ortak bir kültür olmasındandır. Sümer uygarlığı bilinen en erken Türk uygarlığıdır. Homeros’un içinde yaşadığı toplum olan Pelasglar da bir erken Türk uygarlığıdır. Örneğin Oğuz Kağan destanının köklerini de Gılgamış destanında bulmak olanaklıdır.
Arif Cengiz Erman

Oğuz Kağan,

GÖKTÜRK QRUPU

Ağa Laçınlı – Göstərmə

“Uşaq vaxtı Oqtay bərk xəstələnmişdi. Atam da (təbii ki, biz hamımız) möhkəm sarsılmışdı. Atam cavan yaşında iki övlad itirmişdi – məndən sonra bir qardaşım, Azərdən sonra bir bacımız tələf olmuşdu. Buna görə övladın barmağına tikan batmağına da təhəmmül eləyə bilmirdi. Bu şeiri də Oqtayın xəstələnən vaxtı yazmışdı. Allaha yalvarırdı ki, ona bir daha övlad dağı göstərməsin. Allah onun fəryadını, iltimasını eşitdi.” – Fəxri Uğurlu

GÖSTƏRMƏ

Ulu Tanrı, yalvarıram adına,
Bir də mənə ciyər dağı göstərmə.
Al canımı, at cəhənnəm oduna,
Yaman günü, yaman çağı göstərmə.

Qoy mən olum dadamalın daş-başı,
Ayrı salma bu bacını, qardaşı.
Yollarıma gəl yağdırma göz yaşı,
Qollarıma qüssə bağı göstərmə.

Ömür-gün ver puçurlanmış zoğlara,
Qar yağmasın qanad açmış tağlara.
Təzə-təzə kök bağlayan bağlara
Budarlanmış qol-budağı göstərmə.

İnsaf elə övlad doğub-əkənə,
Od düşməsin gümanların kökünə.
Bir baxışla min bir dərdi bükənə
Ağlaşmalı kəfən ağı göstərmə.

Xətir elə, ta düşməyim xataya,
Tuş olmayım o tufana, o toya.
Bal istəkli, bala canlı ataya
Kilidlənmiş dil-dodağı göstərmə.

Heç nə bildim bütün qorxu-ürkünü,
Çəkəmmədim ciyərdağı yükünü.
Qurban olum, yenə göstər görkünü,
Qızılquşa qarğa lağı göstərmə.

Ulu Tanrı, çox dönmüsən loğmana,
Qoyma daha bağça yana, bağ yana.
İnsaf elə, Ağa kimi bağbana
İnnən belə sovmuş bağı göstərmə.

1985

Müəllif: Ağa Laçınlı

Mənbə:Fəxri Uğurlu