Zeynəb Cəmaləddin – NİYƏ GETDİN

NİYƏ GETDİN
(Minarə İsgəndərə ithaf)

Qəlbinin işığı gözündə idi,
Qəfildən bürüdü çən, niyə getdin?
Hələ də cavandı ruhunun yaşı,
Ələndi saçına dən, niyə getdin?

Güzarın düşübdü özgə bir bağa,
Cənnəti-İrəmə köçüb qalmağa,
Söz ilə dürr düzüb sədəf salmağa,
Deyirdin gələcəm mən, niyə getdin?

Qəlbini nə yordu, düzün bilirsən,
Nəğmətək şirindi sözün, bilirsən,
El səni sevirdi, özün bilirsən
Həsrətə qoşulub sən niyə getdin?

Ölümmü yalandır, həyatmı yoxsa,
Bu yanda uyudan oyatdı yoxsa,
Bu ölçü özgə bir boyutdu yoxsa,
Düşmüsən bu qədər gen, niyə getdin?

Ay mənim yuxuma gələn Minarə,
Ümidə sarılıb gülən Minarə,
Zeynəbi həmdəmi bilən Minarə,
Ay üzü gülənim, şən, niyə getdin?
Sözləri yadigar, sən niyə getdin?

12.04.2026

Müəllif: Zeynəb Cəmaləddin

ZEYNƏB CƏMALƏDDİNİN YAZILARI

Mustafa Müseyiboğlunun irsi

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir