Allahın yer üzündəki kölgəsi-Ana

Allahın yer üzündəki kölgəsi-Ana

​Sən zamanı doğrayan küt bıçağın ağzısan,
Mənim ömür payımı öz canından yonmusan.
Alnındakı qırışlar – taleyin xəritəsi,
Sən mənim uduzduğum döyüşlərdə yanmısan.

​Duaların – ruhumun ən keçilməz səngəri,
Gözündən yaşla düşən o kədər bəşəridir.
Tanrıdan soraq gəlsə, “Mərhəmət nədir?” deyə,
Göstərərəm əlini – şəfqətin əsəridir.

​Ağaran saçlarında illərin qisası var,
Hər telində ömrümün min bir sınıq sədası.
Dünyanın səs-küyünü susduran bir sükutsan,
Varlığın – kainatın ən qədim əlvidası…

​Sən günah çıxarılan müqəddəs bir ibadət,
Mən isə o qiblədə azan bir bəndəyəm, bax.
Sənin nəfəsinlədir mənə verilən cənnət,
Sən mənim ürəyimdə, mənsə cənnətdəyəm, bax

Müəllif: Nargilə Yusifqızı

Nargilə Yusifqızının digər yazıları


KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir